Məhkəmə qərarları › İş №1(043)-118/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-118/2020

21.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-118/2020 21.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Fizuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Fizuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, təmiz çəkisi 45,025 qram narkotik vasitə olan tiryəki satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2020-ci il tarixdə saat 00:20 radələrində Gəncə şəhər sakini X11 idarə etdiyi Kia Optima markalı, **-HD-*** nömrə nişanlı avtomobillə Göygöl rayonu ərazisinda xüsusi karantin rejimi ilə əlaqədar yaradılmış 2 saylı posta polis əməkdaşlarının qanuni tələbini pozaraq polis əməkdaşına xəsarət yetirib hadisə yerindən qaçaraq avtomobillə Gəncə şəhəri istiqamətinə hərəkət etmiş və polis əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Gəncə şəhər Kəpəz rayonu, N.Nərimanov 1A ünvanında saxlanılan zaman o da həmin avtomobildə olmuş, Göygöl RPŞ-nin və Gəncə şəhər BPİ-nin PPXTnun polis əməkdaşları tərərfindən saxlanılaraq Gəncə şəhər Kəpəz RPİ-yə aparılmış, xx.xx.2020-ci il tarixdə saat 06:20-dən 06:55-dək olan vaxt ərzində Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin inzibati binasında həmin idarənin əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən sellofana bükülü vəziyyətdə, təmiz çəkisi 45,025 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür.Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, özünün və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə dostu X11 ona yaşadığı ünvandan onu götürüb Göygölə gedəcəklərini bildirmişdir. O da Sultanın idarə etdiyi **-HD-*** dövlət nömrə nişanlı “Kia Optima” markalı avtomobili ilə yaxını Aytac və dostu Məhərrəm ilə Göygöl rayonuna getmişlər. Göygöl Rayon Xəstəxanasının qarşısında karantin rejimi ilə əlaqədar olaraq Göygöl RPŞ-nin DYP və PPX əməkdaşları onları saxlamışlar. Sultan maşından düşüb polis işçiləri ilə söhbət etmişdir. Daha sonra DYP əməkdaşları avtomobilin həbsi olduğunu bildirərək avtomobilin cərimə meydançasına gedəcəyini bildirmişlər. Sultan da avtomobilin cərimə meydançasına aparılmasını istəməmişdir. Buna görə Sultan maşına əyləşmişdir. Daha sonra polis əməkdaşı Sultanı saxladığı üçün Sultan avtomobili hərəkətə gətirib uzaqlaşan zaman avtomobilin qapısından tutan polis işçisi avtomobilin qapısına dəymişdir. Bundan sonra Sultan Hacıməlik yolu ilə avtomobili sürərək izini itirmişdir. Lakin Sultan daha sonra Göygöl-Bakı yoluna təkrar çıxmışdır. Sultan Gəncə şəhərinə getmək istəyəndə Göygöl RPŞ-nin işçilərinin təkrar arxasınca gəldiyini görmüşlər. Bu səbəbdən Sultan avtomobili sürətlə sürməyə başlamışdır. Gəncənin girişində “Qala qapıları” adlanan yerdə polis əməkdaşlarının dayandığını gördüyünə görə Sultan yolun əks istiqamətinə sürmüş və həmin vaxt orada olan dəmir barmaqlıqların üzərindən keçmişdir. Daha sonra Sultan Gəncə şəhərində “Əllər” dairəsinin yaxınlığında yerləşən istifadə etdikləri sexə avtomobilinı salmaq istəyəndə sexin darvazasını avtomobillə vuraraq qırmış və içəri daxil olmuşdur. Bu vaxt Göygöl YPX əməkdaşları və Gəncə şəhər PBİ-nin polis işçiləri idarə etdikləri avtomobillə içəri girmişlər. Daha sonra onlar Göygöl rayon PŞ-nin əməkdaşları və Gəncə şəhər BPİ-nin polis işçiləri tərəfindən Gəncə şəhəri Kəpəz RPİ-yə gətirilmişlər. Polis İdarəsində onu şübhəli şəxs qismində saxlamışlar. Hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət olunmuş və onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynində olan gödəkçənin sol yan cibindən sellofana bükülü 46,4 qram çəkidə narkotik vasitə olan tiryək aşkar olunaraq götürülmüşdür. Həmin narkotik vasitə özünə məxsus olmuşdur. Narkotik vasitələri özü istifadə etmək üçün üzərində saxlamış, satmaq fikrim olmamışdır. Həmin narkotik vasitəni hadisədən bir müddət əvvəl Gəncə şəhərində H.Əliyev parkından tapmışdır. Sonda Təqsirləndirilən şəxs öz əməlindən səmimi peşman olduğunu göstərərək, ona güzəşt edilib yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2019-cu ildən Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. X8, Təqsirləndirilən şəxs və X2 əvvəllər tanımamış, onlarla hər hansı münasibəti olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 00:20 radələrində Gəncə şəhər sakini X11 idarə etdiyi Kia Optima markalı, **-HD-*** nömrə nişanlı avtomobillə Göygöl rayonu ərazisinda xüsusi karantin rejimi ilə əlaqədar yaradılmış 2 saylı postda polis əməkdaşlarının qanuni tələbini pozaraq polisə əməkdaşına xəsarət yetirib hadisə yerindən qaçmışdır. Sultan Əliyev avtomobillə Gəncə şəhəri istiqamətinə hərəkət etmiş və Göygöl RPŞ-nin polis əməkdaşları tərəfindən təqib edilmişdir. Sultan Əliyev idarə etdiyi avtomobillə Gəncə şəhəri Kəpəz rayonu, N.Nərimanov 1A ünvanında yerləşən “Gəncə petrol” yanacaq doldurma məntəqəsinin arxasında olan əmlak kompleksi sexinin çöl qapısını avtomobillə vurub açıb həyətə daxil olmuşdur. Həmin vaxt avtmobildə Sultandan başqa Təqsirləndirilən şəxs, X4 və X5 da olmuşdur. Sonra həmin yerə Gəncə şəhər BPİ-nin PPX-nin əməkdaşları da cəlb edilmişdir. Göygöl RPŞ-nin və Gəncə şəhər BPİ-nin PPX-nin əməkdaşlarının xidməti avtomobilləri ilə həmin şəxslər Kəpəz RPİ-yə gətirilmişdir. X6 idarə etdiyi avtomobildə və üzərində narkotik vasitə gəzdirməkdə, mütəmadi olaraq narkotik vasitə qəbul etməsində, həmçinin Təqsirləndirilən şəxs, X3 üzərində narkotik vasitə gəzdirməkdə, mütəmadi olaraq narkotik vasitə qəbul etməsində şübhələr olduğundan həmin şəxslər şübhəli şəxs qismində tutulmuşdur. Hər birinin üzərinə baxış keşirilməsi üçün ayrıayrı vəkil dəvət edilmişdir. Müdafiəçi1 iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman Nurlanın əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bükülü aşkar edilərək götürülmüşdür. Həmin bükülü açılan zaman içərisində narkotik vasitə olan tiryəkə bənzər kütlə olduğu müəyyən edilmişdir. Sonra həmin bükülü aptek tərəzisində çəkilmiş və 46,4 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə olan tiryəkdir, bədənində ağrılar olduğu üçün özü istifadə etmək məqəsdi ilə üzərində saxlamış və satmaq fikrində olmamışdır. Həmin kütləni H.Əliyev parkından tapmışdır. Həmin bükülü zərfə qoyularaq qablaşdırılmış, DİN-in 120 saylı möhürü ilə möhürlənmiş və baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxx 2020-ci il tarixli “Şübhəli şəxsi tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 06:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx xxxx 2020-ci il tarixli “Baxış və götürmə haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərindən sellofana bağlanmış sarı kağıza bükülüdə, çəkisi 46,4 qram olan narkotik vasitə tiryəkə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 16/248 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə oxşar tiryək” yazı və imzalar olan kağız paketdəki, bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə, təmiz çəkisi 45,025 qram olan maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkdir. Tiryəkin təmiz çəkisi-45,025qram, tədqiqata sərf edildi-0,2 qram, qalıq-44,825 qramdır. xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Gəncə şəhər Baş Polis İdarəsinin X7 azad edilmişdir. Gəncə şəhəri Narkoloji Dispanserinin xx xxx 2020-ci il tarixli 407 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Tərkibində narkotik vasitə olan tiryək alkaloidlərindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»n İ Siyahısında tiryəkin şəxsi istehlak miqdarının yuxarı həddi 0,5 qram müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspert rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsi-nin 59.2-ci maddəsinə əsa-sən cəzanı yün-gülləşdirən hal kimi qiymət-ləndirir, Cina-yət Məcəllə-sinin 61-ci mad-dəsində nəzərdə tutulan cəzanı ağır-laşdıran halların müəyyən edil-mədiyini qeyd edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halı, eləcə də cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» xx xxxxxx 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmasına zərurət olmadığı qənaətinə gəlir və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 21:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə düçar olması nəzərə alınmaqla ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs müalicə aldığı dövrdə müalicə müəssisəsi onun cəzasını çəkdiyi yer hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minə-nədək dəyiş-dirilmədən saxlanılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış, Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş narkotik vasitə olan tiryəkin ekspertizadan sonrakı qalığı - 44,825 qram narkotik vasitə olan tiryək məhv edilməli, xx xxxx 2020-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsində şübhəli şəxslərin üzərinə baxış keçirilərkən qeyd edilmiş videoçəkilişin köçürüldüyü 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci Dövlət Xəzinədarlığı Agentliyi, KOD 211805 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22). GöstərilənlərəəsasənvəAzərbaycanRespublikasıCPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cümaddələrinirəhbərtutaraqməhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsiilə təqsirli bilinərək 01 (bir) il06 (altı) ay müd-dətinə azadlığın məhdudlaşdırılması cəza-sınaməhkum edilsin. Cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 20:00-dan saat 08:00-dək tərk etməmək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanılması üçün onlara xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə aldığı müddətdə müalicə müəssisəsi onun cəzasını çəkdiyi yer hesab edilsin. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minə-nədək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin anbarında saxlanılan 44,825 qram narkotik vasitə olan tiryək məhv edilsin, xx xxxx 2020-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsində şübhəli şəxslərin üzərinə baxış keçirilərkən qeyd edilmiş video çəkilişin köçürüldüyü 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci-məhkəmə bioloji ekspertizasının haqqı olan32.40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci Dövlət Xəzinədarlığı Agentliyi, KOD 211805 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar