Məhkəmə qərarları › İş №1(043)-10/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-10/2022

17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-10/2022 17.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun və müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə 17 may 2022-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Samux Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci və 237.1-ci maddələri ilə təqsirli bilinib 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Gəncə 2 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs, məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 4,781 qram olan narkotik vasitə “heroini” qanunsuz olaraq əldə edərək üzərində və özünə məxsus “Chevrolet Cruze” markalı, **-US-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində saxlamaqla daşımış, 26 mart 2021-ci il tarixdə saat 16 radələrində Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Azərbaycan Texnologiya Universitetinin qarşısında ona məxsus “Chevrolet Cruze” markalı, **-US-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin inzibati binasına gətirmiş və üzərinə baxış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 4,765 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, ona məxsus Chevrolet Cruze”markalı, **-US-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirələrkən avtomobilin sol qapısının cibindən 1 ədəd 1 ml-lik şprisdə 0.5 ml həcmində olan heroin məhlulunun tərkibində quru maddəsinin təmiz çəkisi 0.016 qram olan narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs oğlu ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs oğlu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadəsini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 4 ildir ki o, narkotik vasitə olan heroini şpirisə doldurub bədəninə vurma yolu ilə qəbul edir. O, təxminən 2-3 il olar ki, Ağdam rayon sakini Seyid ləqəbli şəxsi tanıyır, istifadə etdiyi narkotik vasitə olan heroini də həmin şəxsdən almışdır. 25 mart 2021-ci il tarixdə özü istifadə etmək məqsədilə narkotik vasitə olan heroin lazım olduğu üçün Ağdam rayonuna gedib həmin Seyid ləqəbli şəxsdən 150 manat pul verib təxminən 5 qram narkotik vasitə olan heroini bir büküm sellofana bükülmüş halda alıb taksi ilə Gəncə şəhərinə qayıtmışdır. O, Seyid ləqəbli şəxsdən narkotik vasitəni alan vaxt onların yanında kənar şəxslər olmamışdır. 26 mart 2021-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən Azərbaycan Texnologiya Unveristetinin yaxınlığında idarə etdiyi “Chevrolit Cruz” markalı, 99US503 dövlət nömrə nişanlı avtomobildə dayanıb şpris vasitəsilə narkotik vasitəni bədəninə vuran zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, onu Kəpəz RPİ-nə aparmışlar. Onun üzərindən aşkar edilmiş selofan bükümdə bükülmüş heroin elektron tərəzidə çəkilmiş, həmin kütlənin çəkisi 5,08 qram olmuşdur. Həmin kütlə zərfə qoyularaq qablaşdırılmış, onun tərəfindən imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Sorğu zamanı üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroinin özünə məxsus olduğunu, özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini, həmin narkotik vasitəni 150 manata Ağdam rayon sakini Seyid ləqəbli şəxsdən 25 mart 2021-ci il tarixdə aldığını bildirmişdir. Sonra o, özünə məxsus idarə etdiyi Chevrolit Cruz markalı, **-US-*** nömrə nişanlı avtomaşınına və yaşadığı evə baxış keçirilməsinə etiraz etməməsi bardə ərizə yazmışdır. Bundan sonra onun yaşadığı evə və avtomobilinə də onun, vəkili Müdafiəçi iştirakı ilə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Ona məxsus avtomobilinin sol qabaq qapısının cibindən narkotik vasitəni bədəninə ötürmək üçün istifadə etdiyi 3 ədəd şpiris və içərisində natrium xlor məhlulu olan ampula aşkar olunaraq götürülmışdır. O, həmin şpirislərin və bir ədəd ampulanın özünə məxsus olduğunu, sorğu zamanı heroini həmin natrium xlor məhlulu ilə qarışdırıb şpiris vasitəsilə damarına vurduğunu bildirmişdir. Bundan sonra onun yaşadığı evə baxış keçirilsə də qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Əməlindən peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı bir münasibəti olmamışdır. 26 mart 2021-ci il tarixdə ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, qanunsuz olaraq əldə edib üzərində və idarə etdiyi avtomobilində gəzdirməsi, o cümlədən yaşadığı evdə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı barədə o, raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Bundan sonra Şöbənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyataxtarış tədbirləri nəticəsində həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən Azərbaycan Texnologiya Universitetinin yaxınlığında idarə etdiyi Chevrolet Cruze markalı, **-US-*** dövldət qeydiyyat nömrəli avtomobilində yol kənarında hərəkətsiz dayanmış vəziyyətdə müyyən edib əməliyyat müşahidəsinə götürmüşlər, onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə, avtomobilində saxlamaqda şübhəli olduğunu bildirib üzərinə və avtomobilinə baxış keçirtmək məqsədi ilə Təqsirləndirilən şəxs idarə etdiyi Chevrolet Cruze markalı avtomobili ilə Kəpəz Rayon Polis İdarəsinin inzibati binasına aparmışlar. Avtomobili polis idarəsinin həyətində saxlamışlar və Təqsirləndirilən şəxs iştirakı ilə avtomobilin qapılarını bağlayıb sonuncu ilə birlikdə polis idarəsinin inzibati binasına daxil olmuşlar. Bundan videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı sonuncunun əynində olan şalvarının sağ yan cibindən 1 qutu Rotmans markalı siqaret, sol yan cibindən 1 qutu Rotmans markalı siqaret, l ədəd alışqan və sellofan parçasına bükülmüş bir ədəd bükülü aşkar olunaraq götürülmüşdür. Həmin sellofana bükülmüş bükülü müdafiəçinin iştirakı ilə açılıb içərisinə baxış keçirilən zamanı boz rəngli, ilk görünüşdən narkotik vasitə olan “heroinə” oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofana bükülmüş bükülünün içərisində olan kütlənin narkotk vasitə olan heroin olduğunu, polis əməkdaşları tərəfindən saxlanıldığı gündən bir gün əvvəl 150 manat pulun müqabilində Ağdam rayon sakini Seyid ləqəbli şəxsdən aldığını, özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində narkotik vasitə heroin olan sellofana bükülmüş kütlə tərəzidə çəkilmiş və 5,08 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroinə oxşar kütlə zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı əsasında sonuncunun və vəkilinin iştirakları ilə idarə etdiyi Chevrolet Cruze markalı həmin avtomobilə baxış keçirilən zamanı avtomobilin sol ön qapısının cibində 3 ədəd şipris və içərisində natrium xlor məhlul olan bir ədəd tamlığı pozulmamış ampula aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs şprislərin və bir ədəd ampulanın özünə məxsus olduğunu, üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroini həmin natrium xlor məhlulu ilə qarışdırıb şpiris vasitəsilə bədəninə vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məxsus Chevrolet Cruze markalı avtomobildən aşkar olunub götürülmüş 3 ədəd şpiris və içərisində natrium xlor məhlul olan bir ədəd tamlığı pozulmamış ampula zərfə qoyularaq qablaşdırılmış, üzəri yazılmış və möhürlənmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs razılığı əsasında sonuncunun yaşadığı ünvan 6 ünvana baxış keçirilsə də mənzildən saxlanılması qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 şahid Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarnda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən verilmiş 27.03.2021-ci il tarixli, 16/286 nömrəli məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qarkotik vasitəyə oxşar bir ədəd sellofana bükülmüş, çəkisi 5,08 qram kütlə olan narkotik vasitə» sösləri yazılmış kağız paketi açdıqdı içərisində 1 ədəd sellofan torbacıqda təmiz çəkisi 4,765 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 01.06.2021-ci il tarixli, 699 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizotik istifadə etmə halları olub, narkomaniya xətəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in 16.06.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Samux RPŞ-də Azərbaycan Respublikası CM-nin 234.1, 237.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi 10.12.2020-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Samux Rayon Məhkəməsinin 15.03.2022-ci il tarixli, 1(058)-02/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 sentyabr 2020-ci il tarixdən 18 sentyabr 2020-ci il tarixədək cəmi 02 gün həbsdə olduğu müddət azadlıqdan məhrum etmə cəzasından çəkilmiş hesab edilməklə ona təyin edilmiş cəzasından çıxılmış və onun üzərində qəti olaraq 03 (üç) il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli 06.03.2022-ci il tarixdən hesablanmışdır. Şübhəli şəxsin tutulması haqqında 26.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 26.03.2021-ci il tarixdə tutulmuşdur. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında 28.03.2021-ci il tarixli, qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 28.03.2021-ci il tarixdə MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli 1(043)-162/2021 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs oğlu məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 4,781 qram olan narkotik vasitə “heroin”-i qanunsuz olaraq əldə edərək üzərində və özünə məxsus “Chevrolet Cruze” markalı, **-US-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində saxlamaqla daşımış, 26 mart 2021-ci il tarixdə saat 16 radələrində Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Azərbaycan Texnologiya Universitetinin qarşısında ona məxsus “Chevrolet Cruze” markalı, **-US-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin inzibati binasına gətirmiş və üzərinə baxış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 4,765 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, ona məxsus Chevrolet Cruze” markalı, **-US-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirələrkən avtomobilin sol qapısının cibindən 1 ədəd 1 ml-lik şprisdə 0.5 ml həcmində olan heroin məhlulunun tərkibində quru maddəsinin təmiz çəkisi 0.016 qram olan narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, təqsirli bilindiyi maddə üzrə ona cəza növü kimi azadlıqdan məhrum etmə cəzasınıın tətbiqini qanuni əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 26.03.2021-ci il tarixdən 28.03.2021-ci il tarixədək tutulduğu iki gün nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna Samux Rayon Məhkəməsinin 15.03.2022-ci il tarixli, 1(058)- 02/2022 saylı hökmü ilə təyin olunmuş 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-in 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli Samux Rayon Məhkəməsinin 15.03.2022-ci il tarixli hökmü üzrə müəyyən edilmiş 06.03.2022-ci il tarixdən hesablanmalıdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli 1(043)-162/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və Samux Rayon Məhkəməsinin hökmü ilə həbsdə olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs oğlu yaşadığı yer üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan Gəncə şəhəri Baş polis İdarəsində saxlama anbarına saxlanca verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 4,665 qram olan narkotik vasitə heroin, 3 (üç) ədəd şpris, içərisində natri xlorid məhlul olan tamlığı pozulmamış 1 (bir) ədəd şüşə ampula hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan, şəxsi axtarış zamanı video görüntünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə , hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26.03.2021-ci il tarixdən 28.03.2021-ci il tarixədək tutulduğu 02 (iki) gün cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan mərhumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 15.03.2022-ci il tarixli, hökmü ilə təyin olunmuş 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan mərhumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli Samux Rayon Məhkəməsinin 15.03.2022-ci il tarixli hökmü ilə müəyyən edilmiş 06.03.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Gəncə şəhəri Baş Polis İdarəsində saxlama anbarında məsul saxlanca verilmiş 4,665 qram olan narkotik vasitə heroin, 3 (üç) ədəd şpiris, içərisində natri xlorid məhlul olan tamlığı pozulmamış 1 (bir) ədəd şüşə ampula hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan, şəxsi axtarış zamanı video görüntünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS), Dövlət xəzinadarlığı ağentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs oğluna isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar