Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-8/2025 22.12.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X29 qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzər şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, təqsirləndirilən şəxslər X4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, müdafiəçilər X8, X1, X2 və Müdafiəçi2 iştirakları ilə xx xxxx 1985-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Səbətkeçməz kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2 və 179.2.4-cü maddələri ilə, xx xxxxxx 1985-ci ildə Şəmkir rayonu, Qaracəmirli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 179.2.1 və 179.2.4 -cü maddələri ilə, xx xxxxxxx 1980-ci ildə Şəmkir rayonu, Qaracəmirli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX-nin 2 saylıİstintaq təcruidxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.2.1 və 179.2.2-ci maddələri ilə və 20 avqust 1995-ci ildə Gədəbəy rayonu, Daşbulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Daşbulaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 32.5, 179.2.4. və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 fərdi qaydada fermer təsərrüfatı ilə məşğul olan Gədəbəy rayonu, Arıqdam kənd sakini Zərərçəkmiş şəxs məxsus Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində yerləşən fermada 2023-cü ilin aprel ayından etibarən baş çoban işləmək, yəni xırdabuynuzlu heyvanlara qulluq etmək üçün aylıq əməkhaqqı müqabilində sonuncu ilə şifahi razılığa gəldikdən sonra, 2023-cü ilin may ayında istintaqa məlum olmayan tarixdə və vaxtda həmin fermada çoban işləyən Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Zərərçəkmiş şəxs tərəfindən onlara inanılıb etibar edilmiş xırdabuynuzlu heyvanların ələ keçirilməklə əldə olunacaq gəlirin müştərək qaydada aralarında bölünməsi barədə razılığa gəlib Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində yerləşən fermadan ona inanılıb etibar olunmuş sürüdən 2-3 yaşlarında 1 dəfə doğuş etmiş diri çəkiləri təxminən 30-35 kiloqram olan hər birinin bazar qiyməti orta hesabla 280 manat, ümumi dəyəri 1120 manat olan 4 baş qoyun, 2-3 aylıq hər birinin bazar qiyməti orta hesabla 120 manat, ümumi dəyəri 480 manat olan 4 baş körpə quzu və 2 yaşında diri çəkisi təxminən 30-35 kiloqram olan 280 manat dəyərində 1 baş boğaz qoyunu, yəni ümumilikdə 1880 manat dəyərində 9 baş özgə əmlakı olan xırdabuynuzlu heyvanları mənimsəyib talamışdır. Bundan başqa o, təkrarən Gədəbəy rayonu, Arıqdam kənd sakini Zərərçəkmiş şəxs məxsus fermada çoban işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Zərərçəkmiş şəxs məxsus olmaqla inanılıb onlara etibar edilmiş xırdabuynuzlu heyvanların “Kamaz” markalı, **-OU-*** dövlət nömrə nişanlı yük avtomobili ilə 2023-cü ilin may ayı ərzində istintaqa məlum olmayan tarixdə və vaxtda Tovuz rayonunun Ceyrançöl adlanan ərazisindəki qışlaqdan Gədəbəy rayonunun Arıqdam kəndi ərazisində yerləşən “Böyük Boyun” adlanan yaylaq sahəsinə daşınması zamanı Şəmkir rayonunun Çənlibel kəndi ərazisində ortalama 6-7-8 aylıq, təmiz ət çıxarı 18 kiloqram, hər birinin bazar qiyməti orta hesabla 270 manat, ümumi dəyəri 1080 manat olan 4 baş quzunu, yəni özgə əmlakını Şahid3 sahibinin icazəsi və göstərişi olmadan tamah niyyəti ilə sataraq, vahid niyyətlə mənimsəyib talamışdır. Bundan başqa o, təkrarən fərdi qaydada fermer təsərrüfatı ilə məşğul olan Gədəbəy rayonu, Arıqdam kənd sakini Zərərçəkmiş şəxs məxsus fermada 2023-cü ilin iyul ayında istintaqa məlum olmayan tarixdən baş çoban işləmək, yəni xırdabuynuzlu heyvanlara qulluq etmək üçün aylıq əməkhaqqı müqabilində sonuncu ilə şifahi razılığa gəldikdən sonra, Zərərçəkmiş şəxs fermaya nəzarət edə bilməməsindən istifadə edərək 2023-cü ilin iyul ayında, istintaqa məlum olmayan tarixdə və vaxtda, sonuncuya məxsus olmaqla ona və fermada çoban işləyən Təqsirləndirilən şəxs1 inanılıb etibar edilmiş xırdabuynuzlu heyvanların Təqsirləndirilən şəxs4 köməkliyi ilə satılması və əldə olunacaq gəlirin müştərək qaydada aralarında bölüşdürülməsi barədə Təqsirləndirilən şəxs1la ümumi razılığa gəlib sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, özgə əmlakı olan, diri çəkiləri 12-15-18 kiloqram, 6-7-8 aylıq, hər birinin bazar qiyməti orta hesabla 135 manat, ümumi dəyəri 1350 manat olan 10 baş quzu, diri çəkiləri təxminən 30-35-40 kiloqram, hər birinin bazar qiyməti orta hesabla 290 manat, ümumi dəyəri 870 manat olan 3 baş qoç, 1-2 yaşlarında, erkək cinsli, diri çəkiləri 20-25-30 kiloqram, hər birinin bazar qiyməti orta hesabla 160 manat, ümumi dəyəri 800 manat olan 5 baş keçi və 2-3 yaşlarında, 1 dəfə doğuş etmiş, diri çəkiləri təxminən 30-35 kiloqram, hər birinin bazar qiyməti orta hesabla 260 manat, ümumi dəyəri 520 manat olan olan 2 baş ana qoyunu əvvəlcədən razılığa gəldikləri Təqsirləndirilən şəxs4 sahibinin icazəsi və göstərişi olmadan verib, sonuncunun köməkliyi ilə həmin heyvanların tamah niyyəti ilə qanunsuz olaraq müxtəlif qiymətlərə satılaraq ona etibar edilmiş ümumilikdə 3540 manat dəyəri olan 20 baş özgə əmlakı olan xırda buynuzlu heyvanları mənimsəyib taladıqdan və Təqsirləndirilən şəxs1 fermanı tərk etdikdən sonra özü tək, özgə əmlakını talamaq barədə niyyətini davam etdirərək, 2023-cü ilin iyul ayı ərzində və 01 avqust 2023-cü il tarixdən 06 avqust 2023-cü il tarixədək olan müəddət ərzində istintaqa məlum olmayan ayrı-ayrı tarixlərdə və vaxtlarda Gədəbəy rayonunun Arıqdam kəndi ərazisində yerləşən “Böyük Boyun” adlanan yaylaq sahəsindən Zərərçəkmiş şəxs məxsus olmaqla inanılıb ona etibar edilmiş 13-15 kiloqram ət verən, hər birinin bazar qiyməti orta hesabla 170 manat, ümumi dəyəri 4250 manat olan 25 baş keçi, 80-90 kiloqram ət verən hər birinin bazar qiyməti orta hesabla 1300 manat, ümumi dəyəri 5200 manat olan 4 baş dana, 6-7-8 aylıq, diri çəkiləri təxminən 15 kiloqram (12-15-18 kq), hər birinin bazar qiyməti orta hesabla 135 manat, ümumi dəyəri 1620 manat olan 12 baş quzu, 2-3 yaşlarında, 1 dəfə doğuş etmiş, diri çəkiləri təxminən 32,5 (30-35) kiloqram, hər birinin bazar qiyməti orta hesabla 260 manat, ümumi dəyəri 3900 manat olan 15 baş ana qoyunları əvvəlcədən razılığa gəldikləri Təqsirləndirilən şəxs4 sahibinin icazəsi və göstərişi olmadan verib, sonuncunun köməkliyi ilə həmin heyvanların tamah niyyəti ilə qanunsuz olaraq müxtəlif qiymətlərə satılaraq ümumi dəyəri 18.510 manat olan 72 (47+25) baş xırdabuynuzlu və ümumi dəyəri 5200 manat olan 4 baş iribuynuzlu heyvanları mənimsəyib talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs3 fərdi qaydada fermer təsərrüfatı ilə məşğul olan Gədəbəy rayonu, Arıqdam kənd sakini Zərərçəkmiş şəxs məxsus Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində yerləşən fermada 04 may 2023-cü il tarixdən etibarən çoban işləmək, yəni xırdabuynuzlu heyvanlara qulluq etmək üçün aylıq əməkhaqqı müqabilində sonuncu ilə şifahi razılığa gəldikdən sonra, 2023-cü ilin may ayında istintaqa məlum olmayan tarixdə və vaxtda həmin fermada baş çoban işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Zərərçəkmiş şəxs tərəfindən onlara inanılıb etibar edilmiş xırdabuynuzlu heyvanların ələ keçirilməklə əldə olunacaq gəlirin müştərək qaydada aralarında bölünməsi barədə razılığa gəlmiş, Təqsirləndirilən şəxs2 Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində yerləşən fermadan ona inanılıb etibar olunmuş sürüdən 2-3 yaşlarında, 1 dəfə doğuş etmiş, diri çəkiləri təxminən 30-35 kiloqram, hər birinin bazar qiyməti orta hesabla 280 manat, ümumi dəyəri 1120 manat olan 4 baş qoyun, 2-3 aylıq, hər birinin bazar qiyməti orta hesabla 120 manat, ümumi dəyəri 480 manat olan 4 baş körpə quzu və 2 yaşında, diri çəkisi təxminən 30-35 kiloqram, 280 manat dəyərində 1 baş boğaz qoyunu seçərək satması üçün ona verdikdən sonra o, həmin heyvanları, habelə Zərərçəkmiş şəxs tərəfindən inanılıb ona etibar edilmiş 01 yaşında diri çəkiləri təxminən 30-35 kiloqram olan hər birinin bazar qiyməti orta hesabla 280 manat, ümumi dəyəri 4200 manat olan 15 baş boğaz qoyunu Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində otardığı sürüdən seçib öz həmkəndlisi və qohumu Şahid2 sahibinin icazəsi və göstərişi olmadan tamah niyyəti ilə qanunsuz olaraq müxtəlif qiymətlərə satıb, ümumilikdə 6080 manat dəyərində 24 baş özgə əmlakı olan xırda buynuzlu heyvanları vahid niyyətlə mənimsəyib talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Ataşov X12 rayonu, Arıqdam kənd sakini Zərərçəkmiş şəxs məxsus fermada 2023cü may ayında istintaqa məlum olmayan tarixdən çoban işləmək, yəni xırdabuynuzlu heyvanlara qulluq etmək üçün aylıq əməkhaqqı müqabilində sonuncu ilə şifahi razılığa gəldikdən sonra, həmin fermada baş çoban işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Zərərçəkmiş şəxs məxsus olmaqla inanılıb onlara etibar edilmiş xırdabuynuzlu heyvanların “Kamaz” markalı, **-OU-*** dövlət nömrə nişanlı yük avtomobili ilə 2023-cü ilin may ayı ərzində istintaqa məlum olmayan tarixdə və vaxtda Tovuz rayonunun Ceyrançöl adlanan ərazisindəki qışlaqdan Gədəbəy rayonunun Arıqdam kəndi ərazisində yerləşən “Böyük Boyun” adlanan yaylaq sahəsinə daşınması zamanı Şəmkir rayonunun Çənlibel kəndi ərazisində ortalama 6-7-8 aylıq, təmiz ət çıxarı təxminən 18 kiloqram və hər birinin bazar qiyməti orta hesabla 270 manat, ümumi dəyəri 1080 manat olan 4 baş quzunu, yəni özgə əmlakını Şahid3 sahibinin icazəsi və göstərişi olmadan tamah niyyəti ilə sataraq, mənimsəyib talamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1, təkrarən Gədəbəy rayonu, Arıqdam kənd sakini Zərərçəkmiş şəxs məxsus fermada 2023-cü ilin iyul ayında istintaqa məlum olmayan tarixdən çoban işləmək, yəni xırdabuynuzlu heyvanlara qulluq etmək üçün aylıq əməkhaqqı müqabilində sonuncu ilə şifahi razılığa gəldikdən sonra, Zərərçəkmiş şəxs fermaya nəzarət edə bilməməsindən istifadə edərək 2023-cü ilin iyul ayında, istintaqa məlum olmayan tarixdə və vaxtda, Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində yerləşən fermada Zərərçəkmiş şəxs məxsus olmaqla sonuncu tərəfindən inanılıb ona etibar edilmiş xırdabuynuzlu heyvanları qırxımdan çıxarıb piyada həmin ərəfədə Zərərçəkmiş şəxs məxsus fermada günəmuzd fəhlə işləyən Gədəbəy rayonunun Daşbulaq kənd sakini Təqsirləndirilən şəxs4 ilə birlikdə rayonun Arıqdam kəndi ərazisində yerləşən “Böyük Boyun” adlanan yaylaq sahəsinə apararkən, sonuncu ilə heyvanların satılması və əldə olunacaq gəlirin müştərək qaydada aralarında bölünməsi barədə razılığa gəlib, Gədəbəy rayonunun Daşbulaq kəndi ərazisində diri çəkiləri 12-15-18 kiloqram, 6-7-8 aylıq hər birinin bazar qiyməti orta hesabla 135 manat, ümumi dəyəri 405 manat olan 3 baş quzunu sürüdən ayırmaqla Təqsirləndirilən şəxs4 vermiş, sonuncunun köməkliyi ilə həmin 3 baş quzunu, yəni özgə əmlakını mənimsəyib talamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurduqdan sonra özgə əmlakını talamaq barədə niyyətini davam etdirərək, 2023-cü ilin iyul ayında istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs məxsus olmaqla ona və fermada baş çoban işləyən Təqsirləndirilən şəxs2 inanılıb etibar edilmiş xırdabuynuzlu heyvanların Təqsirləndirilən şəxs4 köməkliyi ilə satılaraq əldə olunacaq gəlirin müştərək qaydada aralarında bölüşdürülməsi barədə Təqsirləndirilən şəxs2lə ümumi razılığa gəlib sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, inanılıb onlara etibar edilmiş özgə əmlakı olan, diri çəkiləri 12-15-18 kiloqram, 6-7-8 aylıq hər birinin bazar qiyməti orta hesabla 135 manat ümumi dəyəri 1350 manat olan 10 baş quzu, diri çəkiləri təxminən 30-35-40 kiloqram, hər birinin bazar qiyməti orta hesabla 290 manat, ümumi dəyəri 870 manat olan 3 baş qoç, 1-2 yaşlarında, erkək cinsli, diri çəkiləri 20-25-30 kiloqram, hər birinin bazar qiyməti orta hesabla 160 manat ümumi dəyəri 800 manat olan 5 baş keçi və 2-3 yaşlarında 1 dəfə doğuş etmiş, diri çəkiləri təxminən 30-35 kiloqram, hər birinin bazar qiyməti orta hesabla 260 manat, ümumi dəyəri 520 manat olan olan 2 baş ana qoyunu əvvəlcədən razılığa gəldikləri Təqsirləndirilən şəxs4 sahibinin icazəsi və göstərişi olmadan verib, sonuncunun köməkliyi ilə həmin heyvanların tamah niyyəti ilə qanunsuz olaraq müxtəlif qiymətlərə satılaraq ona etibar edilmiş ümumilikdə 3540 manat dəyəri olan 23 (3+20) baş özgə əmlakı olan xırda buynuzlu heyvanları mənimsəyib talamışdır. Təqsirləndirilən şəxs4 2023-cü ilin iyul ayında, istintaqa məlum olmayan tarixdə günəmuzd fəhlə kimi Zərərçəkmiş şəxs məxsus rayonun Slavyanka kəndində yerləşən fermada xırdabuynuzlu heyvanların qırxımı ilə məşğul olarkən orada tanış olduğu, Zərərçəkmiş şəxs məxsus xırdabuynuzlu heyvanlara çobanlıq edən Təqsirləndirilən şəxs1 ilə sonuncuya inanılıb etibar edilmiş özgə əmlakı olan xırdabuynuzlu heyvanların talanması, əldə olunacaq gəlirin isə müştərək qaydada aralarında bölünməsi ilə bağlı razılığa gəlib, cinayət yolu ilə əldə olunacaq əmlaka sərəncam verməyi, yəni satmağı qabaqcadan vəd etdikdən sonra 2023-cü ilin iyul ayında istintaqa məlum olmayan tarixdə və vaxtda Təqsirləndirilən şəxs1 Gədəbəy rayonunun Daşbulaq kəndi ərazisində Zərərçəkmiş şəxs məxsus sürüdən seçərək ona verdiyi diri çəkiləri 12-15-18 kiloqram, 6-7- 8 aylıq hər birinin bazar qiyməti orta hesabla 135 manat, ümumi dəyəri 405 manat olan 3 baş quzunun satılmasına, bundan başqa, Zərərçəkmiş şəxs məxsus xırdabuynuzlu heyvanlara çobanlıq edən Təqsirləndirilən şəxs1 və əvvəldən tanıdığı Gədəbəy rayonu, Səbətkeçməz kənd sakini Təqsirləndirilən şəxs2 2023-cü ilin iyul ayında istintaqa məlum olmayan tarixdə və vaxtda Gədəbəy rayonunun Arıqdam kəndi ərazisində yerləşən “Böyük Boyun” adlanan yaylaq sahəsindən Zərərçəkmiş şəxs tərəfindən onlara etibar edilmiş xırdabuynuzlu heyvanlrın içərisindən seçərək ona verdikləri diri çəkiləri 12-15-18 kiloqram, 6-7-8 aylıq, hər birinin bazar qiyməti orta hesabla 135 manat, ümumi dəyəri 1350 manat olan 10 baş quzu, diri çəkiləri təxminən 30-35-40 kiloqram, hər birinin bazar qiyməti orta hesabla 290 manat, ümumi dəyəri 870 manat olan 3 baş qoç, 1-2 yaşlarında, erkək cinsli, diri çəkiləri 20-25-30 kiloqram, hər birinin bazar qiyməti orta hesabla 160 manat, ümumi dəyəri 800 manat olan 5 baş keçi və 2-3 yaşlarında, 1 dəfə doğuş etmiş, diri çəkiləri təxminən 30-35 kiloqram, hər birinin bazar qiyməti orta hesabla 260 manat, ümumi dəyəri 520 manat olan olan 2 baş ana qoyunun satılmasına, bundan başqa, Təqsirləndirilən şəxs2 Gədəbəy rayonunun Arıqdam kəndi ərazisində yerləşən “Böyük Boyun” adlanan yaylaq sahəsindən Zərərçəkmiş şəxs tərəfindən ona etibar edilmiş heyvanların içərisindən 2023-cü ilin iyul ayı ərzində və 01 avqust 2023-cü il tarixdən 06 avqust 2023-cü il tarixədək olan müəddət ərzində istintaqa məlum olmayan ayrı-ayrı tarixlərdə və vaxtlarda seçərək ona verdiyi 13-15 kiloqram ət verən, hər birinin bazar qiyməti orta hesabla 170 manat, ümumi dəyəri 4250 manat olan 25 baş keçi, 80-90 kiloqram ət verən, hər birinin bazar qiyməti orta hesabla 1300 manat, ümumi dəyəri 5200 manat olan 4 baş dana, 6-7-8 aylıq, diri çəkiləri təxminən 15 kiloqram (12-15-18 kq), hər birinin bazar qiyməti orta hesabla 135 manat, ümumi dəyəri 1620 manat olan 12 baş quzu, 2-3 yaşlarında, 1 dəfə doğuş etmiş, diri çəkiləri təxminən 32,5 (30-35) kiloqram, hər birinin bazar qiyməti orta hesabla 260 manat, ümumi dəyəri 3900 manat olan 15 baş ana qoyunların satılmasına və bununla da zərərçəkmiş şəxsə məxsus ümumi dəyəri 18.915 manat olan 75 (50+25) baş xırdabuynuzlu və ümumi dəyəri 5200 manat olan 4 baş iribuynuzlu heyvanların, yəni xeyli miqdarda özgə əmlakının vahid niyyətlə mənimsənilərək talanmasına köməklik etmişdir. Bundan başqa o, təkrarən 2023-cü ilin iyul ayında, istintaqa məlum olmayan tarixdə və vaxtda Gədəbəy rayonunun Arıqdam kəndi ərazisində yerləşən “Böyük Boyun” adlanan yaylaq sahəsindən Zərərçəkmiş şəxs məxsus 13-15 kiloqram ət verən, hər birinin bazar qiyməti orta hesabla 170 manat, ümumi dəyəri 850 manat olan 5 baş keçini, yəni özgə əmlakını gizli yolla talayaraq oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərərək, bildirmişdir ki, 2013-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs ona fermasında çoban işləməyi təklif etmiş və o bu təklifi qəbul etmişdir. Zərərçəkmiş şəxs təsərrüfatında olan heyvanları qış fəslində Tovuz rayounun Ceyrançöl ərazisində yerləşən fermalarında, yay fəslində isə Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən “Böyük Boyun” adlanan ərazidəki fermasında saxlayır. Hər il Zərərçəkmiş şəxs təsərrüfatında olan heyvanları may ayında yaylağa gətirir, oktyabr və ya noyabr aylarında isə qışlağa aparır. 2013-cü ilin sentyabr ayından 2023-cü ilin avqust ayının əvvəlinə kimi olan müddət ərzində o, davamlı olaraq Zərərçəkmiş şəxs fermasında işləməmişdir. Bəzən Zərərçəkmiş şəxs fermasından işdən çıxıb başqa işlərlə məşğul olmuşdur. 2022-ci ilin payız aylarında o, Şəmkir rayonundan olan fermer Faiq Şirinovun heyvanlarına çobanlıq etmişdir. Faiq Şirinovun yanında işlədiyi müddətdə təxminən 2022-ci ilin payız aylarında Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq heyvanlarının “Qocadağdan” Qızıl mədəninin yanına daşınması üçün kömək lazım olduğunu demişdir. Faiq Şirinovun yanında atası Yadigərlə növbəli şəkildə işlədiyi üçün o, Arzuya kömək edəcəyini demişdir. Heyvanları əvvəlcədən Arzunun da tapdığı tanışlarının köməyi ilə sonuncunun dediyi yerə gətirmişlər. Daha sonra Arzuya təsərrüfatı ilə bağlı başqa köməklik də etmişdir. Belə olduqda həm Arzunun yanında, həm də Faiqin yanında işləmək alınmadığı üçün özü və atası Faiqin yanından çıxmışlar. Bundan sonra o, Arzunun yanında tək işləməyə başlamışdır. Sonradan atası Yadigər də Zərərçəkmiş şəxs fermasına gəlmiş və sonuncu da orada çoban kimi işləməyə başlamışdır. 2022-ci ilin dekabr ayının sonlarında səhhətində problem yarandığı üçün ona pul lazım olmuşdur. O, Arzudan əmək haqqını ödəməsini xahiş etdikdə sonuncu onu yubatmışdır. Belə olduqda 06 yanvar 2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs fermasını tərk etmiş və atası ilə də əlaqə saxlayıb ona da Arzunun yanından çıxmasını demişdir. Beləliklə hər ikisi Azrunun yanından çıxmışlar. 2023-cü ilin aprel ayında Gədəbəy rayonunun Düzyurd kəndindən olan fermer Sahibin yanında çobanlıq etmişdir. Orada 1 ay 6 gün müddətində işləmişdir. Daha sonra onlar Gədəbəy rayonunun Səbətkeçməz kəndinə gəlmişlər və özlərinə məxsus torpaq sahələrində kartof əkini ilə məşğul olmuşlar. 2023-cü ilin may ayının əvvəlində, xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs ona zəng edib, heyvanlarını yaylağa gətirmək istədiyini, ona işlərində köməklik edəcək çobanı olmadığını deyib ondan kömək istəmişdir. O isə işləri olduğu üçün köməklik edə bilməyəcəyini bildirmişdir. Belə olduqda Zərərçəkmiş şəxs ondan çoban tapmasını xahiş etmişdir. O, Sahib adlı fermerin yanında işləyəndə orada çoban işləyən “Qəqiş” ləqəbi ilə tanıdığı Təqsirləndirilən şəxs3 söhbət zamanı sonuncu ona banklara 18.000 manat kredit borcu, həm də kənar şəxslərə 1000 manata qədər pul borcunun olduğunu deyib Sahibin onun dolandırmaması səbəbindən onun yanından çıxmaq istəməsini demişdir. O, təxminən Xəqaniylə 1 ay müddətində çobanlıq etdiyi üçün sonuncunun qoçaq, bacarıqlı olduğunu bilmişdir. Buna görə də Zərərçəkmiş şəxs təklif etmişdir ki, Xəqaniylə danışsınlar, əgər razı olsa, sonuncu gəlib Zərərçəkmiş şəxs fermasında işləsin. Arzu da onunla razılaşmışdır. Bundan sonra 2023-cü ilin may ayının əvvəlində, xatırlamadığı tarixdə Arzu özü onun tək yaşadığı evə gəlmişdir. Sonra o, Arzuyla birlikdə Xəqaniylə danışmış və sonuncunu olduğu yerdən götürüb onların evinə gətirərək birlikdə söhbət etmişlər. Söhbət zamanı Xəqani Arzunun fermasında çobanlıq etməyə razılaşmış və özüylə bir neçə çoban da gətirəcəyinə söz vermişdir. Arzu Xəqaniyə aylıq əmək haqqı kimi 500 manat və bundan başqa yeməyini alıb verəcəyini demiş və onlar razılaşmışlar. Xəqani Arzunun fermasına kimləri çoban gətirəcəyi barədə isə heç nə deməmişdir. O, Təqsirləndirilən şəxs1 əvəllər tanımamış və onunla heç bir əlaqə, münasibəti olmamışdır. Zərərçəkmiş şəxs Xəqaniylə danışıb razılaşdıqdan sonra heyvanlarının nəzarətsiz qaldığını deyərək onunla birlikdə getməyini xahiş etdiyi üçün o, Xəqani ilə birlikdə Zərərçəkmiş şəxs Ceyrançöl ərazisində yerləşən fermasına getmişdir. Arzunun Ceyrançöl ərazisində özünün 2 yatağı olmuşdur. Təxminən 2 il imiş ki, Arzu həmin ərazidə digər 2 yatağı da icarəyə götürmüşdür. O, fermaya çatdıqda Zərərçəkmiş şəxs yatağın birində olan yanında balası olmayan 715 baş qoyunu sayıb ona təhvil vermişdir. O, oraya gedən vaxt digər yatağın çobanı Müseyib olmuş, lakin onun yatağında nə qədər heyvan olduğunu bilməmiş, ancaq onunla eyni yataqda çoban kimi fəaliyyət göstərən Namiq 595 baş qoyun-quzuya çobanlıq etmişdir. Təxminən 10 və ya 15 gün sonra Namiq ona təhkim olunmuş 595 baş qoyun-quzunu onun çobanlıq etdiyi yatağa gətirmişdir. Bundan başqa o olduğu yataqda həmçinin Gündüz adlı çoban da 357 baş qoyun və quzuya çobanlıq etmişdir. Həmçinin həmin yataqda Ceyhun adlı şəxs 109 baş iribuynuzlu heyvana çobanlıq etmişdir. Namiq öz sürüsünü, o da öz sürüsünü otarmışdır. Həmin dövrdə Namiqin otardığı sürüdən təxminən 15 baş, eləcə də onun otardığı sürüdən 11 baş heyvan zəiflikdən ölmüşdür. Beləcə Namiqlə onun otardığı sürüdə cəmi 1641 baş qoyun-quzu qalmışdır. Tarixi xatırlamır, köç başlamamışdan təxminən 10 gün əvvəl Xəqani özü tək Ceyrançölə Arzunun fermasına gəlmiş və 704 baş heyvanı sayıb ondan təhvil almışdır. Bundan sonra o, baş çoban kimi Namiq, Gündüz, Ceyhun və Xəqaninin öhdəsində olan heyvanlara nəzarət etmişdir. Eyni zamanda yaylağa gəlib orada heyvanların saxlanması üçün xalxal və çobanların qalması üçün coma tikmişdir. Zərərçəkmiş şəxs həm heyvanlara, həmdə onlara baxan çobanların işinə nəzarət etməyi ona tapşırmışdır. 17 və ya 19 may 2023-cü il tarixində Zərərçəkmiş şəxs heyvanları yaylağa köçürmək üçün 6 ədəd qoşqulu “Kamaz” markalı yük maşını gətirmişdir. Hər “Kamaza” alt-üst olmaqla 2 cərgə, o cümlədən qoşquya da alt-üst olmaqla 2 cərgə heyvan yığılmalıdır. Hər cərgəyə 60 baş heyvan yığılmalıdır ki, yolda ölməsinlər. O, Arzuya hər cərgəyə 60 baş heyvan yığmağı desə də, sonuncu hər cərgəyə 80-90 baş heyvanın yığılması ilə bağlı göstəriş vermişdir. İlk əvvəl Müseyibin otardığı sürüdə, daha sonra Namiqin sürüsündə olan heyvanlar, sonda isə Xəqaninin otardığı sürüdə olan heyvanlar “Kamaz” markalı avtomobilin yük yerinə və qoşqusuna yığılmış və ümumlikdə 1900 baş heyvan Gədəbəy rayonun “Böyük boyun” adlanan ərazisinə gətirilmişdir. Gədəbəy rayonuna gətirilən heyvanların içində keçi də olmuşdur. Gətirilən keçilər say olaraq 1900 baş heyvanın içində olmuşdur. Belə ki, 1810 baş qoyun-quzu 90 baş isə keçi yaylağa gətirilmişdir. Ümumilikdə Arzunun təsərrüfatında nə qədər keçi olduğunu bilməmiş, lakin yaylağa gətirilən zaman sayıldığı üçün keçilərin 90 baş olduğunu bilmişdir. Onlar Gədəbəy rayonuna gəlib heyvanları tökdüyü zaman Azrunun heyvanlarından təxminən 27 başı basırığa düşərək yolda ölmüşdür. Onun hesabı ilə həmin gün yaylağa Arzunun sağlam halda 1783 baş qoyun və quzusu, təxminən 90 baş keçilərini gətirmişlər. Bundan sonra Ceyrançöldə cəmi 926 baş heyvan qalmışdır. Həmin heyvanlardan 569 başına əvvəl o, sonradan isə Xəqani çobanlıq etmişdir. 357 baş qoyun-quzu isə Gündüzün çobanlıq etdiyi heyvanlar olmuşdur. 569 baş heyvandan 27 başı bala verdiyinə və quzuları körpə olduğuna görə, habelə Namiqin sürüsündən seçilmiş 17 baş qoyun axsaq olduğuna, 5 baş quzu isə xırda olduğuna görə Ceyrançöldə qalmışdır. Həmçinin Gündüzün çobanlıq etdiyi sürüdəki 357 baş heyvan da Ceyrançöldə qalmışdır. 542 baş heyvanı isə o, Xəqani və Gündüzlə birlikdə qabaqlarında piyada haylayıb yaylağa gətirib buradakı sürüyə qatmışlar. Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən “Böyük Boyun” adlanan yaylağa gətirdikdən sonra heyvanlardan 1824-ü sayılaraq Müseyibə, yerdə qalanı isə bölünərək Namiqə təhvil verilmişdir. 05 iyun 2023-cü il tarixdə Müseyib işləmək istəmədiyini və çıxıb getmək istədiyini demişdir. Belə olduqda o, Zərərçəkmiş şəxs zəng edib bu barədə məlumat vermişdir. Həmin günün səhərisi Zərərçəkmiş şəxs yaylağa gəlmiş və onlar birlikdə heyvanları saymışlar. Bu zaman Müseyibə təhvil verilən heyvanların sayı 1814 olmuşdur. Heyvanların sayımı 50 ədədi 1 cüt olmaqla sayılmış və bu say 100-ə bərabər olmuşdur. Heyvanları sayıb qurtardıqdan sonra Zərərçəkmiş şəxs Müseyibdən 10 ədəd heyvanın harada olmasını soruşduqda, Müseyib həmin 10 heyvanın öldüyünü bildirmişdir. Belə olduqda Zərərçəkmiş şəxs Müseyiblə razılaşmışdır. Heyvanlar sayılan zaman Təqsirləndirilən şəxs3 da onlarla birlikdə olmuşdur. Daha dəqiq desə Zərərçəkmiş şəxsla o, heyvanları saymış, Təqsirləndirilən şəxs3 isə bunu özündə olan vərəqə qeyd etmişdir. Sonda o, Təqsirləndirilən şəxs3 heyvanların sayını yazdığı vərəqi ondan götürüb sonuncunun yazdığı rəqəmləri özündə olan dəftərçəyə köçürmüşdür. Baş çoban olduğundan, həm heyvanlara, həm də çobanlara nəzarət etdiyindən hər çobanın sürüsündə nə qədər heyvan olmasını, həmin heyvanlardan neçəsinin ölməsini, itməsini özündə olan dəftərçəyə qeyd etmişdir ki, sonda heyvanlar əskik gəldikdə bu barədə Zərərçəkmiş şəxs məlumat verə bilsin. Heyvanlar sayılıb qurtardıqdan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 “1814 baş heyvanı sayıb sənə təhvil verirəm, gəl özün də bir daha say əgər gələcəkdə heyvan əskik gəlsə mən heyvanımı səndən istəyəcəm” demişdir. Heyvanlar Təqsirləndirilən şəxs3 təhvil verilsə də, Zərərçəkmiş şəxs fermasında baş çoban olduğuna görə fermada olan heyvanların hər birinə o da nəzarət etmiş və cavabdehlik daşımışdır. Hətta o, Zərərçəkmiş şəxs sonra Təqsirləndirilən şəxs3 bir daha “gəl heyvanları bir də say əgər əskik gəlsə səninlə bərabər mən də məsuliyyət daşıyıram” demişdir. Təqsirləndirilən şəxs3 isə cavabında “Mən Arzuya da, sənə də inanıram, təkrar heyvanları saymaq lazım deyil” demişdir. Bundan sonra Müseyib çıxıb getmişdir. Elə həmin gün o, Ceyrançölə fermada qalan 357 baş qoyun-quzunu gətirmək üçün getmişdir. Yolda gedərkən Şəmkir rayonunun Təknəli kəndi ərazisindən Təqsirləndirilən şəxs1 da götürmüşdür. Beləliklə o, Zeynal ilə birlikdə Ceyrançöldə qalan 357 baş qoyun-quzunu 3 dəfəyə Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən “Böyük Boyun” adlanan yaylağa gətirmiş və həmin heyvanları sayaraq Namiqə təhvil vermişdir. Bununla da Namiqin öhdəliyində 1009 baş qoyun-quzu olmuşdur. 2023-cü ilin may ayının sonlarında, xatırlamadığı tarixdə təxminən saat 15-16 radələrində **-OU-*** dövlət nömrə nişanlı “Kamaz” markalı yük avtomobili ilə heyvanları yığıb gətirən zaman Şəmkir rayonunun Çənlibel kəndi ərazisində maşın xarab olmuşdur. Həmin vaxt üstündə pul olmadığına görə Arzuya zəng etdikdə sonuncu başı qarışıq olduğunu deyib bir çarəni özünün tapmasını demişdir. Belə olduqda o, 4 baş xırda quzunu Şəmkir rayonu, Çənlibel kənd sakini Şahmara 320 manata satmışdır. Həmin Heyvanların satılması nəticəsində əldə etdiyi pulun 80-90 manatına mühərrik yağı almış, qalan hissəsini isə özünə və çobanların ehtiyaclarına xərcləmişdir. Müseyib getdikdən sonra Təqsirləndirilən şəxs1 çoban kimi Təqsirləndirilən şəxs3 işlərində köməklik etməyə başlamışdır. 11 iyun 2023-cü il tarixdə o, gün ərzində Gədəbəy rayonunda olmuşdur. Həmin tarixdə təxminən saat 18 və ya 19 radələrində Zərərçəkmiş şəxs onu öz avtomobili ilə yaylağa aparıb orada düşürərək çıxıb getmişdir. O, ətrafa baxıb Təqsirləndirilən şəxs1 görmədikdə Təqsirləndirilən şəxs3 Zeynalın harada olmasını soruşmuş, Təqsirləndirilən şəxs3 cavabında Zeynalın anası ağrıdığına görə çıxıb getdiyini söyləmişdir. O, isə ona və Zərərçəkmiş şəxs xəbər vermədən nə səbəbə Təqsirləndirilən şəxs1 getməsinə icazə verdiyini Təqsirləndirilən şəxs3 soruşmuş, Təqsirləndirilən şəxs3 isə cavabında telefonunun enerjisi olmadığı üçün xəbər verə bilmədiyini söyləmişdir. Belə olduqda o, Arzu Hüsyenova zəng edib Təqsirləndirilən şəxs1 çıxıb getdiyini bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs ona “Zeynal xəbərsiz gedibsə yəqin özü ilə heyvan da aparıb, sabah tezdən gələcəm heyvanı sayaq” demişdir. Səhərisi gün, yəni 12 iyun 2023-cü il tarixdə səhər saat 08 radələrində Zərərçəkmiş şəxs yaylağa gəlmiş və onlar birlikdə heyvanları saymağa başlamışlar. Əvvəlcə Namiqin sürüsündə olan heyvanları saydıqda, heyvanların sayının düz olmasını müəyyən etmişlər. Sonra Təqsirləndirilən şəxs3 sürüsündə olan heyvanları saymışlar. Bu zaman Təqsirləndirilən şəxs3 sürüsündən 336 baş heyvanın əskik gəlməsini aşkar etmişlər. Zərərçəkmiş şəxs heyvanların sayının əskik olduğunu görüb Təqsirləndirilən şəxs3 336 baş heyvanın harada olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs3 isə cavabında 336 baş heyvanın harada olmasını bilmədiyini söyləmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxsla birlikdə ətraf ərazilərə, həmçinin yaxınlıqda yerləşən Cəsarət və Hicranın fermalarına baxsa da, heyvanları tapa bilməmişlər. Onlar heyvanların hər birinin bel nahiyəsinə şüşə butulkaının alt hissəsi ilə göy rəndə boya vururmuşlar ki, əgər heyvanlardan hər hansı biri itsə rahatlıqla tapa bilsinlər. Belə olduqda Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib 336 baş heyvanının oğurlanması barədə məlumat vermişdir. Bundan 2 və ya 3 gün sonra Zərərçəkmiş şəxs, Gədəbəy rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Nicat Rüstəmov və tanımadığı digər polis əməkdaşları ilə birlikdə yaylağa gəlmiş, onlar birlikdə heyvanları saymış və 235 başı qoyun-quzunun yerində olmadığını görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs3 da yanlarında olmuş və heyvanların 7 başının öldüyünü desə də, yerdə qalan 228 başının harada olmasını bilmədiyini söyləmişdir. Onlara, yəni ona və Zərərçəkmiş şəxs orada məlum olmuşdur ki, heyvanlardan 228 başı yoxdur. Bundan sonra o, Təqsirləndirilən şəxs3 və Ataşov X12 rayon polis şöbəsinə çağırılsalar da, 228 baş heyvanın kim tərəfindən, necə və hansı şəraitdə oğurlanması müəyyən edilməmişdir. O, Zərərçəkmiş şəxs həm baş çobanı olmuş, həm də bütün işlərində ona köməklik göstərmişdir. Bunun müqabilində Zərərçəkmiş şəxs əvvəllər ona 300 manat, sonradan 400 manat, son vaxtlar isə 500 manat əmək haqqı vermişdir. Zərərçəkmiş şəxs heç vaxt onunla eləcə də təsərrüfatında çobanlıq edən digər şəxslərlə əmək müqaviləsi bağlamamışdır. Əvvəllər Zərərçəkmiş şəxsla aralarında həmişə yaxşı münasibət olmuş, heç vaxt düşmənçilikləri, ədavətləri olmamışdır. Təxminən 2 il bundan əvvəl o atası Yadigər Quluyevlə birlikdə Zərərçəkmiş şəxs fermalarında çobanlıq edərkən bir neçə ay ərzində Zərərçəkmiş şəxs onlara 4430 manat borcu yaranmış, həmin borcdan 1100 manatını, daha sonra isə 200 manatını versə də, 3130 manat pulu verməmişdir. O, dəfələrlə Zərərçəkmiş şəxs borclu olduğu pulu tələb etsə də, sonuncu bu gün, sabah verəcəyi adı ilə onları aldadaraq pullarını verməmişdir. Zərərçəkmiş şəxs 228 baş heyvanının oğurlanmasında o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 şübhələndiyini demişdir. Zərərçəkmiş şəxs elə zənn etmişdir ki, ona borclu olduğuna görə heyvanlarını o oğurlamışdır. O isə Zərərçəkmiş şəxs heyvanlarını oğurlamamışdır. Bundan sonra o və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs fermasını tərk edib getmişlər. Bundan təxminən bir ay sonra, yəni 2023-cü ilin iyun ayının sonlarında, xatırlamadığı tarixdə Arzu ona zəng edib Ceyrançöl qışlağında qalan heyvanlarını gedib gətirməyini xahiş etmişdir. Belə olduqda o, Arzunun yeznəsi Elşənlə birlikdə «Kamaz» markalı avtomobillə Ceyrançöldən Arzunun 45 baş qoyun və 37 baş quzusunu Gədəbəy rayonunun Slavyanka kəndinə gətirmişlər. Orada Arzu gəlib qoyunları qırxına tökdüyünü deyib bu işdə kömək etməyini ondan xahiş etmişdir. Heyvanların qırxımı Zərərçəkmiş şəxs Slavyanka kəndində yerləşən fermasında aparılırmışdır. O, Arzunun xahişini nəzərə alıb yaylağa gedib oradan heyvanları götürüb Slavyanka kəndində yerləşən fermaya apardıqda Təqsirləndirilən şəxs1 orada olmasını görmüşdür. Söhbət zamanı Zeynal ona 3 və ya 4 gün əvvəl Arzunun onu yenidən fermaya işləməyə gətirdiyini demişdir. Qoyun qırxımından təxminən 3 gün sonra o Təqsirləndirilən şəxs1la birlikdə yaylağa qayıtmış və axşam vaxtı onlar birlikdə oturub yemək yeyib spirtli içki qəbul etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 sərxoş halda söhbət zamanı Zərərçəkmiş şəxs məxsus heyvanlardan 3 başını satdığını bildirmişdir. Səhərisi gün ayıq başla Təqsirləndirilən şəxs1 bu barədə sual verdikdə sonuncu təsdiq etmişdir ki, həqiqətən də Zərərçəkmiş şəxs məxsus heyvanlardan 3 başını satıb, lakin 228 baş heyvanın kim tərəfindən oğurlanmasından xəbərsizdir. Sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs1 həmin 3 baş heyvanı Gədəbəy rayonunun Daşbulaq kənd sakini soyadını və atasının adını bilmədiyi Zaur adlı şəxsin vasitəsilə satmışdır. O, Zeynaldan Zauru nə vaxtdan tanıdığını soruşduqda, Zeynal Zaurla çoxdan tanış olduğunu demişdir. Həmin Zaur adlı şəxs də Zərərçəkmiş şəxs fermasında günü 20 manata fəhlə işləmişdir. Lakin Zeynalın ona bu barədə dediyini o, Zərərçəkmiş şəxs deməmişdir. Həmin vaxt Zeynal ona «Zaurun heyvanı satmağa adamı var, gəl Arzunun təsərrüfatında olan heyvanları götürüb sataq, bunun nəticəsində əldə edəcəyimiz pulu da aramızda bölək» demişdir. Zərərçəkmiş şəxs borclu olduğu 3130 manat pulunu vermədiyinə görə o, Təqsirləndirilən şəxs1la qoyun-quzunu satıb pulunu aralarında bölməyə razılaşmışdır. 2023-cü ilin iyul ayının əvvəllərində, xatırlamadığı tarixdə saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonla Zaura zəng edib ona heyvanları aparmaq üçün gəlməsini demişdir. Bundan təxminən 1 saat sonra Zaur atla onların olduqları yerə gəlmişdir. Zaur heyvanları aparmaqda onların kömək edib-etməyəcəklərini soruşmuş, o və Zeynal isə Zaura kömək edə bilməyəcəklərini söyləmişlər. Belə olduqda Zaur heyvanları aparmaq üçün özü ilə adam gətirəcəyini deyib getmişdir. Həmin tarixdə, gecə saat 11 və ya 12 radələrində Zaur yanında olan tanımadığı bir nəfər şəxslə yaylağa, yanlarına gəlmişdir. Özünün deməsindən bilmişlər ki, həmin oğlan Zaurun bacısı oğludur. Lakin Zaur bacısı oğlunun adını deməmiş, nə də o və ya Zeynal onun adını soruşmamışlar. Bundan sonra Zeynalla o, 10 baş quzu, 3 baş qoç, 2 baş qoyun və 5 baş keçini tutub Zaura vermişlər. Zaurla belə razılaşmışlar ki, aldığı hər baş heyvana görə ona və Zeynala 150 manat pul verəcək, yerdə qalan pulu isə özünə götürəcəkdir. O və Zeynal isə Zaurdan satdığı heyvanların pulunu aldıqdan sonra yarıbayarı aralarında böləcəkdilər. Zaur adlı şəxs Zeynala mobil telefon alıb vermişdir ki, heyvan oğurluğu ilə bağlı danışıqları həmin mobil telefonla aparsınlar. Bu hadisədən iki gün sonra Təqsirləndirilən şəxs1 yaylaqdan qaçıb evlərinə getmişdir. Bundan sonra isə sonuncunun telefonuna zəng çatmamışdır. Bundan 3-4 gün sonra Zaur özü tək gəlmiş və onun özündən 7 baş quzu, 3 baş qoyun götürüb getmişdir. O, həmin heyvanların da hər başını onunla 150 manat pula razılaşmışdır. Bundan bir həftə sonra Təqsirləndirilən şəxs4 yenidən yaylağa özü tək gəlib 4 baş quzu və 2 baş qoyun da aparmışdır. Sonuncu dəfə qoyun apardıqdan sonra Zaur ona 150 manat pul vermişdir. Bundan sonra müxtəlif vaxtlarda o, Zaurla Şəmkir rayonunda görüşmüş, hissə-hissə ümumilikdə 1200 manat da pul almışdır. Yerdə qalan pulları Zeynal və Zaurun hansı qayada böldüyünü bilməmişdir. Eləcə də heyvanların harada və kimə satıldığını da bilməmişdir. O, istintaq zamanı bilmişdir ki, Təqsirləndirilən şəxs4 7 baş quzu və 3 baş qoyun verdiyi tarixdə sonuncu onun xəbəri olmadan fermadan əlavə olaraq 5 baş erkək keçi də aparmışdır. Zərərçəkmiş şəxs fermasında olan erkək keçilərin diri çəkiləri 30-35 kiloqram olmuş və həmin keçilərin təmiz ət çıxarı təxminən 13-15 kiloqram olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs şikayəti əsasında 16 avqust 2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Gədəbəy rayon polis şöbəsinə çağırılmış və o etiraf edib bildirmişdir ki, 42 baş heyvanı Təqsirləndirilən şəxs1 və Zaurla birlikdə oğurlamışdır. O, əvvəllər istintaq zamanı elə bilmişdir ki, Zərərçəkmiş şəxs məxsus, ələ keçirdiyi heyvanların sayı 42 baş olmuş, sonradan xatırlamış ki, o, Zərərçəkmiş şəxs 42 baş deyil, 40 baş heyvanını mənimsəmişdir. O, Zərərçəkmiş şəxs başqa heyvanlarını mənimsəyərək talamamışdır. Həqiqətən də Zərərçəkmiş şəxs məxsus xırdabuynuzlu heyvanları Tovuz rayonunun Ceyrançöl ərazisindən “Kamaz” markalı yük avtomobilinə yığaraq Gədəbəy rayonunun Arıqdam kəndi ərazisində yerləşən “Böyük Boyun” adlanan yaylaq sahəsinə gətirərkən Şəmkir rayonunun Qasımalılar və Çardaqlı kəndləri arasında “Kamaz” markalı yük avtomobili xarab olmuşdur. Belə ki, yağı bitdiyi üçün “Kamaz” markalı yük avtomobilinin rolu dönməməyə başlamış və forsunkalarında da problem yaranmışdır. Bu barədə Zərərçəkmiş şəxs məlumat verdikdə, sonuncu problemin həllini özünün tapmağını ona demişdir. Belə olduqda o, həmin xərcləri qarşılamaq üçün ortalama 6-7-8 aylıq təxminən 18 kiloqram diri çəkisi olan 4 baş quzunu satmaq qərarına gəlmişdir. Daha sonra əvvəllər Arzunun yanında fəhləlik etmiş Şahid3 zəng edib heyvan alıb-almamasını soruşmuşdur. Şahid3 olduqları yerə gəlmiş və həmin quzuların 4-ünü ümumilikdə 320 manata almışdır. O, həmin 320 manat pulun təxminən 80-90 manatını “Kamaz” markalı yük avtomobilinin təmir xərclərinə qalanını isə özünün və Zərərçəkmiş şəxs çobanlarının su, siqaret və digər ehtiyaclarına xərcləmişdir. Həmin “Kamaz” markalı yük maşının dövlət qeydiyyat nömrəsi **-OU-*** olmuşdur. Zərərçəkmiş şəxs məxsus heyvanlar Gədəbəy rayonunun Arıqdam kəndi ərazisində yerləşən “Böyük Boyun” adlanan yaylaq sahəsinə gətirilərkən yolda o, Zərərçəkmiş şəxs məxsus xırdabuynuzlu heyvanlardan 4 başını satmışdır. Həmin heyvanlar yuxarıda qeyd etdiyi kimi ortalama 6-7- 8 aylıq təxminən 18 kiloqram diri çəkisi olan 4 baş quzu olmuşdur. Heyvanlar yaylağa köçdükdən sonra isə o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4la ilk dəfə diri çəkiləri 12-15-18 kiloqram olan 6-7-8 aylıq ümumilikdə 10 baş quzu, diri çəkiləri təxminən 30-35-40 kiloqram olan 3 baş qoç, 1-2 yaşlarında, erkək cinsli, diri çəkiləri 20-25-30 kiloqram olan 5 baş keçi və 2-3 yaşlarında 1 dəfə doğuş etmiş, diri çəkiləri təxminən 30-35 kiloqram olan 2 baş ana qoyunu Zərərçəkmiş şəxs gizli talayaraq satmışlar. Sonrakı dəfədə o, tək Təqsirləndirilən şəxs4 ortalama 6-7-8 aylıq təxminən 18 kiloqram diri çəkisi olan 7 baş quzu və 2-3 yaşlarında 1 dəfə doğuş etmiş, diri çəkiləri təxminən 30-35 kiloqram olan 3 baş ana qoyun satması üçün ayırıb vermişdir. İstintaqın gedişinə ona məlum olmuşdur ki, həmin gün Təqsirləndirilən şəxs4 ondan xəbərsiz əlavə olaraq 5 baş keçi də özü ilə aparmışdır. Sonuncu dəfə isə o, Təqsirləndirilən şəxs4la ortalama 6-7-8 aylıq təxminən 18 kiloqram diri çəkisi olan 4 baş quzu və 2-3 yaşlarında 1 dəfə doğuş etmiş, diri çəkiləri təxminən 30-35 kiloqram olan 2 baş ana qoyun talayıb sataraq pulunu mənimsəmişlər. O, törətdiyi cinayət əməlinə görə peşmandır. O, 40 baş xırdabuynuzlu heyvandan əlavə Zərərçəkmiş şəxs məxsus hər hansı heyvan oğurlamamışdır. O, fermanın baş çobanı olmuşdur. Baş çoban olduğu üçün o, həm heyvanlara, həm də onları otaran çobanlara nəzarət etmişdir. Heyvanlar itdikdə, əskik olduqda o da digər çobanlar qədər cavabdehlik daşımışdır. Heyvanların Xəqaniyə və ya Namiqə, digər çobanlara təhvil verilməsi, həmin heyvanların həmçinin ona təhvil verilməsi sayılır. O, Təqsirləndirilən şəxs3 özündən eşidib-bilmişdir ki, sonuncu Ceyrançöldə Zərərçəkmiş şəxs 9 baş heyvanını oğurlayaraq öz qohumuna satmışdır. Lakin sonuncunun heyvanları satdığı qohumunun kim olmasını bilməmişdir. Bu hadisədə onun hər hansı iştirakı olmamışdır. Təqsirləndirilən şəxs3 satdığı heyvanların pulundan ona hər hansı məbləğdə pul verməmişdir. Sonradan Gədəbəy rayon polis şöbəsində olarkən bilmişdir ki, Təqsirləndirilən şəxs3 Tovuz rayonunda yerləşən “Ceyrançöl” adlanan qışlaqda Zərərçəkmiş şəxs məxsus 15 baş quzunu sataraq, əldə etdiyi pulu mənimsəmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmişlə barışmışlar. Ona görə də onlara yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərərək bildirmişdir ki, o, 2023-cü ilin may, iyun və iyul aylarında Gədəbəy rayonunun Arıxdam kənd sakini Zərərçəkmiş şəxs məxsus həmin kənd ərazisində yerləşən fermada çoban kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs3 onun həmkəndlisidir. Əvvəllər Təqsirləndirilən şəxs3la birlikdə Şəmkir rayonunda ayrı-ayrı fermerlərin yanında çoban kimi fəaliyyət göstərmişdir. Xəqani ilə normal münasibəti olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Gədəbəy rayon sakinləri Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onlarla da onun heç vaxt düşmənçiliyi, ədavəti olmamışdır. 26 may 2023-cü il tarixdə səhər saat 09 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olan hazırda xatırlamadığı mobil nömrəsinə zəng edərək Arzu adlı bir fermerin yanında çoban kimi işləmək üçün getdiyini, onun çobanlara aylıq 500 manat əmək haqqı verdiyini, əlavə olaraq çobanların yemək, siqaret və digər xəclərini də ödədiyini deyib təklif etmişdir ki, o da gəlib həmin fermada onlarla birlikdə çoban işləsin. O cavabında bir neçə aylıq maaşını əvvəlcədən verəcəyi təqdirdə Arzu adlı fermerin yanında çoban işləyə biləcəyini söyləmişdir. Bu zaman Təqsirləndirilən şəxs3 fermer Zərərçəkmiş şəxsla danışıb ona xəbər edəcəyini demişdir. Həmin tarixdə səhər saat 10 radələrində Zərərçəkmiş şəxs özü ona zəng edərək Şəmkir rayonun “Kəhriz” adlı ərazisində yerləşən eyni adlı kafenin müdirinə yaxınlaşıb ondan 300 manat pul götürməyini demişdir. Belə olduqda o, həmin gün təxminən saat 12 radələrində Zərərçəkmiş şəxs dediyi yerə getmiş və 300 manat pulu götürmüşdür. Səhərisi gün Təqsirləndirilən şəxs3 ona zəng edib Şəmkir rayonunun Təhnəli kəndindən keçən yola çıxmağını, fermer Arzuya məxsus Mehman adlı şəxsin sürdüyü “Kamaz” markalı yük maşınının gələcəyini, həmin yük avtomobilinə əyləşərək Tovuz rayonunun “Ceyrançöl” adlanan ərazisində yerləşən fermaya getməyini demişdir. Gedişlərinin məqsədi barədə soruşduqda o Arzuya məxsus heyvanların Ceyrançöl qışlağında olduğunu və həmin heyvanları oradan götürüb Gədəbəy rayonunda yerləşən “Böyük Boyun” adlanan ərazidəki yaylağa gətirmək lazım olduğunu demişdir. Həmin gün səhər saat 10 radələrində əvəllər tanımadığı, həmin vaxt Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxs onu “Kamaz” markalı yük maşını ilə götürmüş və onlar birlikdə Ceyrançöl qışlağına getmişlər. Bu Mehmanla birinci tanışlığı olmuş, bu hadisəyə qədər o, Təqsirləndirilən şəxs2 tanımamışdır. Yolda olarkən söhbət zamanı ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs baş çobanıdır və Təqsirləndirilən şəxs2 Arzunun bütün təsərrüfatına nəzarət edir. Beləliklə onlar “Ceyrançöl”də yerləşən fermaya çatmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs özü də orada olmuşdur. Həmin gün və növbəti gün leysan xarakterli yağış yağdığından onlar heyvanları Gədəbəy rayonuna apara bilməmiş və 2 gün ərzində Ceyrançöldə fermada qalmışlar. Orada olduğu zaman əslən Ucar rayonundan olduğunu bildiyi Ceyhun və Mehmanın atası olduğunu bildiyi Yadigərlə tanış olmuşdur. Onların hər ikisi Arzunun fermasında çoban işləmişlər. Beləliklə 2 gün sonra yağış kəsdiyi üçün Mehmanla o, təxminən 70 baş quzulu qoyunu “Kamaz” markal yük avtomobilinə yükləyib Gədəbəy rayonuna Arıxdam kəndi ərazisində yerləşən “Böyük Boyun” adlanan əraziyə orada olan Zərərçəkmiş şəxs məxsus digər heyvanların yanına gətirmişlər. Sonra isə digər heyvanları gətirmək üçün Ceyrançöldə yerləşən fermaya qayıtmışlar. Heyvanları yığdıqları zaman Zərərçəkmiş şəxs, Ceyhun və Yadigər də yanlarında olmuşlar. Onlar orada 70 baş qoyun-quzunu “Kamaz” markalı yük avtomobilinə yükləyib Gədəbəy rayonunun Arıxdam kəndi ərazisində yerləşən yaylağa yola düşmüşlər. Yolda gələrkən Təqsirləndirilən şəxs2 idarə etdiyi “Kamaz” markalı avtomobil xarab olmuşdur. Mehman həmin vaxt üzərində pulu olmadığından kiminləsə danışıb Arzunun heyvanlarından 4 başını satmışdır. Lakin o, Təqsirləndirilən şəxs2 həmin heyvanları hansı qiymətə satdığını və nəticədə nə qədər pul əldə etdiyini bilməmişdir. Həmin puldan Mehman maşın üçün bir neçə qab yağ və yaylaqda olan çobanlar üçün siqaret almışdır. O, Təqsirləndirilən şəxs2 həmin quzuları Arzunun razılığı ilə satıb-satmadığını bilməmişdir. Təqsirləndirilən şəxs2 bu puldan ona 1 manat da olsun verməmişdir. Beləliklə onlar həmin heyvanları gətirib yaylağa düşürdükdən sonra iribuynuzlu heyvanları eləcə də fermada qalan digər xırdabuynuzlu heyvanları gətirmək üçün Ceyrançölə getmişlər. Orada sayını xatırlamadığı xırdabuynuzlu heyvanları Mehmanın idarə etdiyi “Kamaz” markalı avtomobilə yükləmiş, həmçinin Arzunun özünün tutduğu digər “Kamaz” markalı yük avtomobillərinə 109 baş iribuynuzlu heyvanı yükləmiş və birlikdə Gədəbəy rayonunda yerləşən yaylağa gəlmişlər. Gədəbəy rayonunda yerləşən yaylaqda Arzunu heyvanlarına çobanlıq edən soyadını bilmədiyi, atasını adı Rəhman olan Namiq adlı şəxs onun həmkəndlisidir. Namiqi uşaq yaşlarından həmkəndlisi kimi tanıyır, onunla normal münasibəti olmuş, düşmənçiliyi və ya ədavəti olmamışdır. O, Mehmanla Ceyrançöldən gətirdiyi xırdabuynuzlu heyvanların hamısını Namiqə təhvil vermişdir. Ceyhun isə gətirilmiş iribuynuzlu heyvanlara çobanlıq etmişdir. Təqsirləndirilən şəxs3 yaylaqda olan çox sayda qoyun-quzu sürüsünə çobanlıq etsə də, onun dəqiq neçə baş heyvana çobanlıq etdiyini bilməmişdir. O, yaylağa gələrkən Mehman ona tapşırmışdır ki, Təqsirləndirilən şəxs3 heyvanlara baxmaqda köməklik göstərsin. Həmçinin orada tanış olduğu Gündüz adlı çoban da olmuşdur ki, sonuncu orada Namiq adlı çobana işlərində köməklik göstərmişdir. Beləliklə o, gəldiyi gündən etibarən Təqsirləndirilən şəxs3la birlikdə sonuncunun sürüsündə olan xırdabuynuzlu heyvanları otarmağa başlamışdır. Xəqaninin öhdəsində olan sürüdə isə nə qədər heyvan olması barədə məlumatı olmamışdır. Xəqaninin deməsindən bilmişdir ki, sonuncu sürüdə olan heyvanları Mehmanla birlikdə sayıb təhvil almışdır. Lakin Xəqanin özü sürüsündə nə qədər heyvan olduğu barədə ona heç nə deməmişdir. Lakin Xəqaninin sürüsündə 2000-ə qədər xırdabuynuzlu heyvan olmasını bilmişdir. Təqsirləndirilən şəxs2 baş çoban olmaqla Zərərçəkmiş şəxs təsərrüfatında olan bütün heyvanlara, o cümlədən həmin heyvanlara baxan çobanların işlərinə nəzarət etmişdir. Heyvanların ölməsinə, itməsinə görə məsuliyyəti bilavasitə Təqsirləndirilən şəxs2 daşımışdır. Orada işlədikləri müddətdə Zərərçəkmiş şəxs onların gündəlik yeməklərini və siqaretlərini alıb vermişdir. Xəqani otaran heyvanlar açıq sahədə otarılmış, heyvanlar otlayan ərazinin kənarı çəpərlənməmişdir, cəmi 1 ədəd coma olmuşdur ki orada çobanlar istirahət etmişlər. Yalnız Namiq otaran heyvanın yeri çəpərlənmişdir. O, orada çobanlıq etdiyi dövrdə hava yağıntılı, çənli-dumanlı olmuşdur. Bəzən elə olmuşdur ki, dumandan göz-gözü görməmişdir. Bu kimi hal isə onlara heyvanları otarmaqda müəyyən çətinliklər yaratmışdır. Lakin onların Arzudan narazılıqları olmamış, sonuncu siqaretlərini yeməklərini alıb Mehman vasitəsilə onlara göndərmişdir. Bəzi vaxtlar istisna olmaqla Mehman günün əksər hissəsində yaylaqda olmuş, hər bir çobanın işinə, o cümlədən heyvanlara nəzarət etmişdir. Zərərçəkmiş şəxs isə yaylağa arabir gəlib-getmişdir. Arzu ona bir neçə aylıq əmək haqqını qabaqcadan verəcəyini söyləmişdir. O, Xəqaniyə Zərərçəkmiş şəxs ona söz verdiyi pulu verməyəcəyi halda çıxıb gedəcəyini söyləmişdir. Arzu ona verdiyi 300 manat pulun müqabilində o, cəmi 16 gün işləmişdir. O, bir ayın yarısını, yəni 250 manat pul müqabilində iş görmüşdür. 2023-cü ilin iyun ayının 10 və ya 11 tarixində Arzu ona vəd etdiyi pulu vermədiyi üçün həmçinin anası xəstə olduğu üçün o, Təqsirləndirilən şəxs3 deyib yaylağı tərk etmişdir. Daha doğrusu yolu da tanımadığı üçün yolu ona Xəqaninin özü göstərmişdir. O, yaylağı tərk etməmişdən 1 gün əvvəl heyvanları otararkən günorta saat 12 radələrində itlərə yal hazırlamaq üçün comanın yerləşdiyi yerə gəlmişdir. Heyvanları otararkən yalın başından (təpənin yamac hissəsindən) 1 nəfər şəxsin piyada Xəqaninin yanına gəldiyini görmüşdür. Həmin vaxt Xəqaniylə onun arasında təxminən 10 metr məsafə olmuşdur. Belə ki, Xəqani ondan yuxarıda dayanıb heyvanları otarmışdır. O, sonradan bilmişdir ki, həmin vaxt oraya, yəni Xəqaninin yanına gələn şəxsin adı Muraddır və o, yaxınlıqda yerləşən fermanın müdiri Hicranın oğludur. Həmin Murad adlı şəxs gələrək Xəqanidən siqaret istəmiş və onlar birlikdə hərəsi bir siqaret yandırıb çəkməyə başlamışlar. Bu vaxt o, Xəqaniyə itlərə yal vermək üçün getdiyini demişdir. Xəqani və Murad isə dağın yamacına doğru qalxmışlar. Hansı ki, yamacın digər tərəfində Hicranın yaylağı yerləşir. Arzuya məxsus heyvanların çox hissəsi isə Hicranın yaylağı olan tərəfdə otlamışdır. Özünün deməsindən bilmişdir ki, Xəqaninin banklara 10.000 manatdan artıq borcu vardır. Lakin Xəqaninin həmin kredit borcunun nəyə görə yaranmasını o bilməmişdir. O, heyvanlara yalı aparıb verən zaman duman çökmüş və bərk yağış yağmışdır. Belə olduqda o, qaçıb comaya girmişdir. Comaya girdiyi zaman yalın başında olan heyvanların mələşərək təpədən aşağı qaçışdığını görmüşdür. Lakin duman olduğu üçün heyvanların nə səbəbə mələşib qaçışmasını bilməmişdir. Xəqani isə comada olmamışdır. Xəqani təpənin üst hissəsində yalın başında heyvanların yanında olmuşdur. Bir qədər sonra duman çəkilmiş və o çölə çıxmışdır. Belə ki, artıq duman azalmış və təxminən 700-800 metr məsafə aydın görünmüşdür. O, comadan çölə çıxarkən Xəqaninin qoyunları yuxarıdan haylayıb gətirdiyini görmüşdür. Elə bu vaxt Arzu və Mehman bərk sərxoş halda yaylağa gəlmişlər. Onların hər ikisinin sərxoş olması danışıqlarından bilinmişdir. Mehman comaya daxil olub itlərə nə üçün yal vermədiyini soruşduqda sonuncuya dünən bişirilən yalı itlərə verdiyini, sabahkı gün üçün yenidən yalı bişməyə qoyduğunu demişdir. Həmin vaxt hələ hava qaralmamışdı saat təxminən 17 radələri olardı. Mehman Xəqanidən heyvanları nə səbəbə haylayıb gətirdiyini soruşduqda sonuncu havanın yağışlı olması səbəbindən heyvanları gətirdiyini söyləmişdir. Həmin günün səhərisi o Xəqaniylə heyvanları yenidən otarmağa getmişdir və anasının xəstə olduğunu, Arzunun da ona pul vermədiyini görüb çıxıb getmişdir. Bundan bir neçə gün sonra eşitmişdir ki, Arzu heyvanlarının oğurlanması barədə polisə şikayət edib və o, izahat vermək üçün Gədəbəy rayon Polis şöbəsinə gəlməlidir. Beləliklə o, Gədəbəy rayon Polis şöbəsinə gəldikdə öyrənmişdir ki, Arzunun 228 baş heyvanı oğurlanmışdır. Bununla bağlı ona sual verildikdə Arzunun 1 baş belə heyvanını oğurlamadığını, habelə heyvanların kim tərəfindən oğurlanmasını bilmədiyini demişdir. Həmin gün həmçinin Xəqani, Mehman və Namiq də polis şöbəsində olmuşlar. Həmin gündən sonra isə Mehman və Xəqani Arzunun yaylağını tərk edib getmişlər. 2023-cü ilin iyul ayının əvvəllərində Namiq ona zəng edib Arzunun heyvanlarının qırxımı ilə bağlı kömək lazım olduğunu deyərək ondan gəlib onlara kömək etməyini xahiş etmişdir. O, Namiqə demişdir ki, Arzu ona söz verdiyi pulu vermədiyi üçün onun fermasını tərk edib gəlmişdir və ora getmək istəmir. Namiq isə ona «Arzuyla danışmışam, o sənin pulunu verəcək, heç bir narazılıq olmayacaq» demişdir. Belə olduqda o, Slavyanka kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fermaya gəlmiş və orada 5 gün ərzində heyvanların qırxımında köməklik göstərmişdir. Orada Gədəbəy rayonunun Daşbulaq kəndindən olan, soyadını bilmədiyi, atasını adı Duman olan Zaur adlı şəxslə tanış olmuşdur. Zaur da onun kimi fəhlə olmuş və qoyunların qırxımında kömək etmişdir. Zaur günəmuzd işləyərək gününə 20 manat əməkhaqqı almışdır. O isə Arzunun fermasına çoban kimi işə başlamışdır. Xatırlamadığı tarixdə o Zaura təklif etmişdir ki, “gəl birlikdə Arzunun heyvanlarından 3 başını satıb pulu aramızda bölək, cibimizdə xərcləməyə pulumuz olsun”. Zaur da heyvanları satmağa tanışının olduğunu deyib onun təklifini qəbul etmişdir. Lakin Zaur heyvanları satmaqda ona köməklik edəcək tanışının kim olmasını deməmişdir. Aralarında olan razılığa əsasən onlar birlikdə heyvanların ayağını kəndirlə bağlayacaqmışlar, Zaur isə həmin heyvanları aparıb satacaqmış. Qırxımdan sonra o və Zaur heyvanları haylayıb yaylağa apararkən Gədəbəy rayonunun Daşbulaq kəndi ərazisində 3 baş quzunun ayaqlarını kəndirlə bağlamışlar, sonra onların olduqları yerə “VAZ 2107” markalı avtomobil gəlmiş, Zaur hər üç heyvanı həmin avtomobilin yük yerinə qoymuş və həmin maşın oradan getmişdir. Həmin quzular 6-7-8 aylıq, təxminən 18 kiloqram diri çəkidə olmuşdur. Heyvanları o və Zaur haylayıb yaylağa aparmış, həmin vaxt yanlarında başqa çoban olmamışdır. Söhbət zamanı Zaur həmin avtomobilin bacısı oğluna məxsus olduğunu demişdir. Lakin o, Zaurun bacısı oğlunun adını bilməmişdir. Onlar elə razılaşmışlar ki, Zaur heyvanları neçəyə satsa əldə olunacaq pulu yarıbayarı aralarında böləcəklər. Bundan 2 gün sonra Zaur ona 50 manat nağd şəkildə pul vermiş və 20 manatlıq siqaret alıb gətirmişdir. O, qırxım üçün Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fermaya gəldiyi günün səhərisi Təqsirləndirilən şəxs2 də oraya gəlmişdir və sonuncu da çoban kimi fəaliyyətə başlamışdır. Bundan bir neçə gün sonra o, yaylaqda Zaur və Mehmanla birlikdə çörək yeyib spirtli içki qəbul etmişdir. Bundan sonra Mehmanla o, yalın başına qalxaraq orada söhbət edərkən, o, Mehmana Arzunun 3 baş heyvanını Zaurla birlikdə satdığını demişdir. Həmin günün səhərisi Mehman ondan soruşmuşdur ki, “sən dünən Arzunun 3 baş heyvanını satmısan, belə bir şey olub yoxsa yox”. O, 3 baş heyvanı Zaurla satdığını demişdir. Belə olduqda Mehman ona yenə heyvan aparıb sata bilib-bilməyəcəklərini soruşduqda o, heyvanları Zaurun satdığını demişdir. Belə olduqda Mehman Zaura zəng edib onu yanlarına çağırmışdır. Zaur ora gələndə günorta saat 14 və ya 15 radələri olmuşdur. Onlar yalın belində dayanıb üçü söhbət edərkən belə razılğıa gəlmişlər ki, Arzunun heyvanlarından aparıb satsınlar və pulunu üçü aralarında bölüşdürsünlər. Həmin gün gecə saat 11 radələrində Zaur adını bilmədiyi bacısı oğlu ilə birlikdə yaylağa gəlmişdir. X34 Zərərçəkmiş şəxs məxsus heyvanların arasından 10 baş quzu, 3 baş qoç və 4 baş keçini ayırmışlar. Həmin heyvanlardan 10 baş quzu 6-7-8 aylıq olmuş, diri çəkiləri 12-15-18 kiloqram olmuşdur. 3 baş qoçun diri çəkiləri təxminən 35-40 kiloqram olmuşdur. 4 baş keçi erkək cinsli olmaqla diri çəkiləri 20-25-30 kiloqram olmuşdur. Onlar həmin heyvanları Zaura və onun bacısı oğluna vermişlər və onlar heyvanları haylayıb Daşbulaq kəndi istiqamətində aparmışlar. Həmin günün səhərisi Mehmanla onun arasında narazılıq yaranmışdır. Buna səbəb isə onun otardığı heyvanın qonşunun ərazisinə keçməsi olmuşdur. Buna görə də o, Mehmanla dalaşıb ordan getmişdir. Daha sonra o, Zaurun yaşadığı evə getmişdir. Həmin vaxt Zaur evdə olmamışdır. O, Təqsirləndirilən şəxs4 atası Dumana dünən Zaurla birlikdə Arzunun heyvanlarını oğurladıqlarını və Zaurun buna görə ona pul verməli olduğunu demişdir. Belə olduqda Duman oğlu Zaura zəng edib onunla danışıdıqdan sonra ona 100 manat pul vermişdir və o, oradan çıxıb getmişdir. O, Zaurun evinin həyətində olarkən oğuradıqları heyvanların bir hissəsi onların tövləsində görmüşdür. Bundan sonra o, Zaur və Mehmanla görüşməmişdir. Bir neçə gün sonra o, Mehmana satılan heyvandan ona cəmi 100 manat pul verildiyini deyib ondan payına düşən əlavə pulu istəmişdir. Mehman isə bununla bağlı Zaura deməyini söyləmişdir. Daha sonra hər iksi telefonlarını söndürmüş və onlarla danışa bilməmişdir. 22 avqust 2023-cü il tarixdə isə o, Gədəbəy rayon polis şöbəsinə çağırılmış və tutulmuşdur. O, Zərərçəkmiş şəxs məxsus heyvanlardan 3 başını Zaurla birlikdə, 17 başını isə həm Zaur, həm də Mehmanla birlikdə oğurlamışdır. Həmin oğurladıqları heyvanlara görə Zaur cəmi ona 150 manat pul vermişdir. Onların oğurlanmış heyvanlardan nə qədər pul əldə etmələrini isə o bilməmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmişlə barışmışlar. Ona görə də ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, ifadə verərək, bildirmişdir ki, o, 2022-ci ilin payız aylarından 2023-cü ilin aprel ayına qədər əslən Gədəbəy rayonunun Düzyurd kəndindən olan Sahib adlı fermerin yanında çobanlıq etmişdir. Belə ki, Sahib adlı fermerin xırdabuynuzlu heyvanlarına çobanlıq etmiş, həmçinin 2023-cü ilin aprel ayından may ayının əvvəlinə kimi Təqsirləndirilən şəxs2 da həmin Sahib adlı fermerin yanında çobanlıq etmişdir. Təqsirləndirilən şəxs2 atası Yadigər isə Sahibin Sarıtəpədə olan sürüsündə çobanlıq etmişdir. Bu vaxta qədər Təqsirləndirilən şəxs2 və atasını tanımamış, aralarında heç bir münasibət olmamışdır. 2023-cü ilin may ayının əvvəllərində Mehman Sahibin yanından çıxaraq Arzu adlı fermerin yanında işləyəcəyini bildirmişdir. Mehman onlar Sahibin yanında işlədikləri müddət ərzində ona Arzunun yanında işləməyi təklif etmişdir. O bu barədə Mehmanla razılaşmışdır. Mehman Sahibin yanından çıxdıqdan təxminən 5-6 gün sonra o da Sahibin fermasında işdən çıxmışdır. 4 may 2024-cü il tarixdən o, Arzunun Ceyrançöldə yerləşən fermasında işləməyə başlamışdır. O, Arzu ilə 1 aylıq əmək haqqı olaraq 500 manata razılaşmış və Arzu əlavə olaraq ona yeməyini və siqaretini alıb verəcəyini də demişdir. İlkin olaraq Arzu ona 300 manat əmək haqqı vermişdir. Orada baş çoban Təqsirləndirilən şəxs2 olmuşdur. Arzunun bir sürüsündə olan heyvanları o, digər sürüsündə olan xırdabuynuzlu heyvanları Namiq və Gündüz adlı çobanlar, iribuynuzlu heyvanlarını isə Ceyhun adlı çoban otarmışdır. O, Tovuz rayonun Ceyrançöl ərazisində olan Zərərçəkmiş şəxs məxsus fermaya getdikdən sonra sürünün birini ona Təqsirləndirilən şəxs2 təhvil vermiş, lakin o, həmin sürünü sayıb Mehmandan təhvil almamışdır. O, həmin gündən orada çoban kimi fəaliyyətə başlamışdır. 2023-cü ilin may ayının ortalarında, xatırlamadığı tarixdə Mehman təklikdə ona “Arzu onsuz da heyvanlarının sayını bilmir, onun heyvanlarını sayını mən bilirəm, gəl heyvanlardan sataq, pulunu da öz aramızda bölək” demişdir. Bu söhbət Mehmanla onun arasında olmuşdur, həmin vaxt yanlarında başqa heç kim olmamışdır. O, həmin vaxt pula ehtiyacı olduğu üçün Mehmanın bu barədə təklifini qəbul etmişdir. Bundan sonra atasının əmisioğlu, Şəmkir rayonunun Qaracəmirli kənd sakini, heyvanların alqı-satqısı ilə məşğul olan habelə qəssab kimi fəaliyyət göstərən Şahid2 zəng edib ona satılıq heyvanlar olduğunu və həmin heyvanların satılmasında ona köməklik göstərməsini xahiş etmiş və Sakit onunla razılaşmışdır. Onlar Mehmanla belə qərara gəlmişlər ki, 9 baş heyvanı Sakitə versinlər satsın, bunun nəticəsində əldə etdikləri pulu isə Mehmanla ikisi aralarında bölsün. Lakin o, həmin heyvanların oğurluq olması barədə Sakitə heç nə deməmişdir. Növbəti gün günorta saat 13 radələrində Sakit qara rəngli “QAZ 24” markalı dövlət nömrə nişanını bilmədiyi avtomobildə Ceyrançöl ərazisində olan yatağa gəlmişdir. Onun gəldiyi avtomobili idarə edən həmkəndliləri soyadını bilmədiyi, atasının adı Sürətəli olan Sübhan olmuşdur. Onlar gələnə kimi Mehman ona yanı quzulu 4 baş, yəni ümümilikdə 8 baş və yanında quzusu olmayan 1 baş qoyunu sürünün içərisindən seçib vermişdir ki, onları aparıb satsın. Sonra isə Mehman yataqda qalmış və o, heyvanları otarmağa aparmışdır. Bu zaman o, ərazidə otlayan heyvanların içərisindən daha 15 baş qoyunu seçib onları satılacaq digər 9 baş heyvana qatıb Sakitin gəlməsini gözləmişdir. Beləliklə Sakit gəldikdən sonra onlar ümumilikdə 24 baş heyvanı Sakitin gəldiyi avtomobilin arxasında olan qoşquya yükləmişlər və sonuncu çıxıb getmişdir. O, Mehmana əlavə 15 baş qoyun oğurlayıb satmağı barədə isə heç nə deməmişdir. O, Sakitlə quzulu qoyunların qiymətini 300 manatdan, quzusuz qoyunları isə 200 manatdan razılaşmışdır. Bundan bir neçə gün sonra 2 dəfəyə olmaqla Sakit ümumilikdə ondan aldığı qoyunlara görə ona 4400 manat pul vermişdir. O isə həmin puldan 1200 manatını Ceyrançöldə yerləşən yataqda təklikdə yarıbayarı bölüb 600 manatını Təqsirləndirilən şəxs2 vermişdir. Yerdə qalan 3800 manat pulun 2000 manatını kredit borcunu ödəmiş, digər hissəsini isə öz ehtiyacına xərcləmişdir. Bir baş qoyuna münasibətdə isə 200 manat pulu sürürücüyə verməyini dediyi üçün Mehman 200 manat pulu ondan götürməmişdir, əslində isə o 200 manat pulu sürücüyə verməmiş, onu da öz ehtiyaclarına xərcləmişdir. Beləliklə 2023-cü ilin may ayında onlar Gədəbəy rayonunun Arıxdam ərazisində olan yaylaq sahəsinə köçmüşlər. Yaylaqda əlavə çobana ehtiyac olduğundan Arzu ona tapşırmış ki, əlavə 1 nəfər də çoban tapsın. Belə olduqda o, həmkəndlisi olan və işsiz olduğunu bildiyi Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs Gədəbəy rayonu, Arıxdam kəndi ərazisində yerləşən yaylağına çağırmışdır. Yaylağa köçdükdən bir neçə gün sonra Müseyib işləmək istəmədiyini deyib çıxıb getmişdir. Belə olduqda Arzu, o və Mehman Müseyibin təhvil verdiyi heyvanları saymışlar. Heyvanları sayan Arzu ilə Mehman olmuş və heyvanların sayı barədə qeydiyyatı Mehman özü aparmışdır. Müseyib getdikdən sonra sonuncudan təhvil alınan heyvanlara çobanlıq etməyi Arzu ona və Mehmana tapşırmışdır. Ümumiyyətlə bütün heyvanlara və çobanların işinə nəzarəti baş çoban Mehman etmişdir. Ancaq konkret olaraq Müseyibdən təhvil aldıqları heyvanlara nəzarəti o etmiş, ona işlərində Təqsirləndirilən şəxs1 köməklik etmişdir. Bir sözlə onlara təhvil verilən heyvanlara görə məsuliyyəti həm o, həm Mehman, həm də Zeynal daşımışdır. Onun Zeynalla birlikdə heyvan otardığı ərazinin ətrafı çəpərlənməmişdir. Heyvanlar çöldə qalmış, onların qalması üçün yataq belə olmamışdır. Heyvanlar gecəni çöldə qaldıqları üçün çox vaxt onları canavar aparmış ya elələri də olmuşdur ki zəif olduqları üçün ölmüşlər. İyun ayının xatırlamadığı tarixində Zeynal ona çıxıb getmək istədiyini demişdir. Səbəbi barədə soruşduqda Zeynal ona demiş ki, anası xəstədir, həmçinin Arzu ona söz verdiyi pulu vermədiyinə görə gedir. Zeynal gedən gün Mehman yaylaqda olmamışdır. Onun getməsi barədə məlumatı Mehmana o zəng edib demişdir. O, Mehmana zəng edib Zeynalın çıxıb getdiyini demişdir. Elə həmin günün səhərisi Mehman Arzu ilə birlikdə yaylağa gəlmişlər və onlar birlikdə heyvanları saymışlar. Heyvanları sayarkən 336 başı əksik gəlmişdir. Arzu ondan heyvanların harada olmasını soruşduqda bilmədiyini demişdir. Sonra Arzu ilə Mehman ətraf əraziyə baxmışlar, lakin 336 baş heyvanı tapmamışlar. Belə olduqda X37 Nazirliyinin “102” xidmətinə zəng edib şikayət etmişdir. Bu məsələ ilə bağlı polis əməkdaşları gəlib heyvanları sayarkən 336 baş deyil, 228 baş heyvanın olmadığını müəyyən etmişlər. Bundan sonra o, polis şöbəsinə çağırılmışdır. Orada da izahatı alınarkən o, 228 baş heyvanın kim tərəfindən oğurlanmasını bilmədiyini demişdir. Polis şöbəsini tərk etdikdən sonra isə o, bir daha Arzunun fermasına getməmişdir. Sonradan cinayət işinin istintaqı ilə bağlı ifadə vermək üçün Gədəbəy rayon Polis Şöbəsinə gələrkən orada ona məlum olmuşdur ki, o çıxıb getdikdən sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yenidən çobanlıq etmək üçün geri çağırmışdır və onlar da qayıtdıqdan sonra Zərərçəkmiş şəxs məxsus heyvanları oğurlayıb əldə etdikləri pulu mənimsəmişlər. O, Arzunun Ceyrançöl qışlağında olan heyvanlarından 9 başını Mehmanla birlikdə, 15 başını isə tək ələ keçirib satmışdır. Bundan başqa o, Arzunun hər hansı heyvanını oğurlamamış və oğurlanmasında hər hansı formada iştirak etməmişdir. O, 8 baş qoyunu yanında quzusu ilə birlikdə və 1 baş quzusuz qoyunu, ümumilikdə 9 baş heyvanı Mehmanın təklifi ilə satmış və həmin heyvanlara görə əldə etdiyi pulun 600 manatını Mehmanla bölüşmüşdür. O, həmin heyvanları ona görə satmışdır ki, kredit borcunu azaltsın. O, heyvanları satıb əldə etdiyi 2000 manat pulu kreditinə ödəmiş, yerdə qalan pulu isə ehtiyaclarına sərf etmişdir. Hazırki cinayət işi başlandıqdan sonra o, Zərərçəkmiş şəxs vurduğu zərəri tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxs onunla əmək müqaviləsi bağlamamışdır. O, Arzunun heyvanlarını oğurlamamışdan əvvəl Arzunun özündən ona 1 illik əmək haqqını qabaqcadan verməsini istəmişdir. Arzu isə cavabında pulunun olmadığını deyib ona 1 illik əmək haqqını qabaqcadan verməmişdir. O da bu səbəbdən Arzunun ona etibar etdiyi heyvanları satıb pulunu mənimsəmişdir. Nə Arzu, nə də Mehman ona sayıb heyvan təhvil verməyiblər. Ancaq orası düzdür ki, heyvanların otarılması, onlara nəzarət edilməsi ona tapşırılmışdır. Heyvanlarla bağlı bütün məsuliyyəti Mehman kimi o da daşımışdır. Yaylaqda olduğu müddətdə o, Zərərçəkmiş şəxs hər hansı heyvanını satmamış, pulunu mənimsəməmişdir. Zeynal və Mehmanın Zərərçəkmiş şəxs heyvanlarını satıb pulunu mənimsəyib-mənimsəmədiklərini bilmir. O, Zərərçəkmiş şəxs ümumilikdə 24 baş xırdabuynuzlu heyvanını eyni tarixdə ələ keçirib satması üçün qohumu Şahid2 vermişdir, əvvəlki ifadəsində Mehmanın satmağı üçün ona 8 baş xırdabuynuzlu heyvanı verməsi barədə düzgün göstərməmiş, bu say 9 baş olmuşdur, O, hazırki ifadəsini təsdiq edir. O, Təqsirləndirilən şəxs2 yataqdan seçib ona verdiyi 8 baş quzusu yanında olan qoyun və 1 baş qoyun, yəni ümumilikdə 9 baş xırdabuynuzlu heyvanı, habelə özü otardığı sürüdən seçdiyi 15 baş doğar qoyunu müxtəlif vaxtlarda deyil, eyni tarixdə satması üçün həmkəndlisi Sakitə təhvil vermişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmişə vurduğu ziyanı ödəmişdir. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs4 özünü təqsirli bilmiş, ifadə verərək, bildirmişdir ki, 2023-cü ilin iyul ayının xatırlamadığı tarixində Zərərçəkmiş şəxs məxsus Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən fermada Təqsirləndirilən şəxs1la birlikdə heyvanları qırxıb qurtardıqdan sonra, qırxılmış sürünü “Böyük boyun” adlanan yaylaq sahəsinə apararkən yolda Təqsirləndirilən şəxs1 ona həmin sürüdən 3 baş quzu ayırıb vermiş, o isə həmin quzuları Gədəbəy rayonunda yerləşən mal bazarı adlanan yerdə sataraq əldə etdiyi pulu sonradan Təqsirləndirilən şəxs1la aralarında bölmüşdür. Bundan sonrakı dövrdə, yəni 2023-cü ilin iyul ayı ərzində o, əvvəlcə Mehman və Zeynalla birlikdə sonuncuların Zərərçəkmiş şəxs məxsus “Böyük Boyun” yaylağındakı sürüdən seçib ona verdikləri 10 baş quzu, 3 baş qoç, 2 baş qoyun və 5 baş keçini aralarında olan razılığa görə Gədəbəy rayonun yerləşən mal bazarında satmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 eyni qaydada ona 7 baş quzu, 3 baş qoyun seçib vermişdir ki, aparım satsın və əldə etdikləri pulu eyni qaydada aralarında bölsünlər. Lakin o, həmin vaxt Mehmanın xəbəri olmadan Zərərçəkmiş şəxs məxsus sürüdən 5 baş erkək keçini qabağına qatıb haylayaraq aparmışdır. Məhz həmin 5 baş keçini oğurladığına görə ona verilmiş ittihamla da razıdır. Sonuncu dəfə isə Mehman ona Zərərçəkmiş şəxs məxsus sürüdən 4 baş quzu, 2 baş qoyunu seçib vermiş və o, həmin heyvanları aparıb satmışdır. Əldə olunan pulları isə aralarında bölmüşlər. Qeyd etdiyi sayda heyvandan başqa o, Zərərçəkmiş şəxs məxsus yaylaqdan heyvan aparmamış və satmamışdır. Zərərçəkmiş şəxs uşaq yaşlarından fermer kimi tanıyır. 2022-ci ilin qış aylarında xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs istəyi ilə 1 ay sonuncunun Tovuz rayonu Ceyrançöl ərazisində yerləşən fermasında xırdabuynuzlu heyvanlarına çobanlıq etmişdir. Orda həmkəndlisi, uşaq yaşlarından tanıdığı Şahid1 və tanımadığı digər şəxslərlə birlikdə çobanlıq etmişdir. Daha sonra Arzunun yanından çıxmışdır. Yanından çıxarkən 130 manat Arzuya borcu qalmışdır. Həmin borc Arzunun ona gətirdiyi ərzaq məhsullarının müqabilində yaranmışdır. Lakin bu məsələ ilə bağlı aralarında problem olmamış, Arzu ilə münasibətləri yaxşı olmuş, hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs2 uşaq yaşlarından tanıyır, sonuncu həmçinin onun qohumudur. Təqsirləndirilən şəxs1 əvəllər tanımamışdır. Zeynalla Zərərçəkmiş şəxs məxsus fermada 2023-cü ilin iyul ayında qoyun qırxımında iştirak edərkən tanış olmuşdur. Təqsirləndirilən şəxs3 isə tanımır. 12 iyul 2023-cü il tarixdə işləmək üçün getdiyi Rusiya Federasiyasından yaşadıqları Gədəbəy rayonunun Daşbulaq kəndinə qayıtmışdır. 2023-cü ilin iyul ayının ortalarında dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs Gədəbəy rayon Mərkəzi bazarında olarkən ona yaxınlaşaraq söhbət etmişdir. Söhbət zamanı Arzu ona borclu olduğu 130 manatın müqabilində Gədəbəy rayonunu Slavyanka kəndi ərazisində yerləşən fermasında 5 gün müddətində heyvanlarının qırxımına kömək etməyini istəmiş və bunun müqabilində həmin borcu siləcəyəni demişdir. O, bu barədə Arzuyla razılaşmışdır. Səhəri gün Arzunun oğlu Kənan onu kəndlərindən götürərək həmin fermaya aparmışdır. Orada Zərərçəkmiş şəxs məxsus sayını dəqiq bilmədiyi iri və xırdabuynuzlu heyvanlar olmuşdur. Təqsirləndirilən şəxs2 də orada qoyun qırxımında olduğunu görmüşdür. Həmçinin qırxım müddətində sonrakı söhbətlərində əslən Şəmkir rayonundan olduğunu öyrəndiyi Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Zeynal da orada heyvanların qırxımında iştirak etmişdir. Onlar qoyunları növbəli şəkildə qırxmışlar. Belə ki Arzuya məxsus sürüdəki xırdabuynuzlu heyvanları 2 hissəli olmaqla qırxılmış və qırxımı tamamlanmış hissəni həmin gün axşamı Gədəbəy rayonun Arıxdam kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus “Böyük boyun” adlanan yaylaq sahəsinə aparmışlar. Təqsirləndirilən şəxs1 yolda olarkən ondan heyvan alıbalmamasını soruşmuşdur. O isə pulunun olmadığını demişdir. Belə olduqda Zeynal ona Zərərçəkmiş şəxs məxsus sürüdən gizlin 3 baş quzu verəcəyini və həmin quzuları satdıqdan sonra əldə edəcəyi pulu aralarında bölməyi təklif etmişdir. O, Zeynalın bu təklifi ilə razılaşmışdır. Yolda olarkən Zeynal ona sürüdən ayırıb 3 baş, diri çəkiləri 17-18 kiloqram olan, 7-8 aylıq quzu vermiş və onları razılaşdıqları kimi satmağı demişdir. Onlar həmin 3 baş quzunu qabaqlarına qatıb çökək bir əraziyə salmış və bundan sonra Zeynal qabağındakı sürünü aparmağa davam etmişdir, o isə orada qalmışdır. Daha sonra əvvəldən tanıdığı taksi sürücüsü kimi fəaliyyət göstərən həmkəndlisi soyadını bilmədiyi atasının adı Namiq olan İsmətə zəng edərək, 3 baş quzu aldığını və həmin heyvanları satmaq üçün Gədəbəy rayonu, Yenikənd kəndi ərazisində yerləşən heyvan bazarına aparmaq lazım olduğunu deyərək həmin əraziyə gəlməsini xahiş etmişdir. Həmin gün həftənin şənbə günü olduğunu xatırlasa da, dəqiq tarix yadında deyil. Təxminən 25-30 dəqiqə sonra İsmət özünə məxsus dövlət nömrə nişanını bilmədiyi ağ rəngli “VAZ 2107” avtomobili ilə həmin əraziyə gəlmişdir. O, həmin 3 baş quzunu onun avtomobilinin yük yerinə qoymuş və onlar birlikdə bazara getmişlər. İsmətə heyvanların oğurluq olması barədə heç nə deməmişdir və o da bu barədə soruşduqda ona heyvanların özünə məxsus olduğunu və satmaq üçün bazara apardığını demişdir. Həmin heyvanları Gədəbəy rayonu, Yenikənd kəndi ərazisində yerləşən heyvan bazarında 570 manata tanımadığı şəxsə satmışdır. O, heyvanları sataraq qayıdıb Zeynalla axşam tərəfi görüşmüş və pulun 170 manatını ona vermişdir. Qalan pulu isə öz şəxsi ehtiyaclarına sərf etmişdir. Həmin görüşdə o, Zeynala bir sıra ərzaq məhsulları, markasını və modelini dəqiq xatılrmadığı qara rəngli bir ədəd düyməli telefon vermişdir. Zeynala telefon verməyinin səbəbi onun heyvanları satıb əldə etidiyi puldan ona telefon almağını xahiş etməsi olmuşdur. Belə ki Zeynalın telefonu xarab olmuş və işləməmişdir. Bu hadisələr baş verən zaman o, artıq Arzunun yanından çıxmış və fəhləliyə davam etmişdir. Bundan iki və ya üç gün sonra Təqsirləndirilən şəxs2 istifadəsində olan xatırlamadığı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng gəlmişdir. Daha doğrur Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrədən ona zəng cəhdi olmuş və o belə olduqda Təqsirləndirilən şəxs2 zəng etmişdir. Zeynal və Mehman telefon danışığı zamanı ona heyvan gətirəcəklərini, həmin heyvanları sata bilib-bilməyəcəyini soruşmuşdur. O. onlarla razılaşmış və həmin gün bu barədə daha dəqiq söhbət etmək üçün atla “Böyük Boyun” yaylağına getmişdir. Orada söhbət zamanı Mehman və Zeynal ona bir neçə heyvan verəcəklərini və onları aparıb sataraq əldə etdiyi pulu aralarında bölməyi təklif etmişlər. Bu təkliflə razılaşdıqdan sonra səhəri gün o, tək piyada “Böyük Boyun” yaylağına getmişdir. Orada Mehman və Zeynalın əvvəlcədən seçib qırağa qoyduğu 10 baş quzu, 3 baş qoç, 5 baş keçi və 2 baş qoyunu qabağına qatıb Gədəbəy rayonu, Yenikənd kəndi ərazisində yeləşən heyvan bazarına aparmışdır. Həmin 10 baş quzu 7-8 aylıq, diri çəkiləri təxminən 14-15-16-17-18 kiloqram olmuş, 2 baş qoyunların diri çəkiləri 30-35 kiloqram, 3 baş qoçun diri çəkiləri təxminən 30-35-40 kiloqram, 5 baş erkək keçilərin diri çəkiləri təxminən 25-30 kiloqram olmuşdur. O, “Böyük boyun” yaylağına çatanda orada Zeynal və Mehman olmuş, sonuncular həmin heyvanları əvvəlcədən seçib qırağa qoymuşdular və o, həmin heyvanları onların razılığı ilə şərtləşdikləri kimi aparmışdır. Həmin 20 baş xırdabuynuzlu heyvanı bazarda gün ərzində tanımadığı müxtəlif şəxslərə sataraq 2200 manat pul əldə etmişdir. Həmin gün axşam saatlarında Mehmana zəng edərək satdığı heyvanların müqabilində 2200 manat əldə etdiyini bildirmişdir. Mehman ona arvadı Aidənin “Kapital” banka məxsus hesab kartının nömrəsini deyərək 900 manat pul atmağını bildirmişdir. O, pulun Zeynala çatacaq hissəsi ilə maraqlandıqda Mehman bu məsələnin onluq olduğunu deyərək qarışmamağını söyləmişdir. O, səhəri günü Mehmanın ona verdiyi hazırda xatırlamadığı kart nömrəsinə 700 manat pul atmışdır. Pulu atdıqdan sonra çatıbçatmamasını soruşduqda Mehman pulun çatdığını demişdir. Növbəti günlərdə Zeynal ona 2 dəfə zəng edərək ona niyə pul vermədiyini soruşmuşdur. O, Zeynala “Mehman mənə deyib ki, Zeynala pul vermə, o iş mənlikdi” demişdir. Zeynal Mehmanın ona heç bir məbləğdə pul vermədiyini demişdir. O da cavabında məsələnin onluq olmadığını, Mehmanla danışmağının lazım olduğunu demişdir. Bundan bir neçə gün sonra atası ona zəng edib Zeynal adlı şəxsin onların evinə gəldiyini və onun Zeynala borclu olduğu 100 manat pulu istədiyini demişdir. O da atasına həqiqətən də Zeynala 100 manat pul borclu olduğunu və həmin məbləğdə pulu ona verməsini xahiş etmişdir. Atası pulunun olmadığını dedikdə o qonşuların birindən 100 manat alıb Zeynala verməsini demişdir. Bundan sonrakı günlərdə Zeynal ona təkrar zəng etməmiş, ondan hər hansı məbləğdə pul istəməmişdir. Bundan beş-altı gün sonra Mehman yenidən ona zəng edib “Böyük Boyun” adlanan yaylağa gəlib oradan heyvan götürməyini demişdir. O, həmin gün Mehmandan gedib eyni qaydada “Böyük Boyun” yaylağından 7 baş quzu və 3 baş qoyun təhvil almışdır. Həmin 7 baş quzu 7-8 aylıq, diri çəkiləri təxminən 14-15-16-17-18 kiloqram olmuş, 3 baş qoyunların diri çəkiləri isə təxminən 30-35 kiloqram olmuşdur. Həmin vaxt o, Mehmandan xəbərsiz oradakı Zərərçəkmiş şəxs məxsus sürüdən əlavə olaraq diri çəkiləri təxminən 20-25 kiloqram olan, təxminən 12-15 kiloqram ət çıxarı olan 5 baş keçini satmaq üçün qabağına qatıb Gədəbəy rayonunun Yenikənd kəndi ərazisində yeləşən heyvan bazarına aparmışdır. Bu dəfə heyvanları alanda Mehman tək olmuşdur. Mehmandan Zeynal niyə olmaması və harada olması barədə soruşduqda Mehman Zeynalın çıxıb getdiyini demişdir. Heyvanları bazara aparıb tanımadığı müxtəlif şəxslərə 8 başını ümumilikdə 870 manata satmışdır. Bu barədə Mehmana zəng edib bildirmişdir. Daha sonra əvvəllər tanıdığı, qəssab işləyən qonşu Maarif kəndinin sakini olan Şahid4 zəng edərək 7 baş xırdabuynuzlu heyvanı olduğunu və onları almasını xahiş etmişdir. Azər həmin heyvanları ala biləcəyini dedikdən sonra danışıq zamanı şərtləşdikləri kimi həmin 7 baş quzunu Azərin Slavyanka kəndi ərazisində yerləşən qəssabxanasına aparmışdır. Azər orada həmin heyvanları çəkiylə nisyə alaraq pulunu 2-3 gün sonra verəcəyini demişdir. Azərə həmin heyvanların ona məxsus olduğunu demişdir, sonuncu heyvanların oğurluq olmasını bilməmişdir. Bu dəfə də Mehmana zəng etmiş və Azərin heyvanları nisyə aldığını və pulunu 2-3 gün sonra verəcəyini demişdir. Mehman buna etiraz etməmişdir. Həmin gün Mehmanın arvadı Aidənin əvvəl də 700 manat pul atdığı bank kartına əldə etdiyi 870 manatın 500 manatını atmışdır. Bu hadisədən təxminən 2-3 gün sonra Slavyanka kəndi ərazisində çayxanada olduğu zaman axşam saat 8 radələrində Mehman ona zəng edərək ondan daha 5-6 baş heyvan ala bilib-bilməyəcəyini soruşmuşdur. O, yenə bu barədə razılaşmışdır. Heyvanları sayı az olanda onları piyada gətimək çətin olur. Bu səbəbdən Mehmana heyvanları tək gətirə bilməyəcəyini demişdir. Mehman cavab olaraq özünə 1 nəfər köməkçi tapmağını və onunla birlikdə heyvanları gəlib aparmağını söyləmiş, lakin həmin adama heyvanların oğurluq olmasını deməməyini və ona guya həmin heyvanların ona məxsus olduğunu deməyini tapşırmışdır. Belə olduqda o, çayxanada oturduğu dostu, əslən Şəmkir rayonundan olan atasının adı Taleh olan Faiqə bir neçə heyvanı olduğunu və onları dağdan aparıb satmaqda ona kömək lazım olduğunu demişdir. Faiq ona kömək etməyə razı olmuş və onlar elə həmin gün axşam saat 10-11 radələrində piyada “Böyük boyun” yaylağına qalxmışlar. Orada Mehman tək olmuş və sonuncuyla görüşdükdən sonra onlara verdiyi 4 baş quzu və 2 baş qoyunu qabaqlarına qatıb Gədəbəy rayonunun Yenikənd kəndi ərazisinə yerləşən heyvan bazarına gətirmişlər. Həmin 4 baş quzu 7-8 aylıq, diri çəkiləri təxminən 14-15-16-17-18 kiloqram olmuş, 2 baş qoyunların diri çəkiləri 30-35 kiloqram olmuşdur. Bazara çatanda saat təxminən gecə 3-4 olmuşdur. Orada Faiqi 10 manat taksi pul verib yola salmış, özü isə bazarda qalaraq heyvanları satmağa başlamışdır. 1 saat yarım ərzində həmin heyvanları tanımadığı şəxsə ümumilikdə 760 manata satmışdır. Səhəri gün günorta saatlarında Mehmanla əlaqə saxlamış və heyvanları 760 manata satdığını demişdir. Mehman növbəti gün yaşadığı Şəmkir rayonuna gedəcəyini və Gədəbəy rayonunun Maarif kəndi ərazisindən keçən yolun qırğında görüşüb 200 manat alacağını demişdir. Danışdıqları kimi də səhəri gün onlar görüşmüşlər və o, Mehmana 150 manat vermişdir. Pulu verən zaman Mehman ona 300 manat borclu qaldığını bildirmişdir. O, Mehmana düzgün hesablamadığını və ona 150 manat borclu olduğunu demişdir. Bu hadisələrdən sonra Mehmanla bir daha əlaqə saxlamamışdır. 5-10 gün sonra isə Mehmanın həmin satdıqları oğurluq heyvanlara görə tutulduğunu eşitmişdir. O, Mehman və Zeynaldan aldığı heyvanları hər dəfə Gədəbəy rayonunun Yenikənd kəndi ərazisində yerləşən heyvan bazarına aparmışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmişə vurulmuş ziyanı ödəmişdir. Ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, 2008-ci ildən etibarən fermer kimi fəaliyyət göstərir, hazırda təsərrüfatında 1400 baş xırdabuynuzlu, 120 baş isə iribuynuzlu heyvan vardır. Heyvanlarını qış fəslində Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində yerləşən fermasında, yay fəslində isə Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən “Böyük Boyun”adlanan ərazidəki yaylaqda saxlayır. Təqsirləndirilən şəxs2 təxminən 15 il olar ki, Gədəbəy rayonu, Səbətkeçməz kənd sakini kimi tanıyır. Mehman 2014 və ya 2015-ci ildən 2023-cü ilin iyul ayının ortalarına qədər ayrı-ayrı vaxtlarda onun heyvanlarına çobanlıq etmişdir. O, həmçinin Mehmanın atası Yadigəri də tanıyır. Belə ki, Mehman onun fermasında işlədiyi müddətdə işə çıxmadığı vaxtlarda atası Yadigər gəlib onu bir müddət əvəz etmişdir. Lakin o Yadigəri çoban kimi heç vaxt işə götürməmiş və ona hər hansı məbləğdə əmək haqqı verməmişdir. O çobanlarının əmək haqqını heç vaxt kəsməmiş, hətta elə olmuş ki, onların əməkhaqlarını vaxtından əvvəl vermişdir. Bunu deməkdə məqsədi odur ki, o heç bir işçisindən pul almamış, heç bir işçisinə borcu olmamış və hazırda da yoxdur. Onun fermasında çoban kimi işlədiyi müddətdə bir neçə dəfə Mehmanın onun heyvanlarını oğurlayıb satmasını aşkar etsə də, bunu sübut edə bilməmişdir. Bu barədə Tovuz və Gədəbəy rayon polis şöbələrinə şikayət etsə də, heyvanlarının Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanması sübuta yetirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 heyvanların gah acından öldüyünü, gah da canavar apardığını demiş, heyvanlarının oğurlanmasını isə təsdiq edəcək başqa sübutu olmamışdır. 2023-cü ilin yanvar ayının əvvəllərində heyvanları Ceyrançöl əzraisində yerləşən fermada olmuşdur. Təqsirləndirilən şəxs2 ona zəng edib keçinin buynuzu ilə fermanın qapısını açdığını, fermada olan 76 baş qoyunun arpa yeyərək köpüb öldüyünü bildirmişdir. Belə olduqda o Ceyrançöl ərazisində yerləşən fermasına getmiş və həqiqətən də, 76 baş qoyununun köpərək ölmələrinin şahidi olmuşdur. Bu hadisədən bir müddət sonra Təqsirləndirilən şəxs2 xəstələndiyini deyib, fermanı tərk edib getmiş, gedərkən onu bir müddət atası Yadigər əvəz etmiş, sonra isə Mehman gəlib atası Yadigəri də özü ilə aparmış və geri qayıtmamışdır. 2023-cü ilin yanvar ayından aprel ayına kimi Təqsirləndirilən şəxs2 onun fermasında çobanlıq etməmişdir. 2023-cü ilin aprel ayında heyvanlarını Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən “Böyük Boyun” adlanan ərazidəki fermasına gətirməli olmuşdur. Həmin vaxt qışlaqda olan çobanları çıxıb getdikləri üçün məcbur olub heyvanları nəzarətsiz qalmasın deyə Təqsirləndirilən şəxs2 zəng edib ona işlərində bir həftəlik kömək etməsini demişdir. Təqsirləndirilən şəxs2 danışıq zamanı ona bildirmişdir ki, Düzyurd kəndində fermer təsərrüfatı ilə məşğul olan Xəqani işindən çıxmaq istəyir və o, Xəqanini də gətirib onun yanına gələrək ona çobanlıq edəcəklər. O, Mehmanla razılaşmışdır. Həmin günün səhəri Mehman tək onun “Ceyrançöl” ərazisində yerləşən fermasına gəlmiş və həmin gündən çoban kimi fəaliyyətə başlamışdır. Onun Ceyrançöl ərazisində iki yatağı vardır. 2023-cü ilin aprel ayında yatağın birində 1159 baş xırdabuynuzlu heyvan olmuşdur ki, onlara Şahid1 çobanlıq etmişdir. Digər yataqda olan 715 baş heyvanına isə nəzarət edən çoban olmamışdır. Həmin yataqda olan 675 baş xırdabuynuzlu heyvanına isə soyadını və atasının adını bilmədiyi Namiq adlı şəxs çobanlıq etmişdir. Təqsirləndirilən şəxs2 yanına gəldikdən sonra o, 715 baş yanında quzusu olmayan qoyunu sayıb ona təhvil vermişdir. Təqsirləndirilən şəxs2 gəldikdən təxminən 1 həftə sonra Təqsirləndirilən şəxs3, ondan bir neçə gün sonra isə Təqsirləndirilən şəxs1 onun Ceyrançöldəki yatağına gəlmişlər və ona məxsus olmaqla Mehmana sayıb verdiyi ümumilikdə 715 baş yanında quzusu olmayan qoyunlara çobanlıq etməyə başlamışlar. Təqsirləndirilən şəxs2 onun yatağına çoban kimi gətirdiyi Təqsirləndirilən şəxs3 və Ataşov X18 rayonunun Qaracəmirli kəndindən olmuşlar. Onları əvvəllər tanımamış, aralarında hər hansı əlaqə, münasibət olmamışdır. 15 may 2023-cü il tarixdə o heyvanlarını 6 ədəd qoşqulu “Kamaz” markalı yük avtomobili ilə 1900 baş qoyun-quzunu, 357 baş anası ilə birlikdə quzuları, habelə 170 baş keçiləri Ceyrançöl ərazisində yerləşən qışlaqdan Gədəbəy rayonu, Arıxdam kəndi ərazisində yerləşən “Böyük Boyun” adlanan yaylağa gətirmişdir. 542 baş xırdabuynuzlu heyvanı isə Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs3 piyada qabaqlarına qatıb gətirmişlər. 101 baş heyvanı isə zəif olduqları üçün qışlaqda Təqsirləndirilən şəxs2 onların işlərində müvəqqəti köməklik edən atası Yadigər Quluyevin yanında qalmışdır. Yaylağa gəldikdən sonra o çobanları arasında heyvanlarını bölmüşdür. Belə ki, o sürüdən 1014 baş heyvanı sayıb çobanı Namiqə, 1824 baş heyvanı isə sayıb Müseyib Sülymanova təhvil vermişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs2 ona zəng edərək çıxıb getmək istədiyini və ondan heyvanları sayıb təhvil almağını söyləmişdir. Belə olduqda o 05 iyun 2023-cü il tarixdə yaylağa gedib Şahid1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iştirakları ilə heyvanları saymışdır. Heyvanların sayı 1824 deyil, 1814 olmuşdur. Şahid1 əskik 10 heyvanın öldüyünü və ya itdiyini bildirdikdə onunla razılaşmış, bununla bağlı onunla arasında narazılıq olmamışdır. Təqsirləndirilən şəxs2 baş çoban olmaqla çobanların hamısının işinə nəzarət etmişdir. Heyvanlar sayıldıqdan sonra o Təqsirləndirilən şəxs3 bildirmişdir ki, “mən və Təqsirləndirilən şəxs2 hələ bir müddət Ceyrançölə gedib-gələcəyik, heyvanlar sənin öhdəliyində qalacaq, buna görə də heyvanları yenidən sayaraq təhvil al ki, sonradan sənə əskik heyvan verməyim barədə şikayət etməyəsən”. Təqsirləndirilən şəxs3 cavabında “Təqsirləndirilən şəxs2 heyvanları sayıb, mən ona inanıram, təkrar heyvanları saymağıma ehtiyac yoxdur” deyə bildirmişdir. O, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 heyvanları təhvil verdikdən bir neçə gün sonra Təqsirləndirilən şəxs1 gəlib heyvanları otarmaqda onlara, yəni Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 köməklik etməyə başlamışdır. 11 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 ona zəng edib, Təqsirləndirilən şəxs1 xəbərsiz qaçıb getdiyini və telefonuna zəng çatmadığını bildirmişdir. Belə olduqda o heyvanlarının Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən oğurlamasından şübhələnmişdir. Bu barədə şübhələnməyinə əsas isə o olmuş ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə yaxın olmuş və Təqsirləndirilən şəxs1 onlara hər hansı söz demədən fermadan getməsi mümkün deyilmiş. Həmin günün səhərisi, yəni 12 iyun 2023cü il tarixdə səhər saat 8 radələrində heç kimə xəbər vermədən özünə məxsus fermaya getmişdir. Avtomobilindən aşağı düşən kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yanına çağırıb onlara heyvanları saymaq üçün gəldiyini demişdir. Bu zaman Təqsirləndirilən şəxs2 “Ayə, gəlin sayaq, heyvan mənim də gözümə az gəlir” deyə bildirmişdir. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 1814 baş qoyun-quzu təhvil vermişdir və sayımın sonunda bu sayda heyvan yerində olmalı idi. Beləliklə o Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2lə birlikdə heyvanları saymağa başlamışlar. Heyvanların sayımı 50 ədədi 1 cüt olmaqla sayılır və bu say 100-ə bərabər olur. Bundan sonra o və Təqsirləndirilən şəxs2 heyvanları saymışlar, Təqsirləndirilən şəxs3 isə özündə olan vərəqdə həmin sayı qeyd etmişdir. Sayımın sonunda 336 baş heyvanının əskik olduğunu aşkar etmişdir. Bundan sonra o Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 336 baş heyvanının harada olmasını soruşduqda, onlar bilmədiklərini söyləmişlər. O düşünmüşdür ki, bəlkə heyvanlar çöldə qalmış və ya qonşuluqda yerləşən Hicran və Cəsarət adlı fermerlərin heyvanlarına qarışmışdır. O Təqsirləndirilən şəxs2lə birlikdə avtomobilə əyləşib ətraf ərazini gəzmişlər, hətta Cəsarət və Hicran adlı fermerlərin heyvanlarına baxmışlar, həmçinin onların çobanlarından onun heyvanlarını görübgörmədiklərini soruşmuşlar. Ətraf ərazilərə, adlarını çəkdiyi fermerlərin yataqlarına baxsalar da heyvanlarının nə ölüsünü nə də dirisini aşkar etməmişlər. O, təsərrüfatında olan heyvanların bel nahiyəsinə butulka ilə göy rəngli damğa vurdurmuşdur ki, əgər heyvanları itsə onları rahatlıqla tapa bilsin. Bu zaman əmin olmuşdur ki, 336 baş heyvanı oğurlanmışdır. Belə olduqda o Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib 336 baş heyvanının oğurlanması barədə məlumat vermişdir. Bundan sonra Gədəbəy rayon polis şöbəsinin əməkdaşları onun izahatını almışlar və onlar birlikdə heyvanlara baxış keçirmək üçün yaylağa getmişlər. Onlar heyvanları birlikdə sayarkən 228 baş heyvanının əskik olmasını aşkar etmişlər. Bundan sonra təkrar yenidən sayım apardıqda həqiqətən də 228 baş heyvanının əskik olduğunu aşkar etmişdir. Həmin vaxt heyvanların sayımında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 də orda iştirak etmişlər, onlar da heyvanların əskik gəlməsinin şahidi olmuşlar və bunu təsdiq etmişlər, lakin heyvanların kim tərəfindən oğurlanmasını bilmədiklərini demişlər. O isə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 demişdir ki, heyvanları onlara təhvil vermiş və 228 baş heyvanını onlar oğurlamışdır. Heyvan sayıldığı günün səhərisi Təqsirləndirilən şəxs3 qaçıb getmiş, Təqsirləndirilən şəxs2 isə bir neçə gün heyvanların yanında qaldıqdan sonra o da qaçıb getmişdir. Bundan sonra bir neçə gün ərzində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, həmçinin Təqsirləndirilən şəxs1 Gədəbəy rayon Poliş şöbəsinə izahatlarının alınması üçün çağırılmışlar və izahatları alınarkən onlar onun heyvanlarının oğurlanmasını etiraf etsələr də, heyvanların kim tərəfindən oğurlanmasını bilmədiklərini demişlər. Polis əməkdaşları isə bununla kifayətlənib, onun heyvanlarını oğurlayan şəxsləri müəyyən etməmişlər. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs1 ona zəng edib işsiz olduğunu demiş və ondan xahiş etmişdir ki, onu çoban kimi işə götürsün. O da Zeynalı işə götürmüşdür. Zeynal gəldikdən bir neçə gün sonra, o, Təqsirləndirilən şəxs2 evinə gedib ondan 228 baş heyvanının kim tərəfindən oğurlanmasını soruşmuşdur. Mehman isə and içərək heyvanları oğurlamadığını və kim tərəfindən oğurlanmasını bilmədiyini demişdir. Hətta o Mehmana bildirmişdir ki, “sən gedərkən heyvanları sayıb təhvil verməmisən, qayıt gəl heyvanları say mənə təhvil ver sonra hara gedirsən get”. O isə qaçmadığını və heyvanlar qırxılarkən qayıdacağını bildirmişdir. 2023-cü ilin iyul ayının 20-dən sonra qoyun qırxımı başlanmışdır. Mehman söz versə də gəlməmiş, bu işdə isə onlara əlavə kömək lazım olmuşdur. Belə olduqda o əvvəldən tanıdığı Gədəbəy rayonunun Daşbulaq kənd sakini soyadını bilmədiyi, atasının adı Duman olan Zaur adlı şəxsi onlara köməyə dəvət etmişdir. O, gələrək 2 və ya 3 gün ərzində qoyun qırxımına köməklik etmiş və qırxım qurtardıqdan sonra çıxıb getmişdir. Zaur çıxıb getdikdən sonra Təqsirləndirilən şəxs2 yaylağa gəlmişdir. Təxminən 10 gün müddətində Zeynal və Mehman onun yaylaqda olan fermasında çobanlıq etmişlər. 2023cü ilin iyul ayının sonu avqust auyının əvvəllərində Mehman ona zəng edib Zeynalın borcu olduğunu və əmək haqqı istədiyini bildirmişdir. O, hal hazırda pulunun olmadığını və yaxın vaxtlarda ona əmək haqqı verəcəyini demişdir. Bundan bir və ya iki gün sonra Mehman ona zəng edib Təqsirləndirilən şəxs1 qaçıb getdiyini demişdir. Zeynal getdiyi tarixdən bir neçə gün sonra Təqsirləndirilən şəxs2 ona zəng edib Şəmkir rayonuna yaşadığı evə gedəcəyini və bir neçə gün sonra geri qayıdacağını demişdir. Mehman fermanı tərk edib getdikdən bir neçə gün sonra o, Gədəbəy rayon Polis Şöbəsinə gedib 228 baş heyvanının Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən oğurlanmasını bildirib bu vaxta kimi onların nə səbəbə cinayət məsuliyyətinə cəlb olunmadıqlarını soruşmuşdur. Polis əməkdaşları ona Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 növbəti gün Gədəbəy rayon Polis şöbəsinə çağırdıqlarını və özünün də onlarla birlikdə səhərisi gün şöbədə olmağını söyləmişlər. Növbəti gün o, deyilən vaxtda Gədəbəy rayon polis şöbəsinin inzibati binasında olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 də orada olmuşlar. Təqsirləndirilən şəxs1 isə gəlməmişdir. Orada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la polis əməkdaşları tərəfindən şifahi söhbət aparıldıqdan sonra əməliyyat işləri üzrə rəis müavini Asəf Mirzəyev onu qəbul edib onun Mehman və Xəqaniyə şər-böhtan atdığını bildirmişdir. Belə olduqda o, heyvanlarının tapılması istiqamətində heç bir iş görülmədiyini görüb yuxarı orqanlara şikayət edəcəyini deyib oradan çıxıb getmişdir. Bundan bir neçə gün sonra adını çəkmək istəmədiyi, tanıdığı bir şəxs zəng edərək ondan Zeynal adlı çobnanının olub-olmadığını soruşmuşdur. O, Zeynal adlı çobanı olduğunu bildirdikdə həmin şəxs ona səs yazısı atacağını və həmin səs yazısına qulaq asmağını demişdir. O, həmin səs yazılarına qulaq asdıqda başa düşmüş ki, 228 baş heyvanı Mehman, Zeynal və Xəqani tərəfindən oğurlanmışdır. O, həmin səs yazını Gədəbəy rayon Polis Şöbəsinin rəisi Mehman Həşimova təqdim etdikdən sonra o, əməliyyat aparatına onun heyvanlarını oğurlayan şəxslərin müəyyən edilməsi barədə tapşırıq vermişdir. Məhz onun təqdim etdiyi səs yazısından sonra əməliyyat aparatı hərəkətə keçmişdir. Xatırlamadığı tarixdə Gədəbəy rayon polis şöbəsinin müstəntiqi Nicat Rüstəmov onu öz otağına çağırıb, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zaur adlı şəxslə birlikdə ona məxsus fermadan əlavə olaraq da qoyun və keçi, habelə dana oğurladıqlarını bildirmişdir. O, isə bundan xəbərsiz olduğunu Nicat Rüstəmova söyləmişdir. Polis şöbəsindən qayıdıb fermada heyvanlarını sayarkən, həqiqətən də 50 baş qoyunquzu, 30 baş keçi, 4 baş danasının yerində olmadığını aşkar etmişdir. O, bu barədə müstəntiq Nicat Rüstəmova zəng edib məlumat versə də, sonuncu onu polis şöbəsinə çağırıb ifadəsini almamışdır. Həmin səs yazısında onun 228 baş heyvanının məhz Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanması öz təstiqini tapır. İstintaqın sonrakı mərhələsində müstəntiq Nicat Rüstəmov tərəfindən ona məlumat verilmişdir ki, guya onun 228 baş heyvanı “Yuska” ləqəbli Nəsib Hüseynov tərəfindən oğurlanmışdır. O, Nicat Rüstəmova “Yuska” ləqəbli Nəsib Hüseynovu tanımadığını, heyvanlarını “Yuska” ləqəbli Nəsib Hüseynova deyil, sayıb çobanları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təhvil verdiyini demişdir. Ona məxsus 228 baş heyvanı Mehman, Xəqani və Zeynal tərəfindən oğurlanmışdır. Şikayəti həmin şəxslərdəndir. Bundan əlavə onun 50 baş qoyunu, 30 baş keçisi, 4 baş danası Zaur, Mehman və Zeynal tərəfindən oğurlanmışdır. Bundan başqa Gədəbəy rayon Polis şöbəsində aparılmış araşdırma və istintaq zamanı ona məlum olmuşdur ki, Gədəbəy rayonu, Ceyrançöl ərazisində yerləşən qışlaqda Xəqani və Mehman ona məxsus ümumlikdə 24 baş xırdabuynuzlu heyvanını oğurlayaraq satıb pulunu mənimsəmişlər. Hansı ki, o, onların deməsindən elə bilmişdir ki, həmin 24 baş heyvanı ölmüş və ya itmişdir. Sonradan istintaq gedişində Xəqani ona 15 baş heyvanın pulunu ödəsə də 9 baş heyvanın pulunu ödəməmişdir. Lakin onun Mehman və Xəqanidən şikayəti vardır və onların hər ikisinin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. Çoban tapmaq çətin olduğu üçün məcbur qalaraq Təqsirləndirilən şəxs2 yenidən çoban kimi işə götürmüşdür. 24 baş heyvanın hər biri 1 yaşında qoyun olmuşdur. Onların biri təxminən 25-30 kiloqram ət verərdi. Heyvanlarının diri qiyməti 300 manat olmuşdur. 24 baş heyvanının oğurlanması nəticəsində ona ümumilikdə 7200 manat maddi ziyan dəymişdir. Xəqani həmin ziyanın əvvəlcə 2800 manatını, sonra isə 1500 manatını, ümumlikdə 4300 manatını ödəmişdir. 15 baş heyvana görə ona dəyən ziyan ödnilsə də o Xəqanidən şikayətçidir onun da cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. X3 rayonuna gətirilərkən heyvanların daşındığı “Kamaz” markalı yük avtomobili Şəmkir rayonunun, Qasımalılar kəndi ərazisində və ya digər hər hansı ərazidə xarab olmamışdır. Təqsirləndirilən şəxs2 4 baş xırda buynuzlu heyvanı sataraq pulu yollara xərcləməsi düz deyildir. İndi ona məlum olur ki, Təqsirləndirilən şəxs2 onun 4 baş xırda buynuzlu heyvanını satıb pulunu da mənimsəmişdir. Təqsirləndirilən şəxs2 satdığı həmin heyvanlar təxminən 6-7-8 aylıq, 18 kiloqram ət verən quzular olmuşlar. Onların 1 ədədinin diri qiyməti 300 manatdır. Həmin heyvanları satması və pulunu ələ keçirməsi nəticəsində Təqsirləndirilən şəxs2 ona 1200 manat maddi ziyan vurmuşdur. 30 ədəd keçinin hər biri təxminən 13-15 kiloqram ət verərdi. Onların diri qiyməti hər birinin ayrı-ayrılıqda 130 manat olmuşdur. Keçilərinin oğurlanması nəticəsində ona 3900 manat ziyan dəymişdir. Oğurlanmış danaların hər biri ayrı-ayrılıqda təxminən 80-90 kiloqram ət verərdi. 4 ədəd danasının diri olaraq qiyməti həmin dövrdə 900 manat olmuşdur. 4 ədəd danasının oğurlanması nəticəsində ona ümumilikdə 3600 manat maddi ziyan dəymişdir. Onun Təqsirləndirilən şəxs2 hər hansı məbləğdə o cümlədən 3130 manat borcu olmamışdır. O, Mehmana əvəllər aylıq əmək haqqı kimi 300 manat daha sonra 400 manat son dövrlərdə isə 500 manat vermişdir. Bundan başqa evinə, özünə bazarlıq etmiş, aldığı evin 6.000 manat məbləğində pulunu vermişdir. Ümumlikdə hesablanılsa onun Təqsirləndirilən şəxs2 deyil onun sonuncunun ona pul borcu vardır, lakin o, həmin borcu istəmir. 306 (228+50+4+24) baş xırdabuynuzlu heyvanlarının oğurlanması nəticəsində ona ümumilikdə 91.800 manat, 30 baş keçisinin oğurlanması nəticəsində ona ümumilikdə 3900 manat, 4 baş danasının oğurlanması nəticəsində ona ümumilikdə 3600 manat, yekunda sadaladığı heyvanların oğurlanması nəticəsində ona ümumilikdə 99.300 maddi ziyan vurulmuşdur. Ona təqdim olunan səs yazısında danışan şəxslərdən biri yəni heyvanların satılması ilə bağlı danışan şəxs onun çobanı olmuş Təqsirləndirilən şəxs1dur. Digər şəxsin Göygöl rayonundan olmasını eşitmiş, lakin adını bilmir. Danışıqlarda adı çəkilən şəxs onun çobanı Ceyhun olmuşdur. Mehmanla Xəqani oğurluq hadisəsi baş verməmişdən qabaq onu döymüşlər ki, çıxıb getsin. Döyüldükdən sonra Ceyhun çıxıb getmişdir. Ceyhun hələ fermada olarkən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onun heyvanlarını oğurlayıb satırmışlar. Onlar Ceyhunun bu barədə bilib ona məlumat verə biləcəyindən ehtiyat edərək onu döyüb fermadan qovmuşlar. Ceyhun onun inəklərinə çobanlıq etmişdir. X21 fermada olan bəzi şeyləri ona xəbər verdiyinə görə döydükdən sonra çıxıb getmişdir. Bu hadisəni Ceyhunun özündən o getdikdən sonra eşitmişdir. O, hətta bu barədə Mehmandan soruşduqda, Mehman onu su gətirmədiyinə görə döydüyünü etiraf eləmişdir. Hətta o, Mehmana “sən onu su gətirmədiyinə görə yox, yaylaqda baş verənləri mənə çatdırdığına görə döymüsən” demişdir. Sonradan o, Ceyhunla əlaqə saxlamamışdır. O, çobanların heç biri ilə əmək müqaviləsi bağlamamışdır. Buna səbəb onların bir müddət işləyib sonradan çıxıb getmələri olmuşdur. Təsərrüfatında olan heyvanları çoban kimi işə cəlb etdiyi şəxslərə təhvil verərkən buna dair müvafiq sənəd tərtib etməmişdir. O, heyvanları çobanlara təhvil verərkən həm özü həm də çoban özündə bu barədə qeydiyyat aparır. O, heç vaxt Yadigər Quluyevi fermasında çoban kimi işlətməmişdir. Yadigər, oğlu Təqsirləndirilən şəxs2 işə çıxmadığı vaxtlarda bir neçə dəfə özü könüllü olaraq oğlu sonuncunu əvəz etmişdir. O, Yadigərlə heç vaxt əməkhaqqı danışmamış və nə vaxtsa ona əməkhaqqı verməmişdir. Onun Təqsirləndirilən şəxs2 və ya onun atası Yadigər Quluyevə borcu yoxdur və heç vaxt olmayıb. İstintaqa əvvəlki ifadəsini verərkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ümumilikdə 24 baş xırdabuynuzlu heyvanını Ceyrançöldə oğurlayıb satdıqlarını demişdir. Yəqin müstəntiq sayı düz başa düşməyib onun ifadəsində bu cür göstərmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Ceyrançöldə olan fermadan ümumilikdə 34 baş deyil, 24 baş xırdabuynuzlu heyvanını oğurlayaraq satıb pulunu ələ keçirmişlər. 12 iyun 2023-cü il tarixdə onun 228 baş heyvanı naməlum şəraitdə oğurlanmışdır. Bundan başqa 2023-cü ilin iyul ayının sonlarında o, heyvanlarını sayarkən 50 baş xırdabuynuzlu heyvanlarının olmadığını aşkar edib, oğurlanmasını başa düşmüşdür. Həmin heyvanlardan 25 başı quzu, həmin quzular 6-7-8 aylıq, diri çəkisi təxminən 12-15-18 kq olmuş, 17 başı ana qoyun, həmin qoyunlar 2-3 yaşlarında, doğuş etmiş, diri çəkiləri təxminən 30-35 kq olmuş, 3 başı qoç, həmin 2-3 yaşında, diri çəkiləri təxminən 30-35-40 kq çəkidə olmuşdur. Həmin heyvanlardan 5 başı keçilər, təxminən diri çəkiləri 20-25-30 kq, 1-2 yaşlarında erkək cinsli heyvanlar olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X35 ifadə verərək bildirmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs atasıdır, atası ölmüşdür. Təqsirləndirlən şəxslər vurduqları ziyanın bir hissəsini ödəmişlər, ona görə də təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan şikayəti və tələbi yoxdur. Onlara yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, fermerlərin yanında çobanlıq edib dolanışığını təmin edir. Gədəbəy rayonu, Arıxdam kənd sakini Zərərçəkmiş şəxs İbrahim oğlunu 2011-ci ildən tanıyır. Belə ki, həmin vaxtdan Arzunun yanında çobanlıq edir. O, 2023-cü ilin may ayında Tovuz rayonu ərazisində Ceyrançöl qışlağında Arzunun ən böyük sürüsünü otarmışdır. Həmin sürüdə 1159 baş xırda buynuzlu heyvan olmuşdur. Otardığı sürüdə 63 baş keçi olmuşdur. Onunla eyni yataqda Namiq adlı çoban 668 baş olan sürünü otarmışdır. Namiq may ayında heyvanlarını da götürüb Mehman heyvan otaran yatağa getmişdir. Mehmanın isə orada neçə baş heyvan otarmasını o, bilməmişdir. Təxminən 18 may 2023-cü il tarixdə Arzu altı ədəd “Kamaz” markalı yük avtomobili danışıb heyvanları həmin avtomobillərə yığıb Gədəbəy rayonunun Arıxdam kəndinə gətirmişdir. Ceyrançöl qışlağında onun və Namiqin sürüsündə olan bütün qoyunlar və 135 baş Xəqani otaran sürüdən heyvanlar “Kamaza” markalı yük avtomobillərinə yığılmışdır. Gədəbəy rayonunun Arıxdam kəndində “Kamaz” markalı yük avtomobillərindən heyanları tökdükdən sonra saydıqda onun sürüsündə ölənləri çıxdıqdan sonra 1282 baş qoyun qalmışdır. Bundan üç gün sonra Mehman 542 baş heyvanları piyada haylayıb Gədəbəy rayonuna gətirmişdir. Həmin heyvanı Xəqani gətirib onun sürüsünə qatmışdır. Onun sürüsündə bundan sonra 1824 baş heyvan olmuşdur. Ceyrançöl qışlağında olan körpəli heyvanları da gətirib Namiqin sürüsünə qatmışlar. O, 2023-cü ilin may ayının 22-23 tarixlərində heyvanları yenidən sayıb Arzu, Mehman və Xəqaniyə təhvil verərək çobanlıqdan çıxmışdır. O, çıxan günü heyvanlar sayıldıqda 1814 baş olmuşdur. 10 baş olmayan heyvanların da ölməsi haqqında Arzuya məlumat vermişdir. Bundan sonra o, çıxıb evinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Arıqdam kənd sakini Zərərçəkmiş şəxs təxminən 5 ildir ki, tanıyır. Zərərçəkmiş şəxs, fermer təsərrüfatı ilə məşğul olur və onun təsərrüfatında çoxlu sayda iri və xırdabuynuzlu heyvanları vardır. O, heyvanlarını hər il qış fəslində Tovuz rayonu “Ceyrançöl” ərazisində yerləşən qışlaqda, yay aylarında isə Gədəbəy rayonu, Arıqdam kəndi ərazisində yerləşən yaylaqda saxlayır. Zərərçəkmiş şəxsla onun heç vaxt düşmənçiliyi, ədavəti olmamışdır. O, Zərərçəkmiş şəxs fermasında günəmuzd fəhlə işləmişdir. Belə ki, o, heyvanların köç zamanı aparılmasına, qırxım zamanı qırxımına, heyvanlara dərman verilməsinə, yuyulmasına köməklik göstərmişdir. Təqsirləndirilən şəxs2 da məhz həmin vaxtdan Arzunun yanında görüb, onun çobanı kimi tanımışdır. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs baş çobanı olmuş, Zərərçəkmiş şəxs heyvanlarına, ümumiyyətlə çobanların, orada günəmuzd işləyən fəhlələrin işinə Təqsirləndirilən şəxs2 nəzarət etmişdir. Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs2 inanıb, etibar etmişdir. 2023-cü ilin may ayının xatırlamadığı tarixdə “Ceyrançöl” qışlağından köç gələn zaman Mehman ona zəng edib maşınlarının Çənlibel kəndində qırıldığını deyərək ondan su istəmişdir. O, su aparıb Təqsirləndirilən şəxs2 olduğu yerə getmişdir. Həmin vaxt Mehmanın yanında tanımadığı bir nəfər şəxs olmuş və Mehman həmin şəxsin adını deməsə də, çoban olduğunu demişdir. O, orada Mehmana su verib çıxıb getmişdir. Bundan 2 və ya 3 gün sonra Mehman ona zəng edib yetim quzu satdığını demişdir. O, Mehmanla telefonda quzuların qiymətini 80 manata razılaşmış və sonuncu ona 4 baş quzu satacağını bildirmişdir. Həmin telefon danışığı aparıldığı gün Mehman “Kamaz” markalı yük avtomobili ilə Çənlibel kəndindən keçərkən ona zəng edib yola çıxmasını demişdir. O, yola çıxıb Mehmanla görüşmüş, həmin vaxt Mehmanın idarə etdiyi “Kamaz” markalı yük avtomobilində hansı ki, bir neçə gün bundan öncə gördüyü çoban da olmuşdur. Mehmanın göstərişi ilə, həmin adını bilmədiyi şəxs “Kamaz” markalı avtomobilin yük yerinə çıxıb oradan 4 baş quzunu seçib ona vermiş və o, bunun müqabilində 320 manat pulu sayıb elə oradaca Mehmana vermişdir. Bundan sonra Mehman “Kamaz” markalı yük avtomobilini idarə edib, yanındakı şəxslə birlikdə oradan çıxıb getmişdir. O, həmin quzuların Zərərçəkmiş şəxs məxsus olduğunu bilsə də, Mehmanın həmin quzuları oğurlayaraq ona satmasını bilməmişdir. Çünki quzuları alan vaxt Mehman ona quzuları satıb maşını təmir etdirəcəyini və özlərinə yol xərci edəcəyini demişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 inanıb, etibar etdiyi üçün və o, bunun şahidi olduğu üçün Təqsirləndirilən şəxs2 inanıb Zərərçəkmiş şəxs bu barədə heç nə soruşmamışdır. Sonradan Gədəbəy rayon polis şöbəsinə çağırılarkən orada ona məlum olmuş ki, Mehman ona satdığ 4 baş quzunu Zərərçəkmiş şəxs xəbəri olmadan oğurlayıb ona satmışdır. Bundan başqa heç vaxt o, Mehmandan heyvan almamış, onun Arzunun başqa heyvanlarını oğurlayaraq satıbsatmamasından məlumatı olmamışdır. İşdə olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 dekabr 2023-cü il tarixli, 9/9022 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların 2023-cü ilin iyul-avqust aylarında olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 8945,00 manat (25 baş 6-7-8 aylıq diri çəkiləri təxminən 15 kiloqram (12-15-18 kq) olan quzu 25x135=3375 manat, 15 baş 2-3 yaşlarında 1 dəfə doğuş etmiş diri çəkiləri təxminən 32,5 (30-35) kiloqram olan ana qoyunlar 15x260=3900 manat, 3 baş 2-3 yaşında diri çəkiləri təxminən 35 kiloqram olan (30-35-40 kq) qoç 3x290=870 manat, 5 baş 1-2 yaşlarında erkək cinsli təxminən diri çəkiləri 25 kiloqram (20-25-30 kq) olan keçi 5x160=800 manat) müəyyən edilir. İşdə olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 aprel 2024-cü il tarixli, 9/2221 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən heyvanların 2023-cü ilin iyul-avqust aylarında olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 10.300,00 manat (30 baş 13-15 kiloqram ət verən keçi – 5.100,00 manat; 04 baş 80-90 kiloqram ət verən dana – 5.200,00 manat) müəyyən edilir. İşdə olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/1411 nömrəli rəyindən görünür ki, tədqiqata təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların 2023-cü ilin mart-aprel aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 6080,00 manat (15 baş 01 yaşında diri çəkiləri təxminən 30-35 kiloqram boğaz qoyunlar 15x280=4200 manat, 4 baş 2-3 yaşlarında 1 dəfə doğuş etmiş diri şəkiləri təxminən 30-35 kiloqram olan qoyunlar 4x280=1120 manat, 4 baş 2-3 aylıq körpə quzu 4x120=480 manat, 1 baş 2 yaşında diri şəkisi təxminən 30-35 kiloqram olan boğaz qoyun 1x280=280 manat) müəyyən olunur. İşdə olan Əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/3759 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 02 baş 2-3 yaşlarında, 1 dəfə doğuş etmiş, diri çəkiləri təxminən 30-35 kiloqram olmuş ana qoyunların 2023-cü ilin iyul-avqust aylarında olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 520,00 manat (2x260 manat) müəyyən edilir. İşdə olan "xxxx" MMC-dən daxil olmuş 20 may 2024-cü il tarixli 12 nömrəli məktubdan görünür ki, Gədəbəy rayonunun Novosaratovka kəndində bazar fəaliyyəti göstərən "xxxx" MMC-də 2023-cü ilin may ayında quzu ətinin 1 kiloqramının qiyməti 15 manat olmuşdur. 6-7-8 aylıq olmaqla təxminən 18 kiloqram ət verən quzunun qiyməti, ətin kiloqramı 15 manat nəzərə alınmaqla 270 manat olmuşdur. Nəzərə alınmalıdır ki, 18 kiloqram ət verən quzunun diri halda çəkisi 36 kiloqram olur və bu halda heyvanın diri çəkisi 7,50 manatdan hesablanır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılmasının əvvəli 22 avqust 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılmasının əvvəli 22 avqust 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli qərarından və şəxsin saxlanılması barədə 05 aprel 2024-cü protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbiri seçilmiş, 05 aprel 2024-cü il tarixdə o, polis əməkdaşları tərəfindən saxlanılaraq Gədəbəy RPŞ MSY-nə, daha təhvil verilmiş, oradan da Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasına yerləşdiilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İşdə olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İşdə olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 X14 və X9 adlı uşaqları var və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs3 X7 və X15 adlı uşaqları var və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs4 22 aprel 2021-ci il tarixdə doğulmuş X16 adlı uşağı var, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 07 iyun 2009-cu il tarixdə doğulmuş X10 adlı uşağı var, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən Gədəbəy RPŞ-nin İB-ə ünvanlanmış 23 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən ona 4300 manat ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. İşdə olan sənədlərdən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs4 yaxın qohumu olan atası Şahid7 Təqsirləndirilən şəxs4 tərəfindən vurulmuş 8945 manatlıq ziyanın 8500 manatlıq hissəsinin ödənilməsini təsdiq edən 13 may 2024-cü il tarixli, BPM**********69 nömrəli ödəniş tapşırığı və mədaxil qəbzi təqdim etmiş, pul vəsaiti zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənişi kimi nəzərə alınmaqla Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-dəki depozit hesabına qoyulmuşdur. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 yaxın qohumu olan arvadı X17, əri Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş 8945 manatlıq ziyanın 445 manatlıq hissəsinin ödənilməsini təsdiq edən 22 may 2024-cü il tarixli, BPM**********48 nömrəli ödəniş tapşırığı və mədaxil qəbzi təqdim etmiş, pul vəsaiti zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənişi kimi nəzərə alınmaqla Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-dəki depozit hesabına qoyulmuşdur. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilərkən, Təqsirləndirilən şəxs3 ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ona Zərərçəkmiş şəxs məxsus yanı quzulu 4 baş, yəni ümümilikdə 8 baş və yanında quzusu olmayan 1 baş qoyunu Tovuz rayonunun Ceyrançöl ərazisində yerləşən yataqdakı sürünün içərisindən seçərək vermiş və o, da həmin 9 baş heyvanı və əlavə olaraq da Zərərçəkmiş şəxs məxsus 15 baş qoyunu satması üçün Şahid2 vermişdir. Həmin heyvanların satılması nəticəsində əldə etdiyi puldan 600 manatını Tovuz rayonu, Ceyrançöl adlanan Zərərçəkmiş şəxs məxsus qışlaqda Təqsirləndirilən şəxs2 vermişdir. İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayının sonlarında xatırlamadığı tarixdə Xəqani ona zəng edib satılıq qoyun-quzular olduğunu, ondan həmin heyvanları satmağını xahiş etmişdir. Həmin ərəfədə Xəqani Arzu adlı şəxsin Tovuz rayonu Ceyrançöl ərazisində olan qışlağında olmuşdur. Xəqani ona yanında quzusu olan qoyunlardan cəmi 8 baş heyvanı 300 manata, quzusuz 16 baş qoyunu isə 200 manata satdığını demişdir. O, Xəqani ilə razılaşıb heyvanları nə vaxt gəlib aparmalı olduğunu soruşduqda sonuncu heyvanları sabah gəlib aparmağını demişdir. Həmin günün səhərisi o, Qaracəmirli kənd sakini Sübhan adlı şəxslə danışmış, onun “QAZ 24” markalı avtomobili ilə Ceyrançölə getmişdir. Xəqani heyvanları ayırıb kənarda saxlamış, o oraya çatdıqda təkcə Xəqanini görmüş, başqa heç kimi görməmişdir. Heyvanların kimin olması barədə soruşduqda Xəqani onların Mehman adlı briqadirlərinin olduğunu demişdir. Bundan sonra o, Xəqaniyə hissə-hissə olmaqla 2 dəfəyə ümumlikdə 4400 manat pul vermişdir. İş üzrə şahid X5 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayında, xatırlamadığı tarixdə səhər saatlarında Şahid2 ona zəng edərək heyvan aldığını, onları Tovuz rayonunun Ceyrançöl adlanan ərazisindən gətirmək lazım olduğunu demişdir. O, Sakitlə razılaşmış və onlar deyilən ünvana getmişlər. Orada onun avtomobilinin qoşqu yerinə bir neçə xırdabuynuzlu heyvan yükləndikdən sonra Sakitlə oradan uzaqlaşmışlar. İş üzrə zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gədəbəy Rayon Polis Şöbəsində aparılmış araşdırma və istintaq zamanı ona məlum olmuşdur ki, Gədəbəy rayonu, Ceyrançöl ərazisində yerləşən qışlaqda Xəqani və Mehman ona məxsus ümumlikdə 24 baş xırdabuynuzlu heyvanını oğurlayaraq satıb pulunu mənimsəmişlər. Hansı ki, o, onların deməsindən elə bilmişdir ki, həmin 24 baş heyvanı ölmüş və ya itmişdir. Sonradan istintaq gedişində Xəqani ona 15 baş heyvanın pulunu ödəsə də 9 baş heyvanın pulunu ödəməmişdir. Lakin onun Mehman və Xəqanidən şikayəti vardır və onların hər ikisinin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. Yəni, Təqsirləndirilən şəxs2 Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fermadan 9 baş xırdabuynuzlu heyvanı satması üçün Təqsirləndirilən şəxs3 verməməsi, sonuncunun həmin sayda heyvanın satılması nəticəsində əldə olunmuş puldan ona verməməsi barədə ifadələrində göstərdiyi xüsusatlar iş üzrə toplanmış sübutların məcmusu ilə inkar olunur. Yəni, Təqsirləndirilən şəxs2 Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fermadan 9 baş xırdabuynuzlu heyvanı satması üçün Təqsirləndirilən şəxs3 verməməsi, sonuncunun həmin sayda heyvanın satılması nəticəsində əldə olunmuş puldan ona verməməsi barədə ifadələrində göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun gəlmədiyindən özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilmişdir. Bundan başqa nəinki Təqsirləndirilən şəxs2, habelə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 hər biri ifadələrində ələ keçirdikləri heyvanların sayı barədə yanlış məlumatlar verməklə törətdikləri cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs vurduqları ziyanın həcmini azaltmağa cəhd etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 2023-cü ilin iyul ayı ərzində istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs məxsus ümumilikdə 23 baş xırdabuynuzlu heyvanı talayaraq ələ keçirdiyi halda cəmi 20 baş xırdabuynuzlu heyvan ələ keçirdiyini (hansı ki, Təqsirləndirilən şəxs1 23 baş xırdabuynuzlu heyvanı talaması Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ifadələri ilə təsdiqini tapır). Təqsirləndirilən şəxs2 2023-cü ilin iyul ayı ərzində istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs məxsus ümumilikdə 72 baş xırdabuynuzlu heyvanı və 4 baş dananı talayaraq ələ keçirdiyi halda cəmi 40 baş (halbuki o, ilkin ifadələrində 41, sonrakı ifadələrində isə 42 baş heyvan ələ keçirdiklərini göstərmişdir ) xırdabuynuzlu heyvan ələ keçirdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs4 isə 2023-cü ilin iyul ayı ərzində istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs məxsus ümumilikdə 80 baş xırdabuynuzlu heyvanı və 4 baş dananı talayaraq ələ keçirdiyi halda cəmi 44 baş xırdabuynuzlu heyvan ələ keçirdiyini etiraf etmişdir. Nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 tərəfindən ələ keçirilmiş heyvanların heç biri faktiki mövcud deyildir və Zərərçəkmiş şəxs talanmış əmlakının dəqiq sayı barədə istintaqa məlumat vermişdir. Ona görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus 40 baş xırdabuynuzlu heyvanları, yəni 25 baş quzu, 3 baş qoç, 5 baş keçi və 7 baş qoyununu mənimsəyərək talaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlar həmin hissələrdə qismən etirafedici kimi qəbul edilmiş, digər sayda xırabuynuzlu və iribuynuzlu heyvanları talamaması ilə bağlı hissədə isə işin faktiki hallarına uyğun gəlmədiyindən özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs fermalarında çobanlıq edərkən bir neçə ay ərzində Zərərçəkmiş şəxs onlara 4430 manat borcunun yarandığını, Zərərçəkmiş şəxs həmin borcdan 1100 manatını, daha sonra isə 200 manatını versə də, 3130 manat pulu vermədiyini, buna görə də Zərərçəkmiş şəxs məxsus heyvanları ələ keçirib satdığını göstərmişdir. İş üzrə Zərərçəkmiş şəxs isə ifadələrində Təqsirləndirilən şəxs2 və onun atası Yadigar Quliyevə hər hansı məbləğdə borcunun olmadığını, Yadigar Quliyevin ona məxsus fermada çoban işləmədiyini göstərmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 2023-cü ilin may ayı ərzində, eləcə də 2023-cü ilin iyul ayından 06 avqust 2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus fermada baş çoban işləmiş və ayrı-ayrı vaxtlarda, ayrıayrı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək Zərərçəkmiş şəxs məxsus 9+4+47+25, cəmi 85 baş xırdabuynuzlu heyvanı, 4 baş dananı ələ keçirməklə talamışdır. Təqsirləndirilən şəxs2 40 baş xırdabuynuzlu heyvanlar, yəni 25 baş quzu, 3 baş qoç, 5 baş keçi və 7 baş qoyunundan başqa Zərərçəkmiş şəxs xırdabuynuzlu və iribuynuzlu heyvanlarını mənimsəyib talamaması, Təqsirləndirilən şəxs3 Ceyrançöl qəsəbəsində satması üçün Zərərçəkmiş şəxs məxsus hər hansı xırdabuynuzlu heyvan verməməsi, Zərərçəkmiş şəxs ona pul borclu olması və borclu olduğu pulu vermədiyinə görə sonuncuya məxsus heyvanları ələ keçirib mənimsəməsi barədə göstərdiyi xüsusatlar istintaq materialları ilə, yəni hadisə yerinə keçirilməsi haqqında, əşyaya baxış keçirilməsi haqqında, telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokollar, özünün qismən etirafedici ifadələrinə dair dindirmə protokolları, zərərçəkmiş və çoxsaylı şahidlərin dindirmə protokolları, üzləşdirmə protokolları, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması haqqında protokollar, ekspertiza rəyləri, iş üzrə toplanmış digər sənədlərlə təkzib olunduğu və işin faktiki hallarına uyğun gəlmədiyindən sübut növü kimi qiymətləndirilməmiş və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus cəmi, 3 baş xırdabuynuzlu heyvanı mənimsəyib talamaqla ələ keçirdiyini, bundan başqa Zərərçəkmiş şəxs məxsus heyvanları mənimsəmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi həmin xüsusatlar inandırıcı deyil və işin faktiki hallarına uyğunsuzluq təşkil edir. Beləliklə məhkəmə, təqsirləndirilən şəxslərə elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 179.2.1, 179.2.2 və 179.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs3 CM-nin 179.2.1 və 179.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs1 CM-nin 179.2.1 və 179.2.2-ci maddələrində, Təqsirləndirilən şəxs4 isə CM-nin 32.5,179.2.4 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olmaları sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2 və 179.2.4-cü maddələri, Təqsirləndirilən şəxs3 əməlləri CM-nin 179.2.1 və 179.2.4-cü maddələrin, Təqsirləndirilən şəxs1 əməlləri CM-nin 179.2.1 və 179.2.2-ci maddələri və Təqsirləndirilən şəxs4 əməlləri isə CM-nin 32.5,179.2.4 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hal, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını, vurmuş olduğu ziyanın bir hissəsini ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin onunla barışmasını və ondan şikayətinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırşalrıdan hal olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını, vurmuş olduğu ziyanın bir hissəsini ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin onunla barışmasını və ondan şikayətinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırşalrıdan hal olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını, vurmuş olduğu ziyanın bir hissəsini ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin onunla barışmasını və ondan şikayətinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırşalrıdan hal olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs4 ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını, vurmuş olduğu ziyanın bir hissəsini ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin onunla barışmasını və ondan şikayətinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırşalrıdan hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Mehman Qulyevə və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə azadlığın məhdudlaşdırılması cəzaları təyin edilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Zaur Ataşova azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onların həbsdə saxlanıldıqları və ev dustaqlığında olduqları müddət nəzərə alınaraq onlara təyin edilən cəza çəkilmiş hesab edilməli, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs4 həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət nəzərə alınaraq ona təyin edilən cəza çəkilmiş hesab edilməli, Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onunla bağlı hökmün icrasına nəzarət Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 barələrində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd dəftərçə və 01 ədəd disk iş materiallarında saxlanılmalı, məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 400 manat məbləğində pul Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, 13 may 2024-cü il tarixli, BPM**********69 nömrəli ödəniş tapşırığı əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-dəki depozit hesabına qoyulmuş 4500 manat və 22 may 2024-cü il tarixli, BPM**********48 nömrəli ödəniş tapşırığı əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-dəki depozit hesabına qoyulmuş 445 manat məbləğində pul zərərçəkmiş şəxsin hüquqi varisi X11 ödənilməli, hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya şöbəsinə və Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2 və 179.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu cəmi 02 (iki) il 04 (dörd) ay müddət nəzərə alınaraq ona təyin edilmiş 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilsin. Qətimkan tədbiri qaydasında faktiki olaraq həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddətdən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 179.2.1 və 179.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 ilə bağlı hökmün icrasına nəzarət Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.2.1 və 179.2.2-ci maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu cəmi 02 (iki) il 04 (dörd) ay müddət nəzərə alınaraq ona təyin edilmiş 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilsin. Qətimkan tədbiri qaydasında faktiki olaraq həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddətdən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 32.5, 179.2.4, 177.2.2-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 32.5, 179.2.4-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edlsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, Təqsirləndirilən şəxs4 həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 01 (bir) il 08 (səkkiz) ay 17 (on yeddi) gün müddət nəzərə alınaraq ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilmiş hesab edilsin. Qətimkan tədbiri qaydasında faktiki olaraq həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddətdən artıq olmayan müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyi üçün Təqsirləndirilən şəxs4 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dayişdirlmədən saxlanılsın. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübutlar olan, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd dəftərçə və 01 ədəd disk iş materiallarında saxlanılsın. 13 may 2024-cü il tarixli, BPM**********69 nömrəli ödəniş tapşırığı əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-dəki depozit hesabına qoyulmuş 4500 (dörd min beş yüz) manat məbləğində pul və 22 may 2024-cü il tarixli, BPM**********48 nömrəli ödəniş tapşırığı əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-dəki depozit hesabına qoyulmuş 445 (dörd yüz qırx beş) manat məbləğində pul zərərçəkmiş şəxsin hüquqi varisi X11 ödənilsin. Hökmün icrasına nəzarət Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə və Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində (həbsdə saxlanılan şəxs hökmün surətinin ona verildiyi andan 20 gün müddətində) Gədəbəy Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-8/2025
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-8/2025
22.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver