Məhkəmə qərarları › İş №1(043)-112/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-112/2021

22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-112/2021 22.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X1 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-VZərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, faktiki ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə müəyyən etdi: Qasımov X2 Arzu Oruc oğlunu işə düzəldəcəyi barədə yalan vəd verməklə aldadaraq onun 1100 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2019-cu ilin mart ayının ortalarında, Gəncə şəhər sakini Zərərçəkmiş şəxs işə düzəltməklə bağlı müraciətinə əsasən, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakım ələ keçirmək qərarına gələlərək, bu məqsədlə sonuncudan alacağı 1100 manat pulun verilməsi müqabilində Gəncə şəhərində yerləşən Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə mühafizəçi işinə düzəldəcəyi barədə qəsdən yalan vədlər verərək inandırıb, həmin ilin mart ayının 15-də Gəncə şəhəri, Dəmir yol vağzalının yanında yerləşən 32 saylı məktəbin yaxınlığında görüşüb Zərərçəkmiş şəxs əvvəl 500 manat, daha sonra 18 mart 2019-cu il tarixdə həmin ünvanda 250 manat, 19 mart 2019-cu il tarixdə həmin ünvanda 200 manat, 20 aprel 2019-cu il tarixdə Gəncə şəhəri, Dəmir yol vağzalının yaxınlığında Bakı şəhərindən gedib sənədləri gətirməsi adı ilə 150 manat, ümumilikdə isə göstərilən dövr ərzində Zərərçəkmiş şəxs vahid niyyətlə cəmi 1100 manat pulunu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən bir neçə aydır ki tanıyır. O, Gəncə şəhəri «Dəmir yol» vağzalı adlanan ərazidə yerləşən çayxanalarda oturan zaman Arzu ilə münasibəti yaranmışdır. 2019-cu ilin mart ayının ortalarında Gəncə şəhəri Dəmiryol vağzalı adlanan ərazidə yerləşən çayxanada söhbət zamanı Arzu işə ehtiyacı olduğunu demişdir. O, Arzudan necə bir iş istədiyini soruşanda sonuncu yüngül bir iş istədiyini demişdir. O, Arzuya Gəncə şəhərində yerləşən MN-nin N saylı hərbi hissəsində mühafizə işi təklif etmiş və həmin işə görə 220 manat əmək haqqı alacağını demişdir. Əslində isə həmin vaxt onun pula ehtiyacı olduğu üçün əsas məqsədi özgənin pulunu ələ keçirtmək olmuş, onun heç bir yerdə tanışı olmamış və heç kimə iş düzəltmək fikrində olmamışdır. Arzu onun təklifi ilə razılaşmışdır. Bundan sonra o, Arzudan işin düzəlməsi üçün 950 manat pul istəmiş, Arzu isə həmin pulu ona hissə-hissə verə biləcəyini demiş və o, etiraz etməyib razılaşmışdır. 15.03.2019-cu il tarixdə o, Arzu ilə görüşüb söhbət edən zamanı sonuncuya nə iş görəcəyini də izah etmişdir. Həmin vaxt Arzu gedib ona 500 manat pul, şəxsiyyət vəsiqəsinin kserosurətini və 3x4 ölçüdə iki ədəd şəkil gətirib Gəncə şəhəri, dəmiryol vağzalının yaxınlığında olan dayanacaqda ona vermişdir. Arzu yerdə qalan pulu isə 2-3 günə gətirib verəcəyini demişdir. Bundan bir neçə gün sonra Arzu ona həmin yerdə 250 manat, daha sonra isə 200 manat pul vermişdir. Arzu ümumilikdə ona hissə-hissə 950 manat pul vermişdir. Daha sonra həmin vaxtdan bir ay sonra o, Arzuya 150 manat da əlavə olaraq pul lazım olduğunu dediyi üçün Arzu dəmir yol vağzalının yaxınlığında tanışı Vahidin yanında ona 150 manat pul vermişdir. O, Arzuya işinin təxminən 1-2 aya düzələcəyini desə də, sonradan yalandan bildirmişdir ki, hərbi hissədə işləyən tanışını işdən çıxartdıqları üçün o, Arzunun işini düzəldə bilməmişdir. O, işə düzəltmək məqsədilə Arzudan aldığı ümumilikdə 1100 manat məbləğində pulu öz şəxsi tələbatlarına xərclədiyi üçün qaytara bilməmişdir. Arzuya işinin düzəlmədiyini, pulun isə xərclədiyini demiş və pulu hissə-hissə qaytarmaq üçün Arzudan vaxt istəmişdir. Arzu isə ya işini düzəltməyi, ya da pulunu qaytarmağı ondan tələb etmişdir. Bir müddət sonra ona məlum olmuşdur ki, Arzu onun barəsində şikayət etmişdir. O, 1100 manat məbləğində pulu Arzudan dörd dəfəyə almış, əvvəlki vaxtlarda Arzu pulu ona verəndə yanında heç kim olmasa da sonuncu dəfə 150 manat pulu verəndə yanında tanışı Vahid olmuşdur. Bundan başqa o, tanışı Şahid2 100 manat pul alaraq sonuncuya hərbidən çıxdığı üçün paltar pulu düzəltdirəcəyinə, Şahid1 isə 300 manat pul alaraq sonuncuya əlillər üçün verilən maşın almasına köməklik edəcəyinə söz vermişdir. Lakin o, qeyd edilənlərin heç birini edə bilməmiş, əldə etdiyi pulları şəxsi tələbatlarına xərcləmişdir. Həmçinin, məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı ödədiyini bildirərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş VZərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanışı Vahidin vasitəsi ilə tanımışdır. O, Gəncə şəhəri «Dəmir yol» vağzalı adlanan ərazidə yerləşən çayxanalarda oturan zaman Vahidin vasitəsi ilə Elmanla tanışlığı yaranmışdır. Belə ki 2019-cu ilin mart ayının ortalarında Gəncə şəhəri «Dəmir yol» vağzalı adlanan ərazidə yerləşən çayxanada o, Vahid və Elmanla birlikdə oturub söhbət edən zaman o, işə ehtiyacı olduğunu demişdir. Həmin vaxt Elman ondan necə bir iş istədiyini soruşanda o, yüngül bir iş istədiyini demişdir. Həmin vaxt Elman ona Gəncə şəhərində yerləşən MN-nin N saylı hərbi hissəsində mühafizəçi işi təklif etmiş və həmin işə görə isə 280 manat maaş alacağını demişdir. Elman həmin hərbi hissədə tanışı işlədiyini, onu tanışının vasitəsilə ilə işə düzəldəcəyini demiş və o, da Elmanın təklifi ilə razılaşmışdır. Bundan sonra Elman ondan həmin işin düzəlməsi üçün 950 manat pul istəmişdir. O, həmin pulu Elmana hissə-hissə verə biləcəyini demiş və Elman da razı qalmışdır. 15.03.2019-cu il tarixdə o, Elman ilə həmin çayxanada görüşmış və söhbət edən zaman Elman ona iş düzələndən sonra nə iş görəcəyini, mühafizəçilik edəcəyini də izah etmiş və şəxsiyyət vəsiqəsinin kserokopiyasını, əmək kitabçasının kserokopiyasının və 3x4 şəkil istədiyi üçün o, gedib yaşadığı evdən 500 manat pul götürmüş, Gəncə şəhəri, dəmiryol vağzalının yaxınlığında olan fotoda 3x4 ölçüdə şəkil çəkdirmiş və şəxsiyyət vəsiqəsini, əmək kitabçasını da orada kserokopiya etdirmişdir. Bundan sonra yaxınlıqda yerləşən 32 saylı məktəbin yanında o, Vahid və Elmanla görüşmüş, orada 500 manat pulu və sənədlərin kserokopiyasını, 3x4 ölçüdə şəkili Elmana vermiş və yerdə qalan pulu isə hissə-hissə verəcəyini demişdir. Bundan sonra təxminən 18.03.2019-cu il tarixdə həmin yerdə Elmana eyni məqsədlə gətirib 250 manat, mart ayın 19-da isə 200 manat pul vermişdir. O, ümumilikdə Elmana hissə-hissə 950 manat pul vermişdir. Həmin vaxtdan bir ay sonra, yəni aprel ayının 20-də Elman ona zəng edib əlavə olaraq 150 manat pul lazım olduğunu bildirmişdir ki, həmin sənədləri gedib Bakıdan gətirsin. O, da etiraz etməyib həmin gün dəmiryolu vağzalının yaxınlığında tanışı Vahidin yanında 150 manat pulu Elmana vermişdir. Elman isə ona işin təxminən 1-2 aya düzələcəyini demişdir. O, həmin vaxtı gözləsə də, Elman işi düzəltməmişdir. Sonradan ona məlum olmuşdur ki, Elman onu aldadaraq pulunu ələ keçirtmişdir. O, Elmandan pulunu istəyəndə Elman müxtəlif bəhanələr ilə pulu ödəməkdən boyun qaçırmışdır. O, da məcbur qalıb Elmanın barəsində şikayət etmək qərarına gəlmişdir. O, 2019-cu ilin mart ayında 4 dəfəyə olmaqla Gəncə şəhəri Dəmir Yol vağzalı adlanan ərazidə Elmana ümumilikdə 1100 manat pulu onu MN-nin N hərbi hissəsində mühafizə işinə düzəltmək məqsədilə vermişdir. Təqsirləndirilən şəxs, onun tanışı Şahid2 100 manat pul alaraq sonucuya hərbidən çıxdığı üçün paltar pulu düzəltdirəcəyinə, Şahid1 isə 300 manat pul alaraq sonuncuya əlillər üçün verilən maşın ina köməklik edəcəyinə söz vermişdir. Lakin Təqsirləndirilən şəxs qeyd edilənlərin heç birini edə bilməyib aldığı pulları əl keçirdərək öz şəxsi tələbatlarına xərcləmişdir. Zərərçəkmiş şəxs VZərərçəkmiş şəxs həmçinin ərizə ilə məhkəməyə müraciət edərək, ona 1100 manat məbləğində maddi ziyan dəydiyini, lakin həmin maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ona tam olaraq ödənildiyini və sonuncuya qarşı hər hansı tələbi, şikayəti və mülki iddası olmadığını bildirdi. İş materiallarənda olan zərər çəkmiş şəxs VZərərçəkmiş şəxs tərəfindən verilmiş 22 iyun 2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyinə görə ondan heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş və götürülməmiş məhkumluğu yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs, zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73-1.1-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxs VZərərçəkmiş şəxs ilə bаrışmış və ona dəymiş ziyаnı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə başlanılmış cinayət təqibini istisna edən hallar olduğuna, yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla o, cinayət məsuliyyətindən azad edilməli, onun barəsində başlanmış cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməli, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. İş üzrə məhkəmə xərci – dövlət büdcəsi hesabına təyin edilmiş vəkilin ibtidai istintaqda təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə sərf etdiyi 20 saat iş vaxtı üçün 120 manat pul vəkil Müdafiəçi2 ödənilməsi üçün Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə və cinayət işi üzrə üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilsin. Göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Gəncə şəhər 1 saylı Vəkil Bürosunun aşağıdakı hesabına köçürülsün: Kapitalbank Gəncə icmal filialı, kod 200275, VÖEN **********, M/h AZ37NABZ********************, SWİFT BİK: AİİBAZ2X, hesab № AZ04AİİB********************, VÖEN **********. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan bu müddətdə şikayət və ya protest verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar