Məhkəmə qərarları › İş №1(042)-73/2025

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-73/2025

12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-73/2025 12.03.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.2004-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Kələman kəndində pasport qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həmkəndlisi, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan, aralarındakı yaş fərqi iki ildən çox olan, xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə tanış olduqdan sonra aralarında yaranmış sevgi münasibətləri səbəbindən 2025-ci ilin iyun ayının ortalarında, istintaqla müəyyən olunmayan müxtəlif tarixlərdə Zərərçəkmiş şəxs yaşadığı Gədəbəy rayonu, Kəlaman kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında bir neçə dəfə öz gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs razılığı əsasında onun arxa keçəcək dəlyinə daxil etməklə aralarındakı yaş fərqi iki ildən çox olan zərərçəkmiş Zərərçəkmiş şəxs arxa keçəcək dəliyini büzən əzələlərdə-sfinktorlarda boşalma ilə nəticələnən arxa keçəcək dəliyi vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edən əlamətlərin əmələ gəlməsi ilə nəticələnən onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaqla on altı yaşına çatmayan şəxslə seksual xarakterli digər hərəkətlər etdiyinə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Gədəbəy rayonu, Kəlaman kəndində yaşayır. Gədəbəy rayonu, Kəlaman kəndində yaşayan Zərərçəkmiş şəxs əvvəlcədən tanımışdır. O, Zərərçəkmiş şəxs məkətbdə oxuduğunu bilmiş lakin yaşını bilməmişdir. 2025-ci ilin mart aprel aylarında Zərərçəkmiş şəxs xoşu gəldiyi üçün Günelin telefon nömrəsinə "Whatsapp" ani mesajlaşma proqramı vasitəsilə yazaraq sonuncudan xoşu gəldiyini, sevgili olmaq istədiyini bildirmişdir. Günel də ondan xoşu gəldiyini yazmışdır. Onlar həmin günü sevgili olmuşlar. Təxminən 2 gün sonra o, Günelə "Whatsapp" ani mesajlaşma proqramından qonşu kənddə "Dodu" adı ilə tanınan Elçingilin evlərinin yaxınlığında görüşməyi təklif etmişdir. Günel isə ora gələ bilməyəcəyini, evlərinin həyətində görüşə biləcəyini yazmışdır. O, Günelə sonuncunun qardaşının evdə olduğunu demiş və evlərinin həyətindəki tövlədə görüşməyi təklif etmişdir. Günel isə ona qardaşının evdə olmağı ilə bağlı problem olmadığını, evin həyətində görüşə biləcəklərini demişdir. Günel və o, qərarlaşıb günorta radələrində Gədəbəy rayonu, Kəlaman kəndində yerləşən Günelin anası Səbahətə məxsus fərdi yaşayış evinin həyətində görüşmüşlər. Onlar bir müddət söhbət etmiş, sonra o, evinə getmişdir. Həmin gün axşam radələrində Günel ona "Whatsapp" proqramından yazaraq evdə tək olduğunu, anası Səbahətin işdə olduğunu bildirib evə gəlməsini istəmişdir. O, Günellə razılaşıb sonuncunun evinə doğru getmiş, Günelin evinin həyətinə çatdıqda "Whatsapp" proqramında yazaraq evlərinin qabağına çatdığını bildirmişdir. Bundan sonra, Günel evlərinin həyətinə çıxıb onu qarşılayaraq qucaqlamış, evə gəlməyi təklif etmiş, o da razılaşıb Günelgilin evinə daxil olmuşdur. Günel və o, evin yataq otağına keçib biraz söhbət etmişlər. Bir müddət söhbət etdikdən sonra yorğun olduğunu və evə getmək istədiyini demiş, bu zaman Günel onu qucaqlayaraq evə getməməsini xahiş etmişdir. O da yorğun olduğu üçün pəncərənin qarşısında yerləşən yataqda uzanmışdır. Həmin anda Güneldə onun yanına uzanmış və ondan gecə orada qalmasını istəmişdir. O isə biraz qalıb gedəcəyini demişdir. Bir müddət sonra Günel onun boyun nahiyyəsindən öpməyə başlamış və şalvarının kəmərini açmışdır. Bundan sonra, Günel soyunmağa başlamış və soyunduqdan sonra arxasını ona tərəf çevirmişdir. Bundan sonra Günel ilə qeyri-təbii yolla cinsi əlabepe olmuşdur. Günel və o, cinsi əlaqədə olub qurtardıqdan sonra o, evlərinə getmişdir. O, Günel ilə təxminən 1 ay sevgili olmuşlar. Həmin müddət ərzində təxminən 2 dəfə ayrı-ayrı vaxtlarda Günelgilin evində sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Bir müddət sonra Günelin adını dəqiq bilmədiyi xalasının "Whatsapp" proqramından ona "gözümə görünmə" mesajını yazdığını görmüşdür. O, isə Günelin xalasından elə mesaj yazmasının səbəbini soruşduqda sonuncu "səbəbini atana deyəcəm" deyə bildirmişdir. Bundan sonra, atası Zahir ona zəng edərək Səbahətin qızı Günellə danışdığı üçün Səbahətin onu polisə şikayət edəcəyini deyərək aralarında nəsə olub-olmadığını soruşmuşdur. O, atasi Zahirə Günellə sadəcə sevgili kimi danışdıqlarını, aralarında heç bir şey olmadığını demişdir. Bundan bir müddət sonra, Çeçenistana işləmək üçün gedərkən Heydər Əliyev adına X1 barəsində şikayət olduğunu bildirmişlər. Bu zaman Səbahətin onun barəsində polisə şikayət etdiyini öyrənmişdir. O, Zərərçəkmiş şəxs şəkillərini çəkməmişdir. Hazırda onunla barışmışdır və bunun nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Kəlaman kəndində yaşayır. Təxminən 2025-ci ilin iyun ayının ortalarında günorta saatlarında X10 Orta Məktəbindən çıxıb evə gedərkən yolda həmkəndlisi Təqsirləndirilən şəxs ona yaxınlaşıb telefonunun özündə olub-olmadığını soruşmuş, o, "hə özümdə olur" deyərək telefonunun onun nəyinə lazım olmasıni soruşmuşdur. Elgün heç bir şey demədən həmin yerdən çıxıb getmişdir. O, evə çatıb telefonuna baxdıqda tanımadığı nömrədən ona "Whatsapp" proqramında "Salam" yazıldığını görmüşdür. O, həmin müsaja cavab olaraq " salam kim idi yazan" yazmışdır. Bundan sonra, yazanın Elgün olduğunu və sonuncunun ondan xoşu gəlməsini öyrənmişdir. Elgün ona zəng etmək istədiyini və telefonunu açmasını xahiş etmişdir. Bundan sonra Elgün ona zəng etmiş, o, zəngi açaraq nə demək istədiyini soruşmuşdur. Elgün ondan xoşu gəldiyini dedikdə, o, Elgünə evli olduğunu, münasibətlərinin alınmayacağını bildirmişdir. Həmin vaxt Elgün ona arvadından boşandığını, onun 18 yaşı tamam olduqda onunla evlənəcəyini demişdir. Bundan sonra, onlar bir müddət yazışmışlar. Elgün ondan qonşuları Elçin Səfərovdan ayrılmağı barədə soruşduqda, o, Elçindən ayrıldığını demişdir. Bundan sonra, Elgün ona bir neçə dəfə görüşmələrini təklif etmiş, o, əvvəlcə razı olmasa da, sonradan Elgünlə görüşməyə razı olmuşdur. Təxminən yazışmağa başladıqları vaxtdan 2 gün sonra o, Elgünlə Gədəbəy rayonu Kəlaman kəndində yaşadıqları evin həyətində görüşmüşlər. Həmin gün onlar təxminən bir saat söhbət etmiş, söhbət əsnasında Elgün ona sevgili olmalarını təklif etmişdir. O, Elgünə sevgi münasibətinin alınmayacağını demişdir. Elgün də ondan bir cavab almamış heç bir yerə getməyəcəyini dedikdə, o, anasıgilin gəlib onları görəcəklərini və problem yaranacağını fikirləşib biraz düşündükdən sonra Elgünə sevgili olacağını bildirmişdir. Həmin günü axşam təxminən saat 22 radələrində Elgün ona "Whatsapp" proqramında mesaj yazaraq onların evinin həyətində olduğunų bildirərək həyətə çıxmasını istəmişdir. O, həyətə çıxıb Elgünü qarşılamışdır. Anası Qanuni nümayəndə işlədiyi çörək sexinə getdiyi üçün evdə olmamışdır. Buna görə də, Elgün ona evə girmək istədiyini dedikdə o, Elgünü evə dəvət etmişdir. Onlar bir müddət oturub söhbət etmişlər. Bundan sonra, Elgün ona artıq sevgili olduqlarını, xatirə qalması üçün şəkil çəkdirmələrini xahiş etmişdir. O, Elgünlə razılaşmış və qucaqlaşaraq şəkil çəkdirmişlər. Bundan sonra Elgünlə bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra Elgün çıxıb getmişdir. Bir neçə gündən sonra Elgün yenidən evdə heç kim olmadığı vaxtda onun yaşadığı ünvana gəlmiş, onlar 3-4 dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. O, xalası Elmizaya bu barədə məlumat vermiş, Elmiza onun anası ilə danışmışdır. Əvvəlcə anası şikayət etmək istəmiş, lakin Elmiza imkan verməyərək həmkəndli olduqlarını, qızının adına söz çıxacağını bildirərək onun anasını şikayət etmək fikrindən daşındırmışdır. Bundan bir neçə gün sonra Elgünün anası Esmira onların yaşadıqları ünvana gəlmiş və onun anası ilə söhbət edib getmişdir. Aradan bir neçə gün keçdikdən sonra tiktok sosial şəbəkəsində ona məxsus, üzü görünməyən şəkilinin kiminsə tərəfindən paylaşıldığıni görmüşdür. O, şəklinin paylaşıldığı tiktok səhifəsinə baxanda tiktok səhifəsinin xalası Elmiza tərəfindən işlənildiyi və onun şəklinin xalası Elmiza tərəfindən paylaşıldığını bilmişlər. Buna görə də, anası Səbahət Elmizaya zəng vuraraq nəyə görə belə etdiyini soruşanda, Elmiza Səbahətə "hələ sənin qızının şəxsi şəkillərini də paylaşacam" demişdir. Ona görə də anası ilə birlikdə Elgünün barəsində şikayət etmək qərarına gəlmişlər. Təqsirləndirilən şəxs ona hədə-qorxu gəlməmiş, eləcə də ona qarşı heç bir zorakı hərəkətlər etməmişdir. O, Təqsirləndirilən şəxsla könüllü olaraq öz razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Hazırda onunla barışmışdır. Ona görə də nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Heriknaz kəndində yaşayır. 2025-ci ilin iyun ayının əvvəllərində bacısı Qanuni nümayəndə övladı Zərərçəkmiş şəxs ona zəng etmiş, Təqsirləndirilən şəxsla yaşadıqları evdə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, bu məsələni anasına bildirməkdən qorxduğunu demişdir. Bu zaman o, Günelə qorxmamasını, gəlib öz evlərinə aparacğını bildirmişdir. Bundan sonra Günel Heriknaz kəndinə getmiş, o da Güneli qarşılayaraq birlikdə onun yaşadığı evə getmişlər. Daha sonra bacısı Səbahətə zəng edərək onun evə gəlməsini istəmişdir. Həmin gün saat 16 radələrində Səbahət onun yaşadığı evə gəlmişdir. Bu zaman o, Günelə qorxmamasını və olanları anası Səbahətə danışmasını bildirmişdir. X7 sevgili olduqlarını və sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqdə olmasını demişdir. Bu zaman Səbahət əsəbləşmiş və Elgünün atası Şahid3 zəng edib Günellə Elgün arasında olanlar barəsində danışmışdır. Daha sonra Səbahət Günellə birlikdə öz evlərinə getmişlər. Bir gün sonra digər bacısı Gülüzər Güneli yaşadıqları evə gətirmişdir. Səbahət ona zəng edərək Güneli tibbi ekspertizadan keçirmək istədiyini demiş, lakin o və Günel razı olmamışlar. Həmin vaxtda təxminən 2 ay müddətində Günel onunla birlikdə qalmışdır. Daha sonra isə Günel öz yaşadığı evinə qayıtmışdır. Bir müddət sonra Səbahətin Elgün barəsində polisə şikayət etməsini eşitmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 ifadə verərək, bilbirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Kəlaman kəndində yaşayır. Fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə həmkəndlisdir. Təxminən 2025-ci ilin iyul ayında o, Bakı şəhərində olan zaman arvadı Esmira Cəfərova ona zəng edərək X3 yazışmasını və cinsi əlaqədə olmasını bildirmişdir. O, Esmira ilə danışıb qurtardıqdan sonra Səbahətə zəng edərək Elgün ilə Günelin məsələsinin nə olduğunu soruşmuşdur. Səbahət də ona Elgünlə Günelin sevgi münasibətlərində olduğuun və "Whatsapp" proqramı vasitəsilə yazışdıqlarını demişdir. O, kəndə gələndə həmin məsələni araşdıracağını demişdir. Bir gün sonra yaşadığı Kəlaman kəndində yerləşən evlərinə gəldikdən sonra arvadı Esmira Səbahətə zəng edib onun kəndə gəldiyini və Güneli həkimə aparmaq istədiklərini dedikdə, Səbahət qızı Günelin həkimə getməyə razı olmdığını demişdir. Bundan sonra, o, Səbahətə zəng edib üzbə-üz danışmaq istədiyini bildirərək Poladlı kəndinin İcra nümayəndəliyinin yanına gələcəyini demişdir. Həmin gün günorta saatlarında nümayəndəliyin qarşısında Səbahətlə görüşüb nə baş verməsi barədə soruşmuşdur. Səbahət də ona Elgünün Günellə yazışdığını və cinsi əlaqədə olduğunu dedikdə o, Səbahətə qızı Güneli həkimə aparmasını, əgər cinsi əlaqə olubsa Elgünü polisə şikayət etməsini bildirmişdir. Bu zaman yanlarında olan icra nümayəndəsi Şahid4 və onun müavini Şahid5 onun dediklərini təsdiq etmişlər. Həmin anda Səbahət Günelin həkim müayinəsindən keçməsinə razı olmadığını bildirdikdə, o, Səbahətin bacısı Elmizaya zəng edib Güneli həkim müayinəsinə aparmaq istədiyini, lakin Səbahətin razı olmadığını demişdir. Bundan bir müddət sonra ona məlum olmuşdur ki, Səbahət onun oğlu Elgün barəsində polisə şikayət etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X5 eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid4 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Kəlaman kəndində yaşayır. Gədəbəy RİHB-nın Poladlı Kənd İƏD üzrə nümayəndə vəzifəsində işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Təxminən 2025-ci ilin iyul ayında əvəllərində Qanuni nümayəndə ona zəng edərək bacılarının qızı Güneli şantaj etməsini bildirmiş, o da Qanuni nümayəndə nümayəndəliyə dəvət etmişdir. Həmin günü Qanuni nümayəndə nümayəndəliyə gələrək bacıları Elmiza və Gülüzərin qızı Güneli Heriknaz kəndinə apardıqlarını bildirmişdir. Qanuni nümayəndə qızı Günelin Təqsirləndirilən şəxsla cinsi əlaqədə olduğunu bacısı Elmizanın dediyini bildirmişdir. O, müavini Şahid5lə birlikdə Təqsirləndirilən şəxs atası Şahid3 nümayəndəliyə dəvət etmiş, Qanuni nümayəndə dediklərini sonuncunun iştirakı ilə Şahid3 bildirmişlər. Şahid3 da Güneli ekspertizaya aparmalarını, Günellə Elgün arasında cinsi əlaqə olduğu halda, Elgünün cəzalanmasına razı olduğunu bildirmişdir. Bundan sonra, Günelin xalası Elmizaya zəng edərək Güneli ekspertə aparmaq üçün anasına təhvil verməsini bildirmiş, Elmiza da Günelin Elgünlə cinsi əlaqədə olmadığını bildirərək Günelin ekspertizaya getmək istəmədiyini bildirmişdir. Bundan sonra, Qanuni nümayəndə şikayətinin olmadığını bildirərək evinə getmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid5 olu eyniməzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan qərardan görünür ki, 20 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli 4(042)- 20/2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, yəni, 18 dekabr 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan məhkəmə tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 401 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində aşkar olunmuş arxa keçəcək dəliyini büzən əzələlərdesfinktorlarda boşalma onunla arxa keçəcək dəliyi vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edir. İşdə olan məhkəmə tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 423 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməmiş, sonuncunun xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. İşdə olan məhkəmə kompleks psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 738 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərin xarakterini dərk etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs psixi xəstəlik əlamətləri müəyyən edilmir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində ünsiyyətçilik, aktivlik, emosionallıq aşkar edilir. Qərarın təsviri hissəsində göstərilən hadisə zamanı onun emosional vəziyyətdə qorxu narahatlıq kimi hallar yarana bilərdi. Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərin mahiyyətini yaş xüsusiyyətləri çərçivəsində dərk etmək iqtidarındadır. Zərərçəkmiş şəxs Öz maraqlarına uyğun olaraq situasiyanı fərqli şəkildə təsvir edərək yalan danışa bilər. İşdə olan məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 714 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs hal hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinden daxil olan Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan zərərçəkmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.2025-ci il tarixli ərizəsindn görünür ki, zərərçəkmiş təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə-üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirlən şəxsin, zərəçəkmişin və şahidlərin ifadələri, təhqiq edilmiş digər sübutlarala müəyyən edilmişdir ki, xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həmkəndlisi, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan, aralarındakı yaş fərqi iki ildən çox olan, xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə tanış olduqdan sonra aralarında yaranmış sevgi münasibətləri səbəbindən 2025-ci ilin iyun ayının ortalarında, istintaqla müəyyən olunmayan müxtəlif tarixlərdə Zərərçəkmiş şəxs yaşadığı Gədəbəy rayonu, Kəlaman kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında bir neçə dəfə öz gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs razılığı əsasında onun arxa keçəcək dəlyinə daxil etməklə aralarındakı yaş fərqi iki ildən çox olan zərərçəkmiş Zərərçəkmiş şəxs arxa keçəcək dəliyini büzən əzələlərdə-sfinktorlarda boşalma ilə nəticələnən arxa keçəcək dəliyi vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edən əlamətlərin əmələ gəlməsi ilə nəticələnən onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaqla on altı yaşına çatmayan şəxslə seksual xarakterli digər hərəkətlər etmişdir. Yəni, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12. və 59.2-ci maddələrinə əsasən təqsirləndirlən şəxsin zərərçəkmişlə barışıq əldə etməsini, təqsirini etiraf etməsini və törətdiyi əməldən peşman olmasını ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs münasibətdə cəzanı yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən şəxsiyyətini səciyyələndirən halları, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsirini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirlən şəxsin cinayət törətdikdən sonra etdiyi hərəktləri,habelə cəzanın ədalətli olması və onun islah olunmasına təsirini təmin etmək məqsədilə hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1. və 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan cəzaçəkmə müddətinin sonunadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPMnin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona bir il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 20 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə alanadək dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində, həbsdə saxlanılan şəxs hökmün surətinin ona verildiyi andan 20 gün müddətində, Gədəbəy Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Fizuli Mirzəqulyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar