Məhkəmə qərarları › İş №1(042)-9/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-9/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-9/2023 02.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X4, zərərçəkmiş Zərərçəkmiş şəxs, təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 15 avqust 1991-ci il tаrixdə Gədəbəy rayonu, Zəhmətkənd kəndində doğulmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy rayonu, Zəhmətkənd kəndində yаşаyаn, bаrəsində 06 sentyabr 2022-ci il tаrixdən bаşqа yеrə gеtməmək hаqqındа iltizаm qətimkаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs 17 iyul 2022-ci il tarixdə saat 16 radələrində Gədəbəy rayonu, Zəhmətkənd kəndi ərazisində yerləşən “Likoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında rayonun Xarxar kənd sakini Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlər söyməklə ona olan pul borcunu istədiyinə görə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərindən əsəbləşərək, əli ilə sonuncunun sifət nahiyyəsinə qəsdən vuraraq, ona burunun şişkinliyi və burun çəpərinin sınığı qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, sol göz ətrafı yumşaq toxumaların hematoması, qançırı, ağlı qişaya massiv qansızma fonunda sol gözün görmə itiliyinin azalması ilə nəticələnən Azərbaycan Respublikasının CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 127.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Zəhmətkənd kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Lakin Rafayılın oğlanları Niyaməddin və Arazı əvvəllər tanımış, onlarla münasibəti normal olmuşdur. 2022-ci ilin iyun ayının ortalarında dəqiq tarixini xatırlamadığı gündə Zərərçəkmiş şəxs onların Zəhmətkənd kəndində yerləşən əkin sahəsində traktoru ilə işləmişdir. Halbuki nə o, nə də onun ailə üzvlərindən heç kim Rafayıldan xahiş etməmişdir ki, həmin sahədə işləsin. Çünki ondan təxminən 20 gün əvvəl həmin əkin sahəsini başqa bir traktorçuya sürdürmüşdür. Zərərçəkmiş şəxs oğlu Şahid5 zəng edib bu barədə soruşarkən sonuncu ona dəqiq bir cavab verməmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs digər oğlu Şahid4 ona zəng edib atasının zəhməthaqqını istəmişdir. Şahid4 bildirmişdir ki, Rafayıl onların əkin sahəsində özbaşına gedib işləyib, ondan qabaq həmin sahəni başqa bir traktorçu işləmişdir. 17 iyul 2022-ci il tarixdə saat 16 radələrində Gədəbəy rayonu, Zəhmətkənd kəndinin ərazisində “Likoyl” yanacaqdoldurma məntəqəsinin yaxınlığında idarə etdiyi traktorunu saxlayıb marketə getmək üçün yerə düşmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs söyüş söyə-söyə yolun digər tərəfindən ona doğru gəldiyini görmüşdür. Zərərçəkmiş şəxs niyə söyüş söydüyünü soruşmuşdur. Zərərçəkmiş şəxs “niyə pulu vermirsən” deyərək, onun sinəsinə yumruq ataata nalayiq söyüşlər söymüşdür. O, əvvəllər Zərərçəkmiş şəxs üzdən tanımamış, yalnız adını bilmişdir. Həmin şəxsin danışığından və ondan pul istəməsindən başa düşmüşdür ki, həmin şəxs Zərərçəkmiş şəxsdur. Zərərçəkmiş şəxs ondan əvvəl başqa bir traktorçunun sahədə işlədiyini bildirmişdir. Bununla belə, ona demişdir ki, pulunu verəcək. Lakin Zərərçəkmiş şəxs öz hərəkətlərinə davam edərək yenidən nalayiq söyüşlər söyüb bir neçə dəfə onun sinəsinə yumruq vurmuşdur. O, Rafayılın sakitləşmədiyini görüb bir qədər uzaqlaşaraq, onun oğlu Şahid5 zəng edib bildirmişdir ki, atasını başa salsın, onu təhqir edir və vurur. Həmin vaxt Rafayıl Şahid5 və onun ünvanına nalayiq söyüşlər söyərək yenidən ona hücum etmişdir. Rafayılın ona çatdığını görüb özünü müdafiə etmək üçün sağ əlinin arxa tərəfi ilə onun sifətinə vurmuşdur ki, ondan uzaqlaşsın. Hadisədən sonra Rafayılın arvadı Şahid1 yolun digər tərəfindən Zərərçəkmiş şəxs yanına gəlib münaqişə yaratdığı üçün ona iradını bildirmişdir. Hadisə yerinə xeyli adam toplaşdığı üçün Rafayılın yıxılıb-yıxılmadığını dəqiq görməmiş və traktoruna minib oradan uzaqlaşmışdır. Traktora minməmişdən qabaq Rafayılın QAZ 3110 markalı avtomobilinin baqajından rəngini və formasını xatırlamadığı bıçaq və taxta parçası götürüb ona tərəf gəldiyini görmüşdür. Hadisənin baş verməsinə səbəb Zərərçəkmiş şəxs onu nalayiq söyüşlərlə söyməsi olmuşdur. Lakin törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmişə vurduğu ziyanı ödəmiş, onunla barışmışdır. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonunun Xarxar kəndində yaşayır. Fərdi əməklə məşğuldur, sepli traktorla əkin sahələrində işləyir. Təqsirləndirilən şəxs oğlunu əvvəllər şəxsən tanımamış, lakin sonuncunun atası Nail Hüseynovu traktor sürücüsü kimi tanımış, onlarla arasında düşmənçilik və ədavəti olmamışdır. 2022-ci ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxs dayısı Telman adlı şəxsin dəvəti ilə Zəhmətkənd kəndinə gedib Telmanın və onun qohumlarının, o cümlədən, Təqsirləndirilən şəxs atası Nailin sahəsində traktoru ilə işləmişdir. Telmanla dost olduğu üçün ondan pul götürməmişdir. Telmanın qohumları isə sonradan onun zəhməthaqqını Telmanın oğlu Nuşirəvan vasitəsi ilə vermişlər. O, həmin əkin sahələrində işləyəndə Telman və Nuşirəvan orada olmuş, Nail Hüseynov və Təqsirləndirilən şəxs isə orada olmamışlar. Onu həmin yerə Telman aparmışdır. Nuşirəvan ondan Nail Hüseynovun əkin sahəsində işləməyini xahiş edərkən bildirmişdi ki, pulu Nailin oğlu Elvin verəcək, əks halda isə özü verəcək. X2 sahəsində işləməyinin haqqının 60 manat olduğunu deyib 20 manat endirim edərək 40 manat alacağını bildirmişdir. Lakin üstündən bir ay keçməsinə baxmayaraq Elvin Hüseyov onun pulunu vermədiyi üçün bir neçə dəfə zəng edib Telmandan pulu istəmişdir. Telman Təqsirləndirilən şəxs pulu alıb verəcəyini demişdir. 17 iyul 2022-ci il tarixdə saat 16 radələrində Gədəbəy rayonu, Zəhmətkənd kəndinin ərazisində “Likoyl” yanacaqdoldurma məntəqəsinin yaxınlığında olarkən Nailin traktorunu bir nəfər cavan oğlanın sürdüyünü görüb başa düşmüşdür ki, həmin şəxs Nailin oğlu Elvindir. Həmin traktora yaxınlaşan zaman sürücü traktordan düşmüş, o, yaxınlaşıb, 40 manat zəhməthaqqının verilməsini istəmişdir. Təqsirləndirilən şəxs qəflətən sol gözünün üstündən yumruq zərbəsi vurmuşdur. Həmin vaxt telefonuna zəng gəldiyi üçün sağ əlini cibinə salmışdır. Ona görə də özünü tarazlaya bilməyib müvazinətini itirərək yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs nalayiq söyüşlər söyə-söyə sifət nahiyyəsinə, o cümlədən burnuna bir neçə yumruq, belinin sol tərəfinə bir neçə təpik zərbəsi vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs traktorla sənin üstündən keçərəm deyərək, onu hədələmişdir. Onları heç kim ayırmamış, Təqsirləndirilən şəxs özü onu buraxıb traktoruna oturub oradan qaçmışdır. Həmin vaxt həyat yoldaşı Şahid1 onun yanına gəlib çatmışdır. Sonra DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisədən sonra gözü yaxşı görmədiyi üçün Şahid1 zəng edib oğlu Arazı çağırmışdır ki, onları aparsın. Araz gəlib onları evlərinə aparmışdır. Hadisənin baş verməsinə səbəb Təqsirləndirilən şəxs əkin sahəsində işlədiyinin əvəzi olan zəhməthaqqını istəməsi olmuşdur. Hadisə təxminən 3-4 dəqiqə davam etmişdir. Hadisəni kənardan həyat yoldaşı Şahid1 görmüşdür. Bundan başqa tanımadığı 3-4 nəfər kənardan hadisəni görsə də onlardan heç biri hadisəyə müdaxilə etməmiş və yaxınlaşıb ona kömək etməmişlər. Onu hadisə yerindən oğlu Araz gəlib aparmışdır. Hazırda təqsirləndirilən şəxs ondan üzür istəmiş, ona dəymiş ziyanı aradan qaldırmışdır. O, təqsirləndirlən şəxsi bağışlamış, onunla barışmışdır. Ona görə də təqsirləndirlən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Xarxar kəndində yaşayır. Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla arasında heç bir münasibət olmamışdır. 17 iyul 2022-ci il tarixdə saat 16 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxsla sonuncunun idarə etdiyi QAZ 3110 markalı avtomobillə Gədəbəy rayonu, Zəhmətkənd kəndinə bazarlıq etməyə getmişlər. Həftənin bazar günləri Zəhmətkənd kəndinin ərazisində “Likoyl” yanacaqdoldurma məntəqəsinin qarşı tərəfində həftəbazarı olur. Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili yolun kənarında dayandırıb ona pul verməli olan şəxsi yanacaqdoldurma məntəqəsində gördüyünü bildirmiş və pulunu almaq üçün avtomobildən düşüb getmişdir. O, da avtomobildən düşmüşdür ki, Zərərçəkmiş şəxs pulunu alıb gəldikdən sonra birlikdə bazarlıq etsinlər. Həmin vaxt bir nəfər oğlanın Zərərçəkmiş şəxs yumruqla vurub yerə yıxdığını, sonra isə təpiklə vurduğunu görmüşdür. Zərərçəkmiş şəxs döyüldüyünü görüb avtomobil yolunu keçərək onun yanına getmişdir. Rafayılın yanına çatan zaman həmin oğlan nalayiq söyüşlər söyə-söyə traktora minib oradan uzaqlaşmışdır. Baxarkən Zərərçəkmiş şəxs sifətini qanın içərisində görmüş, sonuncunun burnundan xeyli qan axmışdır. O, Rafayıla kömək edib yerdən qaldıraraq gətirib avtomobildə oturtmuşdur. Zərərçəkmiş şəxs onu vuran şəxsin Zəhmətkənd kənd sakini Nailin oğlu Elvinin olduğunu demişdir. O, Rafayılın avtomobili sürə bilməyəcəyini görüb oğlu Araza zəng edib çağırmışdır ki, gəlib onları aparsın. Hadisə təxminən 4-5 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İş üzrə Şahid7 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Zəhmətkənd kəndində yaşayır. Təqsirləndirilən şəxs tanıyır, həmkəndlisidir. Zərərçəkmiş şəxs isə qonşu Xarxar kənd sakini kimi tanıyır. Onların heç biri ilə düşmənçilik və ədavəti yoxdur. 17 iyul 2022-ci il tarixdə saat 16 radələrində Gədəbəy rayonu, Zəhmətkənd kəndinin mərkəzində yerləşən “Al marketin” qarşısında olan zaman yolun digər tərəfində “Likoyl” yanacaqdoldurma məntəqəsinin qabağında Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs mübahisə etdiyini, Rafayılın Elvini nalayiq söyüşlərlə söyərək ondan pul istədiyini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs telefonunu götürüb bir qədər kənara çəkilib kiməsə zəng edərək telefonu səsucaldana qoyub Rafayıla tərəf tutmuşdur. Yaxınlaşarkən Zərərçəkmiş şəxs Elvini və onun telefonda danışdığı şəxsi nalayiq söyüşlərlə söydüyünü eşitmişdir. Zərərçəkmiş şəxs söyüş söyəsöyə bir qədər də Elvinə tərəf getmiş, Elvin əli ilə Rafayılın sifətindən vurmuşdur. Rafayıl bir qədər geri gedib yerə çökmüşdür. Tez Elvini tutub traktoruna mindirib oradan uzaqlaşdırmışdır ki, dava daha da böyüməsin. Sonra Zərərçəkmiş şəxs avtomobil yolunun digər tərəfinə keçib QAZ 3110 markalı avtomobilinin baqajından taxta parçası götürüb qəşqırmağa başlamış, sonra avtomobilinə əyləşib getmişdir. Ona görə də Elvinə zəng edib xəbərdarlıq etmişdir ki, çıxıb evinə getsin. Hətta yenidən dalaşacaqlarını ehtimal edib gedib Elvini öz avtomobil ilə əkin sahəsindən evinə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Zəhmətkənd kəndində yaşayır. Təqsirləndirilən şəxs tanıyır, həmkəndlisidir. Zərərçəkmiş şəxs isə qonşu Xarxar kənd sakini kimi tanıyır. Onların heç biri ilə aralarında düşmənçilik və ədavəti yoxdur. 17 iyul 2022-ci il tarixdə saat 16 radələrində Gədəbəy rayonu, Zəhmətkənd kəndinin mərkəzində olan zaman “Likoyl” yanacaqdoldurma məntəqəsinin qabağında Təqsirləndirilən şəxs traktoru ilə gəlib dayandığını və bir nəfər şəxsin söyüş söyə-söyə Elvinin traktoruna tərəf gəldiyini görmüşdür. Həmin şəxs Elvinə yaxınlaşıb paltarının yaxasından tutub, onu söymüşdür. Diqqətlə baxıb söyüş söyən şəxsin Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Mübahisənin böyüdüyünü görüb Qəhrəman, Zaur, Sahib adlı həmkəndliləri ilə birlikdə yaxınlaşıb onları ayırmışdır. Elvin Rafayılın oğluna zəng edib atasının onu söydüyünü demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs nalayiq söyüşlər söyərək, Elvinin sinəsindən bir yumruq vurmuşdur. Elvin də özünü müdafiə etmək üçün əlinin arxa tərəfi ilə onun sifət nahiyyəsinə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs söyüş söyə-söyə QAZ 3110 markalı avtomobilinə tərəf gedib avtomobilin baqajından bıçaq və taxta parçası götürərək Elvinə tərəf gəlməyə başlamışdır. Rafayılın Elvinə çatmağına 5-6 metr qalmış Elvini traktoruna mindirmişlər ki, bədbəxt hadisə baş verməsin. Rafayıl çatmamış Elvin oradan uzaqlaşıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Xarxar kəndində yaşayır. Heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs atasıdır. Təqsirləndirilən şəxs tanıyır, hadisəyə qədər aralarında dostluq münasibətləri olmuşdur. 17 iyul 2022-ci il tarixdə saat 16 radələrində Gədəbəy rayonu, Xarxar kəndinin ərazisində Elvinin qohumu Şahid2 ilə birlikdə otbiçən zaman anası Şahid1 zəng edib Zəhmətkənd kəndinə bazarlıq etməyə gedərkən “Likoyl” yanacaqdoldurma məntəqəsinin yanında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub gözünü çıxartdığını deyərək tez gəlib onu xəstəxanaya aparmağını xahiş etmişdir. O, dərhal Zəhmətkənd kəndinə gedib atası Zərərçəkmiş şəxs yolun kənarında yanacaqdoldurma məntəqəsinin yaxınlığında daşın üstündə oturduğunu, burnundan və gözündən qan axdığını görmüşdür. Zərərçəkmiş şəxs onu görən zaman həyəcanlanıb özündən getmişdir. Dərhal Zərərçəkmiş şəxs Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan da Gədəbəy RPŞ-ə gətirmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs zəng edib atasını döydüyü üçün iradını bildirmişdir. Elvin isə telefon danışığı zamanı onu nalayiq söyüşlərlə söyərək yaxşı etdiyini deyib hədələmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Zəhmətkənd kəndində yaşayır. Zərərçəkmiş şəxs tanıyır, aralarında düşmənçilik və ədavət olmamışdır. 2022-ci ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs oğlu Araza tapşırıb ki, traktoru ilə onun və qohumlarının Zəhmətkənd kəndindəki əkin sahələrində işləsin. Bir neçə gün sonra Zərərçəkmiş şəxs traktoru ilə gəlib Zəhmətkənd kəndində onun və qohumlarının əkin sahəsində işləmişdir. Həmçinin Zərərçəkmiş şəxs dayısı Nail Hüseynovun da əkin sahəsində işləməyi tapşırmışdır. Lakin həmin vaxt Nail Hüseynov və Təqsirləndirilən şəxs ona əkin sahələrini şumlatmağı tapşırmamışdır. Özü düşünmüşdür ki, onların yerini də şumlatmaq lazımdır. Ona görə də Zərərçəkmiş şəxs tapşırmışdır ki, Nail Hüseynovun da əkin sahəsini şumlasın. Sonradan bilmişdir ki, əvvəldən dayısı Nail Hüseynov həmin torpaq sahəsini başqa bir traktorçuya şumladıb. Narazılıq yaranmaması üçün qərara almışdır ki, Zərərçəkmiş şəxs 50 manat yanacaqpulu versin. Bir neçə gün sonra Zərərçəkmiş şəxs oğlu Araz zəng edib atasının zəhməthaqqını istəmişdir. Araza tapşırmışdır ki, Təqsirləndirilən şəxsgilin ailəsindən pul istəməsinlər, pulu onların yerinə özü verəcək. Araz razılaşmışdır. 17 iyul 2022-ci il tarixdə saat 16 radələrində Gədəbəy rayonu, Xarxar kəndi ərazisində Zərərçəkmiş şəxs oğlu Şahid4la bir yerdə olan zaman kimsə sonuncuya zəng edib Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs pul üstündə dalaşmasını bildirmişdir. O, Araza iradını bildirərək, pulu özü verəcəyini bildirmişdir. Araz atasının yanına getmişdir. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs digər oğlu Niyaməddin onun yanına gəlib Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs dalaşdığını bildirmişdir. Niyaməddinin yanında Təqsirləndirilən şəxs zəng edib niyə dalaşdıqlarını soruşmuşdur. Elvin ona bildirmişdir ki, Zərərçəkmiş şəxs Zəhmətkənd kəndində “Likoyl” yanacaqdoldurma məntəqəsinin qarşısında onu söydüyü üçün əsəbləşərək, ona bir yumruq zərbəsi vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyniməzmunlu ifadə vermişdir. İşdə olan Ərizədən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və onun barəsində cinayət işinin icraatına xitam vеrilməsini xahiş еtmişdir. İşdə olan Ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını bildirmiş, iş üzrə icraata xitam vеrilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 X7 Gədəbəy Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 333 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər -sol göz ətrafı yumşaq toxumaların hematoması, qançırı, ağlı qişaya massiv qansızma fonunda sol gözün görmə itiliyinin azalması (Vis=0,07), burunun şişkinliyi, burun çəpərinin sınığı, sol yanağın şişkinliyi, sıyrığı, selikli qişasının qansızması küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri 17 iyul 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol göz ətrafı yumşaq toxumaların hematoması, qançırı, ağlı qişaya massiv qansızma fonunda sol gözün görmə itiliyinin azalması(Vis=0,07) sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, burunun şişkinliyi və burun çəpərinin sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, qeyd olunan xəsarətləri onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarətlər aşkar edilməmişdir. İşdə olan Аzərbаycаn Rеspublikаsı Dаxili İşlər Nаzirliyin Bаş Əməliyyаt və Stаtistik İnфоrmаsiyа İdаrəsindən аlınmış tələbnаmədən gюrцnцr ki, Təqsirləndirilən şəxs Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya aktının 2.8-ci bəndinə əsasən təyin edilmiş cəzadan azad edilmişdir. İşdə olan Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 25 nömrəli məktubundan görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 1(042)-61/2019 saylı xx.xx.2019-cu il tarixli hökmünə əsasən Gədəbəy rayonu Zəhmətkənd kənd sakini Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, “08 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzadan azad edilmiş və məhkumluğu götürülmüşdür. İşdə olan Gədəbəy RİHB-nın Zəhmətkənd Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xaraktеrizə оlunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2. və 127.1-ci maddələrindən görünür ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində ittiham edilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məcəllənin 73.2-ci maddəsinə əsasən və Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Rеspublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bеləliklə, məhkəmə iclasında təhqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Lakin həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs məhkəməyə ərizələrlə müraciət etmiş, barışdıqlarını, zərərçəkmişə vurulmuş zərərin aradan qaldırıldığını bildirmiş və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişlər. Məhkəmə bu halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad еdilməli və onun barəsində оlan cinayət işi üzrə cinayət təqibinə xitam vеrilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yоxdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Rеspublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırdığına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv еdilsin. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və prоtеsti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar