Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-107/2020 13.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli 1(044)- 46/2020 saylı hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə şəhəri Bakı küçəsi ev 73 A-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,218 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 25.01.2020-ci il tarixdə saat 14:05 radələrində Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsində yerləşən Dəmiryol poliklinikasının yaxınlığında saxlanılaraq Qərb bölgəsi üzrə regional polis şöbəsinə gətirilib üzərinə baxış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 1 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq təmiz çəkisi 0,218 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 5-6 ay müddətində ara-sıra narkotik vasitə olan heroindən damara vurmaq yolu ilə istifadə etmiş, narkotik vasitə heroini çox vaxt Yevlax rayonu ərazisində yerləşən, Qaraçılar məhəlləsi kimi tanınan ərazidə yaşayan ayrı-ayrı adlarını dəqiq bilmədiyi şəxslərdən almış, tutulduğu vaxtdan təxminən 1 həftə əvvəl 50 manat ödəyərək Yexlax rayonu ərazisində adını bilmədiyi şəxsdən 50 manat ödəməklə təxminən yarım qram narkotik vasitə heroin almış, həmin narkotik vasitə heroinin bir hissəsini istifadə etmişdir. O, 25.01.2020-ci il tarixdə yerdə qalan bir büküm narkotik vasitə heroini əynində olan qara rəngli gödəkçənin sol yan cibinə qoymuş, 25.01.2020-ci il tarixdə saat təxminən 14 radələrində Gəncə şəhəri, Abbas Səhhət küçəsində yerləşən Dəmiryol poliklinikasının yanından piyada hərəkət edən zaman mülki geyimdə bir neçə nəfər ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib, ona polis əməkdaşları olduqlarını bildirmişlər, polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz istifadəsi və üzərində daşımaqda şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər, o, heç bir etiraz etməyərək həmin əməkdaşlarla birlikdə polis şöbəsinə getmiş, polis şöbəsində olarkən dövlət hesabına müdafiəçi dəvət olunmuş, o, müdafiəçisi Müdafiəçila ilə tanış olmuş və hüquqlarını müdafiə etməsinə razılıq vermiş, ona üzərinə videoçəkilişlə baxış keçiriləcəyi bildirilmiş, o, ərizə yazaraq heç bir etirazının olmadığını bildirmiş, müdafiəçisi Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla onun avtomobilinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir bükümdə narkotik vasitə heroin aşkar olunmuş, o, bir neçə dəfə tanışı İlqar adlı şəxslə birlikdə narkotik vasitə heroin qəbul etdiyi üçün onu İlqarın polis əməkdaşlarına xəbərləməsini zənn etmiş, buna görə də həmin vaxt narkotik vasitəni İlqardan 35 manat ödəməklə almağını demiş, onun üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin onun iştirakı ilə kağız zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası DİN- in 7/2 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar və onun tərəfindən imzalanmış, baxış keçirilməsi barədə protokol tərtib olunmuş, o və iştirakçılar protokola imza etmişlər, baxış və rəsmiləşdirmə video çəkilişlə aparılmış, barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. O, İlqar adlı şəxsdən narkotik vasitəni pul ödəyərək almamış, İlqarda narkoman olduğu üçün bir iki dəfə birlikdə onların yaşadığı binanın zirzəmisində hərə özündə olan narkotik vasitəni qəbul etmiş, o, İlqarın onu polis əməkdaşlarına satdığından şübhələndiyi üçün narkotik vasitəni ondan əldə etməyini demiş, o, üzərindən aşkar olunmuş narkotik vasitə heroini İlqardan almamış, o, heç kimə narkotik vasitə verməmiş və satmamış, o, ancaq özü istifadə etmişdir. Məhkəmədən hazırda əməlindən səmimi peşman olmasını, nəzərə alaraq, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-in baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Gəncə şəhəri, Bakı küçəsi ev 73A-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və qanunsuz olaraq üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar çıxarılmış və əməliyyat-axtarış qrupu yaradılmış, 25.01.2020-ci il tarixdə saat 14:00 radələrində əməliyyat-axtarış qrupunun üzvləri Niva markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Abbas Səhhət küçəsində yerləşən Dəmiryol poliklinikasının qarşısına yola düşmüşlər və saat 14:05-də həmin yerə çatmışlar, Təqsirləndirilən şəxs Dəmiryol poliklinikasının qarşısı ilə piyada hərəkət etməsini görmüşlər, əməliyyat-axtarış qrupunun üzvləri Fazilə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxs barəsində qəbul olunmuş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla tanış etmişlər, üzərində narkotik vasitə olub-olmadığını, əgər vardırsa könüllü olaraq təqdim etməsini təklif etmişlər, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olmasını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən DİN BNMİ-nin Qərb bölgəsində regional şöbəsinə dəvət edilmiş, Təqsirləndirilən şəxs heç bir etiraz etmədən və müqavimət göstərmədən onlarla birgə DİN BNMİ-nin Qərb bölgəsində regional şöbəsinə gəlmiş, şöbəyə çatdıqdan sonra Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi şöbəyə dəvət olunmuş, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə və digər qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuş, üzərində narkotik vasitə heroin olmasını bildirmiş, video çəkilişlə üzərinə baxış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroin aşkar olunmuş, həmin 1 ədəd büküm tədbirdə iştirak edən əməkdaşların iştirakı ilə ekspertizaya göndərilməsi üçün ağ rəngli kağız zərfdə qablaşdırılmış, DİN-in 7(2) möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmış, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 25.01.2020-ci il tarixdə Gəncə şəhər sakini İlqar adlı şəxsdən əldə etməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional şöbəsinin əməkdaşları Şahid4 və Şahid2 ifadələrii elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, onlar da, şahid Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, o, qeyrirəsmi nigah münasibətində olduğu X5 ilə birlikdə yaşamış, əvvəllər məhkum olunmamış, təxminən 5- 6 il müddətdir narkotik vasitə heroindən istifadə etmiş, ancaq onun səhhətində problem yarandığı üçün 2020-ci ilin yanvar ayının sonlarında narkotik vasitə istifadə etməyi dayandırmışdır. Təqsirləndirilən şəxs onun yaşadığı əraziyə gəlib-gedən zaman tanımış, həmin vaxt Fazillə münasibəti yaranmış, Fazilin onun narkotik vasitə heroin istifadə etməyindən məlumatı olmuş, sonuncu dəfə Fazili 2020-ci ilin yanvar ayının əvvəllərində görmüş, onun səhhətində problem olduğundan narkotik vasitə istifadə etməyi dayandırmış, bundan sonra Fazillə əlaqəsi tamamilə kəsilmiş, Fazil bir neçə dəfə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək səhhəti ilə maraqlanmış, Fazil ondan narkotik vasitə əldə edə biləcəyi şəxs barədə maraqlananda o, həmin şəxslərlə əlaqəsini tam olaraq kəsməyini bildirmiş, bundan sonra Fazil ona zəng edəndə zənglərinə cavab verməmiş, o, Fazilə ümumiyyətlə narkotik vasitə verməmiş, Fazillə birlikdə yalnız bir dəfə yaşadığı binanın zirzəmisində narkotik vasitə qəbul etmiş, həmin vaxt da hərə öz üzərində olan narkotik vasitəni qəbul etmiş, o, həmin narkotik vasitə heroini çox vaxt Yevlax rayonu ərazisində ayrı-ayrı şəxslərdən almış, Fazil yalan danışmış, Fazil ona zəng etsə belə o, narkotik vasitə heroinin istifadəsini sonlandırdığı üçün həmin mövzuda söhbət etməmiş və zənglərinə cavab verməmiş, həmin müddətdən sonra Fazillə heç bir əlaqəsi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması” haqqında 25 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində şübhələnməyə əsas verən kifayət qədər sübutlar olduğu üçün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. “Məhkəmə-kimyəvi” ekspertizasının 25 yanvar 2020-ci il tarixli, 73 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “25.01.2020-ci il tarixdə Gəncə şəhər sakini Fazil adlı şəxin əynindəki qara rəngli gödəkçənin sol yan cibindən təqdim etdiyi...” sözləri və imzalar olan kağız paketdəki, bir ədəd şəffaf rəngli polietilen kəsiyinə bükülmüş təmiz çəkisi 0,218 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 27 yanvar 2020-ci il tarixli, 10 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi” haqqında 27 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş və saxlandığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli, 1(044)- 46/2020 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinr əsasən Təqsirləndirilən şəxs 20 noyabr 2019-cu il tarixdən 22 noyabr 2019-cu il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan AR CM-in 234.1 -ci maddəsi ilə olan ********* nömrəli cinayət işi 26.01.2020-ci il tarixdə məhkəməyə göndərilmiş və Gəncə şəhər Nizami rayon məhkəməsinin 26.02.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs 25.01.2020-ci il tarixdə cinayət əməlini törədən zaman məhkum olunmuş şəxs hesab olunmadığından törətdiyi cinayət əməli cinayətin resdivi kimi qiymətləndirilməmişdir. “Məhkəmə-narkoloji” ekspertizasının 30 aprel 2020-ci il tarixli, 292 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Gəncə şəhər Psixonevroloji Dispanserin 16 may 2020-ci il tarixli, 1922 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmamışdır. Gəncə şəhər Narkoloji Dispanserin 16 may 2020-ci il tarixli, 1778 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2018-ci ildən hal-hazıradək dispanserdə qeydiyyatdadır. 22.09.2018-ci ildən 16.05.2020-ci ilədək Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində “opiodlərdən ağrılılıq” diaqnozu ilə ambulator, stasionar şəraitində müalicə olunmuşdur. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərkətləri protokolları və ekspert rəyləri ilə sübut olunur. Göstərilənlərə əsasən məhkəməbu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə ilə bağlı olmayan cinayət törətməyə görə məhkum olunmasına, məhkumluğu ödənilmədən və ya götürülmədən qəsdən cinayət törətməsinə baxmayaraq onun əməli cinayətin residivini yaratmır. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli, 1(044)- 46/2020 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinr əsasən Təqsirləndirilən şəxs 20 noyabr 2019-cu il tarixdən 22 noyabr 2019-cu il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmışdır. ünvan 1 ünvanladığı məktubundan görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli, 1(044)-46/2020 nömrəli hökmü 30.03.2020-ci il tarixdə Gəncə şəhər Probasiya Şöbəsinin icraatına dxil olmuş, Təqsirləndirilən şəxs 15.04.2020-ci il tarixdə elektron qolbaq tətbiq edilmiş və məhkum qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 26 fevral 2020ci il tarixli, 1(044)-46/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2. və 66.5-ci maddələrinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, əvvəlki cəzası, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25.01.2020-ci il tarixdən 27.01.2020-ci il tarixədək bu iş üzrə tutulduğu 2 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli 1(044)-46/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxstəyinolunmuş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası,hazırki hökmlə təyin edilmiş 1 (bir)il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmalı və qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli birinci hökm üzrə cəzaçəkməyə başladığı 15.04.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Gəncə şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş tədqiqata istifadə etdikdən sonra qalıq çəkisi 0.198 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İş materiallarından görünür ki, ibtidai istintintaq dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə ibtidai istintintaq dövründə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına90(doxsan) manat məbləğində pul köçürülməlidir (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir)il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25.01.2020-ci il tarixdən 27.01.2020-ci il tarixədək bu iş üzrə tutulduğu 2 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində 1 (bir)il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli 1(044)-46/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxstəyinolunmuş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası,hazırki hökmlə təyin edilmiş 1 (bir)il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli barəsində olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli, 1(044)-46/2020 nömrəli hökmü üzrə cəzaçəkməyə başladığı 15.04.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş tədqiqata istifadə etdikdən sonra qalıq çəkisi 0.198 qram narkotik vasitə olanheroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manatməbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-107/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-107/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver