Məhkəmə qərarları › İş №1(043)-118/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-118/2021

05.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-118/2021 05.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 05 iyul 2021-ci ildə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xx.xx.1965-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmamış, Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin dekanı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra- CM) 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə ittiham olunur ona görə ki, o, 2010-cu ildə Gəncə Dövlət Universitetinin fizika və texniki fənlər fakültəsinin dekanı vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (hazırkı X5) tərəfindən 2010-cu ildə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanında müvəffəqiyyət balı toplamış X1 Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin əyani şöbəsinin «Təsviri incəsənət müəllimliyi» ixtisası üzrə qabiliyyət imtahanından keçirilməsində ona köməklik göstərməsi ilə bağlı 2010-cu ilin iyul ayında ona müraciət etmiş L.İsgəndərovanın atası Şahid1, L.İsgəndərovanın qabiliyyət imtahanından keçirilməsi məsələsini həll edəcəyini yalandan bildirərək həmin məsələnin müsbət həllindən ötrü vəzifəli şəxs olan özünə birbaşa yolla maddi nemət olan 3.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını şəxsən bildirərək, həmin məbləğə onunla razılaşmaqla sövdələşib, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə, həmin adla 2010-cu ilin iyul-avqust aylarında Gəncə Dövlət Universitetinin inzibati binasında şəxsən Şahid1 3.000 (üç min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, həmçinin eyni niyyətlə, qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə, Gəncə Dövlət Universitetinin fizika və texniki fənlər fakültəsinin əyani şöbəsinin «Təsviri incəsənət müəllimliyi» ixtisası üzrə təhsil alan tələbə L.İsgəndərovanın atası Şahid1 qızının hər smestr imtahanlarından müvəffəq qiymətlər alması üçün 500 (beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2010-cu ilin dekabr ayında şəxsən bildirib, onun razılığını almaqla sövdələşib, həmin adla 2010-2012-ci illər ərzində keçirilən semestr imtahanlarında Gəncə şəhəri ərazisində ayrı-ayrı vaxtlarda Şahid1 vahid niyyətlə 2.000 (iki min) manat məbləğində pul vəsaitini şəxsən alıb, şəxsi məqsədlərinə sərf edərək, həmçinin, eyni niyyətlə qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə, Gəncə Dövlət Universitetinin fizika və texniki fənlər fakültəsinin əyani şöbəsinin «Təsviri incəsənət müəllimliyi» ixtisası üzrə ikinci kursu başa vurmuş L.İsgəndərovanın atası Şahid1 qızı Lalənin ailə vəziyyəti ilə əlaqədar olaraq həmin təhsil müəssisəsinin «Azərbaycan dili və ədəbiyyatı» ixtisasının qiyabi şöbəsinə köçürülməsinə köməklik göstərməsi barədə 2012-ci ilin yay aylarında ona olan müraciəti ilə əlaqədar, sonuncuya qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar L.İsgəndərovanın xeyrinə edəcəyi hərəkətə görə, özünün vasitəsilə birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla yalandan bildirərək onunla razılaşmaqla sövdələşib, həmin adla 2012-ci ilin yay aylarında istintaqla dəqiq müəyyən edilməyən gündə Gəncə şəhərində yerləşən “Nərimanov” adına parkda 5.000 (beş min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, qeyd edilən qaydada ümumilikdə 10.000 (on min) manat məbləğində pul vəsaitini vahid niyyətlə Şahid1 şəxsən alaraq ələ keçirib, şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya xeyli miqdarda ziyan vurmaqla qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsi ilə maddi nemət olan pul vəsaitini vahid niyyətlə rüşvət qismində verməyə Şahid1 təhrik etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, şahid ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin, şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, X2 2010-cu ildə Gəncə Dövlət Universitetinin fizika və texniki fənlər fakültəsinin «Təsviriincəsənət müəllimliyi» ixtisasına əyani olaraq qəbul olmuşdur. 2012-ci ildə ikinci kursu bitirəndən sonra Lalənin atası Şahid1 ona yaxınlaşaraq qızının ailə vəziyyəti ilə əlaqədar təhsilini əyani davam etdirə bilməkdə çətinlik çəkdiyini və həmin fakültənin qiyabi şöbənin «Azərbaycan dili və ədəbiyyatı müəllimliyi» ixtisasına köçürülməsinə köməklik etməyini xahiş etmişdir. O, Şahid1 bununla bağlı tədris şöbəsinə və yaxud universitetin əsas inzibati binasına müraciət etməsini tövsiyə etmişdir. Şahid1 sonradan yenə ona yaxınlaşaraq məsələni həll edə bilmədiyini, bu işdə ona köməklik etməyini bir daha xahiş etmişdir. Bundan sonra, o, məsələ ilə əlaqədar həmin vaxt Gəncə Dövlət Universitetinin tədris şöbəsinin müdiri işləyən Şahid2 müraciət edib bu işə köməklik etməsini bildirmiş, Şahid2 də L.İsgəndərovanı fizika və texniki fənlər fakültəsinin əyani şöbəsinin «Təsviri incəsənət müəllimliyi» ixtisasından «Azərbaycan dili və ədəbiyyatı müəllimliyi» ixtisasının qiyabi şöbəsinə köçürülməsi üçün 5.000 (beş min) manat tələb olunduğunu demişdir. Şahid1 bu təkliflə razılaşaraq bir neçə gün sonra 5.000 (beş min) manat vəsaiti ona təqdim etmiş, bundan sonra L.İsgəndərova ərizə yazaraq fizika və texniki fənlər fakültəsinin əyani şöbəsinin «Təsviri incəsənət müəllimliyi» ixtisasından «Azərbaycan dili və ədəbiyyatı müəllimliyi» ixtisasının qiyabi şöbəsinə köçürülməsinə köməklik edilməsi barədə rektora müraciət etmiş və o, Lalənin ərizəsini və 5.000 (beş min) manat vəsaiti tədris şöbəsinin müdiri Şahid2 vermişdir. Bundan sonra təxminən 10 gün ərzində rektorun 17.09.2012-ci il tarixli əmri ilə Lalə İsgəndərova fizika və texniki fənlər fakültəsinin əyani şöbəsinin «Təsviri incəsənət müəllimliyi» ixtisasından «Azərbaycan dili və ədəbiyyatı müəllimliyi» ixtisasının qiyabi şöbəsinə köçürülmüşdür. Lalə İsgəndərova «Azərbaycan dili və ədəbiyyatı müəllimliyi» ixtisasının qiyabi şöbəsində 3 il təhsilini davam etdirib 4-cü kursu bitirdikdən sonra, ailə vəziyyəti ilə əlaqədar 2016-cı ildən 2020-ci ilədək akademik möhlət götürmüş, 2020-ci ildə Universitetə ərizə ilə müraciət edib yenidən təhsilini davam etdirməsini istəmiş, lakin həmin dövrdə qiyabi təhsil ləğv olunduğundan Universitet rəhbərliyi Şahid1 qızı L.İsgəndərovanı «Azərbaycan dili və ədəbiyyatı müəllimliyi» ixtisasının qiyabi şöbəsinə bərpa etməyin mümkün olmadığını bildirmişdir. Şahid1 məsələnin müsbət qaydada həll edilməsi üçün ona müraciət etdiyi vaxt Məmmədə həqiqətən də həmin ixtisasın qiyabi şöbəsinə qəbulun artıq aparılmadığını, həmçinin qızı Lalənin 4 il akademik möhlətdə olduğu dövrdə onunla birlikdə qiyabi təhsil alan tələbələrin artıq təhsil alıb Universiteti bitirdiklərini bildirərək bunun mümkün olmadığını, lakin Lalənin yenidən ərizə yazıb «Təsviri incəsənət müəllimliyi» ixtisası üzrə Universitetə bərpa olunmasının mümkün olduğunu bildirmişdir. Məmməd isə onunla razılaşmayıb qızının yalnız «Azərbaycan dili və ədəbiyyat müəllimliyi» ixtisasına bərpa olunmasını onadan tələb etmiş, o, Məmmədə Lalənin bərpa məsələsinin səlahiyyətlərinə aidiyyəti olmadığını bildirmişdir. Gəncə Dövlət Universitetində işlədiyi dövrdə tələbələrin qabiliyyət imtahanlarının verilməsi prosesinin X3 müəyyən etdiyi komissiyaya üzv ixtisaslı müəllim heyəti tərəfindən həyata keçirildiyini və fakültə dekanının həmin komissiyaya daxil edilmədiyini göstərərək 2010-cu ildə «Təsviri incəsənət müəllimliyi» ixtisası üzrə qabiliyyət imtahanı vaxtı Lalə İsgəndərovanın imtahanı müvəffəqiyyətlə verə bilməsi üçün Şahid1 ona 3.000 (üç min) manat pul verməsinin ağ yalan olduğunu, belə bir halın baş vermədiyini, heç bir tələbədən, o cümlədən, Şahid1 qızı Lalə İsgəndərovanın 2010-2012-ci illər üzrə keçirilən semestr imtahanlarına görə 2.000 (iki min) manat pul almadığını, Şahid1 ona şər-böhtan atdığını, buna baxmayaraq Şahid1 ondan əl çəkmədiyi üçün məcbur olub təhsil haqqı ilə birlikdə sonuncuya 13.200 (on üç min iki yüz) manat pul ödədiyini bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, 2006-2013-cü illərdə Gəncə Dövlət Universitetində tədris şöbəsinin müdiri vəzifəsində işləmiş, tədris şöbəsinin müdiri kimi vəzifəsi kafedralarda dərs yüklərinin bölünməsi, tədrisin təlimata uyğun aparılmasına nəzarətin həyata keçirilməsi və s. ibarət olmuşdur. 2010-2015-ci illərdə Gəncə Dövlət Universitetinin tələbəsi olmuş Lalə İsgəndərova və onun valideynini tanımamışdır. Həmin dövrdə tələbələrin bir ixtisasdan digərinə köçürülməsi təhsil nazirinin təlimatına uyğun olaraq həyata keçirilmiş, köçürülən tələbənin ərizəsi rektoryanı şurada müzakirə olunaraq müvafiq qərarı əsasında rektor tərəfindən əmrləşdirilmişdir. Universitetin tədris şöbəsinin müdiri vəzifəsində işlədiyi dövrdə tələbələrin köçürülməsi işinə qarışmamışdır. Muğan müəllim isə həmin dövrdə rektoryanı köçürmə komissiyasının üzvü olmuşdur. Təqsirləndirilən şəxs heç bir işə görə, o cümlədən, 2012-ci ildə Lalə İsgəndərovanın «Təsviri incəsənət müəllimliyi» ixtisasından «Azərbaycan dili və ədəbiyyatı müəllimliyi» ixtisasının qiyabi şöbəsinə köçürülməsinə görə 5.000 (beş min) manat pul almamış və Təqsirləndirilən şəxs bu barədə yalan ifadə verərək ona qarşı şər-böhtan atmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 2020-ci ilin noyabr ayının əvvəllərində qardaşı Müğan ona zəng edərək bir nəfər tələbənin valideyni Məmməd adlı şəxs ondan şikayət etdiyi üçün onu Baş prokuroluğun Korrupsiya idarəsinə çağırmışlar. O, narahat olaraq dərhal Korrupsiya idarəsinə getmiş, təxminən saat 15:00 radələrinə qədər qardaşı Muğanı idarənin qarşısında gözləmişdir. Muğan idarədən çıxandan sonra onunla söhbət edərəkən məsələni təfərrüatı ilə ona söyləmişdir. O, Məmməd adlı şəxsin qardaşı Muğandan əl çəkmədiyini bildikdən sonra 2020-ci ilin noyabr ayının sonlarında qardaşı Muğanla birlikdə Məmməd adlı şəxslə görüşüb məsələyə aydınlıq gətirərəkən Məmməd qardışından 15000 manat tələb etdiyini və həmin məbləğdə pulun ona verilmədiyi təqdirdə qardaşı Muğandan əl çəkməyəcəyini bildirmişdir. O, Məmmədin qardaşından əl çəkmədiyini görüb məcbur olub uzun söhbətdən sonra onu razı salaraq Məmmədə 10000 manat pul vermişdir. Həmin vaxt Məmməd ərizə yazaraq qardaşı Muğana qarşı heç bir tələbi olmadığını bildirmşdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı Ülviyyə Quluyevanın əridir. Məmməd İsgəndərovu isə Muğanın vasitəsi ilə tanımışdır. O özü Goranboy rayonunda yaşayır. Məmmədin dayısı isə onunla qonşu kənddə yaşayır. Belə ki, 2020-ci ilin noyabr ayında Muğan ona zəng edərək bir nəfər tələbənin valideyni olan Məmməd adlı şəxsin iki ilə görə təhsil haqqı olaraq ödədiyi 3200 manat pulu ondan tələb edərək onu narahat etdiyini bildirib həmin şəxsin Goranboy rayonu Baxçakürd kəndində yaşadığını və onunla görüşüb məsələnin qaydasına salmağını ondan xahiş etmişdir. O, Şahid1 dayısı Maqsud kişini taparaq məsələni ona danışmış, Maqsud isə Məmmədə zəng edərək əsassız yerə Muğanı narahat etməməyi tapşırmışdır. Bir neçə gün keçdikdən sonra Muğan yenidən ona zəng edərək Məmmədin onu narahat etdiyini və 3200 manat pulu geri tələb etdiyini onun isə həmin məbləğdə pulu qaytarmağa imkanı olmadığını bldirmişdir. 2020-ci ilin noyabr ayının sonlarında Gəncə şəhəri, Bayraq Meydanı parkında Məmmədlə görüşüb 3200 manat pulu Muğanın iştirakı ilə Məmmədə vermiş Məmməd isə pulu aldıqdan sonra üzünü Muğana tərəf tutaraq «mənim daha səninlə işim yoxdur» demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, qızı Lalə İsgəndərova 2010-cu ildə orta məktəbi bitirib, ali məktəbə keçirilən qəbul imtahanlarında 279 bal toplayaraq Gəncə Dövlət Universitetinin fizika və texniki fənlər fakültəsinin İ kursuna daxil olmuşdur. Həmin vaxt Lalə balı az olduğundan «Təsviri incəsənət müəllimliyi» ixtisasını yazmış və bu ixtisas üzrə qabiliyyət imtahanı verməyə məcbur olmuşdur. 2010-cu ilin yay aylarında məsələ ilə bağlı Universitetə getmiş, Universitetin həyətində tanımadığı valideynlərin birindən öyrənmişdir ki, Universitetdə işləyən Muğan adlı müəllim qızının qabiliyyət imtahanından keçməsinə ona köməklik edə bilər. Bundan sonra dərhal Universitetin binasında Muğan müəllimi axtarıb tapmış, ondan Lalənin qabiliyyət imtahanından keçməsi üçün kömək etməsini xahiş etmiş, Muğan da qabiliyyət imtahanından keçmək üçün 3.000 (üç min) manat pul vermək lazım olduğunu bildirmişdir. O, Muğan müəllimin bu təklifi ilə razılaşmışdır. 2010-cu ilin iyul-avqust aylarında Universitetə gedib həmin pulu təklikdə, şəxsən Muğanın iş otağında onun özünə vermiş, söhbət əsnasında qızı Lalənin azərbaycan dili və ədəbiyyat fənninə həvəsi olduğuna görə Muğandan həmin ixtisasa keçirə bilmək imkanın olub-olmamasını soruşmuş, cavabında Muğan ondan narahat olmamasını, Lalənin 1-2 il oxumasını və həmin ixtisasa keçirərik deyərək onu arxayın etmişdir. Həmçinin Lalə iki il təsviri incəsənət ixtisası üzrə əyani olaraq oxuyarkən həmin illər ərzində dörd dəfə semestr imtahanları vaxtı hər semestr imtahanlarına görə Muğana 500 (beş yüz) manat vermişdir. Muğana ümumilikdə 2.000 (iki min) manat pul vermişdir. Bundan sonra 2012-ci ilin yay aylarında Muğan müəllim ona zəng edərək qızı L.İsgəndərovanı azərbaycan dili və ədəbiyyat ixtisasına köçürməyə imkanı olduğunu və razıdırsa görüşüb danışa biləcəklərini demiş, həmin gün təklikdə Muğanla Gəncə şəhərində yerləşən “Nərimanov” parkında görüşmüşdür. Görüş zamanı Muğan ona bu işin düzəlməsi üçün 5.000 (beş min) manat pul lazım olduğunu bildirmiş və o, Muğanın bu təklifi ilə razılaşmışdır. Bir neçə gün sonra yenidən Muğanla təklikdə “Nərimanov” parkında görüşərək 5.000 (beş min) manat pulu ona vermişdir. 2012-ci ilin sentyabr ayından qızı Lalə azərbaycan dili və ədəbiyyat ixtisası üzrə qiyabi təhsilini davam etdirmişdir. 2016-cı ildə Lalə 4-cü kursu bitirib ailə qurduğuna görə, həmçinin ailə vəziyyəti ilə əlaqədar 2020-ci ilin sentyabr ayınadək akademik məzuniyyət götürmüşdür. 2020-ci ilin avqust ayında Lalənin təhsilini davam etdirməsi üçün şifahi qaydada Universitetdə tədris şöbəsinin müdiri işləyən Elturan müəllimə müraciət edərkən azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə qiyabi şöbənin ləğv olunduğunu bilmiş və qızının təhsilini yalnız təsviri-incəsənt müəllimliyi ixtisası üzrə davam etdirə biləcəyi ona məlum olmuşdur. Bundan sonra o, məsələ ilə bağlı dərhal Muğanın yanına gedib vəziyyəti ona danışmış, verdiyi pulları ondan tələb etmiş, Muğan isə pulları başqa şəxslərə verdiyini, həmin şəxslərin hazırda Universitetdə işlədiklərini bildirmişdir. Qızı L.İsgəndərova 2010-2015-ci illərdə Gəncə Dövlət Universitetinin fizika və texniki fənlər fakültəsində təhsil aldığı vaxt Təqsirləndirilən şəxs ümumilkdə 13.200 (on üç min iki yüz) manat pul vermişdir. Prokurorluq orqanlarına etdiyi müraciətdən sonra Təqsirləndirilən şəxs həmin pulları qardaşı və qaynının yanında iki dəfə olmaqla tam şəkildə, yəni, 13 noyabr 2020-ci il tarixdə 10.000 (on min) manat və 03 dekabr 2020-ci il tarixdə isə 3.200 (üç min iki yüz) manat pulu geri qaytarmışdır. Cinayət işinə əlavə olunmuş Gəncə Dövlət Universitetinin rektoru olmuş E.Məmmədovun 15.07.2010-cu il tarixli, 1/220 saylı əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs fizika və texniki fənlər fakültəsinin dekan əvəzi təyin olunmuşdur. Təqsirləndirilən şəxs həmin fakültəyə dekan təyin olunması barədə Gəncə Dövlət Universitetinin rektoru Y.Yusibovun 26.05.2016-cı il tarixli, 1/186 saylı əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs müddətli əmək müqaviləsi üzrə 5 il müddətinə fizika və texniki fənlər fakültəsinin dekanı vəzifəsinə təyin olunmuşdur. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası X3 02 mart 2021-ci il tarixli məktubundan görünür ki, X2 2010-2011-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinin İİİ qrupuna qəbulla bağlı keçirilmiş test imtahanında iştirak etmiş və Gəncə Dövlət Universitetinin «Təsviri incəsənət müəllimliyi» ixtisasının əyani təhsilalma formasına ödənişli əsaslarla qəbul olmuşdur. Cinayət işinə əlavə olunmuş Gəncə Dövlət Universitetinin 17 sentyabr 2012-ci il tarixli, 3/169 saylı əmrindən çıxarışdan görünür ki, X2 «Təsviri incəsənət müəllimliyi» ixtisasından fizika və texniki fənlər fakültəsinin «Azərbaycan dili və ədəbiyyatı müəllimliyi» ixtisasının İİ kursuna köçürülmüşdür. Cinayət işinə əlavə olunmuş Şahid1 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı 14 dekabr 2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir. Cinayət işinə əlavə olunmuş Gəncə Dövlət Universiteti tərəfindən verilmiş 16 mart 2021ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs 2010-cu ildə Gəncə Dövlət Universitetinin fizika və texniki fənlər fakültəsinin dekanı vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (hazırkı X5) tərəfindən 2010-cu ildə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanında müvəffəqiyyət balı toplamış X1 Gəncə Dövlət Universitetinin fizika və texniki fənlər fakültəsinin əyani şöbəsinin «Təsviri incəsənət müəllimliyi» ixtisası üzrə qabiliyyət imtahanından keçirilməsində ona köməklik göstərməsi ilə bağlı 2010-cu ilin iyul ayında ona müraciət etmiş L.İsgəndərovanın atası Şahid1, L.İsgəndərovanın qabiliyyət imtahanından keçirilməsi məsələsini həll edəcəyini yalandan bildirərək həmin məsələnin müsbət həllindən ötrü vəzifəli şəxs olan özünə birbaşa yolla maddi nemət olan 3.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını şəxsən bildirərək, həmin məbləğə onunla razılaşmaqla sövdələşib, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə, həmin adla 2010-cu ilin iyul-avqust aylarında Gəncə Dövlət Universitetinin inzibati binasında şəxsən Şahid1 3.000 (üç min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, həmçinin eyni niyyətlə, qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə, Gəncə Dövlət Universitetinin fizika və texniki fənlər fakültəsinin əyani şöbəsinin «Təsviri incəsənət müəllimliyi» ixtisası üzrə təhsil alan tələbə L.İsgəndərovanın atası Şahid1 qızının hər smestr imtahanlarından müvəffəq qiymətlər alması üçün 500 (beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2010-cu ilin dekabr ayında şəxsən bildirib, onun razılığını almaqla sövdələşib, həmin adla 2010-2012-ci illər ərzində keçirilən semestr imtahanlarında Gəncə şəhəri ərazisində ayrı-ayrı vaxtlarda Şahid1 vahid niyyətlə 2.000 (iki min) manat məbləğində pul vəsaitini şəxsən alıb, şəxsi məqsədlərinə sərf edərək, həmçinin, eyni niyyətlə qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə, Gəncə Dövlət Universitetinin fizika və texniki fənlər fakültəsinin əyani şöbəsinin «Təsviri incəsənət müəllimliyi» ixtisası üzrə ikinci kursu başa vurmuş L.İsgəndərovanın atası Şahid1 qızı Lalənin ailə vəziyyəti ilə əlaqədar olaraq həmin təhsil müəssisəsinin «Azərbaycan dili və ədəbiyyatı» ixtisasının qiyabi şöbəsinə köçürülməsinə köməklik göstərməsi barədə 2012-ci ilin yay aylarında ona olan müraciəti ilə əlaqədar, sonuncuya qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar L.İsgəndərovanın xeyrinə edəcəyi hərəkətə görə, özünün vasitəsilə birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla yalandan bildirərək onunla razılaşmaqla sövdələşib, həmin adla 2012-ci ilin yay aylarında dəqiq müəyyən edilməyən gündə Gəncə şəhərində yerləşən “Nərimanov” adına parkda 5.000 (beş min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, qeyd edilən qaydada ümumilikdə 10.000 (on min) manat məbləğində pul vəsaitini vahid niyyətlə Şahid1 şəxsən alaraq ələ keçirib, şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya xeyli miqdarda ziyan vurmaqla qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsi ilə maddi nemət olan pul vəsaitini vahid niyyətlə rüşvət qismində verməyə Şahid1 təhrik etmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, CM-in 178.2.3, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli «az ağır» cinayət olmaqla mülkiyyət əleyhinə və 32.4,312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır» cinayət olmaqla korrupsiya və qulluq mənafeyi əleyhinə olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü və 32.4,312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə dindirilmiş şahidlərin ifadəsi, habelə işdə olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə təkzib olunduğundan təqsirləndirilən şəxsin ifadəsini məhkəmə işin hallarına uyğun olmayan hesab etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirildən şəxs Təqsirləndirilən şəxs özünü CM-in 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilmədiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə razı olmadığından CPM-in 44.2.1-ci maddəsinə əsasən o, CM-in 178.2.3, 178.2.4-cü və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinməli lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün barəsində cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 99-1.1.1 və 99-1.1.2-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan “xxxx” MMC-dən telefon danışıqlarını əks etdirən 1 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4cü və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün həmin maddələrlə ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan «Azərcell» telefon danışıqlarını əks etdirən 1 ədəd disk cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu, andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar