Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-75/2025 12.03.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1967-ci ildə Gədəbəy rayonu Miskinli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu Miskinli kəndində pasport qeydiyyatında olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 sentyabr 2025-ci il tarixdə saat 19 radələrində Gədəbəy rayonu Qalakənd kəndi ərazsində yerləşən Göydəyə adlanan yaylaq sahəsində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində baş vermiş mübahisə və münaqişə zamanı sonuncunun onun ünvanına söyüş söydüyünə görə əlində olan ağacla Zərərçəkmiş şəxs baş və kürək nahiyəsindən zərbə vuraraq ona başın şişkinliyi (dəri altı hemotoması), döş qəfəsinin arxa səthinin və sol böyrək nahiyəsinin geniş ölçülü qançırları qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstəri ki, Gədəbəy rayonu Miskinli kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs tanışıdır. Onun Əli ilə münasibətləri əvvəllər normal olmuş, aralarında ədavət, düşmənçilik olmamışdır. 08 sentyabr 2025-ci il tarixdə, saat 19 radələrində o, Gədəbəy rayonu Qalakənd kəndi ərazsində yerləşən Göydəyə adlanan yaylaq sahəsində yaşadığı evdə olarkən Əli və Əlinin arvadı Aysun bir-biriylə dalaşarkən Əli onları göstərib nalayiq söyüşlər söymüş, o da oğlu və qardaşı oğlnunun Əlinin söyüşlərini eşidərək onunla dalaşacağını düşünərək Əlidən söyüş söyməməsini istəmiş, Əli isə sakitləşməmiş, söyməyə davam etmiş, o da əsəbləşib əlindəki ağacla Əlini ağacla vurmuşdur. Əlini tək özü vurmuş, nə oğlu Ariz, nə də qardaşı oğlu Əlini vurmamışlar. Əməlindən peşmandır. Barəsində amntistiya aktının tətbiq edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da eyni məzmunlu ifadələr verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdirlər. İş üzrə şahid olan Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Şəmkir rayonu Kür qəsəbəsində yerləşən özünə məxsus fərdi yaşayış evində analığı Şahid5 ilə birlikdə yaşayır. Doğma ata və anası ölmüş, 2 il əvvvəl Şahid1 ilə evlənmişdir, 7 aylıq azyaşlı qız övladları var. Heyvandarlıqla məşğul olduğu üçün yay aylarında Gədəbəy rayonu Miskinli kəndinə gələrək orada analığı Şahid5 məxsus evdə qalmışdır. Şahid3, Təqsirləndirilən şəxs və Şahid2 ilə münasibəti Miskinli kəndində qonşu olduğu vaxtdan yaranmışdır. Şahid3 Rafiqin qardaşı oğludur. Onların üçü ilə də münasibəti normal olmuşdur. Hətta Təqsirləndirilən şəxs və onun oğlu Şahid2 Aysunla evlənməyində vasitəçi də olmuşlar. Belə ki, subay olduğunu öyrənəndə onlar Aysun adlı tanıdıqları bir nəfər qız olduğunu, və Aysunla evlənə biləcəyini demişlər. Bundan sonra da onlar evlənmişlər. Aysun Şəmkir rayonu Barlıbağ kəndində qeydiyyatda olmuşdur. Ariz və atası X2 rayonundan Gədəbəy rayonuna öz maşınları ilə bir neçə dəfə gətirdikləri üçün onlara arvadım gətriməmələrini, özünün öz arvadını gətirə biləcəyini demişdir. Belə dediyinə görə aralarında narazılıq yaranmış, Ariz onu yumruqla vursa da, onun barəsində şikayət etməmişdir. Bundan sonra aralarında narazılıq yaranmışdır. Sonuncu dəfə 08 sentyabr 2025-ci il tarixdə saat 19 radələrində Gədəbəy rayonu Qalakənd kəndində yerləşən Göydəyə yaylağında yaşamaq üçün tikdikləri çadırda olarkən Aysunla aralarında sözlü mübahisə yaranmışdır. Mübahisəyə səbəb Arif adlı qonşusunun həmin gün onlar üçün veş gətirməsi olmuşdur. Aysun Arifə niyə onunla dostluq etdiyini, ondan uzaq durmasını demişdir. Bundan sonra Aysunu qaldıqları çadıra aparmış və onunla mübahisə etməsi üçün qəsdən öyrətdiklərini deyərək və Aysunu öyrədənlərin ünvanına söyüşlər söyüb çölə çıxmışdır. Söyüş söydüyünü eşitdikləri üçün Ariz, Rafiq və Rafiqin qardaşı oğlu Sübhan onun arxasınca gələrək onlara niyə söyüş söydüyünü deyib onunla mübahisə etməyə başlamışlar. Onlara deyil, Aysunu ona qarşı dolduranlara, öyrədənlərə söydüyünü demişdir. Bu vaxt Rafiq əlində olan ağacla başının arxasına və kürək nahiyəsinə. Sübhanla Ariz isə onun müqavimət göstərməməsi üçün qollarından tutaraq yumruqla baş nahiyəsinə bir neçə zərbə vurmuşlar. Anası Şahid5 onu qorumaq üçün araya girdikdə Rafiq ağacla onu da əlindən vurmuşdur. Daha sonra aralaşmışlar. Yuxarı öz çadırına tərəf qalxdıqda Ariz öz qırmızı nivasını arxasınca üzərinə sürmüşdür. Amma yana qaçdığı üçün onu vura bilməmişdir. Daha sonra maşından düşərək bıçaq çıxarıb bıçaqla onu hədələyərəkf’Səni bax bu bıçaqla vurub öldürərəm” – demiş və sonra oradan getmişdir. İş üzrə şahid olan Şahid5 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs tanıyır, ögey oğludur. Təqsirləndirilən şəxs tanıyır, Gədəbəy rayonunda qonşu olmuşlar. Əlinin atası Əmir Gülməmmədovla 1995-ci ildə ailə həyati qurmuşlar. Həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs tanımışdır. Münasibətləri normal olmuşdur. Heyvandarlıqla məşğul olduqları üçün yayda Gədəbəy rayonu Qalakənd kəndi ərazsində yerləşən Göydəyə yaylağına gedir, orada yaşamaq üçün qurduqları çadırda qalmışlar. Rafiqin də yaylaqda, onların çadırının yanında evi var. Rafiqin vasitəsilə Əli Şəmkir rayonundan olan Aysun adlı bir qızla evlənmişdir. Əli və Aysunun bir övladı var. 08 sentyabr 2025-ci il tarixdə axşam saat 19 radələrində yaylaqdakı çadırda olmuşlar. Axşam saatları olduğuna görə növbədən gələn heyvanlarla məşğul olmuşdur. Rafiq də evində öz heyvanlarının yanında olmuşdur. Heyvanların yanında olanda Rafiqlə Əlinin mübahisə etdiklərini görmüşdür. Rafiq Əlinin ona nə səbəbə söyüş söydüyünü deyərək əlində olan ağacla Əlini vurmuşdur. Onları aralamaq üçün yanlarına getmişdir. Onları aralamaq, Əlini müdafiə etmək üçün Əlinin qabağına keçəndə Rafiqin ağac zərbəsi onun sağ əlinə dəymişdir. Dalaşdıqdan sonra Rafiq öz evlərinə getmişdir. Hadisə zamanı Rafiqin oğlu Ariz və qardaşı oğlu Sübhan da orada olmuşlar. Lakin dava Əli ilə Rafiq arasında olmuş, Əlini Rafiq ağacla kürək nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Həmçinin dava-dalaşın Rafiqlə Əli arasında olduğunu, Ariz və Sübhanın Əlini vurmadıqlarını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarxli 395 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - başın şişkinliyi (dəri altı hemotoması), döş qəfəsinin arxa səthinin və sol böyrək nahiyəsinin geniş ölçülü qançırları küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 08 sentyabr 2025-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, xarakterinə, yerləşmə nahiyyəsinə, əl yetər yerdə yerləşməsinə əsasən demək olar ki, qeyd olununan xəsarətləri onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun öz boyu səviyyəsindən yıxılmaya xarakterik xəsarət aşkar edilməmişdir. - DİN BƏSİİ-dən alınmış tələbanmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışlar. - Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, amnistiya aktının tətbiq olunmaqla barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli ibtidadi istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir 5.1-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər onun əməlinə şamil olunmur. Beləliklə, məhkəmə hesab edir ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv еdilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiysa elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndlərinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv еdilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(042)-75/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-75/2025
12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver