Məhkəmə qərarları › İş №1(042)-71/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-71/2025

22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-71/2025 22.01.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 02 avqust 1972-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, ailəli, fərdi qaydada işləyən, Gədəbəy rayonu, Göyəlli kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 28 avqust 2025-ci il tarixdə saat 10 radələrində Gədəbəy rayonu, Göyəlli kəndi ərazisində olan fərdi yaşayış evlərində arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə və münaqişə zamanı əvvəlcə yumruq zərbələri ilə vurub sonuncunu yerə yıxmış, sonra isə yerdə bədəninin müxtəlif nahiyələrinə təpik zərbələri vurmaqla, sonuncuya başın hematoması və qançırı, sol gicgah nahiyəsinin əzilmiş səthi yarası, sol almacıq nahiyyəsinin şişkinliyi, qançırı, sağ gözün daxili bucağının qançırı, sol göz altının səthi əzilmiş yarası, sağ bazunun və döş qəfəsinin qançırları, boyunun qançırı qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Gədəbəy rayonu, Göyəlli kəndində yaşayır, heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs arvadıdır. 27 avqust 2025-ci il tarixdə arvadı Zərərçəkmiş şəxs ilə Düzrəsullu kəndinə qardaşı oğlu Elsevərin toyuna getmişlər. Toy qurtardıqdan sonra 28 avqust 2025-ci il tarixdə saat 02 radələrində evə getmişlər. Arvadı Zərərçəkmiş şəxs qardaşı oğlu Elsevərgildə qalmışdır. 28 avqust 2025-ci il tarixdə saat 10 radələrində Göyəlli kəndində evdə olarkən Zərərçəkmiş şəxs evə gəldiyini görmüşdür. Həmin gün təxminən saat 08 radələrində spirtli içki qəbul etdiyi üçün sərxoş olmuşdur. Zərərçəkmiş şəxs evin həyətində olanda axşam birlikdə evə gəlmədikləri üçün əsəbi olduğunu demişdir. Rübabə ona cavab vermədən evə girmişdir. Rübabə onun sözlərinə məhəl qoymadığı üçün yaşadıqları evdə Rübabə Orcovaya doğru gedib baş və üz nahiyəsindən bir neçə yumruq zərbəsi vurmuşdur. Zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Bundan sonra ona bir neçə ayaq zərbəsi də vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs yıxıldığı yerdən qalxaraq evdən çıxıb getmişdir. Bir müddət sonra günorta radələrində Zərərçəkmiş şəxs qardaşı Zahirə zəng vurub Rübabənin onlarda olub-olmamasını soruşmuş, Zahir ona Rübabənin orada olduğunu demişdir. Bundan sonra Rübabəni evə qaytarmaq istəsə də, gəlməyə razı olmamışdır. 28 avqust 2025-ci il tarixdə axşam radələrində Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etdiyini bilmişdir.Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmişdən üzr istəmiş,onunla barışmışdır. Amnistiya qərarına əsasən barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Göyəlli kəndində yaşayır, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs əridir. Əvvəllər münasibətləri normal olmuşdur. Lakin son 5-6 ay ərzində spirtli içki qəbul edib sərxoş olduqdan sonra arada onunla mübahisə etmişdir. 27 avqust 2025-ci il tarixdə Rizvanla birlikdə Düzrəsullu kəndində Rizvanın qardaşı oğlu Elsevərin toyuna getmişlər. Toy qurtardıqdan sonra 28 avqust 2025-ci il tarixdə saat 02 radələrində Rizvanın qardaşı oğlu Elsevərgildə qalmışdır. Həmin gün saat 10 radələrində Göyəlli kəndində Təqsirləndirilən şəxsla birlikdə yaşadıqları evə gəlmişdir. Evin həyətində olarkən Rizvan axşam onunla birlikdə evə getmədiyi üçün əsəbi olduğunu və evə girməməsini demişdir. Rizvana cavab verməmiş və evə girmişdir. Bir müddət sonra Rizvan ona doğru gəlib baş və üz nahiyəsindən bir neçə yumruq zərbəsi vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra bədən nahiyəsinə də bir neçə ayaq zərbəsi vurmuşdur. Daha sonra ayağa qalxıb Gədəbəy rayonu, Düzrəsullu kəndində yaşayan qardaşı Şahid evinə getmişdir. Qardaşı onun üst-başının səliqəsiz olduğunu və üzünün qanlı olduğunu görüb ondan nə baş verdiyini soruşduqda qardşına Rizvanın onun döydüyünü demişdir. X2 döyməsinə əsəbləşmiş və 102 xidmətinə zəng edərək onun döyülməsi barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona cəza verilməməsini xahiş edir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X7 Gədəbəy Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 373 nömrəli canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – başın hematoması və qançırı, sol gicgah nahiyəsinin əzilmiş səthi yarası, sol almacıq nahiyyəsinin şişkinliyi, qançırı, sağ gözün daxili bucağının qançırı, sol göz altının səthi əzilmiş yarası, sağ bazunun və döş qəfəsinin qançırları, boyunun qançırı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 25 avqust 2025-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, qeyd olunan xəsarətlərin onun özüözünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü və CM-nin 72.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə cinayət təqibinə xitam verilmişdir və onun məhkumluğu yoxdur. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 3-cü qrup Qarabağ Müharibəsi əlilidir, himayəsində yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il tarixdə doğulmuş X4 və xx.xx.2012-ci il tarixdə doğulmuş X3 var. İşdə olan Gədəbəy RİHB-nın Göyəlli Kənd İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. İşdə olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs “”Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sazlamlızın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sazlamlıza yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlızın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2. və 128-ci maddələrindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Məcəllənin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “”Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci hissəsinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. Bеləliklə, məhkəmə prоsеsində təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, məhkəmə-tibb еkspеrtinin rəyi və işin digər halları ilə tam sübut edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətmişdir. O, təqsirini еtiraf еtmiş və “”Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci hissəsinə əsasən cinayət işi üzrə cinayət təqibinə хitam vеrilməsini xahiş etmişdir. Ona görə də onun barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməldir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsini əsaslı hesab edir. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yохdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Rеspublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “”Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci hissəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv еdilsin. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və prоtеsti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar