Məhkəmə qərarları › İş №1(043)-100/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-100/2021

17.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-100/2021 17.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 17 may 2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında açıq məhkəmə iclasında, xx.xx.1978-ci ildə Gəncə şəhərində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmuş, Gəncə şəhəri, M.Məhərrəmov küçəsi, ev 64-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Gəncə 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 28 noyabr 2020-ci il tarixdə saat 23 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin damından qanunsuz olaraq həyətə, oradan da, mətbəxin pəncərəsinə fiziki təsir göstərib açaraq içəri daxil olub oradan 4100 manat nağd pulu, 1 dəst 250 manat dəyərində içərisində 2 ədəd çaynik, 1 ədəd sapılca, 2 ədəd qazandan ibarət olan kağız yeşikdəki qazan dəstini, içərisində 3 ədəd qazan olan 1 dəst 120 manat dəyərində qazan dəstini, 1 ədəd 150 manat dəyərində 20 litrlik həcmində qazanı, 3 ədəd hər birinin dəyəri 70 manat olmaqla ümumilikdə 210 manat dəyərində elektriklə işləyən sacları, 1 dəst 300 manat dəyərində qaşıq-çəngəl dəstini, 1 dəst ümumilikdə 20 manat dəyərində kristal çay stəkanlarını, 1 dəst 20 manat dəyərində kristal şərab qədəhlərini, 1 dəst 20 manat dəyərində qulpu şərab qədəhlərini, 4 ədəd hər birinin dəyəri 20 manat olmaqla ümumlikdə 80 manat dəyərində sinini, 1 dəst 50 manat dəyərində gümüş çay qaşığı dəstini, 2 ədəd hər binin dəyəri 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində hamam xalatını, 4 cüt hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 40 manat dəyərində çəkələkləri, 2 ədəd hər birinin dəyəri 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində 100 ml həcmində “Versace impératrice” markalı ətirləri, 1 ədəd 85 manat dəyərində 100 ml həcmində “X7” markalı ətiri, 1 dəst 40 manat dəyərində qadın idman paltarını, 2 ədəd hər birinin dəyəri 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində yataq dəstlərini, 3 ədəd hər birinin dəyəri 5 manat olmaqla ümumilikdə 15 manat dəyərində, 500 ml həcmində “Elidor” markalı şampunları, 3 ədəd hər birinin dəyəri 5 manat olmaqla ümumilikdə 15 manat dəyərində 500 ml həcmində “Elidor” markalı balzamları, 1 ədəd 2100 manat dəyərində qadın xəz paltosunu, 1 ədəd 220 manat dəyərində qadın dəri plaşını, 1 ədəd 70 manat dəyrində qadın gödəkcəsini, 30 ədəd hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 60 manat dəyərində çay dəsmallarını, 18 ədəd hər birinin dəyəri 5 manat olmaqla ümumilikdə 90 manat dəyərində hamam dəsmallarını, 25 ədəd hər birinin dəyəri 5 manat olmaqla ümumilikdə 125 manat dəyərində əl dəsmallarını, 1 ədəd 50 manat dəyərində “Superline” markalı ütünü, 1 ədəd 120 manat dəyərində ətçəkən maşını, 1 ədəd “Bork” markalı 150 manat dəyərində şirəçəkən maşını, 1 ədəd 80 manat dəyərində “LG” markalı feni, 1 ədəd 70 manat dəyərində nargiləni, 1 ədəd 100 manat dəyərində “Polaroid” markalı fotoaparatı, 2 ədəd hər birinin dəyəri 20 manat olmaqla ümumilikdə 40 manat dəyərində stol örtüklərini, 30 ədəd hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 90 manat dəyərində müxtəlif heyvan formalı parça oyuncaqları, 1 ədəd 80 manat dəyərində perefaratoru, 1 ədəd 30 manat dəyərində “Supermax” markalı peyk tunerini, 1 ədəd 50 manat dəyərində “TP Link” markalı internet modernini, 1 ədəd 60 manat dəyərində “Panasonic” markalı ev telefonunu, 1 ədəd 50 manat dəyərində divan örtüyünü, 1 ədəd 30 manat dəyərində divar saatını, 1 ədəd 150 manat dəyərində “LG” markalı tozsoranı, evin mətbəxindən 1 ədəd 5 manat dəyərində kristal qənd qabını, 1 ədəd 50 manat dəyərində 50 litr həcminə alüminium su bidonunu gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 9885 (doqquz min səkkiz yüz səksən beş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur.Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin,zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş şəxsin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, zərərçəkmiş şəx demək olar ki, onun qonşuluğunda yaşayır. Zərər çkmiş şəxsin evi onun yaşadığı evdən təxminən 50 metr aralıda ünvan 2 ünvan yerləşir. Zərərçəkmiş şəxs İlhamə adətən Rusiya Federasiyasına gedib orada yaşayır. İlhamə ailəlikcə Rusiya Federasiyasına getdiklərinə görə evdə yaşayış olmamışdır. Maddi çətinlikləri olduğu üçün İlhamənin evində yaşayış olmadığından 28 noyabr 2020-ci il tarixdə, saat 23 radələrində İlhamənin yaşadığı evini qaz borusu vasitəsi ilə dırmaşıb evin həyətinə düşmüşdür. Həyətə düşdükdən sonra evin giriş qapısının kilidli olduğunu görüb evin taxtadan olan pəncərəsini açıb oradan evin mətbəxinə daxil olmuşdur. Evin giriş qapısının kilidini açmaq üçün evin həyətində olan dəmir parçasını götürüb evin giriş qapısının kilidini sındıraraq evin içərisində olan məişət əşyalarını üzərində olan torbalara yığmış və əşyaları yığarkən pəncərənin önündə bir ədəd sellofan bükümü diqqətini cəlb etdiyi üçün götürüb içərisinə baxarkən içərsində pulun olduğunu görüb həmin puluda götürmüşdür. Pulu sayarkən 4100 manat məbləğində olduğu müəyyən edilmişdir. Oğurladığı əşyalardan tozsoranı, ütünü, stol örtüklərini, stəkanları və qənd qabını evində istifadə etmişdir. Oyuncaqları isə bəzək kimi evə qoymuş, əl dəsmalları isə ona lazım olmadığı üçün oğurluq etdiyi günün səhərisi Gəncə şəhəri «Sərçə» bazarında tanımadığı yaşlı qadına 1 ədədini 2 manatdan olmaqla ümumilikdə 10 manat qarşılığında satmışdır. Sonrakı günlərdə isə oğurladığı 4100 manat pulu şəxsi ehtiyacları üçün xərcləyib qurtarmışdır. O, oğurladığı əşyalardan 1 ədəd ütü, 1 ədəd tozsoran, 2 ədəd stol örtüyü, 7 ədəd oyuncaqlar, 1 ədəd qənd qabı, 4 ədəd kristal stəkan və 1 ədəd divan örtüyünü könüllü olaraq istintaqa təqdim etmişdir. O, Zərərçəkmiş şəxs məxsus evdən yalnız sadaladıqları əşyaları oğurlamış, başqa heçnə oğurlamamışdır. Hazırda əməlindən peşman olduğunu göstərərək barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, ünvan 1 ünvanında o və onun qızı İlhamə oğlu ilə birlikdə yaşayır. Onların yaşadıqları həyətdə iki ədəd ev yerləşir, həmin evlərdən biri təmirsiz yeni tikilidir, digəri isə köhnə evdir. O, təmirsiz yeni tikilinin içərisinə heç bir əşya qoymur. X8 Federasiyasının Moskva şəhərində aşpaz işləyir, işi ilə əlaqədar olaraq ailəlikcə Rusiya Federasiyanın Moskva şəhərinə gedib oradan 3 aydan bir ölkəyə qayıdaraq öz evinə baş çəkmişdir. Sonuncu dəfə isə qızı, 2020-ci ilin yanvar ayının 6-da yaşadığı ünvan 1 ünvanından ailəlikcə Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Qızı İlhamə evdən çıxarkən özünə məxsus geyim əşyalarını, digər şəxsi əşyalarını, həmçinin 4100 manat pulu da evdə saxlamışdır. Karonavirus pandemiyası ilə əlaqədar olaraq sərhədlər bağlandığına görə qızı bir il müddətinə ölkəyə qayıdıb evinə baş çəkə bilməmiş, nəhayət 13 yanvar 2021-ci il tarixdə ölkəyə qayıdıb öz evinə gəlmişdir.Qızı İlhamə evinə qayıdarkən evində olan məişət avadanlıqlarının geyim əşyalarının və evdə saxladığı 4100 manat pulun yerində olmadığını müəyyən etmişdir. Ümumiyyətlə evdə nə varsa hamısının oğurlandığını, hətta uşaq oyuncaqlarına qədər əmlakların oğurlandığını müəyyən etmişdir. Oğurlanan əşyalar bir ədəd 50 manat dəyərində 50 litr həcmində alüminium su bidonu, qonaq otağından 1 ədəd 50 manat dəyərində “TP-Link” markalı internet modemi, 1 ədəd 150 manat dəyərində LG markalı tozsoranın oğurlandığını görüb qızı bu barədə Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlib müvafiq sənədləşmə aparmışlar. Polis əməkdaşları hadisə yerindən getdikdən sonra qızı İlhamə evə ətraflı göz gəzdirmiş və müəyyən etmişdir ki, evin yataq otağında pəncərənin qarşısında kağıza bükülmüş sellofana qoyduğu 4100 manat nəğd pul, şkafın içərəsindən 1 dəst 250 manat dəyərində içərisində 2 ədəd çaynik, 1 ədəd sapılca, 2 ədəd qazandan ibarət olan kağız yeşikdəki qazan dəsti, 1 dəst 120 manat dəyərində içərisində 3 ədəd qazan olan dəst, 1 ədəd 20 litrlik 150 manat dəyərində tək qazan, 3 ədəd hər birinin dəyəri 70 manat olmaqla ümumilikdə 210 manat dəyərində elektrikli sac, 1 dəst 300 manat dəyərində qaşıq-çəngəl dəsti, 1 dəst ümumilikdə 20 manat dəyərində kristal çay stəkanları, 1 dəst 20 manat dəyərində kristal araq stəkanları, 1 dəst 20 manat dəyərində qulpu araq stəkanları, 4 ədəd hər birinin dəyəri 20 manat olmaqla ümumlikdə 80 manat dəyərində sini, 1 dəst 50 manat dəyərində gümüş çay qaşığı dəsti, 2 ədəd hər binin dəyəri 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində hamam xalatı, 4 cüt hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 40 manat dəyərində çəkələk, 2 ədəd hər birinin dəyəri 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində 100 ml həcmində “Versace İmpératrice” markalı ətirlər, 1 ədəd 85 manat dəyərində 100 ml həcmində “X7” markalı ətir, 1 dəst 40 manat dəyərində qadın idman paltarı, 2 ədəd hər birinin dəyəri 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində yataq dəstləri, 3 ədəd hər birinin dəyəri 5 manat olmaqla ümumilikdə 15 manat dəyərində, 500 ml həcmində Elidor markalı şampunlar, 3 ədəd hər birinin dəyəri 5 manat olmaqla ümumilikdə 15 manat dəyərində, 500 ml həcmində Elidor markalı balizamlar, 1 ədəd 2100 manat dəyərində xəz dəri şuba, 1 ədəd 220 manat dəyərində qadın dəri plaşı, 1 ədəd 70 manat dəyərində qadın dəri gödəkcəsi, 30 ədəd hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 60 manat dəyərində çay dəsmalları, 18 ədəd hər birinin dəyəri 5 manat olmaqla ümumilikdə 90 manat dəyərində hamam dəsmalları, 25 ədəd hər birinin dəyəri 5 manat olmaqla ümumilikdə 125 manat dəyərində əl dəsmalları, 1 ədəd Superline markalı 50 manat dəyərində ütü, 1 ədəd 120 manat dəyərində ət maşını, 1 ədəd Bork markalı 150 manat dəyərində şirəçəkən, 1 ədəd 80 manat dəyərində LG markalı fen, 1 ədəd 70 manat dəyərində sulu qəlyan, 1 ədəd 100 manat dəyərində “Polaroid” markalı fotoaparat, 2 ədəd hər birinin dəyəri 20 manat olmaqla ümumilikdə 40 manat dəyərində stol örtükləri, 30 ədəd hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 90 manat dəyərində müxtəlif heyvan formalı parça oyuncaqlar, 1 ədəd 80 manat dəyərində perefarator, evin qonaq otağından 1 ədəd 30 manat dəyərində Supermax markalı peyk tuneri, 1 ədəd 50 manat dəyərində “TP Link” markalı internet modemi, 1 ədəd 60 manat dəyərində Panasonic markalı ev telefonu, 1 ədəd 50 manat dəyərində divan örtüyü, 1 ədəd 30 manat dəyərində divar saatı, evin digər yataq otağından 1 ədəd 150 manat dəyərində LG markalı tozsoran, evin mətbəxindən 1 ədəd 5 manat dəyərində kristal qənd qabı, 1 ədəd 50 manat dəyərində 50 litr həcmində alüminium su bidonu oğurlanmışdır.Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə 9885 manat dəyərində maddi ziyan dəymişdir.Hazırda ona dəyən zərər ödənilmədiyi üçün təqsirləndirilən şəxsin barəsində ciddi cəza təyin olunmasını və mülki iddianın təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in 10.02.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Kəpəz rayon Xalq Məhkəməsinin 06.10.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 93-3-cü maddəsinin 2-ci hissəsi, 193-cü maddəsinin 3-cü hissəsi, 38-ci maddələri ilə (köhnə red.) təqsirli bilinərək 02 il islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa o, Şəmkir Rayon Məhkəməsinin 26.01.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsilə təqsirli bilinərək 01 il 06 ay islah işləri”cəzasına məhkum edilmiş, 01.07.2016-cı il tarixdə amnistya tətbiq olunmuş və təyin edilmiş cəzadan azad edilmişdir. Bundan başqa o, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 03.03.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v.səh.124-126) Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 03.03.2020-ci il tarixli, 1(043)-32/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v.səh.127-131)Azərbaycan Gəncə şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş 01 mart 2021-ci il tari 60/20 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 03.03.2020-ci il tarixli hökmü ilə barəsində təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 08 ay 07 gün hissəsini çəkmiş, 01 il 03 ay 23 gün hissəsi isə çəkilməmiş qalmışdır.(i.v.səh.138) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.səh.53) Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 21.01.2021-ci il tarixli, 4(043)-9/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə, yəni 19 aprel 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 19 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyədək ibtidai istintaq zamanı keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 04 mart 2021-ci il tarixli 9/1188 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 8 adda malların, yəni 7 ədəd müxtəlif heyvan formalı parça oyuncaqların, 4 ədəd kristal stəkanların, 1 ədəd kristal qənd qabının, 1 ədəd “Superline” markalı ütünün, 1 ədəd “LG” markalı tozsoranın, 2 ədəd stol örtüklərinin və 1 ədəd divan örtüyünün 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 152,00 manat müəyyən edilir. Təqdim edilməyən 7 adda malların, yəni “Elidor” markalı şampunların, “Elidor” markalı balzamların, “Palaroid” markalı fotoaparatın, “Supermax” markalı peyk tunerinin, “TP Link” markalı internet moderninin, “Panasonic” markalı ev telefonunun, 50 litr həcmində su bidonunun (təqdim edilməyən istifadə olunmuş malların orta istismar müddəti və orta istismar intensivliyinə, parametrlərinə uyğun olaraq) 2020-d ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 147,00 manat müəyyən edilir. Digər təqdim edilməyən 27 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, həcmi, texniki göstəriciləri, istehsal yeri və ili və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. (i.v.səh.141-144). İş materiallarına əlavə edilmiş 19 yanvar 2021-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2020-ci il tarixdə saat 23 radələrində ünvan 1 ünvanından oğurladığı Zərərçəkmiş şəxs məxsus əmlakın bir qismini, yəni 7 ədəd müxtəlif heyvan formalı parça oyuncaqları, 4 ədəd kristal stəkanları, 1 ədəd kristal qənd qabını, 1 ədəd “Superline” markalı ütünü, 1 ədəd “LG” markalı tozsoranı, 2 ədəd stol örtüklərini və 1 ədəd divan örtüyünü istintaqa təqdim etmiş, həmin əşyalar iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüş, bu barədə protokol tərtib edilərək istintaq hərəkətlərinin fotoşəkilləri çəkilmişdir. (i.v.səh. 62-64) Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 28 noyabr 2020-ci il tarixdə saat 23 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin damından qanunsuz olaraq həyətə, oradan da, mətbəxin pəncərəsinə fiziki təsir göstərib açaraq içəri daxil olub oradan 4100 manat nağd pulu, 1 dəst 250 manat dəyərində içərisində 2 ədəd çaynik, 1 ədəd sapılca, 2 ədəd qazandan ibarət olan kağız yeşikdəki qazan dəstini, içərisində 3 ədəd qazan olan 1 dəst 120 manat dəyərində qazan dəstini, 1 ədəd 150 manat dəyərində 20 litrlik həcmində qazanı, 3 ədəd hər birinin dəyəri 70 manat olmaqla ümumilikdə 210 manat dəyərində elektriklə işləyən sacları, 1 dəst 300 manat dəyərində qaşıq-çəngəl dəstini, 1 dəst ümumilikdə 20 manat dəyərində kristal çay stəkanlarını, 1 dəst 20 manat dəyərində kristal şərab qədəhlərini, 1 dəst 20 manat dəyərində qulpu şərab qədəhlərini, 4 ədəd hər birinin dəyəri 20 manat olmaqla ümumlikdə 80 manat dəyərində sinini, 1 dəst 50 manat dəyərində gümüş çay qaşığı dəstini, 2 ədəd hər binin dəyəri 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində hamam xalatını, 4 cüt hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 40 manat dəyərində çəkələkləri, 2 ədəd hər birinin dəyəri 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində 100 ml həcmində “Versace İmperatriçə” markalı ətirləri, 1 ədəd 85 manat dəyərində 100 ml həcmində “X7” markalı ətiri, 1 dəst 40 manat dəyərində qadın idman paltarını, 2 ədəd hər birinin dəyəri 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində yataq dəstlərini, 3 ədəd hər birinin dəyəri 5 manat olmaqla ümumilikdə 15 manat dəyərində, 500 ml həcmində “Elidor” markalı şampunları, 3 ədəd hər birinin dəyəri 5 manat olmaqla ümumilikdə 15 manat dəyərində 500 ml həcmində “Elidor” markalı balzamları, 1 ədəd 2100 manat dəyərində qadın xəz paltosunu, 1 ədəd 220 manat dəyərində qadın dəri plaşını, 1 ədəd 70 manat dəyərində qadın dəri gödəkcəsini, 30 ədəd hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 60 manat dəyərində çay dəsmallarını, 18 ədəd hər birinin dəyəri 5 manat olmaqla ümumilikd 90 manat dəyərində hamam dəsmallarını, 25 ədəd hər birinin dəyəri 5 manat olmaqla ümumilikdə 125 manat dəyərində əl dəsmallarını, 1 ədəd 50 manat dəyərində “Superline” markalı ütünü, 1 ədəd 120 manat dəyərində ətçəkən maşını, 1 ədəd “Bork” markalı 150 manat dəyərində şirəçəkən maşını, 1 ədəd 80 manat dəyərində “LG” markalı feni, 1 ədəd 70 manat dəyərində nargiləni, 1 ədəd 100 manat dəyərində “Polaroid” markalı fotoaparatı, 2 ədəd hər birinin dəyəri 20 manat olmaqla ümumilikdə 40 manat dəyərində stol örtüklərini, 30 ədəd hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 90 manat dəyərində müxtəlif heyvan formalı parça oyuncaqları, 1 ədəd 80 manat dəyərində prefaratoru, 1 ədəd 30 manat dəyərində “Supermax” markalı peyk tunerini, 1 ədəd 50 manat dəyərində “TP Link” markalı internet modeini, 1 ədəd 60 manat dəyərində “Panasonic” markalı ev telefonunu, 1 ədəd 50 manat dəyərində divan örtüyünü, 1 ədəd 30 manat dəyərində divar saatını, 1 ədəd 150 manat dəyərində “LG” markalı tozsoranı, evin mətbəxindən 1 ədəd 5 manat dəyərində kristal qənd qabını, 1 ədəd 50 manat dəyərində 50 litr həcminə alüminium su bidonunu gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 9885 (doqquz min səkkiz yüz səksən beş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməli «az ağır» cinayət olmaqla mülkiyyət əleyhinə olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəza növü kimi azadlıqdan məhrum etmə cəzasının tətbiqini zəruri sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68-ci və 67.1-ci maddələrinə əsasən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 03.03.2020-ci il tarixli, 1(043)-32/2020 snömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 03 ay 23 günü hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəzası təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu andan 19 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə zərərçəkmiş şəxsin tərqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı törədilmiş cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iddiasına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs təqsirli olaraq törətdiyi hüquqazidd əməllər nəticəsində mülki iddiaçıya 9885 (doqquz min səkkiz yüz səksən beş) manat həcmdə maddi zərər vurması müəyyən edilsə də həmin əmlaklardan 152 manat dəyərində əşyaları artıq zərərçəkən şəxsə qaytarılmışdır. Məhkəmə iclasında mülki iddiaçının nümayəndəsi Nümayəndə mülki iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs mülki iddianı qəbul etdiyini, azadlıqda qalarsa vurulmuş ziyanı işləyib ödəyəcəyini bildirmişdir. Məhkəmə mülki iddia ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli olaraq törətdiyi hüquqazidd əməllər nəticəsində mülki iddiaçıya 9885 (doqquz min səkkiz yüz səksən beş) manat həcmdə maddi zərər vurması öz təsdiqini tapdığından və oğurlanmış əmlaklardan bir qisminin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmaqla mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, iddiaçı təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etməkdə haqlıdır və həmin tələb işin faktiki halları nəzərə alınmaqla qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil X3 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 15 iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerində saxlanılan 7 ədəd müxtəlif heyvan formalı parça oyuncaqlar, 4 ədəd kristal stəkanlar, 1 ədəd kristal qənd qabı, 1 ədəd “Superline” markalı ütü, 1 ədəd “LG” markalı tozsoran, 2 ədəd stol örtüyü, 1 ədəd divan örtüyü hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 03.03.2020-ci il tarixli, 1(043)-32/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 03 ay 23 günün iki günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən edilmiş 07 (yeddi) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin edilmiş cəzanın əvvəli 19.01.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Zərərçəkmiş şəxs iddiası qismən təmin edilsin, Təqsirləndirilən şəxs 9733,00 (doqquz min yeddi yüz otuz üz) manat pul alınaraq Zərərçəkmiş şəxs xeyrinə verilsin. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına 90 (doxsan) manat pul X2 ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar