Məhkəmə qərarları › İş №1(042)-6/2022

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-6/2022

31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-6/2022 31.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy rayonu, Çobankənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 iyul 2019-cu il tarixdən başlayaraq 07 iyul 2012-ci il tarixdə anadan olmuş X2 və 20 iyun 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 110,00 manat, ümumilikdə cəmi 220,00 manat məbləğində pulun tutularaq Nəbiyeva (Quliyeva) Fərqanə Ülfət qızına ödənilməsinə dair Gədəbəy rayon Məhkəməsinin 07 avqust 2019-cu il tarixli, 2(042)-723/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyi üçün Gədəbəy rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 3(042)-56/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində cərimə tənbeh növü təyin olunmasına və ona icra sənədlərindəki tələbi icra etməsi üçün 22 may 2020-ci il, 05 iyun 2020-ci il, 11 noyabr 2020-ci il, 12 yanvar 2021 -ci il və 08 fevral 2021 -ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 08 sentyabr 2021 -ci il tarixədək şəxsi maraq niyyəti ilə Nəbiyeva (Quliyeva) Fərqanə Ülfət qızına məhkəmə qətnaməsi üzrə ümumilikdə 4574,00 manat məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq məhkəmə aktını qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, hal-hazırda heç bir yerdə işləmir, əvvəllər yaşadığı Gədəbəy rayonu, Çobankənd kəndində özünə məxsus olan 10 sot torpaq sahəsində təsərrüfat işləri ilə məşğul olaraq aylıq gəliri orta hesabla 400,00 - 500,00 manat təşkil etmiş, sonradan isə Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsində 2021-ci ilin sentyabr ayının sonunadək gündəlik 12,00 manat müqabilində operator vəzifəsində işləyirmiş. 2010-cu il tarixdə X4 ilə faktiki nikaha daxil olaraq ailə qurmuş, nikahlarını 01 aprel 2016-cı il tarixdə Gədəbəy rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilmişlər. Birgə ər-arvad kimi yaşadıqları dövrdə 07 iyul 2012-ci il tarixdə Elcan adlı və 20 iyun 2015-ci il tarixdə Ayxan adlı iki oğlan övladları dünyaya gəlmişdir. Keçmiş arvadı Fərqanə Quyliyeva 2018-cı ildə aralarında olan narazılığa görə iki az yaşlı uşaqlarını götürüb valideynlərinin yaşadığı ünvana getmişdir. 2019-cu ilin iyul ayında Fərqanə Quliyeva Gədəbəy rayon Məhkəməsinə alimentlə bağlı müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən 11 iyul 2019-cu il tarixdən başlayaraq ondan hər bir uşağa görə hər ay 110,00 manat, ümumilikdə 220,00 manat məbləğində alimentin alınaraq X1 ödənilməsinə dair qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsinə əsasən imkanı daxilində 1046,00 manat məbləğində ödəniş etmiş, 08 sentyabr 2021-ci il tarixədək 4574,00 manat alimentə görə aliment borcu qalmışdır.O, bir müddət işsiz olduğundan və Fərqanə Quliyeva iki azyaşlı uşaqlarını onunla görüşə icazə vermədiyindən alimenti vaxtlı vaxtında ödəyə bilməmişdir. Hazırda həmin borcdan 210 manat ödəniş etmişdir. Qalan borcu isə ödəməyə imkanı yoxdur. Təqsirləndirilən şəxs istinad edilən cinayət əməli ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 2010-cu il iyunun 5-də Təqsirləndirilən şəxs ilə faktiki ailə qurmuş və nikahları 01 aprel 2016-cı il tarixdə Gədəbəy Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Ailə qurandan sonra Təqsirləndirilən şəxs ata evi olan Gədəbəy rayonu, Çobankənd kəndinə gəlin köçmüşdür. Birgə yaşadıqları dövrdə 07 iyul 2012-ci il tarixdə Elcan adlı və 20 iyun 2015-ci il tarixdə isə Ayxan adlı iki oğlan övladları dünyaya gəlmişdir. Aralarında ailə münasibətlərinin pozulması nəticəsində o, 2018-ci ilin avqust ayında iki azyaşlı uşaqlarını götürərək gəlin gəldiyi ünvandan çıxaraq valideynlərinin yaşadığı Gədəbəy rayonu, Çiçəkli kəndinə gələrək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir neçə müddət keçəndən sonra uşaqların böyüdülməsində maddi cəhətdən çətinlik çəkdiyinə görə Təqsirləndirilən şəxs uşaqların saxlanılmasından ötrü aliment pulunun alınması üçün 2019-cu ilin yay aylarında aidiyyəti üzrə Gədəbəy rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən 11 iyul 2019-cu il tarixdən başlayaraq 07 iyul 2012-ci il tarixdə anadan olmuş X2 və 20 iyun 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 110,00 manat, ümumilikdə cəmi 220,00 manat məbləğində pulun keçmiş əri Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 07 avqust 2019-cu il tarixli, 2(042)-723/2019 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icrasının təşkili üçün aidiyyəti üzrə Gədəbəy rayon İcra şöbəsinə göndərilmiş və Təqsirləndirilən şəxs alimentə görə borclu olduğu məbləği ödəmədiyi üçün icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Gədəbəy rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra keçmiş əri Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra məmurunun təqdimatı əsasında Gədəbəy rayon Məhkəməsi tərəfindən müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Keçmiş əri Təqsirləndirilən şəxs Gədəbəy Rayon Məhkəməsinin 07 avqust 2019-cu il tarixli, 2(042)- 723/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə alimentə görə arabir cüzi ödənişlər etsə də, qeyd edilən qətnamə üzrə 08 sentyabr 2021 -ci il tarixədək 4574,00 manat alimentə görə pul borcu qalmışdır. Keçmiş əri Təqsirləndirilən şəxs Bakı şəhərində fərdi əməklə günəmuzd işləyərək qazanc əldə etdiyi halda imkanının olmasına baxmayaraq alimentə görə borclu olduğu məbləği ödəməkdən qəsdən yayınmışdır. Şahid Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, şöbəyə daxil olmuş Gədəbəy rayon Məhkəməsinin 08 avqust 2019cu il tarixli, 2(042)-723/2019 saylı icra sənədinə əsasən, cavabdeh Təqsirləndirilən şəxs 11 iyul 2019-cu il tarixdən başlayaraq 07 iyul 2012-ci il təvəllüdlü X2 və 20 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər bir uşağa görə hər ay 110,00 manat, ümumilikdə cəmi 220.0 manat aliment tutulub iddiaçı X1 verilməlidir. İcra sənədi üzrə 14 avqust 2019-cu il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsi tərəfindən icraata başlanılmış, borcluya icraata başlamaq haqqında qərar və tələbin könüllü icrasını təmin edilməsi üçün rəsmi qaydada bildiriş göndərilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılmış, həmçinin yaşadığı evə baxış keçirilsə də, adına hər hansı bir daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə verilmiş könüllü icra müddətində, habelə dəfələrlə xəbərdarlıqlar və məlumatlar verilməsinə baxmayaraq tələbi yerinə yetirməkdən yayındığına görə barəsində 06 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək aidiyyəti üzrə Gədəbəy rayon Məhkəməsinə verilmiş və məhkəmənin 06 mart 2020-ci il tarixli, 3(042)-56/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs inzibati xətanı törətməkdə təqsirli bilinib 500,00 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin edilmişdir. Gədəbəy rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli, 8(042)-50/2020 nömrəli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İnzibati tənbehdən sonra borclu Təqsirləndirilən şəxs yeni icra müddətinin verilməsinə dair 06 mart 2020-ci il tarixli bildiriş təqdim olunmuş, habelə 22 may 2020-ci, 05 iyun 2020-ci, 11 noyabr 2020-ci, 12 yanvar 2021-ci və 08 fevral 2021 -ci il tarixlərdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə rəsmi xəbərdarlıq edilməklə yaranmış aliment borcunu ödəməyəcəyi halda Azərbaycan Respublikası CM-nin 306.1 -ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə izah verilmişdir. İnzibati tənbehdən sonra borclu Təqsirləndirilən şəxs yenidən qərəzli olaraq ödənişlər etməmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq borclu Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olmaqla aliment üzrə qeyri müntəzəm olaraq cüzi ödəniş etməklə qeyd olunan qətnamənin icrasını təmin edəcəyini vizual göstərməyə çalışsa da, əslində yaranmış aliment borcunu ödəməkdən yayınmış, buna görə onun cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıqlar olunmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınmışdır. Onun 08 sentyabr 2021-ci il tarixədək 4574,00 manat aliment borcu yaranmışdır. Borclu Təqsirləndirilən şəxs xəbərdarlıq edilməsinə, barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyindən 08 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilmişdir. Şahid Gədəbəy Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi materiallarında olan aşağıda qeyd edilən sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: - Gədəbəy rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli 2(042)-723/2019 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 11 iyul 2019-cu il tarixdən başlayaraq, 07 iyul 2012-ci il təvəllüdlü X2 və 20 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 110 manat olmaqla, iki uşaq üçün 220 manat aliment tutulub iddiaçı X1 verilməsi qət edilmişdir. - Gədəbəy rayon Məhkəməsinin 06.03.2020-ci il tarixli 3(042)-56/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinmiş, barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilmişdir. - Gədəbəy rayon Məhkəməsinin 8(042)-50/2020 nömrəli 06.05.2020 tarixli qərardadından görünür ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti - məhkəmə qərarı icra edilənədək məhdudlaşdırılmışdır. - Təqsirləndirilən şəxs adına ünvanlanmış 22 may 2020-ci, 05 iyun 2020-ci, 11 noyabr 2020-ci, 12 yanvar 2021-ci və 08 fevral 2021 -ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, ona məhkəmə ətnaməsi ilə nəzərdə tutulmuş alimentin və yığılmış borcun könüllü ödənilməsinə dair xəbərdarlıqlar edilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 19 oktyabr 2021 -ci il tarixli, 012-17346-1221 saylı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Moskva şəhərinin Kuntsev rayon Xalq məhkəməsinin 19 may 2004-cü il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-nin 158-ci maddəsinin 1 -ci hissəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Moskva şəhərinin Sülh rayon məhkəməsinin 23 iyun 2006-cı il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-nin 30-cu maddəsinin 3-cü hissəsi və 158-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Astraxan şəhərinin Lenin rayon məhkəməsinin 04 avqust 2008-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-nin 327-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 2500,00 rubl cərimə cəzasına və Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 07 avqust 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 15 aprel 2010-cu il ildə cəzasının sonu ilə azad olunmuş, hal-hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif olunmalı, o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən aşagıdakıların qeyd edilməsini zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar yoxdur və məhkəmə cəza təyin edərkən bunu da nəzərə alır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qutsardi İtaliyaya qarşı işində (92-ci bənd) qeyd etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində «azadlıq hüququ» bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq «azadlıqdan məhrum» edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin «azadlıqdan məhrum» edilib-edilməmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cərmə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə cərimə cəzasının təyin edilib-edilməməsi məsələsini müzakirə edərkən məhkəmə qeyd edir ki, uşaqların saxlanması üçün təyin edilmiş alimenti ödəməyən vəziyyətdə bir daha maddi ödəniş öhdəliyinin şəxsin üzərinə hökmlə qoyulması ədalətli və işin halına uyğun görünmür. İctimai işlər və islah işləri hər hansı birinin təyin edilməsi məsələsini nəzərdən keçirərkən məhkəmə qeyd edir ki, daha səmimiyyət göstərib ibtidai istintaq və məhkəmə mərhələsində ödəniş edən, cəzasını yüngülləşdirən halları olan təqsirləndirilən şəxslərlə ödəniş etməyib belə yüksək aliment borcu yığılan şəxs arasında fərqlilik baxımından hazırki halda təqsirləndirilən şəxsə ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarından birinin təyin edilməsi cəzanın məqsədinə xidmət etməyəcəkdir Odur ki, məhkəmə qeyd olunanları, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmadığını nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan qətimkan tədbirinin növünün dəyişdirilib-dəyişdirilməməsi məsələsini müzakirə edərək hesab edir ki, hökmün icrasını təmin etmək məqsədilə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə icraatı dövründə onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, o zaldan həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Hökmün icrası Gədəbəy rayuon Polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasına həvalə edilməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edişin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 31 mart 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon Polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Gədəbəy rayon Məhkəməsi və ya həbsdə saxlandığı istintaq təcridxanası vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar