Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-69/2025 05.03.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Nümayəndə iştirakları ilə 14 avqust 1980-ci ildə Gədəbəy rayonu, Arabaçı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Arabaçı kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2017-ci il tarixindən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Rüstəmova (Vəliyeva) Gülnarə Məhəmməd qızına verilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-708/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Gədəbəy Rayon Məhkəməsinin 3(042)-41/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 gün müddətinə inzibati qaydada həbs edilməsinə, bundan sonra icra üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2025-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il tarixədək 5220 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Rüstəmova (Vəliyeva) Gülnarə Məhəmməd qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirdiyinə görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə ittiham edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2006-cı ildə ailə qurmuş, nikahları xx.xx.2007-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2007-ci il tarixdə X5 və xx.xx.2012-ci il tarixdə X4 doğulmuşlar. Zərərçəkmişlə əvvəlcə münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuş, onlar ayrılmışlar. Münasibətləri pozulduğuna görə zərərçəkmiş 2017-ci ilin fevral ayında nikahın pozulması, uşaqlarının himayəsində qalması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bundan sonra Abşeron Rayon Məhkəməsinin qətnaməsinə əsasən nikahın ləğv edilməsi, uşaqlarının zərəçəkmişin himayəsində qalması və ondan xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2012ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 136,6 manat sabit pul məbləğində alimentin alınaraq, zərərçəkmişə ödənilməsi qət edilmişdir. O, həmin qətnamənin alimentə aid hissəsindən narazı qalaraq apellyasiya şikayəti verdiyinə görə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə alimentin məbləği dəyişdirilərək ondan xx.xx.2017-ci il tarixindən başlayaraq iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 sabit pul məbləğində alimentin alınaraq, zərərçəkmişə ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi 2018-ci ildə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Yaranmış aliment borcunu maddi imkanı olmadığına görə tam şəkildə ödəyə bilməmişdir. Buna görə də inzibati qaydada həbs edilmişdir. Bundan sonra ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan başqa inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra ona yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də yaranmış aliment borcunu tam ödəyə bilməmişdir. Qətnamə üzrə xx.xx.2017-ci il tarixdən başlayaraq cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il tarixə kimi ödəməli olduğu 19800 manat aliment borcundan icra müddətində cəmi 14580 manat ödəniş etmiş, lakin ödənilməmiş 5220 manat aliment borcu qalmışdır. O, həmin borcdan istintaq dövründə cəmi, 840 manat ödəmişdir. Fərdi qaydada usta yanında fəhlə kimi işləyir, aylıq gəliri 400- 450 manat təşkil edir. Həmin vəsaiti özünün gündəlik zəruri tələbatları üçün xərcləyir. Hazırda zərərçəkmişə dəymiş zərəri tam ödəmişdir. Ona görə də cinayət işinin icraatına xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, son məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş 11 dekabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ifadə verərək, bildirmişdir ki, təqsirləndirlən şəxslə birgə nikahlarından xx.xx.2007-ci il tarixdə X5 və xx.xx.2012-ci il tarixdə X4 doğulmuşlar. Təqsirləndirlən şəxslə ayrıldıqdan sonra uşaqlar onun himayəsindədirlər. Təqsirləndirlən şəxs Bakı şəhərində fərdi qaydada usta yanında fəhlə işləyir. Aylıq gəliri 500-600 manatdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə aliment hər ay hər uşağa görə 100 manat miqdarında müəyyən edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Təqsirləndirlən şəxsin ona aliment borcu yaranmışdır. Onun məhkəmə qətnaməsini icra etmk imkanının olmasına baxmayaraq qərəzli olaraq icra etməkdən boyun qaçırır. O, ibtidai və məhkəmə istintaqı dövründə ödənişlər etmişdir və hazırda 1880 manat borcu qalmışdır. Borcu tam ödəməyəcəyi təqdirdə, ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid2 ifadə verərək, bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən Təqsirləndirilən şəxs iki uşağın saxlanılması üçün hər ay hər uşağa görə 100 manat sabit miqdarda aliment alınaraq. Zərərçəkmiş şəxs verilməlidir. Təqsirləndirlən şəxsə borcun könüllü ödənilməsi barədə rəsmi qaydada bildiriş təqdim verilmiş, o, borcu tam ödəmədiyi üçün aliment borcu yaranmışdır. Daha sonra təqsirləndirlən şəxs inzibati məsuliyyətə cəlb edilmiş, onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Təqsirləndirlən şəxs inzibati məsuliyyətə cəlb edildikdən, yəni, ona həbs inzibati tənbehi təyin edildikdən sonra da, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, qərəzli olaraq heç bir ödəniş etməmiş, alimenti və yaranmış aliment borcunu ödəməkdən yayınmışdır. Lakin ibtidai və məhkəmə istintaqı dövründə ödənişlər etmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 eyniməzmunlu ifаdə vеrmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 3(042)-41 /2025 saylı inzibati xəta haqqında iş üzrə qərаrından görünür ki, Təqsirləndirilən şəxs Аzərbаycаn Rеspublikаsı İХM-nin 528.1-ci mаddəsi ilə təqsirli bilinmiş və 08 gün müddətinə inzibati həbs edilmişdir. İşdə olan sənədlərdən görünür ki, məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs 03 mart və 02 aprel 2025-ci il tarixlərdə məsuliyyət bаrədə хəbərdаrlıqlаr edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin Qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, başlanmış cinayət təqibinə xitam verilməlidir . Həmin Məcəllənin 43.1; 43.1.1. və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmişin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixindən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Rüstəmova (Vəliyeva) Gülnarə Məhəmməd qızına verilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-708/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Gədəbəy Rayon Məhkəməsinin 3(042)-41/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 gün müddətinə inzibati qaydada həbs edilməsinə, bundan sonra icra üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2025-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il tarixədək 5220 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Rüstəmova (Vəliyeva) Gülnarə Məhəmməd qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmiş və bununla da Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Lakin təqsirləndirlən şəxs məhkəmə istintaqı zamanı, hökm çıxarılana qədər zərərçəkmiş şəxsə olan borcunu ödəmiş, yəni, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmişdir. Ona görə də cinayət işinin icraatına xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübutlar, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPMnin 39; 43, 321 və 381-385-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə məhkəmə qətnaməsini tam icra etdiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-69/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-69/2025
05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver