Məhkəmə qərarları › İş №1(042)-62/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-62/2022

22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-62/2022 22.12.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Azərişıq ASC-nin Gədəbəy şəbəkə sahəsində elektrik mantyoru işləyən, Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən evinin yaxınlığında qayınatası Şahid4 Zərərçəkmiş şəxs və sonuncunun anası Şahid1 olan pul borcunu qaytarmaması səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı təsərrüfat aləti olan bel ilə Zərərçəkmiş şəxs baş nahiyyəsinə qəsdən vuraraq sonuncuya başın əzilmiş-çapılmış yarası, sol göz altının şişkinliyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bildi və göstərdi ki, o, Gədəbəy rayonu Söyüdlü kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq Azərişıq ASC-nin Gədəbəy şəbəkə sahəsində elektrik mantyoru vəzifəsində işləyir. Şahid2 ilə evli olmaqla, himayəsində bir azyaşlı övladı var. Zərərçəkmiş şəxs və sonuncunun anası Şahid1 Rəfayıl qızı həmkəndliləridir. Onlarla əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 25 iyul 2022-ci il tarixdə saat 12 radələrində həmkəndlisi Şahid1 onun istifadəsində mobil nömrəyə zəng edərək yaşadıqları kənddə işıqların hansı səbəbdən söndüyünü soruşmuş, o, öz növbəsində bu barədə maraqlanıb, Aynura işıqların təmirlə bağlı işlədiyi idarə tərəfindən söndürülməsi barədə məlumat vermişdir. Həmin gün saat 14 radələrində Aynur ona yenidən zəng edərək, qayınatası Vilayətin harada olduğunu xəbər almış, o, Aynura qayınatasının yeri barədə məlumatı olmadığını söyləmişdir. Aynurla söhbət əsnasında 2018-ci ilin aprel ayında qayınatası Vilayət Aynurdan sələmə pul götürdüyü, lakin pulunu ödəyə bilmədiyi ona məlum olmuş, Aynur Vilayəti həbs etdirəcəyini bildirib, onunla əsassız mübahisə etmiş, o qayınatasının borcunun ona aidiyyəti olmadığını izah etmiş, lakin Aynur Vilayətin qızının onun arvadı olduğunu, Vilayətin pulunu vermədiyi halda pul əvəzində onun arvadını aparacağını söyləmişdir. O, Aynurun danışıqlarına əhəmiyyət vermədən mobil telefonunu söndürmüş və Aynurun təkrar zənglərinə cavab verməmişdir. Həmin gün saat 17 radələrində işdən sonra yaşadığı evə gedib istirahət edərkən Aynur ona yenidən zəng etmiş, o, telefon zənginə cavab vermiş, Aynur yenə də arvadı Aynurə, qayınatası Vilayət və qayınanası Midvarın ünvanına nalayiq ifadələr işlətmiş, həmçinin pul əvəzində arvadı Aynurəni aparacağını söyləmişdir. Bir qədər sonra Aynurun oğlu Nicat da başqa nömrədən onun mobil telefonuna zəng etmiş, Nicat isə Aynur dediyi kimi pul əvəzində arvadı Aynurəni aparmaq üçün onun evinə gəldiyini söyləmiş, o, Nicatın bu sözündən əsəbləşib pul alanın və pul verən şəxslərin, yəni Vilayətin və Aynurun ünvanına nalayiq söyüşlər söymüşdür. Həmin gün saat 18 radələrində Nicat ona təkrar zəng edərək “evinin qarşısındayıq, kişisənsə çıx çölə” demişdir. O, evinin qarşısına çıxanda Nicat və Aynurun orada olduğunu, Nicatın avtomobilin yük yerindən nəsə götürdüyünü görmüş, Nicatın avtomobildən qaldırıcı və ya mantirovka götürüb onu vuracağını başa düşərək, o, evinin qarşısında əkinlikdə olan beli özünü müdafiə etmək üçün götürüb Nicatın üzərinə gedərkən azyaşlı oğlu Sənan Ocaqverdiyev yalvaraq Nicatı vurmamasını bildirmişdir. Oğlunun bu sözündən təsirlənib kürək belini yerə tullayıb irəli getmişdir. O, Aynura yaxınlaşıb oğlunu onun üstünə davaya gətirməsinə görə irad bildirmiş, Aynurla söhbət edərkən ərkyana əlini çiyninə vuraraq ailə üzvləri ilə aralarında normal münasibətlər olduğunu söyləyib, evinə getmək üçün üzünü çevirmiş, bu vaxtı Nicat qəfildən avtomobil qaldırıcısı ilə başına vuraraq xəsarət yetirmiş, Nicatın vurduğu zərbənin təsirindən başından qan axmağa başlamış, geriyə çevrilib Nicata tərəf baxanda sonuncunun onu təkrarən vurmaq istəməsini görmüş, o, müvazinətini toplayaraq Nicatın əlindəki qaldırıcını tutub saxlamış, həmin qaldırıcını güc göstərib geri itələyərək Nicatın başından vurmuş və Nicat da xəsarət aldığı üçün ondan aralaşmışdır. Bununla da dava-dalaş başa çatmış, evinə gedib xəsarəti ilə bağlı təcili yardım çağırmış, həmin gün aldığı xəsarətlə bağlı Gədəbəy rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və bir daha belə bir əməl törətməyəcəyini bildirərək cinayət işinə xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Gədəbəy rayonu Söyüdlü kəndində anası Şahid1ə Rəfail qızı və qardaşı X3 ilə birgə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, sürücü işləyib ailəsini dolandırır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs həmkəndlisidir. Təqsirləndirilən şəxsla əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. Onların aralarında olan narazılığa səbəb Arzunun qayınatası Vilayətin anası Aynurəyə pul borclu olması olmuşdur. Belə ki, təxminən 4 ay əvvəl Vilayət anasından borca 5200 manat pul almış, lakin Vilayət həmin pulu ödəməmiş, bir müddət əvvəl də pulu verməmək üçün Gədəbəy ərazisindən qaçıb getmiş, Vilayətin qızı yəni Arzunun arvadı Aynurə Ocaqverdiyevə isə anasına zəng edib, atasının borcu barədə danışmış, atasının xəstə olduğunu bildirərək Aynura atasından pulu tələb etməməsini bildirmişdir. Aynurə ilə anası Aynur arasında bu məzmunda söhbətlər davam edərkən sözlü mübahisə yaranmış, Aynurə telefonda anasını söyüb təhqir etmişdir. Aynurənin bu hərəkətlərinə görə anası sonuncunun əri Arzuya zəng edərək irad bildirmiş, buna baxmayaraq Aynurə yenə də anasını təhqir etməkdə və söyməkdə davam etmişdir. 25 iyul 2022-ci il tarixdə saat 18 radələrində Arzunun istifadəsində olan mobil telefon nömrəsinə zəng etmiş, telefon danışığı zamanı Arzu ilə salamlaşıb, qayınatası Vilayətin anasına borcu olduğunu, Aynurənin isə səbəbsiz yerə anasını söyüb təhqir etdiyini, anasını söyüb təhqir etməməsi üçün arvadını başa salmasını xahiş etmişdir. Arzu telefon danışığı zamanı ünvanına nalayiq söyüşlər söyərək söhbət etmək üçün onu evinə çağırmış, o, idarə etdiyi Vaz 21074 markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobillə, anası Aynurə ilə birgə Arzunun yaşadığı evə getmişlər. Arzunun evinin qarşısına çatdıqda Arzu əlində bel ilə onun üzərinə getmiş, Arzu yaxınlaşan zaman nəlayiq söyüşlər söymüş, onu bel ilə vuracağını başa düşərək anası Arzunun üzərinə gedib, onu vurmamasını bildirmişdir. Arzu yaxınlaşıb əlindəki belin iti ucu ilə onun baş nahiyyəsinə zərbə endirərək xəsarət yetirmişdir. Arzunun onu vurmasından əsəbləşərək avtomobilinin yük yerindən avtomobil qaldırıcısını götürüb Arzunun üzərinə getmiş, onu vurduğu üçün qaldırıcı ilə Arzunun başından vurub xəsarət yetirmişdir. Arzunun arvadı kənarda dayanıb telefonla hadisəni çəkmiş, qayınanası Midvar isə onları aralamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışmasını, təqsirləndirilən şəxsin ona vurmuş olduğu zərəri ödəmiş olmasını və ondan heç bir şikayət və tələbi olmamasını bildirmişdir. Şahid1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə Gədəbəy rayonu Söyüdlü kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Zərərçəkmiş şəxs onun oğludur. Təqsirləndirilən şəxs həmkəndlisidir. Təqsirləndirilən şəxsla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 27 mart 2022-ci il tarixdə Arzunun qayınatası Şahid4 ondan faizlə 3200 manat və 56000 rus rublu pul almış, həmin pulu ümumilikdə 4700 manat hesablamışdır. Vilayətlə həmin məbləğdə pula görə aylıq 300 manat faiz ödəməsi üçün razılaşmışlar. Vilayət 27 aprel 2022-ci il və 27 may 2022-ci il tarixlərdə yəni iki ay müddətində hər ay 300 manat olmaqla pulun faizlərini ödəmişdir. Sonradan Vilayət pulu ödəyə bilməmiş, 2022-ci ilin sentyabr ayında Vilayətin bankdan kredit götürməklə pulunu tam şəkildə qaytarmasına razılaşmış, bununla da Vilayətlə aralarında heç bir problem yaranmamışdır. 19 iyul 2022-ci il tarixdə Vilayətin qızı Aynurə Ocaqverdiyevə ona zəng edərək atasına faizlə pul verdiyi üçün telefonda onu söyüb təhqir etmiş, Vilayətin onun əlindən kəndə gələ bilmədiyini, atasını xəstə saldığını söyləmişdir. Aynurənin zənglərindən bezdiyi üçün 25 iyul 2022-ci il tarixdə sonuncunun əri Arzuya zəng etmiş, Arzu əvvəlcə evdə olmadığını və evə gedəndə arvadını başa salacağını söyləmişdir. Bir qədər sonra Vilayət ona zəng edib, kürəkəni Arzunu təhqir etdiyini söyləmiş, lakin Arzunu təhqir etmədiyini Vilayətə bildirmiş, telefon xəttinə Arzunu qoşmuş, telefon danışığı zamanı Arzu Vilayətə onun tərəfindən təhqir olunmadığını bildirmişdir. Arzu ilə danışan zaman arvadı Aynurə kənardan onu söyüb təhqir etmiş, Arzu isə arvadının öhdəsindən gələ bilmədiyini söyləmişdir. Aynurənin təhqirlərindən bezdiyi üçün Aynurəni söymüşdür. Həmin gün saat 18 radələrində oğlu Nicatla birgə idarə etdiyi avtomobillə Gədəbəy şəhərinə gedərkən Nicata baş verənləri danışmış, Nicat isə Arzuya zəng edib, arvadı Aynurənin onu təhqir etməsinə görə irad bildirmiş, Arzu isə Nicatı və onu söhbət etmək üçün evinə çağırmışdır. Onlar Arzunun evinə getmişlər. Arzunun evinin qarşısına çatanda Nicat avtomobili saxlamış, Nicatla birgə avtomobildən düşəndə Arzunun evinin həyətində olan avtomobilinin yük yerindən nə isə götürdüyünü, lakin arvadı və qayınanası Midvarın Arzuya mane olmaq istədiyini görmüşdür. Arzu onları görüb, üzərlərinə qaçmış, Arzunun Nicatı vurmaq istədiyini başa düşüb, qarşısına keçmiş, lakin Arzu əlindəki beli zərbə ilə Nicatın başına endirmişdir. Nicat isə özünü müdafiə etmək üçün avtomobilinin yük yerindən qaldırıcını götürmüş, qaldırıcı ilə Arzunun baş nahiyyəsinə vurub xəsarət yetirmişdir. Hazırda onlar barışmışlar. Şahid X1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə Gədəbəy rayonu Söyüdlü kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Təqsirləndirilən şəxs əridir. Təqsirləndirilən şəxsla birgə nikahından 2015-ci il təvəllüdlü oğlu Sənan Ocaqverdiyev doğulmuşdur. Zərərçəkmiş şəxs və Şahid1 həmkəndliləridir. Onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Hazırki hadisədən sonra Şahid1 və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında ədavət yaranmışdır. Hadisənin baş verməsinə səbəb atası Vilayətin Aynurdan sələmə pul alması olmuşdur. Vilayət Aynurdan aldığı pul artığı ilə qaytarsa da Aynur bununla razılaşmamış, faiz əvəzində əlavə pul da istəmişdir. Hazırki hadisədən 2 iki gün əvvəl Aynura zəng edib, atasını hədələməsinə görə irad bildirmişdir. O, Aynura atasının isə Bakı şəhərində ürəyindən əməliyyat olunmağa ehtiyyacı olduğunu və maddi imkanı olmadığını, Aynurun atasını hədələməsinə səhhətinin daha da pisləşdiyini bildirmiş, Aynurdan atasını bu ilin sentyabr ayına qədər gözləməsini xahiş etmişdir. Lakin telefon danışığı zamanı Aynur onun ünvanına nalayiq söyüşlər söymüş, hətda pulun əvəzində onu evindən aparacağını söyləmişdir. Bu səbəbdən Aynurla aralarında mübahisə yaranmış, sonra isə Aynur əri Arzuya zəng edib, onu narahat etməsi barədə həqiqətə uyğun olmayan sözlər danışmışdır. Hətta Aynur əri Arzuya da atasının ona verməli olduğu pul əvəzində onu aparacağını bildirmişdir. 25 iyul 2022-ci il tarixdə saat 18 radələrində evdə olduğu zaman Aynurun oğlu Nicat idarə etdiyi avtomobillə evinə gəlmiş, Nicat Arzuya zəng edərək pul əvəzində onu aparmaq üçün gəldiyini bildirərək Arzunu evinin qarşısına çağırmış, Arzu Nicatın sözündən sonra küçəyə çıxmış, Arzunun arxasınca özü, anası Midvar və oğlu Sənan da getmişdir. Arzun Nicatın avtomobilin baqajından nəyisə götürdüyünü görüb, özünü müdafiə etmək üçün evin qarşısından bel götürmüş, ancaq oğlu Sənan qışqırıb yalvardığı üçün Arzu beli yerə tullamış, o, özünə məxsus Redmi markalı mobil telefonla Aynurun və Nicatın hərəkətlərini video ilə qeydə almış, Arzu beli tulladıqdan sonra əliyalın Nicatın və Aynurun yanına getmiş, Arzu Aynurla söhbət edərkən Nicat avtomobilin qaldırıcısı ilə Arzunun başına vuraraq xəsarət yetirmişdir. Nicat yenidən qaldırıcı ilə Arzunu vurmaq istədikdə, sonuncu müqavətini düzəldib, Nicatın əlindəki qaldırıcını saxlamış, Nicatla Arzu çəkişərkən Arzu da qarşılıqlı olaraq Nicatı qaldırıcı ilə başından vurub xəsarət yetirmişdir. Hadisə barədə qeyd aldığı video görüntülərdə belin hadisə yerindən aralıda yerdə olması, Arzunun da əlində bel olmaması aydın görünmüşdür. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərişdir ki, ailə üzvləri ilə Gədəbəy rayonu Söyüdlü kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Təqsirləndirilən şəxsov oğlu kürəkənidir. Təqsirləndirilən şəxs qızı Aynurə Ocaqverdiyevə ilə evlidir. Zərərçəkmiş şəxs və sonuncunun anası Şahid1 Rafayıl qızı həmkəndliləridir. Nicat və anası ilə kürəkəni Arzu və qızı Aynurə arasında ədavət yaranmışdır. Həmin ədavətin yaranmasına səbəb isə onun Aynurdan sələmə pul alması, lakin pulunu vaxtlı-vaxtında ödəyə bilməməsi olmuşdur. Belə ki, 2018-ci ilin aprel ayında Aynurədən sələmə 56000 rus rublu və 3200 manat almış, 25 iyun 2022-ci il tarixə qədər Aynura cəmi 13 min manat pul ödəmiş, lakin həmin vaxtdan sonra Aynura pul ödəyə bilməmiş, həmin müddətdə səhhətində problemlər yarandığı üçün Bakı şəhərinə getmiş, təxminən iki ay müddətində Bakı şəhərində müayinə və müalicə olunmuşdur. O, Bakı şəhərində olduğu müddətdə yəni 25 iyul 2022- ci il tarixdə Aynur kürəkəni Arzuya zəng edib, onun olduğu yeri soruşmuş, sələmini ödəmədiyi üçün onu öldürəcəyini, qızını yəni Arzunun arvadını isə pul əvəzində aparacağını söyləmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, həmin gün Aynurun oğlu Nicatla kürəkəni Arzu arasında dava dalaş baş vermişdir. Həmin vaxtı Bakı şəhərində olduğu üçün hadisənin şahidi olmamış, hadisə barədə isə ailə üzvlərindən eşitmişdir. Hadisə vaxtı Nicat və anası Aynur Arzunun yaşadığı evə getməsi, Nicat danqratla yəni qaldırıcı ilə Arzunu başından vuraraq xəsarət yetirməsi, həmin vaxtı Arzu da qarşılıqlı olaraq Nicatı vuraraq xəsarət yetirməsi ona məlum olmuşdur. O, Aynurun pulunun əvəzində artığı ilə pul qaytardığını, bundan sonra isə mülki mübahisənin həlli üçün Gədəbəy rayon məhkəməsinə müraciət edəcəyini qeyd etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : - məhkəmə tibbi ekspertizasının 01 avqust 2022-ci il tarixli, 357 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər: başın əzilmiş-çapılmış yarası, sol göz altının şişkinliyi küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 25 iyul 2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən başın əzilmiş-çapılmış yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarət isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətləri onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilmədi. - hadisə yerinə baxış keçirilməsi haqqında 26 iyul 2022-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, 25 iyul 2022-ci il tarixdə baş vermiş hadisə Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin yaxınlığında baş vermişdir. - Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə araşdırılan sübutları hərtərəfli təhlil edib, qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun öz etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidlərin ifadəsi, eləcə də həmin ifadələri tamamlayan ekspert rəyi ilə tam sübuta yetir. Məhkəmə onun törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və himayəsində bir azyaşlı uşaq olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinin tələbinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2 və 40.2.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda, o cümlədən zərər çəkmiş şəxslə barışdıqda cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda işə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmalarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və onlar cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübut kimi tanınmış Gədəbəy rayon Polis Şöbəsində saxlanılan bir ədəd təsərrüfatı aləti bel qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40, 43 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqbinə zərər çəkmiş şəxslə barışdıqlarına, vurulmuş zərəri aradan qaldırdığına görə xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut- Gədəbəy rayon Polis şöbəsində saxlanılan bir ədəd təsərrüfat aləti olan bel qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Qərardan 20 (iyirmi) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar