Məhkəmə qərarları › İş №1(042)-63/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-63/2025

05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-63/2025 05.03.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1956-cı il tarixində Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu Alnabat kəndində pasport qeydiyyatında olmaqla Gədəbəy rayonu Novosaratovka kəndində yaşayan, barəsində polisin nəzarəti altın vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin yay aylarında istintaqa dəqiq məlum olmayan tarix və vaxtda Gədəbəy rayonu Başkənd kəndi ərazisində olan gölün kənarından baxımsız sahədə yabanı halda bitmiş çətənə kollarından satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 444,10 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib Gədəbəy rayonu Novosaratovka kəndində yaşadığı evin yaxınlığında açıq sahədə yerləşən sahibsiz, yarı uçuq vəziyyətdə olan tövlədə və üzərində saxlamış, gəzdirmiş və daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında 26 iyun 2025-ci il tarixdə saat 16:21-də Gədəbəy rayon X3 X2 əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində saxlanılaraq üzərində əməliyyat yoxlaması aparılan zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofana bükülünün içərisindən şəffaf rəngli sellofan bağlamada tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 19,10 qram və Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində yerləşən istifadə edilməyən sahibsiz uçuq tövləyə baxış keçirilən zaman tövlənin içərisində saxladığı şəffaf rəngli sellofan bağlamada tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 425 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Gədəbəy rayonu Alnabat kəndində pasport qeydiyyatında olmaqla Gədəbəy rayonu Novosaratovka kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğuldur. 2024-cü ilin yay aylarında, xatırlamadığı tarixdə və vaxtda Gədəbəy rayonu Başkənd kəndi ərazisində yerləşən gölün yaxınlığında fəhlə kimi işləyirmiş. Həmin vaxtlarda gölün ətrafında olan dərə ərazisində yabanı halda bitmiş çətənə kollarını görmüş, bu zaman gələcəkdə özü istifadə etmək məqsədilə çətənə bitkisinin yarpaqlarından qopararaq bir qədər toplayıb sellofan torbaya doldurmuş, torbanı yaşadığı Novosaratovka kəndinə apararaq yaşadığı evdən bir qədər aralıda yerləşən, istifadə edilməyən, istifadəyə yarasız uçmuş tövlənin içərisində qurudaraq orada gizlətmişdir. 26 iyun 2025-ci il tarixdə sözügedən tövlədən özünə lazım olacaq miqdarda marixuanadan götürüb çıxdıqdan sonra, saat 16 radələrində həmin yerdən bir qədər aralıda əvvəldən tanımadığı üç nəfər şəxs onu saxlatmış, polis əməkdaşları olmalarını, üstündə yoxlama aparılacağını demişlər, əvvəlcə ona üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını, varsa təqdim etməsini təklif etmişlər. O, gödəkçəsinin sağ yan cibindəki sellofana bükülmüş marixuananı çıxarıb təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Bundan sonra polislər tərəfindən ondan başqa yerdə marixuana saxlayıb-saxlamadığını soruşmuşlar, o da polisləri əməkdaşlarını yuxarıda qeyd etdiyi tövləyə aparmış və orada gizləmiş olduğu qurudulmuş marixuana kütləsini polislərə təqdim etmişdir. Əməldən peşmandır, barəsində amntistiya aktının tətbiq edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Gədəbəy rayonu Polis Şöbəsinin X1 CA üzrə əməliyyat müvəkkili işləyir. 26 iyun 2025ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində daşıması, saxlaması və və istifadə etməsi barədə məlumat daxil olmuş, 26 iyun 2025-ci il tarixdə saat 16:21-də Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində Təqsirləndirilən şəxs saxlamışlar. Qulunun üzərində yoxlama aparılarkən ona üzərində narkotik vasitə, psixotrop maddə və ya onların prekursorlarının olub-olmaması, varsa təqdim etməsi təklif edilmiş, Qulu əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən sellofana bükülmüş qurudulmuş marixuanayabənzər kütləni təqdim etmiş, qurudulmuş marixuana olmasını demişdir. Həmin kütlə elektron tərəzidə çəkilib qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs başqa hər hansı yerdə narkotik vasitə, psixotrop maddə və ya onların prekursorlarını saxlayıb-saxlamaması, varsa təqdim etməsi təklif edilmiş, Qulu onları yaxınlıqda olan uçuq, sahibsiz, istifadəyə yararsız tövləyə apararaq həmin yerdə gizlətdiyi, içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan torbanı təqdim etmiş, kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılıb götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş, orada iştirak edən şəxslər protokolu imzalamışlar. Qeyd olunan hərəkətlər həyata keçirilərkən videoçəkiliş də aparılmışdır. Qulu aşkar edilən qurudulmuş marixuananı Gədəbəy rayonu, Başkənd kəndi ərazisində yabanı halda bitmiş çətənə kollarından topladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 eyni məzmunlu ifadələr verərək yuxarıda göstərilənləri bir daha olduğu kimi təsdiq etmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 26 iyun 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, saxlanılan şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair” protokoldan görünür ki, 26 iyun 2025-ci il tarixdə saat 16:21-də Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində əməliyyat yoxlaması aparılan zaman onun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd sellofan bağlamada ümumi çəkisi 22 qram və və Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində yerləşən istifadə edilməyən sahibsiz uçuq tövləyə baxış keçirilən zaman tövlənin içərisində saxladığı şəffaf rəngli sellofan bağlamada ümumi çəkisi 430 qram təşkil edən narkotik vasitə olan qurudulmuş maruixuanaya bənzər kütlələr aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. - 26 iyun 2025-ci il tarixli “Əməliyyat axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş əşyalara baxış keçirilməsi və onların götürülməsi barədə” protokoldan görünür ki, 26 iyun 2025-ci il tarixdə Gədəbəy rayon Polis Şöbəsinin X1 inzibati binasında əməliyyat müvəkkilləri tərəfindən zərfdə qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr təqdim edilmiş, həmin kütlə baxış keçirilməklə götürülmüşdür. Baxış zamanı təqdim edilən zərf açılmaqla yenidən əczaçı tərəzisində çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlələrin ümumi çəkisi 460,10 qram olmuş və ekspertizaya göndərilməsi üçün yenidən qablaşdırlmaqla üzəri imzalanıb möhürlənmişdir. - 08 sentyabr 2025-ci il tarixdə “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması zamanı ifadəsini təsdiq edərək Gədəbəy rayonu Başkənd kəndi ərazisində olan gölün kənarına çatdıqda həmin gölün kənarını əli ilə göstərib üzərindən və Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində yerləşən istifadə edilməyən sahibsiz uçuq tövlədən aşkar olunmuş çətənə bitkisini 2024-cü ilin yay aylarında xatırlamadığı tarixdə və vaxtda həmin ərazidə yabanı halda bitmiş çətənə kollarını gördüyünü, həmin kolu iylədikdən sonra narkotik vasitə olan marixuana olduğunu bildiyi üçün özü istifadə etmək məqsədilə həmin kolların yarpaqlarından bir qədər yığıb torbaya dolduraraq özü ilə birlikdə qeyd olunan tövlədə gizlətdiyini, arabir özünün istifadə etdiyini, 26 iyun 2025-ci il tarixdə Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində olan zaman Gədəbəy rayonu Polis Şöbəsinin X1 əməkdaşları tərəfindən saxlandığını göstərmişdir. Həmin yerə baxış keçirilən zaman Təqsirləndirilən şəxs göstərdiyi yerdə ilin fəslinin dəyişməsi, havanın qarlı və kəskin soyuq keçməsi, həmin yerə qulluq edilməməsi ilə bağlı həmin yerdə narkotik tərkibli və digər hər hansı bitki və ya bitki qalıqları aşkar edilməmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsi ilə əyani göstərdiyi xüsusatların cinayətin real mexanizminə uyğun olması müəyyən edilmişdir. -Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 16/590 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 425 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində imzalar olan kağız paketdəki 1 ədəd sellofan paketdə təmiz çəkisi 19,10 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində imzalar olan kağız paketdəki 1 ədəd sellofan paketdə təmiz çəkisi 425 qram olan qurudulmuş marixuana və üzərində imzalar olan kağız paketdəki 1 ədəd sellofan paketdə təmiz çəkisi 19,10 qram olan qurudulmuş marixuana eynidir. -Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1246 nömrəli rəyindən görünür ki, narkoloji-tibbi müayinədən keçmiş Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. -Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, amnistiya aktının tətbiq olunmaqla barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş edir. -“Şübhəli şəxsin tutulması haqqında” protokoldan və “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 ityun 2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, Gədəbəy RPŞ MSY-dən azad edilmişdir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli ibtidadi istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.14 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.14-cü bəndində bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və onun yaşı 60 yaşdan yuxarı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.14-cü bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər onun əməlinə şamil olunmur. Beləliklə, məhkəmə hesab edir ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.14 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv еdilməli, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan, Gədəbəy RPŞ-də saxlanılan cəmi 443,94 qram qurudulmuş marixuana məhv edilməli, iş üzrə məhkəmə xərci– aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30,4 manat məbləğində pul ondan alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.14 və 5.1-ci bəndlərinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Gədəbəy RPŞ-də saxlanılan 443,94 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərci– aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar