Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-115/2020 14.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Gəncə şəhəri, Məhsəti qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.2001-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş,Gəncə şəhəri, Z.Xəlil küçəsi ev 18-də qeydiyyatda olmaqla Gəncə şəhər Məhsəti qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1, vahid niyyətlə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan müddətdə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan qrup şəxs halında, həmin müddət ərzində kirayədə yaşadığı Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən evin ona etibar edilməmiş və qapısı qıfılla bağlı olan zirzəmisinə qıfılı sındırmaqla qanunsuz olaraq daxil olub oradan 3 ədəd hər birinin dəyəri 100 manat və hər biri 7 litrlik latun samovarı, 1 ədəd 80 manat dəyərində 5 litrlik samovarı, 2 ədəd hər biri 4.5 kiloqram çəkidə və hər birinin dəyəri 120 manat olan mis məcməyini, 1 ədəd 70 manat dəyərində 2 kiloqramlıq mis məyməyini, 1 ədəd “Mur-cell” markalı su motorunun 250 manat dəyərində olan çanağını, 1 ədəd 100 manat dəyərində olan “Atec” markalı laqondanı, 1 ədəd 130 manat dəyərində və 40 litr həcmində olan alminium qazanı, ümumi dəyəri 1000 manat olan müxtəlif uzunluqlarda dəmir şvellerləri və dəmir boruları, xx.xx.2020-ci il tarixdə isə tək 1 ədəd 19-cu əsrə aid olan 1000 manat dəyərində qədimi, latun şamdamı, ümumilikdə isə zərərçəkmiş şəxsin 3170 manat dəyərində əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs2, vahid niyyətlə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan müddətdə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan qrup şəxs halında, həmin müddətdə Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən evin ona etibar edilməmiş və qapısı qıfılla bağlı olan zirzəmisinə qıfılı sındırmaqla qanunsuz olaraq daxil olub oradan 3 ədəd hər birinin dəyəri 100 manat və hər biri 7 litrlik latun samovarı, 1 ədəd 80 manat dəyərində 5 litrlik samovarı, 2 ədəd hər biri 4.5 kiloqram çəkidə və hər birinin dəyəri 120 manat olan mis məcməyini, 1 ədəd 70 manat dəyərində 2 kiloqramlıq mis məyməyini, 1 ədəd “Murcell” markalı su motorunun 250 manat dəyərində olan çanağını, 1 ədəd 100 manat dəyərində olan “Atec” markalı laqondanı, 1 ədəd 130 manat dəyərində və 40 litr həcmində olan alminium qazanı, ümumi dəyəri 1000 manat olan müxtəlif uzunluqlarda dəmir şvellerləri və dəmir boruları, gizli yolla talayıb oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmişşəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, qeyri-rəsmi münasibətdə olduğu Şahanə Abbasova ilə 2020-ci ilin yanvar ayının əvvəllərində Gəncə şəhər Məhsəti qəsəbəsində Zərərçəkmiş şəxs məxsus evi kirayəyə götürüb orada yaşamağa başlamışdır. Evi kirayəyə götürən zaman Zərərçəkmiş şəxs bəzi məişət əşyalarını 1 otağa yığaraq qapısını bağlamış, həmin yerə daxil olmamağı barədə xəbərdarlıq etmişdir. O, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan müddətdə maddi problemləri olduğu üçün Təqsirləndirilən şəxs2 həmin evin zirzəmisinə daxil olmağı təklif etmişdir. Ceyhun onunla razılaşdıqdan sonra onlar birlikdə həmin kirayə yaşadığı evin zirzəmisinin qapısında olan qıfılı sındırmış və içəri daxil olmuşlar. İçəriyə daxil olan zaman orada bir neçə əşyanın olduğunu görmüş, həmin əşyaların hamısını birdən oğurladıqları halda ev sahibinin, qonşuların oğurluqdan xəbəri olacağını düşündükləri üçün həmin əşyaları hissə-hissə oğurlamaq qərarına gəlmişlər. Bu zaman onlar oradan 1 ədəd samovar götürmüş, o, samovarı Ceyhunla oradan götürdükdən sonra Bəhruz adlı şəxsə məxsus olan mobil nömrə ilə əlaqə saxlayaraq ona satılıq samovar olduğunu demişdir. Bəhruz isə ona samovarı iş yerlərinə aparmağını, xoşuna gəldiyi halda alacağını demişdir. O, Ceyhunla birlikdə Bəhruzun yanına getmiş və samovarı Bəhruza vermiş və Bəhruzdan bunun qarşılığında 50 manat pul almışdır. O, ilk dəfə etdikləri oğurluqdan sonra özünün evində ehtiyacı olduğu üçün Ceyhuna pul verməmişdir. İlk oğurluqlarından 1-2 gün sonra yenə də Ceyhunla birlikdə həmin evin zirzəmisinə daxil olmuşdur. Orada olan 1 ədəd samovarı, 1 ədəd məcməyini, 1 ədəd motoru və bir neçə metalları götürmüşdür. Həmin əşyaları götürdükdən sonra Ceyhuna məxsus olan Mersedes markalı avtomobillə həmin əşyaları Gəncə şəhər Məhsəti qəsəbəsində yerləşən metal alqı-satqısı ilə məşğul olan sexə aparmış, motoru və dəmirləri 60 manat qarşılığında metal sexinə satmışdır. Oradan da Bəhruzun yaşadığı evə gedərək 50 manat pulun qarşılığında həmin samovarla məcməyini Bəhruza satmışdır. Əldə etdikləri pulu isə Ceyhunla yarı-yarıya düşəcək şəkildə bölmüşdür. Bundan sonra Ceyhun ona daha oğurluq etmək istəmədiyini, etdikləri hərəkətin səhv olduğunu deyib onun da daha oğurluq etməməyini deyib məsləhət vermişdir. xx.xx.2020-ci il tarixdə o, tək başına həmin evin zirzəmisinə daxil olmuş, evin zirzəmisində olan 1 ədəd latundan 50-60 sm boylarında, ağır şamdamı götürmüşdür. Novruz bayramından sonra həmin evdə kirayədən çıxmaq istəsə də, bayramdan əvvəl Zərərçəkmiş şəxs oğurluqla bağlı məlumatı olduğu üçün o, məcbur olub Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə özünü müdafiə etmək üçün müraciət etmişdir. Törətdiyi cinayət əməllərindən peşmandır. Zərər çəkmişşəxsə dəymiş zərəri qismən ödəmiş, zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 təxminən 7-8 ildir ki, tanıyır. Onun Raufla arasında dostluq münasibətləri vardır. xx.xx.2020-ci il tarixdə yaşadıqları küçənin kəsişməsində görüşüb söhbət edən zaman Rauf ona pula ehtiyacı olduğunu, kirayədə yaşadığı evdə qapısı bağlı zirzəmi olduğunu, oraya daxil olub nə isə qiymətli əşya olub-olmadığına baxmaq istədiyini demişdir. Bu söhbətdən sonra günorta saatlarında hər ikisi Raufun kirayədə yaşadığı evə getmişdir. Evin həyətinə daxil olduqdan sonra o, evin həyətində olan dəmir parçasını götürüb evin zirzəmisinin qıfılını sındırıb zirzəmiyə daxil olmuşdur. Onlar zirzəmiyə daxil olduqdan sonra orada müxtəlif metalların, əşyaların olduğunu görmüşdür. Bu zaman onlar oradan 1 ədəd samovar götürmüş, o, samovarı oradan götürdükdən sonra Rauf Bəhruza ilə əlaqə saxlamış, Bəhruzla telefonla danışan zaman Bərhruz ona samovarı xoşladığı halda alacağını demişdir. Bundan təxminən 1 saat sonra o və Rauf Bəhruzun olduğu yerə getmiş, orada Rauf samovarı 50 manata Bəhruza satmışdır. Rauf ona həmin puldan heç nə verməmiş, pula ehtiyacının olduğunu demişdir. Həmin hadisədən 1-2 gün sonra Raufla birlikdə həmin evin zirzəmisinə yenidən daxil olmuş, orada olan 1 ədəd samovarı, 1 ədəd məcməyini, bir neçə xatırlamadığı metalları və 1 ədəd su motorunu götürmüşdür. Onlar həmin əşyaları götürdükdən sonra ona məxsus Mersedes markalı avtomobillə həmin əşyaları Gəncə şəhər Məhsəti qəsəbəsində yerləşən metal alqı satqısı ilə məşğul olan sexə aparmış, həmin motoru və dəmirləri 60 manat qarşılığında metal sexinə satmışlar. Sonra oradan da Bəhruzun yaşadığı evə gedərək 50 manat pulun qarşılığında ona bir ədəd samovarı və məcməyini satmışdırlar. Əldə etdikləri pulu isə Raufla yarı-yarıya böldülər. O, Raufla əvvəlcədən orada olan əşyaları hissə-hissə oğurlamaq fikrində olsalar da o, ikinci oğurluqlarından sonra etdiyi əməldən peşman olduğu üçün Raufa daha oğurluq etməyəcəklərini demiş, Raufa da bu barədə məsləhət vermişdir. Törətdiyi əməllərdən çox peşmandır. Zərər çəkmiş şəxsə dəymiş zərəri qismən ödəmiş, zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmişşəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə ona məxsus Məhsəti qəsəbəsində yerləşən evdə onunla qonşuluqda yaşayan şəxslərdən bir nəfər ona zəng edərək Gəncə şəhər Məhsəti qəsəbəsində yerləşən evini bir nəfər gəncin gələrək kirayəyə götürmək istədiyini ona demiş, o, isə ilk əvvəl evi kirayəyə vermək istəmədiyini desə də telefonda onunla danışan qonşusu kirayə götürmək istəyən şəxslərin gənc ailə olduqlarını, yaşayış yerlərinin olmadığını ona demişdir. Bu səbəbdən də o, razılaşıb, Gəncə şəhər Məhsəti qəsəbəsində yerləşən özünə məxsus fərdi yaşayış evinə getmiş, Təqsirləndirilən şəxs1la görüşmüş, bu zaman Ceyhun da Raufun yanında olmuşdur. O, həmin şəxslərlə birlikdə özünə məxsus olan evə daxil olmuş, həmin şəxslər evə baxmış, evi xoşladıqdan sonra o, Raufla həmin evi aylıq 130 manat pul qarşılığında kirayəyə verməyə razılaşmışdır. O, bəzi əşyaları orada olan otağa yığıb otağın qapısını bağlamışdır. Raufa həm həmin otağa həm də onun evinin həyətində yerləşən zirzəmiyə daxil olmamalarını, həmin zirzəmidə də əşyalarının olduğunu, zirzəminin qapısında qıfıl olduğunu deyib bu barədə onlara xəbərdarlıq etmişdir. Rauf isə onunla razılaşaraq nə əşyaları olan həmin otağa nə də ki, həmin evin zirzəmisinə daxil olmayacağını demişdir. O, xx.xx.2020-ci il tarixdə saat 10-11 radələrində kirayəyə verdiyi evinə getmişdir. Bu zaman o, zirzəminin qıfılını açan zaman nə isə qıfılın yaxşı açılmadığını görüb bu barədə Raufdan qıfılın nə üçün bu cür açıldığını soruşmuşdur. Rauf isə ona öz bağladığı qıfıl olduğunu deyib qıfılın hansı səbəbdən bu cür açıldığı barədə məlumatsız olduğunu demişdir. O, içəri daxil olub orada olan su motorunun çanağını axtarmış, lakin həmin çanağı tapa bilməmiş, bu barədə Raufdan soruşan zaman isə Rauf ona bu barədə məlumatsız olduğunu deyib onunla birlikdə evin həyətində motorun çanağını axtarmağa başlamışdır. Lakin onlar həmin çanağı tapa bilmədikləri üçün o, oradan çıxıb getmişdir. xx.xx.2020-ci il tarixdə saat 00:24 dəqiqədə Rauf ona zəng edərək ona məxsus olan evinə guya ki, oğru daxil olduğunu, zirzəminin qıfılının qırıldığını, lakin zirzəmiyə daxil olmadığını ona demişdir. O isə dərhal həmin evə getmişdir. O, evə gedən zaman Rauf polisə məlumat verdiyini, heç bir yerə toxunmamağını ona demişdir. Orada Rauf ona qırılan qıfılı, orada olan 2 samovar və 1 mis qazanı göstərib, ona oğruların həmin əşyaları aparmadığını deyib guya ki, oğurluq edən şəxsin evə daxil olduğu yeri göstərmişdir. Bundan bir qədər sonra polislər oraya gəlmiş, sənədləşmə işləri aparılmışdır. O, həmin vaxt oğurluğun Rauf tərəfindən edildiyini bilmiş və Raufa bu barədə demişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1la o, təkrarən əlaqə saxlayıb onunla görüşmüş, o, Raufla görüşən zaman yeznəsi Bayram da orada idi. Bayram və Rauf orada ona oğurluğun Rauf tərəfindən edilmədiyini deyib onunla mübahisə etmişdir. O bundan sonra xx.xx.2020-ci il tarixdə Raufla söhbət etdikdən bir gün sonra Rauf və yeznəsi Bayram ilə birlikdə ona məxsus olan Gəncə şəhər Məhsəti qəsəbəsində yerləşən evə gedib evin zirzəmisinə daxil olmuşdur. O, həmin evin zirzəmisinə baxış keçirən zaman 3 ədəd 7 litrlik hər birinin dəyəri 100 manat olan samovarlarının, 1 ədəd 80 manat dəyərində olan 5 litrlik samovarının, 2 ədəd 4 kiloqram yarımlıq hər birinin dəyəri 120 manat olan mis məcməyilərinin, 1 ədəd 2 kiloqramlıq 70 manat dəyərində olan mis məcməyinin, 1 ədəd Mur-cell markalı su motorunun 250 manat dəyərində olan çanağının, 1 ədəd 100 manat dəyərində olan “Atec” markalı laqondanın, 1 ədəd 40 litr həcmində, 130 manat dəyərində olan alminium qazanın, müxtəlif uzunluqlarda, ümumi dəyərləri 1000 manat olan dəmir şvellerlər, dəmir boruların, 1 ədəd qədimi, 19-cu əsrə aid olan, 11 kiloqram çəkidə, 60 sm uzunluqda olan, tam olaraq qiymətini bilmədiyi, lakin təxminən qiymətinin 1000 manat olduğunu düşündüyü latun şamdamın yerində olmadığını görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir müddət əvvəl tanımışdır. Belə ki, onlar birlikdə Gəncə şəhər Nizami prospektində yerləşən Gəncə Petrol YDM-də operator vəzifəsində işləmişdir. Təxminən 2020-ci ilin mart ayının əvvəllərində Raufla işdə olan zaman ona evlərində nənəsinə məxsus məcməyi və samovar olduğunu, pula ehtiyacı olduğu üçün həmin məcməyi ilə samovarı satmaq istədiyini demişdir. Rauf ona bu barədə dedikdən sonra o, həmin məcməyi ilə samovarı yaşadığı evə gətirməsini, razılaşdıqları halda həmin əşyaları alacağını demişdir. Həmin günü axşamı Rauf və Ceyhun onun yaşadığı evə gəlmiş, ona evin həyətində məcməyi və samovarı göstərmişdir. Bu zaman o, həmin samovarın qarşılığında Raufa 50 manat, məcməyinin qarşılığında isə 20 manat verə biləcəyini demişdir. Rauf isə samovarı satmağa razılaşsa da məcməyini 20 manata deyil daha baha satmaq istəmişdir. O, həmin məcməyini ondan almamış, lakin samovarın hər hansı bir probleminin olub-olmağına baxdıqdan sonra o, 50 manatı Raufa vermiş və samovarı Raufdan almışdır. Bundan təxminən 5-10 gün sonra o, işdə olan zaman Rauf ona yenə də nənəsinin samovarının olduğunu, həmin samovarı 80 manata satdığını demişdir. O isə samovar baha olduğu üçün Raufla danışıb 55 manata samovarı almağa razılaşmışdır. Rauf kimləsə telefon əlaqəsi saxladıqdan bir qədər sonra Ceyhun ağ rəngli avtomobillə Gəncə Petrol YDM-nə gəlmiş, Rauf ona həmin samovarı vermişdir. O isə həmin samovarın qarşılığında Raufa 55 manat pul ödəmişdir. O, yenə də təkrarən Raufdan həmin samovarı haradan aldığını soruşmuş, Rauf isə həmin əşyaların nənəsinin olduğunu, nənəsinin razılığı ilə həmin əşyaları satdığını ona demişdir. O, həmin samovarlardan birini tanımadığı şəxsə satmış, digər 1 ədəd samovarı və məcməyini isə istintaq zamanı müstəntiqə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, Rövşən təxminən 3-4 ildir ki, özünün işlətdiyi metal qəbulu məntəqəsində olan metalları üzərinə pul qoyaraq onun anbardar işlədiyi metal tullantılarının qəbulu məntəqəsinə gətirib satmışdır. 2020-ci ilin mart ayının əvvəllərində yenə də Rövşən təxminən 2-3 gün fasilə ilə onun anbardar vəzifəsində işlədiyi metal qəbulu məntəqəsinə gələrək metallar vermişdir. Rövşən həmin ərəfədə ona həmçinin müxtəlif hissələrə ayrlmış, latun da gətirib satmışdır. Lakin o, həmin vaxt öz qeydiyyatını aparsa da həmin latun hissələrə ayrılmış şəkildə olduğu üçün ümumiyyətlə həmin latunun şamdam olduğunu bilməmişdir. Həmin latunu da digər metallar kimi həmin metal qəbulu məntəqəsində yerləşən metalları əritmək üçün ayrılmış xüsusi hissədə əritmişdir. Rövşən ona tam vəziyyətdə şamdam verməmiş, o, həmin latunu alan zaman latunun oğurluq olması barədə məlumatlı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki,o, Gəncə şəhəri Məhsəti qəsəbəsində metal alqı-satqısı ilə məşğul olur. 2020-ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs1 adlı şəxs onun metal alqı-satqısı ilə məşğul olduğu sexə əlində 1 ədəd su motoru kimi bir motorla gəlmiş, həmin motoru satmaq istədiyini ona demişdir. O, həmin motora baxmış, motorun içərisində az miqdarda mis olduğunu görmüşdür. Bu səbəbdən də o, Raufa həmin motorun içərisində az miqdarda mis olduğu üçün həmin motoru 2 manata ala biləcəyini demişdir. Rauf da ona qiyməti artırmağını desə də o, Raufa motorun qiymətinin 2 manat olduğunu, başqa yerə getsə də elə həmin motoru 2 manata sata biləcəyini demişdir. Rauf da onunla razılaşaraq 2 manata həmin motoru ona satıb oradan çıxıb getmişdir. O, da həmin motoru aldıqdan sonra həmişə olduğu kimi həmin motoru digər metallarla birlikdə ərinməsi üçün Musayevin qarajı adlanan yerdə yerləşən metal sexinə vermişdir. O, həmin motorun oğurluq olduğunu bilməmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, o, Gəncə şəhəri Məhsəti qəsəbəsinin yaxınlığında metal qəbulu sexini işlədir. xx.xx.2020-ci il tarixdə əvvəllər onun metal qəbulu sexində olan metalları özünə məxsus motosiklet ilə müxtəlif yerlərə satan, onunla birlikdə işləyən Firdosi adlı şəxs həmin metal qəbulu məntəqəsinə gəlmiş, ona metalı olduğunu demişdir. O, Firdosinin gətirdiyi metallara baxmış, Firdosinin ona latun, mis və aliminium gətirdiyini görmüşdür. O, həmin metalları tərəzi ilə çəkmiş, onlar həmin metalları çəkdikdən sonra o, orada 11 kiloqram latun, 1 kiloqram yarım mis və 8 kiloqram alminium olduğunu görmüşdür. O, latunun qarşılığında Firdosiyə 55 manat, misin qarşılığında 10 manat 50 qəpik, alminiumun qarşılığında isə 9 manata 60 qəpik pul vermişdir. O, Firdosini tanıdığı üçün ondan şəxsiyyət vəsiqəsi istəməmiş, çünki Firdosinin şəxsiyyət vəsiqəsi onda əvvəllər də birlikdə işlədikləri üçün əvvəldən olmuşdur. O, sadəcə olaraq aldığı həmin metallarla bağlı özündə olan kitabda qeydiyyat aparmış, bundan sonra nə Firdosi nə də ki, onun dostlarından heç kim mənə metal satmamışdır. Bundan başqa o, verilən suallara cavab olaraq o, həmin metalların oğurluq olması barədə məlumatsız olduğunu, həmin metalları Gəncə şəhər Kimyaçılar küçəsində yerləşən, “Musayevin qarajı” adlanan metal qəbulu sexinə satdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 təxminən 3 ay olar ki, tanıyır. Onun Raufla münasibəti yaxın olmamış, onların münasibəti sadəcə olaraq adi tanışlıq səviyyəsində olmuşdur. O, özünə məxsus olan VAZ 21011 markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. 2020-ci ilin mart ayının əvvəllərində Rauf onun yaşadığı evə gələrək taksi lazım olduğunu, əlillərin dairəsinə adlanan yerə gedib qayıdacaqlarını ona demiş, o, isə 5 manat pulun qarşılığında əlillərin dairəsinə gedib gələ biləcəyini ona demiş, onun evdə yarım saatlıq işi olduğu üçün təxminən yarım saat sonra o, evdən çıxıb Raufun kirayədə yaşadığı evə getmiş, Raufu evdən çağırmış, bu zaman Rauf evdən 1 ədəd balaca samovar çıxarmış, samovarı avtomobilə qoymuş, onlar birlikdə avtomobillə əlillərin dairəsinə getmiş, orada Raufu düşürmüş, Rauf samovarı da götürüb ona 5 manat vermiş, o, isə oradan çıxıb getmiş, bundan təxminən 1 həftə sonra Rauf onun yaşadığı evə gələrək əlində olan təxminən 50-60 sm boylarında olan 1 metalı ona vermiş, həmin əşyanı saxlayıb sonradan ona lazım olduğu zaman onun özünə qaytarmağını ona demiş, o, bu zaman ona həmin əşyanın kimin olduğunu soruşan zaman həmin əşyanın onun özünün olduğunu demiş, o, həmin əşyanı 2 gün özündə saxlamış, sonra ona pul lazım olduğu üçün o, həmin metal əşyanı Gəncə şəhər 2705-in dairəsi adlanan yerin yaxınlığındakı Rövşən adlı şəxsin işlətdiyi metal sexinə satmış, bunun qarşılığında isə o, 51 manat pul qazanmış, bu barədə Raufun özünə heç bir şey deməmişdir. O, həmin əşyaların oğurluq olması barədə məlumatsız olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış və götürmə haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus evdən oğurladığı əşyalardan 1 ədəd məcməyi və 1 ədəd samovar xx.xx.2020-ci il il tarixdə həmin əşyaları alan Şahid1 götürülmüşdür. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə Şahid1 təqdim etdiyi və ondan götürülmüş 1 ədəd samovar və 1 ədəd məcməyi zərərçəkmişə tanınmaya təqdim edilmiş və Zərərçəkmiş şəxs həmin əşyaları nəzərdən keçirərək əşyaların ona məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən evdən oğurlanmış əşyalar olmasını təsdiqləmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Məhsəti qəsəbəsində yerləşən oğurluq etdikləri evi göstərərək 2020-ci ilin mart ayının əvvəllərindən həmin evdən Təqsirləndirilən şəxs2 ilə birlikdə 2 dəfə oğurluq etdiklərini deyib, oğurluq etdikləri yeri göstərmişdir. Təqsirləndirilən şəxs1 sonradan oğurladıqları əşyaları satdıqları Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən metal alqı-satqısı sexini, Şahid1 yaşadığı Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən evi və Gəncə şəhər Nizami prospektində yerləşən Gəncə Petrol YDM-ni göstərmişdir. İstintaq hərəkətinin icrası gündüz vaxtı, təbii işıqlandırma hava şəraitində keçirilmiş, istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Məhsəti qəsəbəsində yerləşən oğurluq etdikləri evi göstərərək 2020-ci ilin mart ayının əvvəllərindən həmin evdən Təqsirləndirilən şəxs1 ilə birlikdə 2 dəfə oğurluq etdiklərini deyib, oğurluq etdikləri yeri göstərmişdir. Təqsirləndirilən şəxs1 sonradan oğurladıqları əşyaları satdıqları Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən metal alqı-satqısı sexini, Şahid1 yaşadığı Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən evi və Gəncə şəhər Nizami prospektində yerləşən Gəncə Petrol YDM-ni göstərmişdir. İstintaq hərəkətinin icrası gündüz vaxtı, təbii işıqlandırma hava şəraitində keçirilmiş, istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 682 saylı rəyinə əsasən oğurluq hadisəsi zamanı oğurlanan əşyaların qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir.
1. 7 litr tutumlu odun samovarı – bir ədədinin qiyməti 80 manat
2. 4.5 kiloqram çəkidə olan mis məcməyi- bir ədədinin qiyməti 120 manat
3. 5 litrlik samovar- bir ədədinin qiyməti 60 manat
4. 2 kiloqram mis məcməyi- bir ədədinin qiyməti 80 manat
5. “Mur-cell” markalı su motorunun hidrofonu- bir ədədinin qiyməti 15 manat
6. “Atec” markalı kiçik ölçülü laqonda- bir ədədinin qiyməti 25 manat
7. 40 litr həcmində olan alminium qazan- bir ədədinin qiyməti 30 manat
8. Uzunluğu 5 metr, diametri 60 santimetr, divarının qalınlığı 1 santimetr olan dəmir boru- bir ədədinin qiyməti 200 manat Bundan başqa məhkəmə-əmtəəşünaslıq ekspertizası zamanı qeyd edilən 4 ədəd diametri 42 sm,uzunluğu 6 metr olan dəmir şvellerlər haqqında kifayət qədər məlumat olmadığından, 1 ədəd 19-cu əsrə aid, 11 kiloqram ağırlığındakı, 55-60 sm hündürlükdə olan qədimi şamdam isə əntiq obyektlərin ekspertizası aparılmadığından bu barədə ekspert tərəfindən qiymətləndirmə aparılmamışdır. İş materiallarından görünür ki, ibtidai araşdırma zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs evindən oğurlanmış bir ədəd samovar və bir ədəd məcməyi maddi sübut kimi tanınmış, təqsirləndirilən və zərərçəkmişşəxslər maddi sübutlarla tanış olduqdan sonra, həmin əşyalar zərər çəkmiş şəxsə qaytarılmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Zərər çəkmişşəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxslər onlara dəymiş zərəri qismən ödəmiş, o, təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2016-cı il təvəllüdlü bir azyaşlı uşağı vardır. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özlərinin qismən etirafedici ifadələri ilə yanaşı, zərər çəkmişşəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onların əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin zərər çəkmişşəxsin evindən 2 ədəd samovar, 2 mecmayi, 1 ədəd su motoru, 1 ədəd şamdan, aliminium qazan və bir neçə dəmir materialdan başqa digər hər hansı əşyanı oğurlamaması ilə bağlı verdikləri ifadələrinə tənqidi yanaşır. Belə ki, təqsirləndirilən şəxslərin bu ifadəsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlarla, yəni zərərçəkmiş və şahidlərin ifadələri, istintaq hərəkətinin protokolu, eləcə də cinayət işi materiallarına əlavə edilmiş digər sənədlərlə tam təkzib edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməllərdən peşmançılıq hissi keçirməsini (CM-in 59.2-ci maddəsi), himayəsində bir azyaşlı uşağının olmasını (CM-in 59.1.4-cü maddəsi), zərərçəkmişşəxsə dəymiş ziyanı qismən ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmişşəxsin ona qarşışikayət və tələbinin olmamasını (CM-nin 59.1.12, 59.1.14-cü maddəsi) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməllərdən peşmançılıq hissi keçirməsini (CM-nin 59.2-ci maddəsi), zərərçəkmişşəxsə dəymiş ziyanı qismən ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmişşəxsin ona qarşışikayət və tələbinin olmamasını (CM-nin 59.1.12, 59.1.14-cü maddəsi) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslərin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxslərin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmişşəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişşəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa iş materiallarından görünür ki, təqsirləndirilən şəxslər xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşlar. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət təqsirləndirilən şəxslərə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd samovar və bir ədəd məcməyinin zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərəəsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd samovar və bir ədəd məcməyinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim Zaur Hüseynov