Məhkəmə qərarları › İş №1(042)-6/2025

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-6/2025

20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-6/2025 20.06.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Nübar Yusif qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Gədəbəy rayonu, Çalburun kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, Gədəbəy rayonu, Çalburun kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcələsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin Gədəbəy rayonu Mərkəzinin rəisi vəzifəsində işləməklə öz qulluq mövqeyindən istifadə edərək 2023-cü ilin mart ayında Gədəbəy rayonu Miskinli kənd sakini Zərərçəkmiş şəxs3 oğlunu Turqut Abdalovu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Gədəbəy rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə baytar köməkçisi kimi işə düzəldəcəyi barədə yalan vədlər verib Zərərçəkmiş şəxs3 buna inandıraraq sonuncudan 1500 (min beş yüz) manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin Gədəbəy rayonu Mərkəzinin rəisi vəzifəsində işləməklə öz qulluq mövqeyindən istifadə edərək 2023-cü ilin iyul ayının əvvəllərində Gədəbəy rayonu Qoşabulaq kənd sakini Zərərçəkmiş şəxs2 onu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Gədəbəy rayon Heyvan Sağlamlığı və Baytarlıq İdarəsinə baytar köməkçisi kimi işə düzəldəcəyi barədə yalan vədlər verib Zərərçəkmiş şəxs2 buna inandıraraq sonuncudan 2500 (iki min beş yüz) manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin Gədəbəy rayonu Mərkəzinin rəisi vəzifəsində işləməklə öz qulluq mövqeyindən istifadə edərək 2023-cü ilin iyul ayının əvvəllərində Gədəbəy rayonu Samanlıq kənd sakini X3 onu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Gədəbəy rayon Heyvan Sağlamlığı və Baytarlıq İdarəsinə baytar köməkçisi kimi işə düzəldəcəyi barədə yalan vədlər verib Əlişad Quliyevi buna inandıraraq sonuncudan 3000 (üç min) manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin Gədəbəy rayonu Mərkəzinin rəisi vəzifəsində işləmiş və həmin vəzifədən azad edilmişdir. Gədəbəy rayonu Samanlıq kənd sakini X4, Gədəbəy rayonu Qoşabulaq kənd sakini Zərərçəkmiş şəxs2 və Gədəbəy rayonu Miskinli kəndində yaşayan Zərərçəkmiş şəxs3 tanıyır və əvvəllər aralarında ədavət, düşmənçilik olmamışdır. Gədəbəy rayonu Miskinli kənd sakini Zərərçəkmiş şəxs3 ilə uzun illərdir münasibətləri var. Sonuncu ona bildirmiş ki, oğlu X6 iş axtarsada tapa bilmir və bu səbəbdən işlədiyi mərkəzdə Turquta iş yeri olub-olmadığını soruşmuşdur. O, Eldara 1500 manat pul müqabilində Aqrar Xidmətlər Agentliyinin Gədəbəy rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsinə baytar köməkçisi kimi boş iş yeri olduğunu bildirmişdir. Eldar müəllim onunla 04 mart 2023-cü il tarixdə Gədəbəy şəhərində görüşmüş və ona əlbə-əl olmaqla 1500 manat pul vermişdir. O, Eldarın oğlu Turqutun Gədəbəy məşğulluq idarəsində işsiz kimi qeydiyyatdan keçməsini və ona aid bəzi zəruri sənədləri ona gətirməsini bildirmişdir. Gədəbəy rayonu Qoşabulaq bələdiyyəsinin sədri X8 ilə uzun illərdir münasibətləri yaxşı olmuşdur. 2023-cü ilin iyul ayının əvvəllərində Qəmət Məsimov işlədiyi yerə gəlib, yaxın qohumu Zərərçəkmiş şəxs2 işə ehtiyyacı olduğunu işlədiyi yerdə onu işlə təmin etməyə kömək etməsini istəmişdir. O, Qəmət müəllimə Aqrar Xidmətlər Agentliyinin Gədəbəy rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsinə baytar kimi boş iş yeri olmasını, Elbəyi həmin yerə təyin etmək üçün 2500 manat pul lazım olmasını dedikdə Qəmət müəllim həmin pulu yaxın vaxtda düzəldib, gətirəcəyini deyərək getmişdir. 2023-cü ilin iyul ayının əvvəllərində Qəmət müəllim yanında Zərərçəkmiş şəxs2la birlikdə ünvan 1 ünvanında yerləşən işlədiyi idarəyə gəlmiş, orada Zərərçəkmiş şəxs2 Qəmət Məsimovun yanında ona 2500 manat pul vermiş və o, Elbəyə Gədəbəy rayonu Məşğulluq şöbəsində qeydiyyatdan keçməsini, özünə aid bəzi zəruri sənədləri ona gətirməsini tapşırmışdır. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs2 ona zəng edərək dostu X2 da işə ehtiyyacı olduğunu bildirmişdir O, Elbəyə Aqrar Xidmətlər Agentliyinin Gədəbəy rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsinə baytar köməkçisi kimi boş yer olmasını Əlişadı həmin yerdə işlə təmin etməyə kömək edə biləcəyini lakin, ona 3000 manat pul lazım olduğunu bildirmişdir. Bundan bir neçə gün sonra Elbəy və Əlişadla Gədəbəy rayonu Slavyanka kəndində avtomobil yolunun kənarında yerləşən çayxanada görüşmüş, Əlişad ona 3000 manat pul vermiş və o, Əlişada söz vermiş ki, yaxın günlərdə onun işlə təmin edilməsinə kömək edəcəkdir. Əlişad və Elbəy onun tələb etdiyi sənədləri gətirməmişdir. Sonuncular ona pul verdikdən 2-3 ay sonra yanına gələrək verdikləri pulu geri qaytarmasını tələb etmişlər. Həmçinin Zərərçəkmiş şəxs3 ona pul verdikdən 1-2 ay sonra oğlu Turquta iş yeri tapdığını, Turqutun artıq işlədiyini deyərək verdiyi pulu geri qaytarmasını istəmişdir. Onun qeyd edilən şəxsləri işə götürmək kimi bir səlahiyyəti olmamış, pula ehtiyacı olduğuna görə zərərçəkmiş şəxslərdən qeyd edilən pul məbləğlərini almışdır. O, zərərçəkmiş şəxslərdən əldə etdiyi pulu mülaicəsi üçün sərf etmişdir. Hazırda zərərçəkmiş şəxslərə dəymiş zərər onun tərəfindən tam olaraq ödənilmiş və barışıq əldə edilmişdir. Odur ki, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Samanlıq kəndində yaşayır. Gədəbəy rayonu Çalburun kənd sakini Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayında dostu Zərərçəkmiş şəxs2 vasitəsilə tanımışdır. Belə ki, Elbəy onunla söhbət edərkən bildirmiş ki, o işləmək üçün X12 Mərkəzinə müraciət etmiş, orada Təqsirləndirilən şəxs ilə tanış olmuş və sonuncu ona bildirmiş ki, onu Gədəbəy X7 pul müqabilində işə qəbul etməyə kömək edə bilər. Elbəy işsiz olduğuna görə Təqsirləndirilən şəxs təklifi ilə razılaşmış və həmin vaxt Eldar ona bildirmiş ki, mərkəzdə baytar köməkçisi yeri boşdur. Buna görə də Elbəy ona zəng edib bu barədə bildirdikdə o, həmin yerdə işləmək istədiyini demişdir. 2023-cü ilin iyul ayında Elbəy ilə birlikdə Gədəbəy rayonu Slavyanka kəndində tanımadığı şəxsə məxsus kafedə Eldar ilə ilk dəfə əyləşmiş, orada Elbəydən eşidib-bilmiş ki, sonuncu bir neçə gün əvvəl 2500 manat pulu Təqsirləndirilən şəxs vermiş ki, onu Gədəbəy X7 işlə təmin etsin. Daha sonra Eldarla oturub, söhbət edərkən sonuncu Gədəbəy X7 işlədiyini və onu 3000 manat pul qarşılığında həmin mərkəzdə baytar köməkçisi işi ilə təmin edəcəyini dediyi üçün o, 3000 manat pulu orada sayıb, Təqsirləndirilən şəxs vermişdir. Eldar 20 gün müddətinə onun Gədəbəy X7 baytar köməkçisi kimi işə çağrılacağına söz vermiş, lakin onun söz verdiyi vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Eldar onu işə çağrılmamış və hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Ona görə də, müxtəlif orqanlara şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda ona dəymiş 3000 manat məbləğində zərər Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. O, bu barədə ərizədə vermişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Qoşabulaq kəndində yaşayır və heç yerdə işləmir. Gədəbəy rayonu Çalburun kənd sakini Təqsirləndirilən şəxs tanıyır, əvvəllər aralarında ədavət, düşmənçilikləri olmamışdır. Yaşadığı kəndin bələdiyyə sədri işləyən X8 2023-cü ilin iyul ayında ona yaxınlaşıb, Gədəbəy rayonu X7 iş yerləri olmasını, az miqdarda pul verməsi müqabilində həmin mərkəzdə işlə təmin edilə biləcəyinin demişdir. O, həmin vaxt işsiz olduğuna görə Qəmətin təklifi ilə razılaşmış və sonuncu Təqsirləndirilən şəxs zəng edib, bu barədə bildirdikdə Eldar işə düzəlmək üçün 2500 manat pul lazım olduğunu bildirmişdir. O, həyətində saxladığı inək və yanında balasını 2500 manata satıb, pulu düzəltmiş, Qəmət müəlimə bu barədə demiş, 2023-cü ilin iyul ayının əvvəllərində Qəmət müəllim ilə birlikdə X12 Mərkəzinə Təqsirləndirilən şəxs xidməti iş otağına gəlmişlər. Orada söhbət zamanı Eldar ona bildirmiş ki, işədiyi mərkəzdə onu baytar həkim kimi işə düzəldəcəkdir. Həmin vaxt Qəmət müəllimin yanında özü ilə gətirdiyi 2500 manat pulu sayıb, Eldara vermiş, sonuncu ona bildirmiş ki, baytar həkim işləyərkən ona köməkçi lazım olacaqdır. Buna görə də yaxın dostlarından kiminsə işə ehtiyyacı varsa həmin şəxsi pul qarşılığında baytar köməkçisi kimi işə düzəldə biləcəyini təklif etmişdir. O, kəndə qayıtdıqda dostu Zərərçəkmiş şəxs1 bu barədə bildirmiş, sonuncu işləmək istədiyini dediyinə görə Əlişadın razılığı barədə Təqsirləndirilən şəxs məlumat verdikdə sonuncu 3000 manat pul qarşılığında Əlişadı baytar köməkçisi kimi işlə təmin etməyə kömək edə biləcəyini bildirmişdir. 2023-cü ilin iyul ayının sonlarında Gədəbəy rayonu Slavyanka kəndində Əlişad və o, kafedə Təqsirləndirilən şəxs ilə görüşmüşlər, Əlişad özü ilə gətirdiyi 3000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Eldar 20 gün müddətinə onunla əlaqə saxlayacağını, işə çağrılacaqlarına vəd vermiş, həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq işə çağrılmamışlar və Təqsirləndirilən şəxs onlardan aldığı pulu qaytarmadığına görə Əlişadla birlikdə müxtəlif orqanlara bu barədə müraciətlər etmişlər. Hazırda ona dəymiş 2500 manat məbləğində zərər Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. O, bu barədə ərizədə vermişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Miskinli kəndində yaşayır və Gədəbəy rayonu Çalburun kənd sakini Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Eldar Gədəbəy X7 işləməsini bilmişdir. Eldar ilə əvvəllər aralarında ədavət, düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs ilə görüşərkən oğlu X6 iş axtarması barədə söhbət etdikdə Təqsirləndirilən şəxs Gədəbəy Dövlət X7 boş iş yerləri olduğunu və müəyyən pul müqabilində oğlu Turqutun orada işlə təmin edilməsinə kömək edəcəyini, oğlu X10 X7 baytar köməkçisi işi təmin edəcəyini, qarşılığında isə ondan 1500 manat pul istəmişdir. O, heyvanlarını satıb və borc alıb qeyd edilən pul məbləğini düzəltmiş və 04 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Gədəbəy şəhərinin mərkəzində yerləşən mədəniyyət evinin qarşısında görüşüb, əlbə-əl olmaqla 1500 manatı ona vermişdir. Sonuncu ona söz vermişdir ki, 2 ay müddətə oğlunu işə çağrılacaqlar. O, Təqsirləndirilən şəxs başqa şəxsləri işə düzəltmək adı ilə aldatdığını eşitdikdə sonuncuya zəng vuraraq pulunu istəmişdir. Uzun müddət Təqsirləndirilən şəxs onun pulunu verməmiş və o bu barədə Gədəbəy rayon Polis Şöbəsinə şikayət etmişdir. Hazırda ona dəymiş 1500 manat məbləğində zərər Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. O, bu barədə ərizədə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Qoşabulaq kəndində yaşayır və 2020-ci ildən hazıra kimi Gədəbəy rayonu Qoşabulaq Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Gədəbəy rayonu Çalburun kənd sakini Təqsirləndirilən şəxs uzun illərdir tanıyır, əvvəllər aralarında heç bir ədavət, düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs idarə müəssələrdə vəzifədə işləməsini bilmişdir. Qohumluq əlaqələri olan Zərərçəkmiş şəxs2 mütəmadi onun yanma gəlib, X1 işə düzəltməyə kömək etməsini xahiş etmişdir. 2023-cü ilin iyul ayının əvvəllərində Elbəy ona bildirmiş ki, Eldar müəllimlə özü danışıb-görüşmüş və sonuncu ona bildirmişdir ki, X1 baytar həkim kimi işə düzəltməsi qarşılığında 2500 manat istəmişdir. Bu səbəbdən Elbəy ondan xahiş etmişki, onunla birlikdə gedib həmin pulu Eldar müəllimə versinlər. 2023-cü ilin iyul ayının əvvəllərində qohumu Elbəylə birlikdə Gədəbəy X7 Təqsirləndirilən şəxs xidməti iş otağına gəlmiş, orada Zərərçəkmiş şəxs2 özü ilə gətirdiyi 2500 manat pulu sayıb, Təqsirləndirilən şəxs vermişdir. Sonuncu isə Elbəyə onun yanında söz vermiş ki, yaxın vaxtda onu baytar həkim kimi işə düzəlməsinə kömək edəcək. Həmçinin Eldar orada Elbəyə bəzi özünə məxsus sənədləri düzətməyi və məşğulluq idarəsində qeydiyyatdan keçməsini tapşırmışdır. 2023-cü ilin oktyabr ayında Elbəy onun yanına gəlib, Təqsirləndirilən şəxs onu işə çağırmadığını, bu səbəblə onunla birlikdə yenə də Eldar müəllimin yanma gəlib, Elbəyin işi ilə maraqlanmasını xahiş etdiyinə görə o, Elbəylə birlikdə Təqsirləndirilən şəxs xidməti iş otağına gəlmişdir. Orada Eldar ona söz vermiş ki, 2024-cü ilin yanvar ayında artıq Elbəy işlə təmin olunacaq, yəni Elbəyin əmri gələcəkdir. Bundan bir müddət sonra eşidib-bilmişdir ki, Zərərçəkmiş şəxs2 tanışı Zərərçəkmiş şəxs1 bu barədə danışmış, Əlişad da Gədəbəy X7 işləmək istədiyini bildirmiş və Elbəy bu barədə Eldara dedikdə sonuncu 3000 manat pul müqabilində Əlişadı Gədəbəy X7 baytar həkim köməkçisi kimi işə düzəldə biləcəyini demişdir. Buna görə də Əlişad, Elbəy və Eldar görüşmüşlər və Əlişad 3000 manat pulu Eldara vermiş ki, onu baytar həkim köməkçisi kimi işlə təmin etməyə kömək etsin. Lakin, Eldar onları aldadaraq işlə təmin etməmiş və pullarını dələduzluq yolu ilə ələ keçirmişdir. Bu səbəbdən Elbəy və Əlişad bu barədə polisə müraciət etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Diskə baxış keçirilməsi haqqında 15 fevral 2024-cü il tarixli protokoldan görünür ki, diskin içərisində 5 ədəd səs yazma faylların və şəkil fayıllarmın olması müəyyən edildmişdir. Həmin səs yazma fayıllarmdan birincisi 35 saniyə davam edir. Həmin danışıqların məzmunu aşağıdakı kimidir. “Qardaş nətərsən, nə var - nə yox, Gədəbəyin o, iki dənə iş məsələsinin birində dedin ki, gəl birinci gün həll edəcəm. Onun atasının birinin psixiloji problemi zad var, onlar çox təntiyib, qadan alaram o birisində nə vaxt sənəd gələr edərsən. Başına dönüm, onu həll elə mənə zəng et, bəlkədə on dəfə yığıblar ey başına dönərəm, Onu bir dənə zəng elə gəlim götürüm, kartına vurum. Onun dədəsinin vəziyyəti deyəsən pisdi, yazığın imkanıda yoxdu, dərman zad almağa, gör başına dönərəm onuca həll elə mənə de gəlim götürüm. Həmin səs yazma fayıllarmdan ikincisi 37 saniyə davam edir. Həmin danışıqların məzmunu aşağıdakı kimidir. “Əziz qardaş, necəsən vəziyyətin zad necədi, mənim əziz qardaşım, vəziyyət canbaş necədi. Əziz qardaş gəl 24-ü götür, səbirli ol, kadrlar gəlsin o, birisi xanım, 24-ü gəlsin gəl götür, narahat olma yüzdə milyon faiz deyirəm, narahat olma. Kadırlar gəlməlidir o birisi xanım, 3-4 günə 5 günə gəlməlidir o, xanım gəlsin narahat olma həll edəcəyik altınıda həll edəcəyik. Yəni qaçmırığ, eləmirik narahat olma, gəl 24-ü götür, dünən saat 6 yarısına qədər gözlədik, gəlmədin. Gəl 24-ü götür, altınıda narahat olma 3-4 günə, birinci günə kadrlardan o, birisi xanım gələcək, gəlsin narahat olma onuda aradan qaldıracağıq. Yaxşımı əziz qardaşım mənim.” Səs yazma fayıllarmdan üçüncüsü 26 saniyə davam edir. Həmin danışıqların məzmunu aşağıdakı kimidir. “Bütün başımı çöndəriflər ey Elbəy, 24-ü verirlər ey Elbəy bütün əsəb xəstəliyinə tutuldum, səhərdən gözlədim girdim o, qadının yanma dedi bu 24-ü götür, o birisində 2-3 günə o, birisi altı yüzü götürərsən. Məndə razılaşmadım, deyirəm ki, üç dəyrimi verilməlidir. Elbəyin işi problem deyil ora başqa iş gələndə onan götürülüb, o yerindəcə həl ediləcək. Ancaq bunun üç dənəsi yerindəcə həl edilməlidir, dədəsi ruhi xəstədir, palaz xəstəsidir.” Səs yazma fayıllarmdan dördüncüsü 28 saniyə davam edir. Həmin danışıqların məzmunu aşağıdakı kimidir. “Eldar qardaş necəsən, vəziyyət canın-başın nətərdi. Eldar qardaş deyəsən ordasan qəbul otağında, qız mənə zəng eləmişdi dedi birdən səs-küy salıb eliyər, Eldar qardaş narahat olma qız səni indi qəbul edəcək, yəni narahat olma, yəni səbrli olda, yəni gözlə də yəni sənən xahiş edirəm mən orda yoxam orda səs-küy olmasın. Sənən çox-çox xahiş edirəm mənim qardaşım, mənim əzizim səbrli ola yəni qız səni qəbul edəcək. Oldu Eldar qardaş, yəni nəsə lazım olsa xəbər elə mənə.” Səs yazma fayıllarmdan beşincisi 09 saniyə davam edir. Həmin danışıqların məzmunu aşağıdakı kimidir. “Elbəy qadası, budu bax smsin yazmışam, gözdüyürəm çayxanada oturub, çay içib gözləyirəm, narahat olma bu günləri nə üzünə olur olsun bu iş yekunlaşacaq. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, baxış keçirilən səs yazma fayıllarınındakı 1,3,5 səs yazıları Təqsirləndirilən şəxs digər 2 və 4cü səs yazıları isə Təqsirləndirilən şəxs Rüfət adlı şəxs kimi təqdim etdiyi şəxsə aiddir.” - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3- 22/2-1922/2024 nömrəli məktubunda göstərilmişdir ki, Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Gədəbəy rayon Mərkəzinin rəisi Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə Nazirliyə Daxil olmuş vətəndaşı müraciətləri əsasında yerində yoxlama aparılmış və araşdırmanın nəticəsinə uyğun olaraq Təqsirləndirilən şəxslə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda ) əsasən Aqrar xidmətlər Agentliyinin 2024-cü il 13 may tarixli müvafiq əmri ilə xitam verilmişdir. Araşdırma müddətində Nazirliyin digər əməkdaşlarının qanunusuz hərəkətləri barədə xüsusatlar aşkar edilməmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin 14 may 2024-cü il tarixli 3-22-1/2-778/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Gədəbəy rayon Mərkəzinin rəisi Təqsirləndirilən şəxs əmək müqaviləsinə Agentliyin xx.xx.2024-cü il tarixli 3-22-1/3-1-199/2024 nömrəli əmri ilə xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. - Əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs dələduzluq cinayət əməlini törətməsində başqa şəxslərin iştirakı olmamış, onun Zərərçəkmiş şəxs2 göndərmiş olduğu səs-yazılarında adı keçən Rüfət adlı şəxs uydurma şəxs olmaqla şəxsiyyətinin müəyyən edilməmiş və şikayət etmiş şəxslərdən başqa şəxslərin pulunu Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ələ keçirməsi müəyyən edilməmişdir. -“Şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, 22 aprel 2024-cü il tarixdən 24 aprel 2024-cü il tarixinə qədər Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 02 gün tutulmuşdur. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Gədəbəy RİHB-nın Çalburun kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizələrdən görünür ki, onlara dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş və barışmışlar. Onların Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CMnin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun üzərinə yaşadığı Gədəbəy rayonu, Çalburun kəndində olan ünvanını saat 23:30-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gədəbəy rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Gədəbəy rayonu, Çalburun kəndində olan ünvanını saat 23:30-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gədəbəy rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar