Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-102/2021 17.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, 17.05.2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx xxxxx 1972-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, 3-cü qrup gözdən əlil, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi : Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs 06.01.2021 -ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 08.01.2021-ci il tarixdə testin nəticəsinin pozitiv, yəni yeni növ koronavirus infeksiyasını yaymaq təhlükəsinin olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 09.01.2021-ci il tarixdə saat 11 radələrindən 15 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 3i 62, Gəncə şəhəri, M.Əliyev küçəsi ilə N.Məlikova küçələrinin kəsişməsi, ünvan 4 ünvanında yerləşən 4 nömrəli uşaq poliklinikası, ünvan 5 ünvanlarında, bundan başqa 11.01.2021-ci il tarixdə saat 10 radələrindən 14 radələrindək olan müddət ərzində yaşadığı ünvan 5 ünvanını tərk edib ünvan 6, bundan başqa 12.01.2021-ci il tarixdə saat 10 radələrindən 12 radələrindək olan müddət ərzində yaşadığı ünvan 5 ünvanını tərk edib ünvan 6, bundan başqa 13.01.2021-ci il tarixdə saat 16 radələrindən 17 radələrində olan müddət ərzində yaşadığı Gəncə şəhəri, Vəlixanov küçəsi, ev 6, mənzil 38 ünvanını tərk edib ünvan 6, bundan başqa 15.01.2021-ci il tarixdə saat 18 radələrindən yaşadığı ünvan 5 ünvanını tərk edib ünvan 6, bundan başqa 18.01.2021-ci il tarixdə saat 11 radələrindən 15 radələrindək olan müddət ərzində yaşadığı ünvan 5 ünvanını tərk edib ünvan 6, bundan başqa 20.02.2021-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 5 ünvanını tərk edib ünvan 6, bundan başqa 22.01.2021-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvan 5 ünvanını tərk edib ünvan 6 olmaqla, epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadəsini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanında anası X3 və atası X5 ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, 3- cü qrup əlildir və təqaüd alır. 01 yanvar 2021-ci il tarixdən etibarən özündə halsızlıq hiss etməyə başlamış, hərarəti 37 dərəcəyə qalxmış və tez-tez tərləmişdir. O, ilkin olaraq qrip olduğunu zənn edərək ev şəraitində təbii üsullarla müalicə olunmuş, lakin günlər keçməsinə baxmayaraq səhhəti yaxşılaşmamışdır. Buna görə də o, koronavirusa yoluxduğundan şübhələnmiş, xəstəliyini dəqiqləşdirmək məqsədilə 06 yanvar 2021-ci il tarixdə Gəncə şəhər 1 nömrəli A.Səhhət adına xəstəxanaya gedərək orada şikayətlərini bildirmiş və ondan koronavirusla bağlı yaxma götürülmüşdür. 08 yanvar 2021-ci il tarixdə “İTS.GOV.AZ”-dan onun istifadəsində olan ********** saylı mobil nömrəyə gələn mesajdan məlum olmuşdur ki, onun Covid-19 test nəticəsi pozitiv çıxmışdır. Həmçinin mesaj mətnində qeyd olunmuşdur ki, o və ailə üzvləri yaşayış yerini tərk etməməli, karantin rejimini pozduğu təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna biləcəyi barədə xəbərdarlıq da, yazılmışdır. Bundan sonra həmin gün bir nəfər xatırlamadığı nömrədən ona zəng edərək Səhiyyə Nazirliyinin Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən olduğunu bildirərək Covid-19 test nəticəsinin pozitiv çıxdığını, ev şəraitində müalicə alacağını, yaşadığı evi tərk etməməli olduğunu bildirərək sağalmağı ilə bağlı mesaj gəldikdən sonra yaşayış yerini tərk edə biləcəyi bildirilmişdir. Həmin gün o, qaraciyər nahiyəsində də, ağrılar hiss etməyə başlamış, həmin ağrılar növbəti gün, yəni 09.01.2021-ci il tarixdə də, davam etdiyinə görə o, qərar vermişdir ki, sidikdən analiz versin və həmin ağrıların səbəbini öyrənsin. Bundan sonra həmin gün saat 11 radələrində yaşadığı evdən piyada küçəyə çıxmış, həmin küçədən keçən “VAZ 2106” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilli dayandırıb ona minərək Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsində yerləşən Gəncə şəhər 4 nömrəli uşaq poliklinikasına gedib oradakı laboratoriyada sidik analizi vermiş, təxminən 5-10 dəqiqə həmin poliklinikada analizin cavabını gözləmiş və analizin cavabı çıxdıqdan sonra həmin poliklinikadan çıxaraq yenidən gəldiyi taksi ilə Gəncə şəhəri, Dəmiryolu vağzalının yaxınlığında ünvan 7 ünvanındakı mənzilə getmişdir ki, orada müalicəsini davam etdirsin. Bundan sonra taksi ilə həmin ünvana gedərək 14 gün ərzində orada yaşayaraq müalicəsini davam etdirmişdir. Karantin müddəti 22.01.2021-ci il tarixdə başa çatmasına baxmayaraq ona sağalmağına dair mesaj gəlmədiyi üçün o yenə də, həmin yaşadığı evi tərk etməmişdir. Bundan sonra təxminən 23.01.2021-ci il tarixdə “İTS.GOV.AZ”-dan onun istifadəsində olan ********** saylı mobil nömrəyə gələn mesajda onun evdən təcrid müddətinin bitdiyini öyrənmişdir. Bundan başqa o bildirmişdir ki, o, 08.01.2021-ci il tarixdən “Covid-19” virusuna yoluxduğunu öyrənmiş, həmin vaxtdan sonra isə 09.01.2021-ci il tarixdə yaşadığı evi tərk edərək Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsində yerləşən Gəncə şəhər 4 nömrəli uşaq poliklinikasına, oradan da, Gəncə şəhəri, Dəmiryolu vağzalının yaxınlığında ünvan 7 ünvanına gedərək müalicəsini orada davam etdirmişdir. Bundan sonra o, sağalanadək həmin ünvanı tərk etməmişdir. O, koronavirusa yolxuduqdan sonra yaşadığı evi tərk edərkən yuxarıda qeyd etdiyi, adını, telefon nömrəsini, harada yaşadığını bilmədiyi taksi sürücüsü ilə və Gəncə şəhər 4 nömrəli uşaq poliklinikasının labaratoriyasındakı həkimlə təmasda olmuş, başqa heç kəslə təmasda olmamışdır. O, yaşadığı evi tərk edərkən tibbi maskadan istifadə etmiş və maskanı çıxarmamışdır. O, koronavirusa yolxuduqdan sonra sadəcə 09.01.2021-ci il tarixdə yaşadığı evi tərk etmiş, sonrakı günlərdə isə o, yaşadığı evi tərk etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, 1989-cu ildən Gəncə şəhər Səhiyyə İdarəsinin 4 nömrəli uşaq poliklinikasında, laborant vəzifəsində işləyir. Vəzifəsi təqdim edilən analizləri qablaşdıraraq müavfiq laborator müayinəsini həyata keçirməkdən ibarətdir. Həmin qaydaya uyğun olaraq 09 yanvar 2021-ci il tarixdə 1 nəfər şəxs poliklinikaya yaxınlaşaraq özündə narahatçılıq hiss etdiyini, buna görə də, sidik analizi vermək istədiyini bildirmişdir. Bundan sonra həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd tələb etmiş, həmin şəxs isə şəxsiyyət vəsiqəsini təqdim etdikdə onun Gəncə şəhəri, R.Axundov küçəsi, 4-cü dalan, ev 13, mənzil 2-də yaşayan Təqsirləndirilən şəxs olmasını müəyyən etmişdir. Daha sonra Təqsirləndirilən şəxs müvafiq analiz nümunəsi götürülmüş, həmin analiz nümunəsi götürüldükdən sonra Təqsirləndirilən şəxs təxminən 5-10 dəqiqə analizin cavabını gözləmişdir. Tərəfindən Təqsirləndirilən şəxs verdiyi analizin laborator müayinəsi həyata keçirildikdən sonra nəticəsi ilə bağlı müvafiq arayış tərtib edərək, həmin analizlə bağlı poliklinikanın “Analizlərin qeydiyyatı jurnalında” müvafiq qeydləri aparmış və analizin cavabını Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs isə öz növbəsində analizin cavabını götürərək çıxıb getmiş, daha sonrasında isə o, həmin şəxsi görmçmişdir. O, Təqsirləndirilən şəxs “Covid-19” virusuna yoluxmasını bilməmiş, laboratoriyada sadəcə o, olmuş və Təqsirləndirilən şəxs onunla təmasda olmuş, təmasda olarkən hər ikisi tibbi maskadan istifadə etmişdirlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2017-ci ildən X6, həmin müddətdən də, tutduğu vəzifədə xidmət edir. Polis əməkdaşının funksional vəzifələrindən olan ictimai asayişi və ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə halhazırda ölkədə də, yayılmış “Covid-19” virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə nəzarət həyata keçirlir. Bununla bağlı X7 əməkdaşları tərəfindən ictimai reydlər, qəfil yoxlamalar, inanılmış şəxslərin məlumatlarından istifadə etmə və digər üsullardan istifadə edilir. Bundan əlavə Gəncə şəhər Gigiyena və X1 şəhəri ərazisində “Covid-19" virusuna yoluxmuş şəxslərin epidemiya və karantin rejiminə, yəni yaşadığı evdə özünütəcrid qaydalarına əməl etmələrinə nəzarət etmək məqsədilə həmin şəxslərin siyahısı Gəncə şəhər Baş Polis İdarəsinə, oradan da, ərazi aidiyyəti üzrə rayon polis idarələrinə göndərilir. Bundan əlavə qeyd olunan qaydaların təmini məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinin Növbətçi Hissəsindən “Bölgələr üzrə yaşayış yerini tərk edən şəxslərin statistik məlumatlarının” siyahısı göndərilir. Həmin siyahıya uyğun olaraq 13.01.2020-ci il tarixdə müəyyən edilmişdir ki, 08.01.2021-ci il tarixdən barəsində karantin rejimi tətbiq edilərək evdə özünütəcrid qaydalarına əməl etməli olan ünvan 2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək Gəncə şəhər 4 nömrəli uşaq poliklinikasına getmişdir. Bundan sonra həmin gün saat 09 radələrində Gəncə şəhər BPİ-nin CAİ-nin xüsusilə mühim işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəsinə zəng edərək harada olmasını soruşduqda, həmin şəxs hazırda Gəncə şəhəri, Dəmiryolu vağzalının yaxınlığında yerləşən ünvan 7 ünvanında ev şəraitində müalicə aldığını, 08.01.2021-ci il tarixdən “Covid 19” test nəticəsi pozitiv çıxdığını, həmin tarixdən sonra isə 09.01.2021ci il tarixdə ilkin olaraq yaşadığı ünvan 8 ünvanını tərk edərək Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsində yerləşən 4 nömrəli uşaq poliklinikasına analiz vermək üçün getdiyini, həmin poliklinikada analiz verdikdən sonra ünvan 7 ünvanına gedərək orada ev şəraitində müalicə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə özünütəcrid qaydalarına əməl etməli olması, yaşadığı evi tərk edərək koronavirus xəstəliyinin yayılmasına səbəb olduğunu, həmçinin xəstəliyin yayılması üçün real təhlükə yaratdığını, buna görə Azərbaycan Respublikası CM-nin və ya İXM-nin müvafiq maddəsilə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilmiş daha sonra həmin faktla bağlı raportla məruzə edilmişdir. Onun və ailə üzvlərinin Təqsirləndirilən şəxs və ya onun ailə üzvləri ilə heç bir düşmənçiliyi yaxud, ədavəti olmamışdır. Cinayət işinin materiallarnda olan və məhkəmə iclasında tədqiq olunan:- Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Gigiyena və Epidemioloji Mərkəzinin 01.03.2021-ci il tarixli, 920 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 06.01.2021-ci il tarixdə yaxma nümunəsi vermiş, 08.01.2021-ci il tarixdən 22.01.2021-ci il tarixədək olan müddət ərzində ev şəratinində karantində olmuşdur. ( i.v.səh 50). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Gigiyena və Epidemioloji Mərkəzinin 05.03.2021-ci il tarixli, 1193 nömrəli məktubundan görünür ki, Şahid2 “Covid-19” infeksiyasına görə müayinəsinin nəticəsinin pozitiv olması qeydə alınmamışdır. ( i.v.səh 55). 11.02.2021-ci il tarixli “Analizlərin qeydiyyatı jurnalı”a baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09.01.2021 -ci il tarixdə həmin poliklinikda sidik analizi vermişdir. ( i.v.səh 35-37). Gəncə şəhər 4 nömrəli uşaq poliklinikasından verilmiş 09.01.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 09.01.2021-ci il tarixdə həmin poliklinikda sidik analizi vermişdir. ( i.v.səh 29-30). “e-Təbib” mobil tətbiqindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 06.01.2021-ci il tarixdə “COVİD-19” analizi vermiş və verdiyi analizdə “COVİD-19” virusu aşkar edilmişdir. ( i.v.səh 21-23). İş materialında olan bir ədəd DVD diskdəki videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 09.01.2021-ci il tarixdə saat 11 radələrindən 15 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 10 62, Gəncə şəhəri, M.Əliyev küçəsi ilə N.Məlikova küçələrinin kəsişməsi, ünvan 4 ünvanında yerləşən 4 nömrəli uşaq poliklinikası, ünvan 5 ünvanlarında, bundan başqa 11.01.2021-ci il tarixdə saat 10 radələrindən 14 radələrindək olan müddət ərzində yaşadığı ünvan 5 ünvanını tərk edib ünvan 6, bundan başqa 12.01.2021-ci il tarixdə saat 10 radələrindən 12 radələrindək olan müddət ərzində yaşadığı ünvan 5 ünvanını tərk edib ünvan 6, bundan başqa 13.01.2021-ci il tarixdə saat 16 radələrindən 17 radələrindək olan müddət ərzində yaşadığı ünvan 5 ünvanını, tərk edib ünvan 6, bundan başqa 15.01.2021-ci il tarixdə saat 18 radələrindən yaşadığı ünvan 5 ünvanını tərk edib ünvan 6, bundan başqa 18.01.2021-ci il tarixdə saat 11 radələrindən 15 radələrindək olan müddət ərzində yaşadığı ünvan 5 ünvanını tərk edib ünvan 6, bundan başqa 20.01.2021-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 5 ünvanını tərk edib ünvan 6, bundan başqa 20.01.2021-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 5 ünvanını tərk edib ünvan 6, bundan başqa 22.01.2021-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvan 5 ünvanını tərk edib ünvan 11ur. ( i.v. səh.59-71). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 10.03.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. ( i.v. səh.58). İbtidai istintaq zamanı əldə olunmuş “koronavirusinfo.az” internet səhifəsindən “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X4 və Azərbaycan Respublikasının İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş elektron təlimatından görünür ki, mövcud sübutlar “Covid-19” virusunun insanlar arasında yaxın təmas və hava-damcı yolu ilə ötürüldüyünü göstərir. Xəstəylə təmasda olan və ya xəstəyə qulluq edənlər arasında yoluxma riski ən yüksəkdir. “COVİD-19” virusu təsdiqlənmiş xəstələrə 14 gün ev izolyasiyası tədbiq edilir. Müvafiq xəstəliyin inkubasiya dövrü 14 günədək ola bilər. Xəstə monitorinq müddətini evdə keçirməlidir. ( i.v.səh 43-49). Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 06.01.2021 -ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 08.01.2021-ci il tarixdə testin nəticəsinin pozitiv, yəni yeni növ koronavirus infeksiyasını yaymaq təhlükəsinin olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 09.01.2021-ci il tarixdə saat 11 radələrindən 15 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 3i 62, Gəncə şəhəri, M.Əliyev küçəsi ilə N.Məlikova küçələrinin kəsişməsi, ünvan 4 ünvanında yerləşən 4 nömrəli uşaq poliklinikası, ünvan 5 ünvanlarında, bundan başqa 11.01.2021-ci il tarixdə saat 10 radələrindən 14 radələrindək olan müddət ərzində yaşadığı ünvan 5 ünvanını tərk edib ünvan 6, bundan başqa 12.01.2021-ci il tarixdə saat 10 radələrindən 12 radələrindək olan müddət ərzində yaşadığı ünvan 5 ünvanını tərk edib ünvan 6, bundan başqa 13.01.2021-ci il tarixdə saat 16 radələrindən 17 radələrində olan müddət ərzində yaşadığı Gəncə şəhəri, Vəlixanov küçəsi, ev 6, mənzil 38 ünvanını tərk edib ünvan 6, bundan başqa 15.01.2021-ci il tarixdə saat 18 radələrindən yaşadığı ünvan 5 ünvanını tərk edib ünvan 6, bundan başqa 18.01.2021-ci il tarixdə saat 11 radələrindən 15 radələrindək olan müddət ərzində yaşadığı ünvan 5 ünvanını tərk edib ünvan 6, bundan başqa 20.02.2021- ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 5 ünvanını tərk edib ünvan 6, bundan başqa 22.01.2021-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvan 5 ünvanını tərk edib ünvan 6 olmaqla, epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır cinayət» olmaqla həyat və sağlamlıq əleyhinə olan cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, 3-cü qrup gözdən əlil olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində nəzərdə tutulan müsadirə edilməli əmlak yoxdur. İş üzrə telefon məlumatlarını özündə əks etdirən -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə , h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təyin olunmuş cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. İş üzrə telefon məlumatlarını özündə əks etdirən -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-102/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-102/2021
17.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver