Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-68/2021 16.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi X4, zərər çəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs və müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1999-cu ildə Gədəbəy rayonu, Qarabulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, məhkum olmamış, işsiz, hazırda ünvan 1 ünvanında pasport qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 may 2020-ci il tarixdə, saat 17 radələrində idarə etdiyi “Naz Lifan minik” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy-Şəmkir avtomobil yolunun Gədəbəy rayonu Zəhmət kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni maksimum sürətin 60 km\saata qədər məhdudlaşdırılmış yolda yüksək sürətlə idarə etməməli və 1.1 hərəkət istiqamətlərini ayıran ağ bütöv üfüqi nişanlama xəttini kəsərək qarşı hərəkət zolağına çıxmamalı olduğu halda, buna əməl etməyib idarə etdiyi avtomobillə qarşı hərəkət zolağına çıxaraq öz hərəkət zolağında hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Ford Escape” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs3 sifətin və boyunun sıyrıqları, sağ və sol əlin, hər iki aşağı ətrafların çox saylı sıyrıqları qismində sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər, üst dodağın və sağ dizin əzilmiş yaraları qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər, sol bazunun, sağ saidin, sol budun şişkinliyi ilə müşayiət olunan sol bazu, sağ said sümüklərinin, sol bud sümüyünün qapalı sınıqları qismində sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər, politravma, başın hematoması ilə müşayiət olunan qapalı kəllə-beyin travması, baş beyin qişalarına qansızma, daxili qan axma, döş qəfəsinin sağ yarısının qançırı ilə müşayiət olunan sağ 2-3-4-5-6-7-8-9-cu qabırğaların sınıqları, sağ ağ ciyərin zədələnməsi, qarının qapalı travması, qara ciyərin zədələnməsi, sağ baldır sümüklərinin açıq, qəlpəli sınıqları qismində həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək daxili qanaxma səbəbindən 20 may 2020ci il tarixdə saat 21-45-də X3 ehtiyyatsızlıqdan ölümünə, “Ford Escape” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sağlamlığına hər iki yuxarı ətrafın geniş ölçülü qançırları, döş qəfəsinin yumşaq toxumalarının əzilmələri və sol baldırın əzilmiş sıyrılmış yaraları qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurulmasına, “Ford Escape” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs4 11892 (on bir min səkkiz yüz doxsan iki) manat və “Naz Lifan” minik markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs1 5400 (beş min dörd yüz) manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Mərhum Zərərçəkmiş şəxs3 tanıyır. Elxan onun uşaqlıq dostu olmuşdur. Zərərçəkmiş şəxs2 isə əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs2 adını baş vermiş yol nəqliyyat hadisəsindən sonra özünə gəldikdə valideyinlərindən eşitmişdir. Belə ki, valideyinlərinin deməsinə görə, 20 may 2020-ci il tarixdə Gədəbəy rayonu Zəhmət kəndində yaşayan babası Rəşidin yanına mərhum Elxan ilə gəlmişdir. Babasının yanından Gəncə şəhərinə qayıtmaq istəyərkən babası iftar süfrəsinə qalmasını xahiş etmişdir. Bundan sonra babasının deməsinə görə onu iftar süfrəsi üçün bazarlığa göndərmişdir. Bazarlığa dostu Elxanla birlikdə getmişdir. Bazarlıqdan qayıdarkən isə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verən zaman maşının sükanı arxasında olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsini və həmin günü ümumiyyətcə xatırlamır. İfadəsində göstərdiklərini isə ona valideyinləri və babası danışdıqlarına əsasən bildirir. Həmin hadisə zamanı bir çox bədən xəsarətləri almışdır. Bunlardan iki ayağı, bir qolu qırılmış, kəllə beyin travması və daxili qanaxma xəsarətlərim almışdır. Qeyd edilən tarixdə iştirakçısı olduğu yol nəqliyyat hadisəsinin necə baş verməsini almış olduğu kəllə beyin travması xəsarəti səbəbindən xatırlamır. O, hadisə vaxtı dostunu itirmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Şəmkir rayonu Çənlibel kəndində yaşayır. “Ford Escape” markalı, **-MK-*** dövlət nömrə nişanlı avtomobil oğlu Zərərçəkmiş şəxs4 məxsusdur. Həmin avtomobili etibarnamə ilə idarə etmişdir. 20 may 2020-ci il tarixdə saat 16 radələrində avtomobillə Şəmkir rayonu, Çənlibel kəndindən oğlu Çingizin dəvəti ilə Gədəbəy rayonuna yola düşmüşdür. Həmin gün saat 17 radələrində Gədəbəy rayonu, Zəhmət kəndi ərazisində Gədəbəy şəhəri istiqamətinə doğru hərəkətdə olarkən qarşı hərəkət zolağında “Mersedes” markalı qara rəngli nömrəsini xatırlamadığı avtomobili və həmin avtomobilin sol tərəfində, yəni onun hərəkət zolağında 5-6 metr məsafədə isə “Naz Lifan” markalı avtomobilin ötmə əməliyyatı etdiyini görmüşdür. Hər iki avtomobil saatda təqribən 130-140 km/saat surətlə hərəkətdə olmuşdur. O, hadisədən yayınmaq üçün idarə etdiyi avtomobili hərəkət zolağından yolun sağ ehtiyyat hissəsinə tam çıxartmış, lakin “Naz Lifan” markalı avtomobil üzərinə yüksək surətlə gələrək avtomobilinin ön hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində avtomobilinin hava yastığı açılmış, sağ, sol qol nahiyyəsindən və hər iki diz nahiyyəsindən xəsarət almışdır. Həmin vaxt avtomobildə ondan başqa heç kəs olmamışdır. Hadisədən sonra avtomobildən düşmüş, 2-3 addım atdıqdan sonra huşunu itirib yerə yıxılmışdır. Bu vaxt yoldan keçən avtomobillərdən biri yanında saxladığı üçün ona xəsarət aldığını bildirmiş və oğlu Çingizin yanına aparmasını xahiş etmişdir. Həmin şəxs də onu oğlunun yanına aparmışdır. Çingiz onu Şəmkir rayon xəstəxanasına aparmış xəstəxanada yoxlandıqdan sonra hadisə yerinə qaytarmışlar. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində bildirdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 38, xətt-14 ünvanda yaşayır. 2-ci qrup Qarabağ müharibəsi veteranıdır, hazırda işsizdir, hərbi və prezident təqaüdü alır. Mərhum Zərərçəkmiş şəxs3 oğludur. 20 may 2020-ci il tarixdə günorta Elxan Təqsirləndirilən şəxs ilə görüşüb onun idarə etdiyi “Naz Lifan” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomabillə Gədəbəy rayonuna Rəşidin babasıgilə getmişlər. Həmin günü saat 16-17 radələrində ona zəng gəlmiş, zəng zamanı oğlu Elxanın və Rəşidin yol nəqliyyat hadisəsi zamanı xəsarət aldıqlarını, onların Gəncə şəhərində yerləşən Beynəlxalq xəstəxanaya göndərildiklərini bilmişdir. Həmin xəstəxanaya getmiş, oğlu Elxanın və Rəşidin vəziyyətinin ağır olduğunu görmüşdür. Həmin gün gecə oğlu Elxan yol nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlərdən dünyasını dəyişmişdir O, təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirli şəxslərin cəzalandırılmasını xahiş edir. Zərərçəkmiş şəxs4 hüquqi varisi X8 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs4 onun əridir. "Ford Escape" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil mərhum əri Çingizə məxsus olmuşdur. 20 may 2020-ci il tarixdə saat 16 radələrində qayınatası Natiq telefon vasitəsi ilə Çigizlə əlaqə saxlamış və Gədəbəy rayonuna gəldiyini bildirmişdir. Onlar Gədəbəy rayonu, Slavyanka kəndində istirahətdə olmuşdur. Həmin gün saat 17 radələrində eşitmişlər ki, Gədəbəy rayonu, Zəhmət kəndi ərazisində “Naz Lifan” markalı avtomobil qayınatası Natiqin idarə etdiyi “Ford Escape” markalı avtomobilin yoluna çıxıb ona bədən xəsarəti yetirmişdir. Dərhal Çingiz atası Natiqlə əlaqə saxlamış və onun yanına getmişdir. Çingiz atasını Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparıb müayinə etdirmiş, sonra onlar Gədəbəy rayon Polis şöbəsinə gəlimişlər. Onun əri hadisədən sonra vəfat etmişdir. O, ərinin hüquqi varisi kimi iştirak edir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Məshəti qəsəbəsində yaşayır. 2-ci qrup Qarabağ müharibəsi əlili olduğuna görə “Naz Lifan” markalı **-DK-*** dövlət nömrəli avtomobil 21 mart 2013-cü il tarixdə ona hədiyyə edilmişdir. Həmin avtomobil AC N 369826 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə birbaşa adına sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs və mərhum Zərərçəkmiş şəxs3 tanımışdır. Onlarla münasibətləri yaxşı olmuşdur. 20 may 2020-ci il tarixdə səhər Rəşid yaşadığı evə gəlib avtomobilini istəmiş, Gədəbəy rayonu, Zəhmət kəndində yaşayan babasıgilə gedib pul götürəcəyini bildirmişdir. Rəşidi və onun ailə üzvlərini tanıdığına görə avtomobilini ona vermişdir. Rəşid avtomobilini götürüb çıxıb getmişdir. 23 may 2020-ci il tarixdə ona məlum olmuşdur ki, həmin günü Rəşid ona məxsus avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, Elxan aldığı xəsarətdən dünyasını dəyişmişdir. Həmin gün ona məxsus avtomobili heç bir sənəd olmadan öz razılığı ilə sürmək üçün Rəşidə vermişdir. Rəşidin sürücülük vəsiqəsi olmuşdur. O, Rəşidin atası Asiflə yaxın dostdur. Ona məxsus olan avtomaşın tam yararsız vəziyyətə düşmüşdür. Rəşidin ailə üzvləri ilə yaxın münasibətləri olduğuna görə avtomobilə dəymiş ziyanla bağlı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - hadisə yerinə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, hadisə günün işıqlı vaxtında, aydın hava şəraitində baş vermişdir. Hadisə baş verən yerdə hərəkət zolağının evi 7 metrdir, yaşayış məntəqəsi deyildir. Yol düz, hamar və asfalt örtüklüdür. Sağ zolağın eni 3,5 metrdir. Yolun sol hərəkət zolağında arxası Gədəbəy şəhəri istiqamətində, ön hissəsi Şəmkir rayonu istiqamətində olan qara rəngli ön və yan tərəfləri tamamilə parçalanmış, üzərində **-DK-*** dövlət qeydiyyat nişanı olan “Naz Lifan” markalı avtomobil dayanmışdır. Sonuncu avtomobilin arxa sağ təkərindən Şəmkir-Gədəbəy avtomobil yolunun sağ hərəkət zolağının kənarına 0.9 metr məsafə vardır. “Naz Lifan” markalı avtomobil, “Ford Escape” markalı **-MK-*** avtomobil ilə qarşı-qarşıya hərəkət zolağındadır. Hər iki avtomobil yolunun ehtiyyat hissəsinə tam çıxmışlar. Avtomobillərin toqquşması nəticəsində “Naz Lifan” markalı avtomobilin ön və yan hissələri tamamilə, Ford Escape markalı avtomobilin isə ön və ön sol hissəsi yararsız vəziyyətə düşmüşdür. “Naz Lifan” markalı avtomobilin ön şüşəsi yerə düşmüş, həmçinin yerdə plastmass hissələr tökülüb qalmışdır. Toqquşma yerindən Şəmkir-Gədəbəy avtomobil yolunun hərəkət hissəsinə Gədəbəy şəhəri istiqamətində sağ hərəkət hissəsinə qədər olan məsafə 2,6 metr, yolun sol ehtiyyat zolağının başlanğıcına qədər olan məsafə 4,4 metrdir. Baş vermiş ərazidə, yəni, Şəmkir-Gədəbəy avtomobil yolunun ərazidə surət həddi 60 km/saatdır və 1.1 üfiqi nişanlanma xətti nişanı vardır. Hədisədən sonra “Ford Escape” markalı **-MK-*** avtomobilə baxış keçirilən zaman avtomobilin surəti ölçən mexanizmində sonuncu surət 70 km/saat olması müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilərkən “Naz Lifan” markalı avtomobilin hava yastığı açıldığından və üzərində qan ləkələri olduğundan hava yastığının açılmış hissəsi və həmin avtomobilin qabaq sağ və sol oturacaqlarının üzlükləri (çexolları) götürülmüşdür. - sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında tərtib edilmiş 179 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmamışdır. - sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında tərtib edilmiş 180 saylı aktdan görünür ki, Zərərçəkmiş şəxs2 Bəhram oğlu hadisə zamanı sərxoş olmamışdır. - 21 may 2021-ci il tarixli meyitə baxış istintaq hərəkəti protokolundan görünür ki, müayinə olunan meyit kişi cinsi olub, düzgün bədən quruluşlu, kafi qidalıdır, uzunluğu 186 sm-dir. Əllə toxunduqda meyit soyuqdur. Meyit qacıması müayinə olunan əzələlərdə kafi dərəcədə inkişaf etmişdir. Gövdənin arxa səthində çəhrayımtıl rəngli meyit ləkələri vardır ki, barmaqla təzyiq etdikdə avazıyır, 1-2 dəqiqədən sonra əvvəlki vəziyyətinə bərpa olunur. Başın tüklü hissəsində-sağ təpə və ənsə nahiyyəsində dəri altı hematoma əllənir. Göz qapaqları örtülüdür, bəbəklər dairəvi olub, 0,7 sm diamertindədir, ağlı qişalarda qansızma yoxdur. Sümüyü əllədikdə sınmışdır, burun boşluğundan ifrazat yoxdur. Ağzı qapalıdır, dil ağız boşluğunda sərbəst yerləşir, dişləri yoxdur, diş yuvaları dolmuş, zədəsizdir. Üst dodağın selikli, ətrafı qırmızımtıl qansızmalı yara vardır. Üst dodağın dəri hissəsinin sağ yarısında 1,5x0,6 sm, 1x0,3 sm, alt çənənin sağ yarsında 4,5x3 sm, 1x0,2 sm ölçüdə qırmızımtıl rəngli sıyrıq vardır. Boynu gövdəyə uyğun inkişaf etmişdir, adi uzunluqda və qalınlıqdadır. Boyunun yuxarı üçdə birinin sağ yan səthində 2,2x0,4 sm, aşağı üçdə birinin ön səthində 2.5x0.3 sm ölçüdə qırmızımtıl rəngli sıyrıq vardır. Döş qəfəsi silindirik olub, simmetrikdir. Döş qəfəsinin ön səthində sol 8-9-cu qabırğalar proyeksiyasında zəif göyümtül rəngli, arası kəsilən 7x6 sm ölçüdə qançır vardir. Qarnı qabırğa qövsü səviyyəsindədir, köpməmişdir. Xarici cinsiyyət üzvləri kişi tipli olub, düzgün formalaşmışdır. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dərisi təmiz və zədəsizdir. Sol bazunun orta və aşağı üçdə birini əhatə edən şişkinlik qeyd olunur, sol bazu sümüyü aşağı üçdə birində qəlpəli sinmişdir. Sol əlin üst səthində 2-ci daraq sümüyü proyeksiyasında 1.7x0.3 sm ölçüdə, 4cü daraq sümüyü proyeksiyasında 1x0,3 sm, 2-ci barmağın əsas falaqasının üst səthində 1x0,3 sm, 3-cü barmağın əsas falanqasinin üst səthində 1,5x0,3 sm ölçüdə qırmızımtıl rəngli sıyrıq vardır. Sağ dirsək oynağının arxa səthində 3x2 sm ölçüdə qırmızımtıl rəngli sıyrıq vardır: Sağ saidin orta və aşağı üçdə birində şişkinlik qeyd olunur, sağ said sümükləri aşağı üçdə birində qəlpəli sınmışdır. Sağ əlin 2-ci barmağın əsas falanqasinin üst səthində 1x0,2 sm ölçüdə qırmızımtıl rəngli sıyrıq vardır. Sol budun aşağı üçdə birində şişkinlik və deformasiya qeyd olunur, sol bud sümüyü aşağı üçdə birində qəlpəli sınmışdır. Sol baldırın yuxarı ve orta üçdə birin ön səthində 7 ədəd 0,6X0,3 sm-dən 1,5x0,4sm-kimi qırmızımtıl rəngli sıyrıq vardır. Sağ budun aşağı üçdə birinin ön səthində 2.2x0,3 sm ölçüdə nahamar kənarlı yara, 1x0,4 sm, 1.5x0,5 sm ölçüdə qırmızımtıl rəngli sıyrıq vardır. Sağ baldırın yuxarı üçdə birinin ön səthində 3x1 sm ölçüdə nahamar kənarlı yara vardır, həmin nahiyyədə baldır sümüklərinin açıq, qəlpəli sınığı qeyd olunur. Sağ baldırın orta üçdə birinin ön səthində 1x0,4 sm, 1,4x0,4 sm, 2x0,3 sm ,aşağı üçdə birinin ön səthində 1,5x0,3 sm, 1,8x0,4 sm. Sağ ayğın üst səthində 2-3-cü daraq sümükləri proyeksiyasında 1,6x0,3 sm, 2x0,4 sm ölçüdə qırmızımtıl rəngli sıyrıq vardır. Meyitin xarici müayinəsində yuxarıda qeyd olunan xəsarətlərdən başqa digər xəsarət aşkar edilməmişdir. - məhkəmə tibbi ekspertizanın 21.05.2020-ci il tarixli 09 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs3 meyitinin bədənində aşkar edilmiş xəsarətlər-politravma, başın hematoması ilə müşayiət olunan qapalı kəllə-beyin travması, baş beyin qişalarına qansızma, üst dodağın əzilmiş yarası, sifətin və boyunun sıyrıqları, daxili qan axma, döş qəfəsinin sağ yarsının qançırı ilə müşayiət olunan sağ 2-3-4-5-6-7-8-9-cu qabırğaların sınıqları, sağ ağ ciyərin zədələnməsi, qarının qapalı travması, qara ciyərin zədələnməsi, sol bazunun, sağ saidin sol şişkinliyi ilə müşayiət olunan sol bazu, sağ said sümüklərinin, sol bud sümüyünün qapalı sınıqları, sağ baldır sümüklərinin açıq, qapalı sınıqları, sağ və sol əlin, hər iki aşağı ətrafların çox saylı sıyrıqları, sağ dizin əzilmiş yarası küt əşyaların təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən 20 may 2020-ci il tarixli avtomobil qəzası-avtomobillərin toqquşması nəticəsində törənmişdir. Qeyd olunan xəsarətlərdən başın hematoması ilə müşayiət olunan qapalı kəllə-beyin travması, baş beyin qişalarına qansızma, daxili qan axma, döş qəfəsinin sağ yarısının qançırı ilə müşayiət olunan qapalı kəllə-beyin travması, baş beyin qişalarına qansızma, daxili qan axma, döş qəfəsinin sağ yarısının qançırı ilə müşayiət olunan sağ 2-3-4-5-6-7-8-9-cu qabırğaların sınıqları, sağ ağ ciyərin zədələnməsi, qarının qapalı travması, qara ciyərin zədələnməsi, sağ baldır sümüklərinin açıq, qəlpəli həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə, sol bazunun, sağ saidin sol budun şişkinliyi ilə müşayiət olunan sol bazun, sağ said sümüklərinin, sol sümüyünün qapalı sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurma əlamətlərinə, üst dodağın və sağ dizin əzilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma əlamətlərinə, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs3 ölümünə səbəb daxili qan axma olmuşdur. Mərhumun ölümü ilkin meyit əlamətlərinin inkişafına əsasən demək olar ki, meyitin müayinəsindən 8-10 saat əvvəl müddətə baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs3 meyitinin bədənində aşkar olunmuş xəsarətlər avtomobillərin toqquşması nəticəsində törənə bilərdilər. Mərhum Zərərçəkmiş şəxs3 meyitindən götürülmüş qanda məhkəmə-kimya müayinəsində etil spirti aşkar edilməmişdir. - məhkəmə tibbi ekspertizasının 24.07.2020-ci il tarixli 521 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər hər iki yuxarı ətrafın geniş ölçülü qançırları, döş qəfəsinin yumşaq toxumaların geniş əzilmələri, sol baldırın əzilmişsıyrılmış yaraları küt əşyaların, ola bilsin qərarın təsviri hissəsində göstərilən 20 may 2020-ci il tarixli avtomobil qəzası-avtomobillərin toqquşması nəticəsində törənmişlər. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - məhkəmə-bioloji ekspertizasının16.07.2020-ci il tarixli 421/2020-MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilən “Naz Lifan” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin “şitində açılmış hava yastığından (Airbag-dan) götürülmüş toxuma kəsiyi/ hava yastığının kəsilmiş hissəsi/” üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi tədqiq olunduqda yalnız O-alfa beta/l/ qrupunun əsasını təşkil edən H antigeni alındı. Beləliklə, təhlükəsizlik yastığı üzərində olan qan ləkələri ABO sistemi üzrə O-alfa, beta /İ/ qruplu şəxsə, o cümlədən mərhum Zərərçəkmiş şəxs3 məxsus ola bilər. Ləkələrdə A-beta /H//İİ/ qruplu zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qanının alınması ABO sistemi ilə inkar olunur. Təqdim edilən “Naz Lifan” markalı **- DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanından / rulundan / açılmış hava yastığından götürülmüş toxuma kəsiyi üzərindəki ləkədə qan aşkar olunmadı. - məhkəmə lifli materialların ekspertizasının 18.06.2020-ci il tarixli 6/1063 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Naz Lifan” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürüldüyü qeyd edilən ön sol (sürücü) oturacağın başlıq, oturacaq və söykənəcək hissəsinin üzlüklərin (çexol) səthləri üzərindən toplanmış göy rəngli təbii panbıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş, “Naz Lifan” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürüldüyü qeyd edilən ön sol (sürücü) oturacağın başlıq, oturacaq və söykənəcək hissəsinin üzlüklərin (çexol) səthləri üzərindən toplanmış qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs3 məxsus olduğu qeyd edilən 01 ədəd idman gödəkçəsinin və 01 ədəd idman şalvarının (dəst) tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş, “Naz Lifan” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürüldüyü qeyd edilən ön sağ oturacağın (sərnişin) başlıq, oturacaq və söykənəcək hissəsinin üzlüklərin (çexol) səthləri üzərindən toplanmış göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş, “Naz Lifan” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürüldüyü qeyd edilən ön sağ oturacağın (sərnişin) başlıq, oturacaq və söykənəcək hissəsinin üzlüklərin (çexol) səthləri üzərindən toplanmış qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs3 məxsus olduğu qeyd edilən 01 ədəd idman gödəkçəsinin və 01 ədəd idman şalvarının (dəst) tərkib liflərinə uyğun gəlir. - məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 30.07.2020-ci il tarixli, 8/1008 saylı rəyindən görünür ki, İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Naz Lifan” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkan olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 130-140 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin (3.24 «Maksuimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Ford Escape” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08.09.2020-ci il tarixli, 9/2849 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, “Ford Escape” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixdə təxminən 11982,00 manat təşkil edir. Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet sayı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən, “Naz Lifan” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 5400,00 manat müəyyən edilir. - kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasinin 13.04.2021-ci il tarixli 193/53 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, mnestik (yaddaş) pozuntuları ilə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-ci baxış) F07.2 xəstəliyi keçirməsinə baxmayaraq öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə cinayət işinin hallarının mahiyyətini qavraya və bu barədə düzgün ifadə verə bilər. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə hazırda istintaq və ya digər prosessual hərəkətlərdə iştirak edə bilər. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Tovuz Rayonlararası Qeydiyyat İmtahan və X10 11,06.2020-ci il tarixli 016-482 saylı məktubundan görünür ki, Gəncə şəhəri, Hərbi-şəhəri 38 xətt 12-də qeydiyyatda olmaqla yaşayan xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs adına 27.12.2018-ci il tarixdən 27.12.2028-ci il tarixə kimi AE-129604 saylı “BC” dərəcəli, Gəncə şəhəri Kəpəz rayonu Hərbi şəhərcik-38 xətt-14 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış xx.xx.1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs3 adına 02.11 2017-ci il tarixdən 02.11,2027-ci il tarixədək AE-123360 saylı “BC” dərəcəli, Şəmkir rayonu. Çənlibel kəndində ' qeydiyyatda olmaqla həmin ünvanda yaşayan xx.xx.1957-C! ıl təvəllüdlü Zərərçəkmiş şəxs2 adına 13.08.2013-cü il tarixdən 13.08.2023-cü il tarixədək AE-301119 saylı “B" dərəcəli sürücülük vəsiqələri verilmişdir. Həmin vətəndaşların adları sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. - Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23.12.2020-ci il tarixli 1363 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs4 ölmüşdür. Məhkəmə cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı toplanmış sübutları ayrı-ayrılıqda və müqayisəli təhlil edib qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri sayır. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrinə tənqidi yanaşır, kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasinin 13.04.2021 -ci il tarixli 193/53 saylı rəyindən çıxış edərək belə hesab edir ki, onun baş vermiş yol nəqliyyat hadisəsini xatırlamaması barədə gətirdiyi arqumentlər həqiqəti əks etdirmir. Eləcə də məhkəmə təqsirləndirilən şəxsin özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, ümumilikdə ifadə verməkdən imtina etmək və ya həqiqəti əks etdirməyən ifadə vermək hüququ olduğundan onun bildirdikləri onun ziyanına olaraq nəzərə alınmamalıdır. Məhkəmə zərər çəkmiş şəxsin, digər zərər çəkmiş şəxslərin hüquqi varislərinin ifadələrinə məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş istintaq hərəkətləri protokolları, ekspertiza rəyləri və digər sübutlarla təhlil edib qiymətləndirərək həmin sübutları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasları kimi mötəbər sübutlar kimi qəbul edir, həmin sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 20 may 2020-ci il tarixdə, saat 17 radələrində idarə etdiyi “Naz Lifan minik” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq öz hərəkət zolağında hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Ford Escape” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs3 ehtiyyatsızlıqdan ölümünə, “Ford Escape” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurulmasına, “Ford Escape” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs4 11892 (on bir min səkkiz yüz doxsan iki) manat və “Naz Lifan” minik markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs1 5400 (beş min dörd yüz) manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Odur ki, məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin CM-nin 263.2-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edirki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyəedilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olubolmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. Cinayət işi materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsi, cavanlığını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halların olmasını və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını cəza təyini zamanı nəzərə alır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən digər hallarla yanaşı, cinayətin baş verməsində iş üzrə zərər çəkmiş “Ford Escape” markalı, **- MK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Zərərçəkmiş şəxs2 iştirakı dərəcəsi də nəzərə alınmalıdır. Belə ki, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 30.07.2020-ci il tarixli, 8/1008 saylı rəyindən görünür ki, “Ford Escape” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Eləcə də, cinayət işi materiallarında olan Gədəbəy rayon Polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqinin 01.03.2021-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Göründüyü kimi, qeyd olunan bu hallar da, Təqsirləndirilən şəxs cəza təyinində nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə- tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs oğlu məhkəməyədək icraat zamanı, eləcə də məhkəmə istintaqı zamanı barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozacaq hərəkət etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, onun barəsində olan qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanması gələcəkdə hökmün icrasının təmin edilməsində maneə törətməyəcəkdir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli məntəqə-tipli cəza çəkmə müssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1, 132.1.5 və 132.1.7-ci maddələrinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, əyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərvbaycan Respublikası CPM-nin 346.1.19-u maddəsinə əsasən, iş üzrə maddi sübutlara dair məsələni həll edərək, belə nəticəyə gəlir ki, maddi sübutlar Gədəbəy rayon Polis şöbəsinin duracağında saxlanılan “Naz Lifan minik” markalı, **-DK- *** dövlət qeydiyyat nişanlı avtomobil, həmin avtomobilin qabaq sağ və sol oturacaqlarının üzlükləri(çexolları), “Ford Escape” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil, Gədəbəy rayon Polis şöbəsinin məsul saxlancında olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 hadisə zamanı əyinlərində olmuş paltarları qanuni sahiblərinə qaytarılmalı, Gədəbəy rayon Polis şöbəsinin məsul saxlancında olan “Naz Lifan minik” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin açılmış hava yastıqlarından götürülmüş toxuma kəsiyi məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən, mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunan hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, cinayət işinin istintaqı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 254 manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Həmçinin, zərər çəkmiş şəxslərə məhkəməyədək icraat zamanı və məhkəmə istintaqı başlananadək mülki iddiaçı kimi tanınmadıqlarından və məhkəməyə iddia ərizəsi vermədiyindən izah olunmalıdır ki, cinayət hadisəsi nəticəsində onlara vurulmuş ziyanla əlaqədar qanunla müəyyən olunmuş qaydada və formada mülki mühakimə icraatı qaydasında məhkəmələrə müraciət edə bilərlər. Hökmün icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübutlar - Gədəbəy rayon Polis şöbəsinin duracağında saxlanılan “Naz Lifan minik” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil, həmin avtomobilin qabaq sağ və sol oturacaqlarının üzlükləri(çexolları), “Ford Escape” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil, Gədəbəy rayon Polis şöbəsinin məsul saxlancında olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 hadisə zamanı əyinlərində olmuş paltarları qanuni sahiblərinə qaytarılsın. Gədəbəy rayon Polis şöbəsinin məsul saxlancında olan “Naz Lifan minik” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin açılmış hava yastıqlarından götürülmüş maddi sübut toxuma kəsiyi məhv edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 254 manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və zərər çəkmiş şəxsin hüquqi varisi S.S.Musayevaya izah edilsin ki, onlara vurulmuş ziyanla əlaqədar qanunla müəyyən olunmuş qaydada və formada mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilərlər. Hökmün icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-68/2021
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-68/2021
16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver