Məhkəmə qərarları › İş №1(042)-71/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-71/2021

09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-71/2021 09.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Gədəbəy rayonu, Ağamalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki nəfər uşaq olan, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, Gədəbəy rayonu Çanaqçı kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 iyul 2021-ci il tarixdə saat 18 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs təsərrüfatında olan iri buynuzlu heyvanların onun istifadəsində olan Gədəbəy rayonu Çanaqçı kənd ərazisində yerləşən əkin sahəsinə keçməsinə görə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs qəsdən vuraraq, ona sağ tərəfli postravmatik orxoepididimit kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisidir. 2009-cu ildən aralarında ot biçini vaxtı yaranmış narazılığa görə Zərərçəkmiş şəxs ilə danışmır. Yaşadığı kənddə əkin və heyvan saxlamaq ilə ailəsini dolandırır. Kəndin ərazisində islahat torpağı adlanan yerdə 10 sot kartof məhsulu əkdiyi sahə var. 26 iyul 2021-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs təsərrüfatında olan dörd baş iri buynuzlu heyvanın onun kartof məhsulu əkdiyi sahəyə yenidən daxil olmasını öyrənmiş, əkin sahəsinə getmiş, Zərərçəkmiş şəxs kartof əkdiyi sahənin kənarında, heyvanlarının isə sahənin içərisində olduğunu görmüşdür. Sahibdən heyvanların onun olub-olmamasını soruşmuşdur. Sahib heyvanların ona məxsus olduğunu bildirmişdir. İstifadəsində olan “Samsung” markalı mobil telefonu ilə həmin heyvanlar sahədə olan zaman fotoşəkillərini çəkmişdir. Aralarında mübahisə düşmüş, o Sahibin boynundan əli ilə tutub təpiklə vurmuşdur. O, Sahibə bıçaqla hədə qorxu gəlməmişdir. O, əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsdən üzr istəyir. Həmçinin o, ərizə verərək barəsində amnistiya tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. 26.07.2021-ci il tarixdə saat 18 radələrində həmkəndlisi Rəfxan ona təsərrüfatında olan iri buynuzlu heyvanların Təqsirləndirilən şəxs kəndin “İslahat torpağı” adlanan yerə olan əkin sahəsinə girdiyini demiş, heyvanlarını Təqsirləndirilən şəxs sahəsindən çıxarmaq üçün həmin yerə getmişdir. Raminin sahəsinin çəpərinə çatmamış Ramin arxadan onu səsləyib “heyvana dəymə” demiş, arxaya dönən zaman heç bir söz demədən yumruq ilə onun sifət nahiyyəsindən vurmuşdur. Ramin təpiklə onun xaya nahıyyəsinə vurduqdan sonra özündən getmişdir. Hazırda ondan şikayətçi deyildir. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. 26 iyul 2021-ci il tarixdə saat 18 radələrındə Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmiş, iri buynuzlu heyvanlarınin onun əkin sahəsinə daxil olduğunu bildirib əri Zərərçəkmiş şəxs harada olmasını soruşmuşdur. Əri Sahibin evdə olmadığını bildirmişdir. Ramin bir qədər qışqırıb getmişdir. Bir qədər sonra onun pay torpaq sahəsinin yerləşdiyi əraziyə tərəf getmiş, əri Zərərçəkmiş şəxs üst başı qanlı halda gəldiyini görmüşdür. Əri Sahibdən nə baş verdiyini soruşan zaman ona Təqsirləndirilən şəxs onu döydüyünü bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -hadisə yerinə baxış keçirilməsi haqqında 30.08.2021-cı il tarixli istintaq hərəkəti protokolundan görünür ki, hadisə yeri Gədəbəy rayonu Çanaqçı kəndində kənd sakinlərinin pay torpaq sahələri olan ərazidir. Hadisə yerində dəmir elektrik dirəkləri vardır. Sahənin ətrafı dəmir torla əhatə edilmişdir. Hadisə yerinin yaxınlığında fərdi yaşayış evləri və digər tikililər yoxdur. Hadisə yerinin ətrafı dağlarla əhatə edilmişdir. Hadisə yerinə baxış keçirilərkən hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. - məhkəmə-tibbi ekspertizasının 30.07.2021-ci il tarixli 513 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - boyunun, sol budun sıyrıqları, sağ tərəfli postravmatik orxoepididimit küt əşyanın təsirindən yaranmış, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 26 iyul 2021-ci ilə uyğun gəlir. Qeyd olunan sağ tərəfli postravmatik orxoepididimit xəsarətli sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin özü-özünə yetirə bilməsi inandırıcı deyildir, eləcə də onun bədən səthində öz boyu səviyyəsində yıxılmağa xarakterik xəsarət aşkar edilmədi. -Azərbaycan Respublikası DİN-nin BƏSll-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. -Gədəbəy rayon İHB-nın Çanaqçı kənd İƏD üzrə nümayəndəsinin verdiyi 01.10.2021-ci il tarixli 244 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 06.10.2014-cü il təvəllüdlü Məmmədli Aynurə, və 16.06.2021-ci il təvəllüdlü Bayramov Sirac adlı iki nəfər uşağı vardır. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 15 iyul 2020-ci il tarixdə saat 17 radələrində Gədəbəy rayonu, Arıqdam kəndində Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətməsi tam sübuta yetirilir. Odur ki, onun əməli Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqədar məsələni müzakirə edərək hesab edir ki, onun barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarı tətbiq olunmalı və cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməlidir. Belə ki, həmin qərarın 9.1-ci hissəsinə əsasən, məhkəmələr icraatlarında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu qərarın 1.1-1.16-ci bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) Həmin qərarın 10 və 11-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Azərbaycan Respublikası CPM-nin 39.1 və 39.1.12-ci maddəsinə əsasən, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 9cu bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Eləcə də, müdafiə tərəfi olaraq Təqsirləndirilən şəxs və onun müdafiəçisi amnistiyanın tətbiqinə razılıq vermişlər. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci, 42.2-ci və 321.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarına əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar