Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-6/2023 14.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kolleiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Gədəbəy rayonu, Gərgər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Gədəbəy rayonu, Gərgər kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-4295/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat inzibati qaydada cərimə edilməsinə və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə məsuliyyəti barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 3560 manat aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə bir-birilərini sevərək evlənmiş, valideyinləri yola getmədikləri üçün, onların intiriqasının yekun nəticəsi olaraq ayrılmışlar. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, onun bu evlilikdən iki uşağı olmuş, başqa ailə qurmamışdır. O, 15 il əvvəl ailə həyatı qurmuş, bunun isə 12 ilini birgə yaşamış və uşaqlarına baxmışdır. Onun aliment borcu əvvəlcə də yığılmış, barəsində inzibati protokol tərtib edilmiş, lakin o borclarını ödəmiş ona görə də tutulmamışdır. O, məhkəmə iclasından sonra keçmiş yoldaşı Bənövşəni Ağstafa rayonuna göndərmiş, ona özünün Bakı şəhərinə gedərək orada usta kimi 15 gün işləyib gəlmək və borcundan ödəmək məqsədi olduğunu demiş, lakin məhkəmə iclasına gəlməli olmuş məhkəmə ondan ödəniş qəbzi tələb etmişdir. O, bu işlə bağlı sürünməkdən bezmiş, tutulmağı belə nəzərə almışdır. Borcundan istintaq zamanı 1000 manat ödəniş etmişdir. O, tutulacağını bilərək məhkəmə iclaslarına gəlməmiş, ödəniş etmədiyi üçün özünü təqsirli bilir. Ona nə qədər aliment kəsilməsindən məlumatı olmuşdur. Təqsirləndirilən şəxs istinad edilən cinayət əməli ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslə bir-birilərini istəyərək ailə həyatı qurmuş, iki övladları olmuşdur. Onların valideyinlərinin bir- biri ilə yola getməmələri səbəbindən ailələri dağılmışdır. O, təqsirləndirilən şəxsdən əlavə nəsə istəməmiş, uşaqlarının dolanışığı üçün köməklik etməsini istəmişdir. O, onkoloji xəstəlikdən əziyyət çəkir. Hazırda işləyir və 333 manat maaş alır, bu isə onun xəstəliyinin müalicəsini belə ödəmir. Qardaşı, anası, bacısı ona köməklik etsələr də, bu kifayət etmir. Uşağının epileptik xəstəliyi var və Bakı şəhərində xəstəxanaya aparıb gətirir. Uşaqları savadlı olduğu üçün yüksək səviyyədə təhsil alır. Uşağının biri ödənişli liseyə daxil olmuş və onun təhsil almasında, online məşğələlər və dərslər yüksək pul tələb edir. O isə bu pulu ödəməkdə çətinlik çəkir və onun pula ehtiyacı vardır. Təqsirləndirilən şəxs istəsə ödənişi etməkdə çətinlik çəkməz, çünki o, işləyir və günlük qazancı 50-60 manatdır. Təqsirləndirilən şəxs prinsipə düşərək ödəniş etməkdən imtina etmiş ki, bir dəfəlik tutulsun və bu məsələ bağlansın. Sonuncu dəfə məhkəmə iclasından çıxan zaman Sənan ona Ağstafa rayonuna getməsini, özünün Bakı şəhərinə işləmək üçün gedəcəyini, işləyib borcunu verəcəyini bildirmiş, o isə Sənana işləyib bacardığı qədər ödəniş etməsini, bu halda məhkəmədə ondan şikayətçi olmayacağını bildirmişdir. Təqsirləndirilən şəxs bundan sonra QAZEL markalı maşına minərək Bakı şəhərinə getmişdir. Sənan getdikdən sonra 2-3 gün onunla və uşaqları ilə mehriban danışmış, lakin sonra içkili vəziyyətdə ona zəng edərək heç bir ödəniş etməyəcəyini, telefonunu sındırıb gedəcəyini və 3 ildən sonra nə vaxt onu tapsalar, onda görüşəcəklərini bildirmişdir. Bundan sonra Sənan bir il 2 ay keçsə də, nə onunla, nə də uşaqları ilə maraqlanmamışdır. Həmin vaxt o, 10 gün idi ki, onkoloji xəstəliklə bağlı əməliyyatdan çıxmışdır. Sənan bunu bilmiş, onun ölə biləcəyini, uşaqlarının sahibsiz qalacağını düşünərək belə uşaqların taleyi ilə maraqlanmamışdır. Zərərçəkmiş şəxs əlavə olaraq bildirdi ki, onlar yadında qalmasa da rəsmi olaraq uzun müddət əvvəl ayrılmışlar. Aliment təxminən 2011-ci ildən tutulmuşdur. Sənan axırıncı dəfə cinayət işi açılmamışdan əvvəl qısa-qısa 1000 manat ödəniş etmişdir. Onun da qəbzlərini təqdim etmiş, başqa hər hansı ödəniş etməmişdir. Onun oğlu universitetə hazırlaşır və hüquqşünas olmaq istəyir. O, övladlarının gələcəkdə problem yaşamaması və mənəvi travma almaması üçün şikayətçi olmaq istəməz, lakin Sənan ödəniş etməkdən boyun qaçırdığı üçün şikayətçi olmaq məcburiyyətindədir. Sənanın ödəməli olduğu pulu əvvəllər qaynatası Kamil Əsgərov ödəmiş, lakin o rəhmətə getdikdən sonra Sənan ödəniş etməmişdir. Şahid Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs aliment ödəyicisi kimi tanımış, onunla əvvəllər hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Gədəbəy rayonu İcra və Probasiya şöbəsinin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs işi icra məmuru Şahid2 icraatında olsa da, şöbə rəisi kimi Sənan ilə dəfələrlə fərdi qaydada söhbət apararaq dövlətin adından çıxarılmış qətnamənin icra edilməsini tələb etmiş, icra etməyəcəyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq etmiş, lakin Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etməmiş, buna görə inzibati məsuliyyətə cəlb olunmuş, daha sonra ödəmədiyinə görə barəsində materiallar toplanaraq Ədliyyə Nazirliyinin İstinaq bölməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olmuş, qazanc əldə etmiş, lakin alimentin ödənilməsindən yayınmış, bəzi vaxlarda vizual olaraq ödəyirmiş kimi görüntü yaratmış, lakin faktiki olaraq məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmışdır. Şahid Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs aliment ödəyicisi kimi tanımış, onunla əvvəllər hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs borclu qismində olduğu icra işi onun icraatında olmuş, iş icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icrası başlanılmış, Təqsirləndirilən şəxs icra sənədinin icra edilməsi ilə bağlı bildirmiş, dəfələrlə onunla söhbət aparmış, izahatı alınmış, ona cinayət məsuliyyəti barədə geniş formada bildirilmişdir. Şahid2 əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs əmlak vəziyyəti yoxlanılmış, adına heç bir əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər ödənişləri olmuş, sonra ödəniş etməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi materiallarında olan aşağıda qeyd edilən sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: - Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-4295/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. - Gədəbəy rayon Məhkəməsinin 8(042)-2/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs məcburi qaydada Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gətirilməyi qərara alınmışdır. - Gədəbəy rayon Məhkəməsinin 8(042)-11/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti – məhkəmə qərarı icra olunanadək məhdudlaşdırılmışdır. - Gədəbəy rayon Məhkəməsinin 3(042)-38/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 21 saylı Ərazi Məşğulluq filialında xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə işaxtaran vətəndaş kimi xx.xx.2020-ci il tarixdən qeydiyyatdadır. - xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnamələrini icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə izah edilmişdir. - Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilininərək Gədəbəy rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla şərti hesab edilmişdir. Sonra Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü, 178.2.2-ci, 66.3-cü və 67.1-ci maddələri ilə təqsirli bilinərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzası Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə 5 il müddətə azaldılmış, xx.xx.2008-ci ildə Suraxanı rayon Məhkəməsinin qərarı ilə cəzası 7 ay 25 gün azadlığın məhdudlaşdırılması cəzasına dəyişdirilmiş, xx.xx.2008-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Hazırda məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif olunmalı, o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən aşagıdakıların qeyd edilməsini zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs icra sənədi üzrə borc məbləğindən 1000 manat ödəniş etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar yoxdur və məhkəmə cəza təyin edərkən bunu da nəzərə alır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qutsardi İtaliyaya qarşı işində (92-ci bənd) qeyd etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində «azadlıq hüququ» bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq «azadlıqdan məhrum» edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin «azadlıqdan məhrum» edilib-edilməmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə cərimə cəzasının təyin edilib-edilməməsi məsələsini müzakirə edərkən məhkəmə qeyd edir ki, uşaqların saxlanması üçün təyin edilmiş alimenti ödəməyən vəziyyətdə bir daha maddi ödəniş öhdəliyinin şəxsin üzərinə hökmlə qoyulması ədalətli və işin halına uyğun görünmür. Məhkəmə qeyd edir ki, hazırki halda təqsirləndirilən şəxsə ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarından birinin təyin edilməsi də cəzanın məqsədinə xidmət etməyəcəkdir. Belə ki, cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxs uzun müddət icra sənədi üzrə ödənişlər aparmamış, məsuliyyətə cəlb edilməsi barədə təqdimatla istintaq orqanına müraciət edildikdən sonra ayrı -ayrı vaxtlarda, yəni xx.xx.2022-ci il tarixdə 202 manat, xx.xx.2022-ci il tarixdə 140 manat, xx.xx.2022-ci ildə 50 manat, xx.xx.2022-ci ildə 154,70 manat, xx.xx.2022-ci ildə 160 manat, xx.xx.2022-ci il tarixdə 90 manat, xx.xx.2022-ci ildə 50 manat, xx.xx.2022-ci ildə 160 manat ödəniş etsə də, xx.xx.2022-ci il tarixdə məhkəmə istintaqından yayındığına görə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunmuş, xx.xx.2023-cü il tarixədək, yəni faktiki saxlanıldığı tarixədək bir ildən artıq müddət keçməsinə baxmayaraq aliment pulundan heç bir ödəniş aparmamışdır. Bu da onu göstərir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunarsa, cəzanın məqsədlərinə nail olunması mümkün deyildir. Odur ki, məhkəmə qeyd olunanları, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzanın məqsədini təmin edəcəkdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azəarbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsi müstəntiqinin qərarı ilə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulduğu 01 gün müddət, CM-nin 69.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə müddətinə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Həmçinin, cinayət işinin materiallarından görünür ki, Gədəbəy rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-ci il tarixdə o, tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan qətimkan tədbirinin növünün dəyişdirilib-dəyişdirilməməsi məsələsini müzakirə edərək hesab edir ki, hökmün icrasını təmin etmək məqsədilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy rayon Polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci il tarixdə bir gün tutulduğu müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq ona qəti olaraq 1 il 5 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 01 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon Polis şöbəsinə və Azərbaycan Respublikası Penitensiar Xidmətin Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olduğu, həbsdə saxlanılanlar isə rəsmi qaydada verildiyi gündən 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə və ya həbsdə saxlanıldıqları yerin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə protest və şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-6/2023
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-6/2023
14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver