Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-106/2021 19.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 19.05.2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi : Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 5,126 qram narkotik vasitə olan marixuananı və təmiz ümumi çəkisi 0,169 qram psixotrop maddə olan metamfetamini, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyarkən 11 fevral 2021-ci il tarixdə saat 03:30 radələrində Kəpəz RPİ-in əməkdaşları tərəfindən Gəncə şəhəri, Poçt qəsəbəsi, Əfəndiyev küçəsində reydlər keçirilən zaman özünü şübhəli apararaq üzərində saxladığı narkotik vasitəni və psixotrop maddəni gizlətməyə cəhd edərkən Gəncə şəhəri Əfəndiyev küçəsində yerləşən 25 saylı mənzilin qarşısında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİnə gətirilmiş və şəxsi axtarış keçirilən zaman cibindən çıxararaq atmağa cəhd etdiyi 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,126 qram maddə, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və əynində olan boz rəngli gödəkcənin sol yan cibindən kağıza bükülmüş təmiz çəkisi 0,169 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadəsini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı lan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 3 aya yaxındır narkotik vasitə aludəçisidir. O, 2-ci Vətən mühaqibəsi zamanı Qubadlı rayonunda ələ keçirilmiş erməni postlarının birində yerdən qurudulmuş marixuana taparaq istifadə etmişdir və bu onun xoşuna gəlmişdir. 11.02.2021 -ci il tarixdə saat 03:30 dəqiqədə Gəncə şəhəri Əfəndiyev küçəsində piyada yol gedən zaman 2 nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşmış, özlərini təqdim etmək istəyən zaman o polis əməkdaşlarının yanından qaçaraq üzərində olan içərisində narkotik maddə olan qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu yerə atmışdır. Sonra qaçarkən büdrəyib yerə yıxılmışdır. Yerə yıxılan zaman əllərinin ovuc nahiyyəsi və sağ əlinin baş barmağı sıyrılmışdır. O yerdən qalxıb qaçmağa davam edən zaman polis əməkdaşları ona çatıb yerə atdığı kibrit qutusunu yerdən götürərək onu qanunsuz olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə şübhəli olduğu üçün Kəpəz RPİ-nə gətirmişlər. Bundan sonra o polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman polis əməkdaşı onun qaçarkən yerə tulladığı içərisində narkotik maddə olan qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu təqdim etmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilən zaman cibindən narkotik vasitə olan ”metamfetamin”aşkar olunaraq götürülmüşdür. Üzərindən aşkar olunan narkotik vasitəni və psixotrop maddəni özü istifadə etmək üçün saxlamış, həmin narkotik vasitəni yaşadığı evin yaxınlığından tapmışdır. Hərəkətindən olduqca peşman olduğunu bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-in CAŞ-in əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 11.02.2021 -ci il tarixdə baş vermiş mülkiyyət əleyhinə oğurluqlarla bağlı Kəpəz RPİ-nin inzibati ərazisi sayılan Gəncə şəhəri, Poçt qəsəbəsi, Əfəndiyev küçəsində Kəpəz RPİ-nin CAŞ-nın kiçik inspektoru Şahid2 ilə gecə gəzintisində olan zaman Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün yaxınlaşıb şəxsiyyətini müəyyənləşdirmək istəyən zaman qaçaraq cibindən bir ətət kibrit qutusunu yerə atmışdır. Həmin şəxsi Gəncə şəhəri, Poçt qəsəbəsi, Əfəndiyev küçəsində 25 saylı fərdi yaşayış evinin qarşısında saxlayaraq Gəncə şəhər Kəpəz RPİ-nə gətirmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitələri qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Gəncə şəhəri Poçt qəsəbəsi, Əfəndiyev küçəsində saxlanlmazdan əvvəl üzərindən atdığı kibrit qutusunda olan ilk baxışdan narkotik vasitə olan marixuanaya bənzər kütləni təqdim etmişlər. Həmin kibrit qutusuna baxış keçirilən zaman içərisində kəskin spesifik iyli, ilk baxışdan narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Bundan soma Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkcənin sol yan cibindən kağıza bükülmüş içərisində ağ rəngli, kəskin spesifik iyli, ilk baxışdan psixotrop maddə olan “metamfetamin”ə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş kibrit qutusunda olan qurudulmuş “marixuana’'ya oxşar kütlə və əynində olan boz rəngli gödəkcənin sol yan cibindən aşkar edilmiş ilk baxışdan psixotrop maddə olan “metamfetamin”ə oxşar kütlə elektron tərəzidə çəkilmiş, “marixuana”ya oxşar kütlə kibrit qutusu ilə birlikdə çəkisi 8 qram 'tmetamfetamin”ə oxşar kütlə içərisində olan kağız bükümlə birlikdə 0,31 qram olmuşdur. Daha sonra isə narkotik vasitə metamfetamin və marixuana kağız zərfdə qablaşdırılmış və zərf möhürlənmişdir. Şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq olunan:- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən verilmiş 11.02.2021-ci il tarixli, 16/129 nömrəli məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş narkotik maddəyə oxşar -1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,126 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır.1 (bir) ədəd kağız parçası bükümündə təmiz çəkisi 0,169 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metanıfetamindir. (i.v.səh 39-41) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 12.03.2021-ci il tarixli, 244 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür.( i.v.səh.109). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 13.02.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 23.05.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən cəzası şərti hesab edilərək N ay sınaq müddəti təyin edilmişdir.(i.v. səh.71- 72). Şübhəli şəxsin tutulması haqqında 11.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 11.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ.v. səh 19) Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında 12.02.2021-ci il tarixli, qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 12.02.2021-ci il tarixdə MSY-dən azad olunaraq barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. (İ.v. səh.62-63) SX ******* nömrəli hərbi biletin surtindən görünür ki, Təqsirləndirilən şəxs ikinci vətən müharibəsi iştirakçısı olmuşdur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz ümumi çəkisi 5,126 qram narkotik vasitə olan marixuananı və təmiz ümumi çəkisi 0,169 qram psixotrop maddə olan metamfetamini, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyarkən 11 fevral 2021-ci il tarixdə saat 03:30 radələrində Kəpəz RPİ-in əməkdaşları tərəfindən Gəncə şəhəri, Poçt qəsəbəsi, Əfəndiyev küçəsində reydlər keçirilən zaman özünü şübhəli apararaq üzərində saxladığı narkotik vasitəni və psixotrop maddəni gizlətməyə cəhd edərkən Gəncə şəhəri, Əfəndiyev küçəsində yerləşən 25 saylı mənzilin qarşısında saxlanılaraq Kəpəz RPİ-nə gətirilmiş və şəxsi axtarış keçirilən zaman cibindən çıxararaq atmağa cəhd etdiyi 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,126 qram maddə, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və əynində olan boz rəngli gödəkcənin sol yan cibindən kağıza bükülmüş təmiz çəkisi 0,169 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır cinayət» olmaqla narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun əməlindən səmimi peşman olmasını, ikinci Vətən müharibəsi iştirakçısı olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sistem olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün nəzərə alınmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə proflaktiki qeydiyyata alınmalıdır. İş üzrə 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan alınaraq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan- tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 5,076 qram çəkidə narkotik vasitə olan marixuana və 0,159 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə üzərinə baxış keçirilməsi zamanı video görüntünü özündə əks etdirən və maddi sübut olan 1 ədəd DVD-R disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i̇ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu iki günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən olunmuş 04 gün cəzasından çıxılaraq Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlu yaşadığı yer üzrə narkoloji dispanserdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 5,076 qram çəkidə narkotik vasitə olan marixuana və 0,159 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə üzərinə baxış keçirilməsi barədə video görüntünü özündə əks etdirən və maddi sübut olan 01 ədəd DVD-R disk cinayət işinin materialında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 ( otuz iki manat 40 qəpik) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Hökmün icrası Gəncə Şəhər Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-106/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-106/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver