Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-1/2020 10.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x3 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə x2 Məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Göygöl rayon Vəkil Bürosunun vəkili x4, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatında olmaqla, Gəncə şəhəri, Avtozavod qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, AR ƏN PX-in 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi : Təqsirləndirilən şəxs qanunsuz saxlanc yerinə daxil olaraq özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 14 mart 2017-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fermaya hasarından tullanaraq qanunsuz daxil olub həmin fermanın içərisində olan tikiliyə pəncərəsindən daxil olaraq oradan bir ədəd 105 manat dəyərində DWT DS-200 KS markalı bıçaq itiləyən cihazı götürmüş, daha sonra fermanın həyətində olan transformatora qoşulmuş 1 metrinin uzunluğu 9 manat dəyərində olan 40 metr uzunluğunda elektrik naqilini kəlbətin vasitəsi ilə kəsib götürərək ümumilikdə Zərərçəkmiş şəxs 465 manat məbləğində ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs ona CM-in 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, fərdi əmək kimi ustalıq etməklə pul qazanmış, 2017-ci ilin mart ayının ilk ongünlüyündə o, Avtozavod qəsəbəsində göyərçin uçurduğu zaman hava küləkli olduğundan göyərçinlərdən biri Avtozavod qəsəbəsində yerləşən fermanın həyətinə düşmüş, o, qapını döysədə heç kəs cavab verməmiş, o, fermanın arxa tərəfinə gedərək barının üzərindən tullanıb fermanın içərisinə girmiş, o, fermadan göyərçini götürəndə fermanın içərisindəki otaqda bıçaq itələyən cihaz və həyətində elektrik naqillərini görmüş, o, oradakı bıçaq itiləyən cihaz və elektrik naqillərini yadında saxlayaraq fermanın barısından tullanıb çıxıb getmiş, təxminən 1 həftə sonra 14 mart 2017-ci il tarixdə axşam saat 22 radələrində o, bıçaq itələyən cihazı və elektrik naqillərini oğurlamaq üçün fermanın yanına gəlmiş, o, fermanın barısından həyətinə tullanmış, fermanın həyətində yerləşən otağa açıq vəziyyətdə olan pəncərəsindən daxil olmuş, o, həmin otaqdan bıçaq itiləyən cihazı götürmüş, sonradan fermanın həyətində yerləşən 40 metr uzunluğunda elektrik naqillərini kəlbətin vasitəsilə kəsmiş, o, elektrik naqillərini top halında dolayaraq kəndirə bağlayıb barının o biri tərəfinə keçirmiş, daha sonra bıçaq itiləyən cihazı torbanın içərisinə qoyub kəndirə bağlayaraq barının o biri tərəfinə keçirmiş, o, elektrik naqilərini sol ciynində, torbanın içərisində olan bıçaq itiləyən cihazı sağ ciynində yaşadığı evə aparmış, gecə olduğu üçün anası və qardaşı yatmış, o, elektrik naqillərini və bıçaq itiləyən cihazı damın içərisinə qoymuş, səhəri gün anası işə getmiş, qardaşı da evdə olmamış, o, naqilləri əridərək alminium əldə etmiş, o, küçədən keçən tanımadığı dəmir alan şəxsə 24 manat qarşılığında alüminiumu satmış, daha sonra o, fermanın qabağındakı dəmir sexində işləyən Azad adlı şəxsin yanına gedərək bıçaq itiləyən cihaz olduğunu deyib, satmaq istədiyini bildirmiş, Azad bıçaq itiləyən cihazı haradan almağını soruşduqda, özlərinə məxsus olmasını bildirmiş, o, Azada cihazı 25 manata satmaq istəsə də, Azad onunla 20 manata razılaşmış, o, evdən bıçaq itiləyən cihazı götürərək gətirib Azada 20 manata satmış, 09 may 2017-ci il tarixdə polis əməkdaşları ona yaxınlaşaraq Avtozavod qəsəbəsində yerləşən fermadan oğurluq etməkdə ondan şübhələndiklərini bildirmişlər, o, heç bir etiraz etməyərək könüllü şəkildə əməlini etiraf etmiş, oğurluq edən zaman tək olmuş, alüminiumu satdığı tanımadı dəmir alan şəxsin və bıçaq itiləyən cihazı satdığı Azad adlı şəxsin satdığı əşyaların oğurluq nəticəsində əldə edilməsindən xəbərləri olmamış, bayram olduğu vaxt maddi imkanı çətin vəziyyətdə olduğundan məcburiyyət qarşısında qalıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, etdiyi əməlindən peşman olmuş və onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun Gəncə şəhəri Avtozavod qəsəbəsində ferması hal-hazırda fəaliyyət göstərməmiş, bu səbəbdən o, həmin fermaya əvvəlki kimi tez-tez gedib-gəlməmiş, həmin fermaya 2017-ci ilin mart ayının ortalarında getmiş, həmin fermaya gedəndə fermanın içərisindəki tikilinin pəncərəsinin qırıq olduğunu görmüş, o, içəri girən zaman darvazanın arxasında yerləşən stolun üstündə olan bıçaq itiləyən aparatın yerində olmadığını görmüş, daha sonra ətrafa göz gəzdirən zaman bir tərəfi transformatora quraşdırılmış, bötüvlükdə hasara bərkidilmiş vəziyyətdə olan 40 metr uzunluğunda elektrik naqilinin dibindən kəsilərək oğurlandığını görmüş, o, bundan başqa oğurlanmış heçnə aşkar etməmiş, o, ilk əvvəl oğrunu özü tapmaq üçün polisə şikayət etməmiş, lakin o, həmin şəxsləri tapa bilmədiyinə görə 20 aprel 2017-ci il tarixdə Kəpəz RPB-nə ərizə ilə müraciət etmiş, onun fermasından bıçaq itiləyən cihazın oğurlanması nəticəsində ona 180 manat maddi ziyan vurulmuş, çünki o, həmin cihazı təxminən 5-6 il əvvəl 180 manata almış, ancaq ferması işləmədiyi üçün istifadə etməmiş, 40 metr uzunluğunda olan elektrik naqilinin içərisi 4 gözlü, alminium, diametri 5 sm olmuş, elektrik naqili istismar edilməmiş, həmin elektrik naqilinin metrini 9 manata almış, həmin 40 metr uzunluğunda elektrik naqilinin oğurlanması nəticəsində ona 360 manat ziyan vurulmuş, o, heç kimdən şübhələnməmişdir. Həmçinin, o, 2017-ci ilin may ayının əvvəllərində fermasının qarşısındakı dəmir sexinə getdiyi zaman ona məxsus bıçaq itiləyən cihazın orada olmasını görmüş, o, dəmir sexində işləyən şəxsdən bıçaq itiləyən cihazı haradan almasını soruşanda Novruz adlı şəxsdən 2017-ci ilin mart ayının ortalarında almasını bildirmiş, o, həmin şəxsə bıçaq itiləyən cihazın rənginə və üzərindəki yazılara görə ona məxsus olmasını demiş və polisə bu barədə məlumat verəcəyini bildirmiş, həmin şəxs ona bıçaq itiləyən cihazın oğurluq nəticəsində əldə edilməsini bilmədiyini və polisə şikayət etməyinə heç bir narazılığının olmadığını demiş, o, məhkəmə-əmttəşünaslıq ekspertizasının rəyində göstərilən qiymətlə razılaşmış, o, bıçaq itiləyən cihazı təzə aldığı zaman həmin cihazın qiyməti 180 manat olmuş, o, həmin cihazın istifadə müddətini nəzərə almamış, buna görə də həmin cihazın oğurlanması nəticəsində ona 105 manat ziyan dəymiş, 40 metr uzunluğunda olan elektrik naqilinin içərisi 4 gözlü, alminium, diametri 5 sm olmuş, elektrik naqili istismar edilməmiş,həmin elektrik naqilin metrini 9 manata almış,həmin 40 metr uzunluğunda elektrik naqilinin oğurlanması nəticəsində ona 360 manat ziyan vurulmuşdu. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona vurulmuş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Şahid1 ifadəsində göstərdi ki, o, fərdi əmək kimi dəmirçilik etməklə pul qazanır və Təqsirləndirilən şəxs uzun müddətdir tanımış, Novruzla normal münasibəti olmuş, heç bir düşmənçilik və ədavəti olmamışdır. 2017-ci ilin mart ayının ortalarında Novruz onun Avtozavod qəsəbəsində yerləşən dəmir sexinə torbanın içərisində bıçaq itiləyən cihaz gətirmiş, Novruz ona həmin cihazın evlərində uzun müddətdir istifadəsiz olduğunu, satmaq istədiyini demiş, o, ilk əvvəl həmin cihazın oğurluq olmasından şübhələnib almaq istəməmiş, ancaq Novruzun sexin yanındakı kafeni işlədən dostu Rəşad ondan heç bir narahatçılıq olmayacağını, cihazı almağını istəmiş, Rəşad həmin cihazın oğurluq olarsa cavabdeh olacağını demiş, çünki, Novruz Rəşada əvvəlcədən evlərində belə bir cihazın olmasını demiş, o, Rəşadın dediklərinə arxayın olub saz vəziyyətdə olan cihazı 20 manata almış, təxminən 1 müddət sonra qarşılarında olan fermanın müdiri Rəşid adlı şəxs cihazı görərək həmin cihazın özünə məxsus fermadan oğurlanmasını demiş, onlar Rəşidlə birlikdə cihazın götürüldüyü yerə getmiş, Rəşid cihazın söküldüyü yeri göstərmiş, həqiqətən də, cihazın altlığı ilə söküldüyü yerin forması eyni olmuş, Rəşid gedib bu barədə polisə şikayət edəcəyini demiş, o da Rəşidə gedib şikayət etməsinin heç bir narahatçılıq yaratmacağını, cihazı Novruzdan almağını bildirmiş, o, həmin cihazın oğurluq nəticəsində əldə edilməsini bilməmiş, İlk əvvəl həmin cihazı almaq istəməsə də, Novruzun dostu Rəşad Novruzu tanıdığını, Novruzun həmin cihazın uzun müddətdir ki, evlərində olmasını, işlətmədikləri üçün satmaq istəməsini deməsini bildirmiş, o, Rəşadın sözünə arxayın olub bıçaq itiləyən cihazı almış, o, Novruza verdiyi 20 manat pulu ondan geri almış, bıçaq itiləyən cihazla bağlı heç bir iddia və tələbi olmamış, Novruz ona 30 manata satmaq istəmiş, o, 20 manat verə biləcəyini demiş, onlar razılaşmışlar, o, belə bir cihaz almaq fikri olduğu üçün mağazalardan bu barədə maraqlanmış, bıçaq itiləyən cihazların orta qiyməti 50-55 manat arasında olmuşdur. Şahid2 ifadəsində göstərdi ki, o, Avtozavod qəsəbəsində yerləşən “Dağlaroğlu” kafesini icarəyə götürüb işlətmiş, Təqsirləndirilən şəxs tanımış, Novruzla normal münasibəti olmuş, heç bir düşmənçilik və ədavəti olmamışdır. 2017-ci il mart ayının ortalarında onun kafesinin yanında dəmir sexində işləyən Azad ona yaxınlaşaraq Novruzun bıçaq itiləyən cihaz satmaq istəməsini demiş, Azad ondan həmin cihazın oğurluq olub-olmaması barədə maraqlanmağını istəmiş, o, Novruzdan kafesinin qarşısında cihazın oğurluq olub-olmaması barədə maraqlanmış, Novruz ona “sən öl” deyərək oğurluq olmamasını demiş, o, Novruz və Azadın yanından ayrılaraq kafenin içərisinə getmişdir. Bir müddət sonra Azad ona yaxınlaşaraq qarşılarında olan fermanın sahibinin cihazın özünə məxsus olmasını deməsini ona demiş, həmin vaxt ona Novruzun bıçaq itiləyən cihazı fermadan oğurlaması məlum olmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışında tədqiq olunmuş: Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 iyun 2017-ci il tarixli 11981 nömrəli rəyində görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, tədqiq edilən obyektlərin, 2017-ci ilin mart ayının ortalarına, qərarın təsviri hissəsində göstərilən məlumatlara, təqdim edilmiş fotoşəkillərə və məktubda olan məlumatlara əsasən, eləcədə iki il istismar müddətini nəzərə alaraq, respublikadaxili orta bazar satış qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq aşağıdakı kimi müəyyən edilir. Uzunuluğu 40 metr, 4 gözlü, içərisi alminium, diametri 5 sm olan elektrik naqilinin markası məlum olmadığından, gözlərin içərisində naqillər çox simli və ya tək naqilli olub-olmaması məlum olmadığından qiymətləndirmək mümkün olmadı. Bir ədəd DWT DS-200 KS markalı iki tərəfli bıçaq itiləyən cihazın 4-5 il istismar müddətini və köhnəlməsini nəzərə alaraq 105 manat müəyyən edilir. Arayışdan görünür ki, 40 metr uzunluğunda 4 gözlü, içərisi alminiumdan ibarət diametri 5 sm olan elektrik naqilinin 1 metrinin bazar qiyməti 9 manatdır. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 1(044)-104/2012 saylı, 28 iyun 2012-ci il tarixli hökmünün surətindən və Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və x1 alınmış tələbnamədən görünür ki, 16.05.2017-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Gəncə şəhər Nizami rayon Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli qərarının 1.7-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon məhkəməsinin 28.06.2012-ci il tarixli hökmü ilə ona təyin olunmuş 300 manat miqdarında cərimə cəzasından azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardığı gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab olunur. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmiş və bu səbəbdən də ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün olaraq tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında (19 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyada) üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 10.3-cü maddəsində də göstərilmişdir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə CM-in 59-cu maddəsinə əsasən, əməlindən peşmançılıq hissləri keçirməsi, vurulmuş ziyanı ödəməsi, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olaraq cərimə cəzası da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, göstərilən cinayət əməli Təqsirləndirilən şəxs tərəfindən törədilərkən qüvvədə olan Azərbaycan Respublikası 177.2.3-cü maddəsinin sanksiyasında (19 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyada) nəzərdə tutulan cərimə cəzası təyin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs cərimə cəzası deyil, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Beləliklə məhkəmə qeyd olunan halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran halların olmaması və cəzanı yüngülləşdirən hallar isə Azərbaycan Respublikasının CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq cəza təyin edilən zaman nəzərə alınmalı, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün olduğundan ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının aşağı həddində təyin edilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığı üçün, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək 24.02.2020-ci il tarixdən 10.03.2020-ci il tarixə kimi həbsdə olmuşdur. Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən, məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnda məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Odurki, məhkəməhesabedirki, Təqsirləndirilən şəxs şübhəli24.02.2020-ci il tarixdən 10.03.2020-ci il tarixə kimi həbsdə olduğu müddət nəzərəalınmaqlaonatəyinolunacaqcəriməcəzasıyüngülləşdirilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilərək, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İş üzrə mülkiiddiavəxüsusimüsadirəedilməliəmlak yoxdur. Odurki, məhkəməgöstərilənlərəəsasənvəAzərbaycanRespublikasıCinayət- ProsessualMəcəlləsinin132, 179-188, 197, 198, 344-349, 351-353, 356, 358, 381-385cimaddələrinirəhbərtutaraq, hökm etdi: Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 3000 (üçmin) manatcəriməcəzasınaməhkumedilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24.02.2020-ci il tarixdən 10.03.2020-ci il tarixə kimi həbsdə olduğu müddət nəzərə alınaraq təyin olunmuş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökmün icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(043)-1/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-1/2020
10.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver