Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-116/2021 05.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi X1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Sarov kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyən etdi: Təqsirləndirilən şəxs 06.02.2021-ci il tarixdə, saat 08:54-də idarə etdiyi “VAZ 21070” minik markalı, **-NR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, F.Əmirov küçəsi ilə üzü həmin küçənin T.Arani küçəsi ilə kəsişməsi istiqamətində hərəkətdə olarkən F.Əmirov küçəsi ilə T.Arani küçəsinin kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni, onun hərəkəti istiqamətində yolayrıcı qarşısında 2.5 “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanı olmasını nəzərə alaraq, idarə etdiyi avtomobili yolayrıcına daxil etmədən dayandırmalı, kəsişən T.Arani küçəsi ilə yolayrıcına yaxınlaşan sürücü Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mercedes benz 180” minik markalı **-XF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yolayrıcında hərəkət üstünlüyünə malik olmasını nəzərə alaraq yolayrıcına daxil olmadan sürücü Zərərçəkmiş şəxs3 idarə etdiyi avtomobilə yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq avtomobili yolayrıcına daxil etməli olduğu halda, bunlara əməl etməyərək idarə etdiyi “VAZ 21070” markalı avtomobili yolayrıcına daxil edərək sürücü Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mercedes benz 180” minik markalı avtomobillə toqquşmuş, nəticədə onun idarə etdiyi “VAZ 21070” minik markalı avtomobildə olan sərnişinlər – Zərərçəkmiş şəxs1 sağ incik sümüyünün sınığı ilə müşaiyət edilən sağlamlığının uzun müddətdə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs2 sağ bazu sümüyünün yerdəyişməmiş sınığı ilə müşaiyət edilən sağlamlığının uzun müddətdə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurulmasına, “Mercedes benz 180” minik markalı **-XF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili zədələməklə həmin avtomobilin sahibi Zərərçəkmiş şəxs3 3365 manat maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ona məxsus olan “VAZ-21074” markalı, **-NR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. 06.02.2021-ci il tarixdə saat təxminən 09 radələrində ona taksi mərkəzindən sifariş gəlmişdir ki, Gəncə şəhəri “Şans Tibb” mərkəzinin arxasında sərnişin var, həmin sərnişini götürüb “Xanımın dükanı” adlanan əraziyə aparıb yenidən “Şans Tibb” mərkəzinə qaytarmaq lazımdır. Buna görə o, idarə etdiyi avtomobillə gedib həmin sərnişinləri göstərilən ünvandan götürüb F.Əmirov küçəsi ilə “Pasyolka” adlanan əraziyə doğru saatda təxminən 30-40 km surətlə hərəkət etməyə başlamışdır. O, Gəncə şəhərinin ərazisini, yollardakı üstünlükləri və üstünlük nişanlarını yaxşı tanımadığı üçün “naviqator” cihazından istifadə edərək Gəncə şəhəri ərazisində avtomobili idarə etmişdir. Həmin vaxt F.Əmirov küçəsi ilə T.Arani küçəsinin kəsişməsinə çatanda hərəkətdə olduğu yolun üzərində quraşdırılmış “Stop” işarəsini görmədən yol ayrıcına daxil olaraq onun sağ tərəfindən, T.Arani küçəsindən ona doğru hərəkətdə olan “Mercedes” markalı avtomobilin qarşısına çıxmışdır. Həmin avtomobil isə onun idarə etdiyi avtomobilin sağ yan tərəfindən dəymişdir. Nəticədə onun avtomobilində olan sərnişinlər xəsarət almışlar. Həmin vaxt nə o, nə də ki, digər avtomobilin sürücüsü heç bir xəsarət almamışdılar. Sonda təqsirləndirilən şəxs əməlindən çox peşman olduğunu, zərər çəkmiş şəxslərlə barışdığını, onlara dəymiş zərəri ödədiyini bildirərək, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, 06.02.2021-ci il tarixdə saat təxminən 08:40 radələrində taksi mərkəzinə zəng edib taksi sifariş vermişdir ki, işə getsin. Sifariş verdikdən bir qədər sonra taksi gəlmişdir. Həmin vaxt o və oğlu Zəki yaşadığı evin yaxınlığındakı “Gəncə” market adlanan ərazidə taksiyə minmişlər və həmin taksi avtomobili ilə F.Əmirov küçəsində hərəkət edərək onun işlədiyi iş yeri istiqamətinə doğru getməyə başlamışlar. Onlar F.Əmirov küçəsində hərəkətdə olarkən az müddət sonra F.Əmirov küçəsi ilə T.Arani küçəsinin kəsişməsində “Mercedes markalı avtomobillə onların olduqları taksi avtomobili toqquşmuşdur. Toqquşma nəticəsində o və oğlu xəsarət almışlar. Ətrafa yığılmış şəxslərin köməkliyi ilə onları avtomobildən çıxarmışlar və TTYS-nın avtomobili onları Gəncə şəhər 3 saylı xəstəxanasına aparmışdır. Hadisənin baş verməsinə səbəb onların əyləşdiyi avtomobilin yolayırıcına dayanmadan daxil olması olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş zərər ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxsin barədində hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, 06.02.2021-ci il tarixdə, saat təxminən 09 radələrində o, idarə etdiyi “Mercedes” minik markalı, **-XF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhərində yerləşən Abbas Səhhət xəstəxanasına gedirdi. Həmin vaxt T.Arani küçəsi ilə saatda təxminən 30-40 km sürətlə avtomobili idarə etmişdir. T.Arani küçəsi ilə F.Əmirov küçəsinin kəsiməsinə çatanda onun hərəkətdə olduğu yolun sol istiqamətindən, yəni, F.Əmirov küçəsindən ağ rəngli VAZ 21070 markalı avtomobil yüksək surətlə gəlib onun idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. Həmin vaxt o, avtomobilin əyləcini sıxaraq avtomobili saxlamaq istəsə də, ara məsafəsi az olduğundan hadisənin qarşısını ala bilməmiş və toqquşma baş vermişdir. Toqquşma nəticəsində o, heç bir xəsarət almamışdır. Lakin, onun qarşısına çıxan avtomobildə olan sərnişinlər xəsarət aldıqları üçün həmin sərnişinləri hadisə yerinə gələn təcili tibbi yardım avtomobili xəstəxanaya aparmışdır. Baş vermiş hadisə vaxtı avtomobilinin əzilməsi nəticəsində ona maddi ziyan dəymişdir. Lakin, hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyindən, təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 06 fevral 2021-ci il tarixli protokoldan görünür ki, hadisə zamanı hava işıqlı, dumansız və yağıntısız olmaqla sürücülər üçün görmə məsafəsi məhdud olmamış, yolun hərəkət hissəsi asfalt örtüklü, düz, üfüqi, hamar və hadisə vaxtı quru vəziyyətdə olmuşdur. T.Arani küçəsində yol örtüyünün eni 8,5 metrdir və 1 hərəkət zolağı vardır. F.Əmirov küçəsində isə yol örtüyünün eni 8 metrdir və 1 hərəkət zolağı vardır. Toqquşma nöqtəsi küçələrin kəsişməsinin mərkəzində yerləşir. Hadisə yerində avtomobilin təkərlərindən qalma heç bir tormozlanma izləri aşkar edilməmişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 06 fevral 2021-ci il tarixli 195/2021 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən verilmiş 17 mart 2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2021-ci il tarixdə “B1, B, C1, C” kateqoriyalı, BD seriyalı 100696 saylı sürücülük vəsiqəsi verilmişdir. Məhkəmə tibbi ekspertizasının 08 fevral 2021-ci il tarixli, 174 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş sağ incik sümüyünün sınığı bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 06.02.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə tibbi ekspertizasının 08 fevral 2021-ci il tarixli, 175 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş sağ bazu sümüyünün yerdəyişməmiş sınığı bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 06.02.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Hadisənin baş verməsini özündə əks etdirən bir ədəd DVD diskdən görünür ki, 06.02.2021-ci il tarixdə, saat 08:54-də Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21070” minik markalı, **-NR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, F.Əmirov küçəsi ilə üzü həmin küçənin T.Arani küçəsi ilə kəsişməsinə doğru, Zərərçəkmiş şəxs3 isə idarə etdiyi “Mercedes benz 180” minik markalı **-XF-*** dövlət nömrə nişanlı avtomobillə T.Arani küçəsi ilə üzü həmin küçənin F.Əmirov küçəsi ilə kəsişməsinə doğru hərəkət edirlər və hər iki avtomobil küçələrin kəsişməsinə avtomobili dayandırmadan, gəldikləri sürətlə daxil olurlar və toqquşurlar. Məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 10 mart 2021-ci il tarixli, 8/410 nömrəli rəyində göstərilmişdir ki, “VAZ 21070” minik markalı, **-NR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin ( 2.5 “Dayanmadan keçmək qadağandır” yol nişanı ) tələblərinə uyğunsuzluq olmuşdur. Qeyd edilən maddənin tələblərinə riayət etməklə sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hərəkət üçün təhlükə yaranan andan “Mercedes benz 180” minik markalı **-XF-*** dövlət nömrə nişanlı avtomobilin toqquşma yerindən müvafiq olaraq 15,7-23,2 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs3 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan andan “Mercedes benz 180” minik markalı **-XF-*** dövlət nömrə nişanlı avtomobilin toqquşma yerindən müvafiq olaraq 15,7-23,2 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs3 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “İfadənin yerində yoxlanması haqqında” 16 mart 2021-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılarkən Zərərçəkmiş şəxs3 təklif edilmişdir ki, onun üçün təhlükə yarandığı anı, yəni hadisənin digər iştirakçısı olmuş “Vaz-21070” markalı avtomobilin onun hərəkətdə olduğu yola, onun qarşısına çıxarkən özünün idarə etdiyi avtomobilin harada olmasını göstərməsi təklif edilmişdir. Buna görə Zərərçəkmiş şəxs3 Vaz 2107 markalı avtomobilin onun hərəkətdə olduğu yola çıxdığı və həmin anda özünün idarə etdiyi avtomobilin olduğu yeri göstərdi. Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşma nöqtəsi arasında olan məsafə ölçülmüş və müəyyən edilmişdir ki, onlar arasındakı məsafə 5 metrdir. “Gəncə şəhər Avtoservis müəssisəsi” tərəfindən təqdim edilmiş 07.03.2021-ci il tarixli, 0036 nömrəli akta əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs3“Mercedes benz 180” minik markalı **-XF-*** dövlət nömrə nişanlı avtomobilinə 3365 manat məbləğində maddi ziyan vurulmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” 18 mart 2021-ci il tarixli qərardan və 29 mart 2021-ci il tarixli qəbzlərdən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərini əks etdirən DVD diskin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmışdır. Eyni zamanda baş vermiş yol-nəqliyyat hadisəsində “VAZ 21070” minik markalı, **-NR-*** dövlət qeydiyyat nömrə nişanlı və “Mercedes benz 180” minik markalı **-XF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillərin üzərində baş vermiş hadisənin izləri daşındığından həmin avtomobillər maddi sübut kimi tanınmış və sonra saxlanılması üçün faktiki sahibləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi X3 tərəfindən ayrı-ayrılıqda təqdim edilmiş ərizələrdən görünür ki, onların hər biri təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş zərər ödənilmiş, onların təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışdığından və onlara dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı, iş üzrə icraata xitam verilməli, eyni zamanda Təqsirləndirilən şəxs əməlində inzibati xətanın əlamətləri olduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Gəncə şəhər Baş Polis İdarəsinin X5 Şöbəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməli və iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış “VAZ 21070” minik markalı, **-NR-*** dövlət qeydiyyat nömrə nişanlı və “Mercedes benz 180” minik markalı **-XF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillərin faktiki sahibləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 39, 43, 321, 346- 347, 356, 358-ci və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 263.1-ci mаddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməlinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəyə mindikdən sonra, ərazi aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinin X5 Şöbəsinə göndərilsin. İş üzrə keçirilmiş yol-nəqliyyat hadisələri məhkəmə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, “VAZ 21070” markalı, **-NR-*** dövlət qeydiyyat nömrə nişanlı və “Mercedes Benz 180” markalı **-XF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillərin faktiki sahibləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-116/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-116/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver