Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-104/2020 16.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x5 iclas katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət x6 İdarəsinin Gəncə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Həsənova Gövhərşah İzzət qızının və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Xanlar rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkum, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 14.05.2020-ci il tarixdə saat 01 radələrində ünvan 2 a, mənzil 45 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı əl zərbələri ilə sonuncunun baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vuraraq ona - göz ətrafı nahiyəsinin yumşaq toxumalarının əzniyi və hemotaması, sağ gözün ağlı qişasının qansızması, sol göz ətrafı və sol yanaq nahiyələrinin qançırları, üst dodağın selikli qişasının səthi yarası kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona istinad olunan əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Jalə ilə 6 ildir ki, rəsmi olaraq nikahları var. Həmin nikahdan 2 azyaşlı övladları var. Əvvəllər Jalə ilə münasibətləri normal olub. 2019-cu ilin sentyabr ayında qısqanclıq zəminində Jalə ilə aralarında münaqişələri oldu. Sonra Jalə anasının yaşadığı Samux rayonuna getmiş, o isə 2020-ci ilin oktyabr ayında Rusiya Federasiyasına getmişdir. O hadisədən bir neçə gün əvvələr Rusiya Federasiyasından qayıtmışdır. O, uşaqlarını görmək üçün Jalənin mobil telefonuna zəng etmişdir. Həmin vaxt Jalə ona onunla birlikdə qalmağı demişdir. O, Jalənin yaşadığı evə getmişdir. O, Jalə ilə birlikdə qalan zaman Jalənin telefonuna başqa adamlar zəng etmişdir. O, da Jaləni qısqandığı üçün həmin şəxslərin kim olduqlarını Jalədən soruşmuşdur. Jalə ona həmin şəxslərin onun iş yoldaşları olduğunu demişdir. 13.05.2020-ci il tarixdə təxminən saat 23 radələrində Jaləni işlədiyi marketdən evə gətirmişdir. 14.05.2020-ci il tarixdə təxminən saat 01 radələrində o, Jalə ilə söhbət zamanı ona iş yoldaşları ilə sevgi münasibətinin olduğunu soruşmuş, lakin Jalə ona etiraz edərək heç kimlə sevgi münasibətinin olmadığını bildirmişdir. Həmin vaxt aralarında qısqanclıq zəminində mübahisə baş vermişdir. Həmin mübahisə zamanı Jalə onun ünvanına nalayiq ifadələr işlətmişdir. O da əsəbləşib Jalənin sifət nahiyəsinə şillə vurmuşdur. Daha sonra isə yumruqla onun göz və baş nahiyələrinə vurmuşdur. Sonra Jalə iş yoldaşı ilə münasibətinin olduğunu etiraf etdikdən sonra o, evdən çıxıb getmişdir. 14.05.2020-ci il tarixdə o, Jalənin mobil telefonuna zəng edib nə qədər ki, nikahdadılar qardaşının yaşadığı evə getməsini və boşandıqdan sonra nə istəsə onu edə biləcəyini bildirmişdir. Lakin telefonda Jaləni hədələməmişdir. O, Jaləni döyən zaman evdə o və Jalə olmuşdur. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona heç bir şikayət və tələbi yoxdur. Bundan əlavəTəqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək, qeyd edilən cinayət əməli üzrə özünü təqsirli hesab etdiyini, zərərçəkmiş şəxslə barışdığını və bununla əlaqədar olaraq işin icraatına xitam verilməsini, bu əsasla cinayət işinə xitam verilməsinin bəraətverici əsas olmadığınınona aydın olduğunu bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki,Gəncə şəhərində yaşayır. 14.05.2020-ci il tarixdə DİN-in 102 xidmətinə və Kəpəz RPİ-nə ərizə ilə o, müraciət etmişdir. Təqsirləndirilən şəxs onun əridir. Rəşadla 6 ildir ki, rəsmi olaraq nikahı var. Həmin nikahdan 2 azyaşlı övladı var. Əvvəllər Rəşadla münasibəti normal olmuşdur. Sonradan Rəşad onu qısqandığı üçün aralarında bir neçə dəfə münaqişələri olmuşdur. 2019-cu ilin sentyabr ayında Rəşadla aralarında münaqişələri olmuş və o, anasının yaşadığı Samux rayon Lək kəndinə getmişdir. 2019-cu ilin oktyabr ayında isə x4 getmişdir. O, həmin vaxtdan Rəşadla əlaqəni kəsmişdir. x1 geri qayıtmışdır. Həmin vaxt Rəşad onun mobil telefonuna zəng edərək onunla söhbət etmək istədiyini demişdir. O, həmin vaxt Rəşada marketdə satıcı işlədiyini və onu narahat etməməsini bildirmişdir. Bir neçə gün Rəşad iş yerinə gəlib onu narahat etmiş və onu özü işə aparıb-gətirmişdir. O, Rəşada barışmaq istədiyini, lakin onu qısqanmamasını bildirmişdir. 14.05.2020-ci il tarixdə saat 23 radələrində Rəşad onu işdən götürmüş və onun yaşadığı evə gəlmişlər. Həmin vaxt yemək yemişlər və söhbət etmişlər. 14.05.2020-ci il tarixdə saat 01 radələrində Rəşad ondan işlədiyi marketdə kimləsə sevgi münasibətinin olduğunu soruşmuşdur. O, Rəşada heç kimlə sevgi münasibətinin olmadığını bildirmişdir. Həmin vaxt Rəşad onunla mübahisə etmişdir. Həmin mübahisə zamanı Rəşad onun göz və baş nahiyəsinə yumruqla vurub ona xəsarət yetirmişdir. Sonra Rəşad evdən çıxıb getmişdir. 14.05.2020-ci il tarixdə təxminən saat 11 radələrində Rəşad onun mobil telefonuna zəng edərək onu sözlə öldürəcəyini bildirmişdir. O, həmin vaxt DİN-in 102 xidmətinə zəng etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib,Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekpertiza və x7” x13 canlı şəxsin ekspertizasının 14 may 2020-ci il tarixli 687 nömrəli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ göz ətrafı nahiyəsinin yumşaq toxumalarının əzniyi və hematoması, sağ gözün ağlı qişasının qansızması, sol göz ətrafı və sol yanaq nahiyələrinin qançırları, üst dodağın selikli qişasının səthi yarası-bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 14.05.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iş materiallarında olan yazılı ərizələrindən görünür ki, onlar barışmışlar və hər iki şəxscinayət işinin icraatına xitam verilməsinə razıdır. Azərbaycan Respublikası DİN tərəfindən 22.05.2020-ci il tarixli, R-49792 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri MKTB-nin rəisi İlham Quliyev tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. İşin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanseri tərfindən verilmiş 22.05.2020-ci il tarixli 2053 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs x2 Dispansenerində qeydiyyatda durmur. İşin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər x8 Dispanseri tərfindən verilmiş 30.05.2020-ci il tarixli 2006 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs x12 Dispansenerində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 101333 nömrəli nikah haqqında şəhadətnamnin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 15.01.2016-cı il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 113 nömrə ilə nikah qeydə alınmışdır. AZ-İİİ seriyalı 687390 nömrəli və AZ-İV seriyalı 312111 nömrəli doğum haqqında şəhadətnamılərin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxsnin birgə nikahlarından 07.08.2015-ci ildə x3 və 08.12.2016-cı ildə x9 anadan olmuşlar. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin izahatları, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs 14.05.2020-ci il tarixdə saat 01 radələrində ünvan 2 a, mənzil 45 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı əl zərbələri ilə sonuncunun baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vuraraq ona - göz ətrafı nahiyəsinin yumşaq toxumalarının əzniyi və hemotaması, sağ gözün ağlı qişasının qansızması, sol göz ətrafı və sol yanaq nahiyələrinin qançırları, üst dodağın selikli qişasının səthi yarası kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirməyi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışmışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(043)-104/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-104/2020
16.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver