Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-63/2021 02.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Şəmkir rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Gədəbəy rayonu, Söyüdlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olmamış, orta təhsilli, evli, himayəsində iki nəfər uşaq olan, fərdi işlə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 may 2021-ci il tarixdə saat 12 radələrində özünə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs istintaqa məlum olmayan küt əşya ilə qəsdən vuraraq ona sol qaş üstü nahiyyənin əzilmiş-çapılmış yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədi və göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy şəhəri, N.Nərimanov küçəsi ev 97 ünvanında yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, heyvandarlıqla məşğul olur. Zərərçəkmiş şəxs onun qonşusudur. 23 may 2021-ci il tarixdə axşam arvadı Vüsalə ona zəng edərək Cəmilə və onun qızı Ülviyyənin onu təhqir etdiyini demiş, o isə onlara əhəmiyyət verməməyi Vüsaləyə bildirmişdir. 24 may 2021-ci il tarixdə saat 11 radələrində evdən çıxıb getmək istəyərkən Cəmilə və qızı Ülviyyə küçədə dayanmış, onun və arvadının ünvanına təhqiredici ifadələr işlətmiş və ünvanına nalayiq söyüşlər söymüşlər. O, Cəmilə və Ülviyyəyə irad bildirmiş, mübahisədən çəkinib bir qədər aralaşaraq Cəmilə və Ülviyyənin onu görməməsi üçün evinin digər tərəfinə getmişdir. Təxminən 10-15 dəqiqə sonra Şahin onun həyətinə gəlmiş, üzərinə cumub onu yumruqla vurmaq istəmiş, ancaq Şahinin qolundan tutub saxlamışdır. Bu zaman Şahinin arxasınca gələn anası Cəmilə həyətdən lobya ağacı götürmüş və həmin ağacla sifətinin sol almacıq nahiyyəsindən bir dəfə vurub xəsarət yetirmişdir. Ülviyyə də dəmir parçası ilə sol qoluna vuraraq xəsarət yetirmişdir. O, Şahini buraxıb qaçaraq mal tövləsinə getmiş, həmin şəxslər onun arxasınca tövləyə getmiş, ancaq onu tövlədə vurmamışlar. Cəmilənin halı pisləşdiyi üçün tövlədən çıxmışlar, Şahin və Ülviyyə Cəmiləyə kömək etmişlər. Arvadı Vüsalə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib polis çağırmışdır. O, Zərərçəkmiş şəxs vurmadığını, hadisə zamanı ancaq özünü qoruduğunu, mübahisədən sonra Cəmilənin sifətindən qan axmasını və xəsarət almasını gördüyünü, lakin həmin xəsarətin onun tərəfindən yetirilmədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4əri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, təqaüdçüdür. Təqsirləndirilən şəxs qonşusudur. 23 may 2021-ci il tarixdə Ramizin azyaşlı uşaqları onu və ailə üzvlərini narahat etmişlər. 24 may 2021-ci il tarixdə saat 11 radələrində Ramizin evdə olduğunu görüb, ona yaxınlaşmış və uşaqların səs-küy saldığına görə iradını bildirmişdir. Ramiz və arvadı Vüsalə iraddan nəticə çıxarmayaraq uşaqlarının yaxşı etdiyini, hətda bundan sonra da başına oyun açacaqlarını söyləmişlər. Ramiz və Vüsalə onu nalayiq söyüşlərlə təhqir etdikləri üçün aralarında mübahisə yaranmış, mübahisə zamanı qızı Ülviyyə səs küyü eşidib gəlmiş, Ülviyyə onu evlərinə tərəf aparmış və oğlu Şahinə zəng edib çağırmışdır. X3 təhqir etdiyini söyləmişdir. Təxminən 20 dəqiqə sonra küçəyə baxanda Şahinin gəldiyini, birbaşa Ramizin yanına getdiyini görmüş, Şahin Ramizə onu və qızını təhqir etməsinə görə irad bildirmiş, Ramiz isə Şahinə yumruq zərbəsi endirmişdir. Bir-biri ilə çəkişərkən qızı Ülviyyə ilə birgə Ramiz və Şahini aralamaq üçün getmişlər. Ramizin əlində ağac olmuş, Şahini ağacla vurduğuna görə o, da yerdən ağac götürüb Ramizin sifətindən vurmuşdur. Ramiz də qarşılıqlı olaraq əlindəki ağacla onun sağ qaşının üstündən vurmuş, o, yerə yıxılmış, qaşından qan axmağa başlamış, Ramizin onu vurmasına görə səhhəti pisləşmişdir. Övladları onu evə tərəf aparmışlar. O, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əridir. Barəsində şikayət etdiyi Zərərçəkmiş şəxs isə onun qonşusudur. Cəmilə və ailə üzvləri ilə aralarında normal qonşuluq münasibətləri olmamışdır. 24 may 2021-ci il tarixdə saat 11 radələrində əri Ramizi işə yola salan zaman Cəmilə və Ülviyyə küçədə dayanıb, uşaqlarının küçədə oynayan zaman səs süy saldıqlarını bəhanə gətirib onu və ərini təhqir etmişlər. Həmin vaxtı Cəmilənin oğlu Şahin gəlmiş, Ramizi əli ilə vurmaq üçün üzərinə getmiş, ancaq Ramiz Şahini tutub saxlamışdır. Ramizlə Şahin çəkişərkən Cəmilə həyətindən götürdüyü lobya ağacı ilə Ramizin sifətinə vurmuş, Ülviyyə də dəmir parçası ilə Ramizin qolundan vurub xəsarət yetirmişdir. Ramiz Cəmilə və digərlərindən aralaşıb tövləyə getmiş, onlar da Ramizi təhqir edərək arxasınca getmişlər. Tövlədə Cəmilənin halı pisləşdiyi üçün geri qayıtmışlar. O, DİN-nin 102 bu barədə xidmətinə məlumat vermişdir. Ramiz nə Şahini, nə də Cəmiləni döyməmiş, əksinə hər üçü Ramizin üzərinə hücum edərkən qarışıqlıq yarandığı üçün biri birilərinə xəsarət yetirmişlər. Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun anasıdır. O, anası Zərərçəkmiş şəxs və bacısı Şahid5 birgə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs qonşusudur. Uzun müddətdir ki, Ramiz və ailə üzvləri ilə onun ailə üzvləri arasında ədavət yaranmışdır. Belə ki, Ramizin hazırda yaşadığı ev əmisi Nərimana məxsus olub, əmisi vəfat etdikdən sonra ögey qızının oğlu Ramiz həmin evdə yaşamağa başlamışdır. Ramiz iddia edir ki, onun evinin həyətinin bir hissəsi də əmisinə məxsus olub və torpağının bir hissəsini onlardan tələb edir. Bu səbəbdən ailə üzvləri ilə Ramizin arasında narazılıq yaranmış və münasibətləri pozulmuşdur. Hal hazırda da aralarında normal qonşuluq münasibətləri yoxdur. 23 may 2021-ci il tarixdə saat 16 radələrində Ramizin azyaşlı uşaqları Sənan və Elmixan yenə də evinin arxasında səs küy salaraq onları narahat etmişlər. 24 may 2021-ci il tarixdə saat 11 radələrində Gədəbəy rayonundakı Qızılca meşəsinə getmişdir. Orada olduğu zaman bacısı Ülviyyə zəng edib bildirmişdir ki, “Ramiz yenə əl çəkmir, anama nalayiq söyüşlər söyür, bizi təhqir edir, gəl bunu başa sal”. O, dərhal meşədən evinə tərəf gəlmiş və birbaşa Ramizin evinə dönmüşdür. O, Ramizə anasını və bacısını söyməsinə görə irad bildirmiş, sözü varsa ona deməsini bildirmişdir. Ramizlə aralarında mübahisə yaranmış, Ramiz əsəbləşib ona yumruq atmış, ancaq yumruq zərbəsindən yayınmışdır. Onu vurmaq istədiyi üçün Ramizlə əlbəyaxa olmuş, Ramizlə çəkişən zaman anası Cəmilə və bacısı Ülviyyə ona kömək üçün yaxınlaşmışlar. Cəmilə yerdən götürdüyü ağacla Ramizin sifətinə vurub xəsarət yetirmişdir. Dava dalaş zamanı Ramiz də anasını ağacla sol qaşının üstündən, onu isə başından vurub xəsarət yetirmişdir. Anasının halı pisləşmişdir. O, bacısı ilə birgə anasını evə tərəf aparırmışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində Şahid5 qızı təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və Şahid4 ifadələrinə uyğun ifadə vermişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - məhkəmə-tibbi ekspertizasının 25 may 2021-ci il tarixli, 286 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər: sol qaş üstü nahiyyənin əzilmiş-çapılmış yarası, sağ əlin 4-cü barmağının sıyrığı küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 24.05.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol qaş üstü nahiyyənin əzilmiş-çapılmış yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, digər xəsarət isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduğu üçün dərəcəsi təyin edilmir. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin onun öz-özünə yetirə bilməsi inandırıcı deyildir, göstərdiyi şəraitdə ala bilməsi inkar olunmur. - 25 may 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokoldan görünür ki, 24 may 2021-ci il tarixdə baş vermiş hadisə Gədəbəy şəhəri N.Nərimanov küçəsində yerləşir. Hadisə yerinə baxış zamanı maddi sübutlar müəyyən edilməmişdir. Hadisə yerinə baxış keçirilməsi zamanı iki ədəd fotoşəkillər çəkilmiş və hadisə yerinə baxış protokolla rəsmiləşdirilmişdir. - 20.06.2021-ci il tarixdə zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd DVD diskin götürülməsi barədə qərar qəbul edilmiş, həmin diskə baxış keçirilmişdir. Baxış zamanı həmin video görüntülərdə Təqsirləndirilən şəxs evinin həyətində baş vermiş mübahisəyə dair görüntülərin əks edilməsi müəyyən edilmişdir. Həmin görüntülərdə davadalaş hadisəsi qeydə alınmamışdır. - 06 iyul 2021-ci il tarixdə zərərçəkmiş Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətidir. Hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və qeyriləri ilə aralarında baş vermiş hadisə yerlərini ardıcıllıqla göstərmiş, iş üzrə maddi sübut hesab edilən bir ədəd dəmir parçası, bir ədəd ağac parçası (odun), bir ədəd 174 sm uzunluğunda kənarları nahamar ağac parçası və bir ədəd stulu (taburetka) təqdim etmişdir. Həmin əşyalar müvafiq qaydada sənədləşdirilməklə götürülmüşdür. - Gədəbəy rayon Məhkəməsinin 07.10.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. - Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü Şahid3 və xx.xx.2010-cu il təvəllüdlü Şahid2 adlı iki nəfər uşaq vardır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmaması və ona xəsarət yetirməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və ekspert rəyləri ilə, eləcə də məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla tam təkzib olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməli və o həmin maddə ilə təqsirli bilinməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən aşagıdakıların qeyd edilməsini zəruri sayır. Azərbaycan respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə himayəsində iki nəfər uşaq olmasını Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin ediməlidir . Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən təyin ediləcək cəzanın çəkilib-çəkilməsi ilə əlaqədar məsələni müzakirə edərkən, belə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti və törətdiyi cinayət əməli “8 Noyabr-Zəfər günü münasibətilə aministiya elan olunması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının təsiri altına düşür. Belə ki, həmin qərarın 9.1-ci hissəsinə əsasən, məhkəmələr icraatlarında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu qərarın 1.1-1.16-ci bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu qərarın 10-cu və 11 –ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası CPM-nin 39.1 və 39.1.12-ci maddəsinə əsasən, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.2 və 42.2.2-ci maddəsinə əsasən, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Məhkəmə qeyd olunan hüquq normalarının təhlilindən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli və şəxsiyyəti “8 Noyabr-Zəfər günü münasibətilə aministiya elan olunması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının təsiri altına düşsə də, müdafiə tərəfinin aministiya tətbiq edilməsi barədə razılığı olmadığından və təqsirləndirilən şəxsin təqsiri məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq edildiyindən barəsində təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinə əsasən, barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. “8 Noyabr-Zəfər günü münasibətilə aministiya elan olunması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 7-ci bəndinə əsasən, bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən və aministiya haqqında qərar tətbiq edilməklə cəzadan azad edildiyindən məhkumluğu olmayan şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39,1.12, 42.2, 42.2.2, 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 08 ay müddətə islah işləri cəzası təyin edilsin. “8 Noyabr-Zəfər günü münasibətilə aministiya elan olunması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 9.1-ci hissəsinə əsasən, Təqsirləndirilən şəxs oğlu təyin edilmiş cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-63/2021
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-63/2021
02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver