Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-62/2025 05.03.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Şamxor rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təsilli, evli, 2 uşaq atası, işləməyən, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin payız aylarında Gədəbəy rayonu Başkənd kəndi ərazisindən baxımsız sahədə bitmiş çətənə kollarından satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni, 5,41 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamış, gəzdirmiş və daşımış, 08 iyul 2025-ci il tarixdə saat 00:30 dəqiqədə daxil olmuş əməliyyat məlumatı əsasında Gədəbəy rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, Gədəbəy rayonu Arıxdam kəndi ərazisində Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətinin Gədəbəy rayon X4 hissəsinin inzibati binasının qarşısında saxlanılaraq üzərində əməliyyat yoxlaması aparılan zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən şəffaf seloffan torbanın içərisində kustar üsulla hazırlanmış təmiz çəkisi 5,41 qram narkotik vasitə olan qurudulmuş maruixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdir ki, o, hazırki iş üzrə tutulduğu vaxtadək Gədəbəy şəhər Nizami küçəsi ev 26-da yaşamışdır. 2024-cü ilin payız aylarında Gədəbəy rayonunun Başkənd kəndi ərazisindəki gölün kənarında gedərkən orada marixuana kolu görmüş və şəxsi istifadə məqsədi ilə onları qoparıb özü ilə götürmüşdür. xx.xx.2025-ci il tarixdə gecə saat 00:30 radələrində Famil adı şəxsin idarə etdiyi taksi avtomobili ilə Şəmkir şəhərindən Gədəbəy şəhərinə gəldikləri vaxt, Gədəbəy rayonu Arıxdam kəndi ərazisində Gədəbəy rayon X4 hissəsinin inzibati binasının qarşısında polis əməkdaşları onları saxlatmış, videoçəkiliş əsasında üzərində şəxsi axtarış aparıldığı vaxt o, şalvarının sol yan cibində saxldığı, içərisində qurudulmuş marixuana olan sellofan bükümünü təqdim etmişdir. Həmin vaxtı avtomobildə sürücü, özü və Bəxtiyar adlı şəxs də olmuşdur. Sürücü Familin və Bəxtiyarın onda qurudulmuş marixuana olmasından məlumatları olmamışdır. Əməlindən peşmandır. Barəsində amntistiya aktının tətbiq edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Gədəbəy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs işlə bağlı tanıyır. 08 iyul 2025-ci il tarixdə, saat 00:30 radələrində narkotik vasitə saxlamasında və üzərində daşımasında şübhəli olması Təqsirləndirilən şəxs Gədəbəy rayonu Arıxdam kəndi ərazisində FHN X4 Xidmətinin Gədəbəy rayon X4 hissəsinin inzibati binasının qarşısında Şahid4 məxsus acvtomobildə saxlatmış, özlərini təqdim etmiş, Raminin üzərində videoçəkilişlə yoxlama aparmışlar. Yoxlamanın əvvəlində Ramin özü şalvarının cibindən seelofan bükümdə qurudulmuş marixuanayabənzər kütlə təqdim etmiş, içərisində qurudulmuş marixuana olmasını demişdir.Qeyd olunan büküm elektron tərəzidə çəkilmiş, qablaşdırılıb götürülmüşdür. Raminin üzərindən başqa bir qanunsuz əşya aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 08 iyul 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, 08 iyul 2025-ci il tarixdə saat 00:30 dəqiqədən Təqsirləndirilən şəxs saxlanılan zaman paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstü yoxlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cin şalvarın sol yan cibindən 01 ədəd şəfaf sellofanda olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli ot kütləsini, 02 ədəd lotoreyya biletini, 03 ədəd qəbzləri, 01 ədəd alışqanı, narkotik vasitəni istifadə etmək üçün nəzərdə tutulmuş kağızı və 04 ədəd 20 qəpiklik 01 ədəd 10 qəpiklik, əskinazlardan ibraət olmaqla ümumilikəd 90 qəpik pul təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş sellofanda olan qurudulmuş marixuanaya bənzər, yaşıl rəngli ot kütləsi elektorn tərəzidə çəkilmiş və sellofanla birlikdə çəkisi 06 qram olması müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzəri imzalanaraq 75 saylı möhürlə möhürlənmiş və götürülmüşdür. Digər əşyalar iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. 08 iyul 2025-ci il tarixli “Təqdim edilmiş əşyalara baxış keçirilməsi və götürülməsi” protokolundan görünür ki, əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş bir ədəd DİN-in 075 nömrəli möhürü ilə möhürlənmiş zərfə və 01 diksə baxış keçirilməklə götürülmüşdür. Zərfi açıb içərisinə baxan zaman içərisində bir ədəd şəffaf sellofanda narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bir ədəd şəffaf sellofanda olan yaşıl rəngli kütlə narkotik vasitə hesab edilən marixuanadır. Həmin kütləni 2024-cü ilin payıəz aylarında Gədəbəy rayon Başkənd adlanan ərazidən yabani halda bitmiş bitkilərdən şəxsi istifadə etmək üçün toplamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf rəngli selofanda olan yaşıl kütlə bir ədəd elektron tərəzidə çəkildi. Həmin kütlənin çəkisi sellofanla birlikdə 06 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofan bükümdə olan yaşıl kütlə narkotik vasitə hesab edilən marixuananı zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 075 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün ekspertizaya göndərilməsindən ötrü götürülümüş və protokola əlavə edilmişdir. - Məhkəmə bioloji ekspertizasının 08 iyul 2025-ci il tarixli 16/610 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində imzalar olan kağız paketdəki bir ədəd polietilen torbacıqda təmiz çəkisi 5,41 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (5,41 qram qurudulmuş marixuanadan 0,04 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 5,37 qram qurudulmuş marixuana qalmışdır). - Məhkəmə-narkoloji ekspertizasının 08 sentyabr 2025-ci il tarixli, 1493 sayh rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Gədəbəy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66-cı maddəsinə əsasən qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasın cəzasının çəkilməyən 01 il 01 ay 24 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, cəzasını çəkib qurtarmış, xx.xx.2024-cü il tarixdə probasiya nəzarətindən çıxarılmışdır, hazırda məhkumluğu ödənilməmişdir. Gədəbəy RHİB Gəgəbəy şəhər üzrə nümayəndəsi tərəfindən verilmiş 14 iyul 2025-ci il tarixli, 5-44/2-195/2025 saylı arayışdan görünür ki, Ramin X1 adlı qızı və X5 adlı oğlu var. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsi barədə sənədin elektron çıxarışından (xx.xx.2025-ci il tarixli) görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X5 birinci dərəcəli əlildir, əmək qabiliyyətsizdir, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu (ağır drəcəli əqli gerilik), kənar şəxsin qulluq və qayğısına ehtiyacı var. - Gədəbəy rayon Məhkəməsinin 09 iyul 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, onun həbsdə saxlanılmasının əvvəli 08 iyul 2025-ci il tarixdən hesablanmışdır. - Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, amnistiya aktının tətbiq olunmaqla barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli ibtidadi istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1-39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16 və 5.1ci bəndləri onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər onun əməlinə şamil olunmur. Beləliklə, məhkəmə hesab edir ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv еdilməli, o, dərhal məhkəmə zalında həbsdən azd edilməli, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan, Gədəbəy RPŞdə saxlanılan 5,37 qram qurudulmuş marixuana məhv edilməli, iş üzrə məhkəmə xərci– aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində pul ondan alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv еdilsin və o, dərhal məhkəmə zalında həbsdən azad edilsin Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Gədəbəy RPŞ-də saxlanılan 5,37 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərci– aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(042)-62/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-62/2025
05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver