Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-107/2021 08.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, "xxxx" üzrə X8 Təhsil Müəssisəsində usta-istehsalat təlimçisi vəzifəsində işləyən, ünvan 3-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, 04 yanvar 2021-ci il tarixdə saat 13 radələrində Gəncə şəhərində neftbazanın yaxınlığında yolun kənarından satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq, yəni 2 (iki) ədəd ağ rəngli kağız bükümlərdə və 1(bir) ədəd gümüşü rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,720 qram, 3,0009 qram, 1,922 qram, ümumilikdə 7,651 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 07 yanvar 2021-ci il tarixdə səhər saat 07.55 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin X5 Polis İdarəsinin Gəncə stansiyasında Xətt polis şöbəsinin əməkdaşları tərəfindən Gəncə dəmir yolu vağzalının perronunda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb ünvan 1 ünvanında yerləşən Gəncə stansiyasında Xətt polis şöbəsinə gətirilib üzərinə baxış keçirilərkən həmin çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əynindəki tünd yaşıl rəngli gödəkcənin sağ yan cibindən şəxsi istehlak miqdarından artıq, yəni 2 (iki) ədəd ağ rəngli kağız bükümlərdə və 1(bir) ədəd gümüşü rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,720 qram, 3,0009 qram, 1,922 qram, ümumilikdə 7,651 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı aşkar edilib götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, bədənində olan ağrılardan əziyyət çəkir, pulu olmadığına görə özünü müalicə etdirə bilmir. Bir neçə dəfə qurudulmuş marixuananı siqaretə doldurub çəkmişdir. 04 yanvar 2021-ci il tarixdə saat 13 radələrində yaşadığı evə gedəndə Gəncə şəhər neftbazasına gedən yolun kənarında üç ədəd bükülmüş kağız görmüş və həmin kağızlar onu cəlb etmişdir. Bundan sonra həmin üç ədəd bükülmüş kağızları yerdən götürmüş və kağızları açıb içərisində nəşə olduğunu görmüşdür. Bundan sonra həmin içərisində nəşə olan kağızları büküb cibinə qoymuşdur ki, bədənində ağrılar olanda çəkər. 07 yanvar 2021-ci il tarixdə səhər saat 07 radələrində yuxudan oyanıb bədəninin və sümüklərinin ağrıdığını hiss edib, fikirləşmişdir ki, tapdığı nəşədən çəksin və bədənində olan ağrıları sakitləşdirsin. Onun yaşadığı ev Gəncə dəmir yol vağzalının yaxınlığında yerləşdiyindən vağzalın perronunda narkotik vasitə çəkməyi qərara almışdır. Bu məqsədlə, yaşadığı evdən çıxıb Gəncə dəmir yol vağzalına gəlmiş, vağzalın perronundan keçərkən iki nəfər mülkü geyimdə olan tanımadığı şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Gəncə stansiyasında Xətt polis şöbəsinin əməkdaşları olduqlarını bildirib ondan kim olduğunu, harada yaşadığını, səhər tezdən perronda nə etdiyini soruşmuşlar. O, polislərə adının Ramin olduğunu və yaxınlıqdakı binada yaşadığını demiş, polis əməkdaşları onun üzərində narkotik vasitənin olması barədə məlumatları olduqlarını deyərək onu Gəncə stansiyasında Xətt polis şöbəsinə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə Gəncə stansiyasında Xətt polis şöbəsinə gəlmiş, orada təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edilmişdir. Sonra polis şöbəsinə müdafiəçi dəvət edilərək müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynində olan tünd yaşıl rəngli gödəkçənin sağ cibində gizlətdiyi kağız bükülülər aşkar edilmişdir. Polis əməkdaşları kağız bükülülərdə nə olduğunu soruşanda o, kağız bükülülərdə nəşə olduğunu və həmin nəşəni özü istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin bitki kütləsi elektron tərəzidə çəkilmi.dir. Bu barədə protokol tərtib edilərək, proses videokamera ilə çəkilmişdir. Üzərindən götürülmüş narkotik vasitə olan nəşə qablaşdırılaraq götürülüb, möhürlənərək ekspertiza tədqiqatına göndərilmişdir. 07 yanvar 2021-ci il tarixdə ekspertizanın rəyi ona elan olunmuş və üzərindən aşkar olunaraq götürülmüş marixuananın xalis çəkisinin 7,651 qram olmasını öyrənmişdir. Üzərində narkotik vasitə saxlamağı barədə özündən başqa heç kəsin xəbəri olmamışdır. Məhkəmədən əməlindən səmimi peşman olmasını nəzərə alaraq, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Gəncə stansiyasında XPŞ-nin rəis müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs həmin cinayət işi ilə əlaqədar tanıyır, onunla qohumluğu və ziddiyyətli münasibəti yoxdur. 06 yanvar 2021-ci il tarixdə Gəncə stansiyasında Xətt polis şöbəsinə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, bu məqsədlə narkotik vasitəni üzərində gəzdirməsi və onun narkotik vasitədən Gəncə dəmir yolu vağzalının yaxınlığındakı ərazidə istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında o, Gəncə stansiyasında XPŞ-nin CAB-nin rəisi, polis baş leytenantı Şahid1, CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3, CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Vüsal Kazımov, Goran stansiyasında Xətt polis məntəqəsinin rəisi, polis leytenantı Şahid4la birlikdə vətəndaş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsini, saxlamasını müəyyən etmək üçün 06 yanvar 2021-ci il tarixdən etibarən Gəncə dəmir yolu vağzalının perronunda əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. 07 yanvar 2021-ci il tarixdə səhər saat 07.55 radələrində onlar Gəncə dəmir yolu vağzalının perronunda Gəncə şəhər sakini Təqsirləndirilən şəxs müəyyən etmişlər. Polis mayoru Şahid3 və polis leytenantı Şahid4 Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək Gəncə stansiyasında XPŞ-nin əməkdaşları olduqlarını bildirərək onu Gəncə stansiyasında Xətt polis şöbəsinin növbətçi hissəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona hüquq və vəzifələri izah edildikdən sonra şöbəyə Müdafiəçi dəvət edilərək, Müdafiəçi və digər polis əməkdaşlarının iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı onun əynindəki tünd yaşıl rəngli gödəkcəsinin sağ yan cibindən yaşıl rəngli, 3 ədəd kağızlara bükülmüş, kəskin iyli, quru halda olan bitki kütləsi aşkar olunmuşdur. Onlar şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bitki kütləsinin nə olduğunu soruşduqda o, bitki kütləsinin narkotik vasitə olan marixuana olmasını, həmin narkotik vasitənin özünə məxsus olmaqla Gəncə şəhəri ərazisindən yerdən tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bitki kütləsi elektron tərəzidə çəkilmiş, çəki zamanı bitki kütləsinin büküldüyü kağızlarla birlikdə ümumi çəkisinin 9,3 qram olması müəyyən olunmuşdur. Sonra bitki kütləsi qablaşdırılıb möhürlənərək ekspertiza tədqiqatına göndərilməsi üçün maddi sübut kimi götürülmüşdür. Bu barədə baş təhqiqatçı Ramin Həmidov tərəfindən protokol tərtib edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs özü və Müdafiəçi da həmin protokola imza etmişlər. Götürülmüş bitki kütləsinin narkotik vasitə olub-olmamasının, dəqiq çəkisinin müəyyən edilməsi barədə rəy alınması üçün MEM-nin Gəncə regional bölməsinə ekspertiza tədqiqatına göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Gəncə stansiyasında XPŞ-nin Goran stansiyasında XPM-nin rəisi, polis leytenantı rütbəsi ilə işləyir, Təqsirləndirilən şəxs bu cinayət işi ilə əlaqədar tanıyır, onunla qohumluğu və ziddiyyətli münasibəti yoxdur. 06 yanvar 2021-ci il tarixdə Gəncə stansiyasında Xətt polis şöbəsinə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, bu məqsədlə narkotik vasitəni üzərində gəzdirməsi və onun narkotik vasitədən Gəncə dəmir yolu vağzalının yaxınlığındakı ərazidə istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında o, Gəncə stansiyasında XPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3, Gəncə stansiyasında XPŞ-nin rəis müavini, polis kapitanı Şahid2, Gəncə stansiyasında XPŞ-nin CAB-nin rəisi, polis baş leytenantı Şahid1, baş əməliyyat müvəkkili, polis mayoru Vüsal Kazımovla birlikdə vətəndaş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsini, saxlamasını müəyyən etmək üçün 06 yanvar 2021-ci il tarixdən etibarən Gəncə dəmir yolu vağzalının perronunda əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. 07 yanvar 2020-ci il tarixdə səhər saat 07.55 radələrində onlar Gəncə dəmir yolu vağzalının perronunda Gəncə şəhər sakini Təqsirləndirilən şəxs müəyyən etmiş və o polis leytenantı Şahid4la birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək Gəncə stansiyasında Xətt polis şöbəsinin əməkdaşları olduqlarını bildirərək ondan səhər saatlarında vağzalın perronunda nə iş gördüyünü soruşmuşlar. Təqsirləndirilən şəxs yaxınlıqdakı binada yaşadığını və adının Ramin olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs Gəncə stansiyasında Xətt polis şöbəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edildikdən sonra şöbəyə Müdafiəçi Paşa oğlu dəvət edilərək Müdafiəçi və digər polis əməkdaşlarının iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun əynindəki tünd yaşıl rəngli gödəkcəsinin sağ yan cibindən yaşıl rəngli, 3 ədəd kağızlara bükülmüş, kəskin iyli, quru halda olan bitki kütləsi aşkar olunmuşdur. Onlar şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bitki kütləsinin nə olduğunu soruşduqda o, bitki kütləsinin narkotik vasitə olan marixuana olmasını, həmin narkotik vasitənin özünə məxsus olmaqla Gəncə şəhəri ərazisində yerdən tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bitki kütləsi elektron tərəzidə çəkilmiş, çəki zamanı bitki kütləsinin büküldüyü kağızlarla birlikdə ümumi çəkisinin 9,3 qram olması müəyyən olunmuşdur. Sonra bitki kütləsi qablaşdırılıb möhürlənərək ekspertiza tədqiqatına göndərilməsi üçün maddi sübut kimi götürülmüşdür. Bu barədə baş təhqiqatçı Ramin Həmidov tərəfindən protokol tərtib edilmiş, polis əməkdaşları, şübhəli şəxs Təqsirləndirilən şəxs özü və Müdafiəçi da həmin protokola imza etmişlər. Götürülmüş bitki kütləsinin narkotik vasitə olub-olmamasının, dəqiq çəkisinin müəyyən edilməsi barədə rəy alınması üçün MEM-nin Gəncə regional bölməsinə ekspertiza tədqiqatına göndərilmişdir. Cinayət prosesi tərəflərinin razılığı ilə məhkəmə iclasında iştirak etməyən istintaqı zamanı şahid qismində dindirilmiş şahidlər Gəncə stansiyasında XPŞ-nin CAB-nin rəisi, polis baş leytenantı Şahid1 və Gəncə stansiyasında XPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadələri elan olunmaqla tədqiq edilmişdir. Onların məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 ifadələrində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə verdikləri müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlama və icraata qəbul etmə” haqqında 07 yanvar 2021-ci il tarixli, 304 nömrəli qərardan görünür ki, Gəncə stansiyasında XPŞ-nin İstintaq və Təhqiqat qrupun fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Cinayət törətməkdə şübhələnilən şəxsin tutulması haqqında” 07 yanvar 2021-ci il tarixli, 71 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi nəzərdə tutulan cinayət əməli törətməkdə şübhəli şəxs kimi tutulmuş və bu barədə protokol tərtib olunmuşdur. “Baxış və götürmə haqqında” 07 yanvar 2021-ci il tarixli, 94 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2021-ci il tarixdə saat 07.55 radələrində polis əməkdaşları tərəfindən narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində Gəncə stansiyasında XPŞ-nə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilərkən əynində olan tünd yaşıl rəngli gödəkcənin sağ yan cibindən 3(üç) ədəd kağızlara bükülmüş narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülərək, fotoşəkillər çəkilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi X4 məhkəmə-bioloji ekspertizasının 07 yanvar 2021ci il tarixli, 16/24 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş kağız bükümlərdə təmiz çəkisi 7,651 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Gəncə stansiyasında XPŞ-nin İstintaq və Təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru Ramin Həmidov tərəfindən qəbul edilmiş “istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında 07 yanvar 2021-ci il tarixli, 76 nömrəli qərarından görünür ki, toplanmış material Gəncə şəhər XPŞ-nin İstintaqına göndərilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 08 yanvar 2021-ci il tarixli, 307 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi” haqqında 08 yanvar 2021-ci il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxsxx xxxxxx 1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, 3 nəfər ailə sahibi, orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 3-də qeydiyyatda olan və yaşayan, məhkumluğu olmayan, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi və saxlandığı Gəncə şəhər BPİnin MSY-dən azad edilməsi qərara alınmışdır. Gəncə şəhəri Psixonevroloji Dispanserin 24.02.2021-ci il tarixli, 1064 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 24.02.2021-ci il tarixli, 852 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Narkoloji Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Gəncə şəhəri İH-nin MKTİB-nin 12 nömrəli Xidmət sahəsinin 24 fevral 2021-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır, yaşadığı müddət ərzində sakinlər tərəfindən heç bir şikayət daxil olmamışdır. Nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində iki azyaşlı uşağı var. Elektron portalda olan əmək müqaviləsi məlumatından görünür ki, Təqsirləndirilən şəxs X8 Təhsil Müəssisəsində usta-istehsalat təlimçisi vəzifəsində işləyir, əmək haqqı 296 manat təşkil edir. 04.03.2021-ci il tarixli Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 30.04.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək qazancının 15 faizi dövlət nəfinə tutulmaqla bir il müddətinə islah işi cəzasına məhkum edilmişdir. Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 01 mart 2021-ci il tarixli, 189 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. “Əməliyyat tapşırığı”-na 23.02.2021-ci il tarixli, 212-337-1221 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs kiməsə narkotik vasitəni satması faktı müəyyən olunmamışdır. “Sübutların qiymətləndirilməsi” haqqında 05 mart 2021-ci il tarixli, 322 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılması, onun barəsində 08 yanvar 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2 maddəsində nəzərdə tutulan cinayət əməli kimi qiymətləndirilməsi, təqsirləndirlən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, baxış və götürmə prosessual hərəkətləri zamanı aparılmış videoçəkilişlərin köçürüldüyü 1 (bir) ədəd DVD disk və digər sənədlər sübüt növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməsi, Təqsirləndirilən şəxs hərəkətləri narkotik vasitəni könüllü təhvil verilmə kimi qiymətləndirilməməsi, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,501 qram qurudulmuş marixuana, baxış və götürmə prosessual hərəkət zamanı aparılmış videoçəkilişin köçürüldüyü 1 (bir) ədəd DVD diskin maddi sübut kimi tanınması nəzərə alınması, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədilə material ayrılması qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, maddi sübut və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan “marixuana” əldə etməsi, saxlaması və daşıması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 07 yanvar 2021-ci il tarixdən 08 yanvar 2021-ci il tarixədək bu iş üzrə tutulduğu 2 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalı, bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, cəza çəkdiyi müddətdə ərazi narkoloji dispanserdə proflatiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7.501 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, prosessual hərəkətlərin həyata keçirilməsinin video görüntülərin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 07 yanvar 2021-ci il tarixdən 08 yanvar 2021-ci il tarixədək bu iş üzrə tutulduğu 2 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanını axşam saat 20:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7.501 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut prosessual hərəkətlərin həyata keçirilməsinin video görüntülərin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(043)-107/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-107/2021
08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver