Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-100/2020 18.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Gəncə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1960-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq gəzdirmişdir. O, istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq, yəni təmiz şəkisi 2900 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış maqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinin əməkdaşları tərəfindən şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə X2 yaxınlığında saxlanılıb, Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinə gətirilərək üzərinə baxış keçirilən zaman əlində olan yük çantasından təmiz çəkisi 2900 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, özünün və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Bədənində olan ağrıları sakitləşdirmək üçün bir ilə yaxındır arabir narkotik vasitə olan marixuanadan istifadə edir. Təxminən 2019-cu ilin iyul-avqust aylarında Samux rayonunun Qarayeri qəsəbəsinə gedən yolun kənarında yabanı halda bitmiş çətənə kollarını görmüş, onlardan yığıb qurudaraq çantada Gəncə şəhərindən keçən dəmir yolunun kənarında uçuq binanın daş-beton hissələrinin altında öz istifadəsi üçün gizlətmişdir. Daha sonra həmin narkotik vasitəni oradan götürüb atmaq qərarına gəlmişdir. Bunun üçün xx xxxxxx 2020-ci il tarixdə qurumuş çətənə budaqların bazar çantasına dolduraraq X2 yanına gəlmişdir. Həmin gün saat təxminən 14-15 radələrində bir gün əvvəl kafedə tanış olduğu Sahib adlı şəxslə birlikdə X2 yaxınlığında dayanıb söhbət etmişlər. Həmin vaxt onun əlində olan yük çantasında qurudulmuş halda olan marixuana olmuşdur. Onlar dayanıb söhbət edərkən, iki nəfər polis əməkdaşı onlara yaxınlaşıb özlərini təqdim etdikdə yanında olan Sahib kimi tanıdığı şəxs dərhal oradan qaçmağa başlamış, polis əməkdaşlarından biri isə onun arxasınca qaçmış, digəri isə onun yanında qalmışdır. Polis əməkdaşı özünü təqdim edərək onun şəxsiyyətini maraqlanmış və üzərində hər hansı sənədin olub-olmadığını soruşmuş, o, isə özünü təqdim etmiş, lakin üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənəd olmadığını bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı onu Kəpəz Rayon Polis Bölməsinə dəvət etmişdir. O, avtomobilə əyləşmiş, bundan sonra isə digər polis əməkdaşı qayıdıb gəlmiş və yanında qaçan şəxsi tuta bilmədiyinin bildirmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Kəpəz Rayon Polis Bölməsinə gəlmişdir. Polis bölməsinin inzibati binasında ondan əlində daşıdığı çantada nə olduğunu soruşduqda, o, çantanın içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Bundan sonra Polis Bölməsində ona hüququları izah olunmuş, hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaradılmış və o, təqdim edilən vəkillərin siyahısından hüquqlarını müdafiə etmək istənilən vəkilin dəvət olunmasını xahiş etmişdir. Bundan sonra vəkil Müdafiəçi ona təqdim olunmuş, vəkilinin iştirakı ilə onun üzərinə və özü ilə daşıdığı çantaya baxış keçirilmişdir. Baxış keçirilən zaman çantadan narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüş və həmin narkotik vasitə çanta ilə birlikdə 3555 qram olmuşdur. Narkotik vasitə ondan aşkar olunub götürüldükdən sonra çantada qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin narkotik vasitəni yalnız öz istifadəsi üçün yığmışdır, başqa heç kəsə verməmiş və satmamışdır. Sahib adlı şəxslə təsadüfən görüşmüşdür, onun marixuanadan məlumatı olmamışdır, lakin Sahibin polis əməkdaşlarını gördükdə niyə qaçması ona məlum deyildir. Sonda Təqsirləndirilən şəxs öz əməlindən səmimi peşman olduğunu göstərərək, ona güzəşt edilib yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, hazırda Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 15 radələrində Gəncə şəhəri ərazisində qanunsuz mitinq, küçə yürüşləri keçirilməsinin qarşısının alınması ilə əlaqədar Gəncə şəhəri Beynəlxalq Avtovağzalı ətrafında xidmətdə olarkən iki nəfər şəxsin şəxsiyyətinin müəyyən olunması üçün digər polis yoldaşı Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinin sahə rəisi Şahid2 ilə birlikdə yaxınlaşıb özlərini təqdim etdikdə həmin şəxslərdən biri dərhal oradan qaçıb uzaqlaşmış, adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi digər şəxs isə üzərində hər hansı bir şəxsiyyətini təsdiq edən sənədi olmadığından əlində olan çanta ilə birlikdə Gəncə şəhər Kəpəz Rayon Polis bölməsinə dəvət edilmişdir. Kəpəz Rayon Polis bölməsinin inzibati binasında həmin şəxsdən əlində daşıdığı çantada nə olduğu soruşulduqda, o, əlindəki yaşıl rəngli, hər iki tərəfində “Paris” sözü yazılmış çantada narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin marixuananı 2019-cu ilin yay aylarında Samux rayonunun Karayeri qəsəbəsinə gedən yolun kənarında yabanı halda bitmiş çətənə kollarından yığıb qurudaraq özü üçün saxladığını bildirmişdir. Bölmədə Təqsirləndirilən şəxs hüququları izah olunduqdan sonra ona hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaradılmış, bundan sonra öz istəyi ilə vəkil Müdafiəçi Polis Bölməsinə dəvət olunaraq ona təqdim olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərindən bir ədəd içərisində siqaret dənələri olan göy rəngli “PALLMAL” markalı siqaret qutusu, 04 ədəd alış-veriş üçün müxtəlif mağazalara məxsus plastik kartlar, bir ədəd cib dəsmaləı və 35 qəpik aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlində olmuş yaşıl rəngli hər iki tərəfində “PARİS” sözü yazılmış çantaya baxış keçirilmiş, baxış zamanı həmin çantanın içərisindən yaşıl rəngli, spesifik kəskin iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş, həmin kütlə çantada asma tərəzi ilə çəkilmiş və çəkisinin 3555 qram olduğu müəyyən edilmişdir. Sonra içərisində marixuanaya bənzər kütlə olan çanta qablaşdırılmış və Azərbaycan respublikası Daxili İşlər Nazirliyinin 181 saylı möhürü ilə möhürlənərk üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 2019-cu ilin yay aylarında Samux rayonunun Qarayeri qəsəbəsinə gedən yolun kənarında yabanı halda bitmiş çətənə kollarından yığıb qurudaraq çantaya qoyub Gəncə şəhərindən keçən dəmir yolunun kənarında uçuq binanın daş-beton hissələrinin altında şəxsi öz istifadəsi üçün gizlədib saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək eyni xüsusatları göstərdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baxış və götürmə haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Kəpəz Rayon Polis Bölməsində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə və əl çantasına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əlində olan yaşıl rəngli hər iki tərəfində “PARİS” sözü yazılmış çantanın içərisindən yaşıl rəngli, kəskin iyli narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş və qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 139 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs götürülmüş kütlə....” sözləri və imzalar olan bazar çantasında təmiz çəkiləri 2900 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 222 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası X6 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 997 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə X3 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 1051 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tər-kibinin ol-ması, cinayət əməlinin onun tərəfindən törədil-məsi və təqsirliliyi məhkəmə istintaqı nəti-cəsində ta-mamilə sübut olunur. Təqsirlən-dirilən şəxs Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, eləcə də onun cinayət məsuliyyətindən və cəzadan azad edil-məsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilədüzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayəti törətməkdə təqsirli bilin-məklə cəzalandırıl-ma-lı-dır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, hərəkətindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsi-nin 59.2-ci maddəsinə əsa-sən cəzanı yün-gülləşdirən hal kimi qiymət-ləndirir, Cina-yət Məcəllə-sinin 61-ci mad-dəsində nəzərdə tutulan cəzanı ağır-laşdıran halların müəyyən edil-mədiyini qeyd edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» xx xxxxxx 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 №liQərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 234.1-cü maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmasına zərurət olmadığı qənaətinə gəlir və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cimaddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 20:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasənTəqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə düçar olması nəzərə alınmaqla ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsbarəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minə-nədək dəyiş-dirilmədən saxlanılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş 2899.9 qram narkotik vasitə marixuana məhv edilməli, xx xxxxxx 2020-ci il tarixdə Kəpəz Rayon Polis Bölməsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci–məhkəmə bioloji ekspertizasının haqqı olan 32.40 (otuz iki manat qırx qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. GöstərilənlərəəsasənvəAzərbaycanRespublikasıCPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cümaddələrinirəhbərtutaraqməhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsiilə təqsirli bilinərək 1 (bir) il6 (altı) ay müd-dətə azadlığın məhdudlaşdırılması cəza-sınaməhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 20:00-dan saat 08:00-dək tərk etməmək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanılması üçün onlara xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minə-nədək dəyiş-dirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin anbarında saxlanılan 2899,8 qram narkotik vasitə olan marixuana məhv edilsin, xx xxxxxx 2020-ci il tarixdə Kəpəz Rayon Polis Bölməsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci-məhkəmə bioloji ekspertizasının haqqı olan32.40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22)köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-100/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-100/2020
18.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver