Məhkəmə qərarları › İş №1(043)-114/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-114/2021

14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-114/2021 14.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 və nümayəndəsi (vəkili) Müdafiəçi1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs-mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx.xx.1979-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, işsiz, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə və iddiaçı Zərərçəkmiş şəxs1 cavabdeh Təqsirləndirilən şəxs qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iddiasına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 12.09.2020-ci il tarixdə saat 04 rədələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evin 1-ci mərtəbəsində yerləşən ərzaq mağazasına, mağazanın prospekt tərəf qapısına mexaniki güc tətbiq edib kilidini sındırmaqla mağazaya qanunsuz daxil olaraq mağazanın içərisində qapı tərəf hissədə qoyulmuş piştaxtanın siyirməsindən Zərərçəkmiş şəxs2 məxsus 385 manat nəqd pul olan özgə əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əməlakını gizli yolla ələ keçirmək məqsədilə 20.11.2020-ci il tarixdə saat 18 radələrində, 27.11.2020-ci il tarixdə saat 18-30 radələrində, 28 noyabr 2020-ci il tarixdə saat 17-15 radələrində və 29 noyabr 2020-ci il tarixdə saat 15-20 radələrində vahid niyyətlə Gəncə şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən "xxxx" MMC-nin yerləşdiyi ərazidə olan 6 saylı ticarət təyinatlı binada Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi qida məmulatlarının və kişi geyimlərinin satıldığı «Wmdsor» mağazasının giriş qapısının kilidini güc tətbiq etməklə açıb içəri qanunsuz daxil olaraq piştaxtadan Zərərçəkmiş şəxs1 məxsus 2 manat dəyərində nazik silindirli “want” markalı 1 qutu, 2 manat dəyərində nazik silindirli “classic” markalı 1 qutu siqaretləri, iki litrlik plastik qabda “el su” adlanan 1 manat dəyərində suyu, boş ayaqqabı qutusunun içərisindən 2 manat 20 qəpik nağd pulu, hər biri 1 manat 30 qəpik dəyərində üç ülgüclü “Gilette” markalı 2 ədəd üzqırxanı, hər biri 50 qəpik dəyərində iki ülgüclü “Gilette” markalı 6 ədəd üzqırxanı, hər biri 30 qəpik dəyərində 6 ədəd “Maccofe” markalı kofeləri və hər biri 7 manat dəyərində 5 qutu “Çinar” markalı şokoladları, həmçinin həmin mağazanın içərisindəki açıq vəziyyətdə olan plastik qapıdan Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi “Windsor” mağazasının kişi geyimləri otağına qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus Türkiyə Respublikasının istehsalı olan bir cütü 105 manat dəyərində “Marco Cosetti” markalı 17 cüt ayaqqabını, bir cütü 95 manat dəyərində “Peqasus” markalı 2 cüt ayaqqabını, bir cütü 95 manat dəyərində “Safari” markalı 3 cüt ayaqqabını, bir cütü 85 manat dəyərində “Safari sport” markalı 3 cüt ayaqqabını, 85 manat dəyərində “Pabucistan” markalı 1 cüt ayaqqabını, bir cütü 75 manat dəyərində “S.H.N” markalı 5 cüt ayaqqabını, bir cütü 79 manal dəyərində “Windsor” markalı 3 cüt ayaqqabını, bir cütü 60 manat dəyərində “Fabi” markalı 2 cüt ayaqqabını, bir ədədi 65 manat dəyərində “X11” markalı 4 ədəd poluveri, bir ədədi 37 manat dəyərində “Calyon” markalı 5 ədəd boğazı ürək formalı qolsuz poluveri, bir ədədi 48 manat dəyərində “Calyon” markalı 4 ədəd üç düymə pambıq poluveri, bir ədədi 48 manat dəyərində “Calyon” markalı 3 ədəd yun poluveri, bir ədədi 65 manat dəyərində “Calyon” markalı 2 ədəd siyirməli poluveri, bir ədədi 55 manat dəyərində “Rugatchi” markalı 4 ədəd pambıq poluveri, 75 manat dəyərində “Büke”markalı 1 ədəd poluveri, bir ədədi 30 manat dəyərində “Caporicco” markalı 3 ədəd poluveri, 75 manat dəyərində “Pawa” markalı 1 ədəd poluveri, 250 manat dəyərində “Enrico guido” markalı 1 ədəd qış gödəkçəsini, bir ədədi 150 manat dəyərində “Enrico guido” markalı 4 ədəd qış gödəkçəsini, 180 manat dəyərində “Enrico guido” markalı 1 ədəd paxlava naxışlı qış gödəkçəsini, 140 manat dəyərində “Mabro” markalı 1 ədəd qolu hörgülü qış gödəkçəsini, bir ədədi 150 manat dəyərində “Mabro” markalı 2 ədəd qış gödəkçəsini, bir dəsti 165 manat dəyərində “Pierre Coudi” markalı 11 dəst bəylik kostyumu, bir dəsti 350 manat dəyərində “Hermes Rugers” markalı 3 dəst kostyumu, bir dəsti 250 manat dəyərində “Windsor” markalı 2 dəst kostyumu, bir ədədi 65 manat dəyərində “Zilli” markalı 4 ədəd şalvarı, bir ədədi 47 manat dəyərində “Perpant” markalı 2 ədəd şalvarı, bir ədədi 30 manat dəyərində “Windsor” markalı 12 ədəd köynəyi, bir ədədi 50 manat dəyərində “Windsor” markalı 2 ədəd köynəyi, bir ədədi 50 manat dəyərində “Cuevani Giuseppe” markalı 2 ədəd köynəyi, 250 manat dəyərində “Allgette” markalı 1 ədəd kaşmir qış gödəkçəsini, bir ədədi 350 manat dəyərində “Windsor” markalı 2 ədəd kaşmir qış paltosunu və hər biri 20 qəpik dəyərində 18 ədəd sellofan torbanı gizli yolla talayaraq ümumilikdə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 11455,2 (on bir min dörd yüz əlli beş manat iyirmi qəpik) manat dəyərində xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ittiham olunduğu cinayət əməlinin törədilməsində qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər oğurluq cinayəti törətdiyi üçün ona azadlığın məhdulaşdırılması cəzası verilmiş, sonra isə həmin cəza azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və o, cəzasını 2020-ci ilin əvvəllində çəkib qurtarmışdır. Həbs edilənə qədər rəsmi olaraq heç bir yerdə işləməmişdir. 12 sentyabr 2020-ci il tarixə keçən gecə saat 04 radələrində yaşadığı evə yaxın olan Gəncə şəhəri, Heydər Əliyev prospekti ilə piyada gedərkən tanıdığı kiçik bir mağaza işlədən Səxavət adlı şəxsin mağazasının qapısının plastik olduğuna baxıb həmin mağazaya girib oğurluq etmək qərarına gəlmişdir. O, bir qonşu kimi həmişə Səxavətin mağazasından alver etmiş, Səxavətin pulları qapı tərəf piştaxtanın siyirməsinə dəftərin arasına qoymasının şahidi olmuşdur. O, bunun üçün mağazanın plastik qapısına mexaniki təsir edib qapını açmış, mağazanın qapı tərəfində qoyulmuş pixtaxtanın siyirməsindən dəftəri götürüb tez çıxmış və mağazadan ayrı heç nə oğurlamamışdır. O, dəftərin arasındakı pulu götürmüş, dəqiq saymamış, təxmini yadında qalan 200 manatdan bir az çox olmuş, dəftəri də bir az gedib kənara tullamışdır. Oğurladığı pulu övladının ad günü yaxınlaşdığından, övladı üçün hər hansı bir hədiyyə almaq üçün və ad günü keçirsin deyə, bir qismini də özünün şəxsi ehtiyacları üçün xərcləsin deyə götürmüşdür. Sonradan polislər onu sorğu-sual edəndə isə qonşusu Səxavətin mağazasından etdyi oğurluğu etiraf etmişdir. Bundan sonra o, “Qrand Qafqaz” ticarət mərkəzindən oğurluq etməyi, özünün şəxsi ehtiyacları üçün satıb xərcləməyi fikirləşmişdir. 20 noyabr 2020-ci il tarixdə axşam saatlarında o, bazarın içərisində bir az gəzişmiş, əvvəl sahibini tanımadığı, sonradan sahibinin adını Xalis kimi bildiyi şəxsin mağazasının yan tərəf qapısı plastik olduğunu görmüş, qapıdan nəzər salanda, orada xırdavat əşyaların, siqaretlərin olmasını görmüş, oradan həmin əşyaları oğurlamağı fikirləşmişdir. Həmin qapını üzərində gətirdiyi dəmir parçası ilə mexaniki təsir göstərməklə qapını aralayıb açmış, içəri daxil olub bir-iki qutu siqaret, cilet və digər əşyaları götürəndə həmin yerdən ayrı bir mağazaya qapı olduğunu görmüş, əlini atanda qapının açıq olduğunu görmüşdür. O, qapıdan içəri girəndə kişi geyimləri olduğunu görmüşdür. O, həmin geyimlərdən dəqiq yadında qalmayan sayda ayaqqabı, kostyum, poliver, şalvar və gödəkçə götürüb kassanın yanındakı iri ölçülü sellofan torbalara yığmış, sonra oradan çıxmış və qapını çəkib bağlamışdır. Həmin vaxt oradan oğurluq edəndə mağazanın səliqə-səhmanı pozulmamış, çünki fikrində həmin mağazaya yenə də oğurluğa etmək üçün gəlmək olmuşdur. O, paltarları oğurlayıb çıxandan sonra əşyaları yolda tanmadığı şəxslərə dəyərdəyməzə satmış, həmin şəxslərə də pula ehtiyacı olduğu üçün həmçinin pandemiya olduğu üçün paltarları ucuz satmışdır. O, satdığı əşyaların pulunu özünün şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra növbəti həftə şənbə-bazar günləri bazar işləmədiyi üçün o ərəfədə həmin mağazaya girib oğurluq etmək qərarına gəlmişdir. O, həftənin 5-ci günü, yəni, 27 noyabr 2020-ci il tarixdə yenə də həmin vaxtda, axşam saatlarında Xalis adlı şəxsin bazarda olan mağazasına girib yenə də sayı və dəqiq çeşidləri yadında qalmayan ayaqqabı, kostyum, poliver, gödəkçə və digər geyimlərdən oğurlamış, kassanın yanındakı iri sellofan torbalara yığmış, mağazadan çıxıb, çıxanda taksi avtomobili ilə Gəncə şəhərində “Sovxoz Nizami dairəsi” deyilən tərəfə getmişdir. Orada da bir neçə əşyaları tanımadığı şəxslərə satmış, yenə də həftənin 1-ci gününə kimi Xalisin mağazasına girib bacardığı qədər oğurluq etməyi düşünmüşdür. Həmin hadisənin ertəsi günü yəni, 28 noyabr 2020-ci il tarixdə də eyni qaydada Xalis adlı şəxsin mağazasına girib oğurluq etmiş, həmin əşyaları dostu Elmar adlı şəxsin evinə gətirmiş, Elmar yadında qalmayan sayda geyim əşyaları götürmüş və ona bir az pul vermişdir. Həmin vaxt Elmarın arvadı da evin çöl tərəfində olmuşdur. O, Elmargilin evlərinə keçməmiş, içəridə kimin olub-olmadığını bilməmişdir. Həmin paltarları sonra yaxın ətraf hissələrdə tanımadığı şəxslərə satıb özünə xərclik pul etmişdir. Sonuncu dəfə həftənin bazar günü, yenə də bazarda iş günü olmayan vaxt Xalisin mağazasına girmiş, yenə də kişi geyimlərindən 3 sellofan torba yığıb mağazanın girdiyi qapısından çıxmış, yenə də çıxıb taksi avtomobili ilə “Nizami Sovxoz” adlanan tərəfə gedib orada tanımadığı şəxslərə dəyər-dəyməzinə satmış və özünə xərclik etmişdir. O, təxminən 2-3 min manat arası əşya satıb pul etmiş, həmin pulu da özünün şəxsi ehtiyaclarına xərcləmişdir. 12 dekabr 2020-ci il tarixdə polislər onu saxlamış və o, etdiyi oğurluqları etiraf etmişdir. O, həmin oğurluqları tək etmiş, bu işdə ona heç kəs köməklik etməmiş, heç kəsə etdiyi oğurluqlar barədə məlumat verməmiş, oğurladığı əşyaları satdığı dostu Elmara və tanımadığı şəxslərə də oğurluq barədə heç nə deməmiş, yalandan “qoşunun xəstəsi var, pandemiyaya görə bazar işləmir, ehtiyacı olduğu üçün ucuz qiymətə satır” demişdir. Bundan başqa “Qrand Qafqaz” ticarət mərkəzindən oğurladağı malların qiyməti ilə razı deyil. Belə ki, həmin qiymətlər şişirdilmiş və daha artıq hesablanmışdır. Hazırda törətdiyi əməldən peşman olduğunu, maddi imkanı olmadığı üçün dəymiş zərəri ödəyə bilmədiyini nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, V.Xuluflu küçəsində yerləşən Grand Qafqaz Ticarət Mərkəzində icarə əsasında 3 ildir ki, “Windsor” adlanan kişi geyimləri mağazası işlədir. Həmin mağazada müxtəlif çeşiddə kişi geyimləri, yəni ayaqqabılar, paltolar, gödəkçələr, kostyumlar, köynəklər, kəmərlər və s. geyimlər satır. Həmin mağazada satışa o, özü rəhbərlik edir. Mağaza hər gün səhər saat 10:00-da açılır, saat 17:00-da bağlanır. 27.11.2020-ci il tarixdə, saat 17:00-da mağazanın qapısını kilidləyib evinə getmiş, ertəsi gün, yəni 28.11.2020-ci il tarixdə və 29.11.2020-ci il tarixdə karantin rejimi ilə əlaqədar olaraq həmin ticarət mərkəzinin fəaliyyəti dayandırıldığından o, qeyd edilən tarixlərdə mağazaya getməmiş, yalnız 30.11.2020-ci il tarixdə, saat 10:00-da mağazaya getmiş və həmin vaxt mağazanın qapısını açarla açıb içəri daxil olduqda piştaxtada olan 2 qutu siqaret, yəni 2 manat dəyərində1 qutu nazik silindirli ağ “want” markalı siqaret və 2 manat dəyərində 1 qutu nazik silindirli “classic” markalı siqaret, 1 manat dəyərində 2 litrlik 1 ədəd plastik qabda “el su” adlanan su, boş ayaqqabı qutusunun içərisində olan 2 manat 20 qəpik nağd pul, 2 ədəd hər biri 1.30 manat dəyərində üç ülgüclü “Gilette” markalı üzqırxan, 6 ədəd hər biri 0.50 manat dəyərində iki ülgüclü “Gilette” markalı üzqırxan, 6 ədəd hər biri 0.30 manat dəyərində “Maccofe” markalı kofe və hər biri 7 manat dəyərində 5 qutu “Çinar” markalı şokolad yeni yerində olmadəğını oğurlandığını görmüşlər. Bundan sonra o, mağazanın içərisində olan geyim mallarının olduğu digər otağın qapısını özündə olan açarla açıb içəri daxil olduqda orada olan çoxsaylı geyim əşyaları yerində olmadığını, yəni oğurlandığını görmüşlər. Belə ki, o, oğurlanmış bütün əşyaların dəqiq siyahısını və qiymətlərini tərtib etmiş və ərizəsində polisə təqdim etmişdir. Həmin vaxt o, geyim əşyalarının olduğu otağa diqqətlə nəzər yetirdikdə oradan bir cütü 105 manat dəyərində, “Marco Cosetti” markalı 17 cüt ayaqqabı, bir cütü 95 manat olan “Peqasus” markalı 2 cüt ayaqqabı, bir cütü 95 manat dəyərində “Safari” markalı 3 cüt ayaqqabı, bir cütü 85 manat dəyərində “Safari sport” markalı 3 cüt ayaqqabı, 1 cütü 85 manat dəyərində “Pabuciston” markalı 1 cüt ayaqqabı, bir cütü 75 manat dəyərində “S.H.N” markalı 5 cüt ayaqqabı, bir cütü 79 manat dəyərində “Windsor” markalı 3 cüt ayaqqabı, bir cütü 60 manat dəyərində “Fabi” markalı 2 cüt ayaqqabı, bundan başqa, bir ədədi 65 manat dəyərində “X11” markalı 4 ədəd poliver, bir ədədi 37 manat dəyərində “Galyan” markalı, boğazı ürək formalı və qolsuz 5 ədəd poliver, bir ədədi 48 manat dəyərində üç düymə və pambıq materialdan “Galyan” markalı 4 ədəd poliver, bir ədədi 48 manat dəyərində yun materialdan olan “Galyan” markalı 3 ədəd poliver, bir ədədi 65 manat dəyərində sepli “Galyan” markalı 2 ədəd poliver, bir ədədi 55 manat dəyərində “Rugatchi” markalı 4 ədəd pambıq poliver, bir ədəd “Büke”markalı 75 manat dəyərində poliver, bir ədədi 30 manat dəyərində “Caparico oyaxa” markalı 3 ədəd poliver, bir ədəd “Pava” markalı 75 manat dəyərində poliver, bundan başqa, bir ədəd 250 manat dəyərində “Enrico Cuido” markalı kutka, bir ədədi 150 manat dəyərində 4 ədəd “Enrico Cuido” markalı kurtka, bir ədəd 180 manat dəyərində “Enrico Cuido” markalı paxlava formalı kurtka, bir ədəd 140 manat dəyərində “Mabro” markalı qolu hörgülü kurtka, bir ədədi 150 manat dəyərində 2 ədəd “Mabro” markalı gödək model kurtka, bundan başqa, bir dəsti 165 manat dəyərində “Pierre Coudi” markalı 11 dəst bəylik kostyum, bir dəsti 350 manat dəyərində “Hermes Rugers” markalı 3 dəst kostyum, bir dəsti 250 manat dəyərində “Windsor” markalı 2 dəst kostyum, bir ədədi 65 manat dəyərində “Zilli” markalı 4 ədəd şalvar, bir ədədi 47 manat dəyərində “Perpant” markalı 2 ədəd şalvar, bir ədədi 30 manat dəyərində “Windsor” markalı 12 ədəd köynək, bir ədədi 50 manat dəyərində “Windsor” markalı 2 ədəd köynək, bir ədədi 50 manat dəyərində “Cuevani Cuzepe” markalı 2 ədəd köynək, bundan başqa, bir ədəd 250 manat dəyərində “ Allgette” markalı kaşmir gödəkçə, hər biri 350 manat dəyərində “Windsor” markalı 2 ədəd kaşmir palto oğurlandığını müəyyən etmişdir. Oğurluq hadisəsi nəticəsində onun yuxarıda göstərilənlərdən başqa əlavə əşyası oğurlanmamışdır. Oğurluq nəticəsində ona yuxarıda göstərilən malların qiymətlərinin cəmi qədər maddi ziyan dəymişdir. Həmin malların hamısı Türkiyə Respublikası istehsalı və istifadə edilməmiş yeni mallar olmuşdur. Həmin hadisə ilə bağlı şübhələndiyi konkret şəxs yoxdur. Oğurluq etmiş şəxs(lər) ilk öncə mağazanın plastik qapısına güc tədbiq edib içəri daxil olmuş, bundan sonra açıq vəziyyətdə olan qapıdan keçib digər geyim malları olan otağa daxil olmuşlar. Bundan başqa mağazanın içərisində olan qapının kildi açarı da götürülmüşdür, yoxdur. Əlavə olaraq mağazadan hər birinin dəyəri 0.20 manat dəyərində 18 ədəd sellofan torba da oğurlandığı demişdir. Düşünür ki, mağazasındakı malları oğurluq etmiş şəxs(lər) həmin sellofan torbalara yığıb aparmışlar. Bir neçə il bundan əvvəl mağazasından oğurluq hadisəsi baş vermişdir və bu barədə cinayət işi məhkəməyə göndərilmişdir. Həmçinin göstərdi ki, qeyd edilən ərazidə yerləşən onun mağazasından edilmiş oğurluqla bağlı zərər çəkmiş şəxs qismində tanınıb dindirilərkən istintaqa verdiyi əvvəlki ifadəmi təsdiq edir, həmin ifadəsinə düzəlişi yoxdur, amma əlavəsi vardır. Belə ki, onun mağazasından oğurluq 27 noyabr 2020-ci il tarixdən 30 noyabr 2020ci il tarixinədək olan dövrdə baş vermişdir. Amma onun mağazasından oğurluq ondan əvvəldə olmuş, o, bununla bağlı bazarın kamerasından əldə edib onun mağazasından oğurluq edən şəxs 20.11.2020-ci il tarixdə də etdiyi müəyyən etmiş, həmin şəxsin onun mağazasına qeyd edilən tarixdə girib çıxması, əlində sellofan paketlərlə birlikdə çıxması və bununla da oradan oğurluq etməsi ona məlum olmuşdur. Amma o, həmin ərəfədə həmin şəxsin oğurluğunu bilməmiş, həmin şəxs səliqəli formada, yəni, mağazanın səliqəsəhmanın pozmadan oğurluq etdiyinə görə o, mağazaya daxil olanda heç bir şeydən şübhələnməmişdir. Ondan sonra həmin şəxs 27-28-29 noyabr tarixlərində yenidən təkrar olaraq mağazaya daxil olub oğurluqlarını davam etdirilmişdir. Belə ki, 21 noyabr və 22 noyabr tarixlərində iş olmamış, 6-cı və bazar günləri işləməmişlər. O, 23 noyabr 2020-ci il tarixdə mağazaya gələndə həmin şəxs sonra da daxil olduğu qapınin cəftəsi yerindən qaçdığını məlum olmuşdur. O, qardaşı Xaliqdən “buranı açıq qoyubsan? Deyə sual etmiş, qardaşı Xaliq də ona yox deyə cavab vermişdir. O da qapının açıq qaldığını fikirləşmiş, mağazaya baxanda mağazanın səliqə-səhmanı pozulmamadığını görmüş, ona görə də elə şübhələri olmamışdır. O, əldə etdiyi videoya əsasən həmin şəxsin mağazaya 3 dəfə deyil, 20 noyabr 2020-ci il tarixdə də daxil olub oğurluq etdiyini görmüşdür. O, oğrunun onun mağazasına girdiyi 4 dəfə oğurluq hadisəsini yəni, 20-27-28-29 noyabr 2020-ci il tarixlərdə etdiyi oğurluqarı iki diskə köçürmüş, bundan əlavə həmin oğurluqları edən şəxsin video diskdən mümkün qədər yaxından fotoşəkillərini çıxarmışdır. O, həmin videoları bazarın müşahidə kameralarından əldə etmişdir. Məhkəmədən təqsirlədirilən şəxsə ağır cəza verilməsini və mülki iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır, təqaüdçüdür, eyni zamanda evinin 1-ci mərtəbəsində prospektə baxan hissədə kiçik bir mağaza işlədir. O, həmin mağazada xırdavat əşyaları, ərzaq və digər əşyalar satır, özü həmin mağazada durur, ərzağı özü satır, hər gün saat səhər 08 radələrində mağazanı açır, axşam saat 23-24 radələrinə kimi mağazada olur, sonra mağazanı bağlayıb evə girir. Həmişə olduğu kimi 11 sentyabr 2020-ci il tarixdə də axşam saat 24 radələrinə kimi mağaza açıq olmuş, sonra o, mağazanı içəri tərəfdən bağlayıb evə keçmişdir. 12 sentyabr 2020-ci il tarixdə saat 08 radələrində həmişəki kimi mağazanı açanda görmüşdür ki, qapı sındırılmış, daha doğrusu qapı aralanmış, amma açıq deyildir. O, tez kassanın yanındakı siyirməni açıb görmüşdür ki, siyirmənin içərisində nisyə dəftərinin içərisinə qoyduğu pullar yoxdur. O, həmin pulu axşam saymış, 385 manat pul olmuş, yadından çıxıb götürməmişdir. Ona görə də o pulun məbləğini dəqiq bilir. O, pulun dəftərlə birlikdə olmadığını görmüş, eyni zamanda qapının cəftəsinin sındırılmağını, qapının aralanmağını görüb bilmişdir ki, mağazadan oğurluq edilmişdir. O, mağazanın içərisinə də baxmış, hər hansı bir əşyası oğurlanmamış, ancaq dəftərin arasındakı pulu oğurlanmış, dəftər də olmamışdır. O, həmin gün Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, polislər hadisə yerinə gəlmiş, hadisə yerinə onun iştirakı ilə baxış keçirmiş, qapıdan əl-barmaq izi götürülmüş və ona demişlər ki, yaxın vaxtda iş açılacaqdır. Bir müddət gözləmiş, sonra ona bildirmişlər ki, onun mağazasından oğurluğu Razi adlı şəxs etmiş, Razini də həbs etdiklərini bildirmişlər. O, sonra öyrənib bilmişdir ki, həqiqətən onun mağazasından 385 manat pulunu Razi oğurlamışdır. Razi bilinəndən sonra polislər ona demişlər ki, Razi deyib ki nisyə dəfətərini kənara, məhlələr tərəfə atmış, həmin dəftər də tapılıb ona verilmişdir. Razini o, əvvəllər tanımış, onun mağazasına gəlib-getmiş, bəzi vaxtlar ondan nisyə formasında əşya, ərzaq da almış, amma pulunu gətirib vermişdir. Bir dəfə də ondan borc 20 manat pul istəyib, o da Raziyə 15 manat pul vermiş, pulu da qaytarmışdır. Onun Raziyə hər hansı bir pisliyi keçməmişdir. Razi yaxınlıqda yaşamış, qonşu olmuşdur. Oğurlanmış pul ona qaytarılmamış, Razi tərəfdən də heç kəs onun yanına gəlib üzrxahlıq etməmiş, ona dəymiş ziyan da ödənilməmişdir. Ona görə də o, Razidən şikayətçidir, şikayəti və tələbi ondan ibarətdir ki, ona vurduğu ziyanı, yəni 385 manat pulunu ödəsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. 2019-cu ildə oğurluq etdiyinə görə Azərbaycan Respublikası CMnin 177-ci maddəsi ilə məhkum olunmuşdur. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs təxminən 3-4 ildir tanıyır, Razi ilə münasibətləri normaldır, aralarında hər hansı bir narazlıqları, ədavətləri olmamışdır. 2020-ci ilin noyabr ayının axırlarında, dəqiq tarixini xatırlmadığı vaxtda Elmar ona zəng vuraraq qonşusu paltar-ayaqqabı satdığını, münasib qiymətə olduğunu alırsanmı? demiş, o da Raziyə gətir, baxım görüm xoşuma gəlsə alaram demişdir. Bir neçə dəqiqədən sonra Razi onların evə gəlmişdir, Razinin nə ilə, necə gəlməsini bilməmişdir. Razinin əlində iri bir çanta olmuş, Razi ona dediyi paltarları və bir cüt ayaqqabını göstərmiş, o, paltarların və ayaqqabının qiyməti ilə maraqlanmış, Razi hamısını bir yerdə 60 manata satdığını demişdir. O da Razidən bir cüt ayaqqabı, bir kişi şalvarı, bir kişi gödəkçəsi və bir kişi poliveri almış, Raziyə də bunun müqabilində 60 manat pul vermiş, Razi çıxıb getmişdir. Sonra o, Razini görməmiş, Razi həmin əşyaları ona satanda oğurluq etməsini, həmin əşyaların oğurluq əşyalar olmasını deməmiş, ona qonşusunun ehtiyacı olduğu üçün ucuz qiymətə satdığını demişdir. Raziyə heç bir narkotik vasitə verməmiş, elə bir hal olmamışdır. Həmin vaxt yanında, evlərində həyat yoldaşı Esmira olmuş, Esmira onun Razi ilə danışığını, Razi ilə alış-verişini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təxminən 3 ildir ki, Gəncə şəhərində yaşayır, elə o vaxtdan da Gəncə şəhəri, Zərifə Əliyeva küçəsində yeni inşa edilmiş Qrand Qafqaz ticarət mərkəzində mühafizə xidmətinin rəisi vəzifəsində işləyir. Onların vəzifələri ondan ibarətdir ki, hər gün saat 19-00-dan səhər saat 08-00-dən ticarət mərkəzində yerləşən obyektlərin mühafizəsini təmin etməkdir. O da mühafizənin təmin edilməsinə rəhbərlik edir. Qafqaz ticarət mərkəzində kişi geyimləri mağazası olan «Vindsor» mağazasını işlədən Xalis Mustafayevi də 3 ildir ki, tanıyır, ondan əvvəl tanımamışdır, Xalislə münasibəti normal olmuşdur, aralarında hər hansı bir narazılıqları olmamışdır. 30 noyabr 2020-ci il tarixdə səhər saatlarında Xalis gəlib bildirmişdir ki, mağazasından oğurluq olmuş, o, mağazaya baxmamış, amma müşahidə kameralarına baxıb həqiqətən də bir şəxsin bir neçə dəfə ayrı-ayrı vaxtlarda, ilk olaraq 20 noyabr 2020-ci il tarixdə, ondan sonra isə 27, 28 və 29 noyabr 2020-ci il tarixlərdə hamısında da gündüz saatlarında, daha doğrusu obyektləri mühafizə təhvil almayan, saat 19-00-da əvvəlki ərəfələrdə oğurlaması məlum olmuşdur. O, Zərərçəkmiş şəxs1 həmin müşahidə kameralarından da müvafiq görüntülərin götürülməsinə şərait yaratmış, orada da Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o şəxs eyni şəxsdir, oğurluğa gələn bir nəfər şəxsdir, hətta mağazaya girib-çıxmasını, ticarət mərkəzindən çıxıb taksiyə belə əyləşməsini, taksinin getmə istiqamətinə kimi göstərməsini əks etdirən video görüntülər də vermişdir. Zərərçəkmiş şəxs1 də baxıb görmüşdür ki, mağazasından başqa bir oğurluq olmamış, ayrı kimsə də mağazaya daxil olmamışdır. Sonra onlara məlum olmuşdur ki, həmin oğurunu polislər tutublar. Zərərçəkmiş şəxs1 də hər dəfə onların yanına gəlib demişdir ki, polislər oğurunu tutublar, amma oğrunun oğurladığı əşyaları tapa bilmirlər. O da Xalisə demişdir ki, sən get, onun polisdən tələb et, müstəntiqdən tələb et, onlarlıq bir iş yoxdur. Lakin buna baxmayaraq Xalis yenə də gəlib onlara gileylənmiş, o da başından etmək üçün yalandan demişdir ki, guya ona Rəşad deyib ki, oğurlanan əşyaları Şəmkirə aparıb satıblar. Amma həqiqətdə Rəşad ona elə söz deməmişdir. O, heç əşyaların oğrunun kimə satmasını, hara aparmasını, necə etməsini bilmir. O, Xalisə ona görə elə demişdir ki, ondan əl çəksin, onu daha narahat etməsin. Hər dəfə gəlib onun vaxtını alır, ona aid olmayan sözlər danışır, onun həmin sözü elə deməkdə başqa bir məqsədi olmamışdır. Zərərçəkmiş şəxs1 mağazasının 3 qapısı var, qarşı tərəf qapı görünür, amma yan tərəf, üstü çətirli olan qapısının qarşısı görünmür. Pandemiya dövrü olsa da işçilər gəlib-gedirlər, mağazaya giribçıxırlar, ticarət mərkəzi tam bağlı olmur. Həmçinin ticarət mərkəzində 1500 mağaza var, onların hamısına, hər bir qapıya nəzarət etmək mümkün deyildir. Onlar dəqiq nəzarəti saat 19-00-dan sonra bazar bağlananda edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2012-ci ilin əvvəllərində Gəncə şəhər sakini Şahid1 ilə ailə həyatı qurmuş, birgə nigahlarından 3 övladı vardır. O, heç bir yerdə işləmir, evdar qadındır. Onlar qayınata evində yaşayır, qayınatası Qulu rəhmətə getmişdir, qayınanası Sənubərlə birlikdə yaşayır. Həyat yoldaşı Elmar 2019-cu ildə oğurluq etdiyinə görə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkum olunmuşdur, Elmar azadlığın məhdudlaşdırılması cəzası verildiyi üçün hazırda həmin cəzasını çəkib qurtarmamışdır. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, o, Razini bir neçə ay bundan əvvəl, 2020-ci ilin noyabr ayının sonlarında onlara paltar gətirəndə görmüşdür. Elmardan bu kimdir deyə soruşmuş, Elmar da “tanışımdır, paltar gətirib satmağa, paltarlar qonşusunundur, ehtiyacı olduğuna görə ucuz satır” demiş, o, Razi Elmara bir ədəd parça kişi gödəkçəsi, bir poliver, bir də ayaqqabı verdiyini görmüş, o, neçəyə verdiyini soruşmuş, Elmar da 60 manata verir, ucuz verir, münasib qiymətədir demişdir. Elmar da Raziyə 60 manat pul vermiş, Razi də çıxıb getmişdir. Sonra o, Razini görməmiş, Razi onlara gəlməmiş, ondan sonra Razinin onlara paltar gətirməsini görməmişdir. Sonra Elmar narkotiklə tutulmuş, Razidən aldığı paltarları da istintaqa təqdim edəcəyini bildirmişdir. O Razinin paltar gətirib Elmara verməsini görmüş, Elmar Raziyə narkotik deyil, evdən 60 manat pul gətirib vermiş, hətta qayınanası Sənubər də bunu görmüşdür. Elmar da Raziyə narkotik vasitə verməmişdir. O, heç Elmarın narkotik vasitədən istifadə etməsini də bilməmişdir. Elmarın da narkotiklə tutulmasını sonradan eşidib bilmişdir. Həmin vaxt o, Elmarın yanında olmuş, qayınanası Sənubər də içəridə olmuş, bir az ağrıdığı üçün çölə çıxmamışdır. Elmar kişi şalvarı almamış, həmin apardığı kişi şalvarı özünündür, qalan poliver, ayaqqabı və kişi gödəkçəsi almış, kişi şalvarı almamışdır. Elmar o paltarları aparanda özünün şalvarını da aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, onun həyat yoldaşı Qulu Əsgərov 3 ildir rəhmətə getmişdir, oğlu Şahid1 ailəsi ilə birlikdə onunla yaşayır. Oğlu Elmar 2019-cu ildə oğurluq etdiyinə görə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkum olunmuş, ona azadlığın məhdudlaşdırılması cəzası verildiyi üçün hazırda həmin cəzasını çəkib qurtarmamışdır. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs tanımır, ümumiyyətlə görməmişdir. 2020-ci ilin noyabr ayının axırlarında, dəqiq tarixini bilmədiyi vaxtda o, evdə olmuş, axşam saatlarında oğlu Elmar evə bir ayaqqabı, bir kişi poliveri, bir dənə də kişi gödəkçəsi gətirib tanışının gətirdiyini demişdir. Tanışının qonşusu satırmış deyə ucuz verdiyini, Elmar o əşyaları 60 manata aldığını bildirmişdir. Sonra o, Elmarın kimdənsə də paltar almasını, yaxud da evə kiminsə də paltar gətirməsini görməmiş, şahidi olmamışdır. Sonra Elmar narkotiklə tutulmuş, Razidən aldığı paltarları da istintaqa təqdim edəcəyini bildirmişdir. O evdə olmuş, oğlu Elmar dediyi paltarları evin həyətində adını bilmədiyi, sonradan adını Razi kimi eşitdiyi şəxsdən 60 manat pul verib almışdır. Elmar Raziyə narkotik verməmiş, Razi yalandan yazdırmışdır. O, heç Elmarın narkotik vasitədən istifadə etməsini də bilməmiş, Elmarın da narkotiklə tutulmasını sonradan eşidib bilmişdir. Elmar Razidən soruşmuş, Razi də Elmara and içmişdir ki, qonşusunundur, ehtiyacı var, ucuz qiymətə satır, oğlu da Raziyə inanmış və onlar həmin əşyaların oğurluq əşya olmasını bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, özünə məxsus olan “Mersedes Benz” 190 D minik markalı, ** CF *** dövlət qeydiyyat nömrə nişanlı avomobili ilə taksilik edib ailəsini dolandırır. O, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs tanımır. O, çox vaxt “Gəncə-Əyləncə” deyilən restoranın qarşı tərəfində dayanıb müştəri gözləyir. 2020-ci ilin noyabr ayının sonlarında, dəqiq tarixini xatırlamadığı vaxtda, axşam saatlarında, axşama yaxın bir vaxtda, bazar tərəfdən, yolun kənarında bir nəfər şəxs avtomobilə yaxınlaşıb avtomobilin boş olubolmadığını soruşmuş, o da boş olmasını demiş, həmin şəxsin əlində qara iri sellofan torbalar olmuşdur. Həmin şəxs torbaları avtomobilin salonuna qoymuş, özü də qabaq oturacaqda oturmuş, ona “Dəmir yol vağzalı tərəf “Blanlar” deyilən əraziyə aparmasını demişdir. O, həmin şəxslə heç qiymət də danışmamışdır. Deyilən yerə gəlmiş, həmin şəxs ona yol haqqı kimi 2 manat verib düşmüş, yolun qiyməti elə 2-3 manat olmuşdur. O da heç nə deməyib, yenidən qayıdıb Gəncə Əyləncə yeməkxanası tərəfə gəlmiş, sonra o, həmin şəxsi görməmişdir. Bir neçə gün bundan əvvəl də ona Kəpəz polisindən zəng olunub ondan belə bir məsələnin olub-olmadığını, yəni elə bir şəxsi müştəri kimi aparıb-aparmadığını soruşmuşlar, o da elə bir hal olmadığını demişdir. Sonra o, ifadə vermək üçün Gəncə şəhər Baş Polis İdarəsinə gəlmişdir. O, həmin şəxsin sellofan torbasındakı əşyanın nə olmasını görməmiş, heç fikir də verməmişdir. Həmin şəxs də ona avtomobildə heç nə deməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 vəsatəti ilə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. "xxxx" MMC-nin Operator Telekommunikasiya kompüter texnikasının istismarı bölməsinin Əmək sahəsi üzrə Operator Telekommunikasiya mütəxəssisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxsi tanımır, zərərçəkmiş şəxsi Zərərçəkmiş şəxs1 isə “Təzəbazar” adlanan ticarət mərkəzində mağaza sahibi kimi tanıyır. Onlarla düşmənçiliyi və ədavəti indiyədək olmamışdır. Hadisə ilə bağlı bildirir ki, o, kamera ilə baxan zaman oğurluğun 3 dəfə olmasını kameralar vasitəsi ilə görmüşəm, mağazaya daxil olan və çıxan şəxslərin hər biri fərqli paltarda olduğunu müəyyən etmişəm. Ona ilk əvvəl görüntülərdən belə aydın olmuşdur ki, mağazanın qarşısına bir neçə nəfər tanımağı şəxslər yaxınlaşırlar və orada diqqət çəkməmək üçün mağazaya yaxın yerdə fırlanırlar. Bundan sonra bir nəfər şəxs mağazaya daxil olur və sonradan oradan 3 ədəd sumka ilə əşyaları çıxardır. Növbəti dəfə mağazaya oğurluğa gələn şəxs fərqli paltarlarda olmuşdur. Həmin kamera görüntüləri ilə bağlı qeydlər bir aydan artıq qalmır, özü avtomatik olaraq yeniləyir və daxili yaddaşı təzələnir. Məhkəməyədək icraata zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Kəpəz rayon Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 2013-cu ildən DİO-da və tutduğu vəzifədə isə 2018-ci ildən xidmət edir, hazırda da Kəpəz rayon Pİ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gəncə şəhəri, Kəpəz rayonu, Qrand Qafqaz kimi tanınan bazarda onun xidmət etdiyi əraziyə aiddir. 12 dekabr 2020-ci il tarixdə həmin bazardan mağaza icarəyə götürüb işlədən, əvvəl tanımadığı, sonradan şəxsiyyətini Zərərçəkmiş şəxs1 kimi bildiyi şəxs Kəpəz rayon Pİ-nə ərizə ilə müraciət edərək 2020-ci ilin noyabr ayının axırlarında Xalisin həmin bazarda icarəyə götürüb işlətdiyi «Windsor» kişi geyimləri mağazasından xeyli miqdarda geyim əşyaları oğurlandığını bildirmişdir. Tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayətin əvvəllər oğurluq cinayətlərinə görə məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məlum olmuş, həmin gün də Təqsirləndirilən şəxs müəyyən edilərək istintaqa təqdim edilmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən müəyyən edilərkən bir neçə dəfə həmin mağazaya, həftənin 5-ci, 6-cı və bazar günləri, mağaza işləməyən vaxtlarda axşam saatlarında, yəni, bazarın mühafizəsi bazarın mühafizəsini təhvil almamış aralıq vaxtda mağazaya daxil olub mağazadan oğurluq etməsini, oğurladığı əşyaların bir qismini tanımadığı şəxslərə satmasını, bir qismini isə tanıdığı Şahid1 satmasını bildirmişdir. Razi Rzvayev tutulan vaxt zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 oğurlanmış əşyalarını tələb edərkən o, tədbirlər onlar tərəfdindən davam etdirildiyini, oğru tutulduğunu, oğurlanmış əşyaların tapılması, müəyyən edilməsi istiqamətində təbirlərin davam etdirildiyini bildirmişdir, sonra Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılmış, Şahid1 Təqsirləndirilən şəxs cəmi ona 4 geyim əşyasını 60 manata satmasını, Təqsirləndirilən şəxs hər hansı bir narkotik vasitə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxslə müəyyən söhbətlər zamanı Təqsirləndirilən şəxs də əvvəlki ifadəsini təsdiq etəməyərək Şahid1 narkotik vasitə almadığını, oğurladığı əşyaları tanımadığı şəxslərə ucuz qiymətə satdığını bildirdiyi üçün həmin əşyalar onlar tərəfindən tam olaraq müəyyən edilə bilməmişdir. O, İlqara elə bir söz deməmiş, Təqsirləndirilən şəxs oğurladığı əşyaları Şəmkir rayonunda satdığı məlumat almamışdır. İlqarın nəyə görə o cür söz deməsini, yaxud da Zərərçəkmiş şəxs1 elə bir ifadə verməsini heç bir başa düşə bilməmişdir. İş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 13.12.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 mağazasından edilmiş oğurluq hadisəsi ilə bağlı 14 dekabr 2020-ci il tarixdə müstəntiqi Şahəddin Məmmədov tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Hadisə yerinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, hadisə yeri, “Qrand Qafqaz” ticarət mərkəzində “Windsor” kişi geyimləri mağazasıdır, həmin mağazanın yan tərəfində qıda məhsulları və xırdavat mallar satılan yardımçı otaq vardır. Həmin yardımçı otağın qapısı plastik qapıdır, qapı kilidlə bağlanır, kilidin kənarında kənar alətin təsirindən yaranmış izlər vardır. Yardımçı otaqda qida və qeyri-qida məhsullarının olması məlum olmuş, həmin otaqdan keçdikdə kişi geyimləri mağazasının olması, həmin mağazada səliqə-səhmanın pozulmadığı məlum olmuşdur. Baxış keçirmə zamanı Zərərçəkmiş şəxs1 oğurluq etmiş şəxs və ya şəxslərin həmin əşyaları səliqəli şəkildə oğurladığını bildirmişdir. Mağazaya baxış keçirmə zamanı hadisə yerindən sübut əhəmiyyətinə malik ola biləcək əşya müyyən edilməmiş və hadisə yerindən hər hansı bir əşya götürülməmişdir. Hadisə yerinə baxış keçirmə zamanı Samsung markalı telefonla hadisə yerinin bir neçə görünüşdən fotoşəkli çəkilərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş “Baxış və götürmə haqqında” 12.09.2020-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 34 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 mağazasına baxış keçirilmiş, baxış keçirmə zamanı müəyyən edilmişdir ki, oğurluq hadisəsi baş vermiş mağaza Səxavət Eyvazova məxsus yaşayış evinin 1-ci mərtəbəsində yerləşir, mağazanın giriş qapısı prospektə tərəf açılır, baxış zamanı Zərərçəkmiş şəxs2 12 sentyabr 2020-ci il tarixinə keçən gecə mağazanın prospektə tərəfə olan giriş qapısı sındırılmaqla mağazanın kassasından 385 manat nəqd pulunun oğurlanmasını bildirmişdir. Hadisə yerinə baxış keçirmə zamanı hadisə yerindən əl-barmaq izləri götürülmüş, hadisə yerinin Canon markalı fotoaparatla fotoşəkli çəkilərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi və götürmə haqqında” 08.01.2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi 1 (bir) ədəd kişi ayaqqabısı, 1(bir) ədəd kişi poluveri, 1(bir) ədəd kişi gödəkçəsi və 1(bir) ədəd kişi şalvarına baxış keçirilmiş və götürülmüşdür. İş materiallarına əlavə edilmiş “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 08.02.2021-ci il tarixli protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Şahid1 götürülmüş 1 (bir) ədəd kişi ayaqqabısı, 1(bir) ədəd kişi poluveri, 1(bir) ədəd kişi gödəkçəsi və 1(bir) ədəd kişi şalvarı tanınmaya vahid nüsxə şəklində təqdim edilmiş, Zərərçəkmiş şəxs1 təqdim edilən əşyalardan 1(bir) ədəd kişi şalvarının ona məxsus olmadığını, digər təqdim edilmiş əşyaların ona məxsus olmasını, həmin əşyaları markasına, materialına, istehsal yerinə və keyfiyyətinə görə tanımasını bildirmiş və həmin əşyalar saxlaması üçün qəbzlə Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş 15.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 04.11.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 16.01.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4 və 67.1-ci maddələri ilə təqsirli bilinib 1(bir) il, 5(beş) ay, 26 gün azadlığın məhdudlaşdırılması və 600 manat cərimə cəzasına məhkum edilmiş və azadlığın məhdudlaşdırılması cəzası Kəpəz Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli qərarı ilə 07 ay, 11 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 16.01.2019-cu il tarixli hökmün və Kəpəz Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli qərarın surətindən görünür ki, həqiqətən də Təqsirləndirilən şəxs, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 16.01.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4 67.1-ci maddələri ilə təqsirli bilinib 1(bir) il, 5 (beş) ay, 26 gün azadlığın məhdudlaşdırılması və 600 manat cərimə cəzasına məhkum edilmiş, azadlığın məhdudlaşdırılması cəzası Kəpəz rayon məhkəməsinin 07.08.2019-cu il tarixli qərarı ilə 07 ay, 11 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Probasiya Şöbəsinin 19.02.2021-ci il tarixli məktubundan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 16.01.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 1 il, 5 ay, 26 gün azadlığın məhdudlaşdırılması və 600 manat cərimə cəzasına məhkum edilmiş, həmin cəza Kəpəz rayon məhkəməsinin 07.08.2019-cu il tarixli qərarı ilə 07 ay, 11 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, üzərində olan 600 manat cərimə cəzası isə icra olunması üçün Gəncə şəhər 2 saylı İstintaq təcridxanasına göndərilmişdir. İş materiallarına əlavə edilmiş Penitensiar Xidmətin 02 saylı İstintaq təcridxanasının 14 sentyabr 2021-ci il tarixli 17/39-4688 nömrəli məktubundan görünür ki, hal-hazırda həbs edilmiş Təqsirləndirilən şəxs barədə Gəncə şəhər İcra və Probasiya şöbəsindən 2(001)-3658 nömrəli icra sənədi icra edilməsi məqsədilə 16.01.2020-ci il tarixdə təcridxanaya daxil olmuşdur. Təqsirləndirilən şəxs 07.08.2019-cu il tarixdən 18.03.2020-ci il tarixədək təcridxanada cəza çəkdiyi müddət ərzində onun üzərində olan 600 manat cərimə cəzası ödənilməmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Probasiya şöbəsinin 14.09.2021-ci il tarixli 391894/19 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-09/2019 saylı 16.01.2019-cu il tarixli hökmü ilə təyin olunmuş 600 manat cəriməni hazırkı vaxtadək ödənilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkmə Ekspertiza Mərkəzinin 21 yanvar 2021-ci il tarixli, 9/215 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən ekspertiza təyin haqqında qərarda göstərilən müxtəlif çeşiddə əşyaların 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyərinin nəzəri qaydada ümumilikdə 8446,60 manat təşkil etməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminilastik Tədqiqatlar idarəsinin 23 fevral 2021-ci il tarixli, 21/153R nömrəli məhkəmədaktiloskopik ekspertizasının rəyindən görünür ki, 12.09.2020-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev prospekti ev 34-də yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evin birinci mərtəbəsində yerləşən mağazada baş vermiş oğurluq faktı ilə əlaqədəar hadisə yerindən götürülmüş 07 ədəd əl-barmaq zilərindən 02 ədəd əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin baş barmağı (02 dəfə) ilə eynilik müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “İfadəsinin yerində yoxlanılması haqqında” 19 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək 12 sentyabr 2020-ci il tarixdə saat 04 radələrində ilk olaraq oğurluq etdiyi Gəncə şəhəri, Heydər Əliyev prospekti 34 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus mağazaya haradan daxil olduğunu, mağazada Zərərçəkmiş şəxs2 məxsus olan pulu haradan oğurladığını göstərmiş, bundan sonra Təqsirləndirilən şəxs Gəncə Bazar Store MMC-də yerləşən Zərərçəkmiş şəxs1 icarəyə götürüb işlətdiyi kişi geyimləri mağazasına gələrək mağazanın yardımçı otağı tərəfdəki plastik qapını dəmir parçası ilə aralayıb oradan mağazaya daxil olması, ilk olaraq qida məhsulları və xırdavat əşyalar oğulamasını, bundan sonra mağazanın kişi geyimləri otağına daxil olaraq oradan geyim əşyaları oğurlamasını, hansı əşyaları haradan götürməsini, oğurladığı əşyaları kassa aparatının yanında olan iri sellofan torbalara yığıb aparmasını bildirmişdir. Təqsirləndirilən şəxs hər iki oğurluq faktı üzrə ifadəsi yerində yoxlanılarkən Samsung markalı telefonla bir neçə görünüşdən fotoşəkli çəkilərək protokola əlavə edilmişdir, ifadəsi yerində yoxlanılarkən sübut əhəmiyyətinə malik hər hansı birə əşya müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin 10.03.2021-ci il tarixli, 234 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs, Gəncə şəhəri Ruhi-Əsəb dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş “Şübhəli şəxs qismində tutma haqqında” 12 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12.12.2020-ci il tarixdə saat 22:00-da tutulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 14 dekabr 2020-ci il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə, yəni, 12 mart 2021-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 10.12.2021-ci il tarixli qərarı ilə iş üzrə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1(bir) ay müddətinə, yəni 12 aprel 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 iddia ərizəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ona məxsus əşyaların talan edilməsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən ona 11.455,2 manat məbləğində maddi ziyanın və dövlət rüsumu kimi ödədiyi 30,40 manat pulun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və ekspert rəyləri, cinayət işinin bütün materialları ilə sübut olunur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəyən ziyanın məbləğinin artıq hesablanması, həmin məbləğin şişirdilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxslərin və şahid ifadələri, maddi sübutlar, istintaq hərəkətinin protokolu, eləcə də cinayət işi materiallarına əlavə edilmiş digər sənədlərlə tam təkzib edilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş 15.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 04.11.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 16.01.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 1 il, 5 ay, 26 gün azadlığın məhdudlaşdırılması və 600 manat cərimə cəzasına məhkum edilmiş, azadlığın məhdudlaşdırılması cəzası Kəpəz Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli qərarı ilə 07 ay, 11 gün azadlıqdan məhrum etmə cəzasına ilə əvəz edilmiş, cəzasının sonu ilə azad edilmiş, 600 manat cərimə cəzası ilə çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 iyun 2002-ci il tarixli qərarının 5-ci bəndinin a yarımbəndində göstərilmişdir ki, islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan CM-nin 49.3, 53.4-cü maddələrinə müvafiq olaraq həmin cəzaları məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməzlər. Ona görə də Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs hesab olunmadığından onun yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratmır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olması, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmaması, habelə əvvəllər də mülkiyyət əleyhinə cinayət törətməsi, onun kriminal meylli olması, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalardan nəticə çıxararaq islah olunmamasını, zərərçəkmiş şəxslərə vurulmuş maddi zərəri ödəməyərək onlarla barışıq əldə etməməsini, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Gəncə şəhər Probasiya Şöbəsinin 19.02.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 16.01.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 1 il, 5 ay, 26 gün azadlığın məhdudlaşdırılması və 600 manat cərimə cəzasına məhkum edilmiş, azadlığın məhdudlaşdırılması cəzası Kəpəz Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli qərarı ilə 07 ay, 11 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, üzərində olan 600 manat cərimə cəzası icra olunması üçün Gəncə şəhər 2 saylı İstintaq təcridxanasına göndərilmişdir. Penitensiar Xidmətin 02 saylı İstintaq təcridxanasının 14 sentyabr 2021-ci il tarixli 17/39- 4688 nömrəli məktubundan görünür ki, hal-hazırda həbs edilmiş Təqsirləndirilən şəxs barədə Gəncə şəhər İcra və Probasiya şöbəsindən 2(001)-3658 nömrəli icra sənədi icra edilməsi məqsədilə 16.01.2020-ci il tarixdə təcridxanaya daxil olmuşdur. Təqsirləndirilən şəxs 07.08.2019-cu il tarixdən 18.03.2020-ci il tarixədək təcridxanada cəza çəkdiyi müddət ərzində olun üzərində olan 600 manat cərimə cəzası ödənilməmişdir. Gəncə şəhər Probasiya şöbəsinin 14.09.2021-ci il tarixli 391894/19 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-09/2019 saylı 16.01.2019-cu il tarixli hökmü ilə təyin olunmuş 600 manat cərimə cəzası hazırkı vaxtadək çəkilməmişdir. Ona görə də hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli 1(044)-09/2019 nömrəli hökmü ilə təyin edilən çəkilməmiş 600 manat cərimə cəzası ilə tam birləşdirilməklə qəti cəza təyin edilməli, təyin edilən cərimə cəzası müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə ev dustağlığında saxlandığı müddət daxil edilir. İşdə olan qərar və protokollardan görünür ki, Təqsirləndirilən şəxs 12.12.2020-ci il tarixdə saat 22:00-da tutulmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 14 dekabr 2020-ci il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə, yəni, 12 mart 2021-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 10.12.2021-ci il tarixli qərarı ilə iş üzrə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 ay müddətinə, yəni 12 aprel 2021-ci il tarixədək uzadılmışdır. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin təqsirləndirilən şəxsin məhkəməyə verilməsi barədə 12.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkəməyə verilmiş barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 12 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 3 ədəd kişi geyiminin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 mağazasından götürülmüş 01 ədəd zərfdə olan əlbarmaq izləri və Zərərçəkmiş şəxs1 təqdim etdiyi 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X7 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X5 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 180 manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 məhkəməyə iddia ərizə təqdim edərək, ona məxsus əşyaların talan edilməsi nəticəsində ona vurulmuş 11455,20 manat məbləğində maddi ziyanın və dövlət rüsumu kimi ödədiyi 30,40 manat pulun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə tərəfindən iş üzrə mülki iddiaçı kimi tanınmışdır. Zərərçəkmiş şəxs1 iddia ərizəsini onunla əsaslandırmışır ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən ona 11455,20 manat məbləğində maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs bu cinayət əməlləri nəticəsində ona dəymiş ziyan hələ də ödənilməmişdir. Bu səbəbdən də iddianın təmin olunması məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Qeyd olunan Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə mülki iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutlara qiymətləndirərək, iddiaçının (zərərçəkənin) məhkəmə prosesi zamanı təqdim etdiyi ərizəsini nəzərə alaraq hesab edir ki, iddiaçı Zərərçəkmiş şəxs1 cavabdeh Təqsirləndirilən şəxs qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iddiası təmin edilməli, Təqsirləndirilən şəxs 11455 manat 20 qəpik məbləğində maddi ziyan və məhkəmə xərci qismində ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli 1(044)-09/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilən və çəkilməmiş qalan 600 (altı yüz) manat cərimə cəzası ilə tam birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə və 600 (altı yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən 600 (altı yüz) manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli tutulduğu 12 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı Dövlət xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 3 (üç) ədəd kişi geyiminin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 mağazasından götürülmüş 01 ədəd zərfdə olan əl-barmaq izləri və Zərərçəkmiş şəxs1 təqdim etdiyi 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 (bir yüz səksən) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. İddiaçı Zərərçəkmiş şəxs1 cavabdeh Təqsirləndirilən şəxs qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 11455.20 (on bir min dörd yüz əlli beş manat iyirmi qəpik) məbləğində maddi ziyan və məhkəmə xərci qismində ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar