Məhkəmə qərarları › İş №1(043)-11/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-11/2022

14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-11/2022 14.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X7 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1974-cü ildə Gəncə şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, T.Arani küçəsi 1-ci döngə, ev 7, mənzil 28-də eydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq, yəni ümumi təmiz çəkisi 0.08 qram olan 2 (iki) ədəd narkotik vasitə olan, üzərində “M 40” sözləri yazılmış narkotik tərkibli “Metadon” həblərini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, Gəncə şəhəri Kəpəz RPİ-nin əməkdaşlarının keçirdikləri əmliyyat-axtarış tədbirləri nəticəsində 06 yanvar 2021ci il tarixdə, saat 20:45-də radələrində yaşadığı Gəncə şəhəri F.Əmirov küçəsində yerləşən 34 saylı binanın qarşısında saxlanılaraq Gəncə şəhəri, Kəpəz rayonu H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-nin inzibati binasına dəvət olunub üzərinə baxış keçirilərkən onun əynindəki qara rəngli gödəkçənin sol iç yan cibindən həmin ümumi təmiz çəkisi 0.08 qram olan 2 ədəd üzərində M-40 sözləri yazılmış narkotik tərkibli “Metadon” həbləri aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Tanrıverdi oğlu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 06 yanvar 2021-ci il tarixdə, saat 14 radələrində yaşadığı ünvana təxminən 1 ay əvvəl çay evində tanış olduğu Yusif adlı şəxs gəlmiş, birlikdə narkotik vasitə olan heroini bişirib sonuncuya və özünə vurmuş, metamfetaminin isə bir hissəsini çəkmiş və qalan hissəsini yaşadığı evdə stolun üzərinə qoymuşdur. O və Yusif haradansa narkotik vasitə əldə edəndə bir yerə yığılıb narkotik vasitədən birgə qəbul edirlər, onlar heç vaxt bir-birlərinə nakotik vasitə satmamışlar. Bir müddət sonra Yusif yaşadığı evdən çıxıb getmiş, o, isə yaşadığı binanın qarşısında olan zaman polis əməkdaşları yaxınlaşıb ona özlərini təqdim etmiş və qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli oluğunu bildirərək onu Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin İnzibati binasına aparmışlar. Orada üzərinə baxış keçirlən zamanı əynindəki gödəkçənin cibindən 2 ədəd M40 metadon həbləri aşkar olunaraq götürülmüşdür. Bundan sonra evinə baxış keçirilməsi zərurəti yarandığını ona bildirəndə o, buna etiraz etməmiş və evinə baxış keçirilməsinə razı olmağı barədə ərizə yazmışdır. Bundan sonra yaşadığı ünvana baxış keçirilən zamanı stolun üzərində olan metamfetamin, yataq otağında heroin bişirdiyi 7 ədəd ampulalar və 1 ədəd şpris aşkar olunaraq aşkar olunmuş, psixotrop maddə olan metamfetamin və həmin əşyalar qablaşdırılaraq götürülmüşdür. 08 mart 2021-ci il tarixdə, saat 01-02 radələrində yaşadığı Gəncə şəhəri Dədə Qorqud küçəsi 50-ci binanın qarşısında Paşa adlı şəxslə görüşmüş, o, Paşaya 60 manat pul verib sonuncudan xırda bir bükümdə şəxsi istehlak miqdarından az miqdarda narkotik vasitə heroin almışdır. O, daha sonra yaşadığı binanın zirzəmisində narkotik vasitə heroinin bir hissəsini iynə ilə damarına vurmaq yolu ilə qəbul etmiş, digər hissəsini isə üzərində saxlamışdır. 08 mart 2021-ci il tarixdə, saat 11 radələrində yaşadığı binanın qarşısında mülki geyimdə olan şəxs ona yaxınlaşırıq özünü polis əməkdaşı kimi təqdim etmiş, adını sonradan bildiyi Rəşad adlı şəxs Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CMnin 234.2-ci maddsi ilə axtarışda olduğunu, üzərində, o cümlədən də yaşadığı evdə narkotik vasitələr gəzdirməkdə və saxlamaqda şübhəli olduğunu bildirərək onu Kəpəz RPİnin inzibati binasına aparmışdır. Kəpəz RPİ-nin inzibati otaqlardan birində polis əməkdaşları tərəfindən o, döyülmüş, Rəşad adlı polis əməkdaşı isə onun sol yan cibinə iki bükümdə narkotik vasitə heroin qoymuşdur. O, döyüldüyü üçün qorxmuş və narkotik vasitə heroinin üzərindən çıxmağını deyəcəyini bildirmişdir. Daha sonra vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə video çəkiliş aparılaraq onun üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 2 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Onun üzərindən 08 mart 2021-ci il tarixdə aşkar edilmiş narkotik vasitəyə aidiyyəti yoxdur, üzərindən aşkar olunmuş narkotik vasitə heroin isə onun üzərinə Rəşad adlı polis əməkdaşı və sonuncunun rəisi Şahin adlı polis əməkdaşı tərəfindən qoyulmuşdur. Birinci epizod üzrə, yəni 06 yanvar 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin inzibati binasına aparılıb üzərinə baxış keçirilən vaxt ona qarşı polis əməkdaşları tərəfindən heç bir psixi, fiziki təsir göstərilməmiş, işgəncəyə məruz qalmamışdır. Lakin digər xüsusat üzrə, yəni 08 mart 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı binanın qarşısında saxlanılaraq Kəpəz rayon Polis İdarəsinin inzibati binasına aparıldıqdan sonra polis əməkdaşları onu döymüş, Rəşad adlı polis əməkdaşı onun sol yan cibinə iki bükümdə narkotik vasitə olan heroin qoymuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-in əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. X9 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslərlə hər hansı bir münasibəti olmamışdır. 06 yanvar 2021-ci il tarixdə Gəncə şəhəri N.Nərimanov prospekti ev 22/31, mənzil 51-də yaşayan X4 mütəmadi olaraq narkotik vasitələr qəbul etməsi, əksər vaxtlarda üzərində nakotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şahid1 rəhbərliyi altında o və Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid4 ibarət əməliyyat-axtarış qrupu yaranmışdır. Əməliyyat məlumatına əsasən Yusif Şükürovun adətən Gəncə şəhəri D.Qorqud küçəsində yerləşən «Metallurq» stadionunun yaxınlığında olması məlum olmuşdur. Bundan sonra həmin gün, saat 16:30 radələrində adlarını yuxarıda qeyd etdiyi Cinayət Axtarış Şöbəsinin əməkdaşları ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X19 şəhəri D.Qorqud küçəsində yerləşən «Metallurq» stadionunun yaxınlığında müəyyən edib sonuncuya yaxınlaşmışlar. X20 yaxınlaşıb özlərini təqdim etmişlər, qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda, gəzdirməkdə şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə X19 şəhər Kəpəz Rayon Polis İdarəsinin inzibati binasına aparmışlar. Yusif Şükürovun üzərinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nicat Məmmədova tapşırılmışdır. Yusif Şükürovun üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Cəfər Hacıyev adlı müdafiəçi Polis İdarəsinə dəvət olunub Yusif Şükürova təqdim edilmişdir. Bundan sonra müdafiəçinin və onların iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Yusif Şükürovun üzərinə baxış keçirilən zamanı sonuncunun əynindəki qırmızı rəngli gödəkçənin sol iç yan cibindən siqaret qutusunun içərisində açıq şəkildə, kəskin iyli, ilk baxışdan narkotik vasitə olan qurudulmuş “marixuanaya” oxşar kütlə, bir ədəd siqaret falqasına bükülmüş narkotik tərkibli “metamfetamin”ə bənzər kütlə, bir ədəd siqaret falqasına bükülmüş halda ilk baxışdan narkotik vasitə “heroin”ə bənzər kütlə, boş ampula aşkar olunaraq götürülmüşdür. Bundan başqa Yusif Şükürovun əynindəki qara rəngli cins şalvarının sağ ön cibindən boş şpiris, şalvarının arxa sağ cibindən bir ədəd falqaya bükülmüş ilk baxışdan narkotik vasitə “heroin”ə bənzər kütlə və bir ədəd falqaya bükülmüş narkotik tərkibli “metamfetamin”ə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Yusif Şükürovun üzərindən aşkar olunmuş narkotik maddələr aptek tərəzisində çəkilmiş, gödəkçənin sol iç cibindən götürülmüş ilk baxışdan narkotik vasitə olan qurudulmuş “marixuanaya” oxşar kütlə siqaret qutusu ilə birgə çəkilərək 7,64 qram, narkotik vasitə “heroin”ə bənzər kütlənin çəkisi falqa ilə birlikdə 3,00 qram, “metamfetamin”ə bənzər bir bükümdə olan kütlənin çəkisi falqa ilə birlikdə 0,56 qram, Yusif Şükürovun əynindəki şalvarının arxa sağ cibindən götürülmüş narkotik vasitə “heroin”ə bənzər kütlənin çəkisi falqa ilə birlikdə 0,08 qram, “metamfetamin”ə bənzər kütlənin çəkisi falqa ilə birlikdə 0,06 qram olması müəyyən edilmiş, həmin kütlələr aşkar olunduğu bükümlərdə qablaşdırılmış, DİN-in 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Yusif Şükürov üzərindən aşkar olunmuş kütlələrin narkotik vasitə marixuana, metamfetamin, heroin olduğunu, həmin maddələrin hamısını 06 yanvar 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtdan təxminən bir saat əvvəl Gəncə şəhəri F.Əmirov küçəsində yaşayan İlham adlı şəxsdən aldığını, özü qəbul etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu Yusif Şükürovla yanaşı o və baxış zamanı iştirak edən digər şəxslər imzalamışlar, Yusif Şükürovun üzərindən aşkar olunmuş kütlələrin narkotik vasitə olub-olmaması, dəqiq çəkiləri barədə rəy alınması üçün həmin kütlələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin X16 göndərilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Yusif Şükürova narkotik vasitələri vermiş şəxsin Gəncə şəhəri F.Əmirov küçəsində yaşayan tlham adlı şəxsin Gəncə şəhəri T.Arani küçəsi döngə 1, ev 7, mənzil 28- də qeydiyyatda olmaqla ünvan 4-də kirayədə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra onun tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuş, Şahid1 rəhbərliyi altında mən və Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkilləri Şahid4 ibarət əməliyyat-axtarış qrupu yaranmışdır. Əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs adətən yaşadığı Gəncə şəhəri F.Əmirov küçəsində yerləşən 34 saylı binanın yaxınlığında olması, narkotik vasitələrin satışı ilə məşğul olması və əksər vaxtlar üzərində narkotk vasitə saxlaması, gəzdirməsi məlum olmuşdur. Bundan sonra həmin gün, saat 20:45 radələrində adlarını yuxarıda qeyd etdiyi Cinayət Axtarış Şöbəsinin əməkdaşları ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri F.Əmirov küçəsində yerləşən 34 saylı binanın qarşısında müəyyən edib sonuncuya yaxınlaşmışlar. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda, gəzdirməkdə, narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə sonuncunu Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nicat Məmmədova tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Yusif Hüseynov adlı müdafiəçi Polis İdarəsinə dəvət olunub Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra müdafiəçinin və onların iştirakı ilə video çəkilişdən istifadə olunmaqla gecə vaxtı otaq işıqlandırılması şəraitində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı sonuncunun əynindəki qara rəngli gödəkçənin sol iç yan cibindən 2 ədəd üzərində M-40 sözləri yazılmış narkotik tərkibli metadon həbləri aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 2 ədəd M-40 metadon həbləri qablaşdırılmış, DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd üzərində M-40 sözləri yazılmış narkotik tərkibli metadon həblərini Yusif Şükürovdan aldığını bildirmişdir. Təqsirləndirilən şəxs heç vaxt Yusif Şükürova narkotik vasitə satmadığını, sonuncunun şər atdığını bildirmişdir. Bundan sonra baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu Təqsirləndirilən şəxsla yanaşı o və baxış zamanı iştirak edən digər şəxslər imzalamış, eyni zamanda baxış keçirilən zamanı çəkilmiş fotoşəkillər protokola əlavə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd üzərində M-40 sözləri yazılmış həblərin narkotik vasitə olub-olmaması, dəqiq çəkiləri barədə rəy alınması üçün həmin həblər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin X16 göndərilmişdir. Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 4 ünvana baxış keçirilməsi zərurəti yarandığı üçün Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə yazdıqdan sonra müdafiəçi Yusif Hüseynov və polis əməkdaşlarının iştirakı ilə Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nicat Məmmədovla birlikdə Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 4 ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı iki otaqdan ibarət mənzilə baxış keçirilən zamanı qonaq otağında stolun üzərində falqaya bükülmüş ilk baxışdan narkotik vasiə olan “metamfetamin”ə bənzər kütlə, pəncərənin qarşısındakı qabın içərisindən bir ədəd boş şpiris və bir ədəd başı qırılmış ampula, televizorun altında olan qabdan 6 ədəd başı qırılmış ampulalar aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş “metamfetamin”ə bənzər kütlə elektron tərəzidə çəkilmiş və falqa ilə birlikdə çəkisi 0,62 qram müəyyən edilmiş, həmin kütlə, başları qırılmış 7 ədəd ampulalar və bir ədəd boş şpiris qablaşdırılmış, DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş kütlənin narkotik vasitə metamfetamin olduğunu, həmin maddəni özü istifadə etmək məqsədilə Yusif Şükürovdan aldığını, ampulalarda isə heroin bişirdiyini bildirmişdir. Bundan sonra baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu Təqsirləndirilən şəxsla yanaşı o və baxış zamanı iştirak edən digər şəxslər imzalamışlar, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş kütlənin narkotik vasitə olub-olmaması, dəqiq çəkisi, o cümlədən şüşə qablarda narkotik vasitələrin izlərinin olubolmaması barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin X16 göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-in əməliyyat müvəkkili Şahid4 Şahid3 ilə eyni məzmunda ifadə verərək onun ifadəsində dediklərini təsdiqləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-in əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı bir münasibəti olmamışdır. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə axtarışda olan Gəncə şəhəri T.Arani küçəsi döngə 1, ev 7, mənzil 28-də qeydiyyatda olmaqla müvəqqəti olaraq ünvan 5 ünvanda kirayədə yaşayan Təqsirləndirilən şəxs olduğu yer barədə, o cümlədən Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələr qəbul etməsi, əldə edib üzərində və yaşadığı evdə nakotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, Şöbənin baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs kirayə yaşadığı Gəncə şəhəri D.Qorqud küçəsində yerləşən 50 saylı binanın qarşısında müəyyən edib sonuncuya yaxınlaşmışlar. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra Kəpəz rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə axtarışda olduğunu, o cümlədən qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda, gəzdirməkdə şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Şəmil Rzayevə tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə snuncunun öz istəyi əsasında müdafiəçi qismində X1 İdarəsinə dəvət olunub Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı sonuncunun əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaret qutusu, bir ədəd işıq sayğacına məxsus kart, bir ədəd alışqan, 2 ədəd sellofana və kağıza bükülmüş bükülü aşkar olunmuşdur. Həmin bükülülər açılaraq içərisinə baxış keçirilən zamanı bükülülərin içərisində tünd qəhvəyi rəngli, toz halında ilk görünüşdən narkotik vasitə olan “heroin”ə bənzər kütlənin olması aşkar olunmuş, həmin kütlələr tərəzidə çəkilmiş, sellofana bükülmüş bükülü 0,57 qram, kağıza bükülmüş bükülü isə 0,14 qram gəlmişdir. Bundan sonra şəxsi axtarış aparılan zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən X12 məxsus şəxsiyyt vəsiqəsi, şalvarının sağ yan cibindən bir ədəd 10 manatlıq, iki ədəd 1 manatlıq əskinaslar olmaqla cəmi 12 manat aşkar olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən aşkar olunub götürülmüş içərisində narkotik vasitə «heroin» olan iki ədəd bükümlər zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş iki ədəd bükümdə olan kütlələrin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitələri 08 mart 2021-ci il tarixdə, saat 09:30 radələrində yaşadığı Gəncə şəhəri Dədə Qorqud küçəsində yerləşən 50 saylı binanın qarşısında həmin binada yaşayan Paşa adlı şəxsdən 40 manat ödəyərək aldığını, özü istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitəni satmaq fikrində olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin narkotik vasitə olub- olmaması, dəqiq çəkiləri barədə rəy alınması üçün həmin kütlələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin X16 göndərilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 5 ünvana baxış keçirilməsinə etirazı olmaması barədə ərizə yazdıqdan sonra Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi Ruslan İsrafılli ilə birlikdə Gəncə şəhər Kəpəz RPİ-də təhqiqatçı, polis kapitanı X10 tərəfindən mənzilə baxış keçirilməsindən ötrü Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 5 ünvana getmişlər, Təqsirləndirilən şəxs kirayə yaşadığı həmin mənzilin qapısı döyülsə də qapını açan olmamış, Təqsirləndirilən şəxs həyat yoldaşı X2 Bakı şəhərinə getdiyini və qapını açmaq üçün isə özündə açar olmadığını bildirmiş, bu səbəbdən də Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 5 ünvana baxış keçirtmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs Kəpəz RPİ- nə gətirildikdən sonra heç bir polis əməkdaşı tərəfindən nə döyülməmiş, nə də üzərinə narkotik vasitə olan heroin qoyulmamışdır, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün o formada ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, əvvəllər Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. X9 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslərlə hər hansı bir münasibəti olmamışdır. 06 yanvar 2021-ci il tarixdə Gəncə şəhəri N.Nərimanov prospekti ev 22/31, mənzil 51-də yaşayan X4 mütəmadi olaraq narkotik vasitələr qəbul etməsi, əksər vaxtlarda üzərində nakotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş, onun rəhbərliyi altında Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 ibarət əməliyyat-axtarış qrupu yaranmışdır. Əməliyyat məlumatına əsasən Yusif Şükürovun adətən Gəncə şəhəri D.Qorqud küçəsində yerləşən «Metallurq» stadionunun yaxınlığında olması məlum olmuşdur. Bundan sonra həmin gün, saat 16:30 radələrində adlarını yuxarıda qeyd etdiyi Cinayət Axtarış Şöbəsinin əməkdaşları ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X19 şəhəri D.Qorqud küçəsində yerləşən «Metallurq» stadionunun yaxınlığında müəyyən edib sonuncuya yaxınlaşmışlar. X20 yaxınlaşıb özlərini təqdim etmişlər, qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda, gəzdirməkdə şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə X19 şəhər Kəpəz Rayon Polis İdarəsinin inzibati binasına aparmışlar. Yusif Şükürovun üzərinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nicat Məmmədova tapşırılmışdır. Yusif Şükürovun üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Cəfər Hacıyev adlı müdafiəçi Polis İdarəsinə dəvət olunub Yusif Şükürova təqdim edilmişdir. Bundan sonra müdafiəçinin və onların iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Yusif Şükürovun üzərinə baxış keçirilən zamanı sonuncunun əynindəki qırmızı rəngli gödəkçənin sol iç yan cibindən siqaret qutusunun içərisində açıq şəkildə, kəskin iyli, ilk baxışdan narkotik vasitə olan qurudulmuş “marixuanaya” oxşar kütlə, bir ədəd siqaret falqasına bükülmüş narkotik tərkibli “metamfetamin”ə bənzər kütlə, bir ədəd siqaret falqasına bükülmüş halda ilk baxışdan narkotik vasitə “heroin”ə bənzər kütlə, boş ampula aşkar olunaraq götürülmüşdür. Bundan başqa Yusif Şükürovun əynindəki qara rəngli cins şalvarının sağ ön cibindən boş şpiris, şalvarının arxa sağ cibindən bir ədəd falqaya bükülmüş ilk baxışdan narkotik vasitə “heroin”ə bənzər kütlə və bir ədəd falqaya bükülmüş narkotik tərkibli “metamfetamin”ə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Yusif Şükürovun üzərindən aşkar olunmuş narkotik maddələr aptek tərəzisində çəkilmiş, gödəkçənin sol iç cibindən götürülmüş ilk baxışdan narkotik vasitə olan qurudulmuş “marixuanaya” oxşar kütlə siqaret qutusu ilə birgə çəkilərək 7,64 qram, narkotik vasitə “heroin”ə bənzər kütlənin çəkisi falqa ilə birlikdə 3,00 qram, “metamfetamin”ə bənzər bir bükümdə olan kütlənin çəkisi falqa ilə birlikdə 0,56 qram, Yusif Şükürovun əynindəki şalvarının arxa sağ cibindən götürülmüş narkotik vasitə “heroin”ə bənzər kütlənin çəkisi falqa ilə birlikdə 0,08 qram, “metamfetamin”ə bənzər kütlənin çəkisi falqa ilə birlikdə 0,06 qram olması müəyyən edilmiş, həmin kütlələr aşkar olunduğu bükümlərdə qablaşdırılmış, DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Yusif Şükürov üzərindən aşkar olunmuş kütlələrin narkotik vasitə marixuana, metamfetamin, heroin olduğunu, həmin maddələrin hamısını 06 yanvar 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtdan təxminən bir saat əvvəl Gəncə şəhəri F.Əmirov küçəsində yaşayan İlham adlı şəxsdən aldığını, özü qəbul etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu Yusif Şükürovla yanaşı o və baxış zamanı iştirak edən digər şəxslər imzalamışlar, Yusif Şükürovun üzərindən aşkar olunmuş kütlələrin narkotik vasitə olub-olmaması, dəqiq çəkiləri barədə rəy alınması üçün həmin kütlələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin X16 göndərilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Yusif Şükürova narkotik vasitələri satan Gəncə şəhəri F.Əmirov küçəsində yaşayan tlham adlı şəxsin Gəncə şəhəri T.Arani küçəsi döngə 1, ev 7, mənzil 28- də qeydiyyatda olmaqla ünvan 4-də kirayədə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra onun tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuş, onun rəhbərliyi altında Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 ibarət əməliyyat-axtarış qrupu yaranmışdır. Əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs adətən yaşadığı Gəncə şəhəri F.Əmirov küçəsində yerləşən 34 saylı binanın yaxınlığında olması, narkotik vasitələrin satışı ilə məşğul olması və əksər vaxtlar üzərində narkotk vasitə saxlaması, gəzdirməsi məlum olmuşdur. Bundan sonra həmin gün, saat 20:45 radələrində adlarını yuxarıda qeyd etdiyi Cinayət Axtarış Şöbəsinin əməkdaşları ilə birlikdə keçirtdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri F.Əmirov küçəsində yerləşən 34 saylı binanın qarşısında müəyyən edib sonuncuya yaxınlaşmışlar. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda, gəzdirməkdə, narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə sonuncunu Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nicat Məmmədova tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Yusif Hüseynov adlı müdafiəçi Polis İdarəsinə dəvət olunub Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra müdafiəçinin və onların iştirakı ilə video çəkilişdən istifadə olunmaqla gecə vaxtı otaq işıqlandırılması şəraitində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı sonuncunun əynindəki qara rəngli gödəkçənin sol iç yan cibindən 2 ədəd üzərində M-40 sözləri yazılmış narkotik tərkibli metadon həbləri aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 2 ədəd M-40 metadon həbləri qablaşdırılmış, DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd üzərində M-40 sözləri yazılmış narkotik tərkibli metadon həblərini Yusif Şükürovdan aldığını bildirmişdir. Təqsirləndirilən şəxs heç vaxt Yusif Şükürova narkotik vasitə satmadığını, sonuncunun şər atdığını bildirmişdir. Bundan sonra baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu Təqsirləndirilən şəxsla yanaşı o və baxış zamanı iştirak edən digər şəxslər imzalamış, eyni zamanda baxış keçirilən zamanı çəkilmiş fotoşəkillər protokola əlavə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd üzərində M-40 sözləri yazılmış həblərin narkotik vasitə olub-olmaması, dəqiq çəkiləri barədə rəy alınması üçün həmin həblər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin X16 göndərilmişdir. Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 4 ünvana baxış keçirilməsi zərurəti yarandığı üçün Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə yazdıqdan sonra müdafiəçi Yusif Hüseynov və polis əməkdaşlarının iştirakı ilə Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nicat Məmmədovla birlikdə Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 4 ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı iki otaqdan ibarət mənzilə baxış keçirilən zamanı qonaq otağında stolun üzərində falqaya bükülmüş ilk baxışdan narkotik vasiə olan “metamfetamin”ə bənzər kütlə, pəncərənin qarşısındakı qabın içərisindən bir ədəd boş şpiris və bir ədəd başı qırılmış ampula, televizorun altında olan qabdan 6 ədəd başı qırılmış ampulalar aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş “metamfetamin”ə bənzər kütlə elektron tərəzidə çəkilmiş və falqa ilə birlikdə çəkisi 0,62 qram müəyyən edilmiş, həmin kütlə, başları qırılmış 7 ədəd ampulalar və bir ədəd boş şpiris qablaşdırılmış, DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş kütlənin narkotik vasitə metamfetamin olduğunu, həmin maddəni özü istifadə etmək məqsədilə Yusif Şükürovdan aldığını, ampulalarda isə heroin bişirdiyini bildirmişdir. Bundan sonra baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu Təqsirləndirilən şəxsla yanaşı o və baxış zamanı iştirak edən digər şəxslər imzalamışlar, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş kütlənin narkotik vasitə olub-olmaması, dəqiq çəkisi, o cümlədən şüşə qablarda narkotik vasitələrin izlərinin olubolmaması barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin X16 göndərilmişdir. Bundan başqa Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə axtarışda olan Gəncə şəhəri T.Arani küçəsi döngə 1, ev 7, mənzil 28-də qeydiyyatda olmaqla müvəqqəti olaraq ünvan 5 ünvanda kirayədə yaşayan Təqsirləndirilən şəxs olduğu yer barədə, o cümlədən Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələr qəbul etməsi, əldə edib üzərində və yaşadığı evdə nakotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə o, raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş və Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs kirayə yaşadığı Gəncə şəhəri D.Qorqud küçəsində yerləşən 50 saylı binanın qarşısında müəyyən edib sonuncuya yaxınlaşmışlar. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra Kəpəz rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə axtarışda olduğunu, o cümlədən qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda, gəzdirməkdə şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Şəmil Rzayevə tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə sonuncunun öz istəyi əsasında müdafiəçi qismində X1 İdarəsinə dəvət olunub Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı sonuncunun əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaret qutusu, bir ədəd işıq sayğacına məxsus kart, bir ədəd alışqan, 2 ədəd sellofana və kağıza bükülmüş bükülü aşkar olunmuşdur. Həmin bükülülər açılaraq içərisinə baxış keçirilən zamanı bükülülərin içərisində tünd qəhvəyi rəngli, toz halında ilk görünüşdən narkotik vasitə olan “heroin”ə bənzər kütlənin olması aşkar olunmuş, həmin kütlələr tərəzidə çəkilmiş, sellofana bükülmüş bükülü 0,57 qram, kağıza bükülmüş bükülü isə 0,14 qram gəlmişdir. Bundan sonra şəxsi axtarış aparılan zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən X12 məxsus şəxsiyyt vəsiqəsi, şalvarının sağ yan cibindən bir ədəd 10 manatlıq, iki ədəd 1 manatlıq əskinaslar olmaqla cəmi 12 manat aşkar olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən aşkar olunub götürülmüş içərisində narkotik vasitə «heroin» olan iki ədəd bükümlər zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş iki ədəd bükümdə olan kütlələrin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitələri 08 mart 2021-ci il tarixdə, saat 09:30 radələrində yaşadığı Gəncə şəhəri Dədə Qorqud küçəsində yerləşən 50 saylı binanın qarşısında həmin binada yaşayan Paşa adlı şəxsdən 40 manat ödəyərək aldığını, özü istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitəni satmaq fikrində olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin narkotik vasitə olub- olmaması, dəqiq çəkiləri barədə rəy alınması üçün həmin kütlələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin X16 göndərilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 5 ünvana baxış keçirilməsinə etirazı olmaması barədə ərizə yazdıqdan sonra Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi Ruslan İsrafılli ilə birlikdə Gəncə şəhər Kəpəz RPİ-də təhqiqatçı, polis kapitanı X10 tərəfindən mənzilə baxış keçirilməsindən ötrü Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 5 ünvana getmişlər, Təqsirləndirilən şəxs kirayə yaşadığı həmin mənzilin qapısı döyülsə də qapını açan olmamış, Təqsirləndirilən şəxs həyat yoldaşı X2 Bakı şəhərinə getdiyinivə qapını açmaq üçün isə özündə açar olmadığını bildirmiş, bu səbəbdən də Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 5 ünvana baxış keçirtmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs Kəpəz RPİ- nə gətirildikdən sonra heç bir polis əməkdaşı tərəfindən nə döyülməmiş, nə də üzərinə narkotik vasitə olan heroin qoyulmamışdır, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün o formada ifadə vermişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilmişdir: 06 yanvar 2021-ci il tarixli “Şübhəli şəxsi tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 08 yanvar 2021-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. 06.01.2021-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı onun əynindəki qara rəngli gödəkçənin sol iç yan cibindən 2 ədəd üzərində M-40 sözləri yazılmış narkotik tərkibli metadon həbləri aşkar olunaraq götürülmüş, həmin həblər zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, baxış keçirilən zamanı çəkilmiş videogörüntü DVD köçürülərək materiala əlavə olunmuşdur. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. 06 yanvar 2021-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 4 ünvana baxış keçirilən zamanı qonaq otağında stolun üzərində falqaya bükülmüş 0,62 qram çəkidə narkotik vasiə olan “metamfetamin”, pəncərənin qarşısındakı qabın içərisindən bir ədəd boş şpiris və bir ədəd başı qırılmış ampula, televizorun altında olan qabdan isə 6 ədəd başı qırılmış ampulalar aşkar olunaraq götürülmüş, həmin kütlə zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, baxış keçirilən zamanı çəkilmiş fotoşəkillər tərtib olunmuş protokola əlavə olunmuşdur. 07 yanvar 2021-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik maddə olan metamfetamin” sözləri və imzalar olan kağız paketdəki, 1 ədəd gümüşü rəngli folqa kağız bükümdə, təmiz çəkisi 0,02 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Həmin kağız paketdəki 1(bir) ədəd istifadə edilmiş şprisdə və 7(yeddi) ədəd sınaq şüşə flakonlardakı maddə izləri narkotik vasitə olan heroinin izləridir, heroin iz şəklində olduğundan heroinin quru maddəsinin çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd M-40 metadon” sözləri və imzalar olan kağız paketdəki, 2(iki) ədəd, üzərində “FARAN” əmtəə yazısı olan həblərin, MEM-nin X15 lazımı texniki avadanlıq olmadığından tədqiqatı aparılmamışdır. 05 fevral 2021-ci il tarixli, 6/271 nömrəli əlavə məhkəmə-kimyəvi ekspertizası rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, X4 üzərindən aşkar edilib götürülmüş 2 ədəd bükümdəki psixotrop maddə metamfetaminlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, lakin Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş psixotrop maddə metamfetamindən kimyəvi tərkiblərinə görə fərqlidirlər. X4 üzərindən aşkar olunmuş 2 ədəd bükümdəki heroinlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. X4 üzərindən aşkar olunmuş şpris və ampulda, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 1 ədəd istifadə edilmiş şpirisdə və 7 ədəd sınıq şüşə ampullarda heroin iz miqdarda olduğundan eyniləşdirmə tədqiqatlarının aparılması mümkün olmamışdır. Həmçinin eskepertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, səthlərində “F/M40” yazısı həkk olunan 2 ədəd qəhvəyimtil-boz rəngli dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0.08qram (01 tabletdə 0.04qram) olan metadon preparatı müəyyən edilmişdir. 09 mart 2021-ci il tarixli, 16/221 nömrəli məhkəmə-kimyəvi ekspertizası rəyindən məlum olur ki, tədqiqata təqdim olunmuş üzərində “İlham Tanırverdi oğlunun üzərindən aşkar edilərək götürülmüş 2 ədəd bükümdə narkotik vasitə olan heroinə...”sözlər və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd iç-içə bükülmüş “gümüşü” rəngli kağız bükümdə və digər 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,059 qram, 0,389 qram, ümumi təmiz çəkisi 0,448 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 11 mart 2021-ci il tarixli, 233 nömrəli məhkəmə-narkoloji ekspertizası rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. 26 may 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərara əsasən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı aşkar olunub götürülmüş üzərində M- 40 sözləri yazılmış narkotik tərkibli 2(iki) ədəd “metadon” həbləri, 06 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunub götürülmüş 0,02 qram çəkidə psixotrop maddə olan metamfetamin, 06 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvana baxış keçirilən zaman götürülmüş bir ədəd 1 ml-lıq istifadə edilmiş birdəfəlik boş şpiris, 7(yeddi) ədəd başı qırılmış şüşə flakonlar, 08 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı aşkar olunub götürülmüş iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.059 qram, 0.389 qram olmaqla ümumi təmiz çəkisi 0,448 qram narkotik vasitə olan heroin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş üzərində M 40 sözləri yazılmış narkotik tərkibli 2(iki) ədəd “metadon” həblərinin ekspertizadan qaytarılmış 1(bir) ədəd tableti, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunub götürülmüş 0,02 qram çəkidə psixotrop maddə olan metamfetaminin ekspertizadan qaytarılmış 0,01 qram qalığı, 1 ədəd 1 ml-lıq istifadə edilmiş birdəfəlik boş şpiris, 7(yeddi) ədəd başı qırılmış şüşə flakonlar, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 0,448 qram narkotik vasitə olan heroinin ekspertizadan qaytarılmış 0,408 qram çəkidə qalığı Gəncə şəhər BPİ-də ayrılmış xüsusi yerdə məsul saxlanca verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»n İ Siyahısında narkotik vasitə olan metadonun şəxsi istehlak miqdarından artıq miqdarının həddi 0,02 qram, külli miqdarının aşağı həddi 1,6 qram; İİ siyahısında psixotrop maddə olan metamfetminin şəxsi istehlak miqdarından artıq miqdarın 0,15 qram, külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda yuxarıda göstərilən ittihamla yanaşı, həm də ona görə ittiham irəli sürülmüşdür ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,448 qram olan narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 08 mart 2021-ci il tarixdə Gəncə şəhəri, Kəpəz RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, D.Qorqud küçəsi 50 saylı binanın qarşısında saxlanılaraq Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti 265 ünvanda yerləşən Kəpəz RPİ-nin inzibati binasına dəvət olunub üzərinə baxış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən iki ədəd iç-içə bükülmüş ağ rəngli kağız bükümdə və bir ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,059 qram və 0,389 qram, ümumi təmiz çəkisi 0,448 qram olan narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, ittiham aktında və 08 mart 2021ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolunda 08 mart 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-də Təqsirləndirilən şəxs üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilməsi və həmin video çəkilişin iş materiallarına əlavə edilməsi göstərilsə də, həmin video çəkiliş diski iş materiallarına əlavə edilməmişdir. Belə ki, cinayət işinin materiallarına iki ədəd CD disk əlavə edilmişdir. Həmin disklərdən biri 06 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşayış yerinə baxış keçirilən zamanı çəkilmiş videogörüntünü, digəri isə 06 yanvar 2021-ci il tarixdə X4 üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntünü əks etdirir. Məhkəmə tərəfindən ibtidai istintaq orqanına və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora həmin video çəkilişin diskinin təqdim olunması barədə sorğular edilsə də, həmin disk məhkəməyə təqdim olunmamışdır. Bu da 08 mart 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-də Təqsirləndirilən şəxs üzərinə video çəkiliş aparılmadan və hal şahidlərinin iştirakı olmadan şəxsi axtarış keçirildiyini göstərir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 246.3-cü maddəsinə əsasən şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2(iki) hal şahidinin iştirakı məcburidir. Göründüyü kimi şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı ya iki hal şahidinin iştirakı, ya da videoçəkiliş aparılması imperativ qayda kimi prosessual qanunvericilikdə öz əksini tapmışdır. Bu qaydanın hər hansı formada istisnası olmadığından həmin qaydaya riayət etmədən şəxsi axtarış və götürmə aparılması kobud pozuntu hesab edilir. Bu baxımdan cinayət-prosessual qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla aparıldığından 08 mart 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolu sübut kimi qiymətləndirilməməlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, verilmiş ittiham epizodunda göstərilən 0,448 qram narkotik vasitə heroinin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi faktı başqa sübutlarla, yəni şahid ifadələri və ekspert rəyi ilə etibarlı şəkildə təsdiq edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,448 qram olan narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşıması, 08 mart 2021-ci il tarixdə Gəncə şəhəri, Kəpəz RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, D.Qorqud küçəsi 50 saylı binanın qarşısında saxlanılaraq Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti 265 ünvanda yerləşən Kəpəz RPİ-nin inzibati binasına dəvət olunub üzərinə baxış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən iki ədəd iç-içə bükülmüş ağ rəngli kağız bükümdə və bir ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,059 qram və 0,389 qram, ümumi təmiz çəkisi 0,448 qram olan narkotik vasitə heroin aşkar edilib götürülməsi epizodu ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq, yəni ümumi təmiz çəkisi 0.08 qram olan 2 (iki) ədəd narkotik vasitə olan, üzərində “M 40” sözləri yazılmış narkotik tərkibli “Metadon” həblərini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşıması, Gəncə şəhəri Kəpəz RPİ-nin əməkdaşlarının keçirdikləri əmliyyat-axtarış tədbirləri nəticəsində 06 yanvar 2021-ci il tarixdə, saat 20:45-də radələrində yaşadığı Gəncə şəhəri F.Əmirov küçəsində yerləşən 34 saylı binanın qarşısında saxlanılaraq Gəncə şəhəri, Kəpəz rayonu H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-nin inzibati binasına dəvət olunub üzərinə baxış keçirilərkən onun əynindəki qara rəngli gödəkçənin sol iç yan cibindən həmin ümumi təmiz çəkisi 0.08 qram olan 2 ədəd üzərində M-40 sözləri yazılmış narkotik tərkibli “Metadon” həbləri aşkar edilərək götürülməsi epizodu üzrə ittiham öz təsdiqini tapmışdır, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin arayışıından, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-55/2016 saylı hökmündən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli 7(003)-479/2018 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 15.07.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21.02.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 26 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad olunmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli 7(043)- 195/2018 saylı və 12.03.2021-ci il tarixli 7(043)-39/2021 saylı qərarlarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21.02.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 26 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad olunmuş Təqsirləndirilən şəxs sınaq müddətinin axımının dayandırılması, Təqsirləndirilən şəxs sınaq müddətinin axımının 12 mart 2021-ci il tarixli qərarın qanuni qüvvəyə mindiyi gündən təzələnməsi qərara alınmışdır. Gəncə şəhər Probasiya Şöbəsindən alınaraq cinayət işinə əlavə olunmuş 25.05.2021-ci il tarixli, 61539/18 nömrəli məktubdan görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 7(043)-39/2021 saylı, 12.03.2021-ci il tarixli qərarı ilə CM-nin 69.3cü maddəsi ilə tətbiq olunaraq onun üzərində 01 il 22 gün müddətinə cəza qalmışdır. Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 7(043)-39/2021 saylı, 12.03.2021-ci il tarixli qərarı ilə təyin olunmuş 01 il 22 gün müddətinə cəzanın 01 ay 24 gün hissəsini çəkmiş, 10 ay 29 gün isə çəkilməmiş olaraq qalmışdır. Məhkəmə yuxarıda qeyd edilən sənədlərlə bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin əvvəlki məhkumluğu üzrə şərti olaraq vaxtından əvvəl azadetmənin ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edərkən, məhkəmə məhkumun üzərinə, bu Məcəllənin 70.5-ci maddəsində nəzərdə tutulmuş və cəzanın çəkilməmiş müddəti ərzində onun tərəfindən icra edilməli olan vəzifələr qoya bilər. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən: 76.6. Cəzanın çəkilməmiş hissəsi ərzində məhkum: 76.6.1. cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq olunarkən məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi, yaxud qərəzli olaraq boyun qaçırdıqda, o cümlədən elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etmədikdə və ya ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, bu Məcəllənin 76.5-ci maddəsində göstərilən orqanların təqdimatı əsasında məhkəmə şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və cəzanın çəkilməmiş hissəsinin icra olunması haqqında qərar çıxara bilər; 76.6.2. ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edildiyi halda, cəza bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin olunur); 76.6.3. qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Göründüyü kimi məhkum cəzanın çəkilməmiş hissəsi ərzində CM-in 76.6.1-76.6.3-cü maddələrində nəzərdə tutulmuş əməllərə yol verdikdə həmin maddələrdə nəzərdə tutulmuş müvafiq hüquqi nəticələr yaranır. Hazırkı iş üzrə təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21.02.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 26 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad olunduğu üçün onun cəzasının çəkilməmiş hissəsi 19 mart 2019-cu il tarixdə başa çatmışdır. Qanunvericilikdə cəzanın çəkilməmiş hissəsinin axımının dayandırılması, bərpası və s. kimi hallar nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi qalmamışdır və Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi əməli cəzanın çəkilməmiş hissəsi ərzində törətməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi əməli 06.01.2021-ci il tarixdə, yəni az ağır cinayət törətməyə görə məhkum edildiyi azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından azad edildikdən iki ildən artıq müddət keçdikdən (məhkumluq ödənildikdən) sonra törətdiyindən onun əməli cinayətlərin residivi də hesab edilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasından yüngül cəza növünün təyin olunmasına, yaxud onun azadlıqdan məhrumetməyə şərti məhkum olunmasına imkan vermir. Məhkəməni bu qənaətə gəlməyə təqsirləndirilən şəxsin əməlinin ictimai təhlükəlilik dərəcəsi, yəni onun qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitə metadonun miqdarının şəxsi istehlak miqdarından bir neçə dəfə artıq olması, təqsirləndirilən şəxsin törətdiyi əmələ tənqidi münasibət bəsləməməsi istiqamətləndirir. Bu səbəbdən də, məhkəmə belə qənaətə gəlir ki, ona yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, o, həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs 06 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 yanvar 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədən qaçıb gizləndiyi üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilmiş və barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. 02.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Gəncə şəhər BPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilmiş və barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. 02.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Gəncə şəhər BPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu (tutulduğu) iki gün müddət bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalı, məhkəmə vaxtı həbsdə və ev dustaqlığında saxlanıldığı müddət isə cəza müddətinə daxil edilməklə cəzasının əvvəli 02 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməsi ilə bağlı ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, habelə Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş üzrə maddi sübut - tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,408 qram çəkidə olan heroin, üzərində M 40 sözləri yazılmış narkotik tərkibli 2 (iki) ədəd “metadon” həblərinin ekspertizadan qaytarılmış 1 (bir) ədəd tableti, bir ədəd 1 ml-lik istifadə edilmiş birdəfəlik boş şpris, 7 (yeddi) ədəd başı qırılmış şüşə flakonlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş materiallarında olan iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 97,20 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 50 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 300 manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə həbsdə olduğu (tutulduğu) 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93-1-ci maddələrinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar – Gəncə şəhər BPİ-də məsul saxlanca verilmiş təmiz çəkisi 0,408 qram çəkidə olan heroin, üzərində M 40 sözləri yazılmış narkotik tərkibli 1 (bir) ədəd “metadon” tableti, bir ədəd 1 ml-lik istifadə edilmiş birdəfəlik boş şpiris, 7 (yeddi) ədəd başı qırılmış şüşə flakonlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 97,20 manat (doxsan yeddi manat iyirmi qəpik) pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxsə göstərdiyi 50 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 300 (üç yüz) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən isə həmçinin həbsdə saxlama yerinin müdiriyyəti vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətlər ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar