Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-101/2020 20.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X7, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx.xx.1959-cu ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkum olunmamış, ünvan 2-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 22:52 radələrində sürücülük hüququ əsasında idarə etdiyi özünə məxsus olan “Toyota Corolla” markalı **-TL-*** qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, Ə.Əliyev prospekti ilə üzü M.Bağırov küçəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1ci hissəsinin tələbinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə əməl etməyərək Gəncə şəhəri, Ə.Əliyev prospekti 2 ünvanında yerləşən “Neon” firmasının qarşısından yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən piyada - Gəncə şəhər sakini xx.xx.1965-ci il təvəllüdlü X3 avtomobilin ön hissəsi ilə ehtiyatsızlıqdan vuraraq zərbənin təsirindən sonuncunun həmin küçədə yolun sağ zolağında hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Volkswagen Touareg” markalı **-DM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin üzərinə düşməsi nəticəsində, Elminaz Məmmədovaya döş qəfəsinin sağ tərəfində İİ-X qabırğaların iki anatomik xətt üzrə, döş qəfəsinin sol tərəfində İİ-Vİİ qabırğaların kürək xətt üzrə sınması, sol said, sol baldır və sağ bud sümüklərinin qapalı sınıqları ilə müşayiət olunan hər biri ayrı-ayrılıqda sağlamlığının uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər, hər iki əlin üst səthinin sıyrıqları ilə müşayiət olunan sağlamlığına zərər vurmadığından ehtiyatsızlıqdan dərəcəsi təyin edilməyən xəsarətlər, həmçinin baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma, sol alın-təpə-gicgah sümüklərinin kəllə əsasına keçən qəlpəli sınıqları ilə nəticələnən qapalı kəllə-beyin travması ilə müşayiət olunan həyatı üçün təhlükəli olan ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə, qapalı küt kəllə-beyin travması nəticəsində baş beyinin ağır dərəcəli əzilməsi və kəllə sümüklərinin sınması nəticəsində ehtiyatsızlıqdan Elminaz Məmmədovanın ölümünə, Zərərçəkmiş şəxs2 sahibi olduğu “Volkswagen Touareg” markalı **-DM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 700 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, Zərərçəkmiş şəxs2 və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanında ailəsilə birlikdə yaşayır. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. “BC” kateqoriyalı “AC” seriyalı 650970 nömrəli sürücülük vəsiqəsi vardır. “Toyota Corolla” markalı, **-TL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. xx.xx.2020-ci il tarixdə saat təxminən 22 radələrində Goranboy rayonuna getmək üçün yaşadığı evdən özünə məxsus “Toyota Corolla” markalı avtomobilə minərək Gəncə şəhəri, Ə.Əliyev prospekti boyunca, yolun sol tərəfi ilə səkidən 1-2 metr aralıda, 50 km/saat sürətlə, üzü M.Bağırov küçəsi istiqamətində hərəkət etmişdir. “Neon” firmasının qarşısından keçərək “Sübhan” şadlıq sarayı istiqamətinə hərəkət edərəkən təxminən 30 metrdən yolun Gəncə şəhəri, N.Nərimanov prospekti istiqamətinə dönən hissəsində yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən piyada süpürgəçi qadını görmüş, buna baxmayaraq piyadanın onun yanına çatana kimi yolu keçəcəyini düşünərək avtomibilin hərəkətini dayandırmamış, lakin piyada yolun sol tərəfinə hərəkət etmək əvəzinə geri addım ataraq onu çaşdırmışdır. Bunun nəticəsində o piyadanı vurmaqdan yayına bilməmiş və idarə etdiyi avtomobilin ön hissəsi ilə piyada qadının sol tərəfindən vurmuşdur. Zərbə dəyən anda o, nə edəcəyini bilməyərək sola manevr etmiş və bu zaman yuxarı doğru atılan qadının başı onun avtomobilinin ön sağ dirəyinə və sağ güzgüsünə dəymişdir. Həmin zərbdən sonra qadın sağa doğru atılaraq onun arxası ilə hərəkət edən qara rəngli “Volkswagen Touareg” markalı **-DM- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin kapotunun üzərinə düşmüşdür. O, piyadanı vurduqdan sonra idaretməni itirmiş və avtomobil yolun sol tərəfindəki səki daşlarına çırpılaraq dayanmışdır. Bundan sonra avtomobildən düşərək piyadaya doğru getdikdə onu keçinmiş vəziyyətdə avtomobilinin arxa tərəfinin buferinin alt hissəsinə gəlib düşdüyünü görmüşdür. Eyni zamanda meyidin yanına Volkswagen Touareg markalı avtomobilin sürücüsü - adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs2 də gəlmişdir. Bu zaman dərhal təcili tibbi yardımın 103 xidmətinə məlumat verilmişdir. Bundan sonra hadisə yerinə təcilli tibbi yardımın nümayəndələri və polis əməkdaşları gəlmiş, o və digər sürücü Zərərçəkmiş şəxs2 polis əməkdaşlarına özlərini təqdim etmiş və baş vermiş hadisə barədə məlumat vermişlər. Polis əməkdaşları onların iştirakı ilə hadisə yerini müayinə etmiş, onlar hadisənin baş vermə yerini və digər mexanizmlərini göstərmiş və təcilli tibbi yardımın nümayəndələri meyidi aparmışlar. Daha sonra Dövlət Yol Polisi əməkdaşları onları sərxoşluq müayinəsindən keçirmək üçün Dispanserə aparmış, və onlar orada tibbi müayinədən keçdikdən sonra Gəncə şəhər Baş Polis İdarəsinə gəlmişlər. Sonradan ona məlum olmuşdur ki, avtomobillə vurduğu piyada, adı ona sonradan məlum olan X4r. O, mərhum X3 əvvəllər tanımamış, nə Elminaz Məmmədova ilə, nə də ailəsi ilə hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, Zərərçəkmiş şəxs2lə və digər zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və vurulmuş maddi zərəri ödəməsini nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailəsilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 8 ilə yaxındır ki, avtomobil idarə edir. Onun “BC” kateqoriyalı “AC” seriyalı 347744 nömrəli sürücülük vəsiqəsi vardır. “Volkswagen Touareg” markalı, **-DM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. xx.xx.2020-ci il tarixdə saat təxminən 22 radələrində özünə məxsus “Volkswagen Touareg” markalı **-DM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Gülüstan qəsəbəsindən yaşadığı evə getməyə qərar vermiş, bu məqsədlə, idarət etdiyi “Wolkswagen Touareg” markalı **- DM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Ə.Əliyev küçəsi ilə düzünə, yolun sol tərəfi ilə, səkidən 2-3 metr aralıda, 50 km/saat sürətlə üzü M.Bağırov küçəsi istiqamətində hərəkət etmiş, həmin vaxt ağ rəngli “Toyota Corolla” markalı “**-TL-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobil ondan 8-10 metr irəlidə hərəkət etmişdir. Onlar “Neon” firmasının qarşısından keçərək “Subhan” şadlıq sarayına doğru hərəkət edərkən yolun Gəncə şəhəri, N.Nərimanov prospekti istiqamətinə dönənin hissəsinə çatmağına az qalmış önü ilə hərəkət edən ağ rəngli “Toyota Corolla” markalı “**-TL-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobil anidən avtomobilin ön hissəsi ilə piyadanı vuraraq sola doğru manevr etmiş və bu zaman həmin avtomobilin vurduğu piyada zərbənin təsirindən yuxarı atılıb Toyota Corolla markalı avtomobilin sağ ön dirəyinə dəyərək sağa doğru onun avtomobilinin üzərinə atılmışdır. Bu zaman o zərbədən yayına bilməmiş və sağa doğru atılan piyada onun avtomobilinin kapotunun ön sol hissəsinə düşmüşdür. Piyada onun avtomobilinin üzərinə çırpıldıqdan sonra avtomobilin kapotunun üzərində təxminən 5-10 metr hərəkət etdikdən sonra yol döngəli olduğu üçün o bir qədər sağa doğru manevr etmiş və bu zaman kapotun üzərindəki piyada sürüşərək onu ilk dəfə vuran yolun sol tərəfində səki daşlarına çırpılaraq dayanmış Toyota Corolla markalı avtomobilin arxa buferinin altına düşmüşdür. O, dərhal avtomobilini dayandıraraq yerə düşmüş və Toyota Corolla markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ilə birlikdə piyadanın yanına yaxınlaşdıqda onun artıq keçinmiş vəziyyətdə olduğunu görmüşlər. Bu zaman dərhal təcili tibbi yardımın 103 xidmətinə məlumat verilmiş, bundan sonra hadisə yerinə təcilli tibbi yardımın nümayəndələri və polis əməkdaşları gəlmiş, o və digər sürücü Təqsirləndirilən şəxs polis əməkdaşlarına özlərini təqdim etmiş və baş vermiş hadisə barədə məlumat vermişlər. Polis əməkdaşları onların iştirakı ilə hadisə yerini müayinə etmiş, onlar hadisənin baş vermə yerini və digər mexanizmlərini göstərmiş və təcilli tibbi yardımın nümayəndələri meyidi aparmışlar. Daha sonra Dövlət Yol Polisi əməkdaşları onları sərxoşluq müayinəsindən keçirmək üçün Dispanserə aparmış, və onlar orada tibbi müayinədən keçdikdən sonra Gəncə şəhər Baş Polis İdarəsinə gəlmişlər. Hazırda təqsirləndirilən şəxs tərəfindən onun avtomobilinə dəymiş zərər tam həcmdə ödənilmişdir, təqsirləndirilən şəxslər barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi - X10nın qardaşı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, mərhum X6 onun bacısıdır. X10 Gəncə şəhər MKTİB-də süpürgəçi işləmiş, “köhnə Yevlax avtovağzalı” deyilən yerin ətraf ərazilərini təmizləmiş, heç kəslə ədavəti və ya düşmənçiliyi olmamış, hər kəslə münasibətləri normal olmuşdur. Elminaz Məmmədova adətən axşam saat 21:30 radələrində evdən çıxaraq işə getmiş və gecə təxminən saat 01-02 radələrində geri evə qayıtmışdır. xx.xx.2020-ci il tarixdə mərhum bacısı yenə adəti üzrə axşam saat 21:30 radələrində evdən çıxaraq işə getmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə təxminən saat 00 radələrində o bacısı Elminazın avtomobilin vurması nəticəsində vəfat etdiyini, hal-hazırda Gəncə şəhər məhkəmə-tibb ekspertizasının morqunda olduğunu öyrənmiş, bundan sonra o, dərhal həmin xəstəxanaya getmişdir. Orada öyrənmişdir ki, mərhum bacısı yolu süpürə-süpürə Neon firmasının qarşısından yolu keçərkən onu Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 idarə etdikləri avtomobillər vurmuşdur. Məhkəmə-tibb ekspertizasında mərhum bacısı Elminaz Məmmədova daxili müayinə olunduqdan sonra meyid onlara təhvil verilmiş və mərhum bacısı dini qaydalara uyğun olaraq dəfn edilmişdir. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, nə onun, nə də ailə üzvlərinin hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs onlara vurulmuş zərərin əvəzini ödəmiş və onunla barışıq əldə etmişdir. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailəsilə birlikdə yaşayır. 1992-ci ildən DİO-da, 2019-cu ildən hal-hazıra qədər isə Gəncə şəhər BPİ-nin DYPŞ-nin ƏYPB-nin YPX baş inspektoru vəzifəsində işləyir. ƏYPB-nin YPX baş inspektoru kimi vəzifə borcu baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat alan kimi dərhal hadisə yerinə getmək və orada hadisə yerini mühafizə etməklə bərabər, oradakı bütün mexanizm və incəliklərə diqqət yetirib qorumaqdır. xx xxxxxx 2020-ci il tarixdə saat 22:55 radələrində Gəncə şəhər Ə.Əliyev prospekti 2 ünvanında yerləşən “Sübhan” şadlıq sarayının qarşısında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat aldıqdan sonra ekipaj yoldaşı ƏYPB-nin YPX inspektoru Şahid2 ilə birlikdə Gəncə şəhər Ə.Əliyev prospekti 2 ünvanında yerləşən “Sübhan” şadlıq sarayının qarşısına getmişlər. Hadisə yerinə getdikdə adı sonradan onlara məlum olan piyada X1 Gəncə şəhəri, Ə.Əliyev prospekti 2 ünvanında yerləşən “Sübhan” şadlıq sarayının qarşısındakı yolun sol tərəfində səki daşlarının üzərinə çıxmış vəziyyətdə dayanmış “Toyota Corolla” markalı **-TL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa bamperinin altında keçinmiş vəziyyətdə asfaltın üzərində uzanıqlı olduğunu, “Volkswagen Touareg” markalı **-DM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin isə onlardan bir qədər aralıda yolun sağ tərəfində dayandığını görmüşlər. Bu zaman dərhal hadisə yerinin mühafizəsini təmin etmişlər. Həmin vaxt sürücülər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 onlara yaxınlaşaraq piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin onlar tərəfindən törədilməsini bildirmişlər. Onlar sürücülərin müvafiq sənədlərini yoxladıqdan sonra hadisə yeri müayinə edilmiş və müayinə zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 22:52 radələrində özünə məxsus idarə etdiyi “Toyota Corolla minik” markalı “**-TL-***” qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Ə.Əliyev prospekti ilə üzü M.Bağırov küçəsi istiqamətində hərəkətdə olarkən Gəncə şəhəri, Ə.Əliyev prospekti 3 ünvanında yerləşən “Neon” firmasının qarşısından yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən piyada X3 avtomobilin ön hissəsi ilə vurmuş, zərbənin təsirindən yuxarı doğru atılan piyada onun arxası ilə hərəkətdə olan Zərərçəkmiş şəxs2 özünə məxsus idarə etdiyi “Volkswagen Touareg” markalı **-DM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin kapotunun üzərinə düşmüş sonra isə yerə sürüşüb düşərək “Volkswagen Touareg” markalı **-DM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa bamberinin altında dayanmış və nəticədə sonuncu almış olduğu müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində ölmüşdür. Daha sonra onların və hal şahidlərinin iştirakı ilə protokol tərtib edilmiş, sonra protokol ucadan oxunmuş və imzalanmışdır. Hadisə yerinin müayinəsi yekunlaşdırıldıqdan sonra hadisə yerinə gəlmiş TTYS 103 xidmətinin həkimləri tərəfindən X1 meyidi müayinə edilməsi üçün MTE və PA birliyinin Gəncə şəhər şöbəsinə aparılmışdır. Bundan sonra o sürücülərin sərxoş olubolmadığını müəyyən etmək üçün həkim müayinəsinə aparmış, sürücülər müayinədən keçdikdən sonra onları Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təhvil vermişdir. O, həmin işləri gördüyü zaman ekipaj yoldaşı isə Təqsirləndirilən şəxs məxsus “Toyota Corolla minik” markalı “**-TL-***” dövlət qeydiyyat nömrə nişanlı və Zərərçəkmiş şəxs2 məxsus “Volkswagen Touareg” markalı **-DM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillərin DYPŞ-nin cərimə meydançasına aparılmasını təmin etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abbasov X2 Hacı Cahan oğlunun göstərdiyi xüsusatları bir daha təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan məlum olur ki, hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi Gəncə şəhəri Ə.Əliyev prospekti 3 ünvanında yerləşən “Neon” firmasının qarşısında baş vermişdir. Hadisə baş verən yol asfalt örtüklü, hamar, düz və döngəli olmaqla hadisə baş verən zaman quru vəziyyətdə olmuşdur. Yolun hadisə baş verən hissəsinin ümumi eni 14 metrdir. Yol bir istiqamətdə hərəkət üçün nəzərdə tutulmuşdur. Hadisə baş vermiş yolun sağ kənarında səki və daha sonra iaşə obyektləri, sol kənarında isə səki və daha sonra park yerləşir. Hadisə axşam saat 22:52 radələrində baş verməklə hava qaranlıq olmuş, yolun hərəkət hissəsi şəhər elektrik işığı ilə, həmçinin kənar obyektlərdən düşən işıqla işıqlandırılmışdır. “Toyota Corolla” markalı “**-TL-***” dövlət qeydiyyat nişanlı avtomobil piyadanı sol səkidən 5 metr aralıda sağ səkidən isə 9 metr aralıda vurmuşdur. “Toyota Corolla” markalı avtomobilin sürücüsünün hərəkət üçüb təhlükə piyadanın sola doğru yolu keçməyə başladığı andan yaranmış, həmin andan piyada “Toyota Corolla” markalı avtomobillə vurulmaya kimi adi yerişlə 5 metr məsafə qət etmiş hərəkət hissəsində təxminən 1 san dayanmış və yenidən geriyə adi yerişlə 0,5 m məsafə qət edərək “Toyota Corolla” markalı avtomobillə vurulmuşdur. “Volkswagen Touareg” markal **-DM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil piyadanı sol səkidən 7 metr sağ səkidən isə 7 metr aralıda vurmuşdur. “Volkswagen Touareg” markalı avtomobilin sürücüsü üçün təhlükə piyadanın “Toyota Corolla” markalı avtomobillə vurularaq ona tərəf atılmağa başladığı andan yaranmış və həmin andan piyada onun avtomobilinin üzərinə düşənə kimi avtomobil 9 metr məsafə qət etmişdir. X9 meyidi Ə.Əliyev küçəsi 2 ünvanının qarşısında sol səkidən 1,5 metr, sağ səkidən 12,5 metr aralıda dayanmışdır. Hadisə yerində tormoz izləri aşkar edilməmişdir. Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdən alınmış xx xxxxxx 2020-ci il tarixli 429/2020 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”nda görünür ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respubliaksı Daxili İşlər Nazirliyi BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən verilmiş xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs AC-650970 saylı «BC» kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək 10 il müddətinə verilmişdir. Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməmiş, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmamışdır. “Toyota Corolla” markalı “**-TL-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə verilmiş AD № 685426 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında Təqsirləndirilən şəxs adına qeydiyyatdadır. Cinayət işinin materiallarında olan bir ədəd DVD diskdəki videogörüntülərdən və xx.xx.2020-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin “Təhlükəsiz şəhər” xidmətinin təhlükəsizlik kameralarında qeydə alınmış görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 22:50:00 radələrində mərhum piyada E.Y.Məmmədova ünvan 8 ünvanı-Sübhan şadlıq sarayının qarşısında yolun sağ tərəfinə süpürə-süpürə üzü Ə.Əliyev küçəsi 3 ünvanına-Neon firmasına doğru hərəkət edir. Saat 22:52:40 radələrində E.Y.Məmmədova düzünə yolu süpürə-süpürə hərəkət etdikdən sonra sağ səkidən bir qədər aralıda yolun hərəkət hissəsindən sağ dönərək adi addımlarla hərəkət edir. 22:52:47 radələrində E.Y.Məmmədova yolun sol tərəfinə çatmağına bir qədər qalmış dayanaraq sola doğru baxır. Bu zaman uzaqdan “Toyota Corolla” markalı “**-TL-***” dövlət qeydiyyat nişanlı avtomobilin onun arxası ilə isə “Volkswagen Touareg” markalı **-DM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hərəkət etdiyi görünür. 22:52:48 radələrində E.Y.Məmmədova “Toyota Corolla” markalı “**-TL-***” dövlət qeydiyyat nişanlı avtomobilin onun üzərinə gəldiyini görərək bir addım adi yerişlə geriyə hərəkət edir, lakin zərbədən yayına bilmir və 22:52:48 radələrində “Toyota Corolla” markalı “**-TL-***” dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsi ilə piyada E.Y.Məmmədovanı vurur. “Toyota Corolla” markalı “**-TL-***” dövlət qeydiyyat nişanlı avtomobil piyadanı vuran andan sola doğru sükanı döndərir, bu zaman zərbənin təsirindən E.Y.Məmmədova 22:52:50 radələrində arxa ilə hərəkət edən digər avtomobil “Volkswagen Touareg” markalı **-DM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə çırpılır. “Volkswagen Touareg” markalı **-DM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil düzünə hərəkət edərək 22:52:53 radələrində Sübhan şadlıq sarayının qarşısında dayanır, “Toyota Corolla” markalı “**-TL- ***” dövlət qeydiyyat nişanlı avtomobil isə yolun sol kənarında səki daşlarının üzərinə çıxaraq dayanır. Bundan sonra sürücü Zərərçəkmiş şəxs2 “Volkswagen Touareg” markalı **-DM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən düşərək meyidə doğru gedir. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin Məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 130 saylı rəyindən məlum olur ki, mərhum X1 bədəni üzərində müəyyən edilmiş baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma, sol alın-təpə-gicgah sümüklərinin kəllə əsasına keçən qəlpəli sınıqları ilə müşayiət olunan qapalı kəllə-beyin travması, döş qəfəsinin sağ tərəfində İİ-X qabırğaların iki anatomik xətt üzrə, döş qəfəsinin sol tərəfində İİ-Vİİ qabırğaların kürək xətt üzrə sınması, sol said, sol baldır və sağ bud sümüklərinin qapalı sınıqları, hər iki əlin üst səthlərinin sıyrıqları, alın-təpə nahiyəsnini qançırı xəsarətləri həyatidir, bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və ağırlıq dərəcələrinə görə: a) baş beynin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansımza, sol alın-təpə-gicgah sümüklərinin kəllə əsasına keçən qəlpəli sınıqları ilə müşayiət olunan qapalı kəllə-beyin travması həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya; b) döş qəfəsinin sağ və sol tərəflərində qabırğaların sınıqları, sol said, sol baldır və sağ bud sümüklərinin qapalı sınıqları hər biri ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir; v) hər iki əlin üst səthinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Mərhum X1 ölümünə səbəb qapalı küt kəllə-beyin travması nəticəsində baş beyinin ağır dərəcəli əzilməsi və kəllə sümüklərinin sınığı olmuşdur. Mərhum X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər hərəkətdə olan avtomobilin onu vurması nəticəsində əmələ gələ bilər. Mərhum X1 bədənində müəyyən edilən xəsarətlərin morfoloji əlamətlərinə əsasən avtomaşınların zədələnmə hissələrini, hadisə şəratini nəzərə alaraq belə hesab olunur ki, hərəkətdə olan “Toyota Corolla” markalı avtomaşın qabaq bamperi ilə E.Məmmədovanın sol baldır nahiyəsindən vurmuş o, sol baldır, sol said sümüklərində, sol tərəf qabırğalarda sınıq və ölümə səbəb olan qapalı kəllə-beyin travması xəsarətlərini almış, sonra onun “Volkswagen Touareg” markalı avtomaşına dəyib, asfalt örtük üzərinə düşməsi nəticəsində sağ bud sümüyündə, sağ tərəf qabırğalarda sınıq və digər xəsarətlər əmələ gəlmişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertinin xx xxxx 2020-ci il tarixli 08/40 nömrəli rəyində göstərilmişdir ki, “Toyota Corolla” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Volkswagen Touareg” markalı, **- DM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. “Avtomotoservis və X5” Gəncə Avtomotoservis və ticarət müəssisəsi tərəfindən verilmiş qüsur aktından görünür ki, “Toyota Corolla” markalı “**-TL-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilə hadisə nəticəsində ümumilikdə 1520 (min beş yüz iyirmi) manat məbləğində “Volkswagen Touareg” markalı “**-DM-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilə isə hadisə nəticəsində ümumilikdə 700 (yeddi yüz) manat məbləğində maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tamamilə ödəmiş və o, Təqsirləndirilən şəxsla barışmışdır. Buna görə də, onun heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş və o, Təqsirləndirilən şəxsla barışmışdır. Buna görə də, onun heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, hadisənin necə baş verdiyini əks etdirən videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs maddi zərərə məruz qalmış Zərərçəkmiş şəxs2 ilə və ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini (CM-in 59.1.12-ci maddəsi) və cinayət nəticəsində vurulmuş maddi ziyanı tam olaraq ödəməsini (CM-in 59.1.13-cü maddəsi) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış, yolnəqliyyat hadisəsində iştirak etmiş və saxlanılması üçün müvafiq olaraq sahibləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 verilmiş “Toyota Corolla” markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobil və “Volkswagen Touareg” markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahiblərinə qaytarılmalı, baş vermiş yol-nəqliyyat hadisəsinin Gəncə şəhəri təhlükəsizlik kameralarının qeydə aldığı videogörüntülərinin yazıldığı DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası aşağı həddə təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs verilmiş “Toyota Corolla” markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Təqsirləndirilən şəxs, saxlanılması üçün Zərərçəkmiş şəxs2 verilmiş “Volkswagen Touareg” markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtomobil isə qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılsın. Baş vermiş yol-nəqliyyat hadisəsinin Gəncə şəhəri təhlükəsizlik kameraları ilə qeydə alınmış videogörüntülərinin yazıldığı DVD disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-101/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-101/2020
20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver