Məhkəmə qərarları › İş №1(042)-66/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-66/2021

09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-66/2021 09.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Gədəbəy rayonu, Novoivanovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Novoivanovka kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 26 sentyabr 2021-ci il tarixdə Gədəbəy rayonu, Novoivanovka kəndində yaşayan Təqsirləndirilən şəxs birgə yaşadıqları evdə aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs yumruqla vuraraq sonuncuya sol göz ətrafı yumşaq toxumaların şişkinliyi və qançırı, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs arvadıdır. Rəsmi nikahdan iki övladları var. 26 sentyabr 2021-ci il tarixdə yaşadıqları evə gedən zaman oğlu Samirin evdən getməsi və ona nəzarət etməməsinə görə Yazgüllə arasında mübahisə olmuş, əsəbləşib Yazgülün göz nahiyəsindən yumruqla vurmuşdur. Əməlindən səmimi peşmandır. Onun barəsində amnistiya tətbiq etməklə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əridir. Rəsmi nikahdan iki övladları var. 26 sentyabr .2021-ci il tarixdə Zamin yaşadığı evə sərxoş vəziyyətdə gəlmiş, heç bir şey demədən onun gözünün altından yumruqla vurmuşdur. Hazırda barışmışlar. Məhkəmə iş üzrə dindirilmiş şəxslər ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini və işdə olan aşağıdakı digər yazılı sənədləri tədqiq edib sübut kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; - məhkəmə-tibbi ekspertizasının 29 sentyabr 2021-ci il tarixli, 682 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sol göz ətrafı yumşaq toxumaların şişkınliyi. qançırı, sağ göz altının qançırı, burunun şişkinliyı və qançırı küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol göz ətrafı yumşaq toxumaların şişkinliyi və qançırı sağlamlığın qisa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduğu üçün dərəcəsi təyin edilmir. - Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07.10.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayon Məhkəməsinin 01.08.2013-cü il tarixli hökmü ilə AR CM-nin 177.1 -ci maddəsi ilə, Nəsimi rayon Məhkəməsinin 16.09.2015-ci il tarixli hökmü ilə AR CM-nin 315.1 maddələri ilə məhkum olunmuş və məhkumluğu ödənilmişdir. - Gədəbəy rayon X1 X3 Poliklinika Şöbəsi tərəfindən verilmiş 07 sentyabr 2021-ci il tarixli 517 və 518 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs və arvadı Zərərçəkmiş şəxs ruhi-əsəb xəstəsi kimi qeydiyyatda durmurlar. -Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının Novoivanovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmur. Məhkəmə araşdırılan sübutları hərtərəfli təhlil edib, qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun öz etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi ilə tam sübuta yetir. Məhkəmə onlarının törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşır. Azərbaycan respublikası Cinayət Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqədar məsələni müzakirə edərək hesab edir ki, barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarı tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməlidir. Belə ki, həmin qərarın 9.1-ci hissəsinə əsasən, məhkəmələr icraatlarında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu qərarın 1.1-1.16-ci bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çəxarır ( bu qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) Həmin qərarın 10 və 11-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Azərbaycan Respublikası CPM-nin 39.1 və 39.1.12-ci maddəsinə əsasən, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən törədilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 9cu bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Eləcə də, müdafiə tərəfi olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlu və onun müdafiəçisi amnistiyanın tətbiqinə razılıq vermişlər. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci, 42.2-ci və 321.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarına əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar