Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-7/2025 13.03.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxx 1985-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 12 iyul 2024cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Masallı şəhəri, Heydər Əliyev prospekti, ev 48, mənzil 33-də qeydiyyatda olan, hazırda azadlıqdan məhrum etmə cəzası çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Gədəbəy rayonu, Arıqıran kənd sakini Zərərçəkmiş şəxs oğlu Şahid1 polisə işə düzəldəcəyi barədə yalan vədlər verib, onu inandıraraq, vahid niyyətlə Zərərçəkmiş şəxs 18 aprel 2023-cü il tarixdə 200 manat, 20 aprel 2023-cü il tarixdə 223 manat, 23 aprel 2023-cü il tarixdə 110 manat, 24 aprel 2023-cü il tarixdə 233 manat, 25 aprel 2023-cü il tarixdə 387 manat, 29 aprel 2023-cü il tarixdə 200 manat, 01 may 2023-cü il tarixdə 102 manat, 03 may 2023-cü il tarixdə 202 manat, 05 may 2023-cü il tarixdə 132 manat, 07 may 2023-cü il tarixdə 101 manat, sonuncu dəfə 2023-cü ilin may ayında istintaqa dəqiq məlum olmayan vaxtda 350 manat, ümumilikdə, 2540 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə X3 Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edərək, onu aldadıb X5 məişət əşyaları satacaqları adı ilə 23 may 2023-cü il tarixdə 10 manat, 23 may 2023-cü il tarixdə 20 manat, 14 iyun 2023-cü il tarixdə 350 manat, 14 iyun 2023-cü il tarixdə 200 manat, 15 iyun 2023-cü il tarixdə 100 manat, 15 iyun 2023-cü il tarixdə 20 manat, 19 iyun 2023-cü il tarixdə 55 manat, 21 iyun 2023-cü il tarixdə 106 manat, 22 iyun 2023-cü il tarixdə 26 manat, 04 iyul 2023-cü il tarixdə 15 manat, 05 iyul 2023-cü il tarixdə 410 manat, 05 iyul 2023-cü il tarixdə 104 manat, 08 iyul 2023-cü il tarixdə 30 manat, 09 iyul 2023-cü il tarixdə 15 manat, 10 iyul 2023-cü il tarixdə 100 manat, 10 iyul 2023-cü il tarixdə 100 manat, 11 iyul 2023-cü il tarixdə 30 manat, 12 iyul 2023-cü il tarixdə 200 manat, 12 iyul 2023-cü il tarixdə 250 manat, 23 iyul 2023-cü il tarixdə 6 manat, 17 iyul 2023-cü il tarixdə 385 manat, 27 iyul 2023-cü il tarixdə 50 manat, 27 iyul 2023-cü il tarixdə 150 manat ümumilikdə, vahid niyyətlə 2732 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, o, Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 2023-cü ildən tanıyır, onun həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi yoxdur. Kəmalə bir dəfə ona bibisi oğlu Şahid1 işsiz olduğunu demiş, o, da Kəmaləyə əlaqələrinin olduğunu, əlaqələri vasitəsi ilə bibisi oğlunu 10000 manat qarşılığında işə düzəlməyin mümkün olduğunu, lakin Kəmaləyə hörmət etdiyi üçün 5000 manata Oktayı polisə düzəldə biləcəyini demişdir. Kəmalə isə ona Oktaya və ailəsinə bu barədə deyəcəyini, razı olduqları halda, ona məlumat verəcəyini bildirmişdir. Bundan bir müddət sonra Kəmalə ona Oktayın anası Həmidə ilə danışdığını, Gədəbəyə gedib Həmidə və Oktayla bu barədə razılaşmalı olduğunu demişdir. O, da elə bu səbəbdən Gədəbəy rayonuna, Həmidənin evinə getmiş, orada oturub birlikdə söhbət etmiş, söhbət zamanı o, Oktayı 5000 manatın qarşılığında polisə düzəldəcəyini vəd etmişdir. Həmidə və Oktay ona o məbləğdə pullarının olmadığını demiş, o, həmin şəxslərə pulu hissə-hissə ödəyə biləcəklərini demiş, Həmidə ona 200 manat pul vermiş, pulun qalanını isə hissə-hissə ona göndərəcəyini demişdir. O, Bakı şəhərinə qayıtmış, bundan sonra Həmidə ona məxsus xatırlamadığı kart hesabına hissə-hissə pullar göndərmişdir. Həmidə ümumilikdə ona 2550 manat pul göndərmiş, Həmidənin ona həmin pulları göndərməkdə məqsədi oğlu Oktayı onun polisə işə düzəltməyi barədə verdiyi vədlər olmuşdur. Onun həmin vaxt vəziyyətində problemlər olduğu üçün o, Həmidənin göndərdiyi pulları xərcləmişdir. Həmidə ona 2550 manatə göndərdikdən sonra ona işı həll etmədiyini demiş, qalan pulu iş düzəldikdən sonra verəcəyini bildirmişdir. O, zərərçəkmişə vurduğu ziyandan 350 manat ödəmişdir. Ailəsinin yeganə dolandıranıdır. Bu halların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu, Arıqıran kəndində yaşayır. Onun baldızı qızı Şahid2 Türkiyə Cümhuriyyətində yaşayıb işləyir. Kəmalə Türkiyədə olan zaman Tik-Tok sosial şəbəkəsində özünü polis əməkdaşı kimi təqdim edən Cavad Əliyev adlı şəxslə tanış olmuş, həmin şəxs Kəmalədən xoşu gədiyini deyib Kəmalə ilə ailə qurmaq istədiyini bildirmiş, böyüklərinin nömrəsini istəmiş, Kəmalə də onun nömrəsini özünü Cavad kimi təqdim etmiş həmin şəxsə vermişdir. Bundan sonra Cavad, sonradan ona məlum olduğu kimi əslində Təqsirləndirilən şəxs ona zəng edib 18 aprel 2023-cü il tarixdə onun yaşadığı Gədəbəy rayonu, Arıqıran kəndinə evinə gəlmişdir. O, Kəmalənin onun oğlunu işə düzəltməsini xahiş etdiyini deyib buna görə 5000 manat istəmişdir. O, həmin tarixdə ona 200 manat pul və oğlu Oktayın, özünün və ailə üzvlərinin sənədlərinin sürətlərini vermişdir. Xeyrəddin getdikdən iki gün sonra zəng edib, pul istəmiş, o, oğlu Oktaya pul verib Xeyrəddinin göndərdiyi kart hesabına köçürməsini demişdir. İkinci dəfə 20 aprel 2023-cü il tarixdə Xeyrəddinin kart hesabına 223 manat, 23 aprel 2023-cü il tarixdə 110 manat, 24 aprel 2023-cü il tarixdə 233 manat, 25 aprel 2023-cü il tarixdə 305 manat və 82 manat, 29 aprel 2023-cü tarixdə 200 manat, 01 may 2023-cü il tarixdə 102 manat, 03 may 2023-cü il tarixdə 202 manat,05 may 2023-cü il tarixdə 132 manat,07 may 2023-cü il tarixdə 101 manat, bir dəfə 50 və bir dəfə də 300 manat, cəmi, 2550 manat göndərmişdir. Sonuncu dəfə Xeyrəddinə pul göndərdikdən sonra zəng edib pulunu tələb etməyə başlamış, həmin vaxt Təqsirləndirilən şəxs işin tez bir zamanda düzələcəyini vəd etmişdir. 20 iyul 2023-cü il tarixdə o, Xeyrədinə zəng edən zaman Xeyrəddinin telefonuna cavab verən şəxs onun Astara rayonunda cinayət törətdiyinə görə həbs edildiyini demişdir. O, Xeyrəddinin onu aldatdığını,onun dələduz olduğunu başa düşmüş, polis şöbəsinə şikayət etmişdir. Xeyrəddin ondan aldığı pulu qaytararsa, ona yüngül, qaytarmasa, ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 Zahid oğlu ifadə verərək, bildirmişdir ki, təqsirləndirlən Təqsirləndirilən şəxs 2023-cü ilin may ayından tanıyır. Təqsirləndirilən şəxs dediyinə görə onun dayısı qızı Şahid2 ilə ailə həyatı qurmaq istəmişdir. Xeyrəddin O, 2023-cü ilin aprel ayında Kəmalə ilə birlikdə onların Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən evlərinə gəlmiş, söhbət zamanı bildirmişdir ki, ki, 5000 manata onu polis orqanına işə qəbul etdirə bilər. O miqdarda pul olmadığına görə anası Zərərçəkmiş şəxs bildirmişdir ki, 5000 manatı ona hissə-hissə, 2500 manatı işə düzəlğnə qədər, qalan 2500 manatı isə işə düzəltdikdən sonra verəcəkdir. Həmin gün anası Xeyrəddinə 200 manat vermiş, bundan sonra iki ay ərzində müxtəlif vaxtlarda hissə-hissə, cəmi, 2550 manat vermişdir. Lakin Xeyrəddin verdiyi vədi yerinə yetirmədiyi üçün onlar Xeyrəddinin onları aldatdığını başa düşmüş və verdikləri pulları geri qaytarmasını tələb etmişdir. Lakin bu vaxta qədər Xeyrəddin, cəmi, 350 manat qaytarmışdır. Şahid2 məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Şahid2 şahid kimi dindirmə protokolundan görünür ki, 2023-cü ilin mart ayında Türkiyədə olan zaman Tik-Tok sosial şəbəkəsində özünü Cavad Əliyev kimi təqdim etmiş şəxslə tanış olmuşdur. Həmin şəxs polis əməkdaşı olduğunu, onunla ailə qurmaq istədiyini bildirmişdir.Söhbət zamanı ondan bibisi oğlunu işə düzıltməsini xahiş etmiş, Cavad Əliyev 5000 manata onu işə düzəldəcəyini söz vermişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs telefon nömrəsini almış, 2023-cü ilin aprel ayında Zərərçəkmiş şəxs evinə getmiş, onun oğlu Şahid1 polis orqanına işə düzəldəcəyini vəd etmiş,onlardan iki ay ərzində 2550 manat almış, lakin Oktayı işə düzəltməmişdir. O, özü də həmin şəxsə 1360 manat borc vermiş, sonradan onun Cavad Əliyev deyil, Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli 1(003)-217/2024 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdıırlması cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2. və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 ay 28 gün hissəsi CM-in 68.1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 02 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və CM-in 67.1ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilmiş, ona qəti olaraq 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli 16 iyul 2023-cü il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. İşdə olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli 1(003)- 217/2024 saylı hökmünün surətindən görünür ki, təkrarən Təqsirləndirilən şəxs X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə X3 Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edərək, onu aldadıb X5 məişət əşyaları satacaqları adı ilə 23 may 2023-cü il tarixdə 10 manat, 23 may 2023-cü il tarixdə 20 manat, 14 iyun 2023-cü il tarixdə 350 manat, 14 iyun 2023-cü il tarixdə 200 manat, 15 iyun 2023-cü il tarixdə 100 manat, 15 iyun 2023-cü il tarixdə 20 manat, 19 iyun 2023-cü il tarixdə 55 manat, 21 iyun 2023-cü il tarixdə 106 manat, 22 iyun 2023-cü il tarixdə 26 manat, 04 iyul 2023-cü il tarixdə 15 manat, 05 iyul 2023-cü il tarixdə 410 manat, 05 iyul 2023-cü il tarixdə 104 manat, 08 iyul 2023-cü il tarixdə 30 manat, 09 iyul 2023-cü il tarixdə 15 manat, 10 iyul 2023-cü il tarixdə 100 manat, 10 iyul 2023-cü il tarixdə 100 manat, 11 iyul 2023-cü il tarixdə 30 manat, 12 iyul 2023-cü il tarixdə 200 manat, 12 iyul 2023-cü il tarixdə 250 manat, 23 iyul 2023-cü il tarixdə 6 manat, 17 iyul 2023-cü il tarixdə 385 manat, 27 iyul 2023-cü il tarixdə 50 manat, 27 iyul 2023-cü il tarixdə 150 manat ümumilikdə, vahid niyyətlə 2732 manat pulunu ələ keçirməklə dələduzluq etdiklərinə görə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2. və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş, ona cəza təyin edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istintad edilən cinayət əməllərinin törədilməsi, həmin əməllərin törədilməsində onun təqsirli olması öz təsdiqini tapır. Bundan başqa, məhkəmə baxışı gedişində müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X5 məişət əşyaları satacağını deyərək sonuncunu aldadıb onun cəmi 2732 manat pulunu ələ keçirdiyi epizoda görə o, artıq bir dəfə- Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli hökmü ilə təqsirli bilinərək cəzalandırılmışdır. Ona görə də məhkəmə hesab edir ki, həmin epizod təqsirləndirilən şəxsə elan edilmiş ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Gədəbəy rayonu, Arıqıran kənd sakini Zərərçəkmiş şəxs oğlu Şahid1 polisə işə düzəldəcəyi barədə yalan vədlər verib, onu inandıraraq, vahid niyyətlə Zərərçəkmiş şəxs 18 aprel 2023-cü il tarixdə 200 manat, 20 aprel 2023-cü il tarixdə 223 manat, 23 aprel 2023-cü il tarixdə 110 manat, 24 aprel 2023-cü il tarixdə 233 manat, 25 aprel 2023-cü il tarixdə 387 manat, 29 aprel 2023-cü il tarixdə 200 manat, 01 may 2023-cü il tarixdə 102 manat, 03 may 2023-cü il tarixdə 202 manat, 05 may 2023-cü il tarixdə 132 manat, 07 may 2023-cü il tarixdə 101 manat, sonuncu dəfə 2023-cü ilin may ayında istintaqa dəqiq məlum olmayan vaxtda 350 manat, ümumilikdə, 2540 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın bir hissəsini ödəməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidir. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs artıq 3-cü dəfə dələdzuluq cinayəti törtəməkdə təqsirli bilinməsini nəzərə alaraq hesab edir ki, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi cəzanın məqəsdini təmin etmir, ona azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, həmin cəza Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12 iyul 2024cü il tarixli 1(003)-217/2024 saylı hökmü ilə ona qəti olaraq təyin edilmiş 03 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı, ona qəti cəza təyin olunmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 16 iyul 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azəbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli 1(003)-217/2024 saylı hökmü ilə ona qəti olaraq təyin edilmiş 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 iyul 2023-cü il tarixdən hesablansın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan) 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-7/2025
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-7/2025
13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver