Məhkəmə qərarları › İş №1(043)-113/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-113/2020

29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-113/2020 29.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 və iştirakları ilə, xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 mənzil 8 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat təxminən 21 radələrində Gəncə şəhəri Tağı Arani küçəsi 1-ci döngədə yerləşən 1 nömrəli binanın qarşısında onunla qonşu binada yaşayan tanıdığı Zərərçəkmiş şəxs ilə bir-birilərini səbəbsiz olaraq əvvəllər təhqir etmələri səbəbi ilə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs ona tərəf təpik zərbəsi atması və etdikləri hərəkətlərini yaxşı edirəm deməsindən əsəbləşərək sonuncunun göz nahiyəsindən yumruqla qəsdən vuraraq ona sol gözətrafı və sol yanaq nahiyəsinin yumşaq toxumalarının əzniyi, hematoması, sol gözün kontuziyası kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Elçin adlı şəxsi uzun illərdir ki, onun yaşadığı əraziyə yaxın binada yaşayan şəxs kimi tanıyır, lakin onunla arasında heç bir münasibət olmamışdır. Buna baxmayaraq təxminən bir ildir ki, Elçin onu görən zaman onun ünvanına heç bir səbəb olmadan nalayiq ifadələr işlədir. O, dəfələrlə Elçindən onu niyə təhqir etdiyini soruşada Elçin hər dəfə «sən məni görən zaman yerə tüpürürsən, səslər çıxarırsan, məndə bu səbəbdən səni təhqir edirəm» demişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 21 radələrində o yaşadığı binanın qarşısında olan oturacaqda oturub telefonunda oyun oynayan zaman Elçin söyüş söyərək ona tərəf gəlmiş, o başını qaldıran zaman Elçin qəflətən ona tərəf təpik zərbəsi atmış, lakin o başını arxaya çəkdiyi üçün Elçinin zərbəsi ona dəyməmişdir. O ayağa qalxıb Elçinə iradını bildirərkən Elçin öz hərəkətlərinə haqq qazandırdığı üçün o əsəbləşərək Elçinin yaxasından tutaraq yumruqla bir dəfə göz nahiyəsindən vurmuşdur. Bu zaman Elçin yerə yıxılmış, Elçinin yerə yıxıldığını görüb yanından uzaqlaşmış, Elçin isə təxminən bir dəqiqə sonra ayağa qalxaraq yaşadığı binaya tərəf getmişdir. Hazırda törətdiyi əməldən peşman olmaqla zərərçəkmiş şəxslə barışdığından və ona vurulmuş zərəri ödədiyi üçün işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxstməhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə verərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bidmədiyini, təqsirləndirilən şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı mfadəsində göstərmişdir ki, Rufan adlı şəxsi uzun illərdir ki, onunla qonşu binada yaşadığı üçün tanıyır, lakin onunla arasında heç bir münasibət olmamışdır. Rufan adlı şəxs onu görən zaman heç bir səbəb olmadan nalayiq hərəkətlər etmiş, lakin bu hərəkətləri bir başa ona qarşı yox dolayı vasitələr ilə etmişdir. Belə ki, onu görən zaman telefonu qulağına tutaraq nalayiq ifadələr işlətmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 21 radələrində o yaşadığı binanın qarşısından keçən zaman Rufanı binanın qarşısında olan otracaqda əyləşdiyini görmüş, o Rufana yaxınlaşaraq cavan oğlansan, düzgün hərəkətlər etmirsən, mənə qarşı olan bu nalayiq hərəkətlərini yığışdır demişdir. Rufan isə yaxşı edirəm demiş, o Rufana anam təzə rəhmətə gedib, heç 40 məclisidə olmayıb, mən yaşlı insanam bu hərəkətlərini yığışdır demiş, Rufan onun bu sözündən sonra nalayiq ifadələrlə onu söyüb təhqir etmiş, bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Rufan əlində olan görmədiyi bir alət ilə onun sol üz, göz və baş nahiyəsinə bir zərbə vurmuş, bu zaman o yerə yıxılmış, Rufan durub getmişdir. Həmin vaxt hava qaranlıq olduğu üçün, binanın qarşısında onlardan başqa kimsə olmadığı üçün hadisəni görən olmamış, o bir qədər orada oturub özünü toplamış, oradan da evə getmişdir. Mübahisələri 1-2 dəqiqə davam etmişdir. O iki gün evdə qalmış,fikirləşmişdir ki, Rufan insandır, bəklə səhvini anlayıb gəlib ondan üzr istəyər deyə gözləmiş, lakin Rufandan heç bir səs-soraq çıxmadığı üçün nəhayət xx.xx.2020-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng, edərək hadisə barədə məlumat vermiş, sonradan ərizə ilə müraciət etmişdir. Rufan onu döyən zaman o Rufanı vurmamışdır. Rufan onu qəflətən vurduğu üçün, Rufanın zərbəsi çox qüvvətli olduğu üçün, həmçinin hava qaranlıq olduğu üçün o Rufanın onu nə ilə vurduğunu dəqiq görə bilməmiş, bu şəbədən DİN-nin 102 xidmətinə müraciətində onu daşla vurduğunu demiş, lakin Rufanın əlində daş və ya başqa hər hansı alət olub-olmadığını dəqiq bilməmişdir. İşdə olan "MTE və PA" ETT Birliyinin Gəncə şəhər şöbəsinin xx xxx 2020-ci il tarixli, 762 nömrəli "canlı şəxsin ekspertizası" haqqında rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol gözətrafı və sol yanaq nahiyəsinin yumşaq toxumalarının əzniyi, hematoması, sol gözün kontuziyası - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "Yüngül" zərər vurmaya aid edilir. (İ.v.s 26-28) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, i.v. səh.37-38). Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışdığı üçün işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi olmiadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması barədə ərizəsini nəzərə alaraq hesab edir ki, cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. CPM-in 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72,73.1,73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda zərərçəkmiş şəxslə barışdıqda cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128-cimaddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri ərizədən görünür ki, barışdıqları üçün cinayət təqibinə xitam verilməsini xahiş etmişlər. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi üçün Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 43.3, 344-347, 356-358ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətinə X5 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan şikayət verilmədikdə 20 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar