Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-7/2021 11.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşaq olan, Gədəbəy rayon mərkəzi xəstəxanasının kadrlar şöbəsində kadr müavini vəzifəsində işləyən, ali təhsilli, məhkum olmamış, ünvan 1 mənzil 2 ünvanında qeydiyyatda olmaqla ünvan 2 mənzil 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayında Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən nəzarətsiz sahədən yabanı halda bitən çətənə kollarından satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 16.61 qram çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üstündə və avtomobilində saxlayaraq daşımış, xx xxx 2020-ci il tarixdə 23 radələrində idarə etdiyi “Mitsubishi Pajero İO” markalı, **-KO-*** dövlət qeydiyyat nömrəli avtomobili ilə Gədəbəy şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olan zaman Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Gədəbəy rayon Polis şöbəsinin inzibati binasına gətirilib onun üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın sol cibində bir ədəd kibrit qutusunda təmiz çəkisi 2,707 qram çəkidə qurudulmuş marixuana, şalvarın sağ və sol yan ciblərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,082 qram, 0,079 qram, ümumi təmiz çəkisi 0,161 qram olan marixuana qırıntıları, idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin içərisində olan saxlanc yerində sellofana bükülü formada təmiz çəkisi 11,051 qram çəkidə qurudulmuş marixuana, saxlanc yerində olan kibrit qutusunda təmiz çəkisi 2,449 qram çəkidə qurudulmuş marixuana və saxlanc yerinin içərisindən isə 0,242 qram çəkidə marixuana qırıntıları, ümumilikdə təmiz çəkisi 16,61 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 3 il əvvəl yol nəqliyyat hadisəsi törətmiş, ayağı sınmış, əməliyyat olunmuş və bundan sonra ağrıları bərk olduğundan mütəmadi narkotik vasitə marixuana istifadə etməyə başlamışdır. 2019-cu ilin oktyabr ayında Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində nəzarətsiz sahədə yabanı halda bitən marixuana kollarını görmüş və həmin kolları yığaraq istifadə etmək üçün “Mitsubishi Pajero İO” markalı, **-KO- *** dövlət qeydiyyat nişanlı avtomobilinə qoymuşdur. Öz ehtiyacı olan qədər marıxuananı kibrit qutusuna doldurub istifadə etmiş, qalan hissəsini isə sellofan paketdə avtomobilin yük və saxlanc yerində saxlamışdır. Şahid3, Şahid1 və Şahid2 tanışlarıdır. Onları uzun müddətdir tanıyır. Rövşən, Ramin və Elvin hazırki vaxta qədər onun narkotik vasitə istifadə etdiyini bilməmişlər. xx xxx 2020-ci il tarixdə saat 18 radələrındə Gədəbəy rayonunda yerləşən qəbiristanlıqda tanışları Ramiz, Ramin və Elvinlə birlikdə Raminin anasının məzar daşını düzəltmişlər. Onlar işlərini qurtardıqdan sonra “Mitsubishi Pajero İO” markalı, **-KO- *** dövlət nömrəli avtomobilə əyləşib Gədəbəy şəhərinin mərkəzinə gəlmişlər və “Bahadurun çayçısı” adlanan çayxanada çay içib söhbət etmişlər. Bu vaxt Rövşənin çayxananın qarşısından keçdiyini görüb onu da içəri dəvət etmişlər. Rövşən də çayxanaya gəlmişdir. Onlar çay içib nərd oynadıqdan sonra birlikdə Raminin anasının qırx yas mərasimi üçün bazarlıq etmək məqsədi ilə onun avtomobili ilə Şəmkir rayonuna getmişlər. Bazarlıq edib Gədəbəy şəhərinə qayıdan zaman Gədəbəy rayonu, Xarxar kəndində yerləşən qəbiristanlığın yanında Gədəbəy rayon Polis şöbəsinin yol patrul xidmətinin əməkdaşları onu saxlamaq istəmişlər. O, tabesizlik göstərmiş və avtomobilini saxlamayıb Gədəbəy şəhəri istiqamətində sürməyə başlamışdır. Gədəbəy şəhərində işıqforun yaxınlığında X2rşısından keçən zaman yolda çoxlu avtomobillərin dayandığını görüb hadisə olmasını düşünmüş və baxmaq üçün avtomobilini saxlamışdır. Bu vaxt yaxınlaşan polis əməkdaşları onu, Ramini, Rövşəni və Elvini avtomobili ilə birlikdə Gədəbəy rayon Polis şöbəsinə gətirmişlər. Şöbənin giriş zalında tanımadığı iki nəfər şəxsi göstərərək hal şahidləri olduğunu bildirmişlər. Üzərinə hal şahidlərinin, vəkilin iştirakları ilə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı göy rəngli cins şalvarının sol cibindən marixuana qırıntıları və sağ yan cibində olan kibrit qutusu aşkar olunmuşdur. Aşkar edilmiş marixuana tərəzidə çəkilmiş, möhürlənib zərfə yerləşdirilmişdir. Bundan sonra Gədəbəy RPŞ-nin inzibati binasının həyətində olan idarə etdiyi ağ rəngli “Mitsubishi Pajero İO” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun, onun vəkilinin, hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qoltuqaltı hissəsindən, yəni ön oturacaqların arasında yerləşdirilmiş “bardaçok”dan şəffaf sellofanda və kibrit qutusunda narkotik vasitə, spiriş, ağrı kəsici dərmanlar, eynək və sair əşyalar aşkarlanmışdır. Həmin narkotik vasitələr onun, polislərin, vəkilinin və hal şahidlərinin iştirakı ilə tərəzidə çəkilmiş, möhürlənib zərfə qoyulmuşdir. O da zərfə imza etmişdir. Əməlindən səmimi peşmandır. Şahid1 məhkəmə iclasında göstərdi ki, o ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir və bildirir ki, hazırda ünvan 3 ünvanında yaşayır. Təqsirləndirilən şəxs, Alıyev Rövşən Seyid oğlunu və Şahid2 uşaqlıq dostları kimi tanıyır. Rauf, Rövşən və Elvinlə əvvəllər münasibətləri yaxşı olmuş, onlara qarşı düşmənçiliyi, ədavəti olmamışdır. xx xxx 2020-ci il tarixdə saat 18 radələrində Gədəbəy şəhər qəbiristanlığında xx xxxxx 2020-ci il tarixdə dünyasını dəyişmiş mərhum anası X1 məzar daşını düzəltdirmişdir. Həmin günü qəbirstanlığa dostu Raufun “Mitsubishi Pajero İO” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilində Ramiz adlı usta və dostu Elvinlə gəlmişdir. Dostları ona kömək etmək üçün gəlmişlər. Onlar qəbiristanlıqda işlərini gördükdən sonra Ramiz adlı usta çıxıb getmişdir. O, Elvinlə birlikdə Raufun avtomobilinə əyləşib Gədəbəy şəhərində yerləşən “Bahadurun çayxanasına” gəlmişlər. Sonra Rövşən də çayxanaya gəlmiş, birlikdə anasının 40 yas mərasimi üçün alıncaq məhsulları müzakirə etmişlər. Yas mərasimi üçün bazarlıq etmək məqsədi ilə Raufun avtomobilinə əyləşib Şəmkir rayonuna getmişlər. Bazarlıq edib qayıdarkən Gədəbəy rayonu, Xar Xar kəndində polis əməkdaşları onlara saxla əmri verib Raufun idarə etdiyi avtomobili saxlamışlar. Polis əməkdaşları Raufdan sənədləri istədikdə Rauf onlara sənəd verməmiş və avtomobili sürüb qaçmağa başlamışdır. Rauf idarə etdiyi avtomobili Gədəbəy şəhəri, Heydər Əliyev prospektində yerləşən Heydər Əliyev parkı ilə qarşı-qarşıya yerləşən avtomobil ehtiyyat hissələri satılan mağazanın qarşısında saxlamışdır. Elə bu vaxt polis əməkdaşları avtomobilə yaxınlaşmış və onları Gədəbəy rayon Polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları onları Gədəbəy rayon Polis şöbəsinə gətirdikdən sonra onlara hüquq və vəzifələrini izah edib video görüntü vasitəsi ilə üzərilərinə baxış keçirmişlər. Baxış zamanı onun, Elvinin və Rövşənin üzərində hər hansı bir narkotik vasitə, ona bənzər dərman və ya başqa maddə aşkar edilməmişdir. Lakin, Raufun üzərində və avtomobilində narkotik vasitə aşkar edilərək götürülmüş və tərəzidə çəkildikdən sonra qablaşdırılaraq möhürlənmişdir. Sonra protokol tərtib olunmuş və onlar protokola imza etmişlər Şahid Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verdi. Şahid Şahid7 ifadəsində göstərdi ki, o ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və bildirir ki, Gədəbəy şəhəri, M.Quliyev 23 ünvanında yaşayır. Gədəbəy RPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs, Şahid1, Şahid3 və Şahid2 əvvəllər tanımamış, onlarla heç bir münasibətləri olmamış, narkotik vasitə istifadəçiləri olması və kimdənsə almaları barədə heç bir məlumatı olmamışdır. xx xxx 2020-ci tarixdə saat 22 radələrində xidməti iş otağında olan zaman şöbənin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid6 ona bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 30, mənzil 2-də qeydiyyatda olmaqla hazırda Gədəbəy H.Əliyev prospekti ev 19, mənzil 2-də yaşayan Təqsirləndirilən şəxs, Gədəbəy şəhər sakinləri Şahid1, Şahid3 və Şahid2 narkotik vasitə saxlamasında, üzərlərində daşımasında şübhəlidirlər. Bu barədə rəhbərliyə məruzə olunmuşdur. Əməliyyat axtarış tədbiri keçirilməsi və qeyd olunan şəxslərin üzərlərinə baxış keçirilməsi üçün onun iştirakı da lazımdır. Onlar birlikdə əməliyyat axtarış tədbiri keçirərək xx xxx 2020-ci il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubishi Pajero İO” markalı, ** KO *** dövlət qeydiyyat nömrəli avtomobilini saxlamışlar. Həmin vaxt avtomobildə sərnişin qismində Şahid1, Şahid3 və Şahid2 olmuşdur. Onlar Raufun idarə etdiyi avtomobili saxlayıb, özlərini təqdim edib polis işçiləri olduqlarını bildirərək Gədəbəy RPŞ-nə gətirmişlər. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili şöbənin dayanacağında saxlamışlar. Təqsirləndirilən şəxs və avtomobildə olan digər şəxsləri Gədəbəy RPŞ-nin Növbətçi hissənin qarşısında olan giriş zalına aparıb növbə ilə onlara hüquqlarını izah etmiş, hüquqlarını müdafiə etmək üçün müdafiəçi ilə təmin etmişlər. Sonra küçədən iki nəfər, adlarını sonradan bildikləri Şahid4 və Şahid5 hal şahidi qismində dəvət olunmuşlar. Təqsirləndirilən şəxs, Şahid1, Şahid3 və Şahid2 üzərlərində qanunla saxlanılması və daşınması qadağan olunan əşya olubolmaması soruşulmuşdur. Onlar üzərlərində qanunla saxlanılması və daşınması qadağan olunan əşya olmadığını bildirdikdən sonra üzərlərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zaman Şahid1 üzərindən 33 manat pul, şəxsiyyət vəsiqəsi, 1 manatlıq Azərcell balans artırma kartı, 1 ədəd nokia markalı mobil telefon, 1 ədəd Samsung markalı mobil telefon, boş saqqız qutusu, boş zərflər və sənədlər, 1 ədəd alışqan, Şahid3 üzərindən 1 ədəd ağ rəngli “LD” markalı siqaret qutusu, 5 manatlıq kağız pul, 20 qəpik dəmir pul, Şahid2 üzərindən 1 ədəd alışqan, 1 qutu siqaret, 1 ədəd kağız pul, 1 kağız parçası, 2 ədəd salfetka, Təqsirləndirilən şəxs şalvarının sol cibindən marixuana qırıntıları və sağ yan cibində olan kibrit qutusunda marixuana bitkisi aşkar edilmiş, həmin maddələr tərəzidə çəkilmiş, zərfə yerləşdirilib möhürlənmişdir. Təhqiqatçı tərəfində Təqsirləndirilən şəxs və digərlərinin üzərilərinə baxış keçirlməsi barədə növbə ilə protokollar tərtib olunmuşdur. Protokollar bütün iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən protokolların doğruluğu imzalarla təsdiq olunmuşdur. Daha sonra Raufun həmin günü idarə etdiyi ağ rəngli “Mitsubishi Pajero İO” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilə şöbənin inzibati binasının həyətində hal şahidlərinin, Raufun, Raminin, Elvinin, Rövşənin, onların vəkilinin həmçinin digər iştirakçılarla birlikdə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qoltuqaltı hissəsində yəni şəffaf sellofanda və kibrit qutusunda narkotik vasitə, spiriş, ağrı kəsici dərmanlar, eynək və sair əşyalar aşkar edilərək götürülmüşdür. Avtomobildə aşkar edilmiş narkotik vasitələr tərəzidə çəkildikdən sonra qablaşdırılmış üzərinə imza atmışlar. Həmçinin, sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən və avtomobilindən aşkar olunmuş kütlələr narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin narkotik vasitəni Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində baxımsız sahədən yabanı halda bitən marixuana kollarından yığmış və istifadə etmək məqsədi ilə üzərində və avtomobilində saxlamışdır. Şahidlər Şahid9 və Şahid10 Şahid7 oğlunun ifadəsinə uyğun ifadə verdilər. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, hazırda ailə üzvləri ilə birlikdə ünvan 6 ünvanında yaşayır. Gədəbəy şəhər sakinləri X4, Şahid1, Şahid3 və Şahid2 üzdən tanısa da, onlarla heç bir münasibətləri olmamışdır. xx xxx 2020-ci tarixdə saat 23 radələrində Gədəbəy şəhərində yerləşən “Nur Kafe” adlanan kafenin yanında dayanan zaman polis əməkdaşları onu Gədəbəy rayon Polis şöbəsinin inzibati binasına hal şahidi kimi iştirak etməyə dəvət etmişlər. O, Gədəbəy rayon Polis şöbəsinin inzibati binasına gəlmişdir. Polis şöbəsində olan zaman ona Gədəbəy şəhər sakinləri X4, Şahid1, Şahid3 və Şahid2 təqdim edərək üzərlərinə baxış keçiriləcəyini bildirmişlər. Aradan bir neçə dəqiqə keçdikdən sonra bir nəfər mülki geyimdə şəxs dəvət edilmiş, həmin şəxsin adının Rəsul olduğunu və onun da hal şahidi qismində iştirak edəcəyini bilmişdir. Təqsirləndirilən şəxs, Şahid1, Şahid3, Şahid2 üzərlərinə baxış keçirməzdən əvvəl onlarda qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs, Şahid1, Şahid3 və Şahid2 üzərlərində qanunla saxlanılması və daşınması qadağan olunan əşya olmadığını bildirmişlər. Sonra onların üzərinə baxış keçirilmiş, bu vaxt Şahid1 üzərindən 33 manat pul, şəxsiyyət vəsiqəsi, 1 manatlıq azərcell balans artırma kartı, 1 ədəd nokia markalı mobil telefon, 1 ədəd Samsung markalı mobil telefon, boş saqqız qutusu, boş zərflər və sənədlər, 1 ədəd alışqan, Şahid3 üzərindən 1 ədəd ağ rəngli “LD” markalı siqaret qutusu, 5 manatlıq kağız pul, 20 qəpik dəmir pul, Şahid2un üzərindən 1 ədəd alışqan, 1 qutu siqaret, 1 ədəd kağız pul, 1 kağız parçası, 2 ədəd salfetka, Təqsirləndirilən şəxs şalvarının sol cibindən marixuanna qırıntıları və sağ yan cibində olan kibrit qutusunda marixuana bitkisi aşkar edilmiş və tərəzidə çəkilmişdir. Sonra narkotik vasitə zərfə yerləşdirilib möhürlənmişdir. Daha sonra onlar Raufun həmin günü idarə etdiyi ağ rəngli “Mitsubishi Pajero İO” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilə şöbənin inzibati binasının həyətində digər hal şahidinin, Raufun, Raminin, Elvinin, Rövşənin, onların vəkilinin, həmçinin digər iştirakçılarla birlikdə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qoltuqaltı hissəsində şəffaf sellofanda və kibrit qutusunda narkotik vasitə, spiriş, ağrı kəsici dərmanlar, eynək və sair əşyalar aşkar edilərək götürülmüşdür. Avtomobildə aşkar edilmiş narkotik vasitələr tərəzidə çəkildikdən sonra qablaşdırılmış üzərinə imza atmışlar. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən və avtomobilindən aşkar olunmuş kütlələr narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 2019-cu ilin oktyabr ayında rayonun Novosaratovka kəndi ərazisində baxımsız sahədən yabanı halda bitən marixuana kollarından yığdığını və istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Həmin günü Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülən kütlələr tərəzidə çəkiləndən sonra ümumi çəkisi 16.61 qram qurudulmuş marixuana olduğunu, narkotik vasitələr qablaşdırıldıqan sonra dəqiq çəki alınması məqsədilə ekspertizaya göndərildiyini bilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, Şahid1, Şahid3 və Şahid2 üzərilərinə və həmin günü onların olduqları avtomobilə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol bütun iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi də məhkəmə iclasında elan olunaraq tədqiq olunmuşdur. O, Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolundan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sol cibindən marixuana qırıntıları və sağ yan cibində olan kibrit qutusunda saxladığı marixuana bitkisi aşkar edilərək götürülmüşdür. -avtomobilə baxış istintaq hərəkəti protokolundan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs məxsus “Mitsubishi Pajero İO” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilində olan qolaltının içərisində şəffaf sellofanda və kibrit qutusunda narkotik vasitələr ilkin baxışdan narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. - Məhkəmə-bioloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 16/372 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 2,707 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, 1 (bir) ədəd kibrit qutusunda və 1 (bir) ədəd polietilen torbacıqda ayrı-ayrılıqda təmiz çəkiləri 2,449 qram, 11,051 qram, ümumi təmiz çəkisi 13,5 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzəri möhürlü polietilen torbada olan digər 1 (bir) ədəd polietilen torbada, manjet hissəsində “Philipp Plen” yazıları olan göy rəngli cins şalvarın sağ yan və sol yan ciblərində ayrıayrılıqda təmiz çəkiləri 0,082 qram, 0,079 qram, ümumi təmiz çəkisi 0,161 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzəri möhürlü polietilen torbadakı, digər 3 (üç) ədəd polietilen torbalarda olan, iki ədəd tünd-göy və bir ədəd qara rəngli cins şalvarların üzərində və ciblərində narkotik vasitələrə məxsus hissəciklər aşkar edilmədi. Tədqiqata təqdim edilmiş, üzəri möhürlü olan, avtomobilə məxsus qara rəngli, qolaltı hissəsinin saxlanc yerlərində təmiz çəkisi 0,0242 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, avtomobilin qolaltı hissəsinin saxlanc yerlərində olan bir ədəd içəri boş sellofan torbacığın və bir ədəd “Pall Mall” adlı içərisi boş siqaretin içərisində narkotik vasitələrə məxsus hissəciklər aşkar edilmədi. Tədqiqata təqdim olunmuş iki ədəd kağız paketlərdə olan marixuanalar ilə bir ədəd cins şalvarın sağ yan və sol yan ciblərində olan marixuanalar tərkiblərinə görə eynidirlər. -Məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 586 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - AZE 10998123 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2004-cü ildə anadan olmuş, atası Təqsirləndirilən şəxs və anası Şirinova Ləmandır. - Gədəbəy rayon İHB-nın şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayının əvvəlində Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən nəzarətsiz sahədən yabanı halda bitən çətənə kollarından satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə - cəmi çəkisi 16,61 qram təşkil edən qurudulmuş marixuana əldə etmiş, daşımış və saxlamışdır. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmə məsələsini həll edərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edirki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İlk dəfə az ağır cinayət törətməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağ olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı agırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmə məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cəzanı yüngülləşdirən halların olması və cəzanı agırlaşdıran halın olmaması, eləcə də şəxsiyyətini səciyyələndirən digər hallar nəzərə alınmalı və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın qeyd olunan cinayət hüquq normasındakı sosial ədalətin bərpası, eləcə də onun islah olunması və tərbiyəedici funksiya baxımından yetərlidir və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs kimi tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020ci il tarixədək tutulduğu 3 gün müddət həbsdə saxlamanın bir günü azadlıgın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Məhkəmə həmçinin, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması ilə kifayətlənilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası CM-nin 132.1.1,132.1.6 və 132.1.7-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut Gədəbəy rayon Polis şöbəsində saxlanılan beş ədəd kağız zərfdə olan, ümumi təmiz çəkisi 16,49 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, maddi sübutlar bir ədəd şalvar və “Mitsubishi Pajero İO” markalı, **-KO-*** dövlət qeydiyyat nömrəli avtomobilin qolaltısı qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, iki ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32.40 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutulduğu 3 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 1 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun üzərinə Gədəbəy rayonunu hüdudlarını tərk etməmək, axşam saat 22:00-dən səhər saat 7:00-dək ünvan 2 mənzil 2 ünvanda olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri - 32,40 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut Gədəbəy rayon Polis şöbəsində saxlanılan beş ədəd kağız zərfdə olan, ümumi təmiz çəkisi 16,49 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Maddi sübut bir ədəd şalvar və “Mitsubishi Pajero İO” markalı, **-KO-*** dövlət qeydiyyat nömrəli avtomobilin qolaltısı qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Maddi sübut kimi tanınmış iki ədəd disk cinayət işi materiallarında saxlansın. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-7/2021
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-7/2021
11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver