Məhkəmə qərarları › İş №1(042)-66/2022

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-66/2022

22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-66/2022 22.12.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1982-ci il tarixdə Gədəbəy rayonunun Söyüdlü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki uşaq olan, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmamış, barəsində 28 avqust 2022-ci il tarixdən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1. və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 dekabr 2022-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1. və 237.1-ci maddələri ilə ittiham edilmişdir ona görə ki, o, yaşadığı Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində 2022-ci ilin aprel-may aylarında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisi əkib, diblərini alaq otlarından təmizləyib, torpağını şumlayıb yumşaltmaqla aqrotexniki qaydada qulluq edərək, becərib kultivasiya etmiş, 24 avqust 2022-ci il tarixdə həmin çətənə bitkilərindən birini kökündən çıxarmaqla,digərlərinin hissələrindən yığaraq satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan marixuananı qurudub istifadə etmək məqsədilə həyətyanı sahədə saxlamış, 26 avqust 2022-ci il tarixdə saat 13:20-də Gədəbəy Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən aqronom mütəxəssisin iştirakı ilə həmin həyətyanı sahəyə baxış keçirilərkən boyları 85-225 (səksən beş - iki yüz iyrimi beş) sm-ə qədər olan, xeyli miqdarda, yəni 08 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, həmçinin kolları əkidiyi yerin yaxınlığında olan ağ rəngli torbanın və dəmir materialdan hazırlanmış boz rəngli vedrənin içərisində təmiz çəkisi 440 (dörd yüz qırx) qram, həmin vedrənin kənarında yerdə 1 ədəd kökündən çıxarılmış vəziyyətdə təmiz çəkisi 165 (bir yüz altmış beş) qram və evin həyətində olan su çəninin üzərindən təmiz çəkisi 295 (iki yüz doxsan beş) qram, ümumilikdə, cəmi 900 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə olan qurudulmamış marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1. və 237.1-ci maddələri ilə verilmiş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. 2021-ci ilin sentyabr ayında dəqiq günü xatırlamadığı tarixdə Söyüdlü kəndi ərazisində olan meşəyə iribuynuzlu heyvanlarını otarmağa gedən zaman meşədə yabanı halda bitmiş çətənə kollarını görmüş və həmin kolları tanıdığı üçün toxumlarından 12 ədədini həyatyanı sahəsində əkmək üçün götürmüşdür. Həmin toxumları kağız parçasına bükərək tövləsində gizlətmiş və 2022-ci ilin aprel-may aylarında həmin 12 ədəd toxumu evinin həyatyani əkin sahəsində yerləşən tualetin arxa tərəfinə əkmişdir. Həmin toxumlardan 9 ədəd çətənə kolu bitmişdir. Həmin kollara su və gübrə verməklə böyüməsi üçün qulluq etmişdir. 2022-ci ilin avqust ayının əvvəllərində həmin çətənə kollarının yarpaqlarını qırıb qurudaraq siqaretə doldurma yolu ilə istifadə etmişdir. Sonuncu dəfə 24 avqust 2022-ci il tarixdə axşam saatlarında həmin kolların yarpaqlarından və bir ədəd kolun iri budağından qurutmaq məqsədilə qırmış, həyatyanı sahəsində olan su çəninin üzərinə qoymuş, bir qədərini dəmir vedrənin içinə və bir budağını isə kənara atmışdır. 26 avqust 2022-ci il tarixdə saat 13:20 radələrində Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evə gəlib, özlərini təqdim etdikdən sonra onun narkotik tərkibli bitki olan çətənə kollarının əkilib-becərilməsində şübhəli olduğunu demişlər. O, polis əməkaşlarının yaşadığı ünvana baxış keçirmələrinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkliş ilə onun evinin həyətyanı sahəsinə, evinə, evinin yardımçı tikilisinə baxış keçirilmiş və evinin sağ kənarında bağçanın həyətində olan tualetin ətrafına əkdiyi səkkiz ədəd narkotik vasitə olan çətənə kolları əkib, qulluq etməsi aşkar olunaraq götürülmüşdür. Həmin kolların olduğu yerdən ağ rəngli torbada və dəmirdən olan zibil kimi yığılmış bir neçə kollar götürülmüşdür. Bundan başqa bir ədəd yerdə sərili vəziyyətdə olan vedrənin içərisindən düşmüş kol da polis əməkdaşları tərəfindən qablaşdırılmaq üçün götürülmüşdür. Şəxsi istifadəsi üçün su çəninin üzərində qurudub qoyduğu çətənə bitkisini polislərə təqdim etmiş və həmin bitkilərin hamısı birlikdə evinin həyətinə aparılaraq, orada qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Aşkar edilmiş həmin kütlələr qablaşdırılıb, üzəri möhürlənmiş, onun və digər şəxslərin iştirakları ilə bağlamaların üzəri imzalandıqdan sonra o, Gədəbəy Rayon Polis Şöbəsinə gətirilmişdir. Müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş və üzərində hər hansı narkotik tərkibli maddə və yaxud qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir.O, əvvəllər narkotik tərkibli maddə əldə etməmiş, narkotik maddə satmamış, həmin narkotik vasitəni öz istifadəsi üçün əkib-becərmişdir. Onun narkotik maddə əkib-becərməsi barədə ailə üzvlərinin xəbərləri olmamış və o, həmin çətənə kollarına özü tək quluq etmişdir. Törətdiyi əməldən peşmandır. Ona görə də qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, Gədəbəy Rayon Polis Şöbəsində cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 26 avqust 2022-ci il tarixdə xidməti iş yerində olan zaman cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 Gədəbəy rayonunun Söyüdlü kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri becərməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olduğunu bildirmişdir. O, şöbə rəhbərliyinə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi məqsədi ilə raport yazmış, şöbə rəhbərliyinin razılığı ilə Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsi ilə əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Qərarın icrası ilə əlaqədar olaraq polis əməkdaşları və aqranom mütəxəssis X3 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs qanunla əkilməsi, becərilməsi, saxlanılması və daşınması qadağan oğlunmuş bitki və kütlənin yaşayış sahəsində olubolmamasını soruşmuşlar. O, belə bitki və kütlənin olmadığını bildirmiş, ona Şahid1 tərəfindən qəbul edilmiş qərar elan olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşayış sahəsinə baxış keçirilməsi barədə razılığı alınmış və fərdi yaşayış evinin həyətyanı sahəsində olan bağda qurulmuş yardımçı tikili olan tualetin sağ kənarında bitmiş səkkiz ədəd müxtəlif uzunluqda, ümumi çəkisi yeddi kiloqramdan artıq olan narkotik xassəli çətənə bitkisinə oxşar aqrotexniki qaydada qulluq göstərilmiş kol, həmin kolların yaxınlığıda yerləşən ağ rəngli torbanın və dəmir materialdan hazırlanmış boz rəngli vedrənin içərisində aşkar edilmiş ümumi çəkisi min dörd yüz qram, eyni zamanda həmin vedrənin kənarında yerdə bir ədəd kökündən çıxarılmış vəziyyətdə kol, evin həyətində olan su çəninin üzərindən Təqsirləndirilən şəxs tərəfindən qurudulmaq üçün qoyulmuş narkotik xassəli çətənə kollarına oxşar bitki aşkar olunmuş, möhürlə möhürlənməklə iştirakçıların imzaları ilə təsdiq edilmiş və məhkəmə-bioloji eskpertizasına təqdim edilməsi üçün qablaşdırlıb götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə olduğunu və özünün istehlak etməsi üçün əkib-becərdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Əziz oğlu ifadə verərək, bildirmişdir ki, Gədəbəy Rayon Polis Şöbəsində fiziki və döyüş hazırlığı üzrə inspektor vəzifəsində xidmət edir. Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 26 avqust 2022-ci il tarixdə şöbə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsi ilə əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul olunmuşdur. Qərarın icrası ilə əlaqədar olaraq polis əməkdaşları və aqranom mütəxəssis X3 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs qanunla əkilməsi, becərilməsi, saxlanılması və daşınması qadağan oğlunmuş bitki və kütlənin yaşayış sahəsində olub-olmamasını soruşmuşlar. O, belə bitki və kütlənin olmadığını bildirmiş, ona Şahid1 tərəfindən qəbul edilmiş qərar elan olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşayış sahəsinə baxış keçirilməsi barədə razılığı alınmış və fərdi yaşayış evinin həyətyanı sahəsində olan bağda qurulmuş yardımçı tikili olan tualetin sağ kənarında bitmiş səkkiz ədəd müxtəlif uzunluqda, ümumi çəkisi yeddi kiloqramdan artıq olan narkotik xassəli çətənə bitkisinə oxşar aqrotexniki qaydada qulluq göstərilmiş kol, həmin kolların yaxınlığıda yerləşən ağ rəngli torbanın və dəmir materialdan hazırlanmış boz rəngli vedrənin içərisində aşkar edilmiş ümumi çəkisi min dörd yüz qram, eyni zamanda həmin vedrənin kənarında yerdə bir ədəd kökündən çıxarılmış vəziyyətdə kol, evin həyətində olan su çəninin üzərindən Təqsirləndirilən şəxs tərəfindən qurudulmaq üçün qoyulmuş narkotik xassəli çətənə kollarına oxşar bitki aşkar olunmuş, möhürlə möhürlənməklə iştirakçıların imzaları ilə təsdiq edilmiş və məhkəmə-bioloji eskpertizasına təqdim edilməsi üçün qablaşdırlıb götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə olduğunu və özünün istehlak etməsi üçün əkib-becərdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, Şahid6, Şahid7, Şahid8 və Şahid9 eyniməzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında elan edilmiş Şahid1 ifadəsindən görünür ki, 2018-ci ildən DİOda xidmət etməklə 2019-cu ilin noyabr ayından Gədəbəy Rayon Polis Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkli vəzifəsində işləyir. Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, münasibəti olmamışdır. 26 avqust 2022-ci il tarixdə xidməti iş yerində olan zaman Gədəbəy rayonunun Söyüdlü kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri becərməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal tərəfindən şöbə rəhbərliyinə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi məqsədi ilə raprot yazılmış, şöbə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsi ilə əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verildiyi üçün onun tərəfindən qərar qəbul olunaraq qərarın icraası ilə əlaqədar olaraq Gədəbəy Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3, baş inspektor kriminalist Şahid8, Post Patrul Xidməti Bölüyünün bölük komandirinin müavini Şahid2, Post Patrul Xidməti Bölüyünün manqa komandiri Şahid9, Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid6, Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid5, X7 Kamran Azər oğlu və X2 sahə polis nəfəri Şahid7, aqranom mütəxəssis X3 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedilmişlər. Sonuncunun ünvanında qanunla əkilməsi, becərilməsi, saxlanılması və daşınması qadağan oğlunmuş bitki və kütlənin Təqsirləndirilən şəxs yaşayış sahəsində olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs öz yaşayış sahəsində qanunla əkilməsi, becərilməsi, saxlanılması və daşınması qadan oğlunmuş bitki və kütlənin olmadığını bildirdikdə tərəfindən qəbul edilmiş qərar Arzuya elan olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşayış sahəsinə baxış keçirilməsi barədə razılığı alınmış və baxış keçirilərkən fərdi yaşayış evinin həyətyanı sahəsində olan bağda qurulmuş yardımçı tikili olan tualetin sağ kənarında bitmiş 08 (səkkiz) ədəd ümumi uzunluqları 85-225 (səksən beş-iki yüz iyrimi beş) sm, ümumi çəkisi 7610 (yeddi kiloqram altı yüz on qram) qram narkotik xassəli çətənə bitkisinə oxşar aqro texniki qaydada qulluq göstərilmiş kol, həmin kolların yaxınlığıda yerləşən ağ rəngli torbanın və dəmir materialdan hazırlanmış boz rəngli vedrənin içərisində aşkar edilmiş ümumi çəkisi 1.400 (bir min dörd yüz) qram, eyni zamanda həmin vedrənin kənarında yerdə 01 ədəd kökündən çıxarılmış vəziyyətdə ümumi çəkisi 175 (bir yüz yetmiş beş) qram olan, evin həyətində olan su çəninin üzərindən Təqsirləndirilən şəxs tərəfindən qurudulmaq üçün qoyulmuş cəmi kütləsi 325 (üç yüz iyirmi beş) qram olan narkotik xassəli çətənə kollarına oxşar bitki aşkar olunaraq 075 nömrəli möhürlə möhürlənib, iştirakçıların imzaları ilə təsdiq edilməklə məhkəmə-bioloji eskpertizasına təqdim edilməsi üçün qablaşdırlıb götürülmüşdür. Həmçinin evə və evin yardımçı tikilisi olan tövləyə, tövlənin yanında olan saxlanc yerinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, Müdafiəçi iştiraki ilə üzərində şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ifadəsindən görünür ki, 2015-ci ildən DİOda xidmət etməklə 2021-ci ilin oktyabr ayından Gədəbəy Rayon Polis Post Patrul Xidməti Bölüyünün komandir müavini vəzifəsində işləyir. Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hər hansı münasibətləri olmamışdır. 26 avqust 2022-ci il tarixdə xidməti iş yerində olan zaman Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 Gədəbəy rayonunun Söyüdlü kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri becərməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olduğunu bildirmiş və şöbə rəhbərliyinə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi məqsədi ilə raport yazılmış, şöbə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsi ilə əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verildiyi üçün qərar qəbul olunmuşdur. Qəbul olunmuş qərarın icrası ilə əlaqədar olaraq Gədəbəy Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3, Baş İnspektor Kriminalist Şahid8, Post Patrul Xidməti Bölüyünün manqa komandiri Şahid9, Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid6, Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid5, İdman Təlimatçısı Şahid4, X2 sahə polis nəfəri Şahid7 və aqranom mütəxəssis X3 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedilmişdir. Sonuncunun ünvanda qanunla əkilməsi, becərilməsi, saxlanılması və daşınması qadan oğlunmuş bitki və kütlənin yaşayış sahəsində olub-olmaması soruşularkən Təqsirləndirilən şəxs olmadığını bildirdikdə Şahid1 tərəfindən qəbul edilmiş qərar Aruzya elan olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşayış sahəsinə baxış keçirilməsi barədə razılığı alınmış və fərdi yaşayış evinin həyətyanı sahəsində olan bağda qurulmuş yardımçı tikili olan tualetin sağ kənarında bitmiş 08 (səkkiz) ədəd ümumi uzunluqları 85-225 (səksən beş-iki yüz iyrimi beş) sm, ümumi çəkisi 7610 (yeddi kiloqram altı yüz on qram) qram narkotik xassəli çətənə bitkisinə oxşar aqro texniki qaydada qulluq göstərilmiş kol, həmin kolların yaxınlığıda yerləşən ağ rəngli torbanın və dəmir materialdan hazırlanmış boz rəngli vedrənin içərisində aşkar edilmiş ümumi çəkisi 1.400 (bir min dörd yüz) qram, eyni zamanda həmin vedrənin kənarında yerdə 1 ədəd kökündən çıxarılmış vəziyyətdə ümumi çəkisi 175 (bir yüz yetmiş beş) qram olan, evin həyətində olan su çəninin üzərindən Təqsirləndirilən şəxs tərəfindən qurudulmaq üçün qoyulmuş cəmi kütləsi 325 (üç yüz iyirmi beş) qram olan narkotik xassəli çətənə kollarına oxşar bitki aşkar olunaraq 075 nömrəli möhürlə möhürlənməklə iştirakçıların imzaları ilə təsdiq edilmiş və məhkəmə-bioloji eskpertizasına təqdim edilməsi üçün qablaşdırlıb götürülmüşdür. Həmçinin evə və evin yarıdmçı tikilisi olan tövləyə, tövlənin yanında olan saxlanc yerinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan 26 avqust 2022-ci il tarixli X4 Protokoldan görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və faktiki yaşadığı Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən aşkar edilən çətənə kollarına mütəxəssisin iştiakı ilə baxış keçirilmişdir. Mütəxəssis həmin bitkilərin narkotik tərkibli bitki olan çətənə kolları olmasını, həmçinin həmin çətənə kollarınına aqrotexniki qulluq edilməsini bildirdi. Evin həyətində olan bağda qurulmuş yardımçı tikili olan tualetin sağ kənarında bitmiş 8 (səkkiz) ədəd ümumi uzunluqları 85-225 (səksən beş-iki yüz iyrimi beş) sm, ümumi çəkisi 7610 (yeddi kiloqram altı yüz on qram) qram narkotik xassəli çətənə bitkisinə oxşar aqrotexniki qaydada qulluq göstərilmiş kol, həmin kolların yaxınlığıda yerləşən ağ rəngli torbanın və dəmir materialdan hazırlanmış boz rəngli vedrənin içərisində aşkar edilmiş ümumi çəkisi 1.400 (bir min dörd yüz) qram, eyni zamanda həmin vedrənin kənarında yerdə 1 ədəd kökündən çıxarılmış vəziyyətdə ümumi çəkisi 175 (bir yüz yetmiş beş) qram olan, evin həyətində olan su çəninin üzərindən Təqsirləndirilən şəxs tərəfindən qurudulmaq üçün qoyulmuş cəmi kütləsi 325 (üç yüz iyirmi beş) qram olan narkotik xassəli çətənə kollarına oxşar bitki aşkar olunaraq 075 nömrəli möhürlə möhürlənməklə iştiakçıların imzaları ilə təsdiq edilməklə məhkəmə-bioloji eskepertizasına təqdim edilməsi üçün qablaşdırlıb götürlüdü. Həmçinin evə və evin yarıdmçı tikilisi olan tövləyə, tövlənin yanında olan saxlanc yerinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. İşdə olan Azərbaycan Rеspublikası Ədliyyə Nazirliyinin Məhkəmə Еkspеrtizası Mərkəzinin Gəncə Rеgiоnal Bölməsinin məhkəmə-bioloji еkspеrtizasının xx.xx.2022-ci il tariхli, 16/1026 nömrəli Rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Arzu və digər adlar imzalar olan 01 ədəd sintetik kisədə, təmiz çəkisi 295 qram bitki mənşəli kütlə, tərkbində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində Arzu və digər adlar imzalar olan 01 ədəd sintetik kisəni açdıqda içərisində, təiz çəkisi 440 qram, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində Arzu və digər adlar imzalar olan 04 ədəd sintetik kisələrdə, ümumi sayı 08 (səkkiz) ədəd ümumi təmiz çəkisi 7550 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olumuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim edilmiş üzərində Arzu və digər adlar imzalar olan 01 ədəd təmiz çəkisi 165 qram bitki nümunəsinin hissəsi, narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsidir. Aqronom (mütəxəssis E.S.Quliyevin rəyinə əsasən təqdim edilmiş bitki hissələrinə aqrotexniki qaydada qulluq edilmişdir. İşdə olan Azərbaycan Rеspublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkоlоji Dispоnsеrinin məhkəmə-narkоlоji еkspеrtizasının xx.xx.2022-ci il tariхli 1384 saylı Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkоtik vasitə оlan kannabinоidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İşdə olan Şəxsiyyət Vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs övladları X5 10 may 2006-cı il tarixdə, X6 isə 17 fevral 2012-ci il tarixdə doğulmuşlar. İşdə olan şübhəli şəxsin tutulması haqqında 26 avqust 2022-ci il tarixli və təqsirləndirlən şəxsin müvəqqəti saxlama yerindən azad edilmə haqqında 28 avqust 2022ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs iki gün müddətinə tutulmuşdur. İşdə olan Gədəbəy RİH Başçısının Söyüdlü Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-niin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama)-üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, iş üzrə təqsirləndirlən şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və təhqiq edilmiş digər sənədlərlə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində 2022-ci ilin aprel-may aylarında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisi əkib, diblərini alaq otlarından təmizləyib, torpağını şumlayıb yumşaltmaqla aqrotexniki qaydada qulluq edərək becərib, kultivasiya etmiş, 24 avqust 2022-ci il tarixdə həmin çətənə bitkilərindən birini kökündən çıxarmaqla digərlərinin hissələrindən yığaraq satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan marixuananı qurudub istifadə etmək məqsədilə həyətyanı sahədə saxlamış, 26 avqust 2022-ci il tarixdə saat 13:20-də Gədəbəy Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən aqronom mütəxəssisin iştirakı ilə həmin həyətyanı sahəyə baxış keçirilərkən boyları 85-225 (səksən beş-iki yüz iyrimi beş) sm-ə qədər olan, xeyli miqdarda, yəni 08 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, həmçinin kolları əkidiyi yerin yaxınlığında olan ağ rəngli torbanın və dəmir materialdan hazırlanmış boz rəngli vedrənin içərisində təmiz çəkisi 440 (dörd yüz qırx) qram, həmin vedrənin kənarında yerdə 1 ədəd kökündən çıxarılmış vəziyyətdə təmiz çəkisi 165 (bir yüz altmış beş) qram və evin həyətində olan su çəninin üzərindən təmiz çəkisi 295 (iki yüz doxsan beş) qram, ümumilikdə cəmi 900 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə olan qurudulmamış marixuana aşkar olunaraq götürülmüşdür. Yəni, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1. və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.14-cü və 59.2-ci maddələrinə əsasən himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və təqsirini səmimi etiraf etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs münasibətdə cəzanı yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən şəxsiyyətini səciyyələndirən halları, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, təqsirini səmimi etiraf etməsini, eyni zamanda, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsirini, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın ədalətli olması və təqsirləndirlən şəxsin islah olunmasına təsirini təmin etmək məqsədilə hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddələrin sanksiyaları həddində qəti olaraq, azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış 08 ədəd çətənə (kannabis) bitkisinin kolu, ümumilikdə ilkin baxış zamanı aşkar olunaraq götürülmüş 03 ədəd kağız paketdə olan 900 qram çəkidə narkоtik vasitə оlan qurudulmamış marixuana hökm qanuni qüvvəsinə mindikdən sonra məhv edilməli, baxış və götürmə aparılan zaman çəkilmiş video görüntü olan yaddaş kartının cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 30,4 manat Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPMnin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulması, 28 avqust 2022-ci il tarixdə azad edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq, 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilməsin. Cəzanın icrasının müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 08 ədəd çətənə (kannabis) bitkisinin kolu, ümumilidə ilkin baxış zananı aşkar olunaraq, götürülmüş 03 ədəd kağız paketdə olan 900 qram çəkidə narkotik vasitə olan qurudulmamış marixuana hökm qanuni qüvvəsinə mindikdən sonra məhv edilsinlər, baxış və götürmə aparılan zaman çəkilmiş video görüntü olan yaddaş kartının cinayət işinə əlavə olunması nəzərə alınsın. İş üzrə 30,4 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar