Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-60/2025 05.03.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1948-ci il tarixində Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, pensiyaçı, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu Sarıhasanlı kəndində pasport qeydiyyatında olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 iyun 2025-ci il tarixdə saat 10 radələrində Gədəbəy rayonu Sarıhasanlı kəndində mərhum qardaşı X1 məxsus yaşayış olmayan evin həyətində olan otları biçmək üçün getdikdə otların həmkəndlisi Zərərçəkmiş şəxs məxsus iribuynuzlu heyvan tərəfindən əzilərək yararsız hala düşməsini görüb Zərərçəkmiş şəxs çağıraraq ona irad tutması səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəmnində baş vermiş mübahisə və münaqişə zamanı əlində olan dəryazın taxta hissəsi ilə Zərərçəkmiş şəxs sol qol nahiyyəsindən vuraraq ona boyunun qançırı qismində sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və sol bazu oynağının çıxığı qismində zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs оna elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Sarıhasanlı kəndində yaşayır, şəhid atasıdır. Zərərçəkmiş şəxs həmkəndlsidir. 26 iyun 2025-ci il tarixdə saat 10 radələrində Sarıhasanlı kəndində mərhum qardaşı Ellaz Hüseynova məxsus yaşayış olmayan evin həyətindəki otları biçmək üçün ora getdikdə otların həmkəndlisi Mahirin inəyi tərəfindən əzilərək yararsız hala düşməsini görüb Mahiri çağırmış, öz iradını bildirmiş, buna görə aralarında mübahisə baş vermiş, əlbəyaxa olmuşlar. O da əlindəki dəryazın taxta hissəsi ilə Mahiri vurmuşdur. Barəsində amntistiya aktının tətbiq edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmyerlisidir, son vaxtlar Səfxanla aralarında suya görə mübahisələri var. Bununla bağlı məhkəmədə mülki işləri də olmuşdur. 26 iyun 2025-ci il tarixdə saat 10 radələrində Sarıhasanlı kəndi ərazisində Təqsirləndirilən şəxs onu səsləyib çağırmış, inəyinin onun mərhum qardaşının həyətyanı sahəsinə daxil olub otları tapdalaması və yeməsinə görə onunla münbahisə etməyə başlamışdır. Sonra isə Səfxan əlindəki dəryazın taxta hissəsi ilə onun sol qol nahiyəsinən vurmuş, o da xəsarət almışdır. Təqsirləndirilən şəxsdən şikayətçi deyil. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs oğlu, Təqsirləndirilən şəxs isə həmkəndlisidir. 26 iyun 2025-ci il tarixdə, saat 10 radələrində oğlu Mahirlə Səfxan kənddə, Səfxanın mərhum qardaşının evinin həyətində dalaşmışlar, orada Səfxan Mahirə xəsarət yetirmişdir. Oğluna məxsus olan inəyin Səfxanın qardaşı Ellaza məxsus həyətyanı sahəyə daxil olub otu əzdiyi və yediyi üçün Səfxanın Mahirlə dalaşdığını bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 223 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – boyunun qançırı, sol bazu oynağının çıxığı küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol bazu oynağının çıxığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarət isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aidd olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs xəsarətlərinin xarakterinə, yerləşmə nahiyəsinə əsasən demək olar ki, onun həmin xəsarətləri özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmaya xarakterik xəsarət aşkar olunmamışdır. - DİN BƏSİİ-dən daxil olmuş tələbanmədən görünür ki, Təqsirləndirilən şəxsəvvəllər məhkum olunmamışdır. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş 007598 saylı vəsiqəyə əsasən X2 şəhid ailəsinin üzvüdür. - Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, amnistiya aktının tətbiq olunmaqla barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli ibtidadi istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək özünü Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.1, 1.14 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.1-ci bəndində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları 1.14-cı bəndində bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və o şəhid ailə üzvü olmaqla yaşı 60 yaşdan yuxarı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.1, 1.14 və 5.1-ci bəndləri onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər onun əməlinə şamil olunmur. Beləliklə, məhkəmə hesab edir ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.1, 1.14 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv еdilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiysa elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.1, 1.14 və 5.1-ci bəndlərinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv еdilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(042)-60/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-60/2025
05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver