Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-11/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 180.2.1 və 180.2.2-ci maddələri ilə xx.xx.1997-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 3 mənzil 26 ünvanda qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N ETDİ : Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində oyun oynamaq adı ilə ünvan 4 ünvanında yerləşən, Zərərçəkmiş şəxs2 məxsus “Play Station” oyun klubuna daxil olub həmin klubun oyun otağında bir qədər oyun oynadıqdan sonra bir ədəd “X6 4” markalı, 500 giqabayt yaddaşı olan 590 manat dəyərində oyun konsolunu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2020-ci il tarixdə, saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 təklifi əsasında ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 boynundakı qızıl boyunbağını açıq talayıb ələ keçirmək məqsədilə sonuncunu və qızı Şahid1 Gəncə şəhəri, N.Gəncəvi prospektində yerləşən “Bayraq meydanı” adlanan yerdən Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Gəncə Mall” ticarət mərkəzinədək, oradan isə Gəncə şəhəri, F.Əmirov küçəsində yerləşən F.Əmirov adına istirahət parkınadək piyada şəkildə, təxminən 20 metr məsafədən birlikdə izləyərək qabaqcadan aralarında olan razılığa əsasən, Təqsirləndirilən şəxs2 boyunbağı ələ keçirildikdən sonra onun tutulmadan qaçması məqsədilə istiqamət göstərmək üçün hadisə yerinin yaxınlığında, yəni F.Əmirov küçəsində yerləşən 28 saylı yaşayış binasının arxa tərəfində-qeyd edilən istirahət parkının içərisində gözətçi mövqeyində dayanıb ətrafa nəzarət edərkən Zərərçəkmiş şəxs1 və Şahid1 yaşadıqları F.Əmirov küçəsində yerləşən 30 saylı yaşayış binasının 26 saylı mənzil olan ikinci dəhlizinədək təkcə izləməyə davam edərək onlardan əvvəl dəhlizə daxil olub Zərərçəkmiş şəxs1 və Şahid1 həmin dəhlizə daxil olduqdan sonra birinci mərtəbədə olan birinci pilləkənin üzərində sol əli ilə Zərərçəkmiş şəxs1 sağ qolundan tutub sağ əli ilə isə sonuncunun boynundakı 3.200 manat dəyərində, 50 qram çəkidə, 583 əyarlıq reket toxunuşlu qızıl boyunbağını dartıb qopararaq hadisə yerindən Təqsirləndirilən şəxs2la birlikdə və sonuncunun göstərdiyi istiqamətlə qaçıb getməklə Zərərçəkmiş şəxs1 3.200 manat dəyərində əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə, saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında onun təklifi əsasında ünvan 5-da yaşayan Zərərçəkmiş şəxs1 boynundakı qızıl boyunbağını açıq talayıb ələ keçirmək məqsədilə sonuncunu və onun qızı Şahid1 Gəncə şəhəri, N.Gəncəvi prospektində yerləşən “Bayraq meydanı” adlanan yerdən Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Gəncə Mall” ticarət mərkəzinədək, oradan isə Gəncə şəhəri, F.Əmirov küçəsində yerləşən F.Əmirov adına istirahət parkınadək piyada şəkildə, təxminən 20 metr məsafədə birlikdə izləyərək qabaqcadan aralarında olan razılığa əsasən, Təqsirləndirilən şəxs1 boyunbağını ələ keçirdikdən sonra tutulmadan qaçması məqsədilə sonuncuya istiqamət göstərmək üçün hadisə yerinin yaxınlığında, yəni qeyd edilən istirahət parkının içərisində-F.Əmirov küçəsində yerləşən 28 saylı yaşayış binasının arxa tərəfində gözətçi mövqeyində dayanıb ətrafa nəzarət etmiş, həmin vaxt Əyyub Razimco, Zərərçəkmiş şəxs1 və Şahid1 yaşadıqları F.Əmirov küçəsində yerləşən 30 saylı yaşayış binasının 26 saylı mənzil olan ikinci dəhlizinədək təkcə izləməyə davam edərək onlardan əvvəl dəhlizə daxil olub Zərərçəkmiş şəxs1 və Şahid1 həmin dəhlizə daxil olduqda birinci mərtəbədə olan birinci pilləkənin üzərində sol əli ilə Zərərçəkmiş şəxs1 sağ qolundan tutub sağ əli ilə isə boynundakı 3.200 manat dəyərində, 50 qram çəkidə, 583 əyarlıq reket toxunuşlu qızıl boyunbağını dartıb qopararaq hadisə yerindən onun göstərdiyi istiqamətlə qaçıb getməklə Zərərçəkmiş şəxs1 3.200 manat dəyərində əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməllərini törətməsi özlərinin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübutlar eləcə də cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı digər sübutlarla tam təsdiq olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhərində olarkən maddi imkanı zəif olduğundan “playstation” oyun aparatı oğurlayıb satmaq qərarına gəlmişdir. Bunun üçün o, Bakı şəhəri, Biləcəri qəsəbəsində olarkən ünvanını dəqiq bilmədiyi “play station” oyun klubuna daxil olmuşdur. Həmin vaxt orada tanımadığı şəxslər ayrı-ayrı otaqlarda oyun oynayırdılar. O da guya ki, oyun oynamaq məqsədilə otaqlardan birinə keçib orada ətrafda olan şəxslərdə şübhə yaratmamaq üçün oyun oynamağa başlamış və çay içmişdir. Bir qədər sonra o, ətrafa nəzər yetirib heç kimin onu görmədiyinə əmin olduqda, saat təxminən 20:30-da oyun oynadığı həmin otaqda olan “Playstation 4” oyun aparatını gizli olaraq götürüb paltarının altında gizlədərək oradan çıxıb getmişdir. Daha sonra o, həmin oyun aparatını və əvvəlcədən özündə olan özünə məxsus digər “playstation” oyun aparatını satmaq qərarına gəlmiş və “Tap.az” internet səhifəsindən həmin aparatların satışı ilə məşğul olan əvvəlcədən tanımadığı Tural adlı şəxsin mobil nömrəsini götürüb zəng etmiş və həmin şəxslə bu barədə danışıb xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində görüşüb 2 ədəd “playstation” oyun aparatını Turala ümumilikdə 650 manata satmışdır. O, Turala özünü öz adı ilə təqdim etmiş və şəxsiyyət vəsiqəsinin surətini daha sonra verəcəyini bildirmişdir. Ancaq həmin şəxsə şəxsiyyət vəsiqəsinin surətini verməmişdir. Hazırda Zərərçəkmiş şəxs2 vurduğu ziyanı ödəmiş, onunla barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs1 ittiham olunduğu soyğunçuluq əməli ilə bağlı bildirmişdir ki, o, Təqsirləndirilən şəxs2 uşaq yaşlarından, Bərdə rayonundan, yəni bibisigilin qonşuluğundan tanıyır. Təqsirləndirilən şəxs2la arasında heç bir ədavət və düşmənçilik münasibətləri olmayıb, əksinə sonuncu ilə dostdurlar. O, polislər tərəfindən saxlanıldığı günədək çox zaman gündüz vaxtı Bərdə şəhərinə gedir, orada dostu Surxayla və digər tanışları ilə görüşüb çayxanada çay içirmiş. Axşamlar isə yaşadığı Ağdam rayonuna qayıdırmış. xx.xx.2020-ci il tarixdə yaşadığı evdən çıxıb yenə eyni qaydada Bərdə rayonuna getmişdir. Orada dostu Surxayla görüşmüş, birlikdə söhbət edərkən Surxayın mobil telefonuna Gəncə şəhərindən zəng gəlmişdir. Surxay telefonla danışarkən o, belə başa düşmüşdür ki, Gəncə şəhərində yaşayan dostları Surxayı Gəncə şəhərinə qonaq çağırırlar. Surxay telefonla danışdıqdan sonra ona demişdir ki, Gəncə şəhərindən olan dostları qonaq çağırırlar. Həmin vaxt o da Gəncə şəhərinə gəlmək istədiyi üçün Surxaya demişdir ki, birlikdə gedərlər. Ancaq, onların üzərində pul olmadığı üçün Surxayın “X4” markalı mobil telefonunu Bərdə rayonunun “köhnə bazar” adlanan bazarında yerləşən telefon mağazasına 50 manata satmışlar. Onlar həmin pulu özlərinə yolpulu edərək saat 16-17 radələrində Bərdə rayonundan tanımadığı şəxsin “Mercedes E class” markalı, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı göy rəngli taksi avtomobili ilə Gəncə şəhərinə yola düşmüşlər. Onlar həmin gün saat 19-20 radələrində Gəncə şəhər Avtovağzalına çatmışlar və oradan 2 saylı sərnişindaşıma avtobusuna əyləşib xatırlamadığı istiqamətdə getmişlər. Həmin vaxt Surxay onun mobil telefonu ilə Gəncə şəhərində yaşayan və Surxayı qonaq çağıran dostları ilə danışıb gedəcəkləri məkanı müəyyən etmişdir. Bir qədər sonra onlar avtobusdan enmişlər və xatırlamadığı çay evinə getmişdilər. Orada Surxayın iki nəfər dostu ilə görüşüb çay içmişlər. Həmin şəxsləri ilk dəfə idi ki, görürdü, adlarını isə hal-hazırda xatırlamır. Onlar Surxayla həmin yerdə təxminən bir saat oturmuşlar və bir saatdan sonra oradan qalxıb həmin şəxslərlə sağollaşıb şəhərin mərkəzinə doğru piyada getməyə başlamışdılar. Məqsədləri şəhərdə gəzmək olmuşdur. O və Surxay “Bayraq meydanı” adlanan ərazidən keçərkən birinin boynunda qızıl boyunbağı olan iki nəfər qadın görmüşdür. Həmin qadınlardan biri nisbətən orta yaşlı, digəri isə gənc olmuşdur. Bu zaman o, qadının boynundakı boyunbağını oğurlamaq qərarına gəlmişdir. Lakin bu niyyəti barədə Surxaya heç bir şey bildirməmişdir. Buna görə də həmin qadınların getdiyi istiqamətdə getmişlər. Surxay ondan niyə həmin istiqamətdə getdiklərini soruşmamışdır. Onlar iki nəfər qadının arxasınca, aralarında təxminən 20 metr məsafə olmaqla piyada getməyə başlamışlar. Həmin şəxslər piyada şəkildə xatırlamadığı yerdə olan bankomata, oradan isə “Gəncə Mall” adlanan ticarət mərkəzinə getmişlər. Həmin vaxt Surxay onun mobil telefonu ilə kiminləsə danışmağa başlamış, o isə qadınların ardınca “Gəncə Mall” adlanan ticarət mərkəzinə daxil olmuşdur. Həmin qadınlar ticarət mərkəzində yerləşən mağazaya daxil olub nə isə almışlar. Həmin vaxt o, ticarət mərkəzinin içərisində dayanıb qadınlara diqqət etmişdir. Bir qədər sonra həmin qadınlar ticarət mərkəzindən çıxmışlar. Həmin qadınların ardınca çıxmış, Surxay onu görüb ona yaxınlaşmışdır. Bundan sonra Surxayla yenə eyni qaydada həmin qadınları izləməyə başlamışlar. Həmin qadınlar piyada şəkildə gəldikləri istiqamətlə geri qayıtmışlar. Onlar da təxminən 15-20 metr aralıda gəlmişlər. Onlar piyada şəkildə həmin qadınların ardınca gəlib xatırlamadığı bir parkın yanına çatmışlar. Həmin qadınlar parkın içərisi ilə keçib binaların arasına daxil olmuşlar. Həmin vaxt Surxaya orada gözləməsini deyib qadınların arxasınca getmişdir. Həmin iki nəfər qadın binaların arasına daxil olduqda o da həmin qadınların ardınca getmiş və hərəkət istiqamətindən anlamışdır ki, binanın hansı dəhlizinə daxil olacaqlar. Ona görə də həmin qadınlardan bir qədər cəld hərəkət edib qadınlardan əvvəl binanın dəhlizinə daxil olmuşdur. Həmin vaxt saat 23 radələri olardı. O, dəhlizə daxil olan an dəhlizin işığı avtomatik olaraq yanmışdır. Həmin vaxt işıq onun sifətinə düşdüyü üçün özünü azca itirmiş və çaşqınlıq içərisində qalmışdır. Həmin an izlədiyi iki nəfər qadın da onun ardınca dəhlizə daxil olmuşdular. O, qadınların dəhlizə daxil olduqlarını görüb bir qədər uca səslə, sanki öz-özü ilə danışırmış kimi “səhv gəlmişəm” deyib üzünü həmin qadınlara tərəf, yəni dəhlizin çıxış istiqamətinə çevirmiş və həmin qadınlarla üz-üzə gəlmiş, qadınlardan nisbətən gənc yaşlarında olan qadına yol vermişdir. Həmin qadın onun yanından keçib biriki addım pilləkəni qalxarkən birinci mərtəbə olan birinci pilləkənin orta hissəsində digər qadının, yəni boynunda qızıl boyunbağı olan qadının boyunbağını qoparmaq üçün sol əli ilə həmin qadının sağ əlindən tutub, sağ əli ilə isə boyunbağını dartmışdır. Həmin vaxt həmin qadın onun əlindən möhkəm yapışmış və ona müqavimət göstərməyə, qışqırmağa başlamışdır. O isə cəld şəkildə özünü itirmədən boyunbağını qoparıb qadının əlindən qurtularaq dəhlizdən çıxmış və qaçmağa başlamışdır. O, bir qədər fərqli istiqamətə qaçarkən Surxay onu görüb adı ilə müraciət edərək “ayə burdayam” deyə qışqırıb ona istiqamət vermiş və o, istiqamətini dəyişib Surxaya tərəf qaçmışdır. Onun ardınca isə tanımadığı şəxslər, o cümlədən boyunbağını qopardığı qadın və yanında olan digər qadın qışqırıb qaçmağa başlamışdılar. Bir qədər qaçıb Surxaya çatmış və onlar birlikdə möhkəm qaçaraq parkın içərisindən keçərək yolu qarşı istiqamətə keçmişlər və yolun digər tərəfində olan yaşayış binasının ikinci, yaxud üçüncü dəhlizinə daxil olmuşlar. Həmin vaxt yorulduğu üçün qaça bilməmiş və məcbur qalıb Surxayla birlikdə binanın dəhlizinə girmişlər. Onlar dəhlizə girdikdən sonra ikinci mərtəbəyə qalxıb səssizcə orada dayanmışlar. Həmin vaxt görmüşlər ki, binanın qarşısına tanımadığı şəxslər toplaşmışlar və səs-küy gəlir. Həmin vaxt ələ keçməmək üçün birlikdə binanın beşinci mərtəbəsinə, oradan isə açıq qapıdan binanın damına qalxmışlar. Onlar binanın damında su çəninin arxasına keçib səssizcə gizlənmişlər və təxminən 40 dəqiqə orada qalmışlar. Bundan sonra isə binanın dəhlizi ilə çıxıb getmişlər. Onlar binanın qarşısına düşdükdə orada heç kim olmamışdır. Surxay ondan nədən və kimdən qaçdıqlarını və gizləndiklərini soruşmamşdır. Onlar binanın qarşısından başqa istiqamətdə piyada gedib yoldan keçən “Mercedes E class” markalı taksi avtomobilinə əyləşmişlər. Həmin vaxt qızıl boyunbağı əynində olan cins şalvarın sağ yan cibində olmuşdur. Onlar taksi avtomobilinin sürücüsünə demişlər ki, onları Bərdə rayonuna aparsın. Həmin şəxs avtomobili Gəncə şəhəri Avtovağzalının yaxınlığındakı yanacaqdoldurma məntəqəsinə sürüb avtomobilə yanacaq doldurarkən onlardan yolpulunu istəmişdir. Onlar isə gediş haqqını Bərdə şəhərində verəcəklərini bildirmişlər. Ona görə də həmin şəxs onları Bərdəyə aparmaqdan imtina etmişdir. Bundan sonra onlar taksi avtomobilindən enib yaxınlıqdakı Bakı şəhəri istiqamətində gedən sərnişin avtobusuna əyləşmişlər və sürücüyə demişlər ki, pulları yoxdur, onları Yevlax rayonuna aparsın. Sürücü isə onları pulsuz aparmağa razılaşmışdır. Onlar Yevlax rayonuna çatdıqda artıq xx.xx.2020-ci il, saat 01 radələri olardı. Yevlax rayonunda Avtovağzalın yaxınlığında “Nazlifan” markalı taksi avtomobilinə əyləşib Bərdə rayonuna getmişlər. Onlar həmin taksi avtomobilinin sürücüsünə demişlər ki, pulları yoxdur və mobil telefonunu girov qoymuşdur ki, pulu sabah verəcəkdir. Sürücü isə telefonunu geri verib demişdir ki, “pulu sabah verərsiz”. Bunun üçün sürücü onlara mobil nömrəsini vermişdir. Həmin nömrəni o, heç bir yerə qeyd etməmişdir. Həmin taksi avtomobilinin sürücüsü onları Bərdə rayonunda Surxayın yaşadığı evin qarşısında düşürtmüşdür. Avtomobildə olarkən qızıl boyunbağını Surxaya göstərib özünün olduğunu, satıb pul əldə edə biləcəklərini demişdir. Surxay həmin boyunbağını haradan və necə əldə etdiyini soruşmuşdur. Bundan sonra onlar oradan Bərdə rayonundan tanışları olan Rafiq adlı şəxsin evinə getmişlər və orada gecələmişlər. Onlar ara-sıra Rafiqin evində qaldıqları üçün Rafiq onlardan şübhələnməmiş və o da sonuncuya hadisə barədə, həmçinin qızıl boyunbağı barədə bir söz deməmişdir. Ertəsi gün, yəni xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində Surxay demişdir ki, qızıl boyunbağını aparıb Bərdədə qızıl mağazalarının olduğu yerdə satsınlar. Burada bir neçə qızıl mağazasına girib qiymət soruşmuşlar, lakin təklif olunan qiymət onları qane etmədiyi üçün boyunbağını satmamışlar. Sonradan təsadüfən Surxayın qohumu olan bir şəxsin mağazasına girmişlər və o, Surxayla salamlaşıb görüşmüşdür. Bundan sonra onda qızıl boyunbağı olduğunu və həmin boyunbağını satmaq istədiklərini bildirmişdir. Həmin şəxs isə boyunbağına baxıb həqiqətən qızıl materialdan olduğunu bilmək üçün başqa bir şəxsi, yəni zərgəri çağırmışdır. Tanımadığı həmin zərgər gəlib boyunbağına baxmış və demişdir ki, həqiqətən qızıldır, əyarı 583-dür, çəkisini yoxladıqda isə 49 qramdan bir qədər çox, lakin 50 qramdan az gəlmişdir. Surxayın qızıl alqı-satqısı ilə məşğul olan həmin qohumu boyunbağını 2.330 manat olaraq qiymətləndirmişdir. O isə satmağa razılaşmışlar. Bu zaman həmin şəxs qızılı ondan götürmüş, lakin pulunu verməsini dəvət etdiyi zərgərə bildirmişdir. Həmin zərgər isə 2.330 manatı ona təqdim etmişdir. Onlar pulu götürüb yaxınlıqdakı telefon mağazasından Surxaya 100 manata “Samsung J3” markalı, istifadə edilmiş, lakin işlək vəziyyətdə olan, qara rəngli mobil telefon almışdılar. Bundan sonra isə oradan xatırlamadığ taksiyə əyləşib Surxayın yaşadığı evin yaxınlığına gəlmişlər. Surxay 2.330 manatın geri qalan 2.230 manatından 20 manat götürüb yaşadığı evin yaxınlığındakı qəssaba olan borcunu vermişdir. Onun özünün Surxaya əvvəlcədən 300 manat borcu olduğu üçün geri qalan puldan 300 manatı Surxaya vermişdir. Belə ki, o, təxminən 1 ay əvvəl Surxaydan 300 manat dəyərində bir neçə cüt ayaqqabı götürüb satmışdır. Həmin ayaqqabıların pulunu isə verməmişdir. Ona görə də Surxaya 300 manat borcu qalmışdır. Bundan sonra Surxay geri qalan pulun 120 manatını aparıb Bərdə rayonunda olan tanımadığı lombarda olan borcunu ödəmişdir. Qalan pul isə onda qalmış onlar bir-iki günə geri qalan həmin pulu şəxsi xərcləri üçün, yəni yeməyə, taksi avtomobillərinə, əyləncəyə və s. tələbatlarına sərf etmişlər. Surxayın onun qızıl boyunbağını oğurlamasından nə əvvəl, nə də sonra xəbəri olmamışdır. Surxay ondan həmin boyunbağını nə vaxt və haradan əldə etdiyini soruşmamışdır. Həmin əməli təkbaşına törətmişdir, sadəcə həmin vaxt Surxay onun yanında olmuşdur. Hazırda törətdiyi əməllərdən peşmandır, zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənilmiş, onlarla barışıq əldə etmişdir. Himayəsində azyaşlı uşağı vardır, buna görə də ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bərdə rayonunda ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, heç bir yerdə işləmir. Əvvəllər fərdi ticarətlə məşğul olmuş, ayaqqabı satmışdır. Təqsirləndirilən şəxs1 uşaqlıq yaşlarından, yaşadığı Bərdə rayonundan tanımışdır. Əyyubun bibisigil onunla qonşuluqda yaşayırmış. Əyyubun özü də tez-tez bibisigilə gəlib, orada qalırmış. Təqsirləndirilən şəxs1 ilə aralarında heç bir ədavət və düşmənçilik münasibətləri olmamış, əksinə Təqsirləndirilən şəxs1 ilə dostluq münasibətləri olmuşdur. Əyyub polislər tərəfindən saxlanıldığı günədək çox vaxt gündüz vaxtı Bərdə şəhərinə gəlir, orada onunla və digər tanışlarla görüşmüş, çayxanada çay içirmişlər. Axşamlar isə yaşadığı Ağdam rayonuna qayıdırmış. xx.xx.2020-ci il tarixdə günorta saatlarında Əyyub Bərdə rayonuna gəlmiş, Bərdə rayonunda onunla görüşmüş, birlikdə söhbət edərkən onun mobil telefonuna Gəncə şəhərindən tanışı Ramindən zəng gəlmişdir. Ramin onu Gəncə şəhərinə qonaq çağırmışdır. Həmin vaxt Əyyub da onunla birlikdə Gəncə şəhərinə getmək istədiyini bildirmişdir. Ancaq onların üzərində pul olmadığı üçün onun “X4” markalı mobil telefonunu Bərdə rayonunun “köhnə bazar” adlanan bazarında yerləşən telefon mağazasına 50 manata satmışlar. Onlar həmin pulu özlərinə yolpulu edərək saat 16-17 radələrində Bərdə rayonundan tanımadıqıları şəxsin “Mercedes E class” markalı, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı göy rəngli taksi avtomobili ilə Gəncə şəhərinə yola düşmüşlər. Onlar həmin gün saat 19-20 radələrində Gəncə şəhər Avtovağzalına çatmış və oradan 2 saylı sərnişindaşıma avtobusuna əyləşmiş, “Pribor” adlanan yerə getmişlər. Həmin vaxt o, Əyyubun mobil telefonuyla Gəncə şəhərində yaşayan və onu qonaq çağıran Raminlə danışmış, gedəcəkləri məkanı müəyyən etmişlər. Bir qədər sonra onlar avtobusdan enmiş və qeyd etdiyi yerdə olan çay evinə getmişlər. Orada Ramin adlı dostu və Raminin yanında olan tanımadığı şəxslə görümüş çay içmişlər. O, Əyyubla həmin yerdə təxminən 1 saat oturmuş və bir saatdan sonra oradan qalxmış, Ramin və Raminin tanışı ilə sağollaşmış, gəzmək üçün şəhərin mərkəzinə doğru piyada getməyə başlamışlar. O və Əyyub şəhərin müxtəlif yerlərində piyada gəzmişlər. Şəhəri yaxşı tanımadıqları üçün xüsusi bir məqsəd olmadan hərəkət etmişlər. Bu zaman Əyyubun kimisə izlədiyini başa düşməmişdir. “Gəncə Mall” adlanan ticarət mərkəzinin qarşısına çatanda o, Əyyubun mobil telefonu ilə dostu Raminlə danışmağa başlamış, Əyyub isə “Gəncə Mall” ticarət mərkəzinə daxil olmuşdur. Bir qədər sonra Əyyub çıxmış, Əyyub ticarət mərkəzindən çıxdıqda o, Əyyuba yaxınlaşmış, bundan sonra onlar yenə gəzməyə davam etmişlər. Xatırlamadığı bir parkın yanına çatdıqda Əyyub ona işi olduğunu, onu həmin yerdə gözləməsini deyib binaların arasına daxil olmuşdur. Bundan, təxminən 5 dəqiqə sonra Əyyubun qaçaraq binaların arası ilə gəldiyini, onun ardınca isə tanımadığı şəxslərin qaçdığını görmüşdür. Əyyubun kimləsə dalaşdığını düşünüb Əyyuba ucadan səslənmiş “Əyyub buradayam” deyərək çağırmış və Əyyub səsini eşitmiş, ona tərəf qaçmışdır. Onlar birlikdə parkın içərisi ilə keçmiş, binaların arasından qaçaraq yolun digər tərəfində olan yaşayış binasının dəhlizinə daxil olmuşlar. Həmin vaxt Əyyub yorulduğu üçün demiş ki, binanın dəhlizinə girsinlər. Onlar həmin vaxt binanın dəhlizinə girmiş və ikinci mərtəbəyə qalxmış, səssizcə orada dayanmışlar. Həmin vaxt görmüşlər ki, binanın qarşısına tanımadıqları şəxslər toplaşmış və səs-küy gəlirmiş. Ona görə də binanın damına qalxmaq qərarına gəlmişlər. Onlar binanın beşinci mərtəbəsinə, oradan isə açıq qapıdan binanın damına qalxmış, binanın damında su çəninin arxasına keçib səssizcə gizlənmiş və təxminən 40 dəqiqə orada qalmışlar. Bundan sonra isə binanın dəhlizi ilə çıxıb getmişlər. Binanın qarşısına düşdükdə orada heç kim olmamışdır. O, həmin vaxt həyəcanlı olduğundan Əyyubdan niyə və kimdən qaçdıqlarını soruşmamışdır. Onlar binanın qarşısından başqa istiqamətdə piyada getmiş yoldan keçən “Mercedes E class” markalı taksiyə əyləşmiş, taksi sürücüsünə onları Bərdə rayonuna aparmalarını demişlər. Həmin şəxs avtomobili Gəncə şəhəri Avtovağzalının yaxınlığındakı yanacaqdoldurma məntəqəsinə sürüb avtomobilə yanacaq doldurarkən onlardan yolpulunu istəmiş, onlar isə gediş haqqını Bərdə şəhərində verəcəklərini bildirmişlər. Ona görə də həmin şəxs onları Bərdəyə aparmaqdan imtina etmişdir. Bundan sonra onlar yaxınlıqdakı Bakı şəhəri istiqamətində gedən sərnişin avtobusuna əyləşmiş və sürücüyə pulları olmadıqlarını bildirərək onları Yevlax rayonuna aparmasını xahiş etmişlər. Sürücü isə onları pulsuz aparmağa razılaşmışdır. Onlar Yevlax rayonuna çatdıqda artıq xx.xx.2020-ci il, saat 01 radələri olardı. Yevlax rayonunda Avtovağzalın yaxınlığında “Nazlifan” markalı taksiyə əyləşib Bərdə rayonuna getmişdilər. O və Əyyub həmin taksi sürücüsünə pulları olmadığını demiş və Əyyub mobil telefonunu girov qoymuşdur ki, pulu sabah versinlər. Sürücü isə telefonu geri verib demişdir ki, “pulu sabah verərsiz”. Bunun üçün taksi sürücüsü onlara mobil nömrəsini vermişdir. Avtomobildə olarkən Əyyub ona qızıl boyunbağını göstərib özünün olduğunu, onu satıb pul əldə edə biləcəklərini demişdir. O isə Əyyubdan qızıl boyunbağını haradan və necə əldə etdiyini soruşmamışdır. Həmin taksi avtomobilinin sürücüsü onları Bərdə rayonunda onun yaşadığı evin qarşısında düşürmüş, bundan sonra onlar oradan Bərdə rayonundan tanışları olan Rafiq adlı şəxsin evinə getmiş və orada gecələmişlər. Ertəsi gün, yəni xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində Əyyub ona demişdir ki, “gedək boyunbağını sataq”. Onlar birlikdə Bərdə rayon avtovağzalında yerləşən qızıl mağazalarının olduğu yerə getmişlər. Burada bir neçə qızıl mağazasına girib boyunbağını satmaq istədiklərini demişlər. Lakin təklif olunan qiymət Əyyubu qane etmədiyi üçün boyunbağını satmamışlar. Bu zaman təsadüfən həmin yerdə mağazası olan qohumu Mübariz adlı şəxslə qarşılaşmışlar. O, Mübarizlə salamlaşıb görüşmüşdür. Bundan sonra Mübarizə dostu Əyyubda qızıl boyunbağı olduğunu və onu satmaq istədiklərini bildirmişdir. Mübariz isə boyunbağına baxıb həqiqətən qızıl materialdan olduğunu bilmək üçün başqa bir şəxsi, yəni zərgəri çağırmış, tanımadığı həmin zərgər gəlmiş, boyunbağına baxıb demişdir ki, həqiqətən qızıldır, əyari 583-dür, çəkisini yoxladıqda isə 49 qramdan bir qədər çox, lakin 50 qramdan az gəlmişdir. Mübariz boyunbağını 2.330 manat olaraq qiymətləndirmişdir. Əyyub boyunbağını satmağa razılaşmış, bu zaman Mübariz qızılı Əyyubdan götürmüş, lakin pulunu verməsini dəvət etdiyi zərgərə bildirmişdir. Həmin zərgər isə 2.330 manatı Əyyuba təqdim etmişdir. Onlar pulu götürmüş, yaxınlıqdakı telefon mağazasından ona 100 manata “Samsung J3” markalı, istifadə edilmiş, lakin işlək vəziyyətdə olan, qara rəngli mobil telefon almış, bundan sonra isə oradan xatırlamadığı taksi avtomobilinə əyləşmiş, onun yaşadığı evin yaxınlığına gəlmişlər. O, 2330 manatın geri qalan 2230 manatından 20 manat götürmüş, yaşadığı evin yaxınlığındakı Rəvan adlı qəssaba olan borcunu vermişdir. Əyyubun ona əvvəlcədən 300 manat borcu olduğu üçün geri qalan puldan Əyyub 300 manatı ona vermişdir. Belə ki, Əyyub, təxminən 1 ay əvvəl ondan 300 manat dəyərində bir neçə cüt ayaqqabı götürmüş, satmışdır. Həmin ayaqqabıların pulunu isə verməmişdir. Ona görə də ona 300 manat borcu qalmışdır. Qalan pul isə Əyyubda qalmışdır. Əyyub onun tanışı və dostudur. Onun Əyyubla heç bir ədavəti və düşmənçiliyi olmayıb və hazırda da yoxdur. Onlar Gəncə şəhərinə orada yaşayan Ramin adlı dostu ilə görüşmək üçün gəlmişlər. O, bir neçə dəfə, sonuncu dəfə isə təxminən 3-4 ay əvvəl Gəncə şəhərində olmuşdur. Əyyubun soyğunçuluq etməsindən nə əvvəl, nə də sonra məlumatı olmamışdır. Əyyubla birlikdə plan qurub soyğunçuluq etməmişlər. Əyyub hadisəni təkbaşına törətmişdir. Əyyubun ibtidai istintaqda cinayəti onunla birlikdə törətdiyini deməsinin səbəbi müstəntiqin onlara həmin cür ifadə verəcəkləri təqdirdə onlara kömək edəcəyini deməsi olmuşdur. O tutulduqdan sonra valideynləri qızıl boyunbağını Mübarizdən alıb zərərçəkmiş şəxsə qaytarmışlar. Onun təqsiri yalnız yanlış vaxtda yanlış yerdə olması, yəni Əyyub soyğunçuluq edərkən onun yanında olmasıdır. Cinayətin iştirakçısı olmadığı üçün ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 21 radələrində qızı Gülşənlə birlikdə yaşadıqları mənzildən çıxıb piyada şəkildə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Gəncə Mall” ticarət mərkəzinə getmiş, orada özləri üçün zəruri malları alıb yenə piyada şəkildə yaşadıqları evə tərəf qayıtmışlar. Onlar Gəncə şəhəri, D.Qorqud küçəsi ilə F.Əmirov küçəsinin kəsişməsində yerləşən F.Əmirov parkına çatdıqda saat, təxminən 22 radələri olmuşdur. Həmin vaxt parkın içərisi ilə qızı Gülşənlə birlikdə gəzə-gəzə yaşadıqları evə getmişlər. Binanın qarşısına çatdıqda görmüşlər ki, bir nəfər hündürboylu oğlan binanın qarşısı ilə onların qabaqları ilə piyada hərəkət edib yaşadıqları mənzilin dəhlizinə daxil olmuşdur. Həmin şəxs onlardan əvvəl və təxminən 5 metr irəlidə dəhlizə daxil olmuşdur. Həmin şəxsi istintaq zamanı tanımış və Təqsirləndirilən şəxs1 olduğunu bilmişdir. Əyyub dəhlizə daxil olan an işıqları avtomatik olaraq yanmış və onlar hiss etmişlər ki, həmin şəxs nədənsə özünü itirib şübhəli hərəkətlər etməyə başlamışdır. Onlar Əyyubun ardınca dəhlizə daxil olduqda birinci mərtəbədə həmin şəxs öz-özünə “səhv gəlmişəm” deyərək dəhlizdən çıxmaq istəmişdir. Bu zaman Əyyub binanın dəhlizində pilləkənin üzərində olmuş və qızı Gülşənə və ona yol vermişdir ki, onlar yuxarı qalxsınlar. Bu zaman qızı Gülşən Əyyubu azca keçib pilləkənlə yuxarı mərtəbəyə qalxmış, Əyyub sol əli ilə onun sağ qol nahiyəsindən tutub sağ əli ilə isə boğazından asılı olan qızıl boyunbağını dartıb qopartmışdır. Həmin vaxt o, sağ əli ilə Əyyubun qolundan tutub qışqırmağa başlamış, həmin şəxs isə qüvvə ilə onun əlindən çıxıb qaçaraq oradan uzaqlaşmışdır. Həmin vaxt o və qızı Gülşən qışqırıb ətrafdan kömək çağırmışlar və Əyyubun arxasınca qaçmağa başlamışlar. O, elə də yüksək sürətlə qaça bilmədiyi üçün qızı Gülşən Əyyubun arxasınca qaçmışdır. Əyyub F.Əmirov parkının içərisi ilə keçib qaçaraq İ.Cəfərov küçəsində yerləşən yaşayış binalarının arasında yoxa çıxmışdır. Həmin vaxt o, DİN-in 102 xidmətinə məlumat vermiş və polis əməkdaşları gəlmişlər. O, Əyyubu yalnız mənzillərinin yerləşdiyi binanın dəhlizində görmüşdür. Əyyubla üz-üzə gəlmişlər. Həmin şəxs tək olmuş və xarici əlamətləri - uzun boylu, üzündə tük olan, əynində sinəsi naxışlı olan poliver, başında idman tipli papaq olan, 24-25 yaşlarında, orta bədən quruluşlu şəxs olmuşdur. Əyyubu həm o, həm də qızı Gülşən görmüşlər. O, Əyyubu əvvəllər tanımamışdır. Əyyubu ilk dəfə idi ki, görmüşdür. Onlar Əyyubun onları izləməsini müşahidə etməmişlər. Onlar Əyyubu yalnız binalarının qarşısına çatdıqda görmüşlər. Əyyub hadisə vaxtı onu sağ qolundan tutub sağ əli ilə boynundakı boyunbağını qoparıb qaçaraq getmişdir. Ona və ya qızına heç bir xəsarət yetirməmişdir. Əyyubun əlində markasını xatırlamadığı mobil telefondan başqa bir şey olmamışdır. Boyunbağı qızıl materialdan olmaqla reket toxunuşlu boyunbağı olmuşdur. Əyarı 583, çəkisi isə 50 qram olmuşdur. Həmin boyunbağının dəyəri 3.200 manatdır. Hadisə vaxtı onun yalnız 3.200 manat dəyərində qızıl boyunbağısı ələ keçirilib. Ona hadisə nəticəsində 3200 manat maddi ziyan dəymişdir. Həmin boyunbağı əynində olan köynəyin üst, yəni görünən hissəsində olmuşdur. Həmin boyunbağının kiçik bir qırıntı hissəsi hadisədən sonra onun əynində olan paltara ilişib qalmışdır. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş zərər tam həcmdə ödənilmiş və o, təqsirləndirilən şəxsləri bağışlamışdır. Ona görə hazırda onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs1 ilə eyni məzmun ifadə verdi, əlavə olaraq bildirdi ki, həmin şəxsi ilk dəfə idi ki, görürdülər. Onlar həmin şəxsin onları izləməsini müşahidə etməmişdilər. Onlar həmin şəxsi yalnız binanın qarşısına çatdıqda görmüşdülər. Həmin şəxsin onların arxasınca gləməsini hiss etməmişlər. Həmin şəxs hadisə vaxtı anası Elnarənin sağ qolundan tutub sağ əli ilə boynundakı boyunbağını qoparıb qaçaraq getmişdir. Ona və ya anasına heç bir xəsarət yetirməmişdir. Həmin şəxsi ibtidai istintaq zamanı görüb tanımış və Təqsirləndirilən şəxs1 olduğunu bilmişdir. Təqsirləndirilən şəxs2 isə hadisə vaxtı görməmişdir. Sonradan onlar ibtidai istintaq zamanı kamera görüntülərinə baxdıqda onları izləyənlərin iki nəfər olduğunu görmüşdür. Hadisə vaxtı orada sadəcə o, və anası olmuşdur. Əyyubun əlində markasını xatırlamadığı mobil telefondan başqa bir şey olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə rayon Avtovağzalında 10 ildir ki, qızıl-alqı satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs2 onun uzaq qohumudur, o, Surxayı uzun müddətdir ki, tanıyır. 2020-ci ilin fevral ayının 20-də, günorta saatlarında qohumu Surxay və yanında bir nəfər əvvəllər tanımadığı şəxs onun çalışdığı mağazaya gəlib 1 ədəd qızıl boyunbağı təqdim edərək satmaq fikrində olduqlarını bildirmişdilər. O isə həmin boyunbağının həqiqətən də qızıl olub-olmamasını bilmək üçün tanışı, zərgər kimi fəaliyyət göstərən Etibarı dəvət etmişdir ki, boyunbağının tərkibini və əyarını yoxlasın. Etibar da həmin boyunbağını yoxlayıb demişdir ki, həqiqətən də qızıldır və 583 əyardır. O, boyunbağına baxdıqda görmüşdür ki, boyunbağının bir tərəf ilişkən hissəsi qırılıb, yoxdur. Boyunbağının çəkisini ölçdükdə isə 49 qram təşkil etmişdir. Həmin vaxt məlum olmuşdur ki, boyunbağı Surxayın yanında olan tanımadığı şəxsə məxsusdur. Qohumu Surxay isə onu əmin etmişdir ki, həmin qızılla bağlı heç bir problem yoxdur, qızılı satan şəxs etibarlı adamdır, qızıl özünə məxsusdur və ehtiyacı olduğundan satır. O isə Surxayı tanıdığı üçün həmin qızılı 2.330 manat olaraq qiymətləndirmiş və pulunu nağd şəkildə ödəyib almışdır. Daha sonra məlum olmuşdur ki, həmin qızıl boyunbağı cinayət yolu ilə əldə edilmişdir. Ona görə də o, həmin qızıl boyunbağının pulunu Surxayın qardaşı Xəyaldan alıb qızıl boyunbağını qaytarmışdır. O, həmin şəxsi ilk dəfə idi ki, görürdü, adının Əyyub olduğunu isə həmin vaxt ona Surxay demişdir. O, boyunbağının ilişkən hissəsinin olmadığını gördükdə Əyyub bunu bildiyini, evdə qırıldığını demişdir. O, Surxayı tanıdığı üçün həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd tələb etməmişdir. Həmin vaxt 1 qram 583 əyar qızılın alış qiyməti 45-46 manat olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bundan əvvəl ona qızıl əşya satmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun doğma qardaşıdır. Qardaşı Surxay onun yaşadığı evdə onlarla birlikdə yaşayır. O, Əyyubu da uzun müddətdir ki, küçələrinin sakini kimi tanıyır. Belə ki, Əyyubun qohumları Bərdə şəhərində, yaşadıqları küçədə olduqları üçün o, Əyyubu oradan tanıyır. Buna baxmayaraq o, bir aydan çox imiş ki, Əyyubu görmürmüş. Bildiyi qədərilə Əyyub Bakı şəhərində yaşayırmış. Həmin ərəfələrdə dəqiq xatırlamadığı gün qardaşı Surxay Bakı şəhərinə getdiyini bildirib evdən çıxıb getmişdir. Surxay bildirmişdir ki, çalışmaq üçün Bakı şəhərinə gedir. Bundan təxminən 2 gün sonra qardaşı Surxay yaşadıqları evə gəlmiş və iş tapa bilmədiyini demişdir. Bir-iki gün sonra polis əməkdaşları qardaşı Surxayı saxlamışlar. Həmin vaxt məlum olmuşdur ki, qardaşı Surxay dostu Əyyubla birlikdə Gəncə şəhərinə getmiş və burada Əyyub qadının boynundan boyunbağını qoparıb qaçmışdır. Bərdə şəhərində qardaşı Surxay və Əyyub həmin qızıl boyunbağını onların uzaq qohumları olan Mübariz adlı şəxsə 2330 manata satmışlar. Mübarizin özünün Bərdə şəhər Avtovağzalında qızıl alqı-satqı mağazası var. O da qardaşı Surxayın işini yüngülləşdirmək üçün Mübarizin yanına getmiş və sonuncuya hadisə barədə məlumat verib qeyd edilən qızıl boyunbağını Mübarizdən götürmüş və sahibinə qaytarmışdır. Qardaşı Surxayın və Əyyubun törətdikləri əməldən yalnız sonradan xəbəri olmuşdur. Mübarizin həmin qızılın cinayət yolu ilə əldə edildiyini bilib-bilməməsindən məlumatı yoxdur. Qardaşı Surxay hadisəyədək heç bir yerdə çalışmamışdır. Surxayın maddi xərclərini anası və o, qarşılayır. O, Surxayın üzərində pul və ya qızıl-zinət əşyası görməmişdir. Cinayət prosesi tərəflərinin razılığı ilə məhkəmə iclasında iştirakı mümkün olmamış Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq olunmuşdur. Zərərçəkmiş şəxs2 ibtidai istnintaqda verdiyi ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında yerləşən “X3” oyun klubunu icarəyə götürüb işlədir. Həmin klubda müştərilərə ayrılmış otaqlarda müxtəlif oyun oynayırlar. xx xxxxxx 2020-ci il tarixdə saat 20:20-də bir nəfər əvvəllər tanımadığı təxminən 26-27 yaşlı bir nəfər oğlan kluba gəlib klubda 15-ci otağa keçərək çay sifariş vermiş və bildirmişdir ki, bir nəfər tanışı gəldikdən sonra oyun oynayacaqdır. Həmin şəxs kabinetin pəncərəsini çəkib kabinetdə oturmuşdur. Təxminən 15 dəqiqə sonra onlar kabinetə baxdıqda kabinetdə olan həmin şəxsin kabinetdə olmadığını və həmin kabinetdəki təxminən hadisədən 5-6 gün əvvəl 590 manata aldığı 500 GB yaddaşı olan Sony Playstation 4 markalı oyun aparatının oğurlandığını aşkar etmişdir. Sonra həmin kabinetdə olan görüntüyə baxdıqda həmin şəxsin kabinetdə bir qədər oturub müşahidə etdikdən sonra oyun aparatını qoynuna qoyaraq oğurladığını görmüşdür. Oğurluq hadisəsində ona 590 manat maddi ziyan dəymişdir. Cinayət prosesi tərəflərinin razılığı ilə məhkəmə iclasında iştirakı mümkün olmamış Şahid4 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq olunmuşdur. Şahid4 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2009-cu ildən Yasamal rayonu Şərifzadə küçəsi 46 ünvanında Playstation oyun klubunu işlədir. Həmçinin Sony PS oyun aparatları və televizorların alqı-satqısı ilə məşğul olur. O, əlaqə nömrəsini Tap.az saytına qoymuşdur. xx xxxxxx 2020-ci il tarixdə onun istifadəsində olan mobil nömrəsinə xatırlamadığı mobil nömrədən zəng gəlmişdir. Sonradan ona adını Xəyal kimi təqdim edən ona demişdir ki, PS klub işlədirlər hazırda klubları bağlandığı üçün 2 ədəd Playstation aparatı satdıqlarını bildirmişdir. O, Xəyalla görüşməyi razılaşmışlar və həmin günü saat 17 radələrində Xəyal adlı şəxs onun işlətdiyi kluba gəlmiş və özü ilə 2 ədəd qara rəngli Slim və Fat markalı aparatlar gətirmişdir. O, PS 4 aparatlarının işlənmiş vəziyyətdə olduğunu görüb Xəyal adlı şəxsə ikisinə 700 manat pul verə biləcəyini bildirmişdir. O, Xəyaldan şəxsiyyət vəsiqəsini istəmiş, Xəyal isə vəsiqəsinin evdə qaldığını sabah gətirə biləcəyini bildirmişdir. Razılaşmışdılar ki, 2 ədəd aparat üçün 650 manat pul verəcək, 50 manatı isə sabah Xəyal şəxsiyyət vəsiqəsini ona təqdim etdikdən sonra verəcəkdir. O, Xəyaldan oyun aparatlarını haradan almasını təkidlə soruşmuş, Xəyal isə ona PS4 aparatlarının özünün olduğunu, klubları bağlandığı üçün satdığını bildirmişdir. Xəyaldan oyun aparatlarını götürdükdən bir-iki gün sonra Xəyalın ona zəng vurduğu hazırda xatırlamadığı nömrəyə zəng vurmuş, lakin Xəyal telefona cavab verməmişdir. Təxminən fevral ayının sonlarında həmin aparatları Tap.az saytı vasitəsi ilə tanımadığı şəxslərə təxminən 50-60 manat baha satmışdır. Həmin aparatların oğurluq olmasını bilməmişdir, Xəyal və Əyyub adlı şəxsləri şəxsən tanımamışdır. Təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadələri ilə onların ibtidai istintaq zamanı verdikləri ifadələr arasında ziddiyyət olduğundan təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri elan və tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində ona elan edilmiş ittihamlarla özünü tam təqsirli bilərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhərində olarkən maddi imkanının zəif olduğundan “playstation” oyun aparatı oğurlayıb satmaq qərarına gəlmişdir. Bunun üçün o, Bakı şəhəri, Biləcəri qəsəbəsində olarkən ünvanını dəqiq bilmədiyi “play station” oyun klubuna daxil olmuşdur. Həmin vaxt orada tanımadığı şəxslər ayrı-ayrı otaqlarda oyun oynayırdılar. O da guya ki, oyun oynamaq məqsədilə otaqlardan birinə keçib orada ətrafda olan şəxslərdə şübhə yaratmamaq üçün oyun oynamağa başlamış və çay içmişdir. Bir qədər sonra o, ətrafa nəzər yetirib heç kimin onu görmədiyinə əmin olduqda, saat təxminən 20:30-da oyun oynadığı həmin otaqda olan “playstation 4” oyun aparatını gizli olaraq götürüb paltarının altında gizlədərək oradan çıxıb getmişdir. Daha sonra o, həmin oyun aparatını və əvvəlcədən özündə olan özünə məxsus digər “playstation” oyun aparatını satmaq qərarına gəlmiş və “Tap.az” internet səhifəsindən həmin aparatların satışı ilə məşğul olan əvvəlcədən tanımadığı Tural adlı şəxsin mobil nömrəsini götürüb zəng etmiş və həmin şəxslə bu barədə danışıb xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində görüşüb 2 ədəd “playstation” oyun aparatını, Turala ümumilikdə 650 manata satmışdır. O, Turala özünü Şahid3 kimi təqdim etmiş və şəxsiyyət vəsiqəsinin surətini daha sonra verəcəyini bildirmişdir. Ancaq həmin şəxsə şəxsiyyət vəsiqəsinin surətini verməmişdir. Təqsirləndirilən şəxs2 uşaq yaşlarından, Bərdə rayonundan, yəni bibisigilin qonşuluğundan tanıyır. Təqsirləndirilən şəxs2la arasında heç bir ədavət və düşmənçilik münasibətləri olmayıb, əksinə sonuncu ilə dostdurlar. O, polislər tərəfindən saxlanıldığı günədək çox zaman gündüz vaxtı Bərdə şəhərinə gedir, orada dostu Surxayla və digər tanışları ilə görüşüb çayxanada çay içirmiş. Axşamlar isə yaşadığı Ağdam rayonuna qayıdırmış. xx.xx.2020-ci il tarixdə yaşadığı evdən çıxıb yenə eyni qaydada Bərdə rayonuna getmişdir. Orada dostu Surxayla görüşmüş, birlikdə söhbət edərkən Surxayın mobil telefonuna Gəncə şəhərindən zəng gəlmişdir. Surxay telefonla danışarkən o, belə başa düşmüşdür ki, Gəncə şəhərində yaşayan dostları Surxayı Gəncə şəhərinə qonaq çağırırlar. Surxay telefonla danışdıqdan sonra ona demişdir ki, Gəncə şəhərindən olan dostları qonaq çağırırlar. Həmin vaxt o da Gəncə şəhərinə gəlmək istədiyi üçün Surxaya demişdir ki, birlikdə gedərlər. Ancaq, onların üzərində pul olmadığı üçün Surxayın “X4” markalı mobil telefonunu Bərdə rayonunun “köhnə bazar” adlanan bazarında yerləşən telefon mağazasına 50 manata satmışlar. Onlar həmin pulu özlərinə yolpulu edərək saat 16-17 radələrində Bərdə rayonundan tanımadığı şəxsin “Mercedes E class” markalı, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı göy rəngli taksi avtomobili ilə Gəncə şəhərinə yola düşmüşlər. Onlar həmin gün saat 19-20 radələrində Gəncə şəhər Avtovağzalına çatmışlar və oradan 2 saylı sərnişindaşıma avtobusuna əyləşib xatırlamadığı istiqamətdə getmişlər. Həmin vaxt Surxay onun mobil telefonu ilə Gəncə şəhərində yaşayan və Surxayı qonaq çağıran dostları ilə danışıb gedəcəkləri məkanı müəyyən etmişdir. Bir qədər sonra onlar avtobusdan enmişlər və xatırlamadığı çay evinə getmişdilər. Orada Surxayın iki nəfər dostu ilə görüşüb çay içmişlər. Həmin şəxsləri ilk dəfə idi ki görürdü, adlarını isə hal-hazırda xatırlamır. Onlar Surxayla həmin yerdə, təxminən bir saat oturmuşlar və bir saatdan sonra oradan qalxıb həmin şəxslərlə sağollaşıb şəhərin mərkəzinə doğru piyada getməyə başlamışdılar. Həmin vaxt onlar şəhərin mərkəzinə ona görə getmişlər ki, “playstation” adlanan oyun qurğusu oğurlasınlar və özləri ilə aparıb Bərdə rayonunda satsınlar. Ona görə ki, onlar 50 manatı artıq xərcləmişdilər və geri qayıtmağa yol pulları qalmamışdır. O və Surxay “Bayraq meydanı” adlanan ərazidən keçərkən birinin boynunda qızıl boyunbağı olan iki nəfər qadın görmüşlər. Həmin qadınlardan biri nisbətən orta yaşlı, digəri isə gənc olmuşdur. Həmin vaxt Surxay demişdir ki, “sepə bax, gör necə qəşəng sepdir, qıra bilərsən onu?” O isə Surxaya demişdir ki, “sepi sən qır”. Bu zaman həmin boyunbağını kimin qoparacağı barədə Surxayla aralarında danışmağa başlamışdılar. Elə olmuşdur ki, həmin boyunbağını qırmağı o boynuna almışdır. Bu zaman Surxaya demişdir ki, həmin qadınları izləsinlər, görsünlər hansı istiqamətə gedirlər. Onlar iki nəfər qadının arxasınca, aralarında, təxminən 20 metr məsafə olmaqla piyada getməyə, həmin qadınları izləməyə başlamışlar. Həmin şəxslər piyada şəkildə xatırlamadığı yerdə olan bankomata, oradan isə “Gəncə Mall” adlanan ticarət mərkəzinə getmişlər. Həmin vaxt Surxay onu mobil telefonu ilə kiminləsə danışmağa başlamış, o isə həmin qadınların ardınca “Gəncə Mall” adlanan ticarət mərkəzinə daxil olmuşdur. Həmin qadınlar ticarət mərkəzində yerləşən mağazaya daxil olub nə isə almışlar. Həmin vaxt o, ticarət mərkəzinin içərisində dayanıb həmin qadınlara diqqət etmişdir. Bir qədər sonra həmin qadınlar ticarət mərkəzindən çıxmışlar. Həmin qadınların ardınca çıxmış, Surxay onu görüb ona yaxınlaşmışdır. Bundan sonra Surxayla yenə eyni qaydada həmin qadınları izləməyə başlamışlar. Həmin qadınlar piyada şəkildə gəldikləri istiqamətlə geri qayıtmışlar. Onlar da təxminən 15-20 metr aralıda gəlmişlər. Onlar piyada şəkildə həmin qadınların ardınca gəlib xatırlamadığı bir parkın yanına çatmışlar. Həmin qadınlar parkın içərisi ilə keçib binaların arasına daxil olmuşlar. Həmin vaxt Surxay qeyd etdiyi parkın bir qədər kənarında, binanın yanında dayanıb gözləmişdir ki, o, boyunbağını qoparıb qaçanda ona istiqamət versin, birlikdə qaçsınlar. Belə ki, onlar yolboyu piyada gələrkən Surxayla danışıb razılaşmışlar ki, o, boyunbağını qoparsın, Surxay da binanın kənarında dayanıb ətrafa nəzarət edəcəkdi ki, polis olsa xəbər versin, qaçmaq üçün ona istiqamət göstərsin, əldə edəcəkləri boyunbağını satdıqda isə mənfəəti birlikdə böləcəklər. Həmin iki nəfər qadın binaların arasına daxil olduqda o da həmin qadınların ardınca getmiş və hərəkət istiqamətindən anlamışdır ki, binanın hansı dəhlizinə daxil olacaqlar. Ona görə də həmin qadınlardan bir qədər cəld hərəkət edib qadınlardan əvvəl binanın dəhlizinə daxil olmuşdur. Həmin vaxt saat 23 radələri olardı. O, dəhlizə daxil olan an dəhlizin işığı avtomatik olaraq yanmışdır. Həmin vaxt işıq onun sifətinə düşdüyü üçün özünü azca itirmiş və çaşqınlıq içərisində qalmışdır. Həmin an izlədikləri iki nəfər qadın da onun ardınca dəhlizə daxil olmuşdular. O, qadınların dəhlizə daxil olduqlarını görüb bir qədər uca səslə, sanki öz-özü ilə danışırmış kimi “səhv gəlmişəm” deyib üzünü həmin qadınlara tərəf, yəni dəhlizin çıxış istiqamətinə çevirmiş və həmin qadınlarla üzüzə gəlmiş, qadınlardan nisbətən gənc yaşlarında olan qadına yol vermişdir. Həmin qadın onun yanından keçib bir-iki addım pilləkəni qalxarkən birinci mərtəbə olan birinci pilləkənin orta hissəsində digər qadının, yəni boynunda qızıl boyunbağı olan qadının boyunbağını qoparmaq üçün sol əli ilə həmin qadının sağ əlindən tutub, sağ əli ilə isə boyunbağını dartmışdır. Həmin vaxt həmin qadın onun əlindən möhkəm yapışmış və ona müqavimət göstərməyə, qışqırmağa başlamışdır. O isə cəld şəkildə özünü itirmədən boyunbağını qoparıb qadının əlindən qurtularaq dəhlizdən çıxmış və qaçmağa başlamışdır. O, bir qədər fərqli istiqamətə qaçarkən Surxay onu görüb adı ilə müraciət edərək “ayə burdayam” deyə qışqırıb ona istiqamət vermiş və o, istiqamətini dəyişib Surxaya tərəf qaçmışdır. Onun ardınca isə tanımadığı şəxslər, o cümlədən boyunbağını qopardığı qadın və yanında olan digər qadın qışqırıb qaçmağa başlamışdılar. Bir qədər qaçıb Surxaya çatmış və onlar birlikdə möhkəm qaçaraq parkın içərisindən keçərək yolu qarşı istiqamətə keçmişlər və yolun digər tərəfində olan yaşayış binasının ikinci, yaxud üçüncü dəhlizinə daxil olmuşlar. Həmin vaxt yorulduğu üçün qaça bilməmiş və məcbur qalıb Surxayla birlikdə binanın dəhlizinə girmişlər. Onlar dəhlizə girdikdən sonra ikinci mərtəbəyə qalxıb səssizcə orada dayanmışlar. Həmin vaxt görmüşlər ki, binanın qarşısına tanımadığı şəxslər toplaşmışlar və səs-küy gəlir. Həmin vaxt Surxayın təklifi ilə binanın beşinci mərtəbəsinə, oradan isə açıq qapıdan binanın damına qalxmışlar. Onlar binanın damında su çəninin arxasına keçib səssizcə gizlənmişlər və təxminən 40 dəqiqə orada qalmışlar. Bundan sonra isə binanın dəhlizi ilə çıxıb getmişlər. Onlar binanın qarşısına düşdükdə orada heç kim olmamışdır. Onlar binanın qarşısından başqa istiqamətdə piyada gedib yoldan keçən “Mercedes E class” markalı taksi avtomobilinə əyləşmişlər. Həmin vaxt qızıl boyunbağı əynində olan cins şalvarın sağ yan cibində olmuşdur. Onlar taksi avtomobilinin sürücüsünə demişlər ki, onları Bərdə rayonuna aparsın. Həmin şəxs avtomobili Gəncə şəhəri Avtovağzalının yaxınlığındakı yanacaqdoldurma məntəqəsinə sürüb avtomobilə yanacaq doldurarkən onlardan yolpulunu istəmişdir. Onlar isə gediş haqqını Bərdə şəhərində verəcəklərini bildirmişlər. Ona görə də həmin şəxs onları Bərdəyə aparmaqdan imtina etmişdir. Bundan sonra onlar taksi avtomobilindən enib yaxınlıqdakı Bakı şəhəri istiqamətində gedən sərnişin avtobusuna əyləşmişlər və sürücüyə demişlər ki, pulları yoxdur, onları Yevlax rayonuna aparsın. Sürücü isə onları pulsuz aparmağa razılaşmışdır. Onlar Yevlax rayonuna çatdıqda artıq xx.xx.2020-ci il, saat 01 radələri olardı. Yevlax rayonunda Avtovağzalın yaxınlığında “Nazlifan” markalı taksi avtomobilinə əyləşib Bərdə rayonuna getmişlər. Onlar həmin taksi avtomobilinin sürücüsünə demişlər ki, pulları yoxdur və mobil telefonunu girov qoymuşdur ki, pulu sabah verəcəkdir. Sürücü isə telefonunu geri verib demişdir ki, “pulu sabah verərsiz”. Bunun üçün sürücü onlara mobil nömrəsini vermişdir. Həmin nömrəni o, heç bir yerə qeyd etməmişdir. Həmin taksi avtomobilinin sürücüsü onları Bərdə rayonunda Surxayın yaşadığı evin qarşısında düşürtmüşdür. Bundan sonra onlar oradan Bərdə rayonundan tanışları olan Rafiq adlı şəxsin evinə getmişlər və orada gecələmişlər. Onlar ara-sıra Rafiqin evində qaldıqları üçün Rafiq onlardan şübhələnməmiş və onlar da sonuncuya hadisə barədə, həmçinin qızıl boyunbağı barədə bir söz deməmişlər. Ertəsi gün, yəni xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində Surxay demişdir ki, qızıl boyunbağını aparıb Bərdə rayon Avtovağzalında qohumuna satsınlar. O, həmin şəxsi tanımırdı. Həmin şəxsi ona Surxay məsləhət görmüşdür. Ona görə də həmin şəxsin çalışdığı qızıl alqı-satqısı mağazasına getmişlər və orada Surxay, həmin qohumu ilə salamlaşıb görüşmüşdür. Bundan sonra onda qızıl boyunbağı olduğunu və həmin boyunbağını satmaq istədiklərinibildirmişdir. Həmin şəxs isə boyunbağına baxıb həqiqətən qızıl materialdan olduğunu bilmək üçün başqa bir şəxsi, yəni zərgəri çağırmışdır. Tanımadığı həmin zərgər gəlib boyunbağına baxmış və demişdir ki, həqiqətən qızıldır, əyarı 583-dür, çəkisini yoxladıqda isə 49 qramdan bir qədər çox, lakin 50 qramdan az gəlmişdir. Surxayın qızıl alqı-satqısı ilə məşğul olan həmin qohumu boyunbağını 2.330 manat olaraq qiymətləndirmişdir. Onlar isə satmağa razılaşmışlar. Bu zaman həmin şəxs qızılı ondan götürmüş, lakin pulunu verməsini dəvət etdiyi zərgərə bildirmişdir. Həmin zərgər isə 2.330 manatı ona təqdim etmişdir. Onlar pulu götürüb yaxınlıqdakı telefon mağazasından Surxaya 100 manata “Samsung J3” markalı, istifadə edilmiş, lakin işlək vəziyyətdə olan, qara rəngli mobil telefon almışdılar. Bundan sonra isə oradan xatırlamadığ taksi avtomobilinə əyləşib Surxayın yaşadığı evin yaxınlığına gəlmişdilər. Surxay 2.330 manatın geri qalan 2.230 manatından 20 manat götürüb yaşadığı evin yaxınlığındakı qəssaba olan borcunu vermişdir. Onun özünün Surxaya əvvəlcədən 300 manat borcu olduğu üçün geri qalan puldan 300 manatı Surxaya vermişdir. Belə ki, o, təxminən 1 ay əvvəl Surxaydan 300 manat dəyərində bir neçə cüt ayaqqabı götürüb satmışdır. Həmin ayaqqabıların pulunu isə verməmişdir. Ona görə də Surxaya 300 manat borcu qalmışdır. Bundan sonra Surxay geri qalan pulun 120 manatını aparıb Bərdə rayonunda olan tanımadığı lombarda olan borcunu ödəmişdir. Bundan sonra isə onlar biriki günə geri qalan həmin pulu şəxsi xərcləri üçün, yəni yeməyə, taksi avtomobillərinə, əyləncəyə və s. tələbatlarına sərf etmişlər. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində ona elan edilmiş ittihamlarla özünü tam təqsirli bilərək göstərmişdir ki, Bərdə rayonunda ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, heç bir yerdə işləmir. Əvvəllər fərdi ticarətlə məşğul olmuş, ayaqqabı satmışdır. Təqsirləndirilən şəxs1 uşaqlıq yaşlarından, yaşadığı Bərdə rayonundan tanımış, belə ki, Əyyubun bibisigil onunla qonşuluqda yaşayırmış. Əyyubun özü də tez-tez bibisigilə gəlib, orada qalırmış. Əyyub Rəzmico ilə aralarında heç bir ədavət və düşmənçilik münasibətləri olmamış, əksinə Əyyub Rəzmico ilə dostluq münasibətləri olmuşdur. Əyyub polislər tərəfindən saxlanıldığı günədək çox vaxt gündüz vaxtı Bərdə şəhərinə gəlir, orada onunla və digər tanışlarla görüşmüş, çayxanada çay içirmişlər. Axşamlar isə yaşadığı Ağdam rayonuna qayıdırmış. xx.xx.2020-ci il tarixdə günorta saatlarında Əyyub Bərdə rayonuna gəlmiş, Bərdə rayonunda onunla görüşmüş, birlikdə söhbət edərkən onun mobil telefonuna Gəncə şəhərindən tanışı, Ramindən zəng gəlmişdir. Ramin onu Gəncə şəhərinə qonaq çağırmışdır. Həmin vaxt Əyyub da onunla birlikdə Gəncə şəhərinə getmək istədiyini bildirmişdir. Ancaq onların üzərində pul olmadığı üçün onun “X4” markalı mobil telefonunu Bərdə rayonunun “köhnə bazar” adlanan bazarında yerləşən telefon mağazasına 50 manata satmışlar. Onlar həmin pulu özlərinə yolpulu edərək saat 16-17 radələrində Bərdə rayonundan tanımadıqıları şəxsin “Mercedes E class” markalı, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı göy rəngli taksi avtomobili ilə Gəncə şəhərinə yola düşmüşlər. Onlar həmin gün saat 19-20 radələrində Gəncə şəhər Avtovağzalına çatmış və oradan 2 saylı sərnişindaşıma avtobusuna əyləşmiş, “Pribor” adlanan yerə getmişlər. Həmin vaxt o, Əyyubun mobil telefonuyla Gəncə şəhərində yaşayan və onu qonaq çağıran Raminlə danışmış, gedəcəkləri məkanı müəyyən etmişlər. Bir qədər sonra onlar avtobusdan enmiş və qeyd etdiyi yerdə olan çay evinə getmişlər. Orada Ramin adlı dostu və Raminin yanında olan tanımadığı şəxslə görümüş çay içmişlər. O, Əyyubla həmin yerdə, təxminən 1 saat oturmuş və bir saatdan sonra oradan qalxmış, Ramin və Raminin tanışı ilə sağollaşmış, gəzmək üçün şəhərin mərkəzinə doğru piyada getməyə başlamışlar. O və Əyyub “Bayraq meydanı” adlanan ərazidən keçərkən birinin boynunda qızıl boyunbağı olan iki nəfər qadın görmüşlər. Həmin qadınlardan biri nisbətən orta yaşlı, digəri isə gənc idi. Həmin vaxt o, Əyyuba demiş ki, “sepə bax, qıra bilərsən?”. Əyyub isə ona demiş ki, “qıracam”. Bu zaman Əyyubla onun belə bir niyyətləri yaranmış ki, həmin qadının boyunbağını qırıb ələ keçirsinlər. Bunun üçün isə Əyyubla razılaşmışlar ki, həmin qadınları izləsin, görsünlər hansı istiqamətə gedirlər. Onlar qeyd etdiyi iki nəfər qadının arxasınca, aralarında, təxminən 20 metr məsafə olmaqla piyada getməyə, qadınları izləməyə başlamışlar. Həmin şəxslər piyada şəkildə xatırlamadığı yerdə olan bankomata, oradan isə “Gəncə Mall” adlanan ticarət mərkəzinə getmişlər. Həmin vaxt o, mobil telefonla dostu Raminlə danışmağa başlamış, Əyyub isə həmin qadınların ardınca “Gəncə Mall” adlanan ticarət mərkəzinə daxil oldumuşdur. Bir qədər sonra həmin qadınlar ticarət mərkəzindən çıxmış, onların ardınca isə Əyyub çıxmış, Əyyub ticarət mərkəzindən çıxdıqda o, Əyyuba yaxınlaşmış, bundan sonra onlar yenə eyni qaydada həmin qadınları izləməyə başlamışlar, qadınlar piyada şəkildə gəldikləri istiqamətlə geri qayıtmış, onlarda, təxminən 15-20 metr aralıda gedirmiş, onlar piyada şəkildə həmin qadınların ardınca gəlmiş, xatırlamadığı bir parkın yanına çatmış, həmin qadınlar parkın içərisi ilə keçib binaların arasına daxil olmuşlar. Həmin vaxt o, qeyd etdiyi parkın bir qədər kənarında, binanın yanında dayanmış gözləmiş, belə ki, həmin vaxt Əyyub ona demiş ki, orada dayansın gözləsin, özü boyunbağını götürüb gələcək. O, da danışdıqları kimi həmin yerdə dayanmış, gözləməyə başlamışdır. Əyyub isə həmin qadınların ardınca binaların arasına daxil olmuşdur. Bundan, təxminən 5 dəqiqə sonra görmüşdür ki, Əyyub qaçaraq binaların arası ilə gəlmiş,onun ardınca isə tanımadığı şəxslər qaçırmışlar. Əyyub başqa bir istiqamətdə qaçarkən o, Əyyuba ucadan səslənmiş “Əyyub burda” deyərək çağırmış və Əyyub səsini eşitmiş, ona tərəf qaçmışdır. Onlar birlikdə parkın içərisi ilə keçmiş, binaların arasından qaçaraq yolun digər tərəfində olan yaşayış binasının ikinci,yaxud üçüncü dəhlizinə daxil olmuşlar. Həmin vaxt Əyyub yorulduğu üçün demiş ki, binanın dəhlizinə girsinlər. Onlar həmin vaxt binanın dəhlizinə girmiş və ikinci mərtəbəyə qalxmış, səssizcə orada dayanmışdılar. Həmin vaxt görmüşlər ki, binanın qarşısına tanımadıqları şəxslər toplaşmış və səs-küy gəlirmiş. Ona görə də o, Əyyuba demişdir ki, binanın damına qalxsınlar. Onlar binanın beşinci mərtəbəsinə, oradan isə açıq qapıdan binanın damına qalxmış, binanın damında su çəninin arxasına keçib səssizcə gizlənmiş və təxminən 40 dəqiqə orada qalmışlar. Bundan sonra isə binanın dəhlizi ilə çıxıb getmişlər. Onlar binanın qarşısına düşdükdə orada heç kim olmamışdır. Onlar binanın qarşısından başqa istiqamətdə piyada getmiş yoldan keçən “Mercedes E class” markalı taksiyə əyləşmiş, həmin vaxt qızıl boyunbağı Əyyubda olmuşdur. Onlar taksinin sürücüsünə demişlər ki, onları Bərdə rayonuna aparsın. Həmin şəxs avtomobili Gəncə şəhəri Avtovağzalının yaxınlığındakı yanacaqdoldurma məntəqəsinə sürüb avtomobilə yanacaq doldurarkən onlardan yolpulunu istəmiş, onlar isə gediş haqqını Bərdə şəhərində verəcəklərini bildirmişlər. Ona görə də həmin şəxs onları Bərdəyə aparmaqdan imtina etmişdir. Bundan sonra onlar yaxınlıqdakı Bakı şəhəri istiqamətində gedən sərnişin avtobusuna əyləşmiş və sürücüyə pulları olmadıqlarını bildirmişlər. Onları Yevlax rayonuna aparsın. Sürücü isə onları pulsuz aparmağa razılaşmışdır. Onlar Yevlax rayonuna çatdıqda artıq xx.xx.2020-ci il, saat 01 radələri olardı. Yevlax rayonunda Avtovağzalın yaxınlığında “Nazlifan” markalı taksi avtomobilinə əyləşmişlər, Bərdə rayonuna getmişdilər. O və Əyyub həmin taksi avtomobilinin sürücüsünə pulları olmadığını demiş və Əyyub mobil telefonunu girov qoymuş ki, pulu sabah versinlər. Sürücü isə telefonu geri vermiş demişdir ki, “pulu sabah verərsiz”. Bunun üçün taksi sürücüsü onlara, mobil nömrəsini vermişdir. Həmin taksi avtomobilinin sürücüsü onları Bərdə rayonunda onun yaşadığı evin qarşısında düşürmüş, bundan sonra onlar oradan Bərdə rayonundan tanışları olan Rafiq adlı şəxsin evinə getmiş və orada gecələmişlər. Onlar ara-sıra Rafiqin evində qaldıqları üçün Rafiq, onlardan şübhələnməmiş və onlar da Rafiqə hadisə barədə, həmçinin qızıl boyunbağı barədə bir söz deməmişlər. Ertəsi gün, yəni xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində Əyyub ona demiş ki, “istəyirsən sepi sənə verim, məsuliyyətin hamısı sənin üzərində qalsın?” O isə Əyyuba demiş ki, “ver, problem yoxdur”. Bundan sonra o, Əyyuba demiş ki, qızıl boyunbağını aparıb Bərdə rayon Avtovağzalında qohumu Mübarizə satsınlar, ona görə də onlar Mübarizin çalışdığı qızıl alqı-satqısı mağazasına getmiş və orada o, Mübarizlə salamlaşıb görüşmüşdür. Bundan sonra dostu Əyyubda qızıl boyunbağı olduğunu və onu satmaq istədillərini bildirmişdir. Mübariz isə boyunbağına baxıb həqiqətən qızıl materialdan olduğunu bilmək üçün başqa bir şəxsi, yəni zərgəri çağırmış, tanımadığı həmin zərgər gəlmiş, boyunbağına baxıb demişdir ki, həqiqətən qızıldır, əyari 583-dür, çəkisini yoxladıqda isə 49 qramdan bir qədər çox, lakin 50 qramdan az gəlmişdir. Mübariz boyunbağını 2.330 manat olaraq qiymətləndirmişdir. Onlar isə satmağa razılaşmış, bu zaman Mübariz qızılı Əyyubdan götürmüş, lakin pulunu verməsini dəvət etdiyi zərgərə bildirmişdir. Həmin zərgər isə 2.330 manatı Əyyuba təqdim etmişdir. Onlar pulu götürmüş, yaxınlıqdakı telefon mağazasından ona 100 manata “Samsung J3” markalı, istifadə edilmiş, lakin işlək vəziyyətdə olan, qara rəngli mobil telefon almış, bundan sonra isə oradan xatırlamadığı taksi avtomobilinə əyləşmiş, onun yaşadığı evin yaxınlığına gəlmişlər. O, 2330 manatın geri qalan 2230 manatından 20 manat götürmüş, yaşadığı evin yaxınlığındakı Rəvan adlı qəssaba olan borcunu vermişdir. Əyyubun ona əvvəlcədən 300 manat borcu olduğu üçün geri qalan puldan Əyyub 300 manatı ona vermişdir. Hadisə vaxtı qeyd etdiyi qızıl boyunbağının ələ keçirilməsini həm də ona görə istəmiş ki, Əyyub ona borcunu versin. Belə ki, Əyyub, təxminən 1 ay əvvəl ondan 300 manat dəyərində bir neçə cüt ayaqqabı götürmüş, satmışdır. Həmin ayaqqabıların pulunu isə verməmişdir. Ona görə də ona 300 manat borcu qalmışdır. Bundan sonra o, geri qalan pulun 120 manatını aparmış, Bərdə rayonunda xəstəxananın yanında olan lombarda olan borcunu ödəmişdir. Bundan sonra isə onlar bir-iki günə geri qalan həmin pulu şəxsi xərcləri üçün, yəni yeməyə, taksi avtomobillərinə, əyləncələri və s.tələbatlarına sərf etmişlər. Əyyub onun tanışı və dostudur. Onun Əyyubla heç bir ədavəti və düşmənçiliyi olmayıb və hazırda da yoxdur. Onlar Gəncə şəhərinə Gəncə şəhərində yaşayan Ramin adlı dostu ilə görüşmək üçün gəlmişlər. O, Ramini uzun müddətdir ki, Bərdə rayonundan tanıyır. Belə ki, o, Bərdə rayonunda qab-qacaq satmışdır.Onun soyadını, mobil nömrəsini bilmir. Belə ki, onun mobil nömrəsi silinib. Onlarda boyunbağını ələ keçirmək niyyəti sonradan yarandığı üçün Raminin bundan xəbəri olmamışdır. O düşünmüşdür ki, Ramindən borc pul alar. O, bir neçə dəfə, sonuncu dəfə isə təxminən 3-4 ay əvvəl Gəncə şəhərində olmuş. Belə ki, o, əvvəllər dostunun məhkəməsinə gəlmişdir. Nə onun, nə də Əyyubun üzərində silah, o cümlədən bıçaq olmamışdır. Əyyub boyunbağını oğurlayacaqdı, o isə Əyyubu gözləyəcəkdir. O, boyunbağı ələ keçirildikdən sonra Əyyuba istiqamət vermiş ki, o, dayanan tərəfə qaçsın və onlar oradan birlikdə qaçıb getmişlər. Onlar sadəcə gəzmək üçün şəhərin mərkəzinə getmişlər. Mübariz onun uzaq qohumudur. Əyyuba qızıl boyunbağını Mübarizə satmağı o, demiş, Əyyub Mübarizi tanımırdı. Onlar birlikdə getmiş, boyunbağını Mübarizə satmışlar. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinin videomüşahidə kameraları vasitəsilə qeydə alınmış hadisənin görüntüləri olan 1 ədəd DVD diskə baxış keçirilərkən müəyyən olunur ki, görüntüdə əks edilən yer avtomobillərin hərəkəti üçün nəzərdə tutulan avtomobil yoludur. Avtomobil yolunda hərəkət ikitərəflidir. Buna baxmayaraq, avtomobillərin videoqeydiyyatın aparıldığı müşahidə kamerası istiqamətində hərəkəti nisbətən çoxdur. Avtomobil yolunun hər iki tərəfində qeyriyaşayış təyinatlı binalar vardır. Görüntünün ilk saniyələrindən başlayaraq avtomobillərin hərəkət axınına qarşı yolun sağ kənarındakı səki ilə iki nəfər qadın cinsli şəxsin piyada şəkildə və birlikdə hərəkət etdiyi məlum olur. Həmin qadınlardan birinin əyində cins şalvar və qara rəngli gödəkçə vardır. Digər qadının əynində isə açıq rəngli uzun palto vardır. Həmin qadınlar görüntüdə göründüyü andan, təxminən 50-55 addım yeridikdən sonra, yəni görüntünün 34-cü saniyəsində onların hərəkətdə olduğu istiqamətlə və onların ardınca iki nəfər kişi cinsli şəxslərin birlikdə piyada şəkildə hərəkət etdiyi məlum olur. Həmin şəxslərdən birinin əynində uzun palto və başında papaq vardır. Digəri başıaçıq, əyində isə gödəkçə vardır. Onlar bir-biriləri ilə nə isə danışa-danışa hərəkət edirlər. Görüntünün 1 dəqiqə 15-ci saniyəsində yolun döngəli olması və videomüşahidə kamerasının görünüş dairəsi ilə əlaqədar olaraq qeyd edilən iki nəfər qadın görüntüdən itirlər. Buna baxmayaraq onların ardınca piyada hərəkətdə olan iki nəfər kişi cinsli həmin şəxslər hərəkətlərini davam etdirib görüntünün 01 dəqiqə 20 saniyəsindən etibarən yolu qarşı tərəfə keçib hərəkətlərini eyni istiqamətdə davam etdirirlər. Görüntü isə 01 dəqiqə 40 saniyədə başa çatır. Bundan sonra DVD diskdə olan ikinci faylda xx.xx.2020-ci il tarixdə, saat 22:09:20 dəqiqədə başlayan, 22:10:47 dəqiqədə başa çatan görüntü vardır. Həmin görüntüdə əks edilən yer avtomobil yoludur. Həmin yolda avtomobillərin hərəkəti birtərəfli istiqamətdə təşkil edilmişdir. Avtomobil yolunun sağ tərəfində yaşayış binaları, sol tərəfində isə istirahət parkı yerləşir. Görüntünün ilk saniyələrindən başlayaraq iki nəfər kişi cinsli şəxsin parkın içərisindən çıxaraq qaçmaqla yolu qarşı tərəfə, yəni yaşayış binaları istiqamətində keçmələri və həmin yaşayış binalarının arasına girib görüntüdən itmələri məlum olur. Belə ki, həmin şəxslərdən öndə qaçanının əynində uzun palto var. Ondan bir neçə metr geridə qaçan şəxsin əynində isə gödəkçə vardır. Görüntünün 32-ci saniyəsində daha bir nəfər kişi cinsli şəxsin nisbətən asta templə qaçaraq qeyd edilən yaşayış binalarının arasına daxil olması, görüntünün 56-cı saniyəsində daha bir nəfər kişi cinsli şəxsin həmin istiqamətdə nisbətən asta templə qaçması, onun ardınca, görüntünün 1 dəqiqə 02 saniyəsində isə bir nəfər qadın cinsli şəxsin qaçaraq həmin istiqamətdə getməsi məlum olur. Cinayət işi materiallarına əlavə edilmiş digər DVD diskə baxış keçirilərkən müəyyən olunur ki, görüntüdə əks edilən yer oyun klubunda olan otaqlardan biridir. Görüntünün 1 dəqiqə 10-cu saniyəsində başında idman papağı, əynində tünd rəngli gödəkçə, əlində isə mobil telefon olan şəxs həmin otağa daxil olub bir qədər əyləşir və görüntünün 01 dəqiqə 50-ci saniyəsində oradan qalxıb gedir. Sonradan həmin şəxs geri qayıdıb əyləşir və ətrafa nəzarət etdikdən sonra görüntünün 05:00 dəqiqəsində oyun konsolunu elektrik naqilindən ayırır və yenidən otaqdan çıxıb gedir. Görüntünün 05:55 dəqiqəsində həmin şəxs bir daha qeyd edilən otağa geri qayıdıb həmin oyun konsolunu götürərək əynində olan gödəkçənin iç tərəfində gizlətməklə otaqdan çıxıb gedir. İş materiallarına əlavə edilmiş kompleks məhkəmə-əmtəəşünaslıq və fiziki-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/51-9/123 saylı rəyinə əsasən, 1 ədəd sarı rəngli metaldan boyunbağı- üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 49.57 qramdır. 1 ədəd sarı rəngli metaldan məmulat hissəsi-metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 0.20 qramdır, qırıntı hesab olunur. Təqdim olunan boyunbağı və məmulat hissəsi əyarlarına görə eynilik təşkil edir. Ekspertiza tədqiqatına təqdim olunan məmulatların 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri, təxminən 2.982.0 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 109,50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020ci il tarixli, 9/730 saylı rəyindən görünür ki, 1 ədəd “X6 4” 500 gb yaddaşlı oyun konsolunun 5 gün müddətində istifadə olunması nəzərə alınmaqla, 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti, nəzəri olaraq təxminən 550.00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan məlum olur ki, istintaq zaman şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmişdir. İstintaq hərərəkətinin icrası zamanı Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətin üsul və mexanizminin baş vermiş cinayət hadisəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. İstintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan məlum olur ki, istintaq zaman şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmişdir. İstintaq hərərəkətinin icrası zamanı Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin üsul və mexanizminin baş vermiş cinayət hadisəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. İstintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Üzləşdirmə haqqında protokoldan məlum olur ki, şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərinin iştirakı ilə üzləşdirilmiş bu zaman Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları deyərək zərərçəkmiş şəxsin boynunda olan boyunbağını qoparmaq barədə əvvəldən razılaşdıqlarını və boyunbağını özünün qoparacağını Surxayın isə ətrafa nəzarət etmək üçün dayanıb gözləməyi boynuna götürdüyünü, boyunbağını götürüb qaçdıqdan sonra isə Surxayın ona istiqamət göstərərək qaçmasına kömək etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokollardan görünür ki, şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə ayrı-ayrılıqda müdafiəçilərinin iştirakı ilə Gəncə şəhər Baş Polis İdarəsinin “Təhlükəsiz şəhər” xidmətindən götürülmüş videogörüntülərin olduğu DVD diskə baxış keçirilmiş, baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bildirmişdir ki, görüntünün ilk saniyəsində qaçan iki nəfər şəxslərdən biri o, digəri, yəni arxası ilə qaçan isə dostu Surxaydır. Belə ki, o, bildirdi ki, hadisə vaxtı qızıl boyunbağını ələ keçirib parkın içərisində qaçarkən dostu Surxay onu səsləyib qaçmaq üçün istiqamət göstərmiş, o da həmin istiqamətlə qaçmışdır. Qaçarkən iti sürətlə qaça bildiyi üçün Surxayı ötüb keçmiş, Surxay da onun ardınca qaçmışdır. Onlar yolu keçib həmin yaşayış binalarının arasına girib orada binanın ikinci dəhlizinə daxil olmuşlar. Həmin dəhlizdə Surxay binanın beşinci mərtəbəsinə, oradan isə dama çıxmağı təklif etdiyi üçün onlar binanın damına çıxıb orada bir qədər gözləmiş, sonradan isə binadan çıxıb getmişlər. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, görüntüdə olan iki nəfər kişi cinsli şəxslərdən birinin onun özü, digərinin isə tanışı Təqsirləndirilən şəxs1 olmasını, görüntüdə olan həmin iki nəfər qadınları tanıdıqlarını bildirmişdir. Belə ki, hadisə vaxtı o və dostu Əyyub məhz həmin qadınların ardınca düşüb onları izləyərək onlardan əynində uzun palto olanının boynundakı qızıl boyunbağını ələ keçirmək niyyətində olmuşlar. Belə ki, Əyyub görüntüdə başında idman papağı, əynində isə uzun palto olan şəxsdir. Əyyubun yanında hərəkət edən və əynində gödəkçə olan şəxs isə onun özüdür. Onlar həmin vaxt öz aralarında danışıb qadının boynundakı qızıl boyunbağını ələ keçirməyin yollarını müzakirə edir və bunun üçün əlverişli şərait axtarırmışlar. Belə ki, o, bildirdi ki, Əyyub hadisə vaxtı qızıl boyunbağını ələ keçirib parkın içərisində qaçarkən o, Əyyubu səsləyib qaçmaq üçün istiqamət göstərmiş, Əyyub da həmin istiqamətlə qaçmışdır. Qaçarkən Əyyub iti sürətlə qaça bildiyi üçün onu ötüb keçmiş, o da Əyyubun ardınca qaçmışdır. Onlar yolu keçib həmin yaşayış binalarının arasına girib orada binanın ikinci dəhlizinə daxil olmuşlar. Həmin dəhlizdə o, binanın beşinci mərtəbəsinə, oradan isə dama çıxmağı təklif etdiyi üçün onlar binanın damına çıxıb orada bir qədər gözləmiş, sonradan isə binadan çıxıb getmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri arasındakı ziddiyyətlərə qiymət verəərk qeyd edir ki, təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadələr işin halları ilə uyğun gəlmir və daxilən ziddiyyətli olmaqla təqsirləndirilən şəxslərin məsuliyyətdən yayınmağa cəhdi kimi qiymətləndirilməlidir. Belə ki, təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadələrinin məzmunu hazırkı cinayət əməlinin təkbaşına Təqsirləndirilən şəxs1 tərəfindən planlaşdırılıb icra edildiyi, Təqsirləndirilən şəxs2 isə Əyyubun cinayət törətmək planından və törətdiyi cinayətdən xəbərsiz olaraq sadəcə hadisə vaxtı onun yanında olmasından ibarətdir. Lakin bu ifadələr onların hadisədən əvvəlki və sonrakı davranışları ilə uzlaşmır və ağlabatan məntiqi mühakiməyə zidd olmaqla hadisəni aşkar surətdə təhrif edir. Belə ki, təqsirləndirilən şəxslər Gəncə şəhərinə gəlmək üçün yol pullarının olmadığı, buna görə də Surxaya məxsus olan mobil telefonu sataraq özlərinə yol pulu düzəltdiklərini bildirmişlər. Həmin vaxt Əyyubda qızıl boyunbağı olsa da Əyyubun həmin boyunbağını o vaxt yox, Bərdə şəhərinə qayıtdıqdan sonra satmaq fikrinə düşməsi, Əyyub Bərdə şəhərinə qayıdarkən yolda Surxaya həmin boyunbağını göstərib özünə məxsus olduğunu bildirməsi, buna baxmayaraq Surxayın Əyyubdan həmin boyunbağını nə vaxt və haradan əldə etdiyini soruşmadığını bildirmişlər. Halbuki, təqsirləndirilən şəxslər Gəncə şəhərində bütün gün birlikdə olduqlarından və Əyyubun Gəncə şəhəri ilə hər hansı əlaqəsi olmadığından Əyyubun həmin boyunbağını Gəncə şəhərində qanuni yollarla əldə etməsi istisna olunurdu. Surxayın bu zaman ən azı Əyyubdan həmin boyunbağının Bərdə şəhərində də özündə olub-olmamasını soruşması, onun mobil telefonu əvəzinə həmin boyunbağını satmalarının daha düzgün olacağını bildirməsi gözəniləndir. Buna baxmayaraq Surxay məhkəmədə verdiyi ifadəsinə görə bu vəziyyəti adi qəbul edərək Əyyubdan heç nə soruşmamışdır. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxslər boyunbağını satıb əldə etdikləri pulla Surxaya başqa mobil telefon almışlar. Bundan başqa təqsirləndirilən şəxslərin Gəncə şəhərini tanımadıqları halda gəzinti üçün münasib olmayan avtomobil yolları ilə piyada uzun məsafə qət etmələri, bu zaman Əyyub zərərçəkmiş şəxsi izlədiyi halda Surxayın haraya və nə məqsədlə getmələrini soruşmaması, daha sonra isə Əyyub ondan gözləməsini istəyib binaların arasına daxil olduqda Əyyubun Gəncə şəhərində tanıdığı şəxsin və ya yerin olmamasına baxmayaraq Surxayın ondan haraya getdiyini soruşmaması da adi davranış tərzinə uyğun deyildir. Digər tərəfdən Əyyubun qaçaraq gəldikdən sonra onların birlikdə binanın damına çıxıb orada gizlənmələri, buna baxmayaraq Surxayın Əyyubdan niyə qaçdığını, onların kimdən və nəyə görə gizləndiklərini cinayət hadisəsinin üstü açılana qədər soruşmaması da ağlabatan mühakiməyə ziddir. Təqsirləndirilən şəxslərə məhkəmə iclasında bu barədə suallar verildikdə onlar bu davranışlarını hər hansı formada əsaslandıra bilməmişdir. Təqsirləndirilən şəxslər ibtidai istintaqda məhkəmə istintaqından fərqli ifadə vermələrinin səbəbinin müstəntiqin bu cür ifadə verdikləri təqdirdə onlara kömək edəcəyini və sərbəst qalacaqlarını bildirməsinin olduğunu, lakin onlara hər hansı fiziki və psixi təzyiq olmadığını bildirmişlər. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxslər şübhəli şəxs qismində tutulduqları andan müdafiəçi ilə təmin olunmuş və onların bütün ifadələri müdafiəçilərinin iştirakı ilə alınmışdır. Eyni zamanda onların ifadələri yerində yoxlanılan zaman hadisənin baş vermə şəklini və mexanizmini ətraflı izah edib əyani surətdə yerində təsdiq etmişlər. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə üzləşdirilərkən cinayət əməli ilə bağlı planı birgə qurduqlarını və hər birinin rolunun qabaqcadan müəyyən edildiyini Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində soyğunçuluq cinayətini birgə törətdiklərini etiraf etmişdir. Məhkəmə təqsirəndirilən şəxslərin ifadələrinin müqayisəli təhlilinə və iş materialları ilə həmin ifadələrin qarşılıqlı əlaqəsinə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri hadisənin baş vermə mexanizmi, təqsirləndirilən şəxslərin həmin cinayət əməlinin törədilməsində iştirakı və rolu barədə tam dolğun təsəvvür yaratmaqla iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapır. Təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələr isə hadisənin baş vermə mexanizmi, təqsirləndirilən şəxslərin cinayət əməlindəki iştirakı və rolu barədə təhrif olunmuş görüntü yaratmaqla ağlabatan mühakiməyə uyğun gəlmir və iş materiallarındakı sübutlarla təkzib olunur. Hadisənin bu cür təsviri hər iki təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə əhəmiyyətli dərəcədə təsir etdiyindən məhkəmə onların məhkəmə istintaqında verdikləri ifadələrini cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmağa yönəlmiş ifadələr kimi qəbul edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.1, 180.2.1 və 180.2.2-ci maddələrində, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 180.2.1ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxslərə isnad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə onlara isnad olunmuş maddələrin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.1, 180.2.1 və 180.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinməli və onlara təqsirli bilindikləri maddələrin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəza verilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Resublikası DİN BƏSİİ-dən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvələr məhkum olunmamışlar. Cinayət işinin materiallarına əlavə olunmuş, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs ona vurulmuş maddi və mənəvi ziyanın tam olaraq dənildiyini, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın tam olaraq dənildiyini, Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş AZ-İV 100189 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş X1 atası Təqsirləndirilən şəxs1dur. Hər iki təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurulmuş ziyanı ödəməsi və onlarla barışıq əldə etməsi, himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-in 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs1 vurulmuş ziyanı ödəməsi və onunla barışıq əldə etməsi Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə hər bir təqsirləndirilən şəxsə münasibətdə onların şəxsiyyətini səciyyələndirən halları, törətdikləri cinayət əməllərinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Təqsirləndirilən şəxs2 törətdiyi soyğunçuluq və Təqsirləndirilən şəxs1 törətdiyi oğurluq və soyuğunçuluqdan ibarət talama cinayətlərinin xarakterini, həmin əməllərə görə cəzalarını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.1, 180.2.1 və 180.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs1 müxtəlif vaxtlarda iki talama cinayəti törətmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə və həmin Məcəllənin 180.2.1, 180.2.2-ci maddələri ilə ayrılıqda cəzalar təyin edilməli, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən isə təyin edilmiş cəzalardan az ciddi cəza daha ciddi cəza ilə əhatə edilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin törətdikləri əmələ münasibətlərini və işin hallarını nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxslərin barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsi üçün və eyni zamnda cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar yoxdur. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 barəsində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmiş, xx xxx 2020-ci il tarixdə il tarixdə həbsdə saxlanılma müddəti xx xxxx 2020-ci il tarixədək uzadılmış, Təqsirləndirilən şəxs2 barəsində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmiş, xx xxx 2020-ci il tarixdə həbsdə saxlanılma müddəti xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Məhkəmənin hazırlıq iclasının qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmiş saxlanılmışdır. Buna görə də təqsirləndirilən şəxslərin həbsdə saxlanıldığı müddət onların cəzaçəkmə müddətinə daxil edilməklər hər iki təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut - Zərərçəkmiş şəxs1 məxsus bir ədəd qızıl boyunbağının qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. İşdə mülki iddia və Azərbaycan Respublikası CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni də müzakirə edərək belə qərara gəlir ki, iş üzrə kompleks məhkəmə-əmtəəşünaslıq və fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri olan 109,50 manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat pul isə Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 göstərdiyi 38 saat hüquqi yardıma görə hər saat üçün 6 manat olmaqla 228 manat pul, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 göstərdiyi 41 saat hüquqi yardıma görə hər saat üçün 6 manat olmaqla 246 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə təyin edilmiş cəza ilə əhatə edilməklə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 ibtidai istinaq və məhkəmə zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 ibtidai istinaq və məhkəmə zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – bir ədəd qızıl boyunbağının qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Kompleks məhkəmə-fiziki və əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 109,50 (yüz doqquz tam, yüzdə əlli) manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat pul isə Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. Məhkəmədə Təqsirləndirilən şəxs1 göstərdiyi 38 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına hər saat üçün 6 manat olmaqla 228 (iki yüz iyirmi səkkiz) manat pul Müdafiəçi2; Təqsirləndirilən şəxs2 göstərdiyi 41 saat hüquqi yardıma görə 246 (iki yüz qırx altı) manat pul Müdafiəçi1 Hümət oğluna ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxslər tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-11/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-11/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver