Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-117/2021 16.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, xüsusi ittihamçı X5 etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi və və təqsirləndirilən şəxs X6 vəkili X2 iştirakı ilə 16 noyabr 2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, 22 noyabr 1998-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2an X6, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə baxaraq məhkəmə, müəyyən etdi: Xüsusi ittihamçı X11 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, şikayət etdiyi şəxs X12 ilə 14.08.2019-cu il tarixdə Gəncə şəhərində yerləşən "Gold İmperial” şadlıq sarayında toy etməklə ailə həyatı qurmuş, faktiki nikah dövründə Zəkiyyə adlı qızları anadan olmuşdur. Ailə qurduqdan sonra qısa bir müddət ərzində mehriban yaşasalar da, sonradan daim mübahisələri yaranmış və nəticədə onlar ayrılmışlar. Hazırda, o, atasına məxsus evdə yaşayır. 2020-ci ilin may ayının 25-də Samur Cəfərov onu körpə övladı ilə birlikdə anası ilə arasında mübahisə yarandığı və narazılıq olduğu üçün gətirib hazırda valideynlərinin yaşadığı ünvan 3 ünvanında yerləşən evə qoymuş, 05 iyun 2020-ci il tarixdə təxminən saat 21 radələrində X12, X1yazışdığını və görüşdüyünü bildirərək mübahisə etməyə başlamışlar. Bundan sonra Samur Cəfərov onunla ədavət aparmağa başlamış və sosial şəbəkələrdə onu təhqir etməyə başlamışdır. 05 iyun 2020-ci il tarixdə sözügedən hadisə barədə Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi, polis baş leytenantı X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 152-ci maddələri ilə cinayət işinin başlanılmasının rədd edilməsi barədə 03 iyul 2020-ci il tarixli HK-1\1424 saylı qərarı mövcuddur ki, həmin qərarda X12 ifadəsində bildirmişdir ki, onun işlətdiyi telefon Samur tərəfindən təmir edilib gətirildikdən sonra 03.06.2020-ci il tarixdə "Whatsapp” proqramına yenilənmə verməsi nəticəsində onun Yusif adlı bir şəxslə sevgi və intim mesajlarının ortaya çıxdığını bildirsə də bu öz əksini tapmamışdır. Samur Cəfərovun 03 iyul 2020-ci il tarixli HK-1\1424 saylı qərar üzrə verdiyi ifadəsindən bəlli olur ki, ona məxsus telefonu özü işlətmək qərarına gəlmişdir ki, ona məxsus şəkillər hələdə həmin telefonda qalmaqdadır. Təəssüf olsun ki, elə bütün bəlalar da zamanda Samur Cəfərovun bu paylaşımları nəticəsində rəfiqələrinin ailə həyatında problem yaranmağa başlamışdır, belə ki, onun profilində sosial şəbəkədə dostluğunda olduğu rəfiqəsinin nişanlısı rəfiqəsinə onunla əlaqəni kəsməyini bildirmişdir ki, guya o gecə paltarında olduğu səkilləri paylaşmışdır. Halbuki, həmin şəkillər onun Samur Cəfərovda qalan telefonundadır və paylaşımları edən Samur Cəfərovdur. Onun maykada səkillərinin çoxsaylı izləyicisi olan saytda paylaşılması onu həqiqətən də dərindən sarsıtmış, mənəvi izdirablar keçirməsinə gətirib çıxarmışdır. O, tələbə olmaqla yanaşı 10 aylıq bir qız anasıdır və onun bu şəkildə təhqir olunmağı həm universitet həyatında həm də övladının ölkəmizə layiqli bir vətəndaş şəkildə böyüdülməsində onu ruhdan salmışdır. Həmçinin instaqramda şəkil paylaşılaraq "30 manata görüşürəm istəyənlər ehtiraslı olsun” paylaşımı onu özünə qəsd etmək dərəcəsinə qədər gətirib çıxarmışdır. Bütün paylaşımlar əvvəllər ona məxus olan "arzu.mansur0va 794” profili ilə edilmişdir ki, Samur Cəfərov ona məxsus olmuş profilin kodunu bildiyindən girib sözü gedən profilin kodunu dəyişmişdir. Həmçinin, əvvəllər ona məxsus olmuş "arzu.mansur0va 794” profili təxminən 100 dən çox izləyici tərəfindən izlənməkdədir, (bunu təsdiq edən sənəd (şəkil) şikayət əlavə olunur) Buna görə də, vətəndaş X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmiş, ona görə də o cinayət məsuliyyətinə cəlb edilərək ciddi cəzalandırılmalıdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X13 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X11 ilə 14.08.2019-cu il tarixdə el adəti ilə evlənmişlər. Ailə münasibətlərindən bir övladları olmuşdur. Belə ki, evləndikləri zaman Samsung A7 markalı telefon istifadə etmişdir. Evləndikdən sonra telefonunu Arzuya istifadə etmək üçün vermişdir. Daha sonra Samsung A7 markalı telefon xarab olmuş Arzuya onun əvəzinə Samsung A51 markalı telefon almışdır. Daha sonra Arzu ilə aralarında mübahisə olmuşdur. Samsung A7 markalı telefonu düzəltdirib özü istifadə etməyə başlamışdır. Həmçinin Samsung A51 markalı telefonu Arzudan alan zaman telefon format olunmuşdur. Orada hər hansı bir şəkil , video və.s olmamışdır. Özünü təqsirli bilməyərək barəsində bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X5 nümayəndəsi və vəkili Müdafiəçi şikayəti müdafiə edərək, xüsusi ittiham qaydasında şikayətdə göstərilənlərlə eyni məzmunlu ifadə verərək X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X6 vəkili X7 təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə cinayət törətməsi sübuta yetirilmədiyindən təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs X9 tanımır. Xüsusi ittihaçı X11 onun bacısının rəfiqəsidir. Belə ki, “İnstagram” sosial şəbəkəsinə baxarkən təsadüfən "arzu.manfhhgsur0va 794” profilini görmüş və həmin profildə Arzunun qeyri-etik şəkillərini görmüşdür. Arzuya zəng etmiş həmin şəkilləri onun tərəfindən paylaşıb-paylaşmamasını soruşmuşdur. Arzu şəkillərin ona aid olduğunu amma profilin ona məxsus olmadığını bildirmişdir. Həmin vaxt telefonun kimin istifadə etdiyini söyləməmiş, daha sonra telefonun ərində olduğunu bildirmişdir. Xüsusi ittihamçı tərəfin vəsatəti ilə şahid qimində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs X9 tanımır. Xüsusi ittihaçı X11 onun bacısının rəfiqəsidir. Belə ki, “İnstagram” sosial şəbəkəsinə baxarkən təsadüfən "arzu.mansur0va 794” profilini görmüş və həmin profildə Arzunun qeyri-etik şəkillərini görmüşdür. Arzuya zəng etmiş həmin şəkilləri onun paylaşıb-paylaşmamasını soruşmuşdur. Arzu şəkillərin ona aid olduğunu amma profilin ona məxsus olmadığını bildirmişdir. Həmin vaxt telefonun kimin istifadə etdiyini söyləməmiş, daha sonra telefonun ərində olduğunu bildirmişdir. "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” A zər baycan Respublikası Ali Məhkəməsi Plenumunun 21.02.2014-cü il tarixli 3 nömrəli Qərarının 12-ci bəndinə əsasən kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 2ci bəndində göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messeque və Cabardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki qanunamüvafiq, yəni qanuni yolla əldə olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kondraşinanın Rusiya Federasiyasına qarşı işində qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 21-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayətprosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verilir. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 139-cu-maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərini (maddə 139.0.3) və cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə şəxsin təqsirliliyini (maddə 139.0.4) cinayət-mühakimə icraatı zamanı sübut edilməli olan, yəni yalnız sübutlara əsasən müəyyən edilməli olan hallar sırasında göstərmişdir. Məhkəmənin hökmünə dair CPM-in 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: -məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında əldə edilmiş sübutlara əsaslandıqda -bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə -məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisipindən görünür ki, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun olaraq müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetrilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Məhkəmə hesab edir ki, sübutların həcmi və ümumiyyətlə işin həqiqi halları tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin CM-in 148-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə əsas vermir. CPM-in 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə (əməldə cinayət tərkibi olmadıqda) təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının, İnsan hüquqları üzrə Avropa Konvensiyasının prinsiplərinə, təqsirsizlik prezumpsiyasını nəzərə alaraq hesab edir ki, X6 Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi, onun əməlində cinayət tərkibinin olması məhkəmə istintaqı zamanı təsdiq olunmadığından ona verilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.2 maddəsinin tələbinə əsasən məhkəmə CPM-nin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-350, 352, 353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə X12 Azərbaycan Respublikası adından təhqsirsiz elan edilsin və ona bəraət verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-117/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-117/2021
16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver