Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-63/2020 19.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1961-ci ildə Gədəbəy rayonu, Dikdaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, orta ixtisas təhsilli, məhkum olmamış, Gədəbəy rayonu, Dikdaş kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 06 radələrində Gədəbəy rayonu, Dikdaş kəndində yerləşən evinin qarşısında aralarında qonşuluq münasibətləri zəminində baş vermiş mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs yaba ilə vuraraq ona başın təpəalın nahiyəsinin əzilmiş-cızılmış yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Dikdaş kəndində yaşayır. Zərərçəkmiş şəxs və onun əri Şahid1 Sadiq oğlu qonşularıdır. Təranə və Hamletlə əvvəllər münasibətləri yaxşı olmaqla onlara qarşı düşmənçiliyi, ədavəti olmamışdır. 1980-ci ildən yaşadığı kəndin ərazisindən keçən “Zəyəm" çayının sahilində olan ərazidən biçənək kimi istifadə etmişdir. Həmin biçənək sahəsi heç kimə məxsus deyil və dövlətindir. xx xxxx 2020-ci il tarixdə saat 06 radələrində evindən çıxıb həmin biçənək sahəsinə gəlmiş və qalan otun biçildiyini görmüşdür. O, biçənək sahəsinə baxdıqdan sonra evinə qayıtmış, evinin qarşısında Hamleti görüb otu kimin biçdiyini soruşmuşdur. Hamlet “otu mən biçmişəm" demişdir. Həmin vaxt evin həyətində olan Təranə gəlmiş və onu söyüb təhqir etmiş, aralarında münaqişə başlamışdır. Münaqişə zamanı Hamlet onun yaxasından tutmuş, onlar çəkişən zaman Təranə daş parçası ilə baş nahiyəsindən vurmuşdur. Zərbədən yerə yıxılmışdır. Bır neçə dəqiqədən sonra arvadı Şahid2 və oğlu Aslan gəlib onu evlərinə aparmışlar. O, Təranəni vurmamış və ona xəsarət yetirməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki,Gədəbəy rayonu, Qaraməmmədli kəndində yaşayır. Şahid1 əridir. X2 həmkəndlisi və qohumu olmaqla qonşuluqda yaşayır. Ramizə qarşı əvvəllər düşmənçiliyi, ədavəti olmamışdır. xx xxxx 2020-ci il tarixdə səhər saat 06 radələrində əri Hamletlə evdən yenicə çıxıb mal-qaranı rahatlamaq istəmişlər. Bu vaxt Ramız əlində bel evin həyətinə gəlmiş, əri Hamletə “sən bura ot biçməyə gəlmisən” demiş və vurmaq istəmişdir. Hamlet beli Ramizin əlindən alıb kənara atmışdır. O, Ramizin yanına gedib "ot bızımdi, yer bızımdi” demişdir. Bu vaxt Ramizlə arasında mübahisə başlamışdır. Mübahisə zamanı Ramiz hasarın qırağında olan yabanı götürüb onun baş nahiyəsinə bır dəfə vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmışdır. Özünə gələn zaman görmüşdür kı, Ramız əri Hamleti yerə yıxıb və yabanı boğazına sıxır. Hamlet isə yabanı əlləri ilə saxlayır. O, yerdən kərpic parçasını götürüb Ramizin baş nahiyəsinə vurmuşdur. Ramız Hamletin üstündən qalxmışdır. Ramizin arvadı Xoşqədəm və oğlu Aslan gəlmişlər. Onlar sakitləşib evlərinə getmişlər. Şahid1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə verdi. Şahid2 ifadəsində göstərdi ki,Gədəbəy rayonu, Dikdaş kəndində yaşayır. X3 əridir. Zərərçəkmiş şəxs və onun əri Şahid1 qonşularıdır. xx xxxx 2020-ci il tarixdə saat 06 radələrində oğlu Aslanla evində olan zaman bayırdan dava-dalaş səsləri eşitmişdir. O, oğlu ilə birlikdə evin həyətinə çıxanda görmüşdür ki, əri Ramiz yerə yıxılmış vəziyyətdədir və başından qan gəlir. Hamletin əlində yaba olmuş, o həmin yabanı alıb öz həyətlərinə atmışdır. Ramizi evə aparmışlar. Həmin vaxt Təranənin də başında qan görmüşdür. Şahid3 məhkəmə iclasında Şahid2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmişməhkəmə tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 454 nömrəli rəyindən görünür ki, QarayevaTəranə Aslan qızının bədən səthində aşkar edilmiş xəsarət – başın (təpə-alın nahiyəsinin) əzilmiş-cızılmış yarası küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx xxxx 2020-cı ilə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin özü-özünə yetirə bilməsi inandırıcı deyildir. Məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirərək təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurmaması və ona xəsarət yetirməməsi barədə ifadəsini əsaslandırılmayan və məhkəmə iclasında tədqiq olunmuş təkzibolunmaz sübutlarla təsdiq olunmayan şəxsi mülahizəsi hesab edərək özünü müdafiə cəhdi kimi qiymətləndirir. Belə ki, məhkəmə tədqiq olunmuş hər bir sübutu ayrılıqda və bir biri ilə müqayisəli təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla tam təsdiq olunur. Eləcə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini müqayisəli təhlil edərək qeyd edir ki, onun Zərərçəkmiş şəxs vurmaması və ona xəsarət yetirməməsi barədə ifadəsi ittihamın əsası kimi qəbul edilə bilməz. Belə ki, onun ifadəsi ekspert rəyi ilə, bu sübutlarla üst-üstə düşən zərər çəkmiş şəxsin ifadəsi və şahid ifadələri ilə təkzib olunur. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs yaba ilə baş nahiyəsindən vurub ona sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurma cinayət əməlini törətməsi tam sübuta yetirilir. Odur ki, onun əməli Azəarbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməlidir.Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmə məsələsini həll edərkən aşagıdakıların qeyd edilməsini zəruri sayır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edirki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. Təqsirləndirilən şəxs ilk dəfə hadisələrin təsadüfü axarı zəminində böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını agırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, cəzasını iş yeri üzrə çəkməli, cəza çəkmə müddətinin əvvəli qazancından ilk tutmalar aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 15 faiz məbləgdə pul tutulmaqla 01 il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəza çəkmə müddətinin əvvəli qazancından ilk tutmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənə kimi dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-63/2020
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-63/2020
19.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver