Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-63/2022 02.12.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Gədəbəy rayonu, Köhnəqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Gədəbəy rayonu, Köhnəqışlaq kəndində yаşаyаn, bаrəsində 25 oktyabr 2022-ci il tаriхdən bаşqа yеrə gеtməməк hаqqındа iltizаm qətimkаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 01 dekabr 2022-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixdə saat 02 radələrində yaşadıqları Gədəbəy rayonu Köhnəqışlaq kəndində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət zəmnində yaranmış mübahisə və münaqişə zamanı sonuncunu əvvəlcə əlləri ilə daha sonra isə oxlovla döyərək ona sol saidin, sol-sağ baldırın, sol bazunun geniş ölçülü qançırları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, anası Şahid1 məxsus evdə həyat yoldaşı Zərərçəkmiş şəxs, övladları 2019-cu il təvəllüdlü qızı X2 və 2021-ci il təvəllüdlü X4 ilə birlikdə yaşayır və kənd təsərüffat işləri ilə məşğul olur. Günel ilə 2019-cu ildə ailə qurmuşdur. Münasibətləri normal olmuşdur. Lakin son vaxtlar Günel mütəmadi siqaret çəkdiyinə görə tez-tez mübahisləri yaranmış, o, Güneldən siqaret çəkməyi tərgitməsini tələb etmişdir. 07 avqust 2022-ci il tarixdə saat 22 radələrində yaşadıqları evin zirzəmisindən siqaret qoxusu gəldiyini görüb, zirzəmiyə daxil olarkən Günelin siqaret çəkdiyini görmüş, əsəbləşərək, ona təhqiramiz sözlər demiş, yumruq və şillə ilə onu vurmuşdur. Sonra birlikdə yaşadıqları evin ikinci mərtəbəsinə çıxmışlar. O, Günelə artıq birlikdə yaşamaq istəmədiyini və ayrılmaq istədiyini deyib, özünə məxsus əşyalarını götürüb getməsini tələb etmişdir. Lakin Günelin yenə də sözlərinə əhəmiyyət vermədiyini görüb, onun qolundan tutaraq evdən çölə çıxarıb, evə buraxmayacağını demişdir. Həmin vaxt qayınatası Çingiz Paşayev ona zəng edərək avtomobillə yaşadığı evə gələcəyini, qızı Güneli evinə aparacağını desə də, sonra zəng edərək avtomobil tapmadığı üçün gələ bilməyəcəyini, səhəri gün saat 10 radələrində gələcəyini bildirmişdir. Bundan sonra qayınanası Şahid2 gəlmişdir. O, Səbirədən qızını götürüb, getməsini tələb edib, ona Günel ilə boşanacağını bildirmişdir. Bundan sonra Günel özünə və azyaşlı qızlarına məxsus geyim əşyalarını toplayıb, Türkan ilə Mələki özü ilə götürərək anasi ilə birlikdə Gədəbəy rayonu, Böyük-Qaramurad kəndinə ata evinə getmişdir. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmişdən üzr istəmiş, onunla barışmışdır. Ona görə də barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, o, həyat yoldaşı Təqsirləndirilən şəxs, azyaşlı qızları X4, X2 və qaynanası Şahid1 ilə birlikdə Gədəbəy rayonu, Köhnəqışlaq kəndində yaşayır. 2019-cu il tarixdə Təqsirləndirilən şəxsla ailə qurmuşdur. Əvvəllər münasibətləri normal olmudur. Lakin son vaxtlar təqsirləndirlən şəxs mütəmadi onu təhqiramiz sözlərlə təhqir etmiş, onu döymüşdür. 08 avqust 2022-ci il tarixdə gecə saat 02 radələrində Samir ilə aralarında mübahisə yaranmışdır. Samir onu nalayiq ifadələrlə söymüş, evin aynəbənd otağında əvvəlcə şillə-yumruq ilə daha sonra oxlov ilə bədəninin müxtəlif nahiyyələrinə vurub, ona xəsarətlər yetirmiş və evdən çölə çıxararaq, çıxıb getməsini tələb etmişdir. O, valideyinlərinə zəng edərək bu barədə bildirmiş və həmin gecə anası Şahid2 yaşadığı evə gəlmiş və hansı səbəbdən onu döyməsini soruşduqda, Samir onun anasını da nalayiq söyüşlərlə söymüşdür. O, azyaşlı qızlarına və özünə məxsus geyim əşyalarını yığışdırıb, Gədəbəy rayonu, Böyük Qaramurad kəndinə ata evinə gəlmişdir. 11 avqust 2022-ci il tarixdə anası Səbirə Azərbaycan Respublikası DİN-nin 102 qaynar xəttinə zəng edərək bu barədə məlumat vermiş və o, həmin gün anası Səbirə ilə birlikdə Gədəbəy Rayon Polis Şöbəsinə gəlib, Samirin onu döyüb xəsarət yetirməsi barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda təqsirləndirlən şəxs ondan üzr istəmiş, onunla barışmışdır. Onlar hazırda bir ailədə yaşayırlar. Ona görə də təqsirləndirlən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ifadəsindən görünür ki, o, həyat yoldaşı Çingiz Paşayev və digər ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Böyük-Qaramurad kəndində yaşayır. Qızı Zərərçəkmiş şəxs 2019-cu il tarixdə Gədəbəy rayonu, Könəqışlaq kənd sakini Təqsirləndirilən şəxs ilə ailə qurmuş və Köhnəqışlaq kəndində Təqsirləndirilən şəxs anası Şahid1 məxsus evdə yaşamışdır. 2019-cu ildə Günelin Türkan adlı və 2021-ci il tarixdə Mələk adlı qız övladları dünyaya gəlmiş və Günel ilə Samir hazırkı vaxta qədər normal ər-arvad münasibətində yaşasalar da, son vaxtlar qızı ona bildirmişdir ki, Təqsirləndirilən şəxs mütəmadi onu təhqir edir və döyür. 08 avqust 2022-ci il tarixdə gecə saat 02 radələrində Günel ona və həyat yoldaşı Çingiz Paşayevə zəng edərək, Təqsirləndirilən şəxs onu döyüb, xəsarət yetirməsini və evdən çölə çıxarmasını bildirmiş, dərhal oraya gəlmələrini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə o, təkcə ora gedib, kürəkəni Samir və sonuncunun anası Əminə ilə söhbət edərək, Günelin hansı səbəbdən Samir tərəfindən döyülməsini soruşduqda, sonuncu Günelin mütəmadi siqaret çəkməsini və bu səbəbdən aralarında tez-tez mübahisə yaranmasını deyərək, artıq Günel ilə ayrılmaq istədiyini bildirmiş və qızını aparmasını tələb etmişdir. Buna görə Günel özünə və azyaşlı qızlarına məxsus geyim əşyalarını götürüb onunla birlikdə Gədəbəy rayonu, Böyük- Qaramurad kəndinə ata evinə gəlmişdir. Orada olarkən ona Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində onu yaşadıqları evin aynəbənd otağında nalayiq söyüşlərlə söyməsini, əvvəlcə şillə-yumruq ilə daha sonra oxlov ilə döyüb xəsarət yetirməsini bildirmiş və Günel kürəkəni tərəfindən döyülməklə xəsarət aldığına görə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 qaynar xəttinə zəng edərək bu barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs bədən səthi üzərində olan xəsarətlərin müəyyənləşdirilməsi üçün təhqiqatçı tərəfindən Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına göndərilmiş və sonuncu müayinədən keçdikdən sonra saat 12 radələrində onunla birlikdə xəstəxananın həyətinə çıxıb, evlərinə getmək istəyərkən xəstəxananın həyətində Təqsirləndirilən şəxs onlara yaxınlaşıb, ünvanlarına təhqiramiz sözlər demişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs, gəlini Zərərçəkmiş şəxs və azyaşlı nəvələri İlə birlikdə Gədəbəy rayonu, Köhnəqışlaq kəndində yaşayaır. Heç bir yerdə işləmir. Təsərrüfatında əkinçiliklə məşğuldur. Oğlu Təqsirləndirilən şəxs 2019-cu il tarixdə Gədəbəy rayonu, Böyükqaramurad kənd sakini Zərərçəkmiş şəxs ilə ailə qurmuş və həmin vaxtdan halhazıra qədər birlikdə Köhnəqışlaq kəndində yaşayırlar. 2019-cu ildə Günelin Türkan adlı və 2021-ci il tarixdə Mələk adlı qız övladları dünyaya gəlmişdir. Günel ilə Samir hazırkı vaxta qədər normal ər-arvad münasibətində yaşasalar da, son vaxtlar Təqsirləndirilən şəxsla Günelin münasibətləri normal olmamışdır. 07 avqust 2022-ci il tarixdə o, evinin həytyanı sahəsində işləyib evə gedən zaman gəlin ilə oğlu Samirin mübahisə etdiklərini görmüşdür. O, onların ikisinə də irad bildirib sakitləşdirmişdir. 08 avqust 2022-ci il tarixdə gecə təxminən saat 02 radələrində Samirlə Günelin səslərinin gəlməsini eşidib evlərinin aynabənd otağına çıxmışdır. Bu zaman Samirlə Günel də orada olmuşlar. Samir əsəbləşib onun yanında Güneli əl zərbələri və oxlovla bir neçə dəfə vurmuşdur. Bundan sonra Günel valideyinlərinə zəng edərək, gəlib onu aparmalarını xahiş etmiş və Günelin anası Səbirə gəlib nəvələrini və qızını apararaq yaşadıqları evə getmişlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 X7 tərəfindən verilmiş 15 avqust 2022-ci il tarixli 407 saylı Rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədən səthində аşkаr оlunmuş bədən хəsаrətləri sol saidin, sol və sağ baldırın, sol bazunun geniş ölçülü qançırları küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarın təsviri hissəsində gösrtərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətləri onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir. Onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilmədi. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində məlumat aşkar edilməmişdir. İşdə olan Gədəbəy RİHB-nın İnəkboğan Kənd İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. İşdə olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs ilə barışdığını bildirmiş, iş üzrə icraata хitam vеrilməsini xahiş etmişdir. İşdə olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs şikayəti olmadığını, onunla barışdığını bildirmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İşdə olan Şəxsiyyət Vəsiqələrinin surətlərinindən görünür ki,təqsirləndirlən şəxsin övladları X2 03 noyabr 2019-cu il tarixdə, X4 isə 16 yanvar 2021-ci il tarixdə doğulmuşlar. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sazlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlızın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2. və 128-ci maddələrindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məcəllənin 73.2-ci maddəsinə əsasən CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Rеspublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bеləliklə, məhkəmə prоsеsində təqsirləndirilən şəxsin özünün еtirafеdici ifadəsi, zərərçəkmişin və şahidlərin ifadələri, məhkəmə-tibb еkspеrtinin rəyi və işin digər halları ilə tam sübut edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. O, təqsirini еtiraf еtməklə əməlindən pеşman olmuş və zərərçəkmiş şəхslə barışıq əldə еdib, ona dəyən zərəri aradan qaldırmışdır. Onun məsuliyyətini azırlaşdıran hallar yохdur. Ona görə də o, cinayət məsuliyyətindən azad еdilməli və barəsində оlan cinayət işi üzrə cinayət təqibinə хitam vеrilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsini əsaslı hesab edir. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yохdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Rеspublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırğına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv еdilsin. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və prоtеsti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-63/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-63/2022
02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver