Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-116/2020 18.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi,Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxsvə Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 03 radələrində birgə yaşadıqları ünvan 2 ünvanında oğlu Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən turist bıçağı ilə sonuncunun bel nahiyəsinə qəsdən bir zərbə vuraraq ona - bel nahiyəsinin deşilmişkəsilmiş yarası kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona istinad olunan əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki,o, hal-hazırda ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və rəngsaz usta kimi evlərdə işləyir. Zərərçəkmiş şəxs onun oğlu olmaqla, təkər sexində usta işləyir. xx xxx 2020-ci il tarixdə saat 22 radələrində arvadı Vəfa və oğlu Elsevərlə birlikdə Gəncə şəhəri Böyük Bağman ərazisində yaşayan qohumu Rövşənin evinə qonaq getmişlər. Orada o, oğlu Elsevər və qohumu Rövşən birlikdə yeməklə 700 qram araq içmiş, bundan sonra oğlu və o, sərxoş olmuşlar. xx.xx.2020-ci il tarixdə saat 02 radələrində onlar yaşadıqları evə gəlmişlər. Evdə olan zaman Elsevərlə aralarında mübahisə yaranmışdır. Belə ki, sərxoş olduğundan Elsevərə nəsə irad bildirmiş Elsevər də ona cavab qaytarmış və o, Elsevərə təkrar irad bildirəndə Elsevər ona əl atıb, onu vurmaq istəmişdir. Özü oğlunun ona əl qaldırmasından əsəbləşmiş və üzərində gəzdirdiyi qatlanan qırmızı rəngli kiçik cib bıçağını çıxarıb əsəbi olduğundan bir dəfə Elsevərin arxa kürəyinin aşağı nahiyəsindən zərbə vurmuşdur. Həmin vaxt arvadı Vəfa Elsevərdən qan gəldiyini görüb TTY stansiyasına zəng vurmuş və həkimlər gəlib oğlu Elsevəri Gəncə şəhər 3 saylı TTY xəstəxanasına aparmışlar. Hadisə zamanı evdə arvadı Vəfa olmuş və aralarında mübahisə 5-6 dəqiqə davam etimişdir. Etdiyi əməldən peşmandır. Hazırda oğlu Elsevərlə barışmış, ona dəymiş ziyanı tam ödəmiş və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur.Məhkəmədən qeyd olunanları nəzərə almağı xahiş edir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək, qeyd edilən cinayət əməli üzrə özünü təqsirli hesab etdiyini, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tam ödədiyini, bununla əlaqədar olaraq işin icraatına xitam verilməsini və bu əsasla cinayət işinə xitam verilməsinin bəraətverici əsas olmadığının ona aydın olduğunu qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki,xx.xx.2020-ci il tarixdə saat təxminən 23 radələrində yaşadığı evdə olan zaman atası Qalibin xalası oğlu Rövşən adlı şəxs atasına zəng edərək yaşadığı evə qonaq çağırmışdır. Buna görə o, atası Qalib, anası Vəfa və azyaşlı qardaşı Rüstəm birlikdə tanımadığı taksi avtomaşını ilə Rövşənin yaşadığı evə qonaq getmişlər. Həmin evdə bir qədər oturduqdan sonra atası Qalib Rövşənlə birlikdə bir qədər yeyib içərək spirtli içki qəbul etmiş, özü isə həmin vaxt bir qədər spirtli içki olan pivə qəbul etmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 03 radələrində onlar taksi sifariş edərək yaşadıqları evə gəlmişlər. Onlar evə gələn zaman evin yaxınlığında atası Qalib ona 1 ədəd 50 manatlıq pul verərək mağazadan pivə almağı tapşırmışdır. O, da avtomaşından düşüb atası üçün 2 ədəd 5 manata pivə almış və həmin pulun 25 manatını atasına qaytarmış, 20 manatını isə özündə saxlamışdır. Binanın qarşısında atası Qalibə az pul verdiyi üçün atası bunu bilmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə olduğu üçün o, binanın qarşısında atasının pulundan gizlin götürdüyü 20 manatı onun özünə qaytarmış və birlikdə yaşadığı evə çıxmışlar. Onlar evə çıxdıqdan sonra onunla atası sərxoş olduğu üçün yenidən pul üstündə mübahisə etmiş və mübahisə zamanı atası Qalib cibində olan 1 ədəd açılıb qatlanan bıçağı çıxarıb onun bel nahiyəsindən 1 dəfə vurub ona xəsarət yetirmişdir. Həmin vaxt anası Vəfa isə araya girib onları aralamış və 103 xidmətinə zəng edərək təcili tibbi yardım çağırmışdır.Həkimlər evə gələndən sonra ona yardım göstərib onu xəstəxanaya aparmışlar.Hadisədən sonra atası Qalib onunla barışmış, ona dəymiş ziyanı tam ödəmiş və onun atasına qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, atası Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını,ona dəymiş ziyanın tam ödənildiyini atasına qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib,Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki,xx.xx.2020ci il tarixdə təxminən saat 23 radələrində yaşadığı evdə olan zaman əri Qalibin xalası oğlu Rövşən əri Qalibə zəng edərək yaşadığı evə qonaq çağırmışdır. Buna görə də o, əri Qalib, oğlu Elsevər və azyaşlı oğlu Rüstəm ilə birlikdə tanımadığı taksi avtomaşını ilə Rövşənin yaşadığı evə qonaq getmişlər. Həmin evdə bir qədər oturduqdan sonra əri Qalib Rövşənlə birlikdə bir qədər yeyib içərək spirtli içki qəbul etmiş, həmin vaxt oğlu Elsevər isə bir qədər spirtli içki olan pivə qəbul etmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 03 radələrində Elsevər taksi sifariş edərək onlar həmin taksi ilə öz yaşadıqları evə gəlmişlər. Onlar evə gələn zaman evin yaxınlığında əri Qalib oğlu Elsevərə 1 ədəd 50 manatlıq pul verib mağazadan pivə almağı tapşırmış, Elsevər isə avtomaşından düşüb atası üçün 2 ədəd 5 manata pivə almış və həmin pulun 25 manatını atasına qaytarmış, 20 manatını isə özündə saxlamışdır. Binanın qarşısında Elsevərin atası Qalibə az pul verdiyini Qalib bilmiş və onlar arasında mübahisə olmuşdur. Mübahisə olduğu üçün Elsevər binanın qarşısında atasının pulunu Qalibin özünə qaytarmış və birlikdə yaşadığı evə çıxmışlar. Onlar evə çıxdıqdan sonra Elsevər və Qalib sərxoş olduqları üçün yenə pul üstündə onlar arasında mübahisə yaranmış və mübahisə zamanı Qalib cibində olan 1 ədəd açılıb qatlanan bıçağı çıxarıb Elsevərin bel nahiyəsindən 1 dəfə vurub ona xəsarət yetirmişdir. Həmin vaxt o, araya girib onları aralamış və 103 xidmətinə zəng edərək təcili tibbi yardım çağırmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-TibbiEkpertizavə X3” X4 şəxsin ekspertizasının xx.xx.2020-ci il tarixli 765 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxsnın bədəni üzərində müəyyən edilmiş xəsarət –bel nahiyəsinin deşilmiş-kəsilmiş yarası – deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "Yüngül" zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2020-ci il tarixli 16/385 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə yaşadıqları evdə oğlu Zərərçəkmiş şəxs yetirdiyi bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iş materiallarında olan yazılı ərizələrindən görünür ki, onlar barışmışlar və hər iki şəxscinayət işinin icraatına xitam verilməsinə razıdır. Azərbaycan Respublikası DİN tərəfindən xx.xx.2020-ci il tarixli, Z-50236 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri MKTB-nin rəisi İlham Quliyev tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. İşin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2191nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər PisxonernevrolojiDispansenerində qeydiyyatda durmur. İşin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər X6 Dispanseri tərfindən verilmiş xx.xx.2020-ci il tarixli 2163 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs X9 Dispansenerində qeydiyyatda durmur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 03 radələrində birgə yaşadıqları ünvan 2 ünvanında oğlu Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən turist bıçağı ilə sonuncunun bel nahiyəsinə qəsdən bir zərbə vuraraq ona - bel nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsifedilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx xxxxxx 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışmışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər BPİ-də xüsusi ayrılmış saxlanca təhvil verilmiş 1 ədəd umumi təyinatlı açılıb qatlanan turist bıçağı dövlət nəfinə müsadirə olunmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Məhkəmə xərci qismindən ekspertiza tədqiqatının dəyəri olan 31,50 (otuz bir manat əlli qəpik) pul Təqsirləndirilən şəxs tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər BPİ-də xüsusi ayrılmış saxlanca təhvil verilmiş 1 ədəd umumi təyinatlı açılıb qatlanan turist bıçağı dövlət nəfinə müsadirə olunsun və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 31,50 (otuz bir manat əlli qəpik) manat pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı Dövlət xəzinadarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(043)-116/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-116/2020
18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver