Məhkəmə qərarları › İş №1(042)-62/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-62/2021

28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-62/2021 28.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Gədəbəy rayonu, Arıxdam kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, Gədəbəy rayon Məhkəməsinin 21 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilmiş, cərimə məbləğini tam ödəməmiş, məhkumluğu ödənilməmiş və ya gütürülməmiş, Gədəbəy rayonu Arıxdam kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 13 iyul 2021-ci il tarixdə saat 20 radələrində təsərrüfatında olan atın həmkəndlisi Zərərçəkmiş şəxs istifadəsində olan Gədəbəy rayonu Arıxdam kəndi ərazisində yerləşən əkin sahəsinə keçməsinə görə aralarında qonşuluq münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs burun nahiyyəsindən yumruqla qəsdən vuraraq ona burunun şişkinliyi və burun sümüyünün yerdəyişməyən sınığı qismində sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Arıxdam kəndində yaşayır. Zərərçəkmiş şəxs və onun arvadı Şahid1 həmkəndlisidir. 13 iyul 2021-ci il tarixdə təsərrüfatında olan bir rəst atı evinin arxasında yerləşən qonşu Cavanşirin biçilmiş sahəsinə bağlamışdır. Həmin gün saat 20 radələrində evinin həyətindən baxan zaman atın açılmasını görüb atı yuxarı bağlamaq üçün getmişdir. Atı aparan zaman yaşadığı evin qarşısında oturan Elbrus onun yanına gəlmiş, “atına niyə sahib çıxmırsan, həmin məhlənin pulunu verib almışam” demişdir. O, həmin məhləni almasından xəbəri olmadığını deyib atı bir daha oraya bağlamayacağını desə də, Elbrus onunla əlbə-yaxa olmuşdur. Onlar bir-birini yumruqla vurmuşlar. Hal Hazırda barışmışlar. Zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Bu barədə məhkəməyə ərizə vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. 13 iyul 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı evin həyətində olan zaman Əvəzin təsərrüfatında olan bir rəst atın qonşu Elnarədən alıb qarğıdalı əkdiyi sahənin içərisində olduğunu görmüşdür. At təsərrüfatına ziyanlıq vurmasın deyə atı çıxarıb yola tərəf ötürmüşdür. Həmin vaxt Əvəz atın qarşı tərəfindən gələrək ona “mənim atımla nə işin var” demişdir. Əvəzə həmin sahəni qonşu Elnarədən alaraq qarğıdalı əkdiyini demişdir. Təqsirləndirilən şəxs yer sənindirsə sənədini göstər” demiş, ona görə də aralarında mübahisə yaranmış, Əvəz onun ünvanına nalayiq ifadələr işlətmiş və yumruqla onun burun nahiyyəsinə vurmuşdur. Həmin zərbənin təsirindən yerə yıxılmışdır. Əvəz tərəfindən döyülməsini arvadı Nəzakət görmüşdür. Digər şəxslər oraya gələn zaman artıq bir-birindən aralıda olmuşlar. Şahid1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Arıxdam kəndində yaşayır. Zərərçəkmiş şəxs onun əridir. 13 iyul 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı evin həyətində olan zaman Elnarədən alıb qarğıdalı əkdikləri sahə tərəfdən səs-küy gəldiyini eşitmişdir. Nə baş verdiyini müəyyən etmək üçün həmin yerə gedən zaman əri Elbrusun ağız-burnunun qanın içərisində olduğunu və ərinin yerdə olmasını qonşusu Əvəzin onun yaxasından tutaraq boğmasını görmüşdür. Əvəzin əl çəkmədiyini görüb yumruqla onun sifət nahiyyəsinə vurmuşdur. Bundan sonra ayağa qalxmışlar. Sonra aralanmışlar. Şahid Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və arvadı Şahid1 qonşularıdır. Heç biri ilə arasında narazılıq və ədavəti yoxdur. 13.07.2021-ci il tarixdə saat 20 radələrində təsərrüfatında olan quzulara baxmaq üçün kəndin örüşünə getmişdir. Həmin vaxtı qonşu Elbrusun evinə gedən torpaq yolda Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir-birindən kənarda üst başları qanlı halda mübahisə etdiklərini, onlardan kənarda isə Şahid1 və ağlayan gəlinləri Günayı görmüşdür. Oraya çatan zaman onun arxasınca Təqsirləndirilən şəxs qardaşı İbrahim Qurbanov və arvadı Almaz hadisə yerindən bir qədər kənarda yerləşən evlərindən onların mübahisə etdiyi yerə gəlmişlər. Onları yenidən dava etməyə qoymamışdır. İbrahim və arvadı Almaz Əvəzi, Nəzakət ilə gəlini Günay isə Elbrusu yaşadıqları evə aparmışlar. Oradan heyvanlarının yanına örüşə getmişdir. Bundan sonra orada nə baş verdiyini bilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında 22 iyul 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu Arıxdam kəndində Zərərçəkmiş şəxs evinin yaxınlığında yerləşən torpaq sahəsidir. Baxışda Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirak etmişdir. Hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı evdən 50 metr məsafədədir. Hadisə yerindən 15 metr kənarda yarımtikili var, sağ və sol tərəfi otlaq sahəsidir. Təqsirləndirilən şəxs hadisə yerini göstərmiş, Təqsirləndirilən şəxs göstərdiyi yer Zərərçəkmiş şəxs yaşadığı evdən 30 metr məsafədə yerləşir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu döydüyü yer evinin həyat yanı sahəsinin ətrafına çəkdiyi hasardan 7 metr kənarda onun yaşadığı evə gedən torpaq yolun kənarında yerləşir. Hadisə yerinə baxış keçirilərkən hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. - məhkəmə tibbi ekspertizasının 15.07.2021-ci il tarixli, 467 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - burunun şişkinliyi və burun sümüyünün yer dəyişməyən sınığı küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 13 iyul 2021-ci il tarixə uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində özü-özünə yetirilməyə xarakterik xəsarətlər aşkar edilmir. - sərxoşluq hallarının bütün növlərini təyini məqsədi ilə aparılan 13 iyul 2021-ci il tarixli 296 nömrəli tibbi müayinə protokolundan görünür ki, Zərərçəkmiş şəxs hadisə baş verən zaman yüngül dərəcəli sərxoş olmuşdur. - sərxoşluq hallarının bütün növlərini təyini məqsədi ilə aparılan 13 iyul 2021-ci il tarixli 297 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman yüngül dərəcəli sərxoş olmuşdur. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Gədəbəy rayon məhkəməsinin 21 avqust 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Gədəbəy rayon İcra və Probasiya Şöbəsindən alınmış 16.08.2021-ci il tarixli 285572-VŞ saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə cəzasını ödəməmiş və hazırda cəza çəkir. Məhkəmə tədqiq olunmuş hər bir sübutu ayrılıqda və bir biri ilə müqayisəli təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun 13 iyul 2021-ci il tarixdə saat 20 radələrində Gədəbəy rayonu, Arıxdam kəndi ərazisində Zərərçəkmiş şəxs aralarında qonşuluq münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı əli ilə burun nahiyyəsindən qəsdən vuraraq ona burunun şişkinliyi və burun sümüyünün yerdəyişməyən sınığı qismində sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurması məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla tam təsdiq olunur. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməlidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, təqsirləndirilən şəxslə barışdığını, onlardan şikayət və tələbinin olmadığını bildirərək işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olub-olmamasına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan Azərbaycan Respublikası CPM-nin 18.4 və 18.4.1-ci maddəsinə əsasən, onun əvvəlki cinayət əməli residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinin tələbinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2 və 40.2.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda, o cümlədən zərər çəkmiş şəxslə barışdıqda cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslərə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda işə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Gədəbəy rayon məhkəməsinin 21 avqust 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilməsi və cərimə cəzasını icra etməməsi onun barəsində Azərbaycan Respublikası CMnin 73-cü maddəsinin tətbiq edilməsini istisna etmir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cəza təyin edilməsi məsələsini müzakirə edərkən, qeyd olunanları və zərər çəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40, 43 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərər çəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırdığına görə xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar