Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-8/2022 31.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1ində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 25 iyul 2021-ci il tarixdə gecə Gədəbəy rayonu Poladlı kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin zirzəmisinə pəncərəni açma yolu ilə qanunsuz daxıl olub saxlanc yeri hesab olunan zirzəmidən Zərərçəkmiş şəxs mülkiyyətində olan 200 manat dəyərində bir ədəd 5,040 kq çəkidə 22 litrlik mis səhəngi və 200 manat dəyərində bir ədəd 6,140 kq çəkidə 30 litrlik mis qazanı, ümumilikdə 400 manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Poladlı kənd sakini Zərərçəkmiş şəxs tanıyır. Onunla arasında ədavət və ya düşmənçiliyi olmamışdır. 24 iyul 2021-ci il tarixdə Zərərçəkmiş şəxs biçənək sahəsində həmkəndliləri Asim və Rəsul adlı şəxslər birlikdə ot biçən zaman yağış yağdığı üçün onun evinin zirzəmisinə daxil olmuşlar. Zirzəmidə bir ədəd mis qazan və bir ədəd mis səhəngin olduğunu görmüşdür. Yağış kəsdikdən sonra onlar zirzəmidən çıxıb yaşadıqları evə getmişlər. Həmin günü gecə sərxoş olduğu üçün Zərərçəkmiş şəxs yaşadığı evə geri qayıdıb zirzəmidə gördüyü mis əşyaları oğurlamaq qərarına gəlmişdir. Zirzəminin pəncərəsindən içəri daxil olmuş, orada olan mis qazanı və səhəngi götürüb yaşadığı evə aparmışdır. 25 iyul 2021-ci il tarixdə həmin əşyaları Gəncə şəhərinə aparıb satmaq qərarına gəlmiş, qonşuluqda yaşayan Ceyhun adlı şəxsdən onu Gədəbəy rayonuna aparmasını istəmişdir. Ceyhun “VAZ-2106” markalı avtomobili ilə onu Gədəbəy şəhərinin mərkəzinə Gəncə şəhərinə gedən taksilər dayanan yerə gətirmişdir. Tanımadığı taksi sürücüsündən Gəncə şəhərinə gedib-getmədiyini soruşmuşdur. Həmin şəxs ona Gəncə şəhərinə getdiyini bildirdikdə qazanı və səhəngi onun ağ rəngli “VAZ-2107” markalı avtomobilinin yük yerinə qoymuşdur. Taksidə olan zaman Zərərçəkmiş şəxs onun istifadəsində olan mobil telefona zəng vurmuş, onu yaşadığı evə çağırmışdır. Həmin taksidə olan Nizami adlı həmkəndlisinə avtomobilin yük yerində əşyalarının olduğunu həmin əşyaları Gəncə şəhərinə aparmasını, orada götürüb özündə saxlamasını, Gəncə şəhərinə gələn zaman ondan götürəcəyini bildirmiş, üzü isə geri qayıtmışdır. Yaşadığı evə gedən zaman artıq polis əməkdaşlarının orada olduğunu görmüşdür. O, həmçinin bildirdi ki, oğurlanmış əşyalar Zərərçəkmiş şəxs qaytarılmışdır . Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərdi ki, heç bir yerdə işləmir, təqaüdçüdür. ünvan 1ində yaşadığı evin zirzəmisində ata-babasından yadigar qalmış mis qazan və mis səhəngi olmuşdur. 25 iyul 2021-ci il tarixdə saat 01-02 radələrində yaşadığı evdə olan zaman evin həyətində səs-küy gəldiyini eşitmiş, nə baş verdiyini öyrənmək üçün həyətə çıxmışdır. Evin ətrafına fırlanarkən zirzəminin pəncərəsinin açıq olduğunu görüb zirzəmiyə daxil olmuş, ətrafa baxarkən buğda məhsulu yığdığı 30 litirlik mis materialından olan qazanın və onun yanında olan 20 litirlik mis materialından olan səhəngin yerində olmadığını görmüşdür. Bu barədə Gədəbəy rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. O, bildirdi ki, ona vurulmuş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Həmkəndlisidir. Zərərçəkmiş şəxs isə tanımır. 25 iyul 2021-ci il tarixdə saat 16 radələrində Gədəbəy rayonu, Poladlı kəndində ev təmiri ilə məşğul olan zaman Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəyə zəng vuraraq Gəncə şəhərinə gedib-getməməsini soruşmuşdur. Ona Gəncə şəhərinə gedəcəyini bildirmişdir. Təxminən 1 saat sonra Devran Gədəbəy şəhərinin mərkəzində gözlədiyini bildirmişdir. Gədəbəy şəhərinin mərkəzində ağ rəngli “VAZ-2107” markalı tanımadığı taksi sürücüsünün avtomobilinə əyləşib Gəncə şəhərinə getmək istəmişdir. Taksidə olan zaman Devranın istifadəsində olan mobil telefona zəng gəlmişdir. Devran avtomobildən düşüb getmişdir. Taksi sürücüsü Devranın gəlmədiyini görüb ondan başqa iki nəfər müştəri götürüb Gəncə şəhərinə yola düşmüşdür. Yolda olan zaman Devran zəng vuraraq “gələ bilməyəcəm avtomobilin yük yerində əşyalarım var, onların götürərsən, gəlib səndən götürəcəm” demişdir. Gəncə şəhərinə çatdıqda Devran dediyi əşyaları götürüb evinə aparmışdır. Bir müddət sonra Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları zəng vuraraq Devranın verdiyi əşyaları geri qaytarmağını bildirmişlər. Devranın ondan götürməyini istədiyi üzəri güllü olan parçanın içərisində olan əşyaların nə olduğuna baxan zaman orada bir ədəd mis qazan və mis səhəng olduğunu görmüşdür. Həmin əşyaları da götürüb Gədəbəy rayon Polis şöbəsinə gəlmiş və həmin əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hadisə yerinə baxış istintaq hərəkəti protokolundan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Gərgər-Novosaratovka kənd yolunun Poladlı kəndindən keçən hissəsində yolun sol kənarında Zərərçəkmiş şəxs yaşadığı iki mərtəbəli fərdi yaşayış evinin zirzəmisidir. Evin zirzəmisinin giriş qapısı ağ rəngli taxta qapıdır. Qapıdan girişdən sonra mis qazan və mis səhəngin saxlandığı zirzəmi yerləşir. Zirzəminin girişi yaşıl rəngli taxta qapıdır. Zirzəminin evin həyətinə açılan iki taxta pəncərəsi vardır. Zirzəmidə məişət və təsərrüfat təyinatlı əşyalar vardır. Hadisə yerinin foto şəkilləri çəkilərək protokola əlavə edilmişdir. - Əşyaya baxış keçirilməsi və götürülməsi haqqında 25 iyul 2021-ci il tarixli istintaq hərəkəti protokoldan görünür ki, Şahid 25 iyul 2021-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs ondan Gəncə şəhərində götürməsini xahiş etdiyi əşyalar mis materialından olmaqla bir ədəd qazan və bir ədəd səhəngdir. Hər iki əşya üzəri güllü parçaya bükülmüşdür. Qazan 30 litrlikdir, üzərində göy rəngli ləkələr vardır. Qazanın üzərində heç bir yazı və əlamət yoxdur. Səhəng qazanın içərinə qoyulmuş haldadır. Səhəng 22 litrlikdir. Səhəngin oval vari tutacağı vardır. Üzərində göy rəngli ləkələr vardır. Səhəngin üzərində heç bir yazı və xüsusi qeyd yoxdur. Mis qazanın və mis səhəngin foto şəkilləri çəkilərə protokola əlavə edilmişdir. - məhkəmə- əmtəəşünaslıq ekspertizasının 24 avqust 2021-ci il tarixli, 9/5432 saylı rəyindən görünür ki, ekspertiza mallarının istifadə edilməsi nəzərə alınmaqla 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti 30 litrlik 6,140 kiloqram çəkiyə malik mis qazan 200 manat, 22 litrlik 5,040 çəkiyə malik mis səhəng 200 manat ümumi dəyərləri isə təxminən 400 manat müəyyən edilir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -Gədəbəy rayon İHB-nın Böyük Qaramurad kənd İƏD üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. -AO1056686 nömrəli Hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsində Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. -Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən yazılıb təqdim edilmiş ərizədən görünür ki, onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, ona vurulmuş ziyan ödənilmişdir. Məhkəmə məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş sübutlara ayrı ayrılıqda və bir- biri ilə müqayisəli təhlil edərək qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Həmin maddəyə görə, oğurluq cinayəti yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində oğurluq cinayətinin anlayışı qeyd edilmişdir. Belə ki, oğurluq özgənin əmlakını gizli olaraq talamadır. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı etiraf etdi və özgəyə məxsus 200 manat dəyərində bir ədəd 5,040 kq çəkidə 22 litrlik mis səhəngi və 200 manat dəyərində bir ədəd 6,140 kq çəkidə 30 litrlik mis qazanı yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurladığını bildirdi. Onun bu etirafı məhkəmə iclasında iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş Şahid ifadələri, eləcə də məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla tam təsdiq olundu. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə əvəzsiz olaraq özgənin əmlakını gizli talama niyyəti ilə Gədəbəy rayonu, Poladlı kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus evə qanunsuz olaraq daxil olub məxsus 200 manat dəyərində bir ədəd 5,040 kq çəkidə 22 litrlik mis səhəngdən və 200 manat dəyərində bir ədəd 6,140 kq çəkidə 30 litrlik mis qazandan ibarət özgə əmlakını gizli talayıb oğurluq etmişdir. Odur ki, onun əməli CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilməli, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmə məsələsini həll edərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs şikayət və tələbinin olmaması, maddi ziyanı ödəməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən, cəza təyin edərkən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məsələsini müzakirə edərək qeyd edir ki, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğvi üçün əsaslar olmadığından hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Gədəbəy rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dən səhər saat 07:00-dək ünvan 1i ünvanında olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-8/2022
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-8/2022
31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver