Məhkəmə qərarları › İş №1(043)-1/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-1/2022

30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-1/2022 30.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, 30.03.2022-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xx.xx.1958-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, məhkumluğu olmayan, Gəncə şəhəri, DOS-6, ev 72, mənzil 4 ünvanında qeydiyyatda olmaqa həmin ünvanda yaşayan barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4, 320.2 və 322.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanını ünvan 3vanında yaşamadığı halda guya 1992-ci ildən etibarən həmin mənzildə yaşaması barədə 1914 nömrəli, 9 dekabr 2016-cı il tarixli hüquq verən rəsmi sənəd hesab edilən saxta arxiv arayışını və məktubunu Gəncə 1 saylı Evlər İdarəsinin müdiri işləmiş Şahid6 qanunsuz olaraq əldə edib bilə-bilə həmin saxta arayışdan və məktubdan istifadə etməklə həmin saxta arayışı və məktubu 9 dekabr 2016-cı il tarixdə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinə təqdim etmiş və həmin sənədlər əsasında Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli qətnaməsi ilə onun Gəncə şəhəri, Muxtar Avşarov küçəsi, ev 60/17, mənzil 8 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması qət edilsə də, qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi ünvan 2 mülkiyyətçisi Zərərçəkmiş şəxs2, mülkiyyətçinin razılığı ilə evdə yaşayan Zərərçəkmiş şəxs1 və evə nəzarət edən Nümayəndə tərəfindən təkzib edilən hərəkətləri özbaşına törədərək mənzil mülkiyyətçisinin, mənzildə yaşayan və mənzilə nəzarət edən şəxslərin iradəsi ziddinə, 2017-ci ilin noyabr ayının axırlarında,müəyyən edilməsi mümkün olmayan tarixdə zor tətbiq edərək mənzilin qapısını qırmaq yolu ilə Gəncə şəhəri, Kəpəz rayonu, Muxtar Afşarov küçəsi ev 60A ünvanında yerləşən mənzilə daxil olub mənzilin faktiki olaraq əldən çıxması nəticəsində mühüm zərər vumaqla özbaşınalıq etmişdir. Bundan sonra sonra isə həmin tarixdən etibarən 17 iyul 2020-ci il tarixədək olan müddət ərzində, müəyyən edilməsi mümkün olmayan tarixlərdə həmin mənzildən ər-arvad olan Zərərçəkmiş şəxs2 və X1 məxsus 400 manat dəyərində 1 ədəd soyuducunu, 600 manat dəyərində 1 ədəd paltaryuyan maşını, 500 manat dəyərində 1 ədəd televizoru, ümumi 180 manat dəyərində 3 ədəd su mühərrikini, 200 manat dəyərində 1 ədəd su mühərrikini, 380 manat dəyərində 3x4 ölçüdə 1 ədəd xalçanı, 300 manat dəyərində 1 ədəd Gəncə xalçasını, ümumi 200 manat dəyərində 4 ədəd yataq dəstini, ümumi 200 manat dəyərində 6 dəst stol örtüyünü, ümumi 200 manat dəyərində 2 dəst yataq örtüyünü, ümumi 300 manat dəyərində 6 ədəd yorğan-döşək və 12 ədəd yastıq dəstini, ümumi 600 manat dəyərində 2 ədəd paltar dolabını, ümumi 800 manat dəyərində müxtəlif növdə və çeşiddə geyim əşyalarını, ümumi 500 manat dəyərində 2 ədəd çarpayını, ümumi 100 manat dəyərində 3 dəst çılçırağı, 20 manat dəyərində 1 ədəd böyük təkərli çanta, 50 manat dəyərində 1 ədəd “Wrangler” markalı cins şalvar, 40 manat dəyərində 1 ədəd “Jinglers” markalı cins şalvar, 10 manat dəyərində 1 ədəd qalın idman şalvarı, 80 manat dəyərində 1 ədəd “Hensel Mortenses” markalı qış gödəkçəsi, 60 manat dəyərində 1 ədəd “Bugatti” markalı pencək, 50 manat dəyərində 1 ədəd “Herluf design” markalı qış gödəkçəsi, 20 manat dəyərində 1 ədəd “Jokey” markalı kofta və ümumi 20 manat dəyərində 2 ədəd nazik kofta da daxil olmaqla ümumilikdə 7000 manat dəyərində 16 ədəd çantanın içərisində Fransa, Almanya və İtalya istehsalı olan müxtəlif növdə və çeşiddə geyim əşyalarını, ümumi 180 manat dəyərində 2 ədəd ortalıq stolunu, 100 manat dəyərində 1 ədəd divanı, ümumi 200 manat dəyərində 12 ədəd stulu, 100 manat dəyərində 1 ədəd stolu, ümumi 300 manat dəyərində qab-qacaq dəstini, 100 manat dəyərində çay dəstini, 100 manat dəyərində yemək dəstini, ər-arvad olan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Rəsul qızına məxsus ümumi 1650 manat dəyərndə qonaq üçün stol-stul dəstini, ümumi 2700 manat dəyərində 6 qapılı paltar dolabını, 1 ədəd iki nəfərlik çarpayını, 1 ədəd bir nəfərlik çarpayını, 1 ədəd güzgülü dolabı, 2 ədəd kiçik dolabı, 300 manat dəyərində 1 ədəd döşəyi, ümumi 150 manat dəyərində 2 ədəd yorğanı, ümumi 350 manat dəyərində 3 ədəd yorğanı, ümumi 200 manat dəyərində 2 ədəd döşəyi, ümumi 250 manat dəyərində 8 ədəd yastığı, ümumi 30 manat dəyərində 2 ədəd uzunsov yastığı, ümumi 250 manat dəyərində 2 ədəd gəvəni, ümumi 600 manat dəyərində qonaq otağı üçün 5 ədəd qapı-pəncərə pərdələrini və yataq otağı üçün 5 ədəd qapı-pəncərə pərdələrini, ümumi 800 manat dəyərində 10 ədəd pərdə asılqanlarını, ümumi 200 manat dəyərində 12 ədəd şirəli qazanları, 200 manat dəyərində 6 predmetdən ibarət “Tefal” markalı 1 ədəd qazan dəstini, ümumi 150 manat dəyərində 1 ədəd uşaq çarpayısını və 2 ədəd döşəyi, 100 manat dəyərində 1 ədəd ətçəkən maşını, 50 manat dəyərində 1 ədəd tozsoranı, 50 manat dəyərində 1 ədəd çılçırağı, 150 manat dəyərində xrustal stəkannəlbəki dəstini, 100 manat dəyərində şirə stəkanı dəstini, ümumi 450 manat dəyərində çay və yemək dəstini, 150 manat dəyərində xrustal bakal dəstini, 70 manat dəyərində badə dəstini, 100 manat dəyərində yemək dəstini, ümumi 50 manat dəyərində 2 ədəd xrustal şirniyyat qabını, ümumi 100 manat dəyərində 2 ədəd meyvə qabını, 200 manat dəyərində 1 ədəd çarpayı örtüyünü, 150 manat dəyərində 1 ədəd ədyalı, ümumi 300 manat dəyərində 2 ədəd qadın dəstini, ümumi 400 manat dəyərində kişi üçün 3 dəst kostyumu, ümumi 400 manat dəyərində 5 cüt dikdaban ayaqqabını, ümumi 300 manat dəyərində kişi üçün 7 ədəd şalvarı, ümumi 200 manat dəyərində 5 ədəd köynəyi, 200 manat dəyərində qadın üçün 1 ədəd paltonu, ümumi 300 manat dəyərində 4 ədəd donu, ümumi 300 manat dəyərində 10 ədəd koftanı, ümumi 600 manat dəyərində uşaq üçün qış və yay geyim dəstlərini, Zərərçəkmiş şəxs6 məxsus 180 manat dəyərində “Eurolux” markalı 1 ədəd ətçəkən maşını, 320 manat dəyərində “Braun” markalı 1 ədəd tozsoranı, 500 manat dəyərində “Samsung” markalı 1 ədəd sobanı, 500 manat dəyərində 1 ədəd mətbəx stol və stul dəstini, 250 manat dəyərində 1 ədəd mətbəx üçün güzgülü qaz sobasını, 300 manat dəyərində uşaq üçün 1 ədəd yazı masasını, ümumi 500 manat dəyərində “Braun”, “Tefal” və “Eurolux” markalı 3 ədəd ütünü, 300 manat dəyərində 1 ədəd dəhliz mebelini, 1000 manat dəyərində 1 ədəd xrustal çılçırağı, ümumi 3000 manat dəyərində 3 ədəd xalçanı, ümumi 1500 manat dəyərində 2 ədəd xalçanı, ümumi 500 manat dəyərində 5 ədəd yataq dəstini, 300 manat dəyərində “Samsung” markalı 1 ədəd kondensioneri, ümumi 150 manat dəyərində 6 ədəd stul dəstini, 300 manat dəyərində 1 ədəd su çənini, 800 manat dəyərində 1 ədəd generatoru, 100 manat dəyərində 1 ədəd generatoru, ümumi 380 manat dəyərində 5 ədəd ədyalı, 150 manat dəyərində “Aura” markalı mətbəx ləvazimatları dəstini, 350 manat dəyərində 1 ədəd qazan dəstini, 500 manat dəyərində “AMS” markalı 1 ədəd qazan dəstini, ümumi 280 manat dəyərində 5 ədəd pərdə asılqanını, ümumi 800 manat dəyərində 2 ədəd dəri və parça divanı, 300 manat dəyərində “LG” markalı televizoru, 250 manat dəyərində televizoraltı mebeli, ümumi 500 manat dəyərində uşaq üçün dolab və çarpayı dəstini, 200 (iki yüz) ABŞ dolları, həmin dövrün məzənnəsinə uyğun isə 340 manat dəyərində 1 ədəd dəri plaşı, 200 (iki yüz) ABŞ dolları, həmin dövrün məzənnəsinə uyğun isə 340 manat dəyərində 1 ədəd dublyonkanı, 300 (üç yüz) ABŞ dolları, həmin dövrün məzənnəsinə uyğun isə 510 manat dəyərində 1 ədəd dublyonkanı, ümumi 1000 manat dəyərində müxtəlif növdə və çeşiddə geyim əşyalarını, ümumi 1000 manat dəyərində müxtəlif növdə və çeşiddə ayaqqabıları, 800 manat dəyərində 1 ədəd stol və stul dəstini, həmçinin, Zərərçəkmiş şəxs1 Sübəddin oğluna məxsus 500 manat məbləğində pulu, 1400 manat dəyərində İsveçrə istehsalı olan, “Longines” markalı qol saatını, 600 manat dəyərində geyim əşyalarını, ümumilikdə xeyli miqdar təşkil edən 46590 (qırx altı min beş yüz doxsan) manat məbləğində əmlakı vahid niyyətlə gizli olaraq talayıb oğurluq etməklə Azərbaycan Respublikası CM-nin 177.2.4, 320.2 və 322.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4, 320.2 və 322.2-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4, 320.2 və 322.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri baxımından məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslərin ifadələrini, şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, Gəncə şəhəri, Muxtar Avşarov küçəsi, 60/17 nömrəli evin 8 nömrəli mənzili ona məxsus olmuşdur.Həmin mənzili 1993-cü ildə müvəqqəti olaraq yaşamaq üçün Zərərçəkmiş şəxs2 vermişdir. X12 və onun əri Zərərçəkmiş şəxs2la əvvəllər münasibəti yaxşı olmuşdur. Xalidə, Sahib, oğlu Elmar, qızı və gəlinləri 2015-2016-cı ildən etibarən ailəliklə Almaniya Federasiyasına yaşamaq üçün köçmüşdürlər. Gəncə şəhəri, M.Avşarov küçəsi, 60/17 nömrəli evin 8 nömrəli mənzilini 1988-ci ildə erməni milliyyətindən olan şəxsdən satın almışdır. Lakin Sahibin evi olmadığından o, həmin evi 1993-cü ildə müvəqqəti yaşamaq üçün Sahibə vermişdir. Həmin vaxtdan etibarən Sahibgil ailəliklə həmin evdə yaşamağa başlamışdılar. Lakin 2015-2016-cı ildə Sahib ailəsi ilə birlikdə yaşamaq üçün Almaniya Federasiyasına getdikdən sonra həmin evdə Rəsul, həmçinin Zahid adlı şəxslərin yaşadığını öyrəndikdən sonra, həmçinin Sahib onun evini ona könüllü olaraq qaytarmaq istəmədiyindən evini Sahibdən geri almaq üçün məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli qətnaməsi ilə həmin evdə onun və qızı Cəmilə Əzizovanın istifadə hüquqları tanınmışdır. 2017-ci ilin noyabr ayında, həmin evdə yaşayan və Sahibin keçmiş kürəkəni olan Kamal ona xəbər göndərərək evin açarının giriş darvazasının qaz sayğacının içərisində olduğunu bildirmişdir. Bundan sonra o, həmin evə girmiş və orada yaşamağa başlamışdır. Daha sonra isə Sahibin qohumu Rəsul ondan şikayət etməyə başlamış və polis tərəfindən araşdırma aparmağa başlanılmışdır. Həmin evə girərkən onun evdə yaşaması ilə bağlı mənzil kirayə orderi və Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli qətnaməsi olmuşdur. 1992-ci ildən etibarən sözü gedən mənzildə yaşaması barədə 1914 nömrəli, 9 dekabr 2016cı il tarixli hüquq verən rəsmi sənəd hesab edilən arxiv arayışını evlər üçlüyündə işləyən Müseyibdən əldə etmişdir. O, həmin evi əldə etdiyi vaxtdan orada yaşamışdır. Belə ki, Sahibə ailəsi ilə birlikdə evdə yaşamağa icazə versə də, özü evinə gedib-gəlmiş və həmin evdə öz evi kimi yaşamışdır. Zərərçəkmiş şəxs2 adına M.Avşarov (keçmiş Dostluq) küçəsi 60A ünvanında yerləşən evə dair 17.04.1992-ci il tarixli, 6334 saylı qeydiyyat vəsiqəsində göstərilən daşınmaz əmlakla ünvan 4 ünvanında yerləşən tikililərin eyni tikililər olduğu barədə ekspertiza rəyi səhv verilmişdir və bununla bağlı Gəncə Apellyasiya Məhkəməsinə şikayət vermişdir, lakin məhkəmə tərəfindən şikayəti təmin edilməmişdir. Həmin ev ona məxsus olmuşdur. Buna görə o, əlavə qərar almağa ehtiyac duymamışdır. 2017-ci ilin noyabr ayında o, həmin evə girərkən evdə heç bir əşya olmamışdır. Sahibgil evdən çıxarkən evdəki bütün əşyaları sataraq evdən çıxıb getmişdirlər. O, həmin evə daxil olarkən evə qızının əşyalarını gətirmiş və 29.11.2017-ci il tarixli baxış protokoluna əlavə edilmiş fotoşəkillərdə göstərilən həmin evdə olan əşyalar qızına məxsus olan əşyalar olmuşdur. Sonradan isə ehtiyacı olduğu üçün həmin əşyaları satmağa başlamışdır. Nümayəndə və digərlərinin cinayət işi üzrə verdikləri ifadələrində həmin evin əvvəlcədən Sahibə məxsus olması, 2015- 2016-cı il tarixdə Sahibgil ailəliklə yaşamaq üçün Almaniya Federasiyasına gedərkən əşyalarının çoxunu evin bir otağına yığmaları və onun Sahibgilin iradəsi ziddinə evə daxil olması barədə göstərdikləri tamamilə yalandır.Həmin ev onun olmuşdur və evdəki əşyalar da onun əşyaları olmuşdur. Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatlar, yəni o, evə girməmişdən qabaq axrıncı dəfə həmin evdə Kəmaləddinin yaşaması, həmin evdə Sahibin ailəsinə məxsus əşyalarla yanaşı Kəmaləddinə də məxsus əşya olması, həmçinin onun həmin evə Kəmaləddindən xəbərsiz məcburi girməsi barədə göstərdikləri yalandır. Onun ailə üzvlərindən heç biri bacısı Xalidə, Sahib və Rəsulla aralarında olan mübahisəyə heç vaxt qarışmamışdırlar və ailə üzvləri həmişə onun sözü ilə hərəkət etmişdirlər. Təqsirsiz olduğunu göstərərək barəsində bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dayısıdır. ünvan 5 ünvanında yerləşən ev atası Zərərçəkmiş şəxs2 mülkiyyətindədir. Təxminən 2015-ci ildə o, arvadı Lamiyə ilə birlikdə Almaniya Respublikasına işləmək üçün getmişlər və işləri orada yaxşı alındığından o, atası, anası və bacısını da öz yanına aparmaq qərarına gəlmişdir. Belə ki, 2016-cı ilin fevral ayında atası, anası, bacısı Gülnar, həmçinin Gülnarın iki azyaşlı qızları Almaniya Respublikasına getməyə hazılaşmışlar. Buna görə Gülnar öz yaşadığı ər evini sataraq evin əşyalarını onların evinə gətirmişdir. Ailə üzvləri onlara, Gülnara və özlərinə məxsus qiymətli əşyaları, mebelləri, xalçalarını 2016-cı ilin fevral ayının əvvəllərində bir neçə gün ərzində evin bir otağına yığmışlar və 2016-cı ilin fevral ayının 16-da Almaniya Respublikasına getmişlər.Almaniyaya gedərkən özlərinə məxsus əşyaları otaqlardan birinə yığaraq qapısını bağlamışlar və evi Zahid adlı şəxsə kirayəyə vermişlər. Zahid adlı şəxs bir müddət evdə yaşayandan sonra atası Sahibə zəng etmişdir ki, Çingiz adlı şəxs evə müdaxilə edir. Bundan sonra Zahid evdən kirayədən çıxdıqdan sonra bacısının keçmiş əri Kəmaləddin cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra həmin evdə yaşamışdır. Kəmaləddin də evdə yaşadığı vaxt onlara zəng edərək demişdir ki, Çingiz tez-tez gəlib qapını təpikləyib evə daxil olmaq istəyir. Kəmaləddin həbsdən təzə çıxdığı üçün Çingizin onu şərləməsindən qorxaraq evdən çıxmışdır. Daha sonra qonşuları onlara zəng edərək demişlər ki, Çingiz onların evində olan əmlaklarını maşına yığaraq aparıb satır. X6 onlara məxsus Mikrovalnovka sobasını Nüşabə adlı qonşularına satmaq istədikdə qonşuları Nüşabə sobanı tanıyaraq almamışdır. Çingiz tərəfindən atasına, anasına məxsus, ona və arvadı Lamiyəyə məxsus, həmçinin bacısı Gülnara məxsus bütün əşyalar oğurlanmışdır. Belə ki, ona və arvadı Lamiyəyə məxsus ümumi 1650 manat dəyərndə qonaq üçün stol-stul dəstini, ümumi 2700 manat dəyərində 6 qapılı paltar dolabını, 1 ədəd iki nəfərlik çarpayını, 1 ədəd bir nəfərlik çarpayını, 1 ədəd güzgülü dolabı, 2 ədəd kiçik dolabı, 300 manat dəyərində 1 ədəd döşəyi, ümumi 150 manat dəyərində 2 ədəd yorğanı, ümumi 350 manat dəyərində 3 ədəd yorğanı, ümumi 200 manat dəyərində 2 ədəd döşəyi, ümumi 250 manat dəyərində 8 ədəd yastığı, ümumi 30 manat dəyərində 2 ədəd uzunsov yastığı, ümumi 250 manat dəyərində 2 ədəd gəbəni, ümumi 600 manat dəyərində qonaq otağı üçün 5 ədəd qapı-pəncərə pərdələrini və yataq otağı üçün 5 ədəd qapı-pəncərə pərdələrini, ümumi 800 manat dəyərində 10 ədəd pərdə asılqanlarını, ümumi 200 manat dəyərində 12 ədəd şirəli qazanları, 200 manat dəyərində 6 predmetdən ibarət “Tefal” markalı 1 ədəd qazan dəstini, ümumi 150 manat dəyərində 1 ədəd uşaq çarpayısını və 2 ədəd döşəyi, 100 manat dəyərində 1 ədəd ətçəkən maşını, 50 manat dəyərində 1 ədəd tozsoranı, 50 manat dəyərində 1 ədəd çılçırağı, 150 manat dəyərində xrustal stəkan-nəlbəki dəstini, 100 manat dəyərində şirə stəkanı dəstini, ümumi 450 dəyərində çay və yemək dəstini, 150 manat dəyərində xrustal bakal dəstini, 70 manat dəyərində badə dəstini, 100 manat dəyərində yemək dəstini, ümumi 50 manat dəyərində 2 ədəd xrustal şirniyyat qabını, ümumi 100 manat dəyərində 2 ədəd meyvə qabını, 200 manat dəyərində 1 ədəd çarpayı örtüyünü, 150 manat dəyərində 1 ədəd ədyalı, ümumi 300 manat dəyərində 2 ədəd qadın dəstini, ümumi 400 manat dəyərində kişi üçün 3 dəst kostyumu, ümumi 400 manat dəyərində 5 cüt dikdaban ayaqqabını, ümumi 300 manat dəyərində kişi üçün 7 ədəd şalvarı, ümumi 200 manat dəyərində 5 ədəd köynəyi, 200 manat dəyərində qadın üçün 1 ədəd paltonu, ümumi 300 manat dəyərində 4 ədəd donu, ümumi 300 manat dəyərində 10 ədəd koftanı, ümumi 600 manat dəyərində uşaq üçün qış və yay geyim dəstlərini Çingiz oğurlamışdır. Şikayətçi olduğunu və təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs4 digər Zərərçəkmiş şəxs3 ilə oxşar məzmunlu ifadə verərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun həbs edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 Sübəddin oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 arvadı onun bibisi qızıdır, həmdə keçmiş qaynanasıdır. Təqsirləndirilən şəxs isə bibisi oğludur. Hər iki tərəflə normal münasibətdə olmuşdur. Təxminən 2005-ci ildə Sahibin qızı Gülnar ilə ailə həyatı qurmuşdur və Gəncə şəhərində ona məxsus evdə yaşamışdırlar. 2012-ci ildə həbs edilmişdir və müəyyən səbəblər üzündən 2012-ci ildə Gülnarla boşanmışdırlar. O, həbsdə olduğu vaxt, təxminən 2015-ci ildə Elmar Lamiyə ilə birlikdə Almaniyaya işləmək üçün getmişdir və işləri orada yaxşı alındığından Elmar valideynlərini və bacısı Gülnarı da öz yanına aparmışdır. 2015-ci ilin mart ayının ortalarında həbsdə olduğu vaxt Gəncə şəhəri İmran Qasımov küçəsində yerləşən evlərinin satılması məqsədi ilə etibarnamə vermişdir. Keçmiş arvadı Gülnar özlərinə məxsus evi sataraq evində olan bütün əşyaları yığıb atası Sahibin evinə yığmışdır. 2016-cı ilin fevral ayında Sahib, Sahibin arvadı Xalidə və keçmiş həyat yoldaşı Gülnar Almaniyaya gedərkən Gülnar da həmin evdə öz əşyalarını bir yerə yığaraq Almaniyaya getmişdirlər. O, isə 2017-ci ilin iyul ayının 20-də həbsdən çıxdıqdan sonra 10-15 gün Nümayəndə evində qaldıqdan sonra Sahibin evi boş olduğuna görə Sahibin evində yaşamağa başlamışdır. Sahibin evinin bir otağına Sahibin özünə məxsus, Elmar və Lamiyəyə məxsus, həmçinin keçmiş arvadı Gülnara məxsus əşyalar, cehizliklər, mebel əşyaları və digər əşyalar yığılmışdır. Orda olduğu müddət ərzində isə Sahib Almaniya Respublikasından bir neçə dəfə içərisində ayaqqabılar, kostyum-şalvarlar, idman dəstləri və digər bahalı geyim əşyaları ilə dolu olan çantalar göndərmişdir ki, həmin əşyaları Rəsulla birlikdə evə, əşyaların yığıldığı otağa yığmışdılar. Həmin otaq tavana kimi dolu olmuş və artıq otağa girməyə yer olmamışdır. Təxminən 2017-ci ilin noyabr ayının axırlarında Çingiz, oğlu Anar və qızı Cəmilə həmin evə gələrək qapının qarşısında dayanıb evə girmək istədiklərini, evin Çingizə məxsus olduğunu demişdirlər. O, isə qapını açmamış və evin Sahibə məxsus olduğunu, yaşamaq üçün müvəqqəti olaraq ona verdiyini demişdir. Çingizgil isə ondan da şikayət edəcəklərini, onu tutduracaqlarını demişdilər. O, isə Çingizgilin bu hərəkətləri barədə həm Rəsula, həm də Sahibə məlumat vermişdir. Bir neçə gün Çingizgil evə gəlib-getdikdən sonra Çingiz və ailəsi yenə də, gündüz vaxtı qapının qarşısına gələrək qapını qırmağa, təpikləməyə, qapını açmasını ondan tələb etməyə başlamışdırlar. Həmçinin Çingizgil ona demişdilər ki, qapının qarşısına polislə birlikdə gəlmişdirlər. O, həbsdən təzə çıxdığı üçün, həmçinin Çingizin ailəsinin onu şərləməsindən və yenidən tutulacağından qorxduğu üçün əynini geyinərək evin arxa hasarından keçərək çıxıb getmişdir. Axşam vaxtı isə o, evə qayıdanda artıq Çingizin və ailəsinin qapını qırıb evə daxil olduqlarını görmüşdür. O, sakitcə oradan Rəsulun evinə gələrək Çingizin və ailəsinin evə daxil olmaları barədə Rəsula və Sahibə məlumat vermiş və özünə ev tapana qədər Rəsulun evində yaşamağa başlamışdır. Bir neçə gündən sonra isə Sahibin qonşuları Sahibə, Çingizin onun evində olan əşyaları yığıb aparması barədə məlumat vermişdirlər. Sahib bu barədə Rəsula demiş və Rəsul da təxminən 2017-ci ilin noyabr ayının axırlarında evdən oğurluq edilməsi ilə bağlı polisə məlumat vermişdir. O, evdən çıxarkən həmin evdə ona məxsus 500 manat pul, ümumilikdə 600 manat dəyərində geyim əşyaları və İsveçrə istehsalı olan, “Longines” markalı, 1400 manat dəyərində qol saatı qalmışdır ki, Çingiz və sonuncunun ailə üzvləri ona məxsus həmin əşyaları da oğurlamışdırlar. Lakin o, polisə getməmək üçün özünə məxsus əşyaların oğurlanması barədə heç kimə heç bir məlumat verməmişdir. Daha sonra Çingizin barəsində edilmiş şikayətlə bağlı polisə dəvət olunarkən ona məxsus əşyaların da oğurlanması barədə ərizə yazmışdır. Hadisədən uzun müddət keçdiyi üçün geyim əşyalarının nədən ibarət olması yadında qalmamışdır. Lakin əşyaları aldığı qiymət ümumilikdə 600 manat olmuşdur. Sahibgil Almaniyaya köçərkən heç bir əşya satmamışdırlar və əşyaların hamısı evdə qalmışdır. Əksinə olaraq Sahib Almaniyadan müxtəlif əşyalar göndərmişdir ki, evə yığıb saxlasınlar. Çingizin göstərilən əşyaları evdən çıxararaq satmasını görməmişdir və Çingizin həmin əşyaları kimə və ya hara satması ilə bağlı onun heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs4 nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qudasıdır, Sahiblə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Əksinə olaraq qohum kimi münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs da Sahibin qohumudur, Çingiz, Sahibin həm xalası oğlu, həm də, Çingizin bacısı Xalidə, Sahibin arvadıdır. Çingiz və ailəsi ilə onun heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təxminən 2010-cu ildə Sahibin oğlu Elmar qızı Lamiyə ilə ailə həyatı qurmuşlar və Sahibin yaşadığı evdə yaşamışlar. O, Lamiyəyə toy münasibəti ilə cehiz, yəni, yataq, mətbəx və qonaq otağı üçün nəzərdə tutulmuş mebellər, yorğan-döşək dəstləri, xalça və pərdələr, paltaryuyan, kondisioner, mətbəx üçün qab-qacaqlar, geyim əşyaları vermişdir. Lamiyənin cehizləri həmin evə yığılmışdır. Təxminən 2015-ci ildə Elmar Lamiyə ilə birlikdə Almaniya Respublikasına işləmək üçün getmişdir və işləri orada yaxşı alındığından Elmar valideynlərini və bacısı Gülnarı da öz yanına aparmaq qərarına gəlmişdir. Belə ki, 2016-cı ilin fevral ayında Sahib, Sahibin arvadı Xalidə və qızları Gülnar, həmçinin Gülnarın iki azyaşlı qızları Almaniya Respublikasına getməyə hazırlaşmışdırlar. Buna görə Gülnar öz yaşadığı ər evini sataraq evin əşyalarını atası evinə gətirmişdir. O, arvadı Solmaz, Gülnar, Xalidə, Sahib, həmçinin Elmarın dostu Bəhlul Gülnarın, Lamiyənin, Sahibin öz ailəsinə məxsus qiymətli əşyalarını, mebellərini, xalçalarını 2016-cı ilin fevral ayının əvvəllərində bir neçə gün ərzində evin bir otağına yığmışdılar ki, evi kirayəyə verərkən kimsə həmin əşyalara toxunmasın. 2016-cı ilin fevral ayının 16-da isə Sahibgil Almaniya Respublikasına getmişdirlər. O, isə həmin evi Şahid5 adlı tanışına kirayə vermişdir. Zahid orada bir qədər kirayə yaşadıqdan sonra Çingiz Sahibin evinə iddia etməyə başlamışdır. Zahid müəyyən səbəblər üzündən evdən çıxdıqdan sonra 2017-ci ilin avqust ayından həmin evdə Sahibin kürəkəni Kəmaləddin yaşamağa başlamışdır. Kəmaləddin də həmin evdə yaşadığı müddət ərzində o, tez-tez həmin evə gedib-gəlmişdir və evə baş çəkmişdir. Təxminən 2017-ci ilin noyabr ayının axırlarında, axşam vaxtı Kəmaləddin onlara gələrək Çingizin və ailə üzvülərinin Sahibin evinin qapısını qıraraq evə girdiklərini ona bildirmişdir. Çingiz onun xəbəri olmadan evin qapısını qıraraq evə daxil olarkən Kəmaləddin həbsdən təzə çıxdığı üçün yenidən polis tərəfindən həbs ediləcəyindən qorxduğundan həmin günü evdən qaçmışdır. Çingiz həmin evə girməmişdən iki gün qabaq isə o, evdə olmuşdur və evdə hər şey qaydasında olmuşdur. Onlar bu barədə Sahibə məlumat vermişdirlər. Bundan bir neçə gün sonra isə Sahibin arvadı Xalidə ona zəng edərək Çingizin evdəki əşyaları oğurlamağa başladığını ona bildirmişdir. O, isə Çingizin qanunsuz evə daxil olması, həmçinin həmin evdə olan onlara məxsus əşyaları oğurlaması barədə Kəpəz RPİnə məlumat vermişdir. Polis əməkdaşları evə baxış keçirməyə gedərkən Kəpəz RPİ-nin təhqiqatçısı Elşən ona zəng edərək bu barədə ona məlumat vermişdir. Lakin həmin vaxt o, işdə olduğu üçün polislərlə birlikdə həmin evə gedib baxışda iştirak edə bilməmiş və evdən hər hansı bir əşyanın oğurlanıb-oğurlanmamasına əmin ola bilməmişdir. Polis əməkdaşları isə evə baxış keçirdiklərini, evdəki əşyaların yerində olduğunu və evdən heç bir əşyaların oğurlanmadığını ona bildirmişdirlər. Onların şikayətlərinə baxmayaraq Çingiz öz ailəsi ilə birlikdə həmin evdə yaşamaqda davam etmişdir. Bir müddət sonra isə eşitmişdir ki, Çingiz, Sahibin ailəsinə, qızı Lamiyəyə, Gülnara məxsus olan əşyaları satmağa başlamışdır. Buna görə o, Sahiblə danışmış və Sahib ona etibarnamə göndərərək Sahibin adından şikayət etməsini və Çingizin qanunsuz əməllərinin qarşısını almasını xahiş etmişdir. Buna görə də o, polisə müraciət etmişdir. Sahib və onun ailəsi Almaniya Respublikasına köçməyə hazırlaşarkən və o, evdəki əşyaların yerləşdirilməsində köməklik göstərən vaxt Lamiyə və Elmarın bütün əmlakları yerində olmsuşdur. Bundan əlavə qızı həmin evdə yaşayarkən ailə üzvüləri ilə şəkillər çəkdirmişdir ki, həmin şəkilləri də təqdim etmişdir. Çünki həmin şəkillərdə evdə olan əşyaların çox hissəsi görünür. Təqsirləndirilən şəxs izahatında Sahibin ailəsinin Almaniya Respublikasına köçərkən evin əşyalarını satıb köçdüklərini, Çinigizin evə daxil olarkən evdə heç bir əşyanın qalmadığını göstərdikləri tamamilə yalandır. Sahibgil Almaniya Respublikasına köçərkən heç bir əşya satmamışdılar və əşyaların hamısı evdə qalmışdır. Bildiyinə görə Çingiz həmin əşyaları yük markalı avtomobili idarə edən, qaynı oğlu Şahid8 idarə etdiyi avtomobil ilə daşımışdır. Çingizin göstərilən əşyaları evdən çıxararaq satmasını görməmişdir və Çingizin həmin əşyaları kimə və ya hara satması ilə bağlı onun heç bir məlumatı yoxdur. Məhkəmə istintaqınla video görüntü ilə qoşulan Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Çingiz həm xalası oğlu həmdə qayınıdır. Onunla heç bir ədavəti olmayıb. Evlərində olan bütün əmlakları o cümlədən uşaqların paltarını, Almaniyadan göndərdiyi 18 ədəd çanta geyim paltarlarını, velosipetləri oğurlayıb talamışdır. Ona 30-50 min manat ziyan dəymişdir. Evdən oğurluq 2017-ci ilin əvvəllərindən olmuşdur. Evinin 9x4 kvm sahədən ibarət olan oğlu Elmarın qaldığı otaq əmlaklarla dolu olmuşdur. Bundan əlavədə Almaniyadan 18 çanta paltar göndərmişdir. Çingiz onların hamısını aparmışdır. Məhləsində olan kürənin yanındakı damda velosipedlər, uşaq paltarları, ev əşyaları yəni perfarator fəhlə paltarları olmuşdur. Evdən yoldaşının 4 ədəd gəvəsini şüşəbəndə saldığı 400 dollara 20 il bundan qabaq aldığı 3x4 ölçüdə xalçanı, arvadının 10-15 dəst yorğan döşəyini, 10-15 dəst balıncını, soyuducunu, paltaryuyan, tozsoran, çilçıraqları 2000 manat dəyərində, 3 ədəd şüşənənddə və otaqlarda olan, 2 ədəd qaz sobası, 2 ədəd televizoru, əyninə geyindiyi geyim əşyalarını, kondisonerini, padval dolu karopkalarda servisi hansı ki, həmin servisin 2 dəstini Çingizin özüdən almışdılar. Tək ona dəyən zərər 30-50 min manat olmuşdur.Təkcə elə 15-16 xalçası oğurlanmışdır ki, hər birinin ***-**** manat qiyməti olmuşdur. Şikayətçi olduğunu bildirdi. Məhkəmə istintaqında video görüntü ilə qoşulan Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Çingiz onun qardaşıdır. 2016-da Almaniyaya gələndən sonra eşitmişdir ki, Çingiz saxta sənətlər hazırlayıb əl altından düzüb qoşubdur. Çingiz onun "dişi və dırnağı ilə yığdığı" nəyi var hamısını aparıbdır. Onun yorğan döşəyi, pokrıvalı, postelləri, 6 ədəd təkcə bağlama seplə sandığı olub hamısının içini doldururb şifanerin üstünə qoymuşdur. Rumınski, Polski çarpayıları, şifoneri 15 ədəd içi dolu, televizor, toz soran, ət çəkən, evin içində nə ola bilərsə hamısını aparıb. Dədəsinin, rəhmətlik qardaşlarının şəkillərini pianinonun içində yandırıb. Qohum qonşu zəng vurub demişdir ki, qardaşın evini daşıyır evində daha bir bir şey qalmadı. Çingizin qaynı arvadı Nüşabə ilə zəng vurub danışmış, Nüşabə ona demişdir ki, Çingizin qızı ona zəng vuraraq demişdir ki, burda peçonnu bişirən var, satıram. Nüşabə də biləndə ki, onun evindən götürülmüşdür almaqdan imtina etmişdir. Qardaşı Süliddin ona demişdir ki, «gəvən zalda divardadı, lüsturan Çingizin evindədi, padvalı doludu sənin qab qaşığınla, hamısını aparıb evinə yığıb».Ona 50 min manata qədər ziyan dəymişdir. Məhkəmə istintaqına video görüntü ilə qoşulan Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Çingiz onun doğma dayısıdır. Ən çox zərər ona dəymişdir. O, Gülüstan qəsəbəsindəki evini sataraq keçmiş həyat yoldaşı Kəmalədinlə aldıqları bütün əşyaları və anasının ona verdiyi cehizləri qardaşı Elmarın otağına yığıb Almaniyaya gəlmişdir.X7 evinin kondisionerini, soyuducusunu gətirib atası evinə yığmışdır. Onun 2 ədəd kondisioneri, soyuducu olub 3000 manat dəyərində, yorğanı, bahalı döşəyi, hər birinin 100 manat dəyəri olan 15 ədəd posteli olmuşdur. Ona ümumilikdə 15-18 min manat dəyərində ziyan dəymişdir. Onun əmlaklarının oğurlanmasını qonşuları və hazırda məhkəmə iclasında iştirak edən dayısı Süliddin səs atırdı və deyirdi ki «Xalidə, sənin evini Çingiz və qızı dağıdır». Qonşuları Ehtibarın yoldaşı Aytən, Yeganə xanım, Şahin, Nüşabə özləri ona zəng vurub deyiblər ki, evdən əşyaları daşıyırlar maşınla, həttda maşın olmadığı vaxt Çingizin arvadı Toma və qızı sumkalarda 6 nömrəli avtobusla hərəsi 2 sumka doldururb postel aparıblar. Onlar Almaniyaya gələndə Elmarın otağı dolu olub, hazırda həmin otaq boşdur. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Həbib qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun əmisidir. Təqsirləndirilən şəxs atasının xalası oğludur. Əmisi Sahib ailəsi ilə Almaniyaya gedəndə əşyalarının yığılmasına köməklik etmişdir. 3 evin əmlakları olmuşdur həmin evdə. Sonradan o eşitmişdir ki, Çingiz əmisi Sahibin evində olan hər şeyi satmışdır. Çingizin həmin əşyaları kimə və ya hara satması ilə bağlı onun heç bir məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun dostudur. Elmar ailəsi ilə birlikdə Almaniyaya gedərkən Elmar ondan xahiş etmişdir ki, evlərində olan əşyaları bir otağa yığmağa köməklik etsin. O, Elmara köməklik edərək evlərində olan əşyaların otaqlardan birinə yığılmasına köməklik etmişdir. Evdə olan cehizlik əşyaları və qablaşdırılmış sumkaları evin otaqlarından birinə yığmışlar. Elmar Almaniyaya gedəndən sonra ona zəng edərək demişdir ki, dayısı Çingiz onların evini əllərindən almaq istəyir və evlərində olan veşləri aparmışdır. Çingizin göstərilən əşyaları evdən çıxararaq satmasını görməmişdir və sonuncunun həmin əşyaları kimə və ya hara satması ilə bağlı onun heç bir məlumatı yoxdur. Bunu ona Elmar demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və onun oğlu Elmarı yaxşı tanıyır. Sahib onların qonşusu olmuşdur. Sahibin evində 3 il bundan əvvəl kirayədə qalmışdır. Sahibgil həmin zaman Almaniyada olmuşdur. Həmin evdən oğurluq olduğunu bilməmişdir ancaq o evdə qaldığı zaman ev tam dolu olmuşdur. O, evdən çıxan zaman həmin evdə Kəmaləddin 1-2 ay qalmışdır. O həmin evə gələrkən ev dolu olduğu üçün özü ilə əşya aparmamışdır. Həmin evdə qalarkən evə nəzarəti Rəsul kişi etmişdir. Evi kirayə üçün Rəsuldan götürmüş və ona da təhvil vermişdir. Həmin evdə kirayədə yaşdığı müddətdə Rəsul kişi bir neçə dəfə içərisi paltar ilə dolu olan böyük çantaları gətirib evə yığmışdır. Rəsul evdən kiməsə əşya satmamış və ya kiməsə hədiyyə verməmişdir. Sahib ona zəng edərək bildirmişdir ki, evdəki əmlakları oğurlanmışdır. Kim tərəfindən oğulanmasında onun məlumatı olmamışdır. Ancaq onu bili ki, Çingiz o evə girən zaman evdəki bütün əşyalar yerində olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusu Xalidənin qardaşı kimi tanımışdır.Sahibgil ailəsi ilə Almaniyaya getdikdən sonra Çingizgil tez-tez Sahibgilin evinə gəlmişlər. Onlar qohum olduğu üçün bunun normal olduğunu düşünmüşdür. Kəmaləddin adlı şəxsi isə tanımır. Sahibgillə evləri yanaşıdır. Evin qarşısında 2 dəfə yük maşını görmüşdür ki, əşyalar yığılır. İlk dəfə dəqiq görməmişdir ki, əşyalar evə gətirilir yoxsa aparılır. Amma ikinci dəfə dəqiqliklə görmüşdür ki, yük maşınına yığılan əşyaları gecə vaxtı aparırdılar. Həmin vaxtı avtomobilin yanında tandığı heç kəs olmamışdır. Lakin o, evdən dəqiq olaraq hansı əşyaların daşındığını və hara aparıldığını bilməmişdir. Əşyaları maşına cavan uşaqlar daşıyırdı.Həmin şəxslərin kimliyi yadında deyil. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat idarəsinin müstəntiqi vəsifəsində çalışır. Gəncə şəhər sakinləri olan Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2, Nümayəndə əvvəllər tanımamışdır, həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Nümayəndə şikayət ərizəsi əsasında 29.11.2017-ci il tarixdə o, Gəncə şəhər KPİ-nin TB-nin təhqiqatçısı kimi əməliyyat qrupunda olarkən Nümayəndə qonşusunun bildirdiyinə görə Çingiz adlı şəxsin qapını qıraraq evə daxil olması və əşyaları yığması barədə “102” xidmətinə verdiyi məlumat əsasında ünvan 6 ünvanda Təqsirləndirilən şəxs və onun ailə üzvləri olmuşdur. Həmin vaxt şikayət öz təsdiqini tapmadığı üçün , zərərçəkən gəlib dəymiş zərəri göstərmədiyi üçün cinayət işinin başlanması rədd edilmişdir. Həmin vaxt Çingiz ona demişdir ki, ev onunkudur. O evə baxan zaman otaqlarda əşyalar olmuşdur , boş otaq olmamışdır. Zərərçəkənlərin əşyaları yığılan otağı göstərdikdə həmin otağın qapısı açıq olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, Sahib və Xalidə ilə qonşudur. Təqsirləndirilən şəxs qonşusu Xalidənin qardaşı kimi tanımışdır. Sahib ailəsi ilə birgə Almaniyaya getdikdən sonra Çingiz üç ilə yaxın gəlib orada yaşamışdır. Çingiz qonşu kimi heç vaxt onlarla problem yaşamamışdır.Evdəki əşyaların daşınmasını görməmişdir. Evin həyətində yük maşını görməmişdir lakin arabir maşın gəlib getməsini görmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Çingizi tanımır, Sahib isə onun qonşusu olmuşdur. Almaniyadan avtomobil gətirib satmaqla məşğul olur. Almaniyadan maşın alaraq geri qayıdarkən Sahib ona hər dəfə 2-3 ədəd içərisində paltar olan çantalar vermişdir ki, həmin çantaları Azərbaycan Respublikasına gətirərək qohumu Rəsula versin. O, təxminən ümumilikdə 15-20 ədəd çantaları Azərbaycan Respublikasına gətirərək Rəsula vermişdir. Təxminən 2017-ci ilin axırlarında, 2018-ci ilin əvvəllərində Sahib Almaniyadan ona zəng edərək ona bildirmişdir ki, onun Almaniyadan gətirdiyi çantalardakı paltarı qaynı Çingiz evdən aparmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2016-cı ilin iyun ayından 2019-cu ilin yanvar ayına qədər olan müddət ərzində Dəmir Yolları QSC-nin Gəncə 1 saylı Evlər İdarəsində müdir işləmişdir. 2016-cı ilin dekabr ayında Təqsirləndirilən şəxs iş yerinə gələrək Muxtar Afşarov küçəsi, 60/17, mənzil 8 ünvanında yerləşən evdə yaşadığını və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin sorğusu əsasında həmin evdə yaşaması barədə məhkəməyə təqdim etmək üçün arayış verməsini istəmişdir. Ondan əvvəl tərtib olunmuş şəxsi hesab kitabında olan qeydlərə əsasən araşdırma üçün həmin ünvana getmiş və qapını döyərkən Çingizin qızı qapını açmışdır. Həmin ünvana 9 dekabr 2016-cı il tarixli 1914 nömrəli arayış vermişdir. Bundan başqa həmin evdə nə baş verməsindən məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs müddətdir tanıyır, Zərərçəkmiş şəxs2 ailəsi ilə nomal münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs isə əri Zabitin bacısının əridir. Uzun müddətdir ki, onlarla bir o qədər də yaxşı münasibətləri yoxdur, küslüdürlər. X8 ilə görəndə salamlaşmışlar. Sahibin arvadı Xalidəni Çingizin arvadı Tomanın vasitəsi ilə tanımışdır. O, bildiyinə görə Xalidəgil Almaniya Federasiyasına gedərkən özlərinə məxsus əşyaları evlərində qoymuşdular.Təxminən 2017-ci ilin axırlarında adlarını çəkmək istəmədiyi qohumlarından eşitmişdir ki, Çingiz ailəsi ilə birlikdə Sahibin evinə zorla girmişdir və evdə olan bütün əşyaları ucuz qiymətə satmağa başlamışdır. O, özü evdə paltar alveri ilə məşğul olduğu üçün Çingizin qızı Cəmilə onun əl telefonuna zəng edərək bir ədəd sobanı satmaq istədiyini ona bildirmişdir. O, həmin sobanın Xalidəyə və ailəsinə məxsus olduğunu bilib sobanı almaqdan imtina etmişdir. Cəmilə ona zəng edərək sobanı pul lazım olduğu üçün satdığını demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sahib onun qardaşı Çingiz isə xalası oğludur. Sözügedən ev qardaşı Sahibin olmuşdur. Amma Çingizin orada niyə yaşamasını bilməmişdir. Qardaşıgilə getməmişdir ancaq eşitdiyinə görə ev əşyalarla dolu olmuşdur.Belə ki, Sahibin qızının və gəlinin cehizi də həmin evdə olmuşdur. Bacısı Akifə ona demişdir ki, Çingiz Sahibin evini talayıb. Evdə heç pərdə asılqanı da qalmayıb. Amma o özü Çingizin oğurluq etdiyini görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, Çingizin qohumu olan Vahabla çayçıda oturub söhbət edən zaman Vahab ona demişdir ki, qohumları var Almaniyadan paltar göndərirlər, burda satılır ucuz qiymətə. O, paltarların az geyinilməsini və ucuz olmasını düşünmüş və Vahaba həmin paltarlardan almaq istədiyini bildirmişdir.Vahab həmin paltarların Çingizə Almaniyadakı qohumlarının göndərdiyini, onun da satdığını söyləmişdir. Belə ki, 29 nömrəli məktəbin küçəsinə getmişlər evdən (bu kişi), yəni, Çingiz çıxmış və Vahab paltarların onda olduğunu söyləmişdir. O, 2 ədəd şalvar, 2 ədəd kofta, 2 ədəd qadın üçün gödəkcə, 1 cüt idman dəst paltarı, 1 cüt idman ayaqqabısı və təkərli çemodan almışdır. Bunlar üçün isə 70 manat pul ödəmişdir. Pulu birbaşa Çingizə yox Vahaba vermişdir. Çingiz döngənin başında gözləmişdir. Vahab pulu götürmüşdür ki, Çingizə versin. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, zərərçəkənlərlə qonşu olmuşdur. Təqsirləndirilən şəxsi isə Elmarın dayısı kimi tanımışdır.Aralarında olan mübahisədən məlumatı olmamışdır. Sahibgil Almaniyaya köçdükdən sonra Çingiz və ailəsi 1 ilə yaxın Sahibgildə yaşamışdır. Ancaq niyə orda qaldıqları ilə heç vaxt maraqlanmamışdır. Daha sonralar Elmarla telefon vasitəsi ilə danışan zaman Elmar qanunsuz olaraq onların evlərinə girib yaşadıqlarını bildirmişdir. Belə ki, bir gün işdən evə nahar etmək üçün gələn zaman Sahibgilin evinin qarşısında qazel markalı avtomobilin dayandığını görmüşdür. Sahibgilin əşyalarının həmin avtomobilə daşındığını görmüşdür. Konkret olaraq nə əşyaları olmasını görməmişdir lakin avtomobilin içərisində 1 ədəd xalça olduğunu görmüşdür. Evə gələn zaman qardaşına “Sahibgil köçür?” deyə soruşmuşdur. Lakin qardaşı bilmədiyini ona söyləmişdir. Nahar edib işə qayıdan zaman həmin avtomobilin yenə də orada olduğunu görmüşdür. Lakin avtomobilin ətrafında heç kəsi, həmçinin Çingizi də görməmişdir.Avtomobilin markasına və qeydiyyat nömrəsinə isə fikir verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, həm Sahibi, həm Çingizi tanıyır. Onlarla münasibətləri yaxşı olmuşdur. Sahib və ailəsi uzun müddət onun qonşuluğunda yaşamışlar. Sahibgil Almaniyaya getdikdən sonra evlərinin qabağında bəzən “qazel”, mütəmadi olaraq isə boz rəngli “jiquli” markalı avtomobillərin dayandığını görmüşdür. Qazel markalı avtomobili döngədə və dolu olduğunu görmüşdür. Ancaq avtomobildə olan yükün Sahibgilin evinə gətirildiyini ya da aparıldığını bilməmişdir. Maşının arxa hissəsi döngəyə tərəf dayandığı üçün yük yerində nə olduğunu dəqiq görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sahib qudasıdır. X2 evlənmişdir. Evlənən zaman qızına cehiz vermişdir. Cehiz isə sözügedən evə yığılmışdır.Təqsirləndirilən şəxs Çingizi isə qudası Sahibin xalasıoğlu və qaynı kimi tanıyır. Sahibgil Almaniyaya köçdükdən sonra evə nəzarət etməyi yoldaşı Rəsula tapşırmışlar. Çingiz bir dəfə ona zəng vurmuş və söyləmişdir ki, yoldaşına desin ki, polislərlə sözügedən evə gəlib girmiş və orada yaşamağa başlamışdır. O isə bunu yoldaşına deyən zaman yoldaşı özü bununla məşğul olacağını demişdir.Elə həmin vaxtdan Çingiz həmin evdə yaşamağa başlamışdır. Belə ki, Sahibdən sonra evdə Zahid və bir müddət isə hərbiçi kirayədə yaşamışdır. Daha sonra isə təxminən 10 gün Kəmaləddin yaşamışdır. Kəmaləddin getdikdən sonra yəni Çingiz evdə yaşamağa başladıqdan sonra evin bütün əşyaları oğurlanmışdır. Adları yadında qalmayan qonşuları ona söyləmişdir ki, Çingiz evi talan edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bibisinin əridir. Lakin bibisi və bibisinin ailəsi ilə münasibətləri yaxşı deyildir, arada küslülük vardır. Bunun səbəbini isə bilmir.Belə ki, onun göy rəngli “Ford Tranzit” markalı yük avtomobili vardır. Müstəntiq onu çağırmış, ona ağ rəngli yük maşını ilə Sahibgildən əşya daşıdığını bildirmişdir. Lakin o isə belə bir hadisə olmadığnı söyləmişdir. Belə ki, Sahibgilin evində Çingizgil yaşadığı zamanlarda Çingizin yoldaşı olan bibisi anasına zəng vurub onun üçün dərman almasını bildirmişdir. O da həmin özünə məxsus yük maşını ilə aptekə getmiş, dərmanı almış və aparıb Sahibgildə bibisinə vermişdir. Təxminən evin qarşısında 5-10 dəqiqə gözləmişdir. Çingiz Sahibin evinə yaşamaq üçün köçdükdən sonra həmin evdə olan əşyaları çıxarmaları barədə onunla bağlı heç bir məlumatı olmamışdır və o heç vaxt öz avtomobili ilə həmin evdən əşya çıxarmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Çingiz qardaşı, Sahib isə xalası oğludur. Sahibgillə əvvəllər münasibətləri yaxşı olsa da hal-hazırda yaxşı deyildir. Belə ki, sözügedən evə Çingiz onunla getmişdir bu zaman evdə Zahid adlı kirəçi olmuşdur.Onlar Zahidi qovmuşlar və Çingiz həmin evdə yaşamağa başlamışdır.Evdəki əşyaları Çingiz yox, Sahibin qızı Gülnar çıxarmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» işi üzrə 28.09.2006-cı il tarixli, həmçinin, «Saidinin-Fransaya qarşı» işi üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid7 ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid7 ifadəsində göstəmişdir ki, uzun müddətdir ki, Gəncə şəhər sakini Anar adlı şəxslə tanış olmuş, onunla münasibətləri həmişə yaxşı olmuşdur, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Anarın atası Çingizi də tanıyır və onlarla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Gəncə şəhər sakini Ramin adlı şəxs də onun dostu olmuşdur ki, təxminən 3-4 il bundan əvvəl Ramin ona görə Anarla tanış olmuşdur. Lakin onların bir o qədər sıx münasibətləri olmamışdır. Təxminən 2018-ci ilin əvvəllərində Anarla söhbət edərkən o bildirmişdir ki, bibisinin Almaniyadan onlara geyim əşyaları göndərdiyini və özünün həmin geyim əşyaları ucuz qiymətə satılır. Müştəri tapmaqda ona köməklik göstərməsini xahiş etmişdir. O da Raminlə çayxanada oturub söhbət edərkən təsadüfən bunu Raminə demişdir və Ramin həmin geyim əşyalarına baxmaq və almaq istədiyini ona bildirmişdir. Buna görə birlikdə tanımadığı taksi ilə Anarın yaşadığı, Gəncə şəhəri, 29 nömrəli məktəbin qarşısında yerləşən evlərinə getmişlər. Həmin vaxt Anarın atası Çingiz də evdə olmuşdur. Onlar Anarın yaşadığı evin qarşısında Anarla görüşmüşlər və Ramin ona paltarlara baxmaq istədiyini bildirmişdir. Buna görə Anarın atası Çingiz evdən bir ədəd böyük və içərisi geyim əşyaları ilə dolu olan çemodanı çölə çıxarmışdır. Anar həmin çemodanı açmışdır və Ramin bir- bir geyim əşyalarına baxmağa başlamışdır. Həmin geyim əşyaları arasında kişi və qadın üçün köynəklər, şalvarlar, pencəklər, ayaqqabılar, idman geyimləri, dəri görəkçələr və digər əşyalar olmuşdur. Ramin Anardan və Çingizdən həmin geyim əşyalarının oğurluq və ya problemli olub-olmadığını soruşarkən onlar Raminə heç bir problem olmadığını, Almaniyadan satmaq üçün onlara göndərdiklərini demişlər. Ramin həmin geyimlərə bir-bir baxmış və özü üçün şalvar, ayaqqabı, idman dəsti, pencək, qış ödəkçələri və yadında qalmayan digər əşyalar seçərək həmin əşyaları almaq istədiyini bildirmişdir. Qalan əşyaları isə geri qaytarmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in 27.06.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30.09.2020-ci il tarixli, 9/3718 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 9 adda malların 2017-ci ilin dekabr ayına istifadə olunmuş normal vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 350 manat müəyyən edilir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 23.02.2017-ci il tarixli, 2(043)-726/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar Təqsirləndirilən şəxs və X3 Gəncə şəhəri, Muxtar Avşarov (keçmiş Dostluq) küçəsi, ev 60/17, 8 saylı mənzildən istifadə hüquqları tanınmışdır. İddiaçı Təqsirləndirilən şəxs Gəncə şəhəri , Muxtar Avşarov (keçmiş Dostluq) küçəsi, ev 60/17, 8 saylı mənzilin əsas kirayəçisi kimi tanınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 05.03.2019-cu il tarixli, 2(104)-285/2019 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 23.02.2017-ci il tarixli, 2(043)-726/2017 saylı qətnaməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.09.2019-cu il tarixli, 2(102)- 5930/2019 saylı qərarının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 05.03.2019-cu il tarixli, 2(104)-285/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. 24.11.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 14.02.2022-ci il tarixli, 1(043)-1/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz Rayon Polis İdarəsi tərəfindən verilmiş 09.03.2022-i il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 07.03.2022-ci il tarixdə Kəpəz RPİ-yə gəlib özünü təqdim etmişdir. Beləliklə, iş üzrə toplanmış sübutların həcmi təqsirləndirilən şəxsə istinad olunan oğurluq, saxta sənədlərdən istifadə etmə və özbaşnalıq cinayətləri üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs ifadəsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ekpert rəyi, baxış və götürmə protokolu üzrə maddi sübutlarla və digər sənədlərlə təkzib olunduğundan təqsirləndirilən şəxsin ifadəsini məhkəmə işin hallarına uyğun olmayan hesab etmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır» cinayət olmaqla mülkiyyət əleyhinə olan cinayət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2 və 322.2-ci maddələrində nəzərdə tutulmuş cinayət idarəetmə qaydası əlehinə olan cinayət olmaqla böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4, 320.2 və 322.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə və az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.Təqsirləndirildən şəxs Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 320.2 və 322.2-ci maddələri ilə təqsirli bilmədiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə razı olmadığından CPM-in 44.2.1ci maddəsinə əsasən o, həmin maddələrlə təqsirli bilinməli lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün barəsində cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sistem olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Cəzasının əvvəli həbsə alındığı vaxtdan yəni 07.03.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan və səsyazmaları özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İstintaq zamanı Şahid16 təqdim etdiyi maddi sübut 1 ədəd böyük təkərli çanta, 1 ədəd “Wrangler” markalı cins şalvar, 1 ədəd “Jinglers” markalı cins şalvar, 1 ədəd qalın idman şalvarı, 1 ədəd “Hensel Mortenses” markalı qış gödəkçəsi, 1 ədəd “Bugatti” markalı pencək, 1 ədəd “Herluf design” markalı qış gödəkçəsi, 1 ədəd “Jokey” markalı kofta və 2 ədəd nazik kofta zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4, 320.2 və 322.2-ci maddələri ilə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün CM-nin 320.2 və 322.2-ci maddələri ilə ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 07.03.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan və səs yazmaları özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materialında saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu142593, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS), Dövlət xəzinadarlığı ağentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar