Məhkəmə qərarları › İş №1(043)-103/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-103/2020

26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-103/2020 26.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxxxx 2020-ci il tarixdə X10 Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xx xxxxxxxx 1974-cü ildə Gəncə şəhərində anadan olmuş, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyatda olan, ünvan 2 mənzil 37 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildiki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağınıəldə edib üzərində gəzdirmiş, xx xxxx 2020-ci il tarixdə saat 09 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş narkotiklərlə mübarizə idarəsinin Qərb Bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 59 ünvanın qarşısında saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş narkotiklərlə mübarizə İdarəsinin Qərb Bölgəsində regional şöbəsinə gətirilərək üzərinə baxış keçirilən zaman onun əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, işüzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs oğlu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin, şahid qismində dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 4-5 ay əvvəl kolxoz bazarından açılıb-bağlanan, bir ədəd bir tərəfi kəsici, ucu deşici olan bıcaq almışdır. Həmin bıçağı məişətdə istifadə etmək üçün yəni meyvə və sair ərzaq məhsullarının kəsmək üçün üzərində gəzdirmişdir. xx xxxx 2020-ci il tarixdə saat 09 radələrində yaşadığı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 59 nömrəli evin həyətində dayanarkən bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində regional şöbəsinə dəvət etmişlər. Həmin şöbədə üzərində gəzdirdiyi bıçağı çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş, lakin üzərindən başqa qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Törətdiyi əməldən peşman olduğunu bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş narkotiklərlə mübarizə idarəsinin Qərb Bölgəsində regional şöbəsinin baş əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxsi hadisəyə qədər tanımamışdır. xx xxxx 2020-ci il tarixdəŞöbəyə ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq üzərində narkotik vasitə heroin gəzdirməsi, daşıması və saxlaması ilə bağlı daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə şöbənin əmkdaşlarından ibarət əmliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupunun üzvləri xx.xx.2020-ci il tarixdə saat 09:00 radələrində ünvan 4 ünvanının qarşısında Təqsirləndirilən şəxs aşkar edib üzərində narkotik vasitə heroin gəzdirməsi, daşıması və saxlaması ilə bağlı şübhəli olduğunu ona bildirdikdən sonra onu şöbəyə dəvət edib ona üzərində narkotik vasitə və ya qeyri qanuni əşyaların olub olmamasını soruşduqda, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını, yalnız əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd qatlanan bıçaq olduğunu deyərək həmin bıçağı cibindən çıxardıb təqdim etmişdir. Bununla bağlı protokol tərtib olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 oğlu ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş narkotiklərlə mübarizə idarəsinin Qərb Bölgəsində regional şöbəsinin baş əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxsi hadisəyə qədər tanımamışdır. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs mütəmadi olaraq üzərində narkotik vasitə heroin gəzdirməsi ilə bağlı daxil olmuşəməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə şöbənin əməkdaşları ilə birlikdə xx.xx.2020-ci il tarixdə saat 09:00 radələrində ünvan 5 ünvanının qarşısında Təqsirləndirilən şəxs aşkar edib üzərində narkotik vasitə heroin gəzdirməsi, daşıması və saxlaması ilə bağlışübhəli olduğunu ona bildirdikdən sonra onu şöbəyə dəvət edib ona üzərində narkotik vasitə və ya qeyri qanuni əşyaların olub olmamasını soruşduqda, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını, yalnız əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd qatlanan bıçaq olduğunu deyərək həmin bıçağı cibindən çıxardıb təqdim etmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin bıçağı kolxoz bazarının yanından tapdığını demişdir. Bununla bağlı protokol tərtib olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş narkotiklərlə mübarizə idarəsinin Qərb Bölgəsində regional şöbəsinin başəməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxsi hadisəyə qədər tanımamışdır. xx xxxx 2020-ci il tarixdə Elcan adlışəxsin mütəmadi olaraq üzərində narkotik vasitə olan heroin gəzdirməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs ifşa olunması məqsədi ilə şöbənin əmkdaşlarıiləbirlikdə xx.xx.2020-ci il tarixdə ünvan 5 ünvanının qarşısında aşkar edib üzərində narkotik vasitə heroin gəzdirməsi, daşıması və saxlaması ilə bağlı şübhəli olduğunu ona bildirdikdən sonra onu şöbəyə dəvət edib ona üzərində narkotik vasitə və ya qeyri qanuni əşyaların olub olmamasını soruşduqda, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını, cibində yalnız bir ədəd qatlanan bıçağın olduğunu bildirərək həmin bıçağı şalvarının cibindən çıxardıb təqdim etmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin bıçağı kolxoz bazarının yanından tapdığını demişdir. Bununla bağlı protokol tərtib olunmuşdur.Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik aşkar olunmadı. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş narkotiklərlə mübarizə idarəsinin Qərb Bölgəsində regional şöbəsində polis nəfəri işləyir. Təqsirləndirilən şəxsi hadisəyə ilə əlaqədar tanımışdır. xx xxxx 2020-ci il tarixdə Elcan adlı şəxsin mütəmadi olaraq üzərində narkotik vasitə olan heroin gəzdirməsi ilə bağlı daxil olmuşəməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs ifşa olunması məqsədi iləşöbənin əmkdaşlarıiləbirlikdə xx.xx.2020-ci il tarixdə ünvan 5 ünvanının qarşısında aşkar edib üzərində narkotik vasitə heroin gəzdirməsi, daşıması və saxlaması ilə bağlı şübhəli olduğunu ona bildirdikdən sonra onu şöbəyə dəvət edib ona üzərində narkotik vasitə və ya qeyri qanuni əşyaların olub olmamasını soruşduqda, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını, cibində yalnız bir ədəd bıçağın olduğunu bildirərək həmin bıçağı şalvarının cibindən çıxardıb təqdim etmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin bıçağı kolxoz bazarının yanından tapdığını demişdir. Bununla bağlı protokol tərtib olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik aşkar olunmamışdır. İşdə olan məhkəmə-ballistik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 175 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. (İş.v.səh 33-34) İşdə olan xx.xx.2019-cu il tarixli, 772 nömrəli sərxoşluq aktından görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş olmuşdur. (i.v.səh. 10). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-in xx xxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs X7 İşlər Üzrə Məhkəmənin xx xxxx 2008-ci il tarixli hökmü ilə CM-in 181.2.1,181.2.3, 181.2.4, 181.2.5, 185.2.1 228.2.1-ci maddələri ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxxxxx 2013-cü ildə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir.(i.v.səh. 51) X7 İşlər Üzrə Məhkəmənin xx xxxx 2008-ci il tarixli 1(101)-738/08 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 181.2.1,181.2.3, 181.2.4, 181.2.5, 185.2.1 228.2.1-ci maddələri ilə təsirli bilinərək 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 7(007)- 2312/2013 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 03 ay 13 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. X10 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(043)-103/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. X10 rayon Polis idarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, məktubundan və axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, X4 xx.xx.2020-ci il tarixdə tutularaq MSY-ə təhvil verilmişdir. GəncəŞəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(043)- 103/2020 nömrəli qərarından görünür ki, təqsirləndirilən X3 barəsində secilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmiş və o dərhal həbsdən azad edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağınıəldə edib üzərində gəzdirmiş, xx xxxx 2020-ci il tarixdə saat 09 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş narkotiklərlə mübarizə idarəsinin Qərb Bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən keçirilmişəməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 59 ünvanın qarşısında saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş narkotiklərlə mübarizəİdarəsinin Qərb Bölgəsində regional şöbəsinə gətirilərək üzərinə baxış keçirilən zaman onun əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli «böyük ictimai təhlükə törətməyən» cinayət olmaqla ictimai təhlükəsizlik əleyhinə olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində ağırlaşdırıcı və yüngülləşdirici hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sistem olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması,məsələn sərxoşluğa qurşanması, ailəüzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. MəhkəməTəqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, barəsində Azərbaycan Respublikasının CM-nin 228.4-cümaddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı vəədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışıüzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinəəsasən Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək həbsdə olduğu 01 ay 04 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədəkd əyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İşüzrə məhkəmə xərci olan 31,50 (otuz bir manat əlli qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İşüzrə müsadirə edilməli əmlak yoxdur. İşüzrə maddi sübut olan və Gəncəşəhər Baş Polis İdarəsində saxlanılan soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı qeydə alınmış video görüntüləri özündəəks etdirən bir ədəd «DVD» disk cinayət işinin materialında saxlanmalıdır. İşüzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək həbsdə olduğu 01 ay 04 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən edilmiş 02 (iki) ay 08 (səkkiz) gün təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 ay (üç) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın . İşüzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən bir ədəd «DVD» disk cinayət işinin materialında saxlanılsın. İş üzrə 31,50 (otuz bir manat əlli qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində X10 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar