Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-61/2021 28.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1937-ci ildə Gədəbəy rayonu, Arıxdam kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olmayan, təqaüdçü, Gədəbəy rayonu, Arıxdam kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 06 iyul 2021-ci il tarixdə saat 11:30 radələrində Gədəbəy rayonu, Arıqdam kəndində yaşadığı evdə gəlini Zərərçəkmiş şəxs yemək bişirmək üçün istifadə olunan qaz peçini evin dəhlizinə qoyması səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı orada olan stulu Zərərçəkmiş şəxs başına qəsdən vuraraq ona başın əzilmiş yarası, şişkinliyi, qançırı (sol gicgah nahiyyəsinin) və sağ əlin qançırı qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Arıqdam kəndində yaşayır, Zərərçəkmiş şəxs gəlini, Şahid1 oğlu, Şahid2 isə nəvəsidir. Onlar Gəncə şəhərində yaşayırlar. Yay aylarında Nazim öz ailəsi ilə istirahət etmək üçün onun Arıqdam kəndində yerləşən evinə gəlib qalmışdır. Zərərçəkmiş şəxs hər il yayda gələndə onun evində narazılıq yaratmışdır. 2021ci ilin iyul ayının əvvəlində Nazim arvadı Məhparə, övladları İsmayıl və Vüsal ilə birlikdə istirahət etmək üçün onun Arıqdam kəndindəki evinə gəlmiş və evin bir otağında yaşamışlar. 06 iyul 2021 -ci il tarixdə saat 11:30-da Məhparə yemək bişirmək üçün istifadə olunan qaz peçini oturacaq stulun üstündə evin giriş dəhlizinin ortasına qoymuşdur. Dəhliz dar olduğu üçün qapıdan çıxıb keçmək olmamışdır. Digər otağın qapısından dəhlizə keçən zaman qaz peçinin yanında olan çömçəyə ilişmiş, əsəbləşərək Mehparə ilə mübahisə etmişdir. Sonra stolla Mehparəni vurmuşdur. Hazırda gəlini Mehparə ilə barışmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Təqsirləndirilən şəxs qayınatasıdır. 2021-ci ilin iyul ayının 5-də axşam əri Şahid1, oğlanları Şahid2 və X2 ilə birlikdə Təqsirləndirilən şəxs Arıqdam kəndində yerləşən evinə gəlmişlər. 06 iyul 2021-ci il tarixdə səhər Təqsirləndirilən şəxs təbii qazdan istifadə etməyə narazılıq etdiyi üçün Şahid1 gedib qaz balonunu doldurub gətirmişdir ki, ondan istifadə etsin. Saat 11:30-da yemək bişirmək üçün olan qaz peçini evin giriş dəhlizində stulun üstünə qoyub yemək bişirmək istəyən zaman Təqsirləndirilən şəxs öz yaşadığı otaqdan çıxıb qaz peçini dəhlizdə görüb əsəbləşmiş və peçi götürüb pilləkənin aşağı hissəsinə atmışdır. Niyə peçi atdığını soruşan zaman isə Təqsirləndirilən şəxs onu söyüb təhqir edərək həmin stulu götürüb başının sol gicgah nahiyyəsinə vurub xəsarət yetirmişdir. Şahid3 ifadəsində göstərdi ki, Gədəbəy rayonu Arıqdam kəndində yaşayır, Təqsirləndirilən şəxs atası, Zərərçəkmiş şəxs gəlinləri, Şahid1 qardaşıdır. Nazim ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayır. Yay aylarında ailəsini də gətirib Arıqdam kəndindəki ata yurdunda istirahət edirlər. Kəndə gələn zaman Nazim öz ailəsi ilə onun qaldığı otaqda qalmışdır. 2021-ci ilin iyul ayının 5-də axşam Nazim ailəsi ilə birlikdə Arıqdam kəndinə ata yurduna gəlmişdir. 06 iyul 2021-ci il tarixdə saat 11 radələrində Gədəbəy rayon bazarında olan zaman Nazimin arvadı Məhparə zəng edib Təqsirləndirilən şəxs evin dəhlizinə, pilləkənin üstünə qaz peçi qoymaq üstündə onunla mübahisə yaratdığını bildirmişdir. Dərhal yaşadığı evə getmişdir. Evə girən zaman Məhparəni pilləkəndə başından qan axdığını, bütün üst-başının qan olduğunu, qardaşı oğlu İsmayılın isə anasının başından axan qanı saxlamağa çalışdığını görmüşdür. Məhparə təcili tibbi yardıma və polisə zəng edib məlumat vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs də evdə olmuşdur. Məhparə evin giriş dəhlizinə qaz peçi qoyması səbəbindən Təqsirləndirilən şəxs onunla mübahisə etdiyini və sonuncunun orada olan stulu götürüb onun başına vurduğunu bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; - Hadisə yerinə baxış keçirilməsi haqqında 06 iyul 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu Arıqdam kəndinin ərazisidir. Vətəndaş Zərərçəkmiş şəxs müvəqqəti yaşadığı ev Arıqdam kəndində yerləşir. Evin ətrafında yaşayış evləri vardır. Evin həyətinə dəmir qapıdan daxil olduqda qarşıda ikimərtəbəli ev vardır. Evin taxta giriş qapısından içəri daxil olduqda sağ tərəfdə və sol tərəfdə otaqlar vardır. Girişdən düzünə digər otaqlar yerləşir. Evin girişində qapının sol tərəfində stul, stulun üzərində ikigözlü qaz peçi vardır. Stulun yanında stulun qırılmış taxtası vardır. Vətəndaş Zərərçəkmiş şəxs deməsinə görə qaz peçinin alt tərəfində olan stul ilə baş nahiyyəsinə vurularaq xəsarət yetirilmişdir. Həmin qəhvəyi rəngli bir ədəd stul maddi sübut kimi götürülmüşdür. Hadisə yerinə baxış keçirilərkən hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. - məhkəmə tibbi ekspertizasının 06 iyul 2021-ci il tarixli, 449 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - başın əzilmiş yarası, şişkinliyi, qançırı (sol gicgah nahiyyəsinin) və sağ əlin qançırı küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 06 iyul 2021 -ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə başın əzilmiş yarası sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin özü-özünə yetirə bilməsi inandırıcı deyildir, göstərdiyi şəraitdə ala bilməsi inkar olunmur. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olumamışdır. Məhkəmə araşdırılan sübutları hərtərəfli təhlil edib, qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun öz etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidlərin ifadəsi, eləcə də həmin ifadələri tamamlayan ekspert rəyi ilə tam sübuta yetir. Məhkəmə onlarının törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, təqsirləndirilən şəxslə barışdığını, onlardan şikayət və tələbinin olmadığını bildirərək işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinin tələbinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2 və 40.2.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda, o cümlədən zərər çəkmiş şəxslə barışdıqda cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda işə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmalarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və onlar cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40, 43 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə cinayət təqibinə zərər çəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırdığına görə xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-61/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-61/2021
28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver