Məhkəmə qərarları › İş №1(042)-67/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-67/2021

02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-67/2021 02.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 2000-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, orta təhsilli, subay, işləməyən, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 02 dekabr 2021-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 avqust 2021-ci il tarixdə saat 23 radələrində tanışları X6 və X7 ilə birlikdə yaşadığı Gədəbəy rayonu, Söyüdlü kəndində həmkəndlisi X2 yaşadığı evin yaxınlığından keçən zaman sonuncunun evin işığını yandıraraq həyətə çıxmasına görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisəni sakitləşdirmək üçün ora gəlmiş Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı sonuncunun sağ qaşına yumruqla qəsdən vuraraq ona sağ qaş nahiyyəsinin əzilmiş yarası, sağ göz ətrafı yumşaq toxumaların geniş ölçülü qançırı ilə müşayət olunan sağ gözün ağlı qişasına massiv qansızma qismində sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Şahid2, X3 və Zərərçəkmiş şəxs həmkəndliləridir, əvvələr aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. X6 və X7 dostlarıdır. 03 avqust 2021-ci il tarixdə Orxan ilə dostu Hakimin Başkənd adlanan yerdə yaşayan yeznəsinin yatağından onun bacısı uşağının ad günü məclisinə getmişlər. Həmin məclisdə olan şəxslər ilə birlikdə spirtli içki qəbul etmişlər. Saat 22 radələrində hər üçü yaşadıqları kəndə Hakimin yaşadığı evin yaxınlığına çatmışlar. Hakim ilə Orxan Əhmədovu evlərinə ötürmək üçün onunla birlikdə getmişlər. Şahid2 yaşadığı evin yaxnılığına çatan zaman onun oğlu Elməddin Zeynalov yaşadığı evin qapısının işığını yandırıb yola çıxmışdır. Onların keçdiyini görüb çəpərin kənarına gəlib əlində olan mobil telefonun işığını yandıraraq üzlərinə salmışdır. Elməddinə yaxınlaşıb telefonun işığını üzünə salmamasını xahiş etmişlər. Elməddin cavabında onların ünvanına nalayiq ifadələr işlədib evinin həyətindən daş götürərək daşlayıb evlərinin çəpərindən onların olduqları kənd arası torpaq yola keçmişdir. Elməddin ona sarı gəlib mübahisə etməyə başlayıb onun baş nahiyyəsinə yumruq zərbələri endirmişdir. Əlində olan daş parçası ilə onun kürək nahiyyəsinə vurmuşdur. Həmin vaxtı ora Elməddinin anası Sevda və atası Orcəli gəlmişlər. Orxan araya girib onunla Elməddini aralayan zaman Sevda əlində olan ağacla, Elməddin isə əli ilə Orxanı vurmağa başlamışlar. Onların arasında qalan Orxan özünü müdafiə etmək üçün əli ilə Elməddini vurmuşdur. X8 və anasının əlindən alıb birlikdə oradan qaçıb getmişlər. Bu zaman o, zərərçəkmiş Zərərçəkmiş şəxs əli ilə vurmuşdur. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmişdən üzr istəmişdir. Amnistiya qərarına əsasən barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisidir, əvvələr aralarında narazılıq və ədavət olmamışdır. 03 avqust 2021-ci il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman əri Şahid2 evin həyətində olan itin səsini eşidib həyətə çıxmışdır. Əri Orcəli ona təzə tikilmiş evlərinin qarşısında dava-dalaş olmasını bildirib oraya getmişdir. Nə baş verdiyini öyərənmək üçün onun arxasında getmişdir. Ora çatan zaman əri Orcəlinin və oğlu Elməddinin yerdə olmaları Mahir, Orxan və Hakimin onları təpikləməsini görmüşdür. Qışqırıb oğlu Elməddinin onların əlindən almaq istəyən zaman Təqsirləndirilən şəxs yumruqla onun sağ göz nahiyyəsinə vurmuşdur. Mahirin zərbəsindən sonra qışqıraraq gözünü tutub polisə məlumat verməklərini istəmişdir. Həmin şəxslər oradan çıxıb getmişdirlər. Əri Orcəli ilə oğlu Elməddini evə aparmışdır. Bir müddət sonra polis əməkdaşları və X11 gəlmişdir. Oğlu və ərini döydükləri yerə gedən zaman orada Mahir, Orxan və Hakim olmuşdur, həmin yerə başqa şəxslər toplaşmamışdır. Dava-dalaşın nə qədər davam etməsini dəqiq bilməmişdir. Təqsirləndirilən şəxs hazırda ondan üzr istəmişdir. Lakin o, sağlığına dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, X6, X7 və Təqsirləndirilən şəxs həmkəndliləridir. Əvvələr heç biri ilə aralarında narazılıq və ədavət baş verməmişdir. 03 avqsut 2021-ci il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman evin həyətində olan itin səsini eşidib həyətə çıxmışdır. Həyətə çıxan zaman təzə tikilmiş evin qarşısında oğlu Elməddinin kömək istədiyini eşitmiş və ora qaçmışdır. Onun arxasınca isə arvadı Sevda gəlmişdir. Ora çatıb oğlunu döyən Orxanı geri çəkmək istəyən vaxtı ondan bir az kənarda olan Təqsirləndirilən şəxs onu təhqir edərək onun ağız nahiyyəsinə yumruq zərbəsi vurmuşdur. Ondan arxada olan Hakim Bağırov isə təpiklə bel nahiyyəsinə vurmuşdur. Bundan sonra ağzı üstə yerə yıxılmışdır. Yerdə olan zaman Hakim, Orxan və Mahir onu yerdə təpikləmişlər. Həmin vaxtı arvadı Sevda oraya çatmışdır. Arvadı Sevda onların əlindən almaq istəyən zaman Mahir əli ilə arvadının göz nahiyyəsinə vurmuşdur. Hadisə yerinə başqa şəxslər toplaşmamışdır. Dava-dalaş təxminən 20 dəqiqə davam etmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X5 Şəxsinin Gədəbəy Rayon Şöbəsinin 05 avqust 2021-ci il tarixli 553 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sağ qaş nahiyyəsinin əzilmiş yarası, sağ gözün qişası massiv qansızma küt əşyanın təsirindən, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 03 avqust 2021-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin özü-özünə yetirə bilməsi inandırıcı deyildir, eləcə də onun bədən səthində öz boyu səviyyəsində yıxılmağa xarakterik xəsarət aşkar edilmədi. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində məlumat aşkar edilməmişdir. İşdə olan Gədəbəy RİHB-nın Söyüdlü Kənd İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. İşdə olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Mclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci hissəsinə əsasən barəsində olan cinayət işi üzrə cinayət təqibinə хitam vеrilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sazlamlızın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sazlamlıza yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlızın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2. və 128-ci maddələrindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Məcəllənin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Mclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci hissəsinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. Bеləliklə, məhkəmə prоsеsində təqsirləndirilən şəxsin özünün еtirafеdici ifadəsi, zərərçəkmişin və şahidin ifadələri, məhkəmə-tibb еkspеrtinin rəyi və işin digər halları ilə tam sübut edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətmişdir. O, təqsirini еtiraf еtmiş və “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci hissəsinə əsasən cinayət işi üzrə cinayət təqibinə хitam vеrilməsini xahiş etmişdir. Ona görə də onun barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməldir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsini əsaslı hesab edir. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yохdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Rеspublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv еdilsin. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və prоtеsti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar