Məhkəmə qərarları › İş №1(042)-9/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-9/2022

10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-9/2022 10.02.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində doğulmuş, Azərbaycan Rеspublikasının vətəndaşı, еvli, himayəsində iki azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan, barəsində 03 noyabr 2021-ci il tarixdən başqa yеrə gеtməmək haqqında iltizam qətimkan tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 fevral 2022-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğu 27 avqust 2021-ci il tarixdə Gədəbəy Rayоn X7 Hüquqi Şəxsin inzibati binasında “CОVİD-19” virusu ilə əlaqədar boğaz nahiyyəsindən yaxma götürmə üsulu ilə analiz verib, 31 avqust 2021-ci il tarixdə verdiyi testin cavabı pozitiv çıxmasına və ev müalicəsinə cəlb olunmasına baxmayaraq, bilə-bilə özünü təcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə minimum kоntaktda оlmalı, insanların sıx tоplaşdığı yеrlərə gеtməməli, xüsusi karantin rеjiminə əməl еtməli və mоnitоrinq müddətini еvdə kеçirməli оlduğu halda, yaşayış yerini tərk etməməsi və ailə üzvləri və digər şəxslərlə yaxın ünsiyyətdə olmaması barədə xəbərdar edilməsinə baxmayaraq, 09 sentyabr 2021-ci il tarixdə təxminən saat 17 radələrində Gədəbəy rayonu, Söyüdlü kəndində yaşadığı evdən çıxıb Söyüdlü kəndinin kənarına örüş sahəsinə getməklə еpidеmiya əlеyhinə, еləcə də, karantin rеjimlərini pоzaraq “CОVİD-19” xəstəliyinin yayılması üçün rеal təhlükə yaratdığına görə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. 27 sentyabr 2021-ci il tarixdə boğazında ağrılar olduğu üçün Gədəbəy Rayon Mərkəzi Xəstənasında boğazından yaxma üsulu ilə test analizi vermişdir. Analiz verdikdən sonra test analizinin cavabını gözləmişdir. Bu müddətdə normal həyat tərzinə davam etmiş, iş yerinə, bazara, dükana gedərək insanlar arasında olmuşdur. 31 avqust 2021-ci il tarixdə günorta saatlarında evdə olduğu zaman istifadəsində olan ***-***-**-** mobil nömrənin olduğu telefona COVİD-19 ilə bağlı verdiyi test-analizinin cavabının pozitiv olması ilə bağlı mesaj gəlmişdir. Həmin mesajda qeyd olunmuşdur : “xahiş olunur ki, siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz, karantin rejimini pozduğunuz halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz”. Həmin mesajı aldıqdan sonra Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən yaşadığı evi tərk etməmişdir. Çünki, bilirdi ki, “COVİD-19” virusuna yoluxmuş xəstələr 14 gün ərzində öz yaşadığı evi tərk etməməli, cəmiyyət içərisinə çıxmamalı, digər insanlarla təmasda olmamalıdır. Bu barədə televizordan, KİV-dən və digər insanlardan eşitmişdir. Onun təcridolma müddəti 10 sentyabr 2021-ci il tarixdə saat 00:00-da bitməli idi. 09 sentyabr 2021-ci il tarixdə, yəni, təcridolunma müddətinin 13-cü günü saat 17 radələrində həyətyanı sahəsində olan xırdabuynuzlu heyvanlar həyətdən çıxıb getmişdir. Evlərinin arxasına çıxıb baxanda ,heyvanlarının örüş sahəsinə tərəf getdiyini görmüşdür. Həmin vaxt evdən çıxıb heyvanlarını qaytarmaq üçün örüş sahəsinə getmişdir. Ərazi dağlıq olduğu, həmin yerdə yaşayış evləri olmadığı üçün heyvanları gətirməyə getdiyi istiqamətdə insanlar olmayacağını düşünmüşdür. Evdən çıxdıqdan təxminən, bir saat sonra polis əməkdaşları gəlib onu örüş sahəsindən qayıdan zaman yolda olduğunu, evdən çıxdığını aşkar etmişlər. Həmin zaman qoruyucu tibbi maskadan istifadə etmişdir. Polis əməkdaşları ona evdən çıxmaması barədə xəbərdarlıq etmişlər. 13 sentyabr 2021-ci il tarixdə Gədəbəy Rayon Mərkəzi Xəstənasında yenidən boğazından yaxma üsulu ilə test analizi vermişdir. Həmin gün istifadəsində olan ***-***-**-** mobil nömrəsinə COVİD 19 virusu ilə bağlı verdiyi test analizinin neqativ olması ilə bağlı cavab gəlmişdir. Koronavirusa yoluxmağı barədə 31 avqust 2021-ci il tarixdə mesaj aldıqdan sonra Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən yaşadığı evdə olmuşdur. Həmin müddət ərzində ailə üzvləri də həmin evdə olmuşdur. Lakin həmin müddətdə evdə ayrı otaqda olmuş və ailə üzvlərindən heç kəs koronavirusa yoluxmamışdır. O, evdən təcridolunma müddətinin 13-cü günü çıxmışdır. Hazrda Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təcridolunma 7 gün müddətində müəyyən edilmişdir. Ona görə də barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs onun övladıdır. 2021-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhərində olduğu zaman Pərviz ona zəng edib “COVİD-19” virusuna yoluxması barədə məlumat verib bildirmişdir ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşadıqları evdə müalicə alır. Pərvizin səhhəti yaxşı olduğu üçün həkimlər onu xəstəxanada müalicə olmasını məsləhət bilməmişlər. Təqsirləndirilən şəxs virusa yoluxmamışdan əvvəl hər iki doza peyvəndini vurdurmuş və ona görə də xəstəliyi çox yüngül keçirmişdir. Pərviz ona bildirmişdir ki, onun təcridolma müddəti 10 sentyabr 2021-ci il tarixdə bitir. Ona görə də Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən yaşadığı evə bir qədər gec, 09 sentyabr 2021-ci il tarixdə təxminən saat 17 radələrində qayıtmışdır. Evə çatan zaman Pərviz evdə olmamışdır. Pərvizin həyat yoldaşı bildirmişdir ki, Pərviz quzuları qaytarmaq üçün Söyüdlü kəndinin kənarına örüş sahəsinə gedib. Təxminən saat 17:30-da yaşadıqları ünvana polis əməkdaşları gəlib Pərvizin harada olduğunu soruşmuşlar. O, polis əməkdaşlarına bildirmişdir ki, Pərviz quzuları qaytarmaq üçün kəndin kənarına örüş sahəsinə gedib. Polislər əvvəlcə onun yalan danışdığını, Pərvizin harasa ictimai bir yerə getdiyini zənn etmişdirlər. Ona görə polis əməkdaşları ilə birlikdə Söyüdlü kəndinin kənarına gedib orada Pərvizin geri qayıtdığını görmüşlər. Həmin vaxt Pərviz qoruyucu tibbi maskadan istifadə edirmiş və onun yanında heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, Gədəbəy Rayon Polis X5 Bölməsinin sahə polis nəfəri vəzifəsində işləyir. Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla hər hansı münasibəti olmamışdır. Söyüdlü kəndi xidməti ərazisi oldu üçün digər aktiv korona xəstələri ilə olduğu kimi Təqsirləndirilən şəxsla da bir neçə dəfə mobil telefonla əlaqə saxlayıb pandemiya qaydalarına uyğun olaraq təcrid olma müddətinin sonunadək yaşadığı evi tərk etməməli, ətrafdakı insanların virusa yoluxması üçün təhlükə yaratmamalı olduğunu bildirmişdir. 09 sentyabr 2021-ci il tarixdə Gədəbəy RPŞ-nin Növbətçi hissəsindən məlumat daxil olmuşdur ki, aktiv COVİD-19 virusunun daşıyıscısı olan Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evi tərk etmişdir. O, sahə rəisi Firudin Firudinzadə ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedib həqiqətən də onun evi tərk etdiyini aşkar etmişdir. Bu barədə növbətçi hissəyə məlumat verdikdən sonra Gədəbəy RPŞ-nin əməliyyat qrupuna daxil olan əməkdaşlar Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmişlər. Təqsirləndirilən şəxs atası Həsənov X9 evdə olmadığını, xırdabuynuzlu heyvanlarını gətirmək üçün Söyüdlü kəndinin kənarına örüş sahəsinə getdiyini bildirmişdir. Həmin yerə gedən zaman Təqsirləndirilən şəxs örüş sahəsindən qayıtdığını, qayıdarkən gəldiyi yolda 4-5 uşağın yolun kənarında oynadığını və Təqsirləndirilən şəxs həmin uşaqların virusa yoluxmasına real şərait yaratdığını görmüşlər. Təqsirləndirilən şəxs özü də “COVİD-19” virusununun daşıyıcısı olduğunu və təcridolma müddətinin bitmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə qədər müşaiyət edib, karantin rejimi qaydalarını bir daha ona xatırladaraq, təcridolma müddətinin sonunadək evdən çıxmamalı olduğunu bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək, bildirmişdir ki, Gədəbəy Rayon Polis Şöbəsində KTQ-nin baş inspektor-kriminalisti vəzifəsində işləyir. Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla hər hansı münasibəti olmamışdır. 09 sentyabr 2021-ci il tarixdə Gədəbəy RPŞ-nin Növbətçi hissəsindən məlumat daxil olmuşdur ki, aktiv COVİD-19 virusunun daşıyıscısı olan Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evi tərk etmişdir. O, əməliyyat qrupunun tərkibində Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmiş, Təqsirləndirilən şəxs atası Həsənov X9 evdə olmadığını, xırdabuynuzlu heyvanlarını gətirmək üçün Söyüdlü kəndinin kənarına örüş sahəsinə getdiyini bildirmişdir. Həmin yerə gedən zaman Təqsirləndirilən şəxs örüş sahəsindən qayıtdığını, qayıdarkən gəldiyi yolda 4-5 uşağın yolun kənarında oynadığını və Təqsirləndirilən şəxs həmin uşaqların virusa yoluxmasına real şərait yaratdığını görmüşlər. Təqsirləndirilən şəxs özü də “COVİD-19” virusununun daşıyıcısı olduğunu və təcridolma müddətinin bitmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə qədər müşaiyət edib karantin rejimi qaydalarını bir daha ona xatırladaraq, təcridolma müddətinin sonunadək evdən çıxmamalı olduğunu bildirmişlər. Məhkəmə iclasında elan edilmiş şahid X4 dindirilmə protokolundan görünür ki, 2016-cı ildən DİO-da xidmət etməklə 2020-ci ildən Gədəbəy Rayon Polis X5 Bölməsinin sahə rəisi vəzifəsində işləyir. Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla hər hansı münasibəti olmamışdır. Söyüdlü kəndi xidməti ərazisi oldu üçün digər aktiv korona xəstələri ilə olduğu kimi Təqsirləndirilən şəxsla da bir neçə dəfə sonucunun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayıb pandemiya qaydalarına uyğun olaraq təcrid olma müddətinin sonunadək yaşadığı evi tərk etməməli, ətrafdakı insanların virusa yoluxması üçün təhlükə yaratmamalı olduğunu bildirmişdir. 09 sentyabr 2021-ci il tarixdə Gədəbəy RPŞ-in Növbətçi hissəsindən məlumat daxil olmuşdur ki, aktiv COVİD-19 virusunun daşıyıscısı olan Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evi tərk etmişdir. Həmin vaxt Gədəbəy rayonu, Söyüdlü kəndində onunla birlikdə xidmətdə olan İTB-in sahə polis nəfəri Şahid3la birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedib həqiqətən də onun evi tərk etdiyini aşkar etmişlər. Bu barədə növbətçi hissəyə məlumat verdikdən sonra Gədəbəy RPŞ-nin İB-nin müstəntiqi Ayxan Qarayev, KTQ-nun baş inspektor-kriminalisti Şahid4, NH-nin sürücüsü Şahid5la birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmişlər. Təqsirləndirilən şəxs atası Həsənov X9 evdə olmadığını, xırdabuynuzlu heyvanlarını gətirmək üçün Söyüdlü kəndinin kənarına örüş sahəsinə getdiyini bildirmişdir. Bununla bağlı protokol tərtib olunaraq ucadan oxunmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Qeyd olunan yerə gedən zaman Təqsirləndirilən şəxs örüş sahəsindən qayıtdığını, qayıdarkən gəldiyi yolda 4-5 uşağın yolun kənarında oynadığını və Təqsirləndirilən şəxs həmin uşaqların virusa yoluxmasına real şərait yaratdığını görmüşlər. Təqsirləndirilən şəxs özü də “COVİD-19” virusununun daşıyıcısı olduğunu və təcridolma müddətinin bitmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə qədər müşaiyət edib karantin rejimi qaydalarını bir daha ona xatırladaraq təcridolma müddətinin sonunadək evdən çıxmamalı olduğunu bildirmişlər. Məhkəmə iclasında elan edilmiş Şahid5 dindirilmə protokolundan görünür ki, 2004cü ildən DİO-da xidmət etməklə 2007-ci ildən Gədəbəy Rayon Polis X6 sürücü polis nəfəri vəzifəsində işləyir. Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla hər hansı münasibəti olmamışdır. 09 sentyabr 2021-ci il tarixdə Gədəbəy RPŞ-nin Növbətçi Hissəsinə məlumat daxil olmuşdur ki, aktiv COVİD-19 virusunun daşıyıscısı olan Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evi tərk etmişdir. O, əməliyyat qrupunun tərkibində Təqsirləndirilən şəxs yaşadığı ünvana gətirmişdir. Təqsirləndirilən şəxs atası Həsənov X9 evdə olmadığını, xırdabuynuzlu heyvanlarını gətirmək üçün Söyüdlü kəndinin kənarına örüş sahəsinə getdiyini bildirdi. Bununla bağlı protokol tərtib olunaraq ucadan oxunmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Qeyd olunan yerə gedən zaman Təqsirləndirilən şəxs örüş sahəsindən qayıtdığını, qayıdarkən gəldiyi yolda 4-5 uşağın yolun kənarında oynadığını və Təqsirləndirilən şəxs həmin uşaqların virusa yoluxmasına real şərait yaratdığını görmüşlər. Təqsirləndirilən şəxs özü də “COVİD-19” virusununun daşıyıcısı olduğunu və təcridolma müddətinin bitmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə qədər müşaiyət edib karantin rejimi qaydalarını bir daha ona xatırladaraq təcridolma müddətinin sonunadək evdən çıxmamalı olduğunu bildirmişlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş-İnformasiya-Komunikasiya İdarəsindən daxil olmuş 21.09.2021-ci il tarixli 020-12479-1221 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs (AA*******) “COVİD-19” virusuna yoluxduğu və 27.08.2021-ci il saat 11:59:44-dən 10.09.2021-ci il saat 11:59:44-dək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat X14 Agentliyinin Tibbi Ərazi X3 (TƏBİB) informasiya sistemi tərəfindən 31.08.2021-ci il saat 00:59:54-də Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. İşdə olan 10 sentyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqından protokol və ona əlavə edilmiş diskdən görünür ki, özünü Şahid1 kimi təqdim edən şəxs oğlu Təqsirləndirilən şəxs səhhətinin yaxşı olduğu üçün evdən çıxaraq, quzuları qaytarmağa getdiyini bildirir. Təqsirləndirilən şəxs isə 27 avqust 2021-ci il tarixdə “COVİD-19” virusu ilə bağlı test analizi verdiyini, 30 avqust 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə cavab mesajının gəldiyini, 09 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı evi tərk edərək Söyüdlü kəndinin kənarına getdiyini, evindən həmin yerə qədər 100 metr məsafə qət etdiyini, ətrafında kənar şəxslərin olmadığını, heç kəslə görüşüb salam verməməsini bildirir. Həmçinin videogörüntüdə Təqsirləndirilən şəxs örüş sahəsindən gəldiyi yolda bir neçə azyaşlı uşağın olduğu görünür. İşdə olan 03 noyabr 2021-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd ***-***-**-** nömrəli “XEOMİ REDMİ MİUİ” markalı mоbil tеlеfоnun smslər səhifəsinə daxil оlarkən 31.08.2021-ci il tarixdə həmin tеlеfоn nömrəsinə İTS.CОV.AZ-dan mesaj daxil оlmuşdur. Mesajda “Hörmеtli PERVİZ HESENOV. Sizin 27.08.2021-ci il tarixdə CОVİD-19 ilə bağlı vеrdiyiniz tеstin nеticеsi Pоzitivdir. Xahiş оlunur siz və ailе uzvlеriniz yaşayış yеrinizi tеrk еtmеyеsiniz. Karantin rеjimini pоzduğunuz tеqdirdе Azərbaycan Rеspublikasının İnzibati Xеtalar və Cinayеt mеcеllеsindе nеzеrdе tutulmuş qaydada mеsuliyyеtе cеlb оluna bilеrsiniz. İD:********** tеl 1542” sözləri yazılmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Arayış və Şəxsiyyət Vəsiqələrinin surətlərindən görünür ki, iki azyaşlı övladı 21 sentyabr 2014-cü il tarixdə doğulmuş X8 və 14 avqust 2018-ci il tarixdə doğulmuş X2 Pərviz Zakir оğlunun himayəsindədirlər. İşdə olan Gədəbəy RİHB-nın Söyüdlü Kənd İƏD üzrə Nümayəndəliyi və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazrliyi "xxxx" MMC tərəfindən verilmiş Xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış və iş yerləri üzrə müsbət xarakterizə edilir. İşdə olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, cinayət işinin icraatına xitam vеrilməsini xahiş еtmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını tədqiq edib sübut kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda-iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nın 4.6-cı bəndində göstərilmişdir ki, yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydalarında” dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.01.2022-ci il tarixli, 26 nömrəli qərarının 1.1-ci bəndinə əsaəsn Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydalarının” 4.6-cı bəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin Qərarı ilə laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsaəsn, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Beləliklə, məhkəmə iclasında təhqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 27 avqust 2021-ci il tarixdə Gədəbəy Rayоn X7 Hüquqi Şəxsin inzibati binasında “CОVİD-19” virusu ilə əlaqədar boğaz nahiyyəsindən yaxma götürmə üsulu ilə analiz vermiş, 31 avqust 2021-ci il tarixdə verdiyi testin cavabının pozitiv çıxmasına və ev müalicəsinə cəlb olunmasına baxmayaraq, 09 sentyabr 2021-ci il tarixdə, yəni, təcridolunma müddətinin 13-cü günündə təxminən saat 17 radələrində Gədəbəy rayonu, Söyüdlü kəndində yaşadığı evdən çıxıb, kəndin kənarına örüş sahəsinə getmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydalarında” dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.01.2022-ci il tarixli, 26 nömrəli qərarının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydalarının” 4.6-cı bəndi ləğv edilmiş, təcridolunma 14 gündən 7 günə azaldılmışdır. Yəni “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydalarının” 4.6-cı bəndinin, karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağasının ləğv edilməsi və laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddətinin 7 gün müəyyən edilməsi, vəziyyətini yüngülləşdirən hallar kimi, Azərbaycan Respublikası Konstitusiyasının Vİİ hissəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət sayılmasını aradan qaldırır və Təqsirləndirilən şəxs ittiham edildiyi əməl Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə artıq cinayət hesab edilə bilməz. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad еdilməli və barəsində оlan cinayət işi üzrə cinayət təqibinə xitam vеrilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yоxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Rеspublikası CPMnin 346-347, 356-358 və 39.1.11-ci maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPMnin 39.1.11-ci maddəsinə əsasən cinayət qanununun müddəalarının qüvvəsinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv еdilsin. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və apеllyasiya prоtеsti vеrilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar